Xəbər lenti
17/12/2017 [13:59]:
Əkrəm Əylisli: "Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm"
17/12/2017 [13:46]:
Polis həmkəndlisini bıçaqlayan şəxsi yaxaladı
17/12/2017 [13:39]:
Bakıda kafedə faciə: Ölən var
17/12/2017 [13:38]:
Müdafiə təyinatlı 17 yeni məmulatın yaradılması üzərində iş aparılır
17/12/2017 [13:36]:
ETSN meşə materiallarının qanunsuz əldə edilməsinə qarşı reydlər keçirir
17/12/2017 [13:22]:
ABŞ-la Türkiyə müharibəyə başlaya bilər - Şok hesabat
17/12/2017 [13:14]:
Sabah hava küləkli olacaq, Bakıda çiskinli yağış yağacaq
17/12/2017 [13:05]:
Ukrayna əhalisi 9 ayda 150 min nəfər azalıb
17/12/2017 [13:03]:
Dağıstanda 3 silahlı zərərsizləşdirilib
17/12/2017 [12:48]:
Qəbiristanlığı reklam etdilər, sosial media bir-birinə dəydi "Qiyamətə qədər sürəcək xoşbəxtlik"
17/12/2017 [12:34]:
Yavər Camalov: "Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib"
17/12/2017 [12:25]:
Surət Hüseynovun Azərbaycandan birdəfəlik köçməsinə reaksiya -"Ürəyi xalqı ilə döyünür"
17/12/2017 [12:21]:
Azadlıq qiyafəsində zühur edən terror – separatizm!
17/12/2017 [12:20]:
“Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm” -Əkrəm Əylisli
17/12/2017 [12:17]:
22 yaşlı gənc intihar etdi - GÖYGÖLDƏ
17/12/2017 [12:15]:
“Düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv edəcək aparatlar sınaqdan keçirilib”
17/12/2017 [12:12]:
O biri “dünyadan” oğurluq edənlər...
17/12/2017 [12:08]:
Cakartada Qüdsə görə etiraz aksiyaları başladı
17/12/2017 [12:00]:
“Dəstək versələr, 2 ilə ciddi nəticə əldə etmək olar” -Övladı autizm olan tanınmış jurnalist
17/12/2017 [11:50]:
"Biz gecikmədən bu maşınların istehsalını təşkil etməliyik"
17/12/2017 [11:44]:
“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi - Köhnə Bakı xatirələri
17/12/2017 [11:38]:
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçirildi - FOTO
17/12/2017 [11:13]:
Qurbanovun milli komandadakı maaşı məlum oldu - 1 milyon manat
17/12/2017 [11:03]:
Prezident seçkilərində kim daha şanslıdır?- İsa Qəmbər, yoxsa Əli Kərimli?
17/12/2017 [10:57]:
10 min illik mamont skeleti yarım milyona satıldı
17/12/2017 [10:55]:
Rusiyada avtobus aşdı - 10 yaralı
17/12/2017 [10:13]:
Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu - Tarixi sənəd
17/12/2017 [09:58]:
Azərbaycanda iki yeni hərbi zavod açılacaq
17/12/2017 [09:46]:
Telefonun yanında yatmaq ziyanlıdır - XƏBƏRDARLIQ
17/12/2017 [09:31]:
Cəbhədən SON XƏBƏR
17/12/2017 [09:19]:
Saakaşvili binanın damına qalxmasının səbəbini açıqladı
17/12/2017 [09:013]:
Tramp prezident kimi Yeni ilə necə hazırlaşır? - MARAQLI FOTOLAR...
17/12/2017 [09:07]:
Papa jurnalistləri tənqid etdi
17/12/2017 [09:00]:
Ət yemək barədə dinimiz nə buyurub? - MARAQLI...
17/12/2017 [00:44]:
“Ən ürəyimdən olan qanun siqaretdən istifadənin qadağan edilməsi oldu”
17/12/2017 [00:33]:
“Real” dünya çempionu oldu - Video
17/12/2017 [00:18]:
Yəmənin paytaxtı boşaldılır
17/12/2017 [00:07]:
Bürclər – 17 DEKABR
16/12/2017 [23:54]:
Məzarı uzun müddət gizli qalan Cümhuriyyət naziri- Tarix
16/12/2017 [23:42]:
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi - FOTO
16/12/2017 [23:36]:
Neftdən hazırlanan 9 şey - Onlarsız bu gün keçinmək mümkün deyil...
16/12/2017 [23:35]:
2018-ci ilin qeyri-iş günləri - İNFOQRAFİKA
16/12/2017 [23:18]:
“Ağıllı” prezervativlər satışa çıxarılır - Gələn ildən - FOTO
16/12/2017 [23:12]:
“Təranə Qumralın həyatında o qədər kişi var ki…” – VİDEO
16/12/2017 [23:05]:
Ərəb qadınları motosiklet sürəcəklər
16/12/2017 [22:52]:
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - VI YAZI...
16/12/2017 [22:51]:
2017-ci ildə ən çox müzakirə olunan FOTOLAR
16/12/2017 [22:46]:
"Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz" çağırışına ərəb HÖRMƏTSİZLİYİ...
16/12/2017 [22:45]:
Bitkoinin dəyəri 19 mini keçdi
16/12/2017 [22:33]:
“Qarabağ”ın futbolçusu evlənir - FOTOLAR
16/12/2017 [22:22]:
Qurban Qurbanov illik bu qədər qazanır
16/12/2017 [22:17]:
Saakaşvili Poroşenko ilə barışmaq istəyir
16/12/2017 [22:15]:
İnsanı sevgidən soyudur... - Tayfunun bu hərəkəti "tayfun"a səbəb oldu...
16/12/2017 [22:04]:
"Mehriban xanımla həm də eyvan qonşusu olmuşuq" - VİDEO
16/12/2017 [22:00]:
Rasim Balayev: "Əgər insanlar aktyordursa ..."
16/12/2017 [21:55]:
Ağdamlı Məhəmməd adını Aleksandr qoymağa qərar verdi - İnanılmaz
16/12/2017 [21:28]:
Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsi- Məşhur şeir belə yarandı
16/12/2017 [21:16]:
Nəsirəddin Tusinin dəfnindəki heyrətləndirici mistika- Gizli tarix
16/12/2017 [20:47]:
Bu ölkədə bazar günü ticarəti qadağan edilir
16/12/2017 [20:00]:
Ərdoğan: "ABŞ-a imkan verməyəcəyik"
16/12/2017 [19:29]:
Gəncədə evdə partlayış -14 yaşlı oğlan yaralandı
16/12/2017 [19:23]:
Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi
16/12/2017 [19:16]:
Avropanın 117 yaşlı sakini öldü
16/12/2017 [19:11]:
"Bir vaxtlar “Narxoz” kimi mənfi imic qazanan UNEC qısa zamanda elə bir ilkə imza atıb ki..."
16/12/2017 [18:21]:
Azərbaycanda qeyri-adi toy: Şahdağda şənlik
16/12/2017 [18:17]:
Terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub
16/12/2017 [18:14]:
Bu işdə doğrudan da yaxşı qazanc varmış... Gündə 520 ton, hər tonu 1700 manata
16/12/2017 [17:59]:
“Günü gündən aşağı düşür” - Ətin qiyməti ucuzlaşdı - VİDEO
16/12/2017 [17:48]:
Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”
16/12/2017 [17:45]:
Azərbaycan toylarında yengəlik sıradan çıxır...
16/12/2017 [17:41]:
25 dil bilən azərbaycanlı poliqlot - O, 20 günə bir dili öyrətmək zəmanəti verir
16/12/2017 [17:38]:
“Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16/12/2017 [17:38]:
“Tramp Türkiyəni daxildən qarışdırmaq və çevriliş etmək məqsədi güdür”
16/12/2017 [17:35]:
Səudiyyədə qadınlarla bağlı daha bir qadağa ləğv edilir
16/12/2017 [17:32]:
Sərkisyan avtoritetləri başına toplayır
16/12/2017 [17:26]:
Mehriban Əliyeva ordenlə təltif olundu
16/12/2017 [17:25]:
Uşaqları bu təhlükədən qoruyun - Sonra gec ola bilər
16/12/2017 [17:20]:
Azərbaycanda bu yüksək vəzifə yerləri boş qalıb - Təhsil naziri, Yasamalın icra başçısı...+ Siyahı
16/12/2017 [17:09]:
ADNSU-da III Məzun-Karyera Sərgisi keçirildi - FOTOLAR
16/12/2017 [16:46]:
Safura Əliyevanın oğlu və həyat yoldaşı ilə yeni FOTOLARINI paylaşdı
Bütün arxiv bir sırada
07/12/2017 [18:56] - Cəmiyyət - ( 1070 dəfə baxılıb)

"“ASAN xidmət” korrupsiyaya qarşı ən səmərəli vasitədir" -İlham Əliyev



“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir.
 
Bunu, dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.
 
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Quba rayonunun həyatında çox əlamətdar bir gündür: “Qubada “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.
Qubada “ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. “ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində “ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olmuşdur və “ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. “ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə “ASAN xidmət”lə maraqlanır. Bizim “ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə “ASAN xidmət” mərkəzləri yaradılır”.
İlham Əliyev bildirib ki, “ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində “ASAN xidmət”ə yüksək mükafat vermişdir. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq “ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir:
“Bildiyiniz kimi, stasionar mərkəzlərlə yanaşı, 10 avtobus səyyar xidmət göstərir, “ASAN qatar” xidməti artıq fəaliyyətə başlayıbdır. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində “ASAN xidmət” mərkəzləri olsun. İstəyirəm bizim ictimaiyyət onu da bilsin ki, gələn il üç “ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərsin. Beləliklə, “ASAN” bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir. “ASAN”ın öz davranış qaydaları var. Şadam ki, “ASAN”da çalışanların mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin olunubdur, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10 mindən çox könüllü “ASAN xidmət”də fəaliyyət göstərmişdir. Yüzlərlə könüllü artıq işlə təmin olunubdur”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda könüllülər hərəkatına təkan verən də “ASAN” olub: “Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda – Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə “ASAN xidmət”ə, o cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var.
Biz “ASAN”ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. “ASAN xidmət” fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq “ASAN kommunal”, “ASAN viza”, “ABAD” mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var.
Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24 faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi “ASAN kommunal” çox gözəl xidmət göstərir”.
 
Prezident əlavə edib ki, kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır: “İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir.
 
Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olmuşdur. Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salmışdır. Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni “ASAN”a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlamışdır və beş min böyük rəqəmdir. Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var “ASAN” bu məsələnin həllində ön cəbhədədir. Buna görə də mən əlbəttə ki, sizi və “ASAN xidmət”də fəaliyyət göstərən bütün işçiləri ürəkdən təbrik edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm”.
 
İlham Əliyev qeyd edib ki, “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir: “Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. “ASAN” bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma “ASAN”dakı kimi olmalıdır. “ASAN” bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda “ASAN”ın çox böyük rolu var.
 
Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba “ASAN xidmət” Mərkəzi bütün vətəndaşlara - təkcə Quba sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, - bu mərkəzdən 500 min əhali istifadə edə bilər, - çox yaxşı xidmət göstərəcəkdir. Sizə işinizdə böyük uğurlar arzulayıram və sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm”.

...
Azərbaycanda qeyri-adi toy: Şahdağda şənlik
Yola qəfil çıxan gənc qız ölümdən döndü - VİDEO
Ev təmizliyində əsla sirkə istifadə edilməməsi lazım olan yerlər - MARAQLI
“Soydaşlarımızın Avropa dövlətlərində keçirdiyi aksiyalar mühüm önəm kəsb edir”
Arzuların 2 növü: hansından yapışmaq?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Məzarı uzun müddət gizli qalan Cümhuriyyət naziri- Tarix
Şou-biznes
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi - FOTO
Maraqlı
Neftdən hazırlanan 9 şey - Onlarsız bu gün keçinmək mümkün deyil...
Siyasət
"Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz" çağırışına ərəb HÖRMƏTSİZLİYİ...
Cəmiyyət
Ağdamlı Məhəmməd adını Aleksandr qoymağa qərar verdi - İnanılmaz
Həftənin ən çox oxunanları
Heydər Əliyev və Leyla Əliyevanın toyda rəqsi- VİDEO
Qeyri-adi su pərisi düşüncələri alt-üst etdi - DƏHŞƏTLİ FOTOLAR
Xərçəng xəstəliyini yox edə bilərsiniz... -CƏMİ 75 QƏPİYƏ...
Mədəsindən 52 ədəd prezervativ çıxdı, içərisindən də... - FOTO+VİDEO
Prezident 4 naziri vəzifəsindən azad etdi
Gəlinini qonşu kişi ilə hamamda tutdu - Bakıda inanılmaz hadisə
Gəlin bəy namizədi üçün erotik rəqs etdi - VİDEO
Hafiz Hacıyevdən İlham Əliyevə sensasion təklif: "Onların qarşısında şərt qoysun ki..."
ABŞ alimindən İslam dini ilə bağlı hamını təəccübləndirən sözlər - SİTATLAR
Azərbaycanda daha bir qəribə körpə doğuldu - Kürəyində cinsiyyət üzvü var
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin