Xəbər lenti
12/12/2018 [23:48]:
ADAU-nun startapları Ümumrespublika müsabiqəsində mükafat qazandı
12/12/2018 [23:45]:
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
12/12/2018 [23:24]:
Aydan götürülən süxur nümunələri ilə bağlı AÇIQLAMA
12/12/2018 [23:11]:
Trampın keçmiş vəkili həbs edildi
12/12/2018 [22:58]:
Fransa çempionatında daha iki oyun etirazlara görə təxirə salınıb
12/12/2018 [22:46]:
Məmmədov və Əliyev Gürcüstanda ən çox yayılmış soyadların ilk üçlüyünə daxil olub
12/12/2018 [22:42]:
Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
12/12/2018 [22:35]:
Bakı-Quba yolunda piyada öldü - QƏZA
12/12/2018 [22:16]:
İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"
12/12/2018 [22:14]:
2019-ci ilin Günəş tutulmaları ədalətin bərqərar olacağını xəbər verir – ELMI-LƏDUN
12/12/2018 [22:11]:
Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub
12/12/2018 [21:51]:
1 ton şokolad yola dağıldı - FOTO
12/12/2018 [21:39]:
CNN: "Bakı-Tbilisi-Qars dəmir yolu səyahətlər haqqında təsəvvürləri dəyişəcək"
12/12/2018 [21:37]:
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
12/12/2018 [21:32]:
Alkasarın Azərbaycandakı diplomatik missiyası başa çatdı
12/12/2018 [21:16]:
Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?
12/12/2018 [21:03]:
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
12/12/2018 [20:58]:
DÇ-2020: millimizin rəqibləri bəlli oldu
12/12/2018 [20:40]:
"Düşündük ki, bu qəhrəmanlığı əks etdirən xatirə kitabı və qısametrajlı bir film çəkək"
12/12/2018 [20:34]:
Bakıda metrosunda dava - Saxlanılanlar var
12/12/2018 [20:31]:
Ədliyyə işçiləri Heydər Əliyevin xatirəsini yad ediblər
12/12/2018 [20:28]:
İbrahim Mehdiyev danışdı - “Cinayət işi xəbərinin əsası yoxdur”
12/12/2018 [20:26]:
Sənət əbədidir, ömür əmanət...
12/12/2018 [20:20]:
Sumqayıtda Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR
12/12/2018 [20:09]:
Həştərxan şəhərində Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [20:04]:
Əsgəran erməniləri Ağdamda payızlıq taxıl əkir...
12/12/2018 [20:01]:
ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşdü
12/12/2018 [19:53]:
Dövlət Komitəsində ulu öndərin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [19:44]:
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
12/12/2018 [19:30]:
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
12/12/2018 [19:27]:
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
12/12/2018 [19:23]:
Heydər Əliyev Qars şəhərində ehtiramla yad olunub - FOTOLAR
12/12/2018 [19:16]:
Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edildi - FOTO
12/12/2018 [19:13]:
“İstefam ölkənin gələcəyini təhlükə altında qoyacaq” - Baş nazir
12/12/2018 [19:10]:
Heydər Əliyev 1967-c ildə 39 erməni daşnaqını necə həbs etdirib? — FAKTLAR
12/12/2018 [18:56]:
Heydər Əliyev Belqradda anıldı...
12/12/2018 [18:46]:
İrəvandan məyusluq dolu Türkiyə etirafı: “Sanki təkbaşına tanqo oynayırıq”
12/12/2018 [18:42]:
Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi
12/12/2018 [18:37]:
Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək
12/12/2018 [18:36]:
Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi
12/12/2018 [18:34]:
Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı
12/12/2018 [18:31]:
Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu
12/12/2018 [18:18]:
“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri
12/12/2018 [18:16]:
Bakcell qalib məktəbliləri mükafatlandırdı
12/12/2018 [17:53]:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12/12/2018 [17:40]:
“Qarabağ məsləsində Rusiyaya ABŞ və Fransadan ona görə çox üstünlük veririk ki...”
12/12/2018 [17:36]:
"Xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur" -Səfər Mehdiyev
12/12/2018 [17:27]:
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
12/12/2018 [17:26]:
Heydər Əliyevin xatirəsi “Azərxalça”nın filiallarında etiramla yad edildi
12/12/2018 [17:21]:
ADPU-da “İngilis dili müəllimliyi” ixtisası üzrə yeni tədris planı layihəsi hazırlanır
12/12/2018 [17:15]:
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12/12/2018 [17:14]:
Polis rəisi Rəqsanənin EVİNİ ƏLİNDƏN ALIR - 419 min manat borc alıbmış
12/12/2018 [17:10]:
Əflatun Amaşov: "Ulu öndər Heydər Əliyev mətbuata böyük dəyər verirdi"
12/12/2018 [16:57]:
Bu il dünyasını dəyişən TANINMIŞLAR
12/12/2018 [16:45]:
Fransa müxalifətinin parlamentdən TƏLƏBİ
12/12/2018 [16:35]:
Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12/12/2018 [16:32]:
ABŞ Ermənistana gedən vətəndaşlarına xəbərdarlıq etdi
12/12/2018 [16:20]:
Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12/12/2018 [16:11]:
Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12/12/2018 [16:03]:
Hikmət Hacıyev: "Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir"
12/12/2018 [16:00]:
“Yerli müəlliflərdən ilin favoriti olan kitab olmayıb...”
12/12/2018 [15:51]:
Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı HƏKİM DANIŞDI - "Bu narkotik..."
12/12/2018 [15:50]:
Berdımuhammədov məmurları məzəmmət etdi və boulinq üzrə master-klass keçdi - VİDEO
12/12/2018 [15:40]:
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı
12/12/2018 [15:37]:
Laçınlı keçmiş döyüşçülər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR
12/12/2018 [15:34]:
Polşanın "sarı jiletlər"i yolu bağladı
12/12/2018 [15:33]:
"Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi"
12/12/2018 [15:29]:
Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ
12/12/2018 [15:15]:
Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq
12/12/2018 [15:13]:
Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - Kimlər alıb?
12/12/2018 [15:11]:
Rusiya yağlarında DONUZ PİYİ AŞKAR EDİLDİ...
12/12/2018 [15:11]:
"21 Azər" Hərəkatına 73 il sonra baxış - Rüfət Muradlı
12/12/2018 [15:07]:
Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA
12/12/2018 [15:00]:
“O, əlimdən tutub “Alagöz” mahnısını mənimlə birlikdə sona qədər oxudu...”
12/12/2018 [14:56]:
Leyla Əliyeva babasını belə yad etdi - VİDEO
12/12/2018 [14:53]:
"Nə qədər Heydər Əliyev var..." - Əli Həsənov
12/12/2018 [14:46]:
Gömrük Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi
12/12/2018 [14:44]:
Sumqayıtda oğurluq edənlər saxlanıldı
12/12/2018 [14:41]:
DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO
12/12/2018 [14:30]:
Baba Vəziroğlunu sarsıdan ÖLÜM XƏBƏRİ
Bütün arxiv bir sırada
10/12/2017 [19:04] - Dünya - ( 2480 dəfə baxılıb)

Söyün Sadıqovla Saakaşvilinin işbirliyi barədə müdhiş iddialar - iş adamı sualdan qaçır...



Politoloq: “Rusiya kəşfiyyatı Ukraynada çox güclü iş aparır” 

Son aylarda Ukraynanı çalxalayan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Rusiya ilə əlaqələrinin olması barədə müdhiş iddialar meydana çıxıb. Saakaşvili ona qarşı təqibləri Kremlin sifarişi adlandırsa da, Ukraynadakı gərginliyin arxasında Kremlin dayandığı bildirilir. 

Özü də maraqlıdır ki, bu iddialarda əsas adı keçən şəxs Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı, prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqovdur. Virtualaz.org xəbər verir ki, bu iddianı ukraynalı bloqqerlərdən biri “Korrespondent” saytında yazıb.

Qeyd edək ki, bundan əvvəl Söyün Sadıqovun Ukraynanın Karpatyanı bölgəsində etnik macarlar arasında separatizmi qızışdırdığı haqda məlumatlar yayılmışdı. İndi isə iddia edilir ki, Kremlin agenti Söyün Sadıqov Mixail Saakaşvili ilə dəfələrlə gizli görüşüb. 

Belə ki, Sadıqov Rusiya prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun tapşırığı ilə Ukraynanın qərbində polyak və macar separatizmini qızışdırmaqla məşğuldur.

Bildirilir ki, Saakaşvilinin Sadıqovla görüşü əvvəllər bir neçə dəfə Avropada, o cümlədən Polşa ərazisində baş tutub. Belə görüşlərdən biri Lyublino ətrafında Söyün Sadıqovun dostu, 80 yaşlı Mixail Piroqoviçin evində olub. Bir sıra polyak deputatlar və siyasətçilər Piroqoviçdən xahiş ediblər ki, Saakaşvilinin Sadıqovla görüşünü təşkil etsin. Çünki Piroqoviç Rusiya biznes-elitasının maraqlarını təmsil edir, onun Ukrayna istebleşmenti və biznes strukturları ilə də güclü əlaqələri var. Polyak siyasətçilər Piroqoviçin vasitəsilə Saakaşvilini də inandırıblar ki, Poroşenkoya qarşı açıq mübarizəyə başlasın.

İddiaya əsasən Söyün Sadıqov əvvəlcə Saakaşvili ilə işləməyə tərəddüd edib. Lakin daha sonra görünür Putinlə məsləhətləşib və Saakaşviliyə kömək verməyi qərara alıb. Saakaşvilinin Sadıqovla görüşlərindən birinin ardınca gürcü siyasətçi polyak deputatların və Putinin agentinin dəstəyi ilə Ukrayna sərhədini yarıb keçib.

Bildirilir ki, Sadıqovla Saakaşvilinn məsələsini Gürcüstan DİN-in keçmiş rəhbəri Vano Merabişvili də müzakirə edib. Onun S.Sadıqovla sıx biznes maraqları var.


Saakaşvili ilə bağlı bu iddiaları dəqiqləşdirmək mümkün olmasa da, adı hallanan S.Sadıqovun barəsindəki iddialara mövqeyini öyrənmək istədik. Lakin çoxsaylı mesajlarımızı görən iş adamı suallarımıza cavab vermədi. 

Siyasi ekspertlərin yayılan iddialarla bağlı mövqeləri isə birmənalı deyil. Əksəriyyət Qərb dairələrinin sabiq prezidentin arxasında dayandığını önə çəkərək, Rusiyaya nifrəti ilə seçilən Saakaşvilinin heç zaman bu ölkə ilə işbirliyində olmayacağını düşünsə də, bunu istisna etməyənlər də var.

Politoloq Nəzakət Məmmədova Ukraynadakı hadisələrdə Rusiyanın rolunun olduğunu inkar etmir: “Yanukoviç - Azarov hakimiyyətindən narazılıq və Avrointeqrasiya dalğasında hakimiyyətə gələn qüvvələr arasında artıq baş verən ixtilaflar göz qarşısındadır. Ukrayna artıq biznes sahəsindəki korrupsiyaya görə müxtəlif araşdırmaların nəticələrinə görə birinci yerdədir. Belə bir şəraitdə hakimiyyətdaxili mübarizə, oliqarxlar arasında nüfuz müharibəsi labüd idi və bu, ilk növbədə Poroşenko-Saakaşvili mübarizəsi müstəvisində daha aydın görünür. Ümumiyyətlə, hər bir inqilab, çevrilişin ardından keçmiş əqidə yoldaşları arasında münaqişə qanunauyğunluqdur. Çünki eyni bir məqsədlə hakimiyyətə gələn ambisiyalı qüvvələr sonradan bir-birini qəbul edə bilmir və hakimiyyətdaxili amansız mübarizə başlayır. Məsələn, Rusiya burjua inqilabından sonra Stalin və Trotskinin mübarizəsi, Almaniyada Hitleri reyxkansler vəzifəsinə gətirmiş Ernst Ryomun aradan götürülməsi və s. Yaxud Çe Qevara ilə Fidel Kastronun mübarizəsi. Belə bir misal da var: “İnqilab öz övladlarını yeyir”. Bundan isə bir qayda olaraq həm hakimiyyətdən getmiş keçmiş qüvvələr və onlarla əlaqələri olan, bu ölkədə marağı olan xarici ölkələr yararlanmağa çalışır. Onlar hansı vasitə ilə olur-olsun inqilabçılar arasında narazılıq yaratmağa, onları zəiflətməyə, öz maraqlarına tabe etməyə çalışırlar. Eyni vəziyyət hazırda Ukraynada hökm sürür. 2014-cu ildən bəri Qərbin Ukraynada iki istiqamətdə fəaliyyəti nəzərə çarpır: Rusiya ilə mübarizə və ölkənin demokratikləşməsi.

O cümlədən korrupsiyanın qarşısını alınması. Ukrayna hakimiyyətinin isə əsas iki problemi var: separatizmlə mübarizə və oliqarxların hakimiyyətdaxili nüfuz savaşı. Təbii ki, Rusiya bu amildən geniş istifadə edir. Hazırda əsas ittiham korrupsiya ilə mübarizə adı altında hakimiyyətdaxili mübarizədir və burada Poroşenko, Saakaşvili, Avakov qarşıdurması pik həddə çatıb. Müvafiq olaraq, ordu, daxili qoşunlar və ayrı- ayrı silahlı dəstələr arasında qarşıdurma güclənib.

Rusiyanın buradakı rolunu inkar etmək olmaz, lakin bu, daha çox Qərbin köməyilə Ukraynada hakimiyyətə gəlmiş qüvvələrin öz aralarındakı mübarizənin nəticəsidir demək daha doğru olar. ABŞ və Avropanın Ukrayna hakimiyyəti üzərində təzyiqi azalan kimi ölkədə bu cür xaotik vəziyyət meydana gəldi. Belə davam edərsə, ölkə tam bir siyasi böhran həddinə çatacaqdır. Rusiya əlbəttə ki, bu hadisələrdə çox maraqlıdır. Onun hakimiyyətdaxili qruplaşmalarla, o cümlədən Saakaşvili ilə öz emissarları vasitəsilə, o cümlədən Kremlin etibarlı adamı Söyün Sadıqov vasitəçiliyi ilə separat danışıqlar aparması sadəcə bir ehtimal olaraq qalır”.


N. Məmmədova Sadıqovla bağlı əldə faktlar olmadığı üçün bu iddiaların doğru olub-olmaması ilə bağlı danışmağın çətin olduğunu da söylədi: “Rusiyanın Ukraynaya daha böyük, aşkar görünən təzyiq vasitələri var. Bu, separatizm və enerji amilidir. “Şimal axını -2” layihəsi Avropa Komissiyasının bütün etirazlarına rəğmən, 2019-cu ildə Ukraynadan yan keçməklə isə düşərsə, ölkənin iqtisadiyyatı tamamilə iflic olacaq. Bunlarla bərabər, dediyimiz kimi hakimiyyətdaxili parçalanmada Moskvanın son dərəcə maraqlı olması sirr deyil. Lakin hazırkı ixtilaf daha çox Qərbin, inqilabı təşkil edən qüvvələrin tələblərinin yerinə yetirilməsi məsələsi ətrafındadır. Onların əsas tələbləri demokratikləşmə və korrupsiyaya qarşı mübarizədir. Saakaşvili bu ittihamlarla çıxış edərək, Poroşenkonun qənaətbəxş mübarizə aparmadığını önə çəkərək, prezidentlik postuna yiyələnmək istəyir. Şübhəsiz ki, Rusiya kəşfiyyatı Ukraynada çox güclü iş aparır. Unutmayaq ki, bu ölkə SSRİ kimi fövqəldövlətin varisidir və onun dünyanın istənilən bölgəsində kəşfiyyat fəaliyyəti həyata keçirən nüfuzlu təşkilatları olub və bu gün də var. Putinin ətrafında olan bir çox insanlar da onun keçmiş həmkarlarıdır, xüsusi xidmət orqanlarında yüksək vəzifə tutmuş, əlaqələrində kifayət qədər şəxslər olan insanlardır. 

Onlar öz emissarlarına müəyyən məsələlərlə bağlı təlimatlar verərək, Kremlin maraqları üçün iş görməyə vadar edə bilərlər. 

Avropada, ABŞ-da seçkilərə müdaxilə etməkdən tutmuş Suriyada kosmik kəşfiyyat aparan Rusiya kimi bir dövlətin Ukraynada hakimiyyətdaxili məsələlərə laqeyd qalması mümkün deyil. Bunu kimin vasitəsilə etməsi o qədər də vacib deyil, məsələn, Ukrayna oliqarx Kurçenkonu Rusiya ilə məxfi əməkdaşlıqda ittiham edirsə, bəzi mənbələr Putinin yaxın adamı Sadıqovu Saakaşvili ilə əlaqələrdə ittiham edir. Əsas odur ki, Rusiya dövlətinin postsovet məkanında, o cümlədən Ukraynada əbədi maraqları dəyişməz olaraq qalır. Ukraynada, hətta bu ölkənin hakimiyyəti daxilində hazırda bu maraqların həyata keçirməsi üçün əməkdaşlıq etməyə hazır olan insanlar olması istisna olunmur. Hətta bu, Saakaşvilinin özü də ola bilər”.(musavat.com)

Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
1 ton şokolad yola dağıldı - FOTO
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
Sənət əbədidir, ömür əmanət...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
Cəmiyyət
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
Dünya
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
Cəmiyyət
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
Köşə
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə