Xəbər lenti
23/02/2018 [00:07]:
Bürclər - 23 FEVRAL
22/02/2018 [23:58]:
"Bayıl yamacındakı sürüşmə Bakının Baş planının olmamasından qaynaqlanır"
22/02/2018 [23:35]:
Fələstin prezidenti ABŞ-da xəstəxanaya yerləşdirildi
22/02/2018 [23:35]:
Beyləqanda ağır yol qəzası - 2 ölü, 2 yaralı
22/02/2018 [22:59]:
Qadın paltarı geyinən radikal islamçı kişilər yaxalandı
22/02/2018 [22:44]:
Qarsdakı Baş Konsulluğumuz “Xocalıya Ədalət” adlı silsilə tədbirlərə başladı - FOTO
22/02/2018 [22:35]:
"Genesis G70" sport-sedan dizayna görə mükafat aldı - "Əsrin gözəli"...
22/02/2018 [22:33]:
Köçəryan Xankəndində “30 illiyə” qatıldı - Ter-Petrosyan isə dəvət olunsa da - gəlmədi...
22/02/2018 [22:29]:
"Niyə universitetlərin nə qədər tələbə qəbul etməsini Nazirlər Kabineti müəyyənləşdirir?
22/02/2018 [22:27]:
Putin bir neçə ölkənin müdafiə naziri ilə görüşdü - YENİLƏNİB
22/02/2018 [22:21]:
İran hədələdi: "Nüvə razılaşmasını tərk edəcəyik"
22/02/2018 [22:17]:
Rusiya qızıl ehtiyatına görə dünyada beşinci yeri tutdu
22/02/2018 [22:00]:
“Əlini Cəbi adlı əsgəranlı erməni vurmuşdu”- Qarabağın ilk şəhidlərinin birinin qardaşı
22/02/2018 [21:55]:
Təyyarələrdə mobil operatorların xidmətləri niyə dayandırılıb?
22/02/2018 [21:47]:
“Torpaqlarımız heç vaxt geri qayıtmayacaq.... onu ancaq ala bilərik”
22/02/2018 [21:35]:
Ermənistanda gərginlik artır - Serj Sarkisyan hədəfdədir
22/02/2018 [21:31]:
İlin əvvəlindən Ermənistanın 9 hərbçisi Qarabağda məhv olub
22/02/2018 [21:22]:
Milli Məclis biganələr yığnağı, haqq deyənlər haqsızların danlağı...
22/02/2018 [21:12]:
Sankt Peterburqda terror aktının qarşısı alındı
22/02/2018 [21:05]:
Azərbaycan gimnastı qızıl medal qazandı
22/02/2018 [21:04]:
ABŞ dəniz piyadaları rus qışına hazırlaşır
22/02/2018 [20:35]:
"Erməni milliyətçiliyinin kökündə faşizm dayanır"
22/02/2018 [20:22]:
Bu gün "Fəlakət"in toyudur - FOTOLAR
22/02/2018 [20:08]:
Rusiya böyük faciədən döndü - Genişmiqyaslı əməliyyat
22/02/2018 [20:08]:
Misir prezidenti Şahin Mustafayevi qəbul etdi
22/02/2018 [20:05]:
Qadınları necə sevək? - KİŞİLƏRƏ MƏSLƏHƏT
22/02/2018 [20:04]:
Kristian Vigenin Minsk qrupu həmsədrlərini tənqid etdi
22/02/2018 [19:54]:
Elza Seyidcahanın şeirlər kitabı çap olundu
22/02/2018 [19:51]:
Kreml iki şərtə görə güzəştə gedəcək: “Böyük müharibəyə hazırlıq başlayıb"
22/02/2018 [19:47]:
Üç övladı gözünün qarşısında donub, ölən ana: “Soruşurdular ki, bəs atamız hanı?”
22/02/2018 [19:42]:
Xalq yazıçısı “Yeni Müsavat”a niyə danışmadı?
22/02/2018 [19:42]:
Afrində Əsədlə Öcalanın şəkilləri qaldırıldı - FOTOLAR
22/02/2018 [19:19]:
“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü
22/02/2018 [19:08]:
ADNSU-nun rektoru təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşdü
22/02/2018 [18:58]:
ADU-nun rektoru Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22/02/2018 [18:56]:
Naxçıvana 3 milyon manat ayrıldı
22/02/2018 [18:55]:
Prezidentin fərdi təqaüdü 1450 manat olacaq
22/02/2018 [18:54]:
Gənc istedadların təqaüdü 100 manat artırıldı
22/02/2018 [18:53]:
Bakının bu rayonlarında içməli su olmayacaq
22/02/2018 [18:52]:
Seçkiqabağı təşviqat üçün ödənişsiz efir və dərc yeri bu KİV-də olacaq
22/02/2018 [18:51]:
Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırıldı
22/02/2018 [18:44]:
ADNSU-nun rektoru “METAK” şirkətinin nümayəndələri ilə görüşdü
22/02/2018 [18:33]:
Prezident Bruney sultanını təbrik edib
22/02/2018 [18:29]:
Sumqayıt sakini Şirvanda heroinlə tutuldu
22/02/2018 [18:27]:
Bakıda şagirdin açıq-saçıq şəklini yayan müəllimlə bağlı araşdırma başladı
22/02/2018 [18:25]:
Azərbaycan-Rusiya sərhəddində ilk demarkasiya nişanı quraşdırılıb
22/02/2018 [18:13]:
Afaq Bəşirqızından xanımlara 8 Mart hədiyyəsi
22/02/2018 [18:11]:
Azərbaycan ən çox Rusiyadan məhsul alıb
22/02/2018 [18:06]:
Dövlət hesabına göstərilən xidmət üçün vəkilərə ödəniş 3 dəfə artırılacaq
22/02/2018 [18:06]:
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olundu
22/02/2018 [17:59]:
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
22/02/2018 [17:55]:
Əhmədinejat İran xalqı üçün azad seçim istədi - Xameneinə məktub
22/02/2018 [17:53]:
Vəkillər Kollegiyası yeni bina ilə təmin olunacaq
22/02/2018 [17:51]:
“Afrinə girməyə qoymayacağıq” - Türkiyədən Əsədə xəbərdarlıq
22/02/2018 [17:43]:
Bağça müdirəsinə 8 il həbs verildi, amma azadlıqda qaldı
22/02/2018 [17:40]:
Anar bu dəfə Məleykəni dəyişdi - Video
22/02/2018 [17:38]:
General məhkəmə zalında qandallanacaq - Rütbələri alınır
22/02/2018 [17:24]:
Su ilə müalicənin möcüzəvi faydaları -Siz də sınayın
22/02/2018 [17:09]:
Kişilər sidiyə oturaraq getməlidir... - Prostat xəstəliklərinin ən asan və pulsuz profilaktikası
22/02/2018 [17:04]:
Səlim Müslümov İƏT-in əmək nazirlərinin dördüncü konfransında çıxış edib
22/02/2018 [17:01]:
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
22/02/2018 [16:46]:
Radio aparıcısı canlı yayım zamanı doğdu - VİDEO
22/02/2018 [16:44]:
Oyun oynayan uşağın boğazına çubuq sancıldı - FOTO
22/02/2018 [16:42]:
Yumurtladığını iddia edən uşaq həkimləri çaş-baş saldı
22/02/2018 [16:41]:
Vəfalı it 12 il ölən sahibinin məzarı başında gözlədi - VİDEO
22/02/2018 [16:37]:
Prokuror MTN generalına 16 il iş istəyib
22/02/2018 [16:37]:
“Ermənistanın sabiq naziri millətinin həyasızlığını bir daha ortaya qoydu...”
22/02/2018 [16:35]:
“Təmizlənəcək suların bir hissəsi əkin sahələrinə, bir hissəsi isə dənizə axıdılacaq...”
22/02/2018 [16:29]:
Milli Məclisin 3 komitəsi “Ələt azad iqtisadi zonası”na görə toplandı
22/02/2018 [16:19]:
Qarabağda erməni hərbçi məhv edildi
22/02/2018 [16:10]:
Dünyanın ən zənginləri daha da varlanıb -YENİ SİYAHI
22/02/2018 [16:09]:
İş adamı Anar Əliyev Moskvada güllələndi - VİDEO
22/02/2018 [16:07]:
Azərbaycan Cümhuriyyətinin qəbul etdiyi ən vacib qərarlardan birinin FOTOSURƏTİ
22/02/2018 [16:07]:
Mehdi Hüseynzadənin uyuduğu məzarlıqdan FOTOREPORTAJ
22/02/2018 [16:04]:
Hər gün milyonlarla mahnılar smartfonunuzda
22/02/2018 [16:01]:
Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi
22/02/2018 [15:56]:
Azay Quliyev erməni deputatı susdurdu - ATƏT PA-da QALMAQAL
22/02/2018 [15:42]:
Birinci vitse-prezidentliyin 1 İLİ - Deputatlar DANIŞDILAR
22/02/2018 [15:39]:
UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər - FOTOLAR
22/02/2018 [15:37]:
“Mehriban xanım cənab prezidentə bir nömrəli dayaqdır” - Siyavuş Novruzov
Bütün arxiv bir sırada
07/12/2017 [17:02] - Müsahibə - ( 1356 dəfə baxılıb)

Ceyhun Mollazadə: “Mən Asimin siyasi işinə müdaxilə etmirəm, o da mənim biznesimə qarışmır”



Moderator.az xəbər verir ki, Amerikada yaşayan azərbaycanlı iş adamı, 1992-93-cü illərdə Azərbaycanın ABŞ-da səfiri olmuş Ceyhun Mollazadə Modern.az saytına müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

- Ceyhun bəy, tez-tezmi Azərbaycanda olursunuz? 

- İşlərimlə əlaqədar həm Amerikada oluram, həm də Azərbaycana gəlib-gedirəm. Biznes işimə görə digər ölkələrə də səfərlər təşkil edirəm. Eyni zamanda, Azərbaycanla bağlı diaspor işində neçə illərdir ki, fəaliyyət göstərirəm. Hazırda Amerika Azərbaycanlıları Şəbəkəsini (US Azeris Network) çalışdırırıq. Elektron bəyanatların yayılması sahəsində böyük kampaniya aparırıq. ABŞ prezidentindən tutmuş senatorlara, media mənsublarına qədər elektron məktublar göndəririk. Bir də görürsüz ki, ya Qarabağ ətrafında ya da Cənubi Qafqaz bölgəsində nələrsə baş verir. Ermənilərin işğal siyasətinə qarşı yeganə məlumat göndərən portal almışıq. Onun vasitəsilə Ermənistanın Azərbaycana qarşı işğal siyasəti ilə bağlı  Amerika ictimaiyyətini məlumatlandırmağa çalışırıq. 

- Sirr deyil ki, illərdir xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisindən əziyyət çəkirik. Xarici ölkələrdə lobbi fəaliyyətlərini o dərəcədə güclü qurublar ki, bu da hardasa bizim xeyrimizə deyil. Halbuki, ermənilər tarixən nə zəngin, nə də varlı olublar.

- Amma həmin ölkələrdə ermənilər varlı və peşəkardılar. ABŞ-ın bir çox ştatlarında  illər boyu türklərə qarşı 1915-ci il hadisələrini soyqırımı kimi qələmə verməyə çalışıblar. Artıq 1988-ci ildən sonra həmin təbliğat Azərbaycana qarşıda yönəlməyə başladı. Amma Azərbaycan diasporu olaraq həm türk qardaşlarımızla, həm də yəhudilərlə birgə çalışırıq. İsrailə meylli olan lobbi Amerikada Azərbaycanı dəstəkləyir. Azərbaycan-İsrail arasında olan sıx əməkdaşlıqdan dolayı, Amerikada yaşayan yəhudilərin də Azərbaycana daha çox dəstək verdikləri hiss olunur. Çalışırıq ki, erməni lobbisini üstələyək. 

- Uzun illərdir ki, Amerikada həm biznes işinizi, həm də diaspor fəaliyyətinizi davam etdirisiniz. Bu illər ərzində erməni lobbisinin hansı təxribatları ilə üzləşmisiniz?

- Amerikada ermənilər azərbaycanlılara qarşı siyasət yürüdürlər ki, Azərbaycana qarşı sanksiya tətbiq edilsin, Azərbaycanla işbirliyi qurulmasın. Belə bir söz var: dələduz uşaq. Ermənilər illərdir ki, dələduz obrazlarını qoruyub saxlayırlar.

- Bu yaxınlarda Azərbaycan çox möhtəşəm bir layihəni gerçəkləşdirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Açılış mərasimi vaxtı Amerikada yaşayan ermənilərin qısqanclığını müşahidə edə bildinizmi? Hər halda, bu cür layihədə onlar da təmsil olunmaq istəyərdi.

- Əlbəttə. Bu layihənin baş tutmasına ermənilərin münasibəti çox mənfi idi. Çünki bu strateji xətdən kənarda qalıblar. Azərbaycan bu gün Şərqi Qərblə birləşdirir. Çin-London birləşməsi dəmir yolu ilə nəqliyyat dəhlizi və İpək Yolu bərpa olunur. Ermənistan burda  iştirak etmir. Azərbaycan Pakistanla İran üzərindən Şimali Rusiyanı və Avropanı birləşdirən xətlərin üzərində işləyir. Azərbaycanın qüdrəti ondadır ki, bu gün beynəlxalq maliyyə qurumları  erməni lobbisinə üz çevirib, Azərbaycana kömək edirlər. Azərbaycan öz qüdrəti ilə bu işlərə təkan verir və bunları gerçəkləşdirir. Erməni lobbisi bu işlərdən kənarda qalıb. Bu gün Rusiya Şimal-Cənub dəhlizi məsələsinə görə İranla bağlantısının olmasında maraqlıdır. Artıq  Amerikada və Avropada yaşayan  ermənilər dərk etməyə başlayıblar ki, bu siyasət onları hara çıxaracaq... Ermənistan Rusiyanın təzyiqi altında qalmaqla suverenliyini itirib. İqtisadi inkişaf onsuz da yoxdur. Rusiya Ermənistanı öz təsiri altına alıb. Borclara görə bütün müəssisələri rus şirkətlərinə veriblər. Hərbi baxımdan da yenə Rusiya Ermənistana komandanlıq edir. Mütəxəssislər o qənaətə gəliblər ki, Gürcüstan və Azərbaycan müstəqil ölkə olsa da, Ermənistan öz müstəqilliyini gerçəkləşdirə bilməyib. Ona görə ki, qonşulara qarşı ambisiya siyasəti həyata keçirir. 
Ermənistan Türkiyəyə qarşı qondarma soyqırımı iddiasını  gah o ölkənin, gah da bu ölkənin parlamentinə təqdim edir. Erməni lobbi liderlərindən biri deyib ki, “biz səmərəli işləsəydik, bu lobbimiz bölgə üçün nə qədər güclü təsirə malik olardı. Amerika da bu işə pozitiv yanaşardı. Amma biz destruktiv lobbiyik. Ancaq pisliyə doğru gedirik”. Özləri də bunu etiraf edirlər. Amerikalılar iş adamlarıdır, bizneslə məşğul olurlar. Onlar da deyirlər ki, nə oldu axı hamı pis oldu? Yəni Azərbaycan enerji layihələrini gerçəkləşdirir, neft-qaz kəmərini ortalığa çıxarır. Bölgədə müstəqil dövlət kimi tanınır. Əhalisi çoxdur. Get-gedə güclənir, çiçəklənir. Axı nə qədər ermənilər yalan danışa bilər?

- Bildiyiniz kimi, Azərbaycan məlum səbəblərə görə Avrasiya İttifaqının üzvü deyil. Lakin bir neçə gün bundan qabaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun ola biləcəklərini deyib. Azərbaycanın Avrasiya İttifaqına qoşulmamasını  necə qiymətləndirirsiniz?

- Hazırda Azərbaycan işğalçı Ermənistanla belə bir birlikdə olmağı lazım bilmir. Azərbaycan nəinki Avrasiya İttifaqının, heç Avropa Birliyi və NATO-nun  da üzvü deyil. Buna baxmayaraq, Azərbaycan müxtəlif təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycanın Rusiya ilə strateji-iqtisadi münasibətləri var. Amma dediyiniz birliyin özü bəlli deyil. Bu gün Qırğızıstanla Qazaxıstan arasında müəyyən problemlər var. Əgər Ermənistan Azərbaycana problem yaradırsa, onunla eyni ittifaqda olmağa dəyməz. Azərbaycan görsə ki, bu məsələdə onun maraqları qorunur, o zaman Avrasiya İttifaqına daxil ola bilər. 
Azərbaycan öz milli təhlükəsizliyini, iqtisadi inkişafını, strateji maraqlarını qoruyub saxlamağı üstün tutur. Məsələn, Amerika hökuməti ilə Azərbaycan dövlətinin maraqları üst-üstə düşdüyündən Xəzər bölgəsində neft və qaz yataqları istismar edildi, investitorlar cəlb olundu və məhsul dünya bazarına çıxarıldı. Burada ziddiyyətlər olmadı və maraqlar üst-üstə düşdü. Ona görə də Avropanın aparıcı Statoil, BP, Lukoil kimi şirkətləri gəlib Azərbaycan sərmayə qoydu və bu proseslər çox müvəffəqiyyətlə gerçəkləşdi. İndi Azərbaycan böyük layihələrdə irəli gedir. Necə deyərlər:  “İt hürər karvan keçər”. 
Ermənistan Amerikada, Fransada, Misirdə və digər ölkələrdə Azərbaycanın arxasınca danışsa da, dəyişən bir şey yoxdur. 

- Amerikada yaşadığınızdan bu sualı vermək maraqlı gəldi: Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin ya biznes, ya da diaspor fəaliyyəti ilə məşğul olması Azərbaycan adına uğurlu addımdır. Çünki hər bir işdə Azərbaycanı təmsil edirlər. Bu yaxınlarda “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov arasında qarşıdurma yaşandı. Siz iki azərbaycanlı milyarderin qalmaqallı şəkildə üz-üzə gəlməsini necə dəyərləndirirsiniz?
 
- Hesab edirəm ki, diaspor işi qazanc yox, ölkəyə, vətənə xidmət etmək deməkdir. Bu cür işlərdə azərbaycanlılar bir-birini qısqanmamalı, bir-birinə dəstək verməli, Azərbaycanın siyasi kursunu, mədəni həyatını, xalqın istəklərini xarici ölkələrdə təbliğ etməlidir. “Lukoil” şirkəti ilə “Palmali” şirkəti arasında hansısa biznes ixtilafı yaranıbsa, bunu açıq şəkildə bəyan etmək doğru olmazdı. Bəlkə yaşadıqları dövlətlərin də bu məsələdə mövqeləri üst-üstə düşməyib və sairə. Əslində biznes dünyasında belə hallar olur. Biznesmenlər problemlərini məhkəmədə həll edirlər. Bu cür işləri diaspor fəaliyyəti ilə əlaqələndirmək doğru deyil. Bu insanların diaspor işlərində nə qədər fəal ya da qeyri-fəal olduğunu deyə bilmərəm. Hər halda, tanınmış azərbaycanlılardır. Amerikada yaşayan azərbaycanlılar kimi istərdik ki, bu cür insanların arasında hər hansı ixtilaf yaransa belə, bunu sülh ya da məhkəmə yolu ilə həll etsinlər. Amma Azərbaycan məsələsində həmişə bir yerdə olsunlar. Hesab edirəm ki, ölkədən kənarda fəaliyyət göstərən hər bir azərbaycanlı arasında birlik olmalıdır. Azərbaycan 40 milyonluq millətdir. Dünyada yaşayan azərbaycanlıların hərəsi bir söz desə, görün, nə böyük iş görmüş olarıq! Dünyada zəngin azərbaycanlılar varsa, niyə görə bir Fond qurmasınlar?! 30, 40, 50, 100 milyonluq Fond olsun. Məsələn, bir türk iş adamı gəlib Amerikada Türk Mədəniyyət Fondunu qurdu. Buna çox qürurlandım. Yenə deyirəm, Azərbaycan diasporu arasında zəngin adanlar var. Dünya Azərbaycanlılarının Fondunu qurmağımız heç də pis olmazdı. Amma xırda intriqalarla heç bir azərbaycanlı qabağa gedə bilməz. 

- 2018-cil Azərbaycanda siyasi cəhətdən qaynar il olacaq. Ölkədə prezident seçkiləri keçiriləcək. Azərbaycanda keçiriləcək seçki ili barədə nə deyə bilərsiniz?

- Seçki çox vacib prosesdir. İnsanlar tərəfindən müxtəlif namizədləri, onların proqramlarını dinləyib , səs vermək böyük hadisədir. Hesab edirəm ki, 2018-ci il seçkiləri yenə də Azərbaycanın inkişafına təkan verən proses olacaq. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Prezident İlham Əliyev nəinki regionda, dünyada nüfuzlu liderə çevrilib. O. dünyagörüşü geniş olan insandır. 2018-ci il seçkilərinə əsas namizəd ola bilər. Həm yaşına görə gəncdir, həm də böyük nailiyyətlər əldə edib. İnsanı gördüyü işlərlə qiymətləndirmək lazımdır. Çox adam çox söz deyə bilər. Həm Azərbaycan, həm də Amerika vətəndaşıyam. Təbii ki, Azərbaycan vətəndaşı olaraq səsimi İlham Əliyevə verəcəm. 

- Ceyhun bəy, qardaşınız Asim Mollazadə Milli Məclisin deputatıdır. Azərbaycana gələndə rəhbəri olduğu Azərbaycan Demokratik İslahatlar Partiyasına baş çəkirsinizmi? Siyasi fəaliyyəti ilə maraqlanırsınızmı?

- Sözün düzü, Asimin siyasi fəaliyyətinə müdaxilə etmirəm. Necə deyərlər, o da mənim biznes fəaliyyətimə müdaxilə etmir. İki qardaş olaraq tez-tez bir araya gəlib söhbətləşirik. Aramızda böyük mehribanlıq və dostluq  var. Onun və partiyasının dünyagörüşü Azərbaycanın çiçəklənməsi, Avropa Atlantik Alyansı ilə sıx əməkdaşlıq etməsidir. Milli Məclisin üzvü kimi xarici siyasət sahəsində böyük rola malikdir. Onun və kolleqalarının Azərbaycanı Milli Məclisdə təmsil etdiklərinə görə qürurlanıram. Çünki ölkədən kənarda da beynəlxalq görüşlər keçirirlər. Adətən vətənə məhəbbətin nə olduğunu soruşurlar. Ölkənin və millətin maraqlarını  şəxsi maraqlardan üstün tutmaq elə vətənə ən böyük məhəbbətin göstəricisidir. 

- Bir az da övladlarınız barədə danışaq. Onlar nə işlə məşğuldur? Amerika mühitində uşaqlara qarşı necə tərbiyə üsulu seçmisiniz?

- İki övladım var. Onlar həm də  çox yaxın dostlarımdır. Çox rahat şəkildə bir-birimizi anlaya bilirik. Çalışqandırlar. Qızımın adı Dəniz, oğlumun adı isə Candır. Qızım “Middle-school”u bitirib. Onlar Amerikada yaşayıb təhsil alsalar da, hər yay Azərbaycanda olurlar. Bəziləri elə bilir ki, onlar Azərbaycan dilini bilmir. Halbuki, onlar doğma dilmizi bilirlər. Çünki onlarla doğma dilimizdə danışırıq. Azərbaycan dilindən başqa bir neçə dili də bilirlər.Uşaqlarım həm də yaradıcı təfəkkürə malikdirlər. Dəniz piano, Can isə saksafonla  maraqlanır. Bayaq yaxşı dost olduğumuzu dedim. Valideyn olaraq onlara qarşı  çox liberal və demokratikəm. Belə olanda uşaqlar ailədə ərköyün böyümürlər.

Qadın paltarı geyinən radikal islamçı kişilər yaxalandı
Qarsdakı Baş Konsulluğumuz “Xocalıya Ədalət” adlı silsilə tədbirlərə başladı - FOTO
"Niyə universitetlərin nə qədər tələbə qəbul etməsini Nazirlər Kabineti müəyyənləşdirir?
Yumurtladığını iddia edən uşaq həkimləri çaş-baş saldı
Aygün Kazımova fərqli görnüşdə - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Şou-biznes
Bu gün "Fəlakət"in toyudur - FOTOLAR
Dünya
Radio aparıcısı canlı yayım zamanı doğdu - VİDEO
Dünya
Vəfalı it 12 il ölən sahibinin məzarı başında gözlədi - VİDEO
Maraqlı
Novruz bayramı ilə bağlı heç zaman eşitmədiyimiz əfsanə və miflər -TARİX
Hadisə
Ölkədə taxıl və un böhranı yaşandı: 1 kisə un alırsansa qeydiyyatını göstər...
Həftənin ən çox oxunanları
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Bir qadın eyni vaxtda 3-4 kişi ilə yaşasa?...- Uşaqların atası kim olacaq?!.
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin