Xəbər lenti
13/12/2017 [11:00]:
Artur Rasi-zadə 4 köməkçidən imtina etdi
13/12/2017 [10:59]:
Tillerson: "Moskva Trampın təklifini qəbul etmədi"
13/12/2017 [10:58]:
Rus dili səfirləri ADU-da qonaqdır - FOTOLAR
13/12/2017 [10:54]:
Qənirə Paşayeva İraqda Beynəlxalq tədbirdə iştirak etdi
13/12/2017 [10:53]:
Amaliya Pənahova: "Xahişlə qiymət yazdıranlar çoxdur"
13/12/2017 [10:51]:
TEDxUNEC konfransı: “Çərçivədən kənar”
13/12/2017 [10:49]:
"Rusiya Türkiyənin bu əməliyyatına çətin razı olar"
13/12/2017 [10:41]:
Millət vəkilləri Moskvada
13/12/2017 [10:38]:
Elə oxudu ki, münsiflər onu azərbaycanlı sandılar: Beləsi olmamışdı – VİDEO
13/12/2017 [10:35]:
Bakı metrosunda kütləvi ixtisarlar
13/12/2017 [10:32]:
Putindən mühüm Ankara etirafı - Qarabağ Fələstin deyil, ancaq...
13/12/2017 [10:27]:
“Görək, Ağ Ev Qarabağla bağlı nə edəcək”
13/12/2017 [10:22]:
"Kasperski" ABŞ-da qadağan edildi
13/12/2017 [10:19]:
Gömrük Komitəsi büdcəyə bu qədər vəsait ödəyib
13/12/2017 [10:17]:
"Xalq üçün nələr edə bilərdim, ancaq edə bilmədim" -70 yaşı tamam olan Rəsul Quliyev
13/12/2017 [10:11]:
Azərbaycanlı alimə edam hökmü elan edildi
13/12/2017 [10:06]:
Röya, İradə və Nigar qalmqalı böyüyür: "Sizə görə həyasız mənəm, amma..."
13/12/2017 [10:02]:
“Aprel şəhidi”, kapitan İnqilab Quliyevin oğlu -“Ay Allah, atam evə gəlsin”
13/12/2017 [10:01]:
"Bu dəyişiklikdən sonra Azərbaycan manatı dolayı təsirlərdən sığortalana bilməyəcək"
13/12/2017 [09:57]:
Ac qalmayan dünya – Kim nə qədər xərcləyir...
13/12/2017 [09:55]:
66 yaşlı avtobus sürücüsü Həccə pulsuz göndərişi necə qazandı? - İBRƏTAMİZ...
13/12/2017 [09:55]:
Konqoda 400 min uşaq acından ölə bilər
13/12/2017 [09:53]:
Fədayə Laçın bu gün həbsdən buraxıla bilər
13/12/2017 [09:52]:
Neft bahalaşdı
13/12/2017 [09:46]:
Azərbaycana gətirilən avtomobillərin sayı artdı
13/12/2017 [09:40]:
Goranboyda ağır yol qəzası: 3 nəfər öldü
13/12/2017 [09:38]:
Dollar bahalaşdı, avro ucuzlaşdı
13/12/2017 [09:31]:
Tillerson ABŞ-ın KXDR-lə danışıqlara hazır olduğunu bəyan etdi
13/12/2017 [09:21]:
Vəkil olmaq istəyənlərin nəzərinə: Qəbul bərpa olundu
13/12/2017 [09:13]:
Xəzəryanı dövlət başçılarının sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək
13/12/2017 [09:08]:
İranda güclü zəlzələ baş verdi
13/12/2017 [09:04]:
Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir
13/12/2017 [00:53]:
Oğlu özünə əkizi qədər bənzəyir - FOTO
13/12/2017 [00:51]:
Tramp: ABŞ Suriya və İraqda İŞİD üzərində qələbə qazandı
13/12/2017 [00:44]:
Rasim Balayev: "Televiziyalarımızda baxılası veriliş var ki?"
13/12/2017 [00:42]:
“Qarabağ”ın oyunundakı xoreoqrafiya belə hazırlanıb – VİDEO
13/12/2017 [00:19]:
Bakıda ağır qəza: Jurnalist həyatını itirdi - FOTO
13/12/2017 [00:09]:
Bürclər – 13 DEKABR
13/12/2017 [00:01]:
“WhatsApp”dan 4 yenilik
12/12/2017 [23:53]:
Cadu olunmasının əlamətləri hansılardır?
12/12/2017 [23:42]:
ABŞ məhsullarına boykot çağırışı edildi
12/12/2017 [23:27]:
Dəm qazından ölən ana ilə 2 uşağının FOTOSU
12/12/2017 [23:17]:
ABŞ Türkiyənin “S-400” kompleksləri ilə bağlı qərarından narahatdır
12/12/2017 [23:05]:
“Onu tanrıdan dilənmişdik...” - Şəhid əsgərimizin anası...
12/12/2017 [23:00]:
17 yaşlı məktəbli müəlliməsi ilə seksdən sonra intihara cəhd etdi - FOTO
12/12/2017 [22:57]:
XXI əsrin əfsanəvi heyətləri
12/12/2017 [22:47]:
Rusiya bütün diplomatlarını Yəməndən çıxartdı
12/12/2017 [22:37]:
Alimlər Yer kürəsinin səsini dinlədi - “Uğultu”nun SİRRİ AÇILDI
12/12/2017 [22:28]:
Aİ Rusiyaya qarşı sanksiyaları uzadacaq
12/12/2017 [22:17]:
“Altun kələbək” bizim “altun xırdalayan” kəpənəkləri necə üzə çıxardı?
12/12/2017 [22:17]:
Qarabağda ŞOK AYRILIQ: Almeyda gedir
12/12/2017 [22:13]:
Bakının mərkəzində maşın od tutub yandı - VİDEO
12/12/2017 [22:10]:
Saakaşvilinin şok görüntüləri yayıldı - VİDEO
12/12/2017 [22:08]:
Putindən Ərdoğana ABŞ-ı oyundan çıxaracaq TƏKLİF
12/12/2017 [22:07]:
Kişi qısqanclıqdan arvadının hər iki biləyini kəsdi - DƏHŞƏT...
12/12/2017 [22:02]:
Tanınmış mədəniyyət xadimi dünyasını dəyişdi - FOTO+VİDEO
12/12/2017 [21:55]:
Rusiya bu ölkədəki vətəndaşlarını təxliyə etdi
12/12/2017 [21:49]:
58 minə yaxın "Volkswagen Touareg" geri çağırılır
12/12/2017 [21:46]:
İranda baş verən güclü zəlzələnin Azərbaycan üçün hansı təhlükəsi var?
12/12/2017 [20:46]:
Mədəsindən 52 ədəd prezervativ çıxdı, içərisindən də... - FOTO+VİDEO
12/12/2017 [20:15]:
Silahlı Qüvvələrə əlavə vəzifələr verildi
12/12/2017 [20:12]:
Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi
12/12/2017 [20:03]:
Ronaldo ilə bağlı şok iddia: "Real"dan gedir
12/12/2017 [19:48]:
Silahlı Qüvvələrin komandir heyəti sınağa çəkildi – FOTOLAR
12/12/2017 [19:30]:
"Mən Heydər Əliyevin əsgəriyəm" - Mübariz Mənsimov
12/12/2017 [19:24]:
Ədliyyə işçiləri Heydər Əliyevin xatirəsini yad ediblər
12/12/2017 [19:20]:
“Vətənpərvərlik tərbiyəsi ailədən və uşaq bağçasından başlayır”
12/12/2017 [19:18]:
Heydər Əliyevin xatirəsi Moldovada anıldı
12/12/2017 [19:08]:
Ağsuda iki uşağı avtomobil vurdu
12/12/2017 [19:07]:
“Uşağın sosiallaşması prosesi bağçadan başlamalıdır”
12/12/2017 [19:03]:
“Psixi problemləri var idi...” - Qızı öldü, qatili isə oğludur...
12/12/2017 [19:02]:
Sabah paytaxtın bu hissələrində su olmayacaq
12/12/2017 [18:58]:
“Boeing-777”nin sərnişinləri Londona yola salındı
12/12/2017 [18:55]:
Bulvardakı məşhur kafenin üstünə ağac aşdı
12/12/2017 [18:44]:
ADNSU-nun rektoru CİSCO şirkətinin nümayəndələri ilə görüşdü
12/12/2017 [18:38]:
"Ulu öndər Azərbaycan gəncliyinin qəlbində əbədi yurd salıb"
12/12/2017 [18:38]:
Həştərxanda Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirildi
12/12/2017 [18:26]:
İran prezidenti Azərbaycana rəsmi səfər edəcək
12/12/2017 [18:25]:
ADNSU-da NASA-nın məşhur qadın astronavtı ilə görüş keçirildi
12/12/2017 [18:24]:
Abbas Ələsgərov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Bütün arxiv bir sırada
24/11/2017 [11:33] - Dünya - ( 707 dəfə baxılıb)

ABŞ-la Türkiyəni üz-üzə qoyan adam - Rza Zərrab hekayəsi



Rza Zərrabın sirlərlə və böyük paralarla dolu həyat hekayəsi - cinayətləri, eşq hekayələri, rüşvətləri və daha nələri...

Türkiyədə adı müğənni Ebru Gündeşlə gerçəkləşdirdiyi nikahdan sonra eşidilməyə başlanan Rza Zərrab hazırda iki ölkəni - Türkiyə ilə Amerikanı üz-üzə qoyub. Onun Amerika həbsxanasında olduğu, neçə gündür heç bir xəbər alınmadığı, məhkəməsindən öncə sui-qəsdə qurban gedə biləcəyi, eləcə də E.Gündeşlə boşanma ərəfəsində olduğu Türkiyə mediasının ən çox müzakirə etdiyi mövzulardandır. Üstəlik, indi deyirlər ki, istintaqla anlaşıb və Türkiyə rəhbərliyi haqda bildiklərini  açıqlamağa razıdır.   

ABŞ-a qarşı dələduzluq etmək, bank saxtakarlığı və qara pul təmizləmə cinayətlərində şübhəli bilinərək Mayamidə həbs olunan Zərrabın filmlərə ssenari olacaq hekayəsi bundan 33 il öncə başlayıb.

Təbriz, Bakı, Türkiyə  

Azərbaycan əsilli bir ailənin üzvü olan Zərrab 1983-cü ildə İranın Təbriz şəhərində doğulub. Təhsilini Azərbaycanın paytaxtı Bakıda tamamlayıb və ailəsinin izindən gedərək uşaq yaşda ticarətə başlayıb. Onun heç bir ali təhsil almaması səslənən iddialar sırasındadır, sadəcə orta təhsilini tamamlayıb. Bir müddət ailəsi ilə birlikdə Dubayda yaşadı. Qızıl əşyaları, dəniz və neft ticarəti başlıca iş sahələrindən idi.

23 yaşında ikən Türkiyəyə köçdü. İstanbulun Qapalıçarşı səmtində brilyant alveri ilə məşğul oldu. Ardınca dəmir-çəlik və inşaat sektoruna investisiyalar qoydu. Yalovada bir emalatxana qurdu. 2008-ci ildə qurduğu Royal Dənizçilik A.Ş. qısa müddətdə fəaliyyət sahəsini genişləndirdi, beynəlxalq qızıl ticarətinə də başlayaraq bir holdinqə çevrildi.

Çox diqqət çəkmədən bir neçə il ərzində sərvətinə sərvət qatan Zərrab müğənni Ebru Gündəşlə nikahının ardınca türk cəmiyyəti tərəfindən daha çox tanınmağa başladı. Mahnı sözləri yazan, hətta Sibel Can və İbrahim Tatlısəsə mahnılar verən Zərrab özündən 10 yaş böyük olan Gündəşlə də məhz bu işi sayəsində tanış olmaq fürsəti tapdı.

2010-cu ildə evlənən cütlüyün 1 il sonra uşaqları oldu. Türkiyə vətəndaşlığına keçərək Rıza Sarraf adını alan Zərrab o dönəmdə iş adamı kimliyindən daha çox bir şou-biznes fiquru olaraq gündəmdə idi. Həyat yoldaşına aldığı hədiyyələrlə qəzet manşetlərində yer alırdı. Bu haqda bir qədər sonra...

Zərrabdan şok sözlər: “Fahişə ilə məmurun bəxşişi.... ”

17 dekabr 2013-cü il R.Zərrab üçün qırılma nöqtəsi idi. Korrupsiya və rüşvət iddiaları ilə saxlanan şəxslərdən biri də o idi. Həbs olundu, 70 gün həbsxanada qaldı. Yüzlərlə hakim-prokurorun və minlərlə hüquq-mühafizə orqanı mənsubunun vəzifə yerinin dəyişdirildiyi bir ərəfədə azadlığa çıxdı və bu qərar çox ciddi dartışmalara səbəb oldu.

Həmin ərəfələrdə Zərrabın gizli səs yazıları da medianın gündəminə bomba kimi düşdü. Sözügedən yazılarda R.Zərrab “Fahişə ilə məmurun bəxşişi işin başında verilir” cümləsi çox müzakirə olunmuşdu. Həmin dövrdəki daxili İşlər naziri Muammer Gülərin də telefonla ona “Vallah, sənin qabağında yataram” deməsi müzakirə olunan mövzulardan biri idi.

17 dekabr istintaqı təqibsizlik qərarı verilərək, qapadılsa da, Zərrab haqqındakı ittihamlar bitmək bilmədi. İranda “dünyada fəsad çıxarmaq” ittihamından edama məhkum edilən iş adamı Babək Zencani ilə ortaq olduğu iddiaları, Zəncaninin Zərraba “Rəisim” deyə müraciət etməsi və cütlüyün İrana yönəlmiş beynəlxalq embarqonun qırılmasında ən vacib iki aktyor olduğu istiqamətindəki tezislər də Zərrabı gündəmdə saxlamağa davam etdi.

Zərrab bu iddiaları hər zaman rədd etsə də, Gömrük və Ticarət Nazirliyi məmurları 8 avqust 2014-cü il tarixli sənədlərində İran və Türkiyə arasındakı gizli qızıl ticarətini bu iki adın arasında apardığını bildirdi. Zərrab bu iddiaların üstü soyumadan Amerikaya gedərək, özü üçün qaçılmaz sonluğu hazırlamış oldu. Haqqındakı iddianamə hazırdır. Nyu-Yorkda 75 il həbs cəzası istəyi ilə hakim qarşısına çıxacaq.

Zərrab hər zaman məmurlara və nazirlərə verdiyi bahalı hədiyyələrlə də ad çıxarıb. Məsələn, onun nazir Zəfər Çağlayana 700 min TL dəyərində saat hədiyyə etdiyi ortaya çıxmışdı. Nazir bu saatın pulunu ödədiyini deyərək, ortaya bir ödəmə qəbzi çıxarmışdı. Amma saatın satın alındığı Patek Philippe firmasında bu qəbzin saxta olduğu barədə açıqlama gəldi.

Ümumiyyətlə, onun 2014-cü ildə nazir uşaqları ilə cəmi 70 gün həbsdə qalmasının da ciddi pərdəarxası var. Zərrabın iş birliyinə girdiyi məmur və nazirlərə “Azadlığa buraxmasanız, danışacam” deyərək, şantaj etdiyi, məhz bu səbəbdən azadlığa buraxıldığı da səslənən iddialar sırasında idi.

Şou-biznes dünyasına girən “istedadlı iş adamı”...

Yuxarıda da qeyd etdiyimiz kimi, R.Zərrabın şou-biznes fiquru olması da həyat yoldaşı E.Gündeşlə birbaşa bağlıdır. R.Zərrab Ebru Gündeşin həyatına 2008-ci ildə girib. Həmin vaxt xanım müğənni o zamankı sevgilisi Osmantan Erkırdan yenicə ayrılmışdı və ayrılığın səbəbi olaraq göstərilən ad isə Rza Zərrab idi. Təbii ki, klassik mənzərə yaşanırdı - hər iki tərəf bunu inkar edirdi. Amma həmin vaxt xəbərlərdə Zərrabın adı milyoner iş adamı kimi yox, söz yazarı-iş adamı olaraq hallandırılırdı.

İlk vaxtlar Türkiyə mediası onun barəsində çox kasad məlumata malik idi. Məlumatlarda onun azərbaycanlı olması, Bakıda dünyaya göz açması, tərkibində 6 fərqli şirkəti birləşdirən Royal Dənizçilik şirkətinin sahibi olması da yer alırdı. Rzanın ailəsi varlı idi. Qızıl və neft ticarəti ilə məşğul olurdu. Amma media onun barəsində hər zaman istehza ilə “istedadlı iş adamı” sözləri yazırdı. O, E.Gündeşin “Evet” adlı albomuna söz və musiqisini yazdığı “Sadəcə, sevdim” adlı mahnısını vermişdi.

Bununla yanaşı, Rza bəyin İbrahim Tatlısəs və Sibel Cana da mahnı verdiyi deyilirdi. Milyoner iş adamı bu barədə belə deyirdi: “Mən heç bir mənfəət gözləmədən bəzi əsərlərimi sənətçi dostlarımla paylaşıram. Ebru xanıma da yenə maddi qarşılıq gözləmədən bir əsər verdim”.

Həmin illərdə bir başqa maqazin bombardmanını isə Azəri qızı Günel “partlatmışdı”. Günel telekanallara çıxıb, 8 illik sevgilisini əlindən Ebru Gündeşin aldığını, Zərrabın isə hələ də ona aşiq olduğunu deyirdi. Tam bir il sonra isə E.Gündeşin hamilə olduğu xəbəri sürətlə yayıldı. Elə həmin günlərdə cütlük Zərrabin İstanbulun Şişli bölgəsində yerləşən evində imam nikahına girdilər. Amma bu iddialar cütük tərəfindən heç bir zaman təsdiqlənmədi. Bir müddət sonra isə Gündeşin hamilə olmadığı da üzə çıxdı.

Keçmiş sevgilisi Günelin iddiaları bitmədiyini görüb, Zərrab 2010-cu ilin yanvarında ilk müsahibəsini verdi. “Ebru xanıma heyranam” deyən iş adamı daha sonra şou biznes dünyasına damğa vuran sözlərini də dedi: “Bir kişi olaraq nə yaşadığım münasibətlə, nə o münasibətdə xərclənən pulla, nə də özəl həyatımla bağlı heç bir açıqlama verəcəm.  Bu, mənim aldığım tərbiyəyə yaraşmır. Amma gəldiyimiz nöqtə məni buna məcbur etdi. Güneldən ayrılmağımın Ebru Gündeşlə heç bir əlaqəsi yoxdur. Hər şey Günelin xəyanəti ucbatından bitdi”.

Zərrabın ailəsi Rzanın Günellə münasibətinə “yox” dediyi halda....

Gündeş Zərrab ailəsinin də razılığını almışdı. Zərrabın anası bu münasibət barədə belə danışırdı: “Günellə sevgili olduğu üçün oğlumuzla düz üç il boyunca danışmadıq. Ebru Gündeş mənim xanım qızımdır, onu çox sevirəm. Biz Ebru xanımdan çox razıyıq. Allah da ondan razı olsun”.

Amma Türkiyə uzun müddət Zərrabla keçmiş sevgilisi Günelin dava, iftira və təhdid şousuna dözmək məcburiyyətində qaldı. Təbii ki, Ebru Gündeş də. Hətta Günelin iddiasına görə, ayrıldığı sevgilisinin evindən əşyalarını almaq üçün gedəndə evin divarlarında “Səni sevirəm, mənimlə evlənərsənmi?” sözləri yazılmışdı. Bütün bunlar da mediada öz yerini aldı.

Ebru Gündeş ilə Rza Zərrab 11 fevral 2010-cu ildə evləndi. Nikah mərasimi cütlüyün Kəmərdəki evlərində, ailə arasında baş tutdu.

R.Zərrabın adı ilk dəfə 2011-ci ilin aprelində kriminal xronikada hallandı. Qaçaqçılıq suçu ilə göz altına alınan Turqut Happani adlı şəxsin sürücüsü olduğu deyilirdi. Happani  150 milyon dollarlıq qara pulun “təmizlənməsi” əməliyyatında həbs olunmuşdu. Türkiyədən Rusiyaya çamadanlarla 150 milyon dollar daşıyarkən həbs olunan 14 nəfər arasında yer alan Happaninin facebookdakı səhifəsində də dollarlarla çəkdirdiyi fotolar yer alırdı. Zərrab Happanini tanıdığını, amma heç bir zaman onun sürücülüyünü etmədiyini söyləmişdi. Hətta bundan xəbər hazırlayan media qurumlarını məhkəməyə də vermişdi. Maddi və mənəvi təzminat istəmişdi.

Türkiyə mediası E.Gündeşin hamiləliyini də həmin vaxt öyrəndi. Çünki cütlük yay aylarını Bodrumdakı sahillərdən birində, öz gəmilərində keçirirdi. Media isə hamilə Ebrunu uzaqdan da olsa görüntüləməyi bacarmışdı. Cütüyün qızı Alara 16 dekabr 2011-ci ildə dünyaya gəldi. Doğumdan qısa müddət sonra cütlük Kanlıca bölgəsində yerləşən yeni villalarında yaşamağa başladı.

Limitsiz hədiyyələr, başdöndürən pullar

Medianın cütlük barədə ən çox yazdığı isə “Rza Zərrabdan həyat yoldaşına möhtəşəm hədiyyə” xarakterli xəbərlər olurdu. Ad günündə ultra lüks gəmi, bir cut villa, 250 min dollarlıq maşın, yollara tökülən yük maşını dolusu güllər, göydələndə 2 milyon dollarlıq ev...

Hətta sənətçinin bir auksiona qatılması, orda Nazmi Ziyanın “Sənətçinin evi” adlı tablosuna 750 min dollara yaxın pul ödəməsi də yayılan xəbərlər sırasında idi. Amma E.Gündeş bu xəbərlərdən olduqca narazı idi. Günlərin bir günü partladı: “Həyat yoldaşım iş adamıdır, mən də illərdir çalışan bir qadınam. Ailəmiz, uşağımız üçün investisiya qoya bilmərik? Bir-birimizə hədiyyələr ala bilmərik? Biz bunlardan xəbər hazırlanmasından bezdik. Həyat yoldaşımın növbəti hədiyyəsinin nə olacağı ilə maraqlananlara deyim: plan qurmuşuq, ərim mənə Marsı satın alacaq!”

R.Zərrabın adı daha sonra E.Gündeşdən daha çox maliyyə maxinasiyalarında hallandı. Amma ən şok xəbər onun gizli yazışmalarının üzə çıxması oldu. Həmin yazışmalarda R.Zərrab İstanbula gələn iş ortağına jest üçün kef məclisi təşkil etmiş, fahişə kirayələmişdi. Amma yazışmalarda iş adamı “onlardan ən gözəlini özünə ayıracağını” da yazmışdı. Ondan bir müddət sonra R.Zərrabın ilk həbsi baş tutmuşdu. Türkiyə mediası E.Gündeşin ən azından bu xəbərə görə ərindən boşanacağını yazsa da, bu, baş tutmadı. Əri ilk dəfə həbs olunan zaman jürisi olduğu verilişdə çıxış edən E.Gündeş həyat yoldaşını çox sevdiyini, ona dəstək olduğunu və pis günlərin tezliklə arxada qalacağına inandığını demişdi.

Hazırda isə səbəbi bilinməsə də, E.Gündeşin ərindən boşanmağa hazırlaşdığı yazılır. Bu, bir iqtisadi anlaşma da ola bilər, Gündeşin daşan səbir kasasının nəticəsi də.

...
Xərçəngə təkan verən 9 qida - MARAQLI
Azərbaycanlı alimlərin layihəsi nüfuzlu beynəlxalq mükafata layiq görülüb
“Bir var “yazıçı Anar”, bir də var “idarə sədri” Anar” - Çingiz Hüseynov
Heydər Əliyev məhz buna görə SSRİ rəhbəri seçilməyib -SƏBƏB...
Heydər Əliyevin məşhur zarafatları -"Bax, arvadı belə sevərlər..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
66 yaşlı avtobus sürücüsü Həccə pulsuz göndərişi necə qazandı? - İBRƏTAMİZ...
Cəmiyyət
“Onu tanrıdan dilənmişdik...” - Şəhid əsgərimizin anası...
Şou-biznes
“Altun kələbək” bizim “altun xırdalayan” kəpənəkləri necə üzə çıxardı?
Maraqlı
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
Hadisə
Vəhşi fil selfi həvəskarını ölümünə tapdaladı - FACİƏ...
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
Prezident 4 naziri vəzifəsindən azad etdi
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO
Mədəsindən 52 ədəd prezervativ çıxdı, içərisindən də... - FOTO+VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin