Xəbər lenti
24/02/2018 [17:26]:
"Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi keçirildi
24/02/2018 [17:16]:
Seçkilərdə müşahidəçilərin sayı 51-ə çatdı
24/02/2018 [17:13]:
Akif Nağıya imza vərəqələrini vermək istəmirlər
24/02/2018 [16:51]:
“Valideynlər uşaqlarını rus bölməsinə “moda” xətrinə qoyurlar” - Ekspert
24/02/2018 [16:49]:
Azərbaycanda daha 2 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi
24/02/2018 [16:38]:
Tramp Rusiyanın Suriyadakı hərəkətini rüsvayçılıq adlandırdı
24/02/2018 [16:30]:
"Səhnədə oynamaq istədiyim daha heç bir rol qalmayıb"- Arif Babayev
24/02/2018 [16:22]:
Bakıda 25 nəfər hamilə qadını döydü - VİDEO
24/02/2018 [16:05]:
Şəhid atasının medalını alan oglu hər kəsi kövrəltdi -"Vətənə xidmət edirəm..."
24/02/2018 [15:42]:
Əhməd Zakayev: "Putin Ukraynanı buna görə cəzalandırdı"
24/02/2018 [15:41]:
Brent markalı neft 67 dollara satılır
24/02/2018 [15:36]:
"Leyli və Məcnun"a aid film çəkilsə, məmuniyyətlə, baş rolu ifa edərəm"- Mənsum İbrahimov
24/02/2018 [15:33]:
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yaydı
24/02/2018 [15:27]:
Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib
24/02/2018 [14:50]:
“Taliban” azı 25 hərbçini qətlə yetirdi
24/02/2018 [14:45]:
Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum oldu
24/02/2018 [14:26]:
Emomali Rahmon Azərbaycana gələcək
24/02/2018 [14:23]:
“Köçəryanı, Ohanyanı məsuliyyətə cəlb etmək üçün kifayət qədər əsas var” - Erməni deputat
24/02/2018 [14:23]:
Ramil Usubov Şirvanda vətəndaşları qəbul etdi
24/02/2018 [14:19]:
Trampın yaxın adamı Rusiya barədə ittihamları qəbul etdi
24/02/2018 [14:17]:
“Dedim dərəbəyilikdir, döydülər” – 25 nəfər hamilə qadını xəstəxanalıq etdi – VİDEO
24/02/2018 [14:16]:
Şimali Koreyanın “Gözəllər ordusu” - Nəğmələr və təbəssümlər arxasında rejim təbliğatı...
24/02/2018 [14:07]:
Leyla Əliyeva oğlu ilə salat hazırladı - VİDEO
24/02/2018 [14:04]:
Nardaran sakini silahını təhvil verdi
24/02/2018 [14:03]:
Tələbələrə ŞAD XƏBƏR – Güzəştli kreditlər veriləcək
24/02/2018 [13:57]:
Xocalıda şəhid olan milli qəhrəmanın həyat yoldaşı: “Son gülləsi bitənə kimi döyüşüb, sonra əsir düşüb” (FOTO, VİDEO)
24/02/2018 [13:51]:
Azərbaycanlılar xaricdə mülk alır - Ölkələrin adı
24/02/2018 [13:32]:
Ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq
24/02/2018 [13:06]:
Jirinovski: "Vurulan hər təyyarəyə görə bir baza məhv edəcəm"
24/02/2018 [13:06]:
Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib - SİYAHI
24/02/2018 [12:59]:
Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans verdi
24/02/2018 [12:55]:
“33 yaşımda ərə getdim, gecikmişəm” -Gülyanaq Məmmədova
24/02/2018 [12:46]:
"Biz belə cağırışlarla addımlar atsaydıq və neftimizi dollara yox, manata satsaydıq..."
24/02/2018 [12:45]:
Restoranın bacasından xilas edilən şəxs oğurluğa giribmiş
24/02/2018 [12:44]:
"Elə "zapravkalar" var ki, ordan alınan 10 manatlıq benzin 90 kilometr getməmiş qurtarır"
24/02/2018 [12:38]:
Mirzəyevlər ailəsində daha bir dəhşətli faciə
24/02/2018 [12:22]:
İstirahət günün hava PROQNOZU - Bakıda 10 dərəcə isti olacaq
24/02/2018 [12:18]:
Milli Məclisin deputatları Ərdoğanla görüşəcək
24/02/2018 [12:10]:
Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi
24/02/2018 [12:05]:
Kadırov Stalini lənətlədi
24/02/2018 [12:02]:
Ayaz Mütəllibov: “Amerikanların cibinə pul salsan, yəqin, hamısı Xocalını da tanıyar…”
24/02/2018 [12:01]:
Azərbaycanın Milli Qəhrəmanları Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
24/02/2018 [11:40]:
Bakıda qanunsuz ağac kəsən şəxs saxlanıldı
24/02/2018 [11:32]:
Tovuzda dəhşətli yanğın: Ər-arvad həlak oldu
24/02/2018 [11:29]:
“Bizdə benzin niyə bahadır?” - Millət vəkili
24/02/2018 [11:20]:
Xocalı soyqırımının 26-cı ildönümü İğdırda da qeyd olundu - FOTOLAR
24/02/2018 [11:17]:
Böyük Britaniyadan İŞİD xəbərdarlığı
24/02/2018 [11:09]:
Məzahir Pənahova ağır itki üz verdi
24/02/2018 [11:08]:
İsrailli qadın Bakı aeroportunda saxlanıldı - Konsul hava limanına gəldi
24/02/2018 [11:06]:
Terrorçular 111 məktəblini oğurladılar
24/02/2018 [11:04]:
Qoyun oğruları həbs olundu
24/02/2018 [11:03]:
Elman Fəttahın qardaşı qəzada həlak oldu
24/02/2018 [11:01]:
Damla işçisini polisə verdi - "Bu oğurluq cavabsız qalmayacaq"
24/02/2018 [10:57]:
İsa Qəmbər yeni yaşını xəstəxanada qarşılayacaq - FOTOLAR
24/02/2018 [10:54]:
Deputat ATƏT PA-dan səsləndi: "Separatçıların “seçki şoularını” tanımırıq"
24/02/2018 [10:51]:
Norveç Olimpiadada tarixi rekorda imza atdı
24/02/2018 [10:50]:
Qadınların ərlərini aldatmalarının ən başlıca 10 səbəbi -İntiqam, qaçmaq, məhrum olma...
24/02/2018 [10:37]:
Lənkəranski Azərbaycan əsgərlərinə neçə min dollar yardım edib? -İstintaq materialları
24/02/2018 [10:27]:
MM-in komitə sədri prezidentin sərəncamını şərh etdi
24/02/2018 [10:13]:
Təqaüdlərin artırılması jurnalistlərə də şamil ediləcək
24/02/2018 [10:01]:
DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ
24/02/2018 [10:00]:
Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılacaq
24/02/2018 [09:57]:
Fabrik dəyəri 103 illik orta aylıq əmək haqqına bərabər olan avtomobil kimə məxsusdur?
24/02/2018 [09:52]:
Prezidentin kürəkəni vətəndaşları faiz borcuna görə zindana basdırır...
24/02/2018 [09:44]:
Cəbhədən son xəbər...
24/02/2018 [09:43]:
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı
24/02/2018 [09:39]:
“Qarın yağmamasına səbəb ekoloji silahlardan istifadədir” -Ekoloqdan ilginc iddia
24/02/2018 [09:34]:
“Azərbaycanı Moskvada müdafiə nazirinin deyil, nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”
24/02/2018 [09:27]:
Bakıda keçmiş məhkumlar boğazlarını kəsərək intihara cəhd göstərdilər
24/02/2018 [09:25]:
Qarabağda yeni müharibə anonsu - “Putin Bakıdan möhlət istəyib...”
24/02/2018 [09:22]:
Ziya Bünyadovun qətlinin üstü baş prokurorun kabinetində açılıb - sensasion təfərrüat
24/02/2018 [09:17]:
“Radioda eşitdim ki, mənə Milli Qəhrəman adı verilib” 14 erməni tankını vuran Vahid Quliyev
24/02/2018 [09:16]:
Yeni Samsung smartfonlarının qiymətləri açıqlandı
24/02/2018 [09:11]:
“Sürünən müharibə”: Ermənistanın canlı və maddi itkiləri artır
24/02/2018 [09:07]:
Qırmızı ordunun Azərbaycandan aldıqları -İşğalçı ordunun 100 illiyi barədə iki rəy
24/02/2018 [08:57]:
Lavaş ermənilərin boğazında belə qaldı - Qalmaqal
24/02/2018 [08:53]:
Bolqarıstanın energetika naziri istefa verdi
24/02/2018 [08:48]:
USM müayinəsi autizm yaradır
24/02/2018 [08:47]:
Televizor alüdəçiliyi ölümə səbəb ola bilər
24/02/2018 [08:43]:
Meksikada universitet yaxınlığında silahlı insident - Ölənlər var
Bütün arxiv bir sırada
04/12/2017 [22:56] - Müsahibə - ( 7772 dəfə baxılıb)

“Dağlı Cavanşir Yasamalda narkotik satışına qadağa qoymuşdu...” - Hacı Əbdül...

“Qanuni oğru” olmaq üçün hansı 7 prinsipə əməl etmək vacib idi?..


“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdüllə bu dəfəki söhbətimizdə  sovet zəmanəsindən bəri gənclərin diqqətini daha çox cəlb edən bir mövzudan - “oğru” dünyasından bəhs etdik... Həmin aləmi təbliğ etmək məqsədi ilə yox, gerçəkləri anladıb doğru yolu göstərmək məqsədiylə... 

- Hacı, son dövrlər  oğru dünyası haqda çox informasiyalar, yazılar verilir. Təəssüf ki,  bu saat internet saytlarında ən çox izlənən mövzulardan biridir bu... Yarım əsrdən  çox sovet dövründə  yaşamısız, yəqin ki, o dövrün “oğru dünyası” nümayəndələrindən tanımısız. Sizin bu mövzuda fikirlərinizi, şahidi olduğunuz hadisələri  bilmək, gənclərə nəsihətlərinizi dinləmək  oxucular üçün maraqlı olardı...  

- Bismilləhir Rəhmanir Rəhim! Əvvəla, suala cavab verməmişdən öncə gənc nəslə, cavanlarımıza məsləhətim budur ki, həyatda insana başucalığı gətirən  şərtlər onun təmiz adı, halal zəhməti, Vətəninə, xalqına, kökünə, ailəsinə bağlılığıdır.  Son zamanlar cəmiyyətdə, o cümlədən  KİV-də  “oğru” aləminin təbliğ olunması ağsaqqallarımız, ziyalılarımız arasında haqlı narazıığa səbəb olur. 
“Oğru” dünyası haqqında qeyri-peşəkar məlumatların yayılması həyat təcrübəsi olmayan neçə-neçə gəncimizin zindana düşməsinə, həyatlarının puç olmasına, ata-analarının, əzizlərinin  pərişan olmasına gətirib çıxarır. Mənim bir valideyn, br ağsaqqal, bir Hacı kimi bu mövzuda danışmaqda məqsədim “oğru” dünyası yolunun təbliğatı deyil, əksinə, gənclərimizi əksər hallarda faciə ilə bitən zindan həyatından uzaqlaşqıdrmaqdır. Sadəcə, mən oxuculara həmin mövzuda  öz şahidi olduğum, bildiyim gerçəkləri anladacam. Qoy hər kəs  dünənki, bu günkü “oğru” dünyası haqda özü də düşünüb bir  dürüst nəticəyə gəlsin...
Əsl “oğru dünyası”nın özünəməxsus qanun-qaydaları, prinsipləri vardır. Mən gördüyüm “qanuni oğru” və “nüfuz sahibləri” sözübir, ağzıbütöv şəxsiyyətlər idi. Gözəl natiqlik qabiliyyətləri var idi. Professorla professor, fəhlə ilə fəhlə kimi danışardılar. Özü də onlar öz aralarında qoyulmuş qanun və prinsiplərə qətiyyətlə, sözsüz-söhbətsiz əməl edərdilər. Kimsə qanunu pozurdusa, mütləq cəzasını almalıydı. Onlar yaşlaşıb dünyadan köçənədək öz həyat tərzlərini dəyişməzdilər...

- “Oğru” qanunlarını təsbit edənlər arasında azərbaycanlılar da olubmu?

-Bəli. Azərbaycanda da  olub belə oğullar. Məsələn, “oğru” qanunlarının 7-8 şərtini ləqəbi “Diktator” olan rəhmətlik Ağa Kərim yazmışdı... 
“Nüfuz sahibləri”nin öz prinsiplərinə əməl etməsinə bir misal çəkmək istəyirəm. Təxminən 10 il öncə yaşlı “avtoritet”lərdən biri bizim məscidə gəlirdi. Mən onu  çox gözəl tanıyırdım, kimliyini bilirdim, amma məscid əhli olan cavanlar bilmirdi. Uşaqlara tapşırmışdım ki,  bu adamla zarafat etməyin ha... Amma Əvəz adlı bir cavan vardı, zarafatı çox xoşlayardı. Elə tez-tez bu ağsaqqal “avtoritet”lə bir bəhanə ilə zarafat edərdi. Mən bir neçə dəfə dedim ki, Əvəz, bu kişi ilə zarafat etmə. Bir müddət etmirdi, yenə təzədən başlayırdı. Həmin “avtoritet” özü də dedi ki, Əvəz, mənimlə zarafat etmə, xoşlamıram. Ancaq bir neçə gün sonra Əvəz yenə bu ağsaqqalla zarafat etdi. Həmin  gün axşam namazından sonra “avtoritet” Əvəzi yanına çağırdı. Uşaqlar da hamısı onun ətrafına yığışdlar. “Avtoritet” Əvəzə dedi: “Bu həyatda 24 “podlı”(əclaf) hərəkət var, onun 25-cisi  olacaqsa, o da səndə olacaq. İndi bircə dəfə ağzını aç, öldürüm səni...”  Əvəz susdu, özünü itirdi. Hamımız anladıq ki, əgər Əvəz dinsə, ağsaqqal onu vuracaq.  Bu olaydan sonra artıq heç kəs bu kişiyə yersiz bir kəlmə deməyə cəsarət etmədi...  Yəni “qanuni  oğru”larda, “avtoritet”lərdə müəyyən qırmızı xətlər var. Kimsə o xətləri keçdisə, daha “mən ölüm”, “sən ölüm” keçmir ”“ona layiq olan cəzanı verməlidirlər... 

- “Oğru” dünyasında əsas adlar, titullar hansılardır?

- Var “nüfuz sahibi”(yaxud “avtoritüt”), bir də var, “qanuni oğru”. “Nüfuz sahibi” ola bilər ki, “qanuni oğru” olmasın, amma “avtoritet” olsun. Ancaq “qanuni oğru” “nüfuz sahibi” olmaya bilməz, o, mütləq “nüfuz sahibi” olmalıdır...

- Yəni kimsə  həbsdə olmadan da  “avtoritet” ola bilər?

- Bəli, ola bilər. Ancaq o dövrkü “qanuni oğru”nun həyat tərzi aşağıdakı prinsiplərə uyğun olmalıydı:

-hərbi xidmətdə olmamalı;
-komsomol, kommunist və s. olmamalı, yəni siyasi mənsubiyyəti olmamalı:
-dövlət işində işləməməli, yəni  imza atıb əmək haqqı almamalı;
 -məhkəmədə onun şahidliyi ilə heç kəs tutulmamalı;
-subay olmalı(sonralar bu qanun bir az yumşaldı);
-ticarətlə məşğul olmamalı;
-narkotik qəbul etməməli idi.
Onu da deyim ki, “avtoritet”lər arasında öz əməlləri ilə Azərbaycan tarixində böyük iz qoyanlar da olub. Çar Rusiyası  vaxtında Bakıda Dağlı Musa adlı “nüfuz sahibi” vardı. O istəsəydi, bir kəlmə ilə minlərlə adama təsir edərdi,. Dağlı Musanın həyatı haqda danışmaq bir neçə kəlməyə sığmaz. Onu gərək tarixçilər araşdırsınlar, haqqında kitablar yazsınlar. 1905-1906-cı, 1918-ci illərdə Bakıdakı erməni-müsəlman davasında onun ertdikləri ayrıca bir salnamədir...

- “Qanuni oğru” ilə “nüfuz sahibi” arasında daha hansı fərqlər var?

-Bir fərq də ondan ibarətdir ki, “qanuni oğru” adını kiməsə 5-10 nəfər digər “qanuni oğru”ların qərarı ilə vermək olur. Mən əsl “qanuni oğru”lardan danışıram. Bu ada layiq görülə bilən şəxs bayaq sadaladığımız prinsiplərdən əlavə, haqqa-ədalətə uyğun əməllər etməli, hər bir davranışında özünə nəzarət etməyi bacarmalıdır. 
“Nüfuz sahibi” adını isə bir neçə nəfər yox, onun yaşadığı el-oba, məhəllə, kənd, şəhər sakinləri verir. Bu ad da elə-belə qazanılmır. Avtoritet olmaq üçün iynə ilə gor qazmalısan.  Həm də çox vaxt “avtoritet” heç özü də bilmir ki, o, “nüfuz sahibi” olub. Yəni onun ədalətli əməllərinə, düzgün davranışlarına görə hamı ona hörmət edir, müşkül məsələlərdə yanına məsləhətə gəlirlər.  O da bütün məsələlərə ədalətlə yanaşır, düşməni də olsa belə, hər kəsə doğru məsləhət verir...
Onu da deyim ki, bəzən 4-5 “qanuni oğru” yığışıb  “avtoritetlər”dən bəzilərinə də “qanuni oğru” adı vermək istəyiblər, lakin onlar qəbul etməyiblər. Məsələn, Dağlı Qədir, Dağlı Rza(ləqəbi “Qara Rza”) var idi. Onlar çox böyük “nüfuz sahibləri”idilər, ancaq öz halal zəhmətləri ilə dolanardılar. İnanırsınız, onların yaşadığı məhəllələrdə evlərin qapıları açar, qıfıl üzü görməzdi. Bu dərəcədə etibar, halallıq  vardı...

- Belə çıxır ki, “avtoritet”  həm də ağsaqqal olmalıdır?

- Bəli. Amma yaşca ağsaqqal yox, mənən ağsaqqal. Ola bilər ki, birinin 20-25 yaşı olsun, amma “nüfuz sahibi” kimi tanınsın. Misal üçün,  Dağlı Cavanşir cavan idi, amma bütün Yasamal, Bakı və s. onun sözünü eşidirdi. O, nə qədər sağ idi, Yasamalda narkotik satışına qadağa qoymuşdu və bu qadağaya əməl olunurdu. Narkotik alverinin arxasında kimlər dayandığını bilə-bilə o, bu addımı atmışdı... 
Ümumiyyətlə, “qanuni oğrular” da, “avtoritetlər” də narkotikə və onun alverinə çox pis baxır, ona “atrava” - zəhər kimi qiymətləndirirdilər. “Nüfuz sahibi” və “qanuni oğru”lar narkotik alveri edən adamlara  milləti zəhərləyən düşmən kimi baxırdılar. Narkotik istifadəçilərinin, alverçilərinin “avtoritet”lərin yanında zərrə qədər hörməti yox idi...

- Hacı, bəs indiki “avtoritet”, “vor-zakon” adlananlar o köhnə prinsipləri qoruyub saxlayırlarmı?

(Davamı var)

Sultan Laçın

Yüz yaşlı alim yardıcılığının çiçəklənmə dövrünü yaşayır...
Erməni ordu başçısı Hamazas: "Üzümü bir də Qarabağa tərəf çevirsəm, atama lənət!.." - VİDEO
Məşhur marketdən aldığı paltarın içindən siçan çıxdı - FOTO+VİDEO
3-cü mərtəbədən düşən uşağı havada tutdu - VİDEO
Metro stansiyasında faciəvi qəza - Qadağan olunan yerə keçdi, qatarın altında qaldı (VİDEO)
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
"Səhnədə oynamaq istədiyim daha heç bir rol qalmayıb"- Arif Babayev
Cəmiyyət
Şəhid atasının medalını alan oglu hər kəsi kövrəltdi -"Vətənə xidmət edirəm..."
Cəmiyyət
"Elə "zapravkalar" var ki, ordan alınan 10 manatlıq benzin 90 kilometr getməmiş qurtarır"
Maraqlı
Səudiyyə Ərəbistanı qadınlarına öz arzusu ilə boşanmağa icazə verildi - Ədliyyə Nazirliyi
Hadisə
Qorxunc ölüm: İtlər məktəbdən evə qayıdan qızı parçaladı
Həftənin ən çox oxunanları
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Prostat xəstəliklərinin ən asan və pulsuz profilaktikası...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin