Xəbər lenti
13/12/2017 [00:53]:
Oğlu özünə əkizi qədər bənzəyir - FOTO
13/12/2017 [00:51]:
Tramp: ABŞ Suriya və İraqda İŞİD üzərində qələbə qazandı
13/12/2017 [00:44]:
Rasim Balayev: "Televiziyalarımızda baxılası veriliş var ki?"
13/12/2017 [00:42]:
“Qarabağ”ın oyunundakı xoreoqrafiya belə hazırlanıb – VİDEO
13/12/2017 [00:19]:
Bakıda ağır qəza: Jurnalist həyatını itirdi - FOTO
13/12/2017 [00:09]:
Bürclər – 13 DEKABR
13/12/2017 [00:01]:
“WhatsApp”dan 4 yenilik
12/12/2017 [23:53]:
Cadu olunmasının əlamətləri hansılardır?
12/12/2017 [23:42]:
ABŞ məhsullarına boykot çağırışı edildi
12/12/2017 [23:27]:
Dəm qazından ölən ana ilə 2 uşağının FOTOSU
12/12/2017 [23:17]:
ABŞ Türkiyənin “S-400” kompleksləri ilə bağlı qərarından narahatdır
12/12/2017 [23:05]:
“Onu tanrıdan dilənmişdik...” - Şəhid əsgərimizin anası...
12/12/2017 [23:00]:
17 yaşlı məktəbli müəlliməsi ilə seksdən sonra intihara cəhd etdi - FOTO
12/12/2017 [22:57]:
XXI əsrin əfsanəvi heyətləri
12/12/2017 [22:47]:
Rusiya bütün diplomatlarını Yəməndən çıxartdı
12/12/2017 [22:37]:
Alimlər Yer kürəsinin səsini dinlədi - “Uğultu”nun SİRRİ AÇILDI
12/12/2017 [22:28]:
Aİ Rusiyaya qarşı sanksiyaları uzadacaq
12/12/2017 [22:17]:
“Altun kələbək” bizim “altun xırdalayan” kəpənəkləri necə üzə çıxardı?
12/12/2017 [22:17]:
Qarabağda ŞOK AYRILIQ: Almeyda gedir
12/12/2017 [22:13]:
Bakının mərkəzində maşın od tutub yandı - VİDEO
12/12/2017 [22:10]:
Saakaşvilinin şok görüntüləri yayıldı - VİDEO
12/12/2017 [22:08]:
Putindən Ərdoğana ABŞ-ı oyundan çıxaracaq TƏKLİF
12/12/2017 [22:07]:
Kişi qısqanclıqdan arvadının hər iki biləyini kəsdi - DƏHŞƏT...
12/12/2017 [22:02]:
Tanınmış mədəniyyət xadimi dünyasını dəyişdi - FOTO+VİDEO
12/12/2017 [21:55]:
Rusiya bu ölkədəki vətəndaşlarını təxliyə etdi
12/12/2017 [21:49]:
58 minə yaxın "Volkswagen Touareg" geri çağırılır
12/12/2017 [21:46]:
İranda baş verən güclü zəlzələnin Azərbaycan üçün hansı təhlükəsi var?
12/12/2017 [20:46]:
Mədəsindən 52 ədəd prezervativ çıxdı, içərisindən də... - FOTO+VİDEO
12/12/2017 [20:15]:
Silahlı Qüvvələrə əlavə vəzifələr verildi
12/12/2017 [20:12]:
Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi
12/12/2017 [20:03]:
Ronaldo ilə bağlı şok iddia: "Real"dan gedir
12/12/2017 [19:48]:
Silahlı Qüvvələrin komandir heyəti sınağa çəkildi – FOTOLAR
12/12/2017 [19:30]:
"Mən Heydər Əliyevin əsgəriyəm" - Mübariz Mənsimov
12/12/2017 [19:24]:
Ədliyyə işçiləri Heydər Əliyevin xatirəsini yad ediblər
12/12/2017 [19:20]:
“Vətənpərvərlik tərbiyəsi ailədən və uşaq bağçasından başlayır”
12/12/2017 [19:18]:
Heydər Əliyevin xatirəsi Moldovada anıldı
12/12/2017 [19:08]:
Ağsuda iki uşağı avtomobil vurdu
12/12/2017 [19:07]:
“Uşağın sosiallaşması prosesi bağçadan başlamalıdır”
12/12/2017 [19:03]:
“Psixi problemləri var idi...” - Qızı öldü, qatili isə oğludur...
12/12/2017 [19:02]:
Sabah paytaxtın bu hissələrində su olmayacaq
12/12/2017 [18:58]:
“Boeing-777”nin sərnişinləri Londona yola salındı
12/12/2017 [18:55]:
Bulvardakı məşhur kafenin üstünə ağac aşdı
12/12/2017 [18:44]:
ADNSU-nun rektoru CİSCO şirkətinin nümayəndələri ilə görüşdü
12/12/2017 [18:38]:
"Ulu öndər Azərbaycan gəncliyinin qəlbində əbədi yurd salıb"
12/12/2017 [18:38]:
Həştərxanda Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirildi
12/12/2017 [18:26]:
İran prezidenti Azərbaycana rəsmi səfər edəcək
12/12/2017 [18:25]:
ADNSU-da NASA-nın məşhur qadın astronavtı ilə görüş keçirildi
12/12/2017 [18:24]:
Abbas Ələsgərov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
12/12/2017 [18:22]:
İlham Əliyev Türkiyəyə getdi - FOTOLAR
12/12/2017 [18:12]:
“CNN Yunanıstan” Azərbaycan əleyhinə film nümayiş etdirdi –“KarabakhTV”
12/12/2017 [18:09]:
NATO baş katibinin səlahiyyət müddəti 2 il uzadılıb
12/12/2017 [18:08]:
Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb
12/12/2017 [18:06]:
Keçmiş MTN-in vəzifəli şəxsləri: "Bizə şər atıblar"
12/12/2017 [18:03]:
“Narkobizneslə məşğul olan məmurlar “avtoritet”lərin bayırda olmasını istəmirlər”
12/12/2017 [18:03]:
İzmirdə “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçiriləcək
12/12/2017 [18:01]:
Xərçəngə təkan verən 9 qida - MARAQLI
12/12/2017 [18:00]:
“Anaların, bacıların, ataların nalələri onun qəddini əymişdi”- Rafiq Əliyevin Famil Mehdi ilə bağlı xatirələri
12/12/2017 [17:57]:
“Haqsız qərardır, 50 min istəmişdik...” - Avropa Məhkəməsindən narazı qaldı
12/12/2017 [17:54]:
Azərbaycanda daha bir qəribə körpə doğuldu - Kürəyində cinsiyyət üzvü var
12/12/2017 [17:50]:
Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirildi
12/12/2017 [17:48]:
Deputat bələdiyyələri BİABIR ETDI
12/12/2017 [17:46]:
Bakıda jurnalist yol qəzasında ÖLDÜ
12/12/2017 [17:43]:
40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verildi
12/12/2017 [17:07]:
Salyanda qətlə yetirilən ana və 4 qızının qəbri üstündə ürəkağrıdan mənzərə — FOTO - VİDEO
12/12/2017 [17:04]:
Cavanşir Quliyevdən hamını təəccübləndirən İDDİA - Bəstəkarlar ŞƏRH ETDİLƏR
12/12/2017 [16:58]:
"“KİV haqqında” qanun “reket jurnalistlər”ə görə dəyişir"
12/12/2017 [16:52]:
Müğənni həbs oluna bilər - Ərdoğana görə
12/12/2017 [16:48]:
Məşhurlarla görüşdən xatirələr: “Heydər Əliyev həbsimə imkan vermədi”
12/12/2017 [16:42]:
“MTN işi”nin zərərçəkəninə cəza istənildi
12/12/2017 [16:37]:
Bakıda daha bir küçədə təmirə bağlandı – FOTO
12/12/2017 [16:33]:
ADU-da “Böyük ömrün dastanı” əsəri əsasında kompozisiya nümayiş olundu
12/12/2017 [16:29]:
Rəcəb Tayyib Ərdoğan şeir üstündə həbs olundu – Tarixdə bu gün – VİDEO
12/12/2017 [16:15]:
Bakıda qonşu kişi ilə hamamda tututularaq öldürülən gəlin - FOTO
12/12/2017 [16:09]:
Qiymətlər dəyişdi - Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
12/12/2017 [16:03]:
Silahlı Qüvvələrdə dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir
12/12/2017 [16:00]:
Prezident Zeynal Nağdəliyevin oğluna rütbə verdi — SƏRƏNCAM
12/12/2017 [15:56]:
“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisi vəkilindən imtina etdi
12/12/2017 [15:55]:
ADU-da ümummilli lider Heydər Əliyev anıldı
12/12/2017 [15:44]:
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
12/12/2017 [15:31]:
Pensiyalar nə vaxt veriləcək?
Bütün arxiv bir sırada
04/12/2017 [14:53] - Müsahibə - ( 6366 dəfə baxılıb)

“Biz Çaykəndi və 32 kəndi ermənilərdən geri aldıq”



Moderator.az Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun ölkə.az-a verdiyi müsahibəni təqdim edir:

– Ayaz müəllim, bir neçə gün öncə tanınmış analitik, yazıçı Tahir Cəfərli sizin prezidentliyiniz dövründə Boris Yeltsin tərəfindən Azərbaycan ərazilərinin Rusiya, İran, Türkiyə və Ermənistan arasında 4 yerə bölünməsi ilə bağlı məxfi planın olduğunu iddia edib. Bu nə qədər doğrudur? 

– İlk olaraq qeyd edim ki, həmin tanınmış analitik, yazıçı Tahir Cəfərlinin mənim köməkçim olması haqqında saytınızda getmiş informasiya düzgün deyil. Tahir müəllim öz araşdırmaları ilə ictimaiyyət tərəfindən  tanınan və oxunan bir alimdir.  

Konkret sizin sualınıza gəldikdə isə bildirim ki, 1991-ci il dekabr ayının 8-də Belarusiyada, 3 respublika – Rusiya, Ukrayna və Belarusiya rəhbərliyi - Yeltsin, Kravçuk, Şuşkeviç arasında danışıqlar nəticəsində SSRİ adlı dövlət ləğv olunaraq əvəzində MDB adlı qurum yaradıldı. İlk əvvəl ora daxil olan ölkələrin sayı 3 idi. Bir müddət keçdikdən sonra mənə məlumat çatdı ki, dekabr ayının 25-də Qazaxstanın o vaxtki paytaxtı Almatı şəhərində MDB tərkibinin genişləndirilməsi ilə əlaqədər keçmiş sovet respublikalarının iştirakı ilə yığıncag keçiriləcək. Mən Nursultan Nazarbayevlə əlaqə saxlayıb bir ev sahibi kimi niyə Azərbaycan rəhbərliyinin dəvət olunmamasının səbəbi ilə maraqlandım. O da öz növbəsində bu səlahiyyətin onda olmaması və bu məsələ ilə Boris Yeltsinə müraciət etməyimi bildirdi. Təbii ki, bu işdə bir müəmma olduğunu hiss etdim. Necə ola bilərdi ki, bütün respublikalar, hətta Ermənistan ora dəvət aldığı halda, Azərbaycan kənarda qalmışdı. Bunun səbəbinin həmin vaxtlar Boris Yeltsinin yaxın ətrafının ermənipərəst mövgeyi ilə bağlı olması bizə məlum idi. Bu işdə xüsusilə Gennadi Burbulis canfəşanlıq edirdi.

MDB rəhbərlərinin görüşü 1991-ci il dekabr ayının 25-də  olduğundan, mən və Sabir Hacıyev bir gün əvvəl, yəni ayın 24-ü Almatıya uçduq. Həmin gün Baş Nazirlərin görüşü keçiriləcəkdi. Sabir Hacıyevi həmin görüşə göndərdim ki, nə baş verdiyindən məlumatımız olsun. İclası Gennadi Burbulis aparırdı və Sabir Hacıyevin haqlı olaraq, “niyə Azərbaycan nümayəndiliyi bu görüşə dəvət olmayıb”  sualına Burbulis cavab tapa bilməmişdi. Səhəri gün saat 09:30 mən qəflətən iclas keçirilən zala daxil olanda hamı çaşqınlıq içində qaldı. Ən çox narahat olan, vurnuxan Boris Yeltsin və Levon Ter-Petrosyan oldu. Orada yalnız bir nəfərin mənim gəlişimdən xəbəri var idi. O da Ukrayna rəhbəri  Kravçuk idi. Çünki mən Nazarbayevdən sonra Yeltsinə deyil, məhz ona zəng vurdum. Çünki Boris Yeltsinin Azərbaycana qarşı mövqeyi məlum idi, onunla danışmağa dəyməzdi. Kravçuk yeni yaradılmış MDB-nin ideya müəlliflərindən biri olduğuna görə, ondan Azərbaycan rəhbərliyinin görüşdə iştirak tələbini irəli sürdüm və o da etiraz etmədi.  Zala daxil olub  Kravçukun yanındakı kresloya əyləşdim. Yeltsin narahatçığını gizlədə bilməyib, üzünü Belorusiyanın rəhbəri Şuşkeviçə tutub dedi: "Azərbaycan prezidentini bu görüşə kim dəvət edib?"  Şuşkeviçdə üzünü mənə tutub dedi: "Ayaz Niyaziç, biz belə qərara qəlmişik ki, Azərbaycanın bizim qurumda təmsil olunması hələ məqsədə uyğun deyil. Çünki sizin ərazinizdə müharibə gedir, millətlər arası münaqişə var. Bizdə istəmirik ki, Sovet İttifaqından qalmış qara bir səhifə yenicə yaradılmış MDB kimi qurumun ayağına yazılsın!" 

Guya MDB-dəki respublikalar başqa planetdən gəlmişdilər. Bu təxribatı görüb mən artıq qəzəbimi cilovlaya bilmədim və ayağa qalxıb üzümü birbaşa Yeltsinə tutaraq əsəbi halda dedim: "Lap yaxşı, demək belə çıxır ki, öz var-dövlətini, övladlarını sizin dövlətinizi qorumaqdan ötrü qurban vermiş Azərbaycanı problemli bir ölkə kimi indi özünüzə yaraşdırmırsınız? Amma Azərbaycanın torpaqlarında qan tökən erməni ekspedisiya korpusunun rəhbəri Levon Ter-Petrosyanı yanınızda otuzdurub   Ermənistanı müdafiə edən bir qurum yaradırsınız! Belə olan təqdirdə mən bu iclası tərk edib və bayırda gözləyən media nümayəndələrinə yaxınlaşacam! Sizin əsl niyyətinizin nə olduğunu və Azərbaycana qarşı nə tələ qurduğunuzu bütün dünyaya elan edəcəm! Azərbaycanın haqq səsini ölkə rəhbəri kimi dünya ictimaiyyətinə çatdıracam  və  sonrakı hadisələrə Boris Nikolayeviç siz şəxsən cavabdehsiz! Necə ola bilər ki, Azərbaycanın nefti hesabına faşistlərə qalib gələ bilirsiz, amma vətənimin torpaqlarına göz tikmiş xain qonşu Ermənistan prezidenti ilə qardaş olub bizə qarşı koalisiya qurursunuz! Budurmu sizin sovet xalqlarının dostluq və qardaşlıq amilinə münasibətdə həmişə öz sədaqəti ilə fərqlənmiş canını, malını əsirgəməmiş xalqıma çox sağ olunuz?"

Bu etirazı görən Yeltsin bir kəlmə demədən dərhal Şuşkeviçə göstəriş verdi: "Azərbaycanıda  o siyahıya daxil edin!"

Sonra rəhbərlər media ilə görüşmək üçün o biri zala daxil oldular. Burdada Yeltsin rahatlaşmayıb soruşdu: "Axı  Mütəllibovu bu görüşə kim dəvət edib?" Bu yerdə Kravçuk cavab verərək dedi: "Mənlə razılaşdırılıb ki, Azərbaycan prezidenti bu görüşdə iştirak etsin". 

Bu görüşdən təqribən bir neçə gün sonra MDB-nin növbədən kənar iclasında, mən Yeltsinin qarşısında Sovet ordusundan Azərbaycanın payına düşən silahların verilməsi tələbini qaldırdım.Yeltsinin rəsmi protokol göstərişi ilə 1992-ci il fevral ayının əvvəllərində  SSRİ müdafiə nazirinin müavini Qromov və dəniz qoşunları komandanı Çernavin payımıza düşən silah və texnikanın təhvil- təslim edilməsi üçün Bakıya göndərildi. Bu məsələ ilə əlaqədar Prezident Aparatında mənim rəhbərliyim ilə müşavirə keçirildi. Həmin müşavirədə Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndələri, o cümlədən Rəhim Qaziyev və Etibar Məmmədov da iştirak edirdilər. Müşavirədə qərara alındı ki, Azərbaycan tərəfindən AXC nümayəndələri və Rusiya tərəfindən hərbçilərin iştirakı ilə texnikanın və silah sursatın inventarlaşdırılması aparılsın. AXC nümayəndələri həmin müşavirədə Azərbaycan ərazisində dislokasiya olmuş 4 –cü ordu tərəfindən hərbi texnikanın və silah sursatın Azərbaycandan çıxarılmasının qarşısının alınması məsələsini də qaldırdılar. Bu məsələdə öz müsbət həllini tapdı.  Halbuki  eyni tələbi Şevardnadze də qaldırmışdı, amma MDB-nin üzvü olmadığına görə Gürcüstana silahlar təhvil verilmədi.

– Doğrudurmu ki, həmin iclasda Azərbaycanın əraziləri 4 yerə bölünəcəkdi və Azərbaycan müstəqil dövlət kimi tanınmayacaqdı?

– Xalqımıza qarşı təxribat və təhlükə aşkar idi. Çünki o vaxtı Qərb Latviya, Litva və Estoniya istisna olmaqla diqər respublikaları yalnız MDB çərçivəsində tanımaq şərtini qoymuşdu. Rusiya keçmiş SSRİ-nin hüquqi varisi elan olunmuşdu. Bununda mahiyyəti ondan ibarət idi ki, Qərb Rusiyanın dağılmasında maraqlı deyildi. O zaman Balkanlarda münaqişələr başlayırdı, xristian–müsəlman, bosniyalarla serblər arasında qarşıdurma alovlanırdı, Qərb də istəmirdi ki, Rusiya kimi böyük bir ərazidə  müharibələr başlasın. Bu baxımdan müvəqqəti olsa belə, Boris Yeltsinə SSRİ-ni  dağıtmış bir rəhbər kimi bəzi “güzəştlər” verilmişdi. O, dırnaqarası güzəştlərdən biri də MDB idi.Yəni, Rusiya kimi tanısaydı, BMT də həmin ölkəni tanıyacaqdı. Bu baxımdan Azərbaycanın MDB-yə qəsdən qəbul edilməməsi ölkəmizin BMT tərəfindən müstəqil dövlət kimi tanınmaması üçün əsas yaradırdı. Belə desək, biz havada qalırdıq, beynəlxalq aləmdən təcrid olunmuş bir ölkə vəziyyətinə düşürdük. Bütün bunlar Azərbaycana qarşı təxribat və sifariş idi! 

-Təəssüflər olsun ki, seçim hüququ bizə verilməmişdi və indi də xalgımıza qarşı həmin ikilistandartlar davam edir! 

-Görün, Gürcüstanın başına nə oyun acdılar. Vətəndaş müharibəsi, qardaş qırğını, separatizm və sairə. Neçə il Tbilisi sakitləşmədi, axırda xalqın tələbi ilə Şevardnadze hakimiyyətə gəldikdən sonra sakitlik bərpa olundu. Çünki Gürcüstan MDB-yə getməmişdi. Buna görə də onlar bir ilə yaxın BMT-yə üzv ola bilməmişdilər. Yalnız Şevardnazenin Gürcüstan parlamentində MDB-yə daxil olunmağının vacibliyini qeyd etdikdən sonra, Gürcüstan MDB –yə qəbul olundu və BMT Gürcüstanı müstəqil ölkə kimi qəbul etdi. Amma bizə gəldikdə, bir müsəlman xalq kimi təklənmişdik, dünya ictimaiyyətindən təcrid olmaq təhlükəsi vardı. Azərbaycanın BMT tərəfindən təsdiq olunmaması həm müstəqillik baxımından, həm ərazi baxımından böyük fəlakətlərə yol aça bilərdi. Tarix boyu Azərbaycan öz coğrafi  əhəmiyyətinə və sərvətlərinə görə Roma İmperiyasından tutmuş Osmanlı İmperiyasına qədər, Teymurilərdən tutmuş Rus İmperiyasına qədər müxtəlif ölkələrin istilasına məruz qalıb. Bu dəfədə xain, satqın qonşularımız öz ərazi iddiaları ilə bir tərəfdən, ölkəmizdə marağı olan qüvvələr isə digər tərəfdən təbii ki, Azərbaycanın müstəqilliyini istəmirdilər. Yenidən ərazimiz, müstəqilliyimiz təhlükə altında idi. Amma Uca Yaradan xalqımızı qorudu və şükürlər olsun ki, Azərbaycan çox keçmədən tam müstəqil dövlət kimi indiki ərazisi, sərhədləri ilə BMT-yə üzv oldu! Azərbaycanın BMT-yə üzv olması yenicə mütəqilliyə qovuşmuş bir ölkə kimi dünya ölkələri ilə qarşılıqlı əlaqələrin qurulmasında və xalqımızın haqq səsinin dünyaya çatdırılmasında vacib rol oynamışdı. Mən fəxr edirəm ki, bu sənədin altında mənim imzam dayanır! Bunu mən xalqıma, Vətənimə etdiyim ən şərəfli bir xidmət hesab edirəm!

– Bu ilin noyabrında Brüsseldə Ermənistan Avropa Birliyi ilə əməkdaşlıq Sazişi imzaladı. Ancaq eyni sənədi Azərbaycan tərəfi imzalamadığı üçün bəzi siyasətçilər bunun doğru addım olmadığını düşünür. Bəs siz necə düşünürsünüz, Azərbaycanın Qərblə Rusiya arasında tutduğu mövqe necə olmalıdır?

– Ermənistanın kimlə nə etdiyinin, nə imzaladığının heç bir əhəmiyyəti yoxdur. Mənim rəhbərliyim dövründə də min cür oyunlara əl atırdılar. Azərbaycan rəhbərliyinin düzgün, düşünülmüş və praqmatik siyasəti onların bütün zəhmətlərini hecə endirməlidir. Hazırda Prezident İlham Əliyev olduqca incə, düşünülmüş siyasətlə bütün sahələrdə erməni siyasətçilərini qabaqlayır. Bu gün Ermənistan rəhbərliyinin dünyada rüsvay olmasının əsas səbəbi Azərbaycan Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir.

– Sizcə, Azərbaycan Ermənistanın Avropa İttifaqına yaxınlaşması amilindən Dağlıq Qarabağ münaqişəsinin həllində, yəni Rusiya ilə dil tapmaqda yararlana bilərmi?

– Rusiya ilə biz dil tapmalıyıq deyəndə, burada vacib məsələ Rusiya rəhbərliyi ilə birbaşa ünsiyyət qurulmasıdır. Təkcə Qarabağ problemində deyil, digər məsələlərdə də daima əlaqədə olmalıyıq. Rusiya bizim tarixi qonşumuz və iqtisadi cəhətdən sıx bağlı olduğumuz ölkədir. İndiki Rusiyanı Çar rusiyası və yaxud da SSRİ ilə eyniləşdirmək düzgün yanaşma deyil. Biz Rusiya ilə tərcüməçisiz ünsiyyət saxlayırıq, əlavə vasitəçilərə ehtiyac yoxdur! Prezident İlham Əliyevində Rusiya Prezidenti Putinlə çox gözəl münasibətləri formalaşıb. 

Bilirsiz, siyasətdə rəhbərlərin şəxsi keyfiyyətlərindən də çox şey asılıdır. Bu mənada İlham Əliyev dünyanın bir çox siyasi liderləri ilə çox gözəl, qarşılıqlı, etibarlı münasibətlər yaradıb. Yəqin ki, yeni yaranmış vəziyyətlə bağlı rəhbərliyin öz fikirləri var. Ola bilər ki, ictimaiyyətə geniş acıqlanmağa ehtiyac yoxdur. Çünki Qarabağ düyünün açılmamasında maraqlı qüvvələr vardır. Yeni yaranmış situasiyadan yararlanmağa gəldikdə isə yadınıza 1991-ci ildə SSRİ-nin saxlanması haqdında referendumu xatırladım. O vaxt biz bu referendumdam çox fayda götürdük. Baxmayaraq ki, Azərbaycana qarşı ögey-ermənipərəst münasibətdə Qorbaçov Yeltsindən heç də geri qalmırdı. Biz referendumu keçirdik, amma ermənilər boykot etdilər. Məhz buna görə də biz Çaykəndi və 32 kəndi erməni separatçılarından geri aldıq. Yəni, Qorboçov hücum əməliyyatlarımıza müdaxilə etmədi. Təbii ki, Moskvanın köməyi olduğu üçün həmin hərbi əməliyyatlarda bir əsgərimizin də burnu qanamadı. Halbuki, həmin vaxtı Azərbaycanda da referendumu boykot etmək çağırışları heç də ermənilərdən geri qalmırdı. Ancaq bu referendum formal bir şey idi. Çünki SSRİ artıq çürümüş quruluşa çevrilirdi.

...
Xərçəngə təkan verən 9 qida - MARAQLI
Azərbaycanlı alimlərin layihəsi nüfuzlu beynəlxalq mükafata layiq görülüb
“Bir var “yazıçı Anar”, bir də var “idarə sədri” Anar” - Çingiz Hüseynov
Heydər Əliyev məhz buna görə SSRİ rəhbəri seçilməyib -SƏBƏB...
Heydər Əliyevin məşhur zarafatları -"Bax, arvadı belə sevərlər..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Onu tanrıdan dilənmişdik...” - Şəhid əsgərimizin anası...
Şou-biznes
“Altun kələbək” bizim “altun xırdalayan” kəpənəkləri necə üzə çıxardı?
Maraqlı
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
Hadisə
Vəhşi fil selfi həvəskarını ölümünə tapdaladı - FACİƏ...
Hadisə
6 metrlik timsah tullanaraq qayıqdakılara şok yaşatdı... - FOTO
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
Prezident 4 naziri vəzifəsindən azad etdi
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
Azərbaycanlı gənc “Qarabağ” avtomobil modelinin dizaynını hazırladı – FOTO/VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin