Xəbər lenti
25/06/2018 [15:39]:
Ermənilər Azərbaycanda daha bir xaçlı ibadətgah ucaltdı...- Foto+Video
25/06/2018 [15:34]:
Prezident Administrasiyasında 6 yeni sektor yaradılıb
25/06/2018 [15:30]:
Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıqovla bağlı - Sərəncam
25/06/2018 [15:27]:
Pərvin Abıyeva eşq yaşadığı kişilərin sayını açıqladı –"Hər birinə 3 ilimi vermişəm"
25/06/2018 [14:54]:
Taksi sürücüsü qısa ətəkli müştərisini zorladı: “Ayaqları xoşuma gəldi”
25/06/2018 [14:47]:
"Uşaqlara intim nahiyələr barədə məlumat vermək lazımdır"- Psixoloq məsləhəti
25/06/2018 [14:44]:
Prezident onlara ali hərbi rütbələr verdi - Siyahı
25/06/2018 [14:42]:
Rusiya şirkətləri Azərbaycana 4 milyard dollar investisiya qoyub
25/06/2018 [14:41]:
Azərbaycanlı müğənni yoldaşından ayrıldı - FOTOFAKT
25/06/2018 [14:38]:
Türkiyə ordusu 24 terrorçunu məhv etdi
25/06/2018 [14:33]:
“17 yaşımda oğlanın gözəlliyinə aldanıb, qoşulub qaçdım” – Şəbnəm Tovuzlu (VİDEO)
25/06/2018 [14:23]:
BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı
25/06/2018 [14:22]:
Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi
25/06/2018 [14:21]:
"Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki…" - Deputat istiqamətləri sadaladı
25/06/2018 [14:20]:
Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi
25/06/2018 [14:18]:
Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI
25/06/2018 [14:07]:
"Cənab Ərdoğan, 81 milyonun prezidenti olun..." - İncedən ilk açıqlama
25/06/2018 [14:02]:
56 yaşında dünyasını dəyişən milyarder: "Zənginlik arxasınca yorulmadan qaçmaq insanı oyuncağa çevirir, necə ki, mənimlə baş verdi"
25/06/2018 [13:58]:
““Neftçi” rəhbərliyi məni evsiz və maşınsız qoydu” - Kolumbiyalı futbolçu
25/06/2018 [13:55]:
Ajdaya görə ayrılmışdılar - 7 il sonra boşandılar
25/06/2018 [13:52]:
Sabahdan anomal istilər başlayır - Xəbərdarlıq
25/06/2018 [13:50]:
Baş nazirdən xəbərdarlıq: "Miqrantlara yardım etməyin"
25/06/2018 [13:04]:
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib
25/06/2018 [13:02]:
“Əcəb edirəm, narkotik də qəbul edərəm, içki də içərəm” -Məşhur meyxanaçı
25/06/2018 [13:00]:
Ermənistanın müdafiə naziri qumarda uduzdu -FOTOLAR
25/06/2018 [13:00]:
Xəstəxanaya at gətirmək ucuz reklamdır - RƏY
25/06/2018 [12:56]:
İncənin “poqonlarını sökəcəyəm” dediyi generalın kəndindən aldığı - Səs...
25/06/2018 [12:55]:
Azərbaycanlı naşirin doğum gününü övladları belə təbrik etdi - VİDEO
25/06/2018 [12:54]:
Volodin Qarabağ münaqişəsi haqqında...
25/06/2018 [12:53]:
“Bu şeylərə görə içimdə böyük peşmançılıq var”- Əlli yaşlı Şahbaz Xuduoğlu...
25/06/2018 [12:49]:
Dünya Ərdoğanın qələbəsini BELƏ GÖRDÜ - FOTOLAR
25/06/2018 [12:47]:
Putin Ərdoğanı təbrik etdi
25/06/2018 [12:46]:
Ermənilər ayağa qalxdı: Meriya binası mühasirəyə alındı
25/06/2018 [12:44]:
Bakıda məşhur restoran yanır...
25/06/2018 [12:43]:
Vikipediya könüllüləri Ordu Gününə öz töhfələrini verdilər - VİDEO
25/06/2018 [12:33]:
22 yaşlı azərbaycanlı müğənni ata olacaq - FOTOLAR
25/06/2018 [12:28]:
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk dəfə yük vaqonları nəql edilib
25/06/2018 [12:19]:
“Bu, Ərdoğanın siyasi nüfuzunun sübutudur” - Putindən təbrik
25/06/2018 [11:59]:
Dünyanın ən çirkin iti - FOTO
25/06/2018 [11:55]:
“Emin Sabitoğlunun estrada mahnılarını muğam ifaçısı kimi ilk dəfə ifa etdim”
25/06/2018 [11:52]:
Natavan Həbibi 3 mərtəbəli villa aldı - VİDEO
25/06/2018 [11:44]:
Etibar Əliyevdən Şahbaz Xuduoğluna yubiley təbriki -"Kitab köməyin olsun..."
25/06/2018 [11:37]:
ADAU-nun rektoru Ibrahim Cəfərov Almaniyada səfərdədir
25/06/2018 [11:35]:
Volodin Bakı səfərinin detallarını açıqladı
25/06/2018 [11:27]:
Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Atı gətirməyə icazə olmasa da..."
25/06/2018 [11:23]:
Tərtərdə 87 yaşlı qadından DƏHŞƏTLİ ADDIM
25/06/2018 [11:14]:
Ronaldu iranlı azarkeşlərə müraciət etdi: " Sakit olun! "
25/06/2018 [11:13]:
Azərbaycanda yeni mədəniyyət portalı təsis edildi
25/06/2018 [11:09]:
Azərbaycanlı aparıcı elə FOTOLAR çəkdirdi ki, alt paltarı göründü
25/06/2018 [11:00]:
“Əlli iki illik yorğunluq bu təbriklərlə canımdan çıxır”
25/06/2018 [11:00]:
Roza Zərgərli: "Günaya beş minlik SMS göndərmişəm"
25/06/2018 [10:57]:
Kürdə batan yeniyetmənin meyiti tapılıb
25/06/2018 [10:57]:
Şəmistan Əlizamanlı Qələbə Paradına mahnı həsr edib: “Yürüyün əsgər, yürüyün”
25/06/2018 [10:49]:
Emin Musəviyə ağır itki...
25/06/2018 [10:45]:
Röya bu paltara 8 mindən çox pul verdi - Fotolar
25/06/2018 [10:33]:
Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılır
25/06/2018 [10:32]:
Müəllimlərin işə qəbulu üçün qeydiyyat başladı
25/06/2018 [10:31]:
Ukrayna dünyanı heyrətə salacaq silahların sınaqlarını KEÇİRDİ
25/06/2018 [10:22]:
İyunun 27-də 70 min şagird buraxılış imtahanı verəcək
25/06/2018 [10:21]:
İtaliyada batan miqrantları xilas etmək qadağan olundu
25/06/2018 [10:19]:
"Türkiyə digərlərinə nümunədir" – Merkel
25/06/2018 [10:14]:
"Qərb dövlətləri Ərdoğanın zəfəri ilə ağır bir Osmanlı tokatı yedi..."
25/06/2018 [10:13]:
Ərdoğan prezident seçildi - RƏSMİ
25/06/2018 [10:12]:
Laçının rəmzlərindən biri sayılan Hocaz dağından ürəkdağlayan görüntülər - VİDEO
25/06/2018 [10:09]:
Ermənistan atəşkəsi 98 dəfə pozdu
25/06/2018 [10:03]:
Ərdoğan neçə faizlə qələbə qazandı... - Prezident və parlament seçkilərinin yekun nəticələri
25/06/2018 [09:57]:
Rəcəb Tayyib Ərdoğandan zəfər çıxışı - Video (Yenilənib)
25/06/2018 [09:50]:
Bu gün AŞPA-nın yay sessiyası başlayır
25/06/2018 [09:47]:
Daşkəsənə sel gəldi: Evləri su basdı
25/06/2018 [09:46]:
Qabil Hüseynli: “Moskva Nikol Paşinyanı aradan götürə bilər”
25/06/2018 [09:42]:
Muharrem İnce Ərdoğanın seçkini udduğunu qəbul etdi
25/06/2018 [09:40]:
Türkiyədə Putinə “səs verdilər”...
25/06/2018 [09:38]:
Ərdoğan: "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi"
25/06/2018 [01:53]:
“Vəziyyət çox ağırdı, verdiyiniz pul isə azdır” – Tağıyevdən ADR hökumətinə Novruz jesti
25/06/2018 [01:34]:
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
24/06/2018 [23:24]:
"Türkiyədə sözün əsl mənasında bir demokratiya şöləni yaşandı"
24/06/2018 [23:14]:
Qarabağda dörd yaşlı qız öldü
24/06/2018 [22:47]:
Rusiya səmasında meteorit partladı - VİDEO
24/06/2018 [22:45]:
Dövlət Baxçalı Ərdoğanı təbrik etdi
24/06/2018 [22:43]:
Qüllə kranında namaz qıldı - VİDEO
Bütün arxiv bir sırada
08/12/2017 [15:12] - Cəmiyyət - ( 18144 dəfə baxılıb)

Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...

"Qəhərdən boğulan uşağın dediklərinə sədrlik edən qadın hakim də dözə bilmədi və..."


Dünən, 07 dekabrda Yasamal rayon məhkəməsində davam etməkdə olan bir məhkəmə prosesində ifadə verən orta məktəb şagirdindən eşitdiklərim məni dəhşətə gətirdi.

Bakı şəhərinin  Xətai rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Liseyin direktoru Orucova Sevinc Rafiq qızı şagirdləri müxtəlif bəhanələrlə dərslərdə iştirak etməyə buraxmırmış. Uşaqların təhsil prosesinə cəlb edilməsi, balalarımızın savadlandırılması dövlətin bir nömrəli vəzifəsi olmağına baxmayaraq, bu liseydə məktəbə gələn uşaqlar,  biri dərsə gecikmək, digəri isə geyimindəki nöqsanlara görə,  dərsə buraxılmırmışlar. Təhsil Nazirliyinin də bundan xəbəri var imiş. Çünki bəzi valideynlər nazirliyə Liseydə olanlarla bağlı şikayətlər edibmişlər. 

Məhkəmədə azyaşlı uşağın (şagirdin növbəti mənəvi sarsıntə keçirməməsi üçün adını yazmıram) dedikləri qan dondurdu: “Səhər bacımla birlikdə dərsə gəldim. Bacım məndən qabaq gedib siniflərinə girdi. Məni isə məktəbin direktoru Sevinc müəllimə qapının girişində saxladı. 8 ildir eyni rəngli parçadan, eyni formada  tikilən, bu səkkiz ildə bir dəfə də irad bildirilməyən şalvarımın rənginə irad tutdu və qapıçıya tapşırdı ki, məni, artıq orada saxlanılan başqa on şagirdlə birlikdə, dərsə buraxmasın. Həm də evimizə getməyə qoymadılar və biz dörd dərs ayaq üstə durmağa məcbur edildik. Hava soyuq idi. Hər dəfə məktəbin giriş qapısı açıldıqca soyuq hava bizə vururdu. Oturmağa yer yox idi, həm də bizi məcbur edirdilər ki, ayaq üstə duraq.  Dördüncü dərsdən sonra bacım yanıma gəldi. Kimsə ona xəbər veribmiş. Orada durmağımın səbəbini soruşdu və mənim qolumdan tutub apardı... Məktəbin tualetində qaytardım, soyuq vurmuşdu məni, xəstələnmişdim və... ” , ardını deyə bilmədi, qəhərdən boğulan uşağın dediklərinə sədrlik edən qadın  hakim də dözə bilmədi və uşağı sakitləşmək üçün yerində oturmağa dəvət etdi. Zalda oturanlar hamısı eşitdiklərindən şokda idilər, hamı donuq nəzərlərlə bir-birinə baxırdı. Nə baş verir bu ölkədə? Biz uşaqlarımızı təhsil almaları, savadlı olmaları  üçün məktəbə göndəririk, bəs o məktəblərdə bizim balalarımızla necə rəftar edirlər? Onların psixologiyasına necə zərbələr vurulur? Niyə? Nə məqsədlə bunlar baş verir?  Şagirdin özünün və iddiaçı anasının dediyinə görə, 4 dəfə psixoloq həkimin qəbulunda olublar.

Direktor bununla da kifayətlənməyib. Onu hansısa saytda təhqir edən (“tərbiyəsiz” və “qudurmuş” ifadələrinə görə) həmin uşağın valideynini məhkəməyə verib 2000 manat təzminat tələb edib. Apellyasiya məhkəməsinə qədər məhkəmələri udub və əsl dəhşət bundan sonra başlayıb. Bu barədə hardansa xəbər tutan (şagirdin və valideynin dediklərinə görə, direktor özü şəxsən bu barədə bütün iclaslarda danışıb)  müəllimlər və şagirdlər tez-tez uşaqdan soruşurmuşlar ki, anası niyə “ev dustağı” edilib, niyə evdən çıxmağa qoymurlar, niyə 2000 manat cərimələnib və sairə. Uşağın özünün və anasının məhkəmədə bildirdiklərinə görə, bu barədə məlumatları direktor özü, başqalarına dərs olsun deyə, iclaslarda yayırmış. Bütün bu mənəvi basqılara dözməyən uşaq başqa məktəbə keçməyə məcbur olub. Baş verənlərdən sonra dərslərində xeyli geriləyib və hələ də özünə gələ bilmir. 

Bir azyaşlı uşağın mənəvi dünyası, xeyir və şər haqqındakı anlayışları, dövlətinə olan inam və ümidləri alt-üst edilib.

Narahat edici ikinci məqam isə məktəblərimizə rəhbərlik edənlərin şəxsi səviyysəi, savad və dünya görüşü ilə bağlıdır.

Məhkəmədə ifadə verən bir şahid qadın-müəllimənin bildirdikləri bu sahədə çox, həm də lap çox problemlərin olduğundan xəbər verir: “Mən direktorun qəbul otağında, onun iş otağının qapısı qarşısında içəri keçmək üçün gözləyirdim.  Az keçməmiş Sevda xanım, oğlu ilə birlikdə, mənim qarşımdan ötüb direktorun otağına girdi. 5-6 dəqiqədən sonra otaqda sanki bomba partladı. Kimsə çığırırdı, “rədd ol buradan”, “ləçər”,”tərbiyəsiz” sözlərini işlədirdi. Arabir qapı açıldıqca içərini görürdüm. Direktoru əvvəllər görməmişdim, tanımırdım. Birdən qapı açıldı. Sarışın saçlı bir gözəl qadın içəridən çıxıb uca səslə, qışqıra-qışqıra qarovulu çağırdı.  Səsindən tanıdım ki, bayaqdan çığıran qadın o imiş-məktəbin direktoru. İçəridə olanda da hərdən “polis gəlsin“, “polis gəlsin”””deyə, çığırırdı. Həmin vaxt nə baş verdiyini, direktorun özünü niyə belə aparmasının səbəblərini bilmədim.  Sonradan uşağın valideyni Sevda xanımdan eşitdim ki, mübahisə uşağın dörd saat ərzində dərsə buraxılmaması və ayaq üstə durmağa məcbur edilərək alçaldılması ilə bağlıdır. Həmin uşaq haqqında mən həmin məktəbdə oxuyan qızımdan eşitmişəm ki, çox savadlı uşaqdır, yaxşı əl qabiliyyəti və istedadı var. Ancaq direktorhəmin vaxt niyə elə hərəkətlər edirdi mən bilmədim”.

Təbii ki, azyaşlı məktəbli uşaqla bağlı baş  verənlər məni bir valideyn, bir vətəndaş  kimi çox narahat edir. 

Ancaq məsələnin hüquqi tərəflərinin də çox önəmli olduğunu və  “dərsə buraxmamaq” kimi cəza növündən məktəblərimizdə tez-tez istifadə edildiyini nəzərə alaraq, bu hadisənin qanuni tərəflərinin ictimaiyyətin və Təhsil Nazirliyinin rəhbərlərinin diqqətinə çatdırılmasında fayda görürəm.

Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli  “Təhsil haqqında” Qanununun 3-cü maddəsinə  (Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri) əsasən, “ 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. humanistlik - milli və ümumbəşəri dəyərlərin, şəÑ…siyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;

3.0.2. demоkratiklik - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muÑ…tariyyətinin artırılması;

3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;
...”
H.Əliyev adına Liseyin direktorunun hərəkətləri bu prinsiplərdən hansına uyğundur?

Həmin Qanunun  4-cü maddəsinə (təhsilin əsas məqsədi) əsasən, “4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:

4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, Ñ…alqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəÑ…siyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəÑ…əssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iÑ…tisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.”

Maraqlıdır, görəsən, məktəb direktorunun uşaqlara göstərdiyi həmin münasibətlə Qanunun qarşıda qoyduğu məqsədlərə çatmaq olarmı?

Qanunun  11-ci maddəsinə (təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər) əsasən, “11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:

...11.1.6. təhsil müəssisəsində tədris prоsesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psiхоlоji zоrakılığa yоl verməmək...”

Məktəb direktorunun hərəkətləri: azyaşlı uşağın dörd saat soyuq havada, ayaq üstə dumağa məcbur edilməsi, dərslərini öyrənməyə, müəllimindən lazım olan məlumatları almağa imkan verilməməsi insan ləyaqətinə hörmət edilməsi kimi qiymətləndirilə bilərmi? Yaxud da bu hərəkətlər təhsilalana qarşı  fiziki və psiхоlоji zоrakılığa yоl verilməsi  kimi qiymətləndirilməli deyilmi? Belə bir adamı kim və hansı uğurlarına, hansı keyfiyyətlərinə görə məktəb direktoru təyin edib?
 
Bu hərəkətləri ilə məktəbin direktoru Qanunun 33.3-cü maddəsində (təhsiverənin hüquq və vəzifələri) nəzərdə tutulan “...33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək; ...” kimi vəzifələrini icra etmiş sayıla bilərmi?

İstər məktəb direktorları, istərsə də valideynlər bilməlidirlər ki, “Təhsil haqqında” Qanunun 34-cü maddəsinə (valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri) əsasən,  “34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır: ... 34.1.2. təhsil prоsesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; 34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;”

Ləyaqəti alçaldılan, fiziki işgəncəyə məruz qoyulan  məktəblinin anası, Qanunda göstərilən hüquqlarından istifadə edərək, məktəb direktoruna öz iradlarını bildirmək istəyib, cavabında isə qarşılaşdıqlarından şok olub və çıxış yolunu hansısa saytda öz etiraz səsini duyurmaqda görüb və əsəblərini cilovlaya bilməyərək direktor haqqında kobud ifadələr işlətməklə səhvə yol verib və haqlı olaraq məhkəməyə verilib. Bu hadisə hamıya, həm məktəb rəhbərlərinə, həm də valideynlərə dərs olmalıdır. Bütün problemlər qanun çərçivəsində həll edilməli və bu zaman başqalarının şərəf və ləyaqətinə hörmət edilməlidir.

Əlbəttə, direktorun qanunları pozması onun təhqir edilməsinə əsas verə bilməz, bununçün dövlət orqanları və məhkəmələr var.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə
təsdiq edilmiş “Ümumi təhsil pilləsinin DÖVLƏT STANDARTI VƏ PROQRAMLARI (kurikulumları)”nın 6-cı maddəsinə (ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri) əsasən, “6.5. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:.. uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;...ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza.”

H.Əliyev adına Liseyin direktoru S. Orucovanın bu hərəkətlərinin qeyd edilən standartlara cavab verib-verməməsi məsələsini qədirbilən xalqımızın və Təhsil Nazirliyinin rəhbərliyinin öhdəsinə buraxıram.
İndi söz məhkəmələrin və Təhsil Nazirliyinindir.

P.S. Kiminsə qohumu olmaq heç kimə üstünlük hüququ, qanunların fövqündə durmaq imkanı tanımır, əksinə, əlavə məsuliyyət yaradır.
 
08 dekabr 2017-ci il.
Hüquqşünas Qurban Məmmədov.

Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıqovla bağlı - Sərəncam
İncənin “poqonlarını sökəcəyəm” dediyi generalın kəndindən aldığı - Səs...
Azərbaycanlı naşirin doğum gününü övladları belə təbrik etdi - VİDEO
22 yaşlı azərbaycanlı müğənni ata olacaq - FOTOLAR
Natavan Həbibi 3 mərtəbəli villa aldı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Xəstəxanaya at gətirmək ucuz reklamdır - RƏY
Cəmiyyət
“Bu şeylərə görə içimdə böyük peşmançılıq var”- Əlli yaşlı Şahbaz Xuduoğlu...
Cəmiyyət
Laçının rəmzlərindən biri sayılan Hocaz dağından ürəkdağlayan görüntülər - VİDEO
Araşdırma
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
Gündəm
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
Həftənin ən çox oxunanları
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
Azərbaycanlı aparıcını tənqid etdilər: "Soyunmaqla gündəmə gəlmək istəyir" - FOTOLAR
"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"
Öldüyü düşünülən gənc dəfn zamanı ortaya çıxdı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin