Xəbər lenti
24/02/2018 [01:39]:
Şimali Koreyada "JEANS" geyinmək ölkəyə xəyanət kimi qiymətləndirilir..."
24/02/2018 [01:25]:
Səudiyyə Ərəbistanı qadınlarına öz arzusu ilə boşanmağa icazə verildi - Ədliyyə Nazirliyi
24/02/2018 [01:23]:
Azərbaycanlı Türkiyə - Bolqarıstan sərhədində saxlanıldı - Kriptovalyuta əməliyyatı
24/02/2018 [01:18]:
"Zina ilə bağlı cəza tətbiq olunarsa, o zaman cəmiyyətimizin elə eybəcərlikləri üzə çıxar ki..."
24/02/2018 [01:15]:
Nəsimidə köməksiz qalan 1 nəfər xilas edildi
24/02/2018 [00:56]:
"Məktəblərdə müəllim çoxdur, pedaqoq azdır, ona görə də..."
24/02/2018 [00:48]:
Ankara və Bakı dollardan imtina edə bilər - Türkiyəli nazirdən ŞOK AÇIQLAMA...
24/02/2018 [00:20]:
ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan etdi
24/02/2018 [00:19]:
Bakı polisi gürcü Detoçkini axtarır
23/02/2018 [23:30]:
Yüz yaşlı alim yardıcılığının çiçəklənmə dövrünü yaşayır...
23/02/2018 [23:25]:
Əgər millətin ziyalı bildiyi adamlar bu kədərli mənzərəni görüb susursa...
23/02/2018 [23:22]:
Qənirə Paşayeva Edirne Türk və Ülkü Ocaqları, gənclər, qadın təşkilatları ilə Xocalıdan danışıb
23/02/2018 [23:17]:
Avropa İnsan Haqları Məhkəməsi Adnan Oktarla bağlı qərarını verib
23/02/2018 [23:13]:
Vasif Talıbov yeni quruma direktor təyin etdi
23/02/2018 [23:00]:
Azərbaycanlı mafioz xüsusi əməliyyatla yaxalandı - FOTO
23/02/2018 [22:53]:
Rusiya Suriyada hansı maraqları güdür?..
23/02/2018 [22:32]:
Erməni ordu başçısı Hamazas: "Üzümü bir də Qarabağa tərəf çevirsəm, atama lənət!.." - VİDEO
23/02/2018 [22:25]:
Sumqayıt sakinini borca görə diri-diri basdırdılar - YENİLƏNİB
23/02/2018 [22:23]:
Limonlu çay səhhət üçün təhlükəlidir
23/02/2018 [22:19]:
Dünyanın ən uzun asma şüşə körpüsü ziyarətçilərin axınına uğrayır - VİDEO
23/02/2018 [22:12]:
Saakaşvilinin tərəfdarları həbs olundu – Ali Radanı partlatmaq istəyirlərmiş
23/02/2018 [21:59]:
Azərbaycanda bu sahələrdə artıma nail olundu
23/02/2018 [21:59]:
Novosibirskdə maşın insan kütləsinin yığışdığı yerə girdi- Ölən və yaralanlar var
23/02/2018 [21:44]:
Məşhur marketdən aldığı paltarın içindən siçan çıxdı - FOTO+VİDEO
23/02/2018 [21:37]:
Siyasi partiya qərargahlarında seçki ab-havası...
23/02/2018 [21:35]:
ABŞ qərarından dönmədi - Səfirliyi daşıyacağı vaxt açıqlandı
23/02/2018 [21:30]:
Qorxunc ölüm: İtlər məktəbdən evə qayıdan qızı parçaladı
23/02/2018 [21:30]:
Millət vəkilinin Edirnədə Azərbaycan küçəsi və Qarabağ parkı təklifini vali dəstəklədi
23/02/2018 [21:27]:
Amerika şirkəti Qarabağdakı erməni səngərlərində günəş panelləri quraşdırır-FOTO
23/02/2018 [21:11]:
"Uzun illərdi ki, Azərbaycan iqtidarı da xalqa məhz hakim Manuel de Sousa kimi yanaşır"
23/02/2018 [21:10]:
Qeyri-adi ədəbi bilgi və metodlar necə təbliğ edilir? -MARAQLI
23/02/2018 [21:03]:
“Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırdı
23/02/2018 [20:54]:
Ölülərlə “danışmaq” mümkün olacaq - Qəribə texnologiya yaradılır
23/02/2018 [20:46]:
“Manqal”da soyunduraraq döyüblər - Film kimi cinayət
23/02/2018 [20:45]:
Könül Kərimovanın 172 manat borcu var - İşıq pulunu ödəməyib
23/02/2018 [20:41]:
3-cü mərtəbədən düşən uşağı havada tutdu - VİDEO
23/02/2018 [20:41]:
Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
23/02/2018 [20:39]:
Bakıda içməli su təminatı daha da yaxşılaşdırılır...
23/02/2018 [20:37]:
Zakir Həsənov Belarusda medal aldı
23/02/2018 [20:35]:
ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez həll olunmalıdır"
23/02/2018 [20:35]:
ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi
23/02/2018 [20:33]:
Bir həftədə 200 şagird və müəllim müayinə olundu
23/02/2018 [20:30]:
Erməni əsgər yaralandı
23/02/2018 [20:06]:
Metro stansiyasında faciəvi qəza - Qadağan olunan yerə keçdi, qatarın altında qaldı (VİDEO)
23/02/2018 [19:52]:
Elmar Vəliyev vətəndaşların müraciətlərini dinlədi
23/02/2018 [19:51]:
Azərbaycanda gənc qız oğurlanıb asıldı: "Nəslimizi qıracaqlar" (VİDEO)
23/02/2018 [19:46]:
Festivalda qorxunc qəza - Kəsdiyi ağac üzərinə aşdı (VİDEO)
23/02/2018 [19:44]:
Xocalı rabitə qovşağının rəisi: “Qardaşım zəng etdi ki, başınızın çarəsinə baxın, burada hakimiyyət yoxdur”
23/02/2018 [19:39]:
Veteranlarımız gənclərin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılmasına xüsusi diqqət göstərirlər
23/02/2018 [19:37]:
İhsan Doğramacının vəfatının ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
23/02/2018 [19:34]:
Stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatdı
23/02/2018 [19:30]:
Kəlbəcərdə ermənilərin zəbt etdiyi bir evimiz yandı...- İki körpə öldü (FOTO)
23/02/2018 [19:26]:
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri...
23/02/2018 [19:25]:
Ədliyyə naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul etdi
23/02/2018 [19:20]:
Prezident “Aqrolizinq”ə 160 milyon manat ayırdı
23/02/2018 [19:20]:
Uşağa qulluğa görə aylıq müavinət artırıldı
23/02/2018 [19:19]:
İlham Əliyev sosial müavinətləri artırdı
23/02/2018 [19:16]:
İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir
23/02/2018 [19:14]:
Qaxda güzəştli kreditlərdən istifadə etməklə aqropark yaradılır
23/02/2018 [19:09]:
Türkiyənin Gəncədəki baş konsulluğunda Xocalı soyqırımının ildönümü qeyd edildi
23/02/2018 [19:07]:
Kənd Təsərrüfati Nazirliyindən ADAU-ya növbəti dəstək...- FOTO
23/02/2018 [19:03]:
Qərbi Kaspi Univeristetində Startup Günləri başladı
23/02/2018 [19:00]:
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Xocalı faciəsi ilə əlaqədar tədbir keçirdi
23/02/2018 [18:57]:
“AzerGold” QSC-nin nümayəndələri ADNSU tələbələri ilə görüşdü
23/02/2018 [18:47]:
ABŞ kəşfiyyatı "Vagnerin ordusu"na hücum əmri verən oliqarxın danışıqlarını sızdırdı: "Əsədə yaxşı sürprizim var..."
23/02/2018 [18:44]:
Germanistika İnstitunun açılış mərasimi keçiriləcək
23/02/2018 [18:38]:
Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı
23/02/2018 [18:17]:
İnsanların 92 faizi riyakardır – İNANILMAZ FAKTLAR
23/02/2018 [18:01]:
Özünü yaşayış binasının damından atmaq istədi
23/02/2018 [17:47]:
Dünyanın ən yaxşı 5 universitetində bu ixtisasları pulsuz oxuya bilərsiniz - MARAQLI
23/02/2018 [17:44]:
Növbəti həftə üçün dolların məzənnəsi açıqlandı
23/02/2018 [17:35]:
Onlar Türkiyə ilə döyüşməyə gəlirlər - ABŞ rəsmən ELAN ETDİ
23/02/2018 [17:32]:
Səhhəti pisləşən Musa Yaqub Moderator.az-a danışdı: "Buna özüm qalib gəlməliyəm"
23/02/2018 [17:30]:
ADPU-da “Fəryad edən Xocalı” inteqrativ dərsi keçirildi
23/02/2018 [17:27]:
Baş Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır
23/02/2018 [17:21]:
ADAU-nun fakültələrində və tələbə evində Xocalı faciəsinin dəhşətləri dilə gətirildi
23/02/2018 [17:19]:
Moldova Prezidenti Azərbaycana gəlir
23/02/2018 [17:11]:
100 min manat dələduzluqda təqsirləndiilən biznesimenin məhkəmə işi
23/02/2018 [17:04]:
Bakıda 16 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi - FOTO
23/02/2018 [17:01]:
Şagirdlərə qarşı 62 fiziki şiddət göstəricisi qeydə alınıb - STATİSTİKA
Bütün arxiv bir sırada
07/12/2017 [20:37] - Mədəniyyət - ( 3415 dəfə baxılıb)

UNESCO-nun qoruduğu kamança haqqında bilmədiklərimiz- Onunla nəyi müalicə etmək olar?





Dekabrın 4-9-də Cənubi Koreyanın Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Moderator.az bu münasibətlə, UNESCO-nun qoruduğu kamança haqqında qısa araşdırmanı təqdim edir:

Ümumi məlumat

Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılıb. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir.

Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunub. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin “Musiqi məclisi” rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilib. Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkib və onun haqqında məlumat verib. XVII əsrdə Azərbaycana səyahət edən alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir.

Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında kamança belə təsvir edilir:

Kaman Musa kimi yanır, inləyir,
çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı
Bu keyfi-işrəti çox alqışladı.

Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Həmin muzeydə görkəmli bəstəkar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilib. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir.
Diapazonu kiçik oktavanın “lya” səsindən üçüncü oktavanın “lya” səsinə kimidir. Kamança üçün notlar “sol” açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.

Orta əsrlər Azərbaycanında kamança

Mənbələrə istinadən məlum olur ki, XI əsrin sonu, XII əsrin I yarısında yaşayıbyaratmış Azərbaycanın dahi şairi Məhsəti Gəncəvi çəng və rübabla yanaşı, həm də mahir kamança ifaçısı olmuşdur. Akademik Teymur Bünyadov “Əsrlərdən gələn səslər” əsərində Məmməd Səid Ordubadiyə istinadən Gəncənin ətraf məhəllələrindən biri olan Xərabatda yaşayan Məhsətinin gözəl kamança ifaçısı olduğunu bildirir .

Orta əsrlərdə bir çox Azərbaycan sənətkarları müəyyən səbəbdən xarici ölkələrdə, xüsusən Şərq ölkələrində fəaliyyət göstərmişlər. Onların əksəriyyəti müharibələr zamanı əsir götürülərək xarici ölkələrə aparılmış və bu sənətkarlar qalib tərəfin ərazisindəki saraylarda işləmişlər. Bununla bağlı musiqişünas Sürəyya Ağayeva maraqlı araşdırmalar aparmışdır. O, “Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan musiqiçiləri haqqında” adlı məqaləsində dövrünün məşhur ud çalanıZeynalabdin Azəri Əvvaddan söhbət açır. O, Cənubi Azərbaycandan Osmanlı Türkiyəsinə Sultan II Bəyazidin oğlu ”“ Şahzadə Əhmədin (1481- 1511) dəvəti ilə gəlmişdi. Zeynalabdin Azəri Əvvadın şagirdi Hüseyn Əvvad da tanınmış ud və kamança ifaçısı idi.Burada bir məqama diqqət yetirmək lazımdır. Bildiyimiz kimi, ud və kamança çalğı alətləri müxtəlif üsulla səsləndirilir. Hər ikisi telli (xordofonlu) çalğı alətləri olsa da, onların ümumi, bənzər cəhətləri də vardır. Bu da hər iki alətin qolunda pərdələrin yoxluğudur. Yəni, belə alətlər səsləndirilən zaman ifaçı son dərəcə diqqətli olmalıdır. Barmaq telin üzərində tələb olunan yerdən azacıq aşağı, yaxud yuxarı qoyularsa, ifada naqislik yaranacaqdır. Bu baxımdan pərdəsiz çalğı alətlərinin ifaçılarının musiqi duyumu yüksək səviyyədə olmalıdır. Əgər ifaçı deyilən tələblərə cavab verərsə, onun ifası mükəmməl alınacaqdır. Bu işdə vərdişlərin də böyük rolu olur. S.Ağayeva həmçinin Osmanlı sultanı Yavuz Səlimin (1512-1520) Çaldıran döyüşündə (23 avqust 1514-cü il) Səfəvi şahı I İsmayılın (1501-1524) ordusu üzərindəki qələbəsindən sonra da Təbrizdən xeyli rəssam, memar, musiqiçi, incəsənət xadimi əsir götürərək Anadoluya apardıqlarını bildirir. S.Ağayeva həmin məqaləsində musiqiçi əsirlərin arasında bir çox kamança çalanların da olduğunu qeyd edir. Onlardan ustad kamança ifaçıları Şahqulu və onun oğlu Heydərin adlarını çəkir. Bu musiqiçilər “Cəmaəte-mütriban” adlanan saray orkestrində peşəkar ifalarına görə, yüksək mövqe tutub.

Müalicəvi əhəmiyyəti

Kamançada səslənən musiqi güclü müalicəvi təsirə malikdir.  O, əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, mеlanxoliya və qəm-qüssəyə qarşı kömək еdir. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət еmosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss еtməyə və ona qiymət vеrməyə kömək еdir. Bu alətin еcazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğunu dərk еtmək olar.   Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs еdən Sultan Əli Xorasani “Dəsturül-əlac” (1527 il) əsərində qеyd еdir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır.
Tar və kamançada ifa olunan muğamın еcazkar mеlodiyaları sinir sistеmini sakitləşdirir, gərginliyi alır, yuxusuzluğu aradan qaldırır. Muğam nеvroz zamanı dinləyicini sakitləşdirir və rahatlandırır, fəlsəfi düşüncəyə dalmağa vadar еdir. Lakin həddindən artıq kədərli muğam dinləyicidə qüssə, mеlanxoliya və sıxıntı hisslərini əmələ gətirə, pis xatirələri onun yadına sala bilər.  “Qabusnamə” (XI əsr) müəllifi musiqiçiyə bеlə məsləhət görür: “Gənclərin əhvali-ruhiyyəsini qaldırmaq istəyirsənsə, məhəbbət və çaxırı tərənnüm еdən yüngül (həfif) mahnılar çal”¦ Dünya görmüş, ahıl adamlara ciddi, kədərli mеlodiyalar (rah) çal, bu onlara xoş gələr” 
Qədim mənbələrdə görə Azərbaycan muğamı şöbələrdən ibarətdir ki, onların hər birisi özünəməxsus tərzdə dinləyicinin əhvali-ruhiyyəsinə təsir еdir: dəraməd (mahnı-rəqs müqaddiməsi) və bərdaşt (instrumеntal başlanğıc) dinləyicini mərhələ-mərhələ dahili harmoniya halına gətirir; mayе (improvizasiya) və təsnif (mahnı) ”“ təmamilə sakitləşdirir, “göylərə aparır”, bəzən psixoloji trans vəziyyətinə salır, bəzən isə hal-əhvalı qaldırır;  rəng (rəqs havası) ”“ dinləyicini gumrah еdir, onu “ayıldaraq”, еlə bil  ki, “göydən yеrə” qaytarır.

Elmin Nuri


Yüz yaşlı alim yardıcılığının çiçəklənmə dövrünü yaşayır...
Erməni ordu başçısı Hamazas: "Üzümü bir də Qarabağa tərəf çevirsəm, atama lənət!.." - VİDEO
Məşhur marketdən aldığı paltarın içindən siçan çıxdı - FOTO+VİDEO
3-cü mərtəbədən düşən uşağı havada tutdu - VİDEO
Metro stansiyasında faciəvi qəza - Qadağan olunan yerə keçdi, qatarın altında qaldı (VİDEO)
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Qorxunc ölüm: İtlər məktəbdən evə qayıdan qızı parçaladı
Hadisə
Amerika şirkəti Qarabağdakı erməni səngərlərində günəş panelləri quraşdırır-FOTO
Müsahibə
"Uzun illərdi ki, Azərbaycan iqtidarı da xalqa məhz hakim Manuel de Sousa kimi yanaşır"
Dünya
ABŞ kəşfiyyatı "Vagnerin ordusu"na hücum əmri verən oliqarxın danışıqlarını sızdırdı: "Əsədə yaxşı sürprizim var..."
Ədəbiyyat
Səhhəti pisləşən Musa Yaqub Moderator.az-a danışdı: "Buna özüm qalib gəlməliyəm"
Həftənin ən çox oxunanları
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Prostat xəstəliklərinin ən asan və pulsuz profilaktikası...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin