Xəbər lenti
24/05/2018 [23:02]:
Naxçıvanda iki publik hüquqi şəxs yaradıldı
24/05/2018 [22:54]:
Məşhur repçi həbs olundu
24/05/2018 [22:53]:
Vida öpüşü zamanı sevgilisinin dilini dişlədi – VİDEO
24/05/2018 [22:52]:
Üz tanıma texnologiyası ilə 3 cinayətkar yaxalandı
24/05/2018 [22:51]:
Hamı tərəfindən qəbul olunmuş 10 fakt yalan çıxdı- Bizi necə inandırıblar
24/05/2018 [22:34]:
Oruc tutmaq istəyən balaca oğlan hər kəsi güldürdü - VİDEO
24/05/2018 [22:32]:
İnək kəsən müsəlman dərzi linç edilərək öldürüldü
24/05/2018 [22:08]:
Sürətlə gələn yük avtomobilinin önünə tullandı – VİDEO
24/05/2018 [22:06]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
24/05/2018 [22:03]:
Şəhid ailələrinə 11 min manat nə vaxt ödəniləcək? – VİDEO
24/05/2018 [22:00]:
Astanada Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparıldı
24/05/2018 [21:58]:
Blokadaya düşən sahibkar ölkə başçısına müraciət etdi - FOTOLAR
24/05/2018 [21:38]:
Xəzərdə tapılan iki meyit FHN gəmisinin göyərtəsinə götürülüb- YENİLƏNİB
24/05/2018 [21:34]:
Morqan Frimen cinsi istismarda ittiham olunur
24/05/2018 [21:22]:
ABŞ “Tomohawk”ın istehsalını dayandırır
24/05/2018 [21:16]:
"Görünür, rusların əlində şərəfini itirmiş milli satqınlarla bağlı elə məlumatlar var ki..."
24/05/2018 [20:59]:
Ərdoğan regionla bağlı planlarını açıqladı
24/05/2018 [20:52]:
Laçının icra başçısı Rəhim Qazıyevə hansı sualları verdi?
24/05/2018 [20:35]:
Ana fil öz balasına yoxuşu çıxmaq üçün belə kömək etdi - VİDEO
24/05/2018 [20:32]:
Saday Şəkərli azadlığa çıxır- Şad xəbər...
24/05/2018 [20:31]:
Azərbaycana xaricdən pul köçürmələri kəskin artdı
24/05/2018 [19:47]:
Sabir Rüstəmxanlı Rüstəm İbrahimbəyovun filmi haqda danışdı: “Bu, nə xəstəlikdir?”
24/05/2018 [19:43]:
Əliyevin əfv sərəncamında 16 qadın var - Siyahı
24/05/2018 [19:36]:
Çin lideri: "Ölkəmiz Azərbaycanın uğurlarına ürəkdən sevinir"
24/05/2018 [19:33]:
“F-35” Rusiyanın “S-300”nə qalib gəldi
24/05/2018 [18:59]:
Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi: İtkin idmançılar imiş
24/05/2018 [18:53]:
Putin: "Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var"
24/05/2018 [18:52]:
BP-nin rəhbəri: Neftin qiyməti 100 dollara çatmayacaq
24/05/2018 [18:49]:
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
24/05/2018 [18:44]:
Türkiyə şahinləri Bakıda hərbi paradda uçacaq
24/05/2018 [18:42]:
Prezident bir qrup şəxsə fəxri ad verdi – SİYAHI
24/05/2018 [18:28]:
İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM
24/05/2018 [18:23]:
BSU-da Slavyan yazısı və mədəniyyəti günü qeyd olundu
24/05/2018 [18:20]:
Erkan Özoral AXC-nin arxivindən danışdı
24/05/2018 [18:18]:
Ərdoğan Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə saldı
24/05/2018 [18:06]:
"Sahibkarlığın inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır"
24/05/2018 [18:02]:
Azərbaycanda əfv olunanlar arasında əcnəbilər də var - SİYAHI
24/05/2018 [17:59]:
ADNSU ilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı
24/05/2018 [17:54]:
“İmkanı olan şirkətlər imkansızlara şərait yaratsınlar” -İlham Əliyev
24/05/2018 [17:46]:
ADU-nun Konfutsi İnstitutu ilə ADMİU arasında müqavilə imzalandı
24/05/2018 [17:41]:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin hesabat xarakterli iclası keçirildi
24/05/2018 [17:38]:
Mədəniyyət Nazirliyindən Rüstəm İbrahimbəyovun filminə ETİRAZ
24/05/2018 [17:33]:
Qazaxda nə var, nə yox? - Haqsız iftiralara haqlı cavab
24/05/2018 [17:30]:
Xəzərdə iki meyit tapıldı - Fövqəladə Hallar Nazirliyi xəbər yaydı
24/05/2018 [17:29]:
Rəsmi Dəməşq: “Türkiyə qoşunları Suriyadan çıxarılmalıdır”
24/05/2018 [17:09]:
Əfv olunan 12 “siyasi məhbus” bunlardır - SİYAHI
24/05/2018 [17:06]:
Prezident əfv sərəncamı imzaladı - TAM SİYAHI
24/05/2018 [16:49]:
"Rəhmətlik vəkil Elton Quliyev məhkəmədə Elbrus Orucova sual verir ki...”
24/05/2018 [16:29]:
Roma Papası İslamın düşmənlərini axmaq adlandırdı
24/05/2018 [16:11]:
20 min müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək
24/05/2018 [16:09]:
Millət vəkili İndoneziyanın qadın naziri ilə görüşüb
24/05/2018 [15:59]:
"Maaşı 200 manatdan aşağı olanlar yubiley xatirəsi kimi saxlaya bilər” -Deputat yeni əskinasdan danışdı
24/05/2018 [15:57]:
Son 80 ilin ən qorxulu hava hücümları... - FOTOLAR
24/05/2018 [15:55]:
"Muğam oxuyacam, Səməd diz çökər" – Cavanşir Məmmədov - VİDEO
24/05/2018 [15:46]:
"Rüstəm İbrahimbəyova zəng vurub biabır etdim..." - Şeyx Əbdül
24/05/2018 [15:45]:
“Media intiharlarla bağlı xəbərlərin işıqlandırılmasından çəkinməlidir, çünki...”
24/05/2018 [15:28]:
Elnur Vaqifoğlunun reketlər bandası belə ifşa olundu
24/05/2018 [15:23]:
Türkiyə ilə Yunanıstan arasında növbəti -GƏRGİNLİK
24/05/2018 [15:11]:
“İbrahimbəyovun filmi ölkəmizə və xalqımıza təhqirdir” - Azay Quliyev
24/05/2018 [15:09]:
Litva prezidenti: "Gürcüstan Cənubi Qafqazda yeganə ölkədir ki, ona bel bağlamaq olar..."
24/05/2018 [15:05]:
Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən varlı varisidir
24/05/2018 [14:56]:
"Olimpiada qaliblərindən ali məktəblərə qəbul olunan yoxdur" -Nazirdən deputatın etirazına cavab verdi
24/05/2018 [14:49]:
“Məhkəmədə də, yasda da birinci müəllimim yanımda olub” – Tələbəsi Fuad Poladovdan danışır
24/05/2018 [14:18]:
Tramp İlham Əliyevə məktubunda Qarabağdan yazdı
24/05/2018 [14:13]:
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
24/05/2018 [14:10]:
Zöhrə Abdullayevanın oğlu DGK-nın şöbə rəisi olubmuş - Foto
24/05/2018 [14:08]:
“İsrailin qondarma erməni soyqırımını tanıması böyük fəsadlara səbəb ola bilər”
24/05/2018 [13:55]:
Şagirdlər üçün dəyişikliklər OLACAQ
24/05/2018 [13:50]:
Türkiyədə hərbçilərin kütləvi zəhərlənməsi
24/05/2018 [13:47]:
ABŞ vətəndaşları Aprel döyüşlərində ölmüş ermənilərin uşaqlarına velosiped bağışladı...- FOTOLAR
24/05/2018 [13:35]:
Millət vəkili: "Dərsliklər bərbad vəziyyətdədir"
24/05/2018 [13:32]:
Durğun hava diskomfort hissi yaradacaq
24/05/2018 [13:27]:
Korrupsiya pullarını kazinolar üzərindən "yuyan" yüksək vəzifəli Azərbaycan məmurları...- Həbslər başladı
24/05/2018 [13:18]:
AXC-nin dövlət bayrağı hökumətə təqdim olundu - FOTO
24/05/2018 [13:13]:
İmişli dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirildi
24/05/2018 [13:11]:
Aprel qazimizin oğlu oldu- FOTO
24/05/2018 [13:10]:
İlham Əliyev yaşayış kompleksinin açılışında...
24/05/2018 [13:08]:
Nazir sertifikasiya sisteminin tətbiqindən danışdı
24/05/2018 [13:05]:
Deputat: "“Papa”larının “gül balaları”nın problemi yoxdur"
24/05/2018 [13:01]:
Eldar Namazovla Cəmil Həsənli Rüstəm İbrahimbəyova ETİRAZ edəcəklərmi? - AÇIQLAMA
Bütün arxiv bir sırada
24/11/2017 [11:26] - Siyasət - ( 1016 dəfə baxılıb)

Ermənistan üçün kritik gün ”“ Kreml Sərkisyanı tələyə salıb



Bu gün Avropanın paytaxtı sayılan Brüsseldə - NATO və Avropa Birliyinin (AB) mənzil qərargahlarının yerləşdiyi şəhərdə AB-nin “Şərq Tərəfdaşlığı” sammiti öz işinə başlayacaq. Sammitə “Şərq Tərəfdaşlığı” ölkələrinin prezidentləri də dəvətlidir. O sırada Azərbaycanın dövlət başçısı İlham Əliyev ali toplantıya qatılacağını bəyan edib.

Toplantıda Ermənistanla AB arasında imzalanması nəzərdə tutulan çərçivə sazişinin (tərəflər arasında bundan sonrakı əlaqələrin “Yol xəritəsi”nin) taleyinə  aydınlıq gəlməlidir. Azərbaycanla da analoji sənədin imzalanması üçün bir müddətdir danışıqlar gedir. Lakin bu danışıqların ən yaxşı halda ilin sonunadək yekunlaşa biləcəyi deyilir. Həm də belə görünür ki, Bakı AB-nin düşmən ölkə ilə imzalayacağı sənədin mahiyyətinə əmin olmaq üçün gözləmə mövqeyi tutub. Başqa motivlər də var. Onlar haqda aşağıda.       

*****

Bu ərəfədə erməni mətbuatında mövzumuza dəxli olan maraqlı şərhlər yer alıb. Həmin şərhlərdə öncə iddia olunur ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri zamanı Ermənistan prezidenti Serj Sərkisyanla bağlı qapılar arxasında gərgin danışıqları olub (axar.az).

“Məsələ ondadır ki, Moskva Avrasiya Birliyinin reytinqinin iki üzv ölkə - Qazaxıstan və Qırğızıstan arasındakı konflikt nəticəsində düşməsindən narahatdır. Putin bu ittifaqın formalaşması üçün çoxlu güc və vasitə sərf edib. Ona görə də Astana və Bişkek arasındakı qarşıdurmadan narazıdır. Avrasiya Birliyinin reytinqini azaldan bu toqquşma üstəlik, həm də Rusiyadakı prezident seçkisi ərəfəsində baş verir. Rusiya prezidentinin ətrafındakı şəxslərdən biri isə bu arada Birliyin cəlbediciliyini artırmaq üçün ora Azərbaycanın qəbul edilməsini təklif edib” - erməni qaynaqları yazır.

Şərhlərdə daha sonra bildirilir ki, Bakıda Moskvanın etdiyi təklifin mahiyyəti dərhal başa düşülüb və onlar rusların qarşısında sərt şərt qoyublar. “Bakıda bildirilib ki, biz bu təklif barədə Qarabağ ətrafındakı 5 rayonun qaytarılması qarşılığında düşünə bilərik. Cavabı dinləyən Lavrov dərhal Kremlə zəng edib və böyük ehtimalla orada da bu şərtə razılıq verilib. Bir sözlə, Moskva növbəti dəfə özünün Qafqazdakı yeganə müttəfiqinin təhlükəsizliyi və maraqlarını təhdid altına ataraq, onları öz imperiya ambisiyalarına qurban verir”, - deyə iddia edilir.

Daha sonra bildirilir ki, Kremldən dəqiq tapşırıq alan Lavrov İrəvana gələrək burada Sərkisyanla çox ağır danışıqlar aparıb: “Burda onu da xatırlatmaq lazımdır ki, Avrasiya Birliyinə yeni üzv bütün üzv ölkələrin razılığı əsasında qəbul oluna bilər. Belə ki, Sərkisyandan Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq verməyi tələb edən Lavrov rayonların geri qaytarılmasını da tələb edib. Hər şey bununla bitmir. Lavrov həmçinin ultimatum formasında Sərkisyandan Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsi barədə müqaviləni imzalamamağı tələb edib. Bəzi analitiklərin fikrincə, Ermənistanın AB ilə bu müqaviləni imzalamaq ehtimalı 100%-ə yaxındır. Moskva bunu çox gözəl anlayır və Ermənistanın Qərbə qaçmasına izn vermək istəmir”.

Erməni mənbələrinin məlumatına görə, Lavrov Sərkisyana Kremlin 5 yox, 2-3 rayonun Azərbaycana qaytarılmasına razı olduğu haqqında informasiya verib: “Bu isə Azərbaycanın Avrasiya Birliyinə üzvlükdə sürpriz olmalıdır. Lakin Lavrov Sərkisyana Kremlin 2-3 rayonla bağlı fikrini İrəvanın AB ilə razılaşma imzalamayacağı halda gerçəkləşdirəcəyini bildirib. Mənbələrimiz təsdiq edir ki, Sərkisyan Lavrovla ağır danışıqlardan sonra ciddi düşünüb. İrəvanın müqavilənin imzalayıb-imzalamayacağı haqqında Sərkisyanın qərarını biz səhər (bu gün -red.) görəcəyik. Görünür, Sərkisyan tələyə düşüb. O, əlbəttə, Lavrova Moskvanın tələblərinin yerinə yetirilməsinin mümkünsüz olduğunu başa salmağa çalışıb. Hətta Lavrova bir hektar torpağın Azərbaycana veriləcəyi təqdirdə hakimiyyətinə son qoyulacağını da deyib”.

Erməni mediası onun da yazır ki, Lavrovla görüşdən sonra Sərkisyan Dilicana Monte Melkonyan adına texnikumun açılışına gedərkən çox əsəbi olub və bunu tez-tez öz ətrafındakı insanlardan çıxmağa çalışıb. “Mənbəmiz Sərkisyanın hələ bu qədər əsəbi olmadığını bildirib. Görünür, Kreml Sərkisyanı hələ indiyə qədər bu dərəcədə diz üstə çökdürməmişdi” - məqalədə bildirilib.

*****

Əlbəttə ki, erməni mediasındakı bu şərhləri bütünlüklə gerçək kimi qəbul eləmək yanlış olar. Bir şey dəqiqdir ki, Moskva həqiqətən də Azərbaycanı Avrasiya Birliyində, hətta “Rus NATO-su”nda - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görmək istəyir və Bakı razılıq verərsə, İrəvanın üzvlük üçün razılığı qara qəpiklik dəyər daşıya bilməz. Azərbaycan prinsipcə bunu mümkün sayır, lakin Qarabağ şərti var. Əks halda, təcavüzkar ölkə ilə heç nə olmayıbmış kimi Avrasiya Birliyində təmsil olunmaq qeyri-mümkündür.

O ki qaldı, Sərkisyanın tələyə düşməsinə, burada həqiqət payı yox deyil. Ötən saylarımızda yazdığımız kimi, işğalçı ölkənin vəziyyətini qəlizləşdirən səbəblərdən biri onun terrorçu başçısının Qərblə Rusiya arasında ikili oyun oynaması, “iki stul”da oturmağa çalışmasıdır. Söhbət NATO-ya reveranslarla yanaşı, AB ilə çərçivə sazişi imzalayıb özünü Qərb hesabına Rusiyadan sığortalamaq cəhdindən gedir. Bu isə forpost Ermənistan üçün risksiz ötüşməyə bilər.  

İrəvan üçün daha bir kritik detal: məsələ ondadır ki, Avropa Parlamenti (AB-nin əsas qurumu) bu ərəfədə sammitin yekun bəyannaməsinin variantını qəbul edərək, iştirakçıların müzakirəsinə buraxıb. Erməni çevrələrinin səyləri nəticəsində layihəyə konkret olaraq, Qarabağ məsələsi ilə bağlı ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə hüququ da salınıb. Halbuki ilkin variantda belə bir şey olmayıb. Həmçinin Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Krımla bağlı analoji müddəa yer almayıb.

O üzdən rəsmi Bakının tam haqqı var ki, belə ikili yanaşmaya etiraz eləsin. Yəni həmin müddəa qəbul edilməsin. Əks halda, Azərbaycan doğrudan da yekun bəyannamənin qəbulunu tormozlaya bilər. Bu da öz növbəsində Ermənistanın təşkilatla saziş imzalamasını çətinləşdirəcək. Çünki ermənilərin öz Qarabağ şərti var.

Nəzəri cəhətcə Azərbaycan öz etirazını prezident İlham Əliyev Brüsselə getməməklə də nümayiş etdirə bilər - bundan əvvəlki Riqa sammitindəki kimi. O zaman Brüsseldə olacaq Sərkisyan Moskva qarşısında daha “naqolay” və “ofsayt” duruma düşəcək. Əlavə edək ki, 6 “Şərq Tərəfdaşlığı” ölkələrindən birinin - Belarusun prezidenti Aleksandr Lukaşenko AB-nin Brüssel sammitinə qatılmayacağını bəyan edib.(musavat.com)

Vida öpüşü zamanı sevgilisinin dilini dişlədi – VİDEO
Üz tanıma texnologiyası ilə 3 cinayətkar yaxalandı
Oruc tutmaq istəyən balaca oğlan hər kəsi güldürdü - VİDEO
Ana fil öz balasına yoxuşu çıxmaq üçün belə kömək etdi - VİDEO
Sabir Rüstəmxanlı Rüstəm İbrahimbəyovun filmi haqda danışdı: “Bu, nə xəstəlikdir?”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Hamı tərəfindən qəbul olunmuş 10 fakt yalan çıxdı- Bizi necə inandırıblar
Gündəm
“Media intiharlarla bağlı xəbərlərin işıqlandırılmasından çəkinməlidir, çünki...”
Siyasət
Litva prezidenti: "Gürcüstan Cənubi Qafqazda yeganə ölkədir ki, ona bel bağlamaq olar..."
Gündəm
“İsrailin qondarma erməni soyqırımını tanıması böyük fəsadlara səbəb ola bilər”
Cəmiyyət
Müəllimdən şikayət edən direktor nazirliyə dəvət oldu- FOTO
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
Kann kino festivalının qırmızı xalısında qıpqırmızı ƏXLAQSIZLIQ...
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
“Özünə ayaqyolu axtaran xanım video çəkməz...” - “Unibank”dan müştəri ittihamına cavab...
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
Oleq Kuznetsov: "Paşinyan ABŞ-ın istəyilə Naxçıvana atəş açdı"
Azərbaycanlı icra başçısı işə avtobusla gedir - Fotolar
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin