Xəbər lenti
12/12/2017 [00:38]:
Kişinin peşman olduğunu göstərən 3 ƏLAMƏT
12/12/2017 [00:28]:
Heydər Əliyevin vəfatından 14 il ötür
12/12/2017 [00:21]:
Bürclər – 12 DEKABR
11/12/2017 [23:58]:
"Trampın Yerusəlimə dair qərarı bölgədəki böhranı həll etməyə kömək etmir" - Putin
11/12/2017 [23:40]:
Azərbaycanın Özbəkistandakı səfiri: "1500-dən çox qalstukum var"
11/12/2017 [23:38]:
Bu dərmanlar sonsuzluq və xərçəng yaradır - XƏBƏRDARLIQ - VİDEO
11/12/2017 [23:33]:
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR DƏYİŞDİ
11/12/2017 [23:29]:
Üzeyir bəy onu bezdirən qarmon ifaçılarını bu cür susdurdu- XATİRƏ
11/12/2017 [23:29]:
Nəyə görə, daha çox kök şirəsinə üstünlük verilir - SAĞLAMLIĞINIZ ÜÇÜN
11/12/2017 [23:22]:
Qəzzadan İsrail ərazisinə raket atıldı
11/12/2017 [23:11]:
Rəsulzadənin gülünc iddia əsasında həbs olunması- İstintaq materialları
11/12/2017 [23:08]:
Bakıda zirzəmidən yanmış kişi meyiti tapıldı
11/12/2017 [23:00]:
Manaf Ağayevin oğlunun toyunda nə qədər pul yığıldı? - Ən yüksək məbləği bu müğənnilər yazdırıb - SİYAHI - VİDEO
11/12/2017 [22:53]:
Bakıda 700 sərnişin avtobusu kart sisteminə keçəcək
11/12/2017 [22:47]:
Etimad Əsədov: ”Təki müharibə başlasın...” - VİDEO
11/12/2017 [22:44]:
2018-ci il hansı insanlar üçün düşərli olacaq? - VİDEO
11/12/2017 [22:33]:
Məhkəmə Saakaşvilini həbs etməkdən imtina etdi - ŞOK QƏRAR...
11/12/2017 [22:29]:
Azərbaycanda tükürpərdici olay: Ata xəstə qızını küçəyə atdı – VİDEO
11/12/2017 [22:25]:
“Sizdən heç nə saxlamaq olmur” - Qurbanov Rəşadın təyinatı haqda
11/12/2017 [22:13]:
Londona uçan təyyarə Bakıda qəza enişi etdi
11/12/2017 [22:01]:
Röyanın keçmiş şəriki həbs edildi
11/12/2017 [22:00]:
“Türkiyədəki erməni qırğınlarını yəhudilər törədib” - Amerikan professordan ŞOK...
11/12/2017 [21:57]:
Təhsil eksperti Ceyhun Bayramovu təriflədi: "Kifayət qədər səriştəli bir kadrdır və..."
11/12/2017 [21:55]:
Hökumət benzini ucuzlaşdırdı - Aİ-92 82 qəpiyə düşdü...
11/12/2017 [21:55]:
Yol qəzasında yaralanan hərbçi xəstəxanada öldü
11/12/2017 [21:50]:
İradə Musayevanın "Ceyms Coysun "Uliss" romanı və ədəbiyyatda devrim" kitabı haqqında
11/12/2017 [21:34]:
Görkəmli alim Azərbaycanı tərk edir – İki gündən sonra...
11/12/2017 [21:24]:
Bakıya köçən moskvalı qız yollardakı situasiyadan şoka düşdü
11/12/2017 [21:10]:
Hotellərdə niyə nikah kağızı tələb olunur? – Sahibkardan açıqlama + VİDEO
11/12/2017 [21:00]:
Nyu-Yorku qana bulayan terrorçunun - Fotosu
11/12/2017 [20:58]:
Türkyə ordusundan PKK-ya növbəti zərbə - 17 terrorçu məhv edildi
11/12/2017 [20:51]:
Putin Türkiyədədir - Ərdoğanla 7-ci dəfə görüşəcək
11/12/2017 [20:51]:
Lukaşeviç: "2017-ci il Qarabağ danışıqlarının bərpası baxımından əlamətdardır"
11/12/2017 [20:30]:
Brexit: Kim kimə nə qədər borcludur?
11/12/2017 [20:29]:
"Əgər Əsəd tərslik göstərsə Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və..."
11/12/2017 [20:20]:
Azərbaycanlı aktrisadan ilginc etiraf: "Məni təmin etmək çox çətin olduğuna görə..."
11/12/2017 [20:07]:
Şamaxıda torpaq sürüşməsi baş verib, evlərə ziyan dəyib
11/12/2017 [19:50]:
Polşa Qüdsü paytaxt kimi tanımayacaq
11/12/2017 [19:41]:
“Anar, Afaq Məsud, Ramiz Rövşən efirə gəlmirlər" -Aparıcıdan sensasion açıqlama
11/12/2017 [19:39]:
Bolnisidə milli azlıqların problemləri və onların həlli yolları müzakirə edildi
11/12/2017 [19:20]:
Kalaşnikov: “Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir"
11/12/2017 [19:18]:
Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"
11/12/2017 [18:55]:
Kürəyinə 2 metrlik nizə sancıldı - FOTOLAR
11/12/2017 [18:53]:
Mehmandarov həyatını təhlükəyə ataraq, Bakıdan getmədi- Cümhuriyyətin son günü
11/12/2017 [18:53]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
11/12/2017 [18:49]:
Tikintisi başa çatmayan binalarla bağlı YENİ QAYDALAR
11/12/2017 [18:48]:
Türkan, Zirə və Pirallahıya 5,83 milyon manat ayrıldı
11/12/2017 [18:46]:
Qərbi Kaspi Universitetinin təbələləri Çexiya səfirliyində
11/12/2017 [18:46]:
Vahid Mustafayevlə Mirşahinin yolları AYRILIR?
11/12/2017 [18:44]:
"Sözə xəyanət Tanrıya xəyanətdir..."
11/12/2017 [18:11]:
"Xəzər Dəniz Gəmiçiliyi" DSMF-yə borcunun olmasını inkar edir
11/12/2017 [18:05]:
Nyu-Yorkda partlayış baş verdi - VİDEO + YENİLƏNİB
11/12/2017 [17:58]:
Nəsimi rayonunda 320 ailə qazsız qalıb
11/12/2017 [17:52]:
Tofiq Abbasov: "Xəzərin hüquqi statusu Astanada həllini tapacaq"
11/12/2017 [17:50]:
Salyandakı qətli törədənlər Bakı İstintaq Təcridxanasına köçürüldü
11/12/2017 [17:50]:
“Qüds problemi Qarabağ probemini gündəmdən çıxarmayacaq”
11/12/2017 [17:44]:
Hafiz Hacıyev: "Hansı naziri tərpətsən, altından milyardlar çıxar"
11/12/2017 [17:31]:
İran XİN: Ərəb dövlətləri İslam dünyası və Fələstinə xəyanət edir
11/12/2017 [17:22]:
“Yaşa Bakinski”ni öldürənə 18 il verildi
11/12/2017 [17:14]:
“Çağırır vətən” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
11/12/2017 [17:09]:
Bitkoinlə bağlı pessimist proqnoz
11/12/2017 [16:59]:
“ABŞ Türkiyə ilə bağlı yanlışlarını aradan qaldırmalıdır”
11/12/2017 [16:58]:
Qəbzi itirmiş müştəri aldığı məhsulu geri qaytara bilərmi?
11/12/2017 [16:49]:
Salyandakı amansız qətlin sirri – FOTO
11/12/2017 [16:45]:
Qənirə Paşayeva Bağdadda İraq Türkman Cəbhəsini ziyarət etdi
11/12/2017 [16:43]:
“İsrailə qarşı hərbi birliyin formalaşmasını istisna etmirəm”
11/12/2017 [16:40]:
"UNEC-in inkişaf strategiyasının əsasını Ulu Öndərin tövsiyələri təşkil edir”
11/12/2017 [16:29]:
“Aşıq Şəmşir” Mədəniyyət İB Heydər Əliyevin xatirəsini yad etdi
11/12/2017 [16:29]:
"WhatsApp” işlədənlər, DİQQƏT! - Bundan sonra...
11/12/2017 [16:25]:
Rəsulzadənin 50-yə yaxın məktubu kitab oldu - İLK DƏFƏ
11/12/2017 [16:19]:
Körpə qızdırmalı olanda edilən ən böyük səhv nədir - Tövsiyyə
11/12/2017 [16:15]:
Azərbaycanda nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlandı
11/12/2017 [16:15]:
"Həkim eşşək əti buyurub, nə istəyirsiz bu inanclı insanlardan?" -Sərt reaksiya
11/12/2017 [16:10]:
ADNSU-da Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı
11/12/2017 [16:03]:
Alma oğurlayan komandir vəzifədən uzaqlaşdırıldı - VİDEO
11/12/2017 [16:01]:
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı
11/12/2017 [15:59]:
Tələbələrin 66-cı elmi-texniki konfransının yekun iclası keçirildi
11/12/2017 [15:53]:
Kamal Abdulla həmin gün rektor olmayacaq
11/12/2017 [15:47]:
Netanyahu Qüdslə bağlı avropalılara səsləndi
11/12/2017 [15:42]:
ADNSU-da ulu öndər Heydər Əliyevin xatirəsi anıldı
Bütün arxiv bir sırada
07/12/2017 [16:24] - Cəmiyyət - ( 1285 dəfə baxılıb)

Övadlarımızı "udan" kabus : Asosiallıq, yoxsa "Mavi balina"?



Dünyada uşaqların və yeniyetmələrin kabusuna çevrilən "Mavi balina" adlı internet oyunu artıq ölkəmizə də ayaq açıb. Çox təəssüf ki, bu "Mavi balina" internetin azad və təhlükəli sularında sərbəst şəkildə üzür və qarşısına çıxan övladlarımızı "udmağı" bacarır.

Oyun ilk dəfə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində "Ölüm qrupu" adlı bir qrup vasitəsilə yayılmağa başlayıb. 50 təlimatdan ibarət olan oyunun sonunda oyunçudan intihar etməsi tələb edilir.

"Mavi balina"( Синий кит) oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykin tərəfindən yazılıb. "Ən azı 16 uşağı intihara təşviq etmək" ittihamı ilə həbs olunan Budeykin "cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirib. Eyni zamanda oyunun müəllifi intihara meylli yeniyetmələrdən ibarət 8 qrup yaratmaqda ittiham olunur.

Rusiya KİV-nin yazdığına görə təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 uşaq və yeniyetmə bu oyunun təsiri altında intihar edib. Qardaş Türkiyədə 2017-ci il ərzində intihar edən 142 yeniyetmənin bu oyunun toruna düşdüyü ehtimal edilir. Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Bu oyunun təsiri ilə intihar hadisələrə rəsmən təsdiqlənməsə də, son aylarda mətbuatda tez-tez bu oyunla əlaqədar intihar edən məktəblilərlə bağlı xəbərlərə rast gəlirik. Bu yaxınlarda Ağdaş rayonunda baş verən intihar hadisəsində də bu oyunun izlərinin olması ilə bağlı ehtimallar var.

Mətbuatda yayılan xəbərlərin rəsmi mənbələrin verdiyi açıqlamalarla üst-üstə düşməməsi şəxsən məndə çaşqınlıq yaradır.  Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev mətbuata verdiyi açıqlamada bildirir ki, "Mavi balina" oyunu ilə əlaqədar digər ölkələrdə kifayət qədər intihar halları baş versə də, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən uşaqların onunla əlaqədar intihar etməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb".

Mətbuat isə intihar faktlarının, eyni zamanda intihar təşəbbüslərini bu oyunla əlaqədar olduğunu yazır.

İntiharlarla bağlı ehtimallar rəsmən təsdiqlənməsə də, bu oyunun artıq 2 ildir ölkəmizdə də yayıldığı öz təsdiqini tapıb. Sosial şəbəkələr vasitəsi ilə yayılan bu oyunun yayılmasının qarşısını almaq demək olar ki, mümkün deyil.

Bəs övladlarımızı "Mavi balina" və bənzər təhlükələrdən necə qorumalıyıq?

Bu sualın cavabını vermək elə də asan deyil. Hazırkı şərtlərdə uşaq və yeniyetmələri bu tipli oyunlardan qorumaq, nəzarətdə saxlamaq çox çətindir. İnternet demək olar ki, bütün evlərə yol tapıb. Hətta ucqar dağ kəndlərinə də internet çəkilib, internet klublar fəaliyyət göstərir. Evdə mane olduğumuz, internetdən uzaq saxlamağa çalışdığımız uşaqlar, gözdən yayınıb internet klublara gedir, dostunun, tanışının, məktəb yoldaşının telefonundan istifadə edib internetə qoşula bilir. İnternet əsrində uşaqları internetdən qorumaq praktiki olaraq mümkün deyil. Düzgün təlim-tərbiyə metodları, ailənin sosial statusu, valideynlərin dünyagörüşü və intellekti internetə qarşı, daha doğrusu internetin zərərli tərəflərinə qarşı mübarizə etmək üçün yetərsizdir.

Bizim övladlarımızın internetdən də böyük problemi sosiallıqdan, uşaq əyləncələrindən, kitabdan, idmandan uzaq olmalarıdır.

Məsələn, bizim uşaqlıq dövrümüzün öz əyləncələri vardı. Kənd məktəbində təhsil aldığım dövrdə siniflər, məktəblər, kəndlər arası futbol, voleybol yarışları təşkil edib, günlərlə ona hazırlaşardıq. Dərsdən sonra maraq kursları, tənəffüslərdə qızğın müzakirələr olardı. Tətillərdə daha fərqli, daha maraqlı əyləncələrimiz olardı. Gizlənqaç, çilingağac, qaçdı-tutdu və buna bənzər çoxlu oyunlarımız vardı. Orta məktəbin, kəndin kitabxanasından kitab alıb oxumaq üçün yarışa girərdik. Oxuduqlarımızı bir-birimizlə paylaşmaqdan zövq alar, bir-birimizə kömək edərdik. Yeri gələndə savaşar, bir-birimizlə höcətləşər, yeri gələndə valideynlərimizin köməyinə qaçardıq. Uşaqlıqda qurduğumuz dostluqlar daha səmimi, daha dərin olardı. İndi övladlarımız bütün bunlardan özlərini məhrum edib.

Psixoloqlar  hesab edir ki, yeniyetmə intiharlarının əsas səbəbi onların sosial həyatdan uzaq düşmələridir.  Övladlarımız sosial həyatdan qaçıb, internet oyunlarına, oyun konsollarına meyillənirlər. Əvvəllər məhəllələrdə uşaqların səs-küyündən qulaq tutulardı, indi buna təsadüfən də rast gəlmək mümkün deyil. Nəticədə isə qapalı, aqressiv və psixologiyası pozulmuş yeniyetmələr yetişir. Bütün gün sosial şəbəkələrdə  vaxt keçirən, internet klublarda veyllənən yeniyetmənin  "mavi balinalar" tərəfindən udulması labüddür.

Övladlarımızı dostluqlar qurmağa həvəsləndirməli, idmanla, maraq dairəsinə uyğun olaraq musiqiylə, incəsənətin digər sahələriylə məşğul olmasına şərait yaratmalıyıq. Məktəblərdə fəaliyyət göstərən psixoloqlar risk qrupunda olan şagirdlərlə daha yaxından maraqlanmalı, valideynlər övladlarını psixoloq yanına aparmaqdan utanmamalıdırlar.

Övladlarınızla yaxından dost olmadan, onların problemini anlamaq sizə çətin gələcək. Bəzən qayğı və problemlər mane olsa da, heç bir maneəyə baxmayaraq övladınızla dost olun. Onların dünyasına daxil olmağa, onlar kimi düşünməyə çalışın.

Bilirəm, çox ağır və geniş müzakirələr tələb edən bir mövzunu kiçik bir yazıda təhlil etmək mümkün deyil. Amma hamımızın bildiyi bir həqiqəti yenidən xatırlamaqda fayda var: Övladlarımız sosial həyatdan, kitabdan ayırdıqca və ya onların elmdən, təhsildən, sosial həyatdan uzaq düşməyinə göz yumduqca onların "mavi balinalar" tərəfindən udulması qaçılmazdır. 

Şüarçılıq etmək istəməzdim, amma bu gün bu çağırışa ehtiyac var:  Gəlin övladlarımızı qoruyaq!

Cəlil Cavanşir

...
Azərbaycanın Özbəkistandakı səfiri: "1500-dən çox qalstukum var"
Azərbaycanlı aktrisadan ilginc etiraf: "Məni təmin etmək çox çətin olduğuna görə..."
Hafiz Hacıyev: "Hansı naziri tərpətsən, altından milyardlar çıxar"
Putin ordunu Suriyadan çıxarır – Əmr
“Elə məmurlar var ki, Milli Azərbaycan Tarixi Muzeyinin harada yerləşdiyini belə bilmir”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
Etimad Əsədov: ”Təki müharibə başlasın...” - VİDEO
İqtisadiyyat
Hökumət benzini ucuzlaşdırdı - Aİ-92 82 qəpiyə düşdü...
Dünya
Yerdən qalxmayan oğluna atdığı təpik ölkəni ayağa qaldırdı -VİDEO
Dünya
Məxfilik parçası həyacan yaratdı - Hərbi məqsədlə istifadə olunacaq...
Araşdırma
Firon məzarlarındakı GİZLİ TARİX
Həftənin ən çox oxunanları
Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar - Vergilər Nazirliyində nələr baş verir?
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...
“Dünya bilməlidir ki, İsrail –yəhudi dövləti deyil!” - Yəhudi Hərəkatından gözlənilməz etirazlar...
Qızından işdən çıxarılan Fazil Məmmədova ilginc dəstək - "Adam kimi adam üçün..."
“Fazil Məmmədov həddindən artıq şişmişdi, köpünü almaq lazım idi...”
Hacı Məmmədovun yeni sirli əsərləri ortaya çıxdı - O, hansı məmurun heykəlini düzəldib?
Prezident 4 naziri vəzifəsindən azad etdi
Fatma Abdullazadə Fazil Məmmədovun 1 milyon dollarını alıb?
Manyak-qatil arvadını və dörd qızını niyə öldürdüyünü danışdı
Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin