Xəbər lenti
16/11/2018 [00:27]:
O kiminsə üstünə atılsa adamı xəstəxanaya yox, birbaşa morqa göndərirlər + FOTOLAR
16/11/2018 [00:23]:
Amerikanı fəth edən azərbaycanlı zabit kimin oğludur?
15/11/2018 [23:29]:
Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu - Vətəndaşlıq üçün ildə 100 avro
15/11/2018 [23:24]:
"Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi
15/11/2018 [23:14]:
Ukraynadakı səfirliyimizdə yeyinti ilə bağlı – Şok qərar
15/11/2018 [23:13]:
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
15/11/2018 [23:13]:
Azərbaycanda ilk mitinqlər: METDAN HƏRƏKATI - 30
15/11/2018 [22:52]:
Tramp göstəriş verdi: "Fətullah Gülən Türkiyəyə ekstradisiya edilsin"
15/11/2018 [22:44]:
Arzu Rəhimov Masallıda vətəndaşları qəbul edib
15/11/2018 [22:26]:
Diktatorun ölümünə səbəb olduğu yəhudi qızla fotosu rekord qiymətə satıldı - FOTO
15/11/2018 [22:15]:
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15/11/2018 [22:00]:
Prezident sərəncam imzaladı
15/11/2018 [21:56]:
Bədənini parçalayıb göydələndən aşağı salladılar –DƏHŞƏT...+ VİDEO
15/11/2018 [21:34]:
İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb
15/11/2018 [21:32]:
"Azərbaycanda 35 min nəfər işsizin olması ilə bağlı statistika reallığı əks etdirmir"
15/11/2018 [21:28]:
Almaniyada iki məktəb avtobusu toqquşub: 40 yaralı - VİDEO
15/11/2018 [21:15]:
Tanınmış jurnalistə vəzifə verildi
15/11/2018 [21:10]:
ABŞ Kaşıkçının qətli ilə bağlı sanksiyalar tətbiq etdi
15/11/2018 [21:01]:
“Açıq-saçıq geyimli qadınlar kişilərin proqramını dəyişir...” - Söhrab Tahir
15/11/2018 [20:33]:
“Instagram” Prezidentin səhifəsini yenidən bağladı
15/11/2018 [20:19]:
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
15/11/2018 [20:14]:
Günəş sistemində yeni bir planet tapıldı - MARAQLI
15/11/2018 [20:05]:
Rusiya məktəbliləri Azərbaycandakı erməni məktəblilərlə telekonfrans qurdu - FOTOLAR
15/11/2018 [19:51]:
Hər kəs onu görmək üçün sıraya girir - MARAQLI
15/11/2018 [19:28]:
Cavid Qurbanov Avstriyanı Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizi layihələrinə qoşulmağa dəvət etdi
15/11/2018 [19:23]:
Sevgilisi üçün 2 uşağını qaynar suya atdı - DƏHŞƏT...
15/11/2018 [19:19]:
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
15/11/2018 [18:58]:
Daha çox ketçup istəyən qadın restoran müdirini boğmağa çalışdı - VİDEO
15/11/2018 [18:49]:
Cavid Qurbanov Vyanada biznes toplantıda...- FOTOLAR
15/11/2018 [18:46]:
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans keçirildi
15/11/2018 [18:43]:
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
15/11/2018 [18:42]:
Qənirə Paşayeva MM-də bir qrup şəhid ailələrinin təkliflərini səsləndirib - VİDEO
15/11/2018 [18:30]:
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
15/11/2018 [18:22]:
ADPU-da silsilə seminarlar keçirilib
15/11/2018 [18:20]:
“Ali təhsil jurnalistikada mütləq kriteriya hesab edilə bilməz”
15/11/2018 [17:51]:
Kadırov beş yaşlı uşağa “Mercedes” bağışladı - FOTO/VİDEO
15/11/2018 [17:32]:
Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirdi
15/11/2018 [17:29]:
135 şəhid vərəsəsinə birdəfəlik ödəmə üçün qərar verildi - RƏSMİ
15/11/2018 [17:23]:
“Onları məhkəməyə vermək lazımdır”
15/11/2018 [17:05]:
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
15/11/2018 [16:54]:
Boyat çörəyin təkrar emalı təklif edilir
15/11/2018 [16:44]:
Dibdoldurma İdarəsinin "baş korrupsionerləri" həbs edildi...
15/11/2018 [16:31]:
BSU-da beynəlxalq elmi konfransın açılışı oldu- FOTO
15/11/2018 [16:26]:
“Biz İranla dostluq əlaqələri qurmağa hazırıq...”- Separatçı erməninin arzusuna cənub qonşumuz necə cavab verəcək?..
15/11/2018 [16:18]:
"Ermənistanın belə bir addım atması rəsmi İrəvan üçün arzuolunmaz nəticələrə səbəb ola bilər"
15/11/2018 [16:03]:
Fuad Muradovun Los-Ancelesdə görüşləri davam edir...
15/11/2018 [16:03]:
Ərlə arvad məhkəmə qarşısında
15/11/2018 [15:58]:
İt üç aydır sahibini gözləyir
15/11/2018 [15:55]:
Abel Məhərrəmov vəzifəsindən azad edildi...
15/11/2018 [15:52]:
Çingiz Qənizadə: "Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər"
15/11/2018 [15:45]:
Ermənistanda ara qarışdı
15/11/2018 [15:41]:
Azərbaycandakı separatçı rejimə 100 milyon dollar sərmayə qoyan Avropanın hansı şirkətidir? - FOTO
15/11/2018 [15:36]:
Səudiyyə Baş Prokurorluğu Kaşıkçının qətlinə görə - 5 nəfərin edamını istədi
15/11/2018 [15:36]:
Yağış 203 nəfəri xəstəxanalıq etdi
15/11/2018 [15:32]:
“Elə böyük şəhərlərimiz var ki, orada kitab mağazaları yoxdur”
15/11/2018 [15:29]:
Beyons milyarderlə dostluğunu bitirdi - Adı təcavüzdə hallanır
15/11/2018 [15:26]:
“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”
15/11/2018 [15:07]:
Kadırov "blok" edildi
15/11/2018 [15:02]:
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
15/11/2018 [15:01]:
Yüksək vəzifələrə təyinatlar olub
15/11/2018 [14:48]:
Daha bir körpə ölümü
15/11/2018 [14:47]:
Qənirə Paşayeva Boccia idman növü üzrə paralimpiya komandamızın üzvləri ilə görüşdü
15/11/2018 [14:44]:
İntizam Komissiyasında 11 nəfər olacaq
15/11/2018 [14:43]:
Ukraynadakı səfirlə bağlı Poroşenkoya müraciət olundu - FOTO
15/11/2018 [14:43]:
Bakıda sərnişin avtobusu yanıb
15/11/2018 [14:37]:
Diaspor işindəki dönüş və antimilli qüvvələrin narahatlığı
15/11/2018 [14:29]:
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik
15/11/2018 [14:21]:
“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən xəbədarlıq
15/11/2018 [14:13]:
Nemət Pənahlı azadlığa çıxdı...
15/11/2018 [14:11]:
Siyavuş Novruzov: “Milli Məclisə bəzi sənədlər bərbad gəlir”
15/11/2018 [14:03]:
"Müqəddəs yer" boş qalmadı: Bakı Şəhərinə yeni icra başçısı təyin olundu...
15/11/2018 [13:59]:
Ölüm xəbəri yayılan tanınmışlar...
15/11/2018 [13:40]:
Təbii qazın həcmi artırılıb
15/11/2018 [13:39]:
“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI ...
15/11/2018 [13:36]:
Əli Həsənovla bağlı ŞOK MƏLUMAT - 2 milyard manat mənimsəyib
15/11/2018 [13:30]:
Azərbaycan Türkiyədən milyonluq silahlar aldı - Dünyada 10-cudur...
15/11/2018 [13:26]:
Universitetdə atışma olub
15/11/2018 [13:16]:
Qocalar evinə yerləşdirilən bu qadın nazirin xalası qızıdır -FOTO
15/11/2018 [13:15]:
Nazir istefa verdi
15/11/2018 [13:14]:
Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
Bütün arxiv bir sırada
06/12/2017 [23:56] - Maraqlı - ( 1586 dəfə baxılıb)

İlk qadın Nobel mükafatçısı: Ölümündən sonra ortaya çıxan inanılmaz FAKT



Selma Lagerlöf ədəbiyyat sahəsində dünyanın ilk Nobel mükafatına layiq görülüb, İsveç Akademiyasının üzvü olan qadın kimi tarixə düşüb. Lagerlöfün "Nilsin vəhşi qazlarla sehirli səyahəti" əsəri İsveç xalqının dəyərli mədəni irsi sayılır. O öz xalqının nağıllarını, əfsanələrini gerçək məktublar şəklinə çevirərək, İsveç adlı məmləkətini bütün dünyaya tanıdıb.

Moderator.az publika.az-a istinadən istinadən "fantastik isveçli qadın" ləqəbli Selma Lagerlöf barədə materialı təqdim edir.

Nağılvari uşaqlıq

Selma İsveçin Vermland adlı gözəl şəhərciyində hərbçi və müəllim ailəsində dünyaya göz açıb. Uşaqlığı təbiətin qoynunda hər daşın, qayanın, gülün-çiçəyin əhatəsində öz nağıl dünyasını yaratmaqla keçib.

Balaca Selmanın tərbiyəsində anasının və nənəsinin böyük təsiri olub. Məhz bu iki doğma qadın İsveç xalq ədəbiyyatının sehirli qapılarını onun üzünə açmaqla, gələcəyin böyük yazıçısının mükəmməl zövqünü formalaşdırıblar. Cəmi 3 yaşında ikən Selma iflic olur. Həyatının bir neçə ilini yataq şəraitində hərəkətsiz keçirir. Bu müddətdə nənəsi onun dünyaya açılan pəncərəsinə çevrilir. Sevimli nənəsi Selmaya müxtəlif nağıllar, əhvalatlar danışmaqla kifayətlənmir, Vermland meşələrində yaşayan cinlər haqda əfsanələr uydururdu. Lagerlöf uşaqlığı barədə xatirələrində yazacaqdı:

"Nənəm sübhdən alatoranlığadək yanımda əyləşir, müxtəlif rəvayətlər danışardı. Onu dinləyə-dinləyə təxəyüllümü zənginləşdirdiyim illər həyatımın ən gözəl dövrüdür".

Mayası xalq yaradıcılığı ilə yoğrulmuş Lagerlöfün əsərləri başdan-başa cəsarət və zənginliklə dolu təsəvvür dünyasının məhsuludur.

7 yaşına çatan Selma amansız xəstəlikdən yaxa qurtarmağa nail olur. Bununla yanaşı, həyatının ən böyük qərarını verir. Nənəsinin nağıllar aləminin sehrilə gözəl hekayələr yazmağa başlayır. Günlərin bir günü Stokholmun mərkəzindəki paradda iştirak edən Selma kral sarayının pəncərələrini saya-saya o şüşələrin ardında cərəyan edən hadisələri və insanları təsəvvüründə canlandırmağa başlayır. Bu haqda nə vaxtsa gözəl bir əsər yazacağına qərar verir.

Selma şeirlər, hekayələr yazmağa başlayır. Pöhrələnən yaradıcılıq tumurcuqları onu daha gözəl əsərlər yazmağa vadar etsə də, gənc yazıçı bu enişli-yoxuşlu yolda çox sınanır.

Bir dilim çörəyin belə çətinliklə tapıldığı dövrdə Selma yaradıcılıqdan uzaqlaşıb, müəllimlər seminariyasına daxil olur. Təhsilini başa vurub, Landskrun adlı şəhərciyə köçür. Burada qızlar məktəbində müəllimə işləməyə başlayır. İllər sonra Lagerlöf etiraf edirdi ki, həyatının bu dönəmi yazıdan tamamilə uzaqlaşsa da, bir müddət sonra yaradıcılıq ruhunu toplayıb, "Yöst Berlinq haqda dastan" romanına can verir.

Romantik Selma

Selma Lagerlöfün yazmağa başladığı illərdə ölkə ədəbiyyatında realistik cərəyan hökm sürürdü. Onun əsərlərində realist yazıçıların da dərin təsiri duyulurdu. Lakin Lagerlöf yaradıcılıq səsini daha çox təsəvvür və xəyal dünyasının gücü hesabına ucalda bildi. Uşaqlıq illərində nənəsinin, anasının dilindən süzülən rəvayətlərdən qaynaqlanan sərbəst düşüncə tərzi onu standart realist ədəbiyyatından qat-qat uca zirvələrə qaldırırdı.

Dünya şöhrətli yazıçının neoromantik üslubda yazdığı "Yüst Berlinq haqda dastan" romanı Vermland şəhərciyinin qədim tarixi rəvayətlərinin toplusudur. Əsər XIX əsrin sonlarında İsveç ədəbiyyatsevərlərinin ən oxunaqlı əsərinə çevrilməyi bacarır. Romanda həmçinin realist düşüncə tərzi də sezilir. Lagerlöf doğma Vermland güzəranını gerçək ustalıqla təsvir edərək, eyni zamanda folklor qəhrəmanlarının obrazları ilə zənginləşdirməyə nail olur. İsveçin yeni kapitalist axına doğru yönləndiyi dövrdə görkəmli qələm ustası əsərində qədim tarixə malik məmləkətinin koloritini, milli cizgilərini qorumağa çalışır. Selmanın yaradıcılığının böyük hissəsi folklor motivləri əsasında qələmə alınsa da, bugünədək ən məşhur əsəri məhz bu dastandır.

1906-cı ildə "Nilsin vəhşi qazlarla sehirli səyahəti" romanı çap edilir. Kitab bir neçə gün ərzində Skandinaviya ölkələrinin ən oxunaqlı əsərinə çevrilir. Sonra onlarla dilə tərcümə edilib, yazıçıya dünya şöhrəti gətirir. Maraqlısı odur ki, bu roman demokratik təhsilə keçid etmək istəyən İsveç orta məktəblərində coğrafiya dərsliyi kimi tədris olunmaq üçün ərsəyə gətirilmişdi. Ölkə hakimiyyəti məktəb proqramlarına maarifləndirici, eyni zamanda şagirdlərin marağını cəlb edəcək dərsliklər daxil etməyə qərar verirlər. Layihə üzərində çalışmaq üçün ölkənin alimləri və yazıçıları bu işə cəlb edilməli idilər. Selma Lagerlöfə təklif gələndə, tək çalışmaq istədiyini dilə gətirir. Yazıçı bütün İsveçi qarış-qarış gəzib, kitabı üçün yeni məlumatlar toplamağa başlayır. İstinad etdiyi bir sıra mənbələr, İsveç təbiətinin gözəllikləri, təxəyyül dünyasının zənginliyini bir yerə cəm edib "Nilsin vəhşi qazlarla sehirli səyahəti" romanını ərsəyə gətirir. Bu kitab rəsmi dərslik deyil, əyləncəli səyahət xarakteri daşıyan romana çevrilir. (Yəqin ki, bu təcrübəni çağdaş təhsil sistemində də sınaqdan keçirə bilərik. Axı dünyanın ən güclü təhsil sistemi olan Finlandiya məhs bu sistemlə çalışır. Şagirdi yormadan, incitmədən, əyləncəli üsullarla ona yeni biliklər verir).

Həmin dövr üçün bu kitab təhsildə inqilab sayılırdı. Odur k, Lagerlöfün əsəri az tənqidə məruz qalmırdı.

Nobel mükafatı alan ilk qadın

XX əsrin əvvələrində Selma Lagerlöf kifayət qədər məşhur yazıçı və İsveçin ən sevimli qadınlarından idi. 1907-ci ildə qələm ustası Uppsals Universitenini fəxti üzvü seçilir. 50 yaşlı yazıçının doğum günü ölkənin milli bayramı kimi qeyd olunmağa başlanır.

1909-cu ildə Lagerlöf "Nilsin vəhşi qazlarla sehirli səyahəti" əsərinə görə Nobel mükafatına layiq görülən ilk qadın kimi tarixə düşür. Bu ədəbiyyat qələbəsi Selma yaradıcılığının zirvəsi sayılır.

Bu illər ərzində yazıçı İsveçin ən nüfuzlu şəxslərindən birinə çevrilir. Ömrünün sonunadək azad fikirləri, sərbəst düşüncələrilə qadın haqlarının müdafiəsi yolunda çalışır. Xeyriyyəçilik fəaliyyətilə də diqqət mərkəzində olan Selma İkinci Dünya Müharibəsi zamanı alman mədəniyyətinin parlaq simalarına Almaniyadan qaçıb, digər ölkələrdə məşkunlaşmağa yardım edirdi. Nobel mükafatına görə qazandığı medalı isə Finlandiyaya yardım fonduna hədiyyə edir. Qüdrətli yazıçının bu jestindən təsirlənən Finlandiya hakimiyyəti medalı geri qaytarır.

Artıq dünyada sözü keçən yazar xanım İsveç siyasətində yaxından iştirak etməyə başlayır. 1911-ci ildə Stokholm Konqresində çıxış edərək qadınları öz haqları uğrunda mübarizəyə və cəmiyyətin həyatında fəal iştirak etməyə səsləyir. Lagerlöf İsveç qadınlarına səsvermə hüququ qazandırmaq üçün böyük əmək sərf edir. Öz simasında xanım olmağın böyük üstünlüyünü sübut etməyə çalışır.

(Lakin təəssüf ki, bu gün qadınları ən çox şiddət görən, zorakılığa məruz qalan ölkə İsveçdir. Tənbəllik etməyib, statistik göstəricilərlə baxmaqla yanaşı, bir neçə isveçli xanımla əlaqə saxladım. Onlar bu faktı təsdiqlədilər).
Qadın aşiqi feminist Lagerlöf

Uzun müddət insanlar Lagerlöfü tənha qadın obrazında tanıyıblar. 1990-cı ildə yazıçının arxiv fotoşəkilləri, məktubları tapılanda bəlli oldu ki, ömrünün sonunadək qadın azadlığı uğrunda mübarizə aparan yazıçı Sofi Elkan və Valborq Olander adlı yazıçı qadınlarla eşq macərası yaşayıb. Selma Olanderə yazdığı məktubda - "Tezliklə səninlə qovuşub, bir-birimizə sahib olacağıq. Bu xoşbəxtliyin xəyalı belə məni göylərə qaldırır" - deyə qeyd edir.

Bu qadınlar arasındakı məhəbbət üçbucağı bir neçə onllik boyu davam edir. Lakin Sofinin ölümündən sonra Selma Valborqla daha da yaxınlaşır və son nəfəsinədək onunla birgə yaşayır.

Dünya şöhrətli ilk qadın Nobel mükafatçısının cinsi azlıqları cəsarətləndirən fikirlərindən biri də budur:

"Mən Kopenhagendə olduğum müddətdə bir-birinə aşiq onlarla qadın cütlüklərlə tanış oldm. Axı niyə insana məhəbbət cinsi çərçivəyə salınmalıdır?" 




Bədənini parçalayıb göydələndən aşağı salladılar –DƏHŞƏT...+ VİDEO
Günəş sistemində yeni bir planet tapıldı - MARAQLI
Hər kəs onu görmək üçün sıraya girir - MARAQLI
Cavid Qurbanov Avstriyanı Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizi layihələrinə qoşulmağa dəvət etdi
Sevgilisi üçün 2 uşağını qaynar suya atdı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
O kiminsə üstünə atılsa adamı xəstəxanaya yox, birbaşa morqa göndərirlər + FOTOLAR
Maraqlı
Diktatorun ölümünə səbəb olduğu yəhudi qızla fotosu rekord qiymətə satıldı - FOTO
Maraqlı
“Açıq-saçıq geyimli qadınlar kişilərin proqramını dəyişir...” - Söhrab Tahir
Gündəm
“Onları məhkəməyə vermək lazımdır”
Cəmiyyət
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
Həftənin ən çox oxunanları
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə