Xəbər lenti
19/09/2018 [10:53]:
“Söhbət milyonların geri qaytarılmasından gedir”
19/09/2018 [10:46]:
Xatirə şəhid ailəsinə söz verdi - “Müşviq bulağı” tikdirəcək
19/09/2018 [10:42]:
Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi... - FOTO+VİDEO
19/09/2018 [10:39]:
Yüksək bal toplayaraq ADAU-nu seçən 82 tələbəyə əlavə təqaüd veriləcək
19/09/2018 [10:34]:
Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır
19/09/2018 [10:25]:
Polis borca görə 19 nəfəri saxladı
19/09/2018 [10:22]:
İlham Əliyev Masallıda Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış oldu
19/09/2018 [10:17]:
"Xankəndinə bayrağı əsgər Heydər Əliyev asacaq" -Siyavuş Novruzov
19/09/2018 [10:02]:
Havanı çirkləndirən zavodla bağlı sənədlər məhkəməyə göndərildi
19/09/2018 [09:58]:
Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi məlumat yaydı
19/09/2018 [09:56]:
Paşinyan bizlərə Murovdan aşağı baxdı… - Onu təcili ordan endirməsək!..-Fotolar
19/09/2018 [09:49]:
Qəflətən Qarabağa gələrək sərsəmlədi: "Biz sülh danışıqlarına da, müharibəyə də hazırıq”
19/09/2018 [09:42]:
Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçıb
19/09/2018 [09:34]:
Bu gün Çempionlar Liqasında I tura yekun vurulacaq - TƏQVİM
19/09/2018 [09:23]:
Onlara yeni mənzillər verildi -FOTOLAR
19/09/2018 [09:06]:
Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR
19/09/2018 [09:04]:
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı
19/09/2018 [08:48]:
Azərbaycana gələn ərəblərin sayı artdı
19/09/2018 [08:46]:
Şimali və Cənubi Koreya prezidentləri hərbi sahədə saziş imzaladılar
19/09/2018 [08:44]:
Bir ayağı olmayan qız “İtaliya gözəli” seçildi
19/09/2018 [08:39]:
100 il öncə Bakını millətçilik yox, ümmətçilik xilas etdi... -FİKİR SAVAŞI
19/09/2018 [08:31]:
Dietoloq məktəblilərlə bağlı çağırış etdi
19/09/2018 [00:48]:
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
19/09/2018 [00:23]:
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
19/09/2018 [00:18]:
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTOLAR
19/09/2018 [00:16]:
Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü
18/09/2018 [23:57]:
Ermənistan: "Saşik" Sarkisyan bankda dondurulmuş pullarından büdcəyə "pay verməyə" hazırdır
18/09/2018 [23:53]:
Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!
18/09/2018 [23:47]:
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
18/09/2018 [23:34]:
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
18/09/2018 [23:28]:
“Milyonçu Tağıyevin Hacıbəyli qardaşlarna ayırdığı pulu mühasib niyə gizlədir? – Anım günü
18/09/2018 [23:20]:
“Televiziya kanalları, mətbuat Üzeyir bəyi bu gün bir az da çox təbliğ etməlidirlər, çünki....”
18/09/2018 [23:17]:
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
18/09/2018 [23:16]:
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
18/09/2018 [23:13]:
NATO nümayəndəsi: "Ermənistanın yeni rəhbərliyi bizi ürəkləndirir"
18/09/2018 [23:03]:
Ölən dostlarının ətrafına toplaşaraq yas tutdular - VİDEO
18/09/2018 [22:59]:
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhnələşdirirlər” – Cavanşir Quliyev
18/09/2018 [22:40]:
Taleh Məmmədov Minskdə çempion oldu
18/09/2018 [22:22]:
“Onlar bir-birlərinə qarşı ortada görünmədən mübarizə aparacaqlar”
18/09/2018 [22:15]:
İsrail KİV-ləri: “Liberman Azərbaycanı kəşf etdi”
18/09/2018 [21:41]:
Netanyahu Putinə zəng etdi
18/09/2018 [21:39]:
“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi
18/09/2018 [21:38]:
Qobustan rayonunda zəlzələ oldu
18/09/2018 [21:32]:
İçməli sudan 27 min insan zəhərlədi
18/09/2018 [21:31]:
“Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” -İlham Əliyev
18/09/2018 [21:09]:
İlham Əliyev: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18/09/2018 [20:39]:
Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18/09/2018 [20:37]:
Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
18/09/2018 [20:25]:
Daha bir kəndə qaz verildi
18/09/2018 [19:31]:
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə
18/09/2018 [19:21]:
Çeçen toyunda kütləvi dava - VİDEO
18/09/2018 [19:12]:
Moskvada azərbaycanlı jurnalistin xatirə gecəsi keçirildi - FOTO
18/09/2018 [19:09]:
Zakir Həsənov dağlarda xidmət aparan əsgərləri yoxladı – FOTO
18/09/2018 [19:06]:
DTX Ağsuda əməliyyat keçirdi
18/09/2018 [18:35]:
İstanbulda oğurluq edən rus və erməni ələ keçdi - VİDEO
18/09/2018 [18:27]:
Az qalıb, bəy!
18/09/2018 [18:18]:
Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı
18/09/2018 [18:03]:
"Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum" - 25 nəfərin öldüyü yanğına dair cinayət işi
18/09/2018 [17:56]:
Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı
18/09/2018 [17:56]:
Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
18/09/2018 [17:52]:
Rüşvətxor prokuror məhkəmə qarşısında
18/09/2018 [17:39]:
“Nar”ın dəstəyi ilə “Brain Ring” başladı
18/09/2018 [17:31]:
Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18/09/2018 [17:28]:
Eldar Əzizov daha bir kadrını yanına gətirdi
18/09/2018 [17:22]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
18/09/2018 [17:20]:
Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olundu
18/09/2018 [17:06]:
Nikol Paşinyanın partiyası seçkilərdə uduzacaq?
18/09/2018 [17:03]:
Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ
18/09/2018 [17:01]:
Ağcəbədinin su təchizatı yaxşılaşdırıldı
18/09/2018 [16:58]:
Mübariz Qurbanlı: " Zəncir vurmaq uydurulmuş hərəkətdir"
18/09/2018 [16:57]:
Fərhad Əhmədov və italyanların “bağ məsələsi” – YENİ FAKTLAR
18/09/2018 [16:42]:
QAT qadınları riyakar sülh təklifini rədd etdi
18/09/2018 [16:41]:
Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı
18/09/2018 [16:40]:
İsraildən rus təyyarəsinin vurulmasına ilk reaksiya - Günahkar Suriya, İran və...
Bütün arxiv bir sırada
10/12/2017 [13:53] - Kriminal - ( 1399 dəfə baxılıb)

Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"



Əvvəl xuliqanlıq, sonra oğurluq, indi isə adam bıçaqlamağa görə hakim qarşısına çıxarılan 28 yaşlı gənc cinayət əməlinin səbəbini danışıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən 1989-cu il təvəllüdlü Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs ifadə verib. O, Zakir Məmmədovu bıçaqlamasının səbəbini danışıb. Şəhriyar Abdulov əvvəlcə bildirib ki, bıçaqladığı şəxslə daha əvvəldən məhəllə sakini kimi münasibəti olub. Hadisə Abşeron rayonunun Goradil qəsəbəsində baş verib.

Ş.Abdulov daha sonra hadisə günü yaşananları belə danışıb: "Axşam evdən çıxıb çayxanaya getdim. Çayxananın qarşısında 10-15 nəfər var idi. İçəri keçmək istəyəndə tanımadığım bir nəfər mənə dedi ki, “İçəri olmaz. Zakir içəridə söhbət edir”. Ona görə də içəri heç kimi buraxmırlar. Sonra da dedi ki, “Artıq adamların hamısı dağılışsın”. Mübahisə etməyə başladıq. Səs-küyə Zakir çıxdı. İçkili idi. Qışqırdı ki, nə olub? Dedim ki, Zakir, qıraqdan gələnlər bizə, öz kəndimizdə yer göstərirlər. Zakir də qayıtdı ki, "Onlar qıraq adam deyil, mənim qardaşlarımdır". Həmin adamları tanımırdım. Mənim üstümə gəldilər. Onları qorxutmaq üçün bıçağı çıxardım ki, görsünlər".

Şəhriyar Abdulov ifadəsinin davamında qeyd edib ki, Zakir Məmmədovu bıçaqla vurmaq niyyəti olmayıb: "Bıçaq sol əlimdə idi. Fikirləşdim ki, birdən mənə əl-qol atarlar. Zakiri vurmaq niyyətim yox idi. Sağ əlimi bir neçə il əvvəl laqonda kəsib. 3-cü qrup əliləm. Tam hərəkət etdirə bilmirəm. Bıçağı sağ əldə tutmuşdum. Əgər vurmaq niyyətim olsaydı, işləməyən əlimdə tutmazdım. Mübahisə yarananda bıçağı sol əlimdən sağ əlimə keçirmişdim. Mübahisə başlayanda, onlar üstümə gələndə necə oldusa bıçaq Zakirə dəydi".

Ş.Abdulov ifadəsində həmçinin onu da göstərib ki, bıçaqladığı Zakir Məmmədov həmin gün kənddə ağsaqqallara hörmətsizlik edib. Onun bu hərəkətlərinə etiraz edən kənd sakini Fazil Məmmədovu isə döydürmək istəyib.

"Zakir həmin gün kənddə Rafael adlı ağsaqqalı maşının qapı arasında qoyub, sıxıb. Aralarında nəsə söhbət olub. Kənd sakini Fazil Məmmədov da bunu görüb və etiraz edib. Zakir Farizi yanına çağırıb, ona deyib ki, "Mənimlə söhbət edəndə papağı çıxarmaq lazımdır". Bu söhbət zamanı Zakir içkili olub. Axşam da Fazili axtarmaq üçün kəndə adamlar göndərib", - deyə təqsirləndirilən Şəhriyar söyləyib.

Dövlət ittihamçısı Şəhriyar Abdulova sual verib və çayxanaya getməsinin səbəbini soruşub. Şəhriyar deyib ki, məqsədi tanışları ilə domino, nərd oynamaq, istirahət etmək olub.

Prokuror Şəhriyara növbəti sualında qeyd edib: "Siz çayxanaya getməzdən əvvəl orada kriminal aləmə yaxınlığı ilə tanınan şəxslərin söhbət etmələri barədə məlumatlı olubsunuzmu?"

Şəhriyar cavabında belə bir məsələdən xəbərsiz olduğunu, kafeyə sadəcə çay içməyə getdiyini söyləyib.

Ş.Abdulov üzərində bıçaq gəzdirməsinin səbəbini isə belə izah edib: "Kənd yeridir. 4 ayaqlı itlərdən çölə çıxmaq olmur. Bir əlim də işləmir. Qaçmaq, harasa qalxmaq imkanım yoxdur. Ona görə də bıçaq götürürəm".

Məhkəmədə o da məlum olub ki, bıçaqlanan Zakir Məmmədov istintaqa ilk ifadəsində yıxılaraq xəsarət aldığını bildirib.

Şəhriyar isə deyib ki, əgər özü könüllü olaraq polisə təslim olmasaydı, bıçaqladığı Zakir Məmmədov yenə də bu cür ifadə verəcəkdi: "Mən özüm təslim oldum. Polislər də bilirdi ki, mən vurmuşam. Özüm də gedib təslim oldum".

Cinayət əməlini törətdiyini etiraf edən Şəhriyar ona qarşı irəli sürülən ittihamla razılaşmır: "Heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə adam vurmamışam. Səbəb olmasaydı, Zakir o hərəkətləri etməsəydi, onu vurmazdım. Maddə düzgün verilməyib".

Hadisənin baş vermə səbəbi kimi təfərrüatlardan biri də belədir ki, bıçaqlanan Zakir Məmmədov kənd kafesində oturarkən ağsaqqallar gələn zaman ayağa durmayaraq onlara hörmətsizlik edib. Elə mübahisələr də bundan başlayıb. Amma Şəhriyar Abdulov bu səbəbi rədd edib.

Məhkəmədə Şəhriyar Abdulovun adını çəkdiyi Fazil Məmmədov da ifadə verib. F.Məmmədov deyib ki, Şəhriyar Abdulovun günahı yoxdur. Hadisəyə səbəb Zakir Məmmədovun hərəkətləridir: "Zakir ağsaqqallara, kənd sakinlərinə qarşı hörmətsizlik edirdi. Mən də işə gedəndə yolda mənə söz atdı. Mübahisə elədik, içkili idi deyə mən çıxıb getdim. Sonra zəng edib məsələni aydınlaşdırmaq istədim. Amma mənimlə kobud danışdı”.

Zərərçəkmiş Zakir Məmmədov məhkəmə proseslərində iştirak etməyib.  

Qeyd edək ki, Ş.Abdulov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2010-cu ildə xuliqanlığa görə həbs edilib və 3 il cəza çəkib. Daha sonra isə oğurluğa görə pul cəriməsi ödəməli olub.

Ş.Abdulov Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Şəhriyar Abdulova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bıçaqlanan şəxs əvvəllər adam oğurluğuna görə məhkumluq həyatı yaşayıb.

Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
Mədəniyyət
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhnələşdirirlər” – Cavanşir Quliyev
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Siyasət
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
“Polis Bərdə-Ağdam yolunu tankla kəsmiş erməniləri saxladı...”
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Biz də "Səni deyirlər"i Güneyin ruhu ilə oynadıq...” - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə