Xəbər lenti
23/01/2021 [01:57]:
"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
23/01/2021 [01:46]:
"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi" - “Qaraca qız” filminin Xədicəsi...
23/01/2021 [01:04]:
Azad Rəhimov barəsindəki iddiya aydınlıq gətirdi: “Narahatlığa heç bir əsas yoxdur...”
23/01/2021 [00:50]:
“Paşinyanın məşuqəsi Anna Hakopyan Rusiya sərhədindən hansı əsasla keçib..?”
23/01/2021 [00:45]:
"Bu peyvəndin həmin şəxslərə vurulması yolverilməzdir və..." - XƏBƏRDARLIQ
23/01/2021 [00:07]:
“Yeni mutasiya əvvəlkindən daha ölümcüldür” - Boris Conson
23/01/2021 [00:05]:
Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək
23/01/2021 [00:01]:
Ermənistanın Səhiyyə Nazirliyinin baş virusoloqu Polşaya qaçdı
22/01/2021 [23:59]:
Fransada istifadə olunan peyvəndin 130-dan çox əlavə təsiri aşkarlanıb
22/01/2021 [23:31]:
“Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”
22/01/2021 [23:22]:
Sabah Rusiyada ara qarışa bilər - Kreml təhlükə barədə xəbərdarlıq etdi
22/01/2021 [23:01]:
Azad Rəhimov komaya DÜŞDÜ
22/01/2021 [22:59]:
Leyla Əliyevadan valideynlərinin evlilik ildönümü ilə bağlı paylaşım - FOTO
22/01/2021 [22:58]:
Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”
22/01/2021 [22:53]:
Təhsil naziri şagirdlərin dərslərində geriləmələri barədə fikirlərə münasibət bildirdi
22/01/2021 [22:47]:
Qənirə Paşayeva şəhid gizirin ailə üzvlərinə bir daha baş sağlığı verib
22/01/2021 [22:47]:
Ombudsman 2 saylı İstintaq Təcridxanasına baş çəkib
22/01/2021 [22:37]:
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
22/01/2021 [22:35]:
Bill Qeyts peyvənd olundu
22/01/2021 [22:30]:
Azərbaycanda iki Livan əslli erməni terrorçusuna qarşı cinayət işi başlandı
22/01/2021 [22:30]:
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
22/01/2021 [21:42]:
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
22/01/2021 [21:25]:
Cəbhədən “sürətli qaçışla” ad qazanmış fərari erməni könüllülər hökumətlə pul davasına çıxdı
22/01/2021 [21:23]:
“Game of Thrones” serialının daha bir prikveli çəkilir
22/01/2021 [21:19]:
Rusiya yeni "Niva" avtomobilini təqdim etdi...
22/01/2021 [21:15]:
"PAŞA Bank işğaldan azad olunan rayonlarda kiçik sahibkarlığın inkişafına yardımçı olacaq"
22/01/2021 [21:13]:
Masallı rayon xəstəxanasının baş həkimi saxlanıldı
22/01/2021 [21:12]:
İranlı liderdən dünyanı şoka salacaq paylaşım: "İntiqam qaçılmazdır"
22/01/2021 [21:07]:
Elza Seyidcahan şəhidlərə mahnı bəstələdi - VİDEO
22/01/2021 [21:00]:
İsraillə Livan arasında gərginlik: Ərəb ölkəsinə məxsus pilotsuz təyyarə vurulub
22/01/2021 [20:54]:
Türkiyədə koronavirusu bir dəqiqədə məhv edən dərman hazırlandı
22/01/2021 [20:51]:
İran neft məhsulları ixracında böyük nailiyyətlər qazanıb
22/01/2021 [20:50]:
"Roma"ya texniki məğlubiyyət verildi
22/01/2021 [20:48]:
Lloyd Ostin Pentaqonun yeni rəhbəri oldu
22/01/2021 [20:35]:
Mənfi 25 dərəcə soyuq havada başlarından aşağı buzlu su boşaltdılar - MARAQLI... + VİDEO
22/01/2021 [20:34]:
“Ermənistanın iqtisadi xilası üçün yalnız bir yol var, bu da ondan ibarətdir ki...”
22/01/2021 [20:27]:
Yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir
22/01/2021 [20:24]:
"Unutmaq lazım deyil ki, Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 5 ölkəsindən biridir"
22/01/2021 [20:23]:
Donald Trampın impiçmenti qətnaməsi Senata göndəriləcək
22/01/2021 [20:21]:
Almaniyada koronavirusun Braziliya ştammı aşkarlanıb
22/01/2021 [20:20]:
Şəhid Vüsal Qənbərlinin ilk övladı dünyaya gəlib
22/01/2021 [20:14]:
"Rusiya tarixən öz verdiyi sözü tutmayan  dövlət kimi yaddaşlarda qalıb...”
22/01/2021 [19:51]:
“Onların kin və nifrətinin hədəfində hər zaman türk xalqları olub”
22/01/2021 [19:37]:
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib - FOTO
22/01/2021 [19:35]:
"Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edilib
22/01/2021 [19:33]:
Cəlilabadda kişi arvadını yatdığı yerdə qətlə yetirib
22/01/2021 [19:30]:
Gürcüstanın XİN başçısı Azərbaycana dəvət olunub
22/01/2021 [19:28]:
2020-ci ildə ARDNF investisiya portfelini artırıb
22/01/2021 [19:21]:
AKP-çi dən şok: Bayden kürddür, əsli İrəvandandır!
22/01/2021 [19:17]:
"Mənə baxa bilməyən kişiyə ərə getməkdənsə, tək qalaram..."
22/01/2021 [19:01]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [18:57]:
Erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirildi - Həzi Aslanovun müəmmalı ölümü...
22/01/2021 [18:54]:
Hərbçilərin maaşı azaldılıb? - Nazirlik açıqladı
22/01/2021 [18:48]:
"Hərbi qulluqçuların xidmət illərinə görə pensiya təyinatı zamanı ortada olan bəzi haqsızlıqlar aradan qaldırılsın"
22/01/2021 [18:46]:
Azərbaycan Ordusunun minaya düşərək şəhid olan əsgəri Qusarda dəfn edilib - FOTO
22/01/2021 [18:43]:
Azərbaycanın strateji valyuta ehityatları 50 milyard dollara yaxınlaşıb
22/01/2021 [18:34]:
Nailə İslamzadəyə ağır itki üz verib
22/01/2021 [18:33]:
Azərbaycanda daha 280 nəfərdə koronavirus aşkarlanıb
22/01/2021 [18:31]:
Ceyhun Bayramov Gürcüstanın XİN rəhbərini təbrik etdi
22/01/2021 [18:31]:
Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs həbs edilib
22/01/2021 [18:22]:
Erməni əsgərlər MN binası önündə aksiya keçirir
22/01/2021 [18:18]:
Könül Xasıyeva onu sevən məmurdan danışdı: “Vəsiyyət edib ki, məzar daşına...“
22/01/2021 [18:15]:
Yaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edildi
22/01/2021 [18:06]:
Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşdı
22/01/2021 [18:05]:
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi
22/01/2021 [17:59]:
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu
22/01/2021 [17:51]:
Arif Alışanov istintaqı və məhkəmələri oyuncağa çevirib? - Gözlər Ali Məhkəmədə...
22/01/2021 [17:44]:
Azərbaycanda vəkil koronavirusdan vəfat edib
22/01/2021 [17:43]:
Keçmiş nazir yeni vəzifəyə təyin olundu
22/01/2021 [17:41]:
"Onu 2 il əvvəl məcbur evləndirdilər, öz toy gecəsi mənim yanıma gəlmişdi..." - VİDEO
22/01/2021 [17:36]:
Erməni təxribatı nəticəsində Tərtərdə ziyan dəyən obyektlərin sayı AÇIQLANDI
22/01/2021 [17:34]:
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün konfrans keçirildi
22/01/2021 [17:07]:
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO
22/01/2021 [17:05]:
Mərkəzi Bankdan 500 manatlıq pul nişanı ilə bağlı AÇIQLAMA
22/01/2021 [17:04]:
Rusiyada mitinqöncəsi həbslər: 22 nəfər saxlanıldı
22/01/2021 [17:03]:
Ermənistan təkcə bu il Qarabağdan 13.5 milyon dollarlıq elektrik oğurlamağı planlaşdırmışdı...
22/01/2021 [17:01]:
Tanınmış prodüser aparıcı oldu – VİDEO
22/01/2021 [17:00]:
Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər barədə məlumat yayıb - FOTO
22/01/2021 [16:57]:
"Heydər Əliyev Fondunun yeni layihəsi Böyük Qayıdışı daha da yaxınlaşdırır"
22/01/2021 [16:52]:
"ABŞ Türkiyədə sui-qəsd planları hazırlayır..." - Türkiyə hərbi kəşfiyyatının keçmiş rəisindən sensasion iddia
Bütün arxiv bir sırada
30/11/2017 [10:25] - Cəmiyyət - ( 2161 dəfə baxılıb)

Məğrur yaltaqlıq məktəbi



Kefiniz istəyən qədər yaxşı xasiyyətimizi sanayaram, qurtarmaz. Nə bilim, mehribanıq, yanımcılıq, mərdik, ürəyimiz də açıqdı, əlimiz də filan.

Di gəl, özümüzünkülərə yox! Yada, qırağa. Bu yazıda dərdim bu deyil, bundan danışmıram.

Niyə beləyik, deyə fikirləşirəm. Bir heylə düşünürəm, ağlıma babat, ağlabatan səbəb gəlmir. Ağlıma yalnız bir pis işimiz gəlir, elə pis iş ki, cəmi yaxşılarımızı yuyub aparır.

İsveçə gələndən, dünyanın ən cazibədar model cəmiyyətlərindən birini qurmuş bu “soyuqqəlbli” insanların əhatəsinə düşəndən özümüzü bir ayrı yandan kəşf eləmişəm. Bizim azad ruhluğumuz, əyilməzliyimiz, şərəf-ləyaqət haqda bəlağətli sözlərimiz şirma-örtük kimi gəlir mənə, ruslar “pokazuxa” deyir e, bax, bir növ onun kimi.

Kənar adam cəmiyyətimizi ”“ TV, qəzet-jurnal, toy-yas məclisləri, müşavirə-iclas, konfrans-seminar, bir sözlə, rəsmi, qeyri-rəsmi tədbirlərimizi müşahidə eləsə, deyər: “Bunlarda fitri tərif demək istedadı hardandı belə?”

Bu gün cəmiyyətimizə hakim bir insan duyğusu varsa, o da yaltaqlıqdı. Elə bil, bu duyğuyla nəfəs alırıq, yatıb-dururuq, beynimiz yalnız bunun yeni növlərini axtarmaqla məşğuldu. Orijinal bir şey tapanda uşaq kimi sevinirik. Sanki, həyatda uğur qazanmağımız bu hala, ovqata köklənə bilməyimizə bağlıdı.

Biz yaltaqlığı insani duyğular sırasına çıxarmağı bacarmış xalqıq, o biri duyğuları Tanrı özü verib bizə.

İlahi, biz nə qədər bacarıqlıyıq, yalmanmanın necə kreativ üsullarını tapırıq! Əgər yaltaqlıq elm kimi tanınsaydı, nə bilim, fizika, kimya sayaq və bu elmlə, məsələn, Günəşə uçan aparat düzəltmək mümkün olsaydı, bunu bacarardıq, ciddi deyirəm, düz sözümdü.

Biz heyvan adlarından da bu sözə sinonimlər düzəldə bilən camaatıq, “pişiklənmək” kimi.

Ayrı şeydən danışırdım səki”¦

***

Ukrayna, Gürcüstan, Moldovadan sonra Ermənistan da Avropa Birliyiylə hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması adlı sənədi ötən həftə Brüsseldə imzaladı. 2013-cü il sammitində Serj Sarkisyan Rusiyanın təzyiqiylə son anda bu sənədi qollamaqdan imtina eləmişdi.

Ermənistan prezidenti o gün belə deyib: “Bu sazişi imzalamaqla biz göstəririk ki, həm Avrasiya İttifaqının, həm də “Şərq Tərəfdaşlığı”nın üzvü olmaq mümkündür”.

Rusiyadan az qala onun bir quberniyası səviyyəsində asılı olduğunu iddia edib lağa qoyduğumuz Ermənistan bu addımı ata bilirsə, müstəqil, balanslı xarici siyasət yürütdüyünü deyən Azərbaycan, bəs, niyə bu sazişdən qaçır?

2009-cu ildən ”“ Azərbaycan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına qoşulandan sürtə-sürtə gəlirik. Niyə?

Yadıma düşür, biz ”“ bir qrup ictimai fəal yığışıb Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi (AAMİK) yaratmışdıq. Bir ara o komitəyə mən də həmsədrlik elədim. Məqsədimiz Azərbaycan hökuməti ilə Avropa Komissiyası arasında ictimai əlaqəçi olmaq, ictimaiyyət adından təkliflər hazırlamaq, bu işə sürət vermək idi. Müxtəlif sahələri əhatə edən 9 komissiya yaratmışdıq. Hökumətimizdən fərqli olaraq, Avropa Komissiyası komitəmizə dəstək verdi, xeyli iş gördük.

Çox keçmədi, başa düşdük ki, bu inteqrasiyanı hökumətimiz istəmir! Rusiyadanmı qorxur, Avropa azadlığını dadan xalqın ruhlanıb çox şey arzulayacağındanmı çəkinir? Gümanın min yerə gedər, ortada olansa bunu ”“ is-tə-mir! Ukrayna, Gürcüstan, Moldovadan fərqli olaraq, bizim hakimiyyət bunda maraqlı deyil.

Nəticə bu gün göz qabağındadı. Onlar Avropanın kandarını keçib, bizsə sərhəddə boylana-boylana qalmışıq.

Almaniyada yaşayan bir dostum o gün gileylənirdi ki, atasıgili qonaq çağırmaq istəyirmiş, viza ala bilməyib. “Amma bu yay gürcülər öz bağlarının gilənar, gilasını gətirib Berlin marketlərində satdırdılar”.

Hələ 2008-ci ildə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams rəhbəri olduğum “İnam” Plüralizm Mərkəzinin AAMİK ilə birgə təşkil etdiyi “Azərbaycan ”“ Avropa Birliyi: inteqrasiya üçün effektli əməkdaşlıq mexanizmləri” mövzusunda dəyirmi masada belə demişdi: “Şərq Tərəfdaşlığı” proqramı 6 dövlətin gələcəkdə Avropa Birliyinə üzvlüyə qəbulunun reallaşdırılmasına yol aça bilər. Bunun üçün Avropa qaydaları ilə yaşamağa vərdiş edilməli, yerli qanunvericilik Avropa qanunlarına uyğunlaşdırılmalıdır”.

Yəni, Avropaya qoşulmaq istəyən ölkələrin insanları ilk növbədə vətəndaş olmalıdılar. Vətəndaş hökumətə boyun əyən müti varlığa yox, hökumətləri özünə tabe etdirməyi bacaran şəxslərə deyilir.

İndi Ermənistan Avropya inteqrasiya yolunda ciddi addım atdı. Niyə? Guya Serj Sarkisyan Avropadan ötrü ölür?  Yox! Özünü vətəndaş sayan insanlar onu vadar etdi. Dəxli yoxdu, o vətəndaş ölkə daxilində yaşayır, ya Ermənistanın asılı olduğu diasporadandı.

Bu gün ”“ 1998-ci ildən rəsmən hakimiyyətdə olan “Qarabağ klanı” adlı rejimdə Ermənistan vətəndaşı Yerevanın mərkəzində mitinq keçirəcək, erməni müxalifəti bu ölkənin televiziyasında Sarkisyanı cinayətkar adlandıracaq, parlament fraksiyalarında deputatlar “ölkə Qarabağ klanının əlində girov qalıb” deyəcək qədər azaddı.

Bizim rəsmi mətbuatımızın alay edib bəyənməməsi ilə deyil, göz görən odu ki, düşmənimizin ölkəsində azından-çoxundan demokratiyası da var, Avropaya aparası əsl balanslaşdırılmış xarici siyasəti də.

***

Nədən danışırdım, hə, xasiyyətimizdən.

Yaltaqlıq tək alçalma forması deyil, həm də insan qorxusunun üst geyimidi. Yaltaqlığın əks üzü qorxaqlıqdı. Qorxan adam yalmanır! Çexovun “Məmurun ölümü” hekayəsindən Çervyakovu xatırlayırsınız yəqin. Öz Qurbanəli bəyimizi demirəm heç.

Tanınmış çex heykəltaraşı David Çernı yaltaqlığı insanlığın ən naqis keyfiyyətlərindən sayaraq, ona heykəl ucaldıb. “Yalmanma” adlanan 5 mertlik heykəl Praqanın “Futura” qalereyasında nümayiş olunur. Bu, ikiqat əyilmiş başsız adam heykəlidi. Heykəltaraş bununla demək istəyir ki, yaltaq adamda nə baş olar, nə sima. Bir az bizim şanlı mentalitetə yaddı deyə, heykəlin şəklini dərc etmirəm bu yazıda. Ququlda “David ÄŒerný. Brown-nosers” yazıb özünüz taparsınız.

Sözümün canı odu ki, elə bil, yarınmaq genetik halımızdı, atadan oğula, anadan qıza ötürülür.

Deyir, Bülbül zəhmetkeşlərin qabağında konserti bitirəndən sonra belə deyərmiş: “Ay camaat, yaxşı işləyin ki, Bağırovun başı Stalinin yanında uca olsun!” Yaltaqlığın uğurlu formasıdı, deyilmi? Yaxşı sənətkar idi, amma qul xislətli!

Mircəfər Bağırov 20 il Azərbaycana rəhbərlik eləyib. Hərdən gözümə dəyir, onu təmizə çıxarmaq istəyənlərin yazıları. Bilmirəm kim deyib, Bağırov haqda ən doğru deyim budur: “Azərbaycan Stalini + Beriya”. Unutmayaq!

Yaltaqlıq sanki genetik halımızdı dedim, yəqin elə buna görədi, bir xalq kimi ”“ istər evdə ata olsun, istər dövlətdə rəhbər ”“ “üzüyumşaq” başçıları sevmərik, atılıb boynuna minərik. Bizimki zorlu-hallı adamdı, sino gedərik, rəğbət bəslərik, təzim edərik.

Şiə kimi də qəribə şiəyəik, qəlbində Əli rəhmi olana yox, Yezid kimi zalıma biət edərik.

Üç hakimiyyətimizi misal çəkim, onlarla necə davrandığımızı özünüz yada salın. Bilirəm, Azərbaycan Cümhuriyyəti deyəndə elə sizin də gözünüzün qabağına Rəsulzadə gəlir. İki il dözə bildik Rəsulzadələrin bəxş etdiyi azadlığa. Özümüz öz əlimizlə verdik azadlığımızı rusa.

Sovet illərində, irəligetmiş xalqların hələ tam baş açmadığı kompüter texnologiyalarından danışan Vəzirovun da “üzüyumşaqlığı” iki il çəkdi.

Humanist Elçibəyin bəxti heç gətirmədi. Xalq “ürəyiyumşaq” hakimiyyətlə bircə il dolana bildi.

Yerdə qalan hakimiyyətlərə sevgimizi isə özünüz də bilirsiniz, görürsünüz, ”¦yaşayırsınız!

Şimalı Koreyadan video lentlərə baxmamış olmazsınız, ulu öndərlərinə ümumxalq sevgilərinin əyani sübut tamaşalarını deyirəm. Yox, halımızı onlara bənzətmirəm, onların sevgisi saxtadı. Bizim tək səmimi ola bilməzlər!

Həm də onların üz-gözündən rəzillik yağıq. Bizsə qəbula Zülümov kimi ikiqat əyilib girsək də, çıxanda şax çıxırıq, məğrur görkəmdə. Bizim yaltaqlığımızın bənzəri yoxdu dünyada.

Məğrur yaltaqlıq!

Bax, o “ürəkdən gələn səmimi sevgi”lər ölkəsindən ”“ Yalmaniya adlı ölkədən yazacaqdım, huşum getdi, nə bilim, Almaniyaya, ”¦İrəvana, Avropaya filana.

***

Mən tərkibində Qarabağ olan Avropasayaq ölkədə, məğrur yaltaqların yox, azad vətəndaşların vətənində yaşamaq istəyirəm!

Ayrı heç nə istəmirəm!

Vahid Qazi
Noyabr, 2017
Avropa Birliyi

loading...
Maskasız deputat parlamenti bir-birinə vurdu VİDEO
Cinsiyyət dəyişdirmək istəyərkən nə zaman öləcəyini öyrəndi - FOTOLAR
İranlı liderdən dünyanı şoka salacaq paylaşım: "İntiqam qaçılmazdır"
Mənfi 25 dərəcə soyuq havada başlarından aşağı buzlu su boşaltdılar - MARAQLI... + VİDEO
"Unutmaq lazım deyil ki, Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 5 ölkəsindən biridir"
N.Tusi adına Klinika

Cəmiyyət
"Onlar muğamın müqəddəs olduğunu gərək başa düşsünlər"
Cəmiyyət
Azad Rəhimov barəsindəki iddiya aydınlıq gətirdi: “Narahatlığa heç bir əsas yoxdur...”
Cəmiyyət
Şahbaz Quliyevin anası dünyasını dəyişdi...
Cəmiyyət
Məşhur türk sənətçisi bizim şairin sözlərinə mahnı bəstələdi - VİDEO
Cəmiyyət
“Belə musiqi mədəniyyətimiz olan sahədə Afət kimilər nə edirsə, düz edir...”

Yazar
İlham İsmayıl
“Kişi evin, sərhəd də dövlətin çəpəridir...”
Elgün MƏNSİMOV
İdeal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik...
Seymur Verdizadə
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Həftənin ən çox oxunanları
Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO
"Təyyarəyə, yaxşı kı, bomba yüklənməmişdi, yoxsa Sumqayıta bomba da ata bilərdim..."
"Moskvada ermənilər restorana getməyə utanırlar ki, azərbaycanlılarla rastlaşmasınlar"
"Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - Paşinyan
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı- Əraziyə ordu yeridildi...-VİDEO
“Nazir rusların davranışına əsəbiləşdi:  “Belə iş olar, öz torpağımızda bizə qadağa qoyurlar”
"Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı..." - FOTOLAR
Onlara “İmam Hüseyn əsgərləri” deməklə vətən savaşını zərərli dini müstəviyə çəkirlər...
Pərvindən yayılan porno videoya REAKSİYA - "Sənin nəslini "stroy"a düzəcəm..." + VİDEO
Baydendən ilk tələb: "Əliyev və Ərdoğana qarşı sanksiya..." (VİDEO)
Moderator.az-ın arxivi
Copyright©2021
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
X 1xbet
{literal} {/literal}