Xəbər lenti
10/12/2018 [10:34]:
“Mükafatı ilk gətirən Röyanı unutmayın...”
10/12/2018 [10:33]:
Leyla Əliyeva beynəlxalq forumda
10/12/2018 [10:26]:
Paşinyanı 3 problem GÖZLƏYİR
10/12/2018 [10:20]:
İstirahət günləri Azərbaycan yollarında 4 nəfər öldü
10/12/2018 [10:17]:
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edildi - FOTOLAR
10/12/2018 [10:09]:
Ermənilər cəbhədə təxribat törətdi
10/12/2018 [10:09]:
“Ziyalılar uzun illərdir ki, qınaq və söyüş obyektinə çevrilib” - MÜSAHİBƏ
10/12/2018 [10:04]:
Qurbanovun millidən getməsinin - Şok səbəbləri
10/12/2018 [09:51]:
“Oğlumda Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var” - Sabiq nazir müavininin bacanağı
10/12/2018 [09:36]:
“Fərman Salmanov Xruşşova teleqram göndərmişdi ki,..."
10/12/2018 [09:31]:
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
10/12/2018 [09:26]:
İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq
10/12/2018 [09:21]:
Deputat məişət zorakılığı ilə mübarizənin yolunu göstərdi
10/12/2018 [09:15]:
"Hitleri görmək istərdim" - Aktrisadan gözlənilməz cavab
10/12/2018 [09:11]:
Paşinyanın bloku erkən parlament seçkilərində qalib gəlib
10/12/2018 [09:04]:
Çində torpaq sürüşməsində 3 nəfər ölüb, bir neçə adam dağıntılar altında qalıb
10/12/2018 [08:56]:
Ermənilər İrəvanda seçki –Azərbaycanda növbəti hərbi təlim keçirdi...-VİDEO
10/12/2018 [08:55]:
İstanbulda fabrik yanır
10/12/2018 [08:51]:
Sergey Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışdı
10/12/2018 [08:48]:
"İdrak" liseyinin bir qrup müəllimi Türkiyə Cumhuriyyətində ezamiyyətdə olub - FOTOLAR
10/12/2018 [08:32]:
İnqilabçılar Ermənistan parlamentini tutdu: QARABAĞ KLANI...
10/12/2018 [07:35]:
“Nəfsimi elə adət etdirirəm ki,  bir parça çörək tapsam, ona qane olsun...”
10/12/2018 [00:33]:
Cümhuriyyət parlamentinin açılış saatında yaşanan maraqlı olaylar – Şifrəli ifadələr və böyük hədəflər
10/12/2018 [00:01]:
Polisə fövqəladə hallar üçün elektriklə işləyən avtomobillər verildi - TEXNOİNQİLAB...
09/12/2018 [23:52]:
Qazax heykəltəraşın yaratdığı möhtəşəm Koroğlu abidəsi Türkiyədə qoyulacaq...
09/12/2018 [23:46]:
Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər
09/12/2018 [23:29]:
Avropa sarı rəngə boyanacaqmı?
09/12/2018 [23:28]:
İslamsız İran və Yaxın Şərq
09/12/2018 [23:00]:
Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi - YENİLƏNİB
09/12/2018 [22:24]:
“Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı
09/12/2018 [22:17]:
Ər-Riyad Ankaranın tələbini rədd etdi
09/12/2018 [22:00]:
Heydər Əliyevin vəfatından 15 il keçir: "Nə qədər ki, Odlar Yurdu Azərbaycan var..."
09/12/2018 [21:35]:
Rusiya çempionu hamamda öldü
09/12/2018 [21:25]:
Sarkisyan səsvermədə problemlə üzləşdi -Cihaz keçmiş prezidenti tanımadı
09/12/2018 [21:17]:
Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə burnunu soxma!”
09/12/2018 [21:06]:
Şahnazryan Paşinyanı ifşa etdi: "Çünki onları zibil vedrəsinə atmaq istəmirdim..."
09/12/2018 [20:13]:
CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı
09/12/2018 [20:09]:
Vanadzora seçkilərdə nəzarət üçün əlavə polis qüvvələri göndərildi
09/12/2018 [20:04]:
Fransalı nazir Trampa qəzəbləndi: "İşlərimizə qarışma!"
09/12/2018 [19:58]:
“Qarabağ” 6 cavabsız qolla qalib gəldi
09/12/2018 [19:40]:
İsrail bu ölkə ilə əlaqələrin bərpası üçün “Mossad”ı dövrəyə soxub
09/12/2018 [19:23]:
Saxta şeyxdən İYRƏNC TƏLƏB: "Bir-birinizlə əlaqəyə girin"
09/12/2018 [19:05]:
"Ailə qursam, ərimlə efirə çıxacam" - Mənzurə
09/12/2018 [18:57]:
“Toyota” 13 mindən çox avtomobili geri çağırır
09/12/2018 [18:51]:
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
09/12/2018 [18:43]:
Liftdə qalanlar xilas edildi
09/12/2018 [18:23]:
İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb
09/12/2018 [17:46]:
Parisdəki “Azərbaycan evi”nin rəhbəri: “Azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur”
09/12/2018 [17:36]:
Qətərdən Səudiyyə ilə bağlı gözlənilməz qərar...
09/12/2018 [17:31]:
DYP Mingəçevirdə reyd keçirib, 100-dən çox sürücü saxlanılıb –VİDEO
09/12/2018 [17:27]:
“Bəlkə pulları insanlara geri qaytarmağın vaxtı çatıb?” –ABŞ prezidenti Makrona çağırış etdi
09/12/2018 [17:24]:
Dilənçi qadının milyonluq villası aşkar edildi -FOTO
09/12/2018 [17:21]:
Paşinyandan seçici fəallığının az olmasına şərh: "İndi avtobuslarla seçici daşınmır"
09/12/2018 [17:16]:
Türkiyənin insan kimi rəqs edən ilk robotu səhnədə aşdı: ""Mini ada"nın digital ekranı və başı zədələnib"
09/12/2018 [17:08]:
Trampdan “seçkiə müdaxilə” üzrə araşdırmaya etiraz: "Bu, mənə 30 milyon dollara başa gəlib"
09/12/2018 [17:03]:
Prezident xalqdan üzr istəyəcək, vergiləri kəskin azaldacaq -Makron etirazçıların tələbləri ilə razılaşdı
09/12/2018 [17:00]:
İraq yenə sel suları altında qaldı, 7 nəfər öldü
09/12/2018 [16:59]:
Azərbaycanda yeni duz yataqları açılacaq
09/12/2018 [16:55]:
“Apple”dan Çinə qarşı növbəti sərt addım...
09/12/2018 [16:40]:
Belçikada milliyətçi partiya koalisiya hökumətindən çıxdı
09/12/2018 [16:18]:
“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir” - Ərdoğan
09/12/2018 [16:11]:
Messi 15 milyon dollara təyyarə aldı -FOTOLAR
09/12/2018 [16:09]:
Qülləyə çıxaraq intihar etmək istəyən şəxs xilas edildi
09/12/2018 [15:58]:
Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - Səsvermə dayandırıldı
09/12/2018 [15:49]:
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
09/12/2018 [15:39]:
"Rusiya Ukraynaya zərbə vurmaq üçün güclü hərbi hücum bölmələri yaradır" - İDDİA...
09/12/2018 [15:38]:
Asfalt yollar, hündür binalar... - Daha “quşlar, quşlar ay, quşlar” oxuya bilmirik
09/12/2018 [15:34]:
Qızıl bahalaşacaq - dünyada 7 faiz, Azərbaycanda 9 faizdən çox... - EKSPERT
09/12/2018 [15:31]:
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı AÇIQLANDI
09/12/2018 [14:49]:
Polislər ictimaiyyət qarşısında Qurana and içdi: "Bir daha rüşvət almayacaq - FOTO
09/12/2018 [14:24]:
Elçin Əlibəylinin verilişi bağlandı
09/12/2018 [14:05]:
Sabahın hava proqnozu açıqlandı
09/12/2018 [13:47]:
Parisdə "sarı jiletlilər"in aksiyası zamanı saxlanılanların sayı 1726 nəfərə çatdı
09/12/2018 [13:23]:
Ermənistanda seçkilər olduqca passiv keçir - MSK ilk hesabatı verdi
09/12/2018 [13:10]:
Britaniya müdafiə nazirinin şəxsi parlament katibi "Brexit" sazişinə etiraz əlaməti olaraq istefa verib
09/12/2018 [12:58]:
Ermənistanda seçici səs verə bilmədi - Namizədləri tanımırmış
09/12/2018 [12:37]:
Professor: "Dilimizdə əcnəbi sözlərin işlədilməsi də ciddi problemlərdən biridir"
09/12/2018 [12:20]:
Everest dağını fəth etmək üçün dağçılara kömək edən tayfa - FOTOLAR
09/12/2018 [12:04]:
Serj Sərkisyan seçkilərdə iştirak edəcəkmi? - Partiyası açıqladı
09/12/2018 [11:52]:
Şakira vergi borcunu ödəməkdən yayındı...
Bütün arxiv bir sırada
11/12/2017 [09:51] - Cəmiyyət - ( 1046 dəfə baxılıb)

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması...



Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa start verib. Universitetdən  verilən məlumata görə, təqdim olunan “UNEC2B” Platforması çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və UNEC məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin ediləcək.
 
 “UNEC2B” Platformasının əsas istiqamətləri aşağıdakılar olacaq:
 
1. UNEC məzunlarını işə götürdüyü halda 3 il ərzində işəgötürənlərin sifarişi əsasında “servis xidməti”, yəni onlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil edilir;
 
2.İşə qəbulla bağlı müsahibə zamanı UNEC tələbələrinin zəif cəhətlərini bildirdikləri təqdirdə, məzun olana qədər həmin tələbələrin həmin zəifliyinin aradan qaldırılması üçün işəgötürənin verdiyi proqram əsasında UNEC tərəfindən pulsuz kurs təşkil edilir;
 
3. İşəgötürənlərin təklifi əsasında müxtəlif ixtisasları təmsil edən tələbələrdən ibarət komanda şəklində mütəxəssis hazırlığı həyata keçirilir;
 
4. UNEC məzunlarını işə götürmək istədikləri halda işəgötürənlərə yardım etmək üçün onların bilik və bacarıqlarını diaqnostika etmək məqsədilə beynəlxalq praktikada qəbul edilmiş UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılır və onun xidməti təşkil edilir;
 
5. Yerli sahibkarların istehsal etdiyi məhsulların ixracının təşviqi və dünya bazarında online marketinq araşdırmasının aparılması məqsədilə UNEC Digital Marketinq Mərkəzinin xidmətləri təklif edilir;
 
6.UNEC məzunlarının iş və işəgötürənlərin tələb olunan peşəkarları tapmasına yardım etmək məqsədilə daimi əsasda fəaliyyət göstərən job.unec.edu.az virtual əmək birjası təşkil edilir;
 
7. “UNEC2B” Koordinasiya Şurası yaradılır. Şuraya Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Auditorlar Palatası və Bank Tədris Mərkəzi daxil edilir. Şuraya ilk sədrlik UNEC-in rektoruna həvalə edilir və rotasiya əsasında hər il dəyişdirilir;
 
8. İstədikləri halda işəgötürənlərin universitet və fakültə rəhbərliyində təmsil olunmasına şərait yaradılır.
 
Məlumata görə, işin UNEC məzununa və UNEC məzununun işə uyğunluğunu müəyyən edən UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılmaqla, yerli məhsulların xarici bazarlarda rəqəmsal marketinqini həyata keçirmək üçün Digital Marketinq xidməti təşkil edilməklə və job.unec.edu.az virtual əmək birjası yaradılmaqla UNEC ekspertləri tərəfindən işəgötürənlərə yardım ediləcək.
 
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycanda təhsilin inkişafı, universitet modelinin təkmilləşdirilməsi üçün bir sıra maraqlı təşəbbüslərə imza atan (Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) cəmiyyətə təqdim etdiyi yeni platforma faydalı bir yenilik kimi xarakterizə oluna bilər: "UNEC2B" Platformasının gündəmə gəlməsi ilə yalnız universitet məzunları və işəgötürənlər arasında rasional əlaqənin qurulması prosesi başlamır, eyni zamanda Azərbaycanda yeni universitet modelinin mühüm konturları müzakirəyə çıxarılır. Sahibkarlıq universiteti modeli ilə yanaşı, Azərbaycanda öz məzunlarına görə, məsuliyyət daşıyan universitet anlayışı da tamamilə yenidir. Eyni zamanda bu Platforma öz məzunlarının hazırlıq səviyyəsinə güvənən universitet modelini də təqdim edir. Əmək bazarının tələbləri müasir dövrdə çoxşaxəli və çevik dəyişkən xarakterdədir. Universitetin bu çoxşaxəliliyə və çevikləyə cavab verən bir təhsil və təcrübə metodikası işləməsi asan məsələ olmasa da, "UNEC2B" Platformasında nəzərdə tutulan təkliflər cilalanmış bir reallıq sənədi kimi qəbul olunur. İstər müddətlərdə olsun, istər də tərəflərin maraqlarının dəqiq müəyyənləşməsində olsun, hər birində müasir dövrün konkret sahələr üzrə kadrlarının dəyərləndirilməsinin şəffaf meyarlarını görmək mümkündür. Sahibkarların tələbi olduqda UNEC-in 3 il müddətində ixtisasartırma funksiyasını öz üzərinə götürmə, işə götürülən məzunların biliklərinin diaqnostik  qiymətləndirilməsini təmin edən beynəlxalq təcrübəyə uyğun olaraq  Neyrolinqvistik Test Labarotoriyasının yaradılması sahibkar üçün kadr risqi təhlükəsini tamamilə minimuma endirir və universitetlə sahibkar arasında məsuliyyət paylaşımını gerçəkləşdirir. UNEC-in təşəbbüsü ilə virtual əmək birjasının yaradılması isə peşəkar kadrların axtarışı işində bütün mürəkkəbliyi ortadan qaldırır. Bu platformanın əhəmiyyəti yalnız bir universitetin məzunlarla əmək bazarı arasında sistemli əlaqəsinin qurulması ilə yekunlaşmır, eyni zamanda universitetlərin real müxtariyyəti üçün imkanları genişləndirir. Sahibkarların bu təşəbbüsə pozitiv yanaşması ən vacib şərtlərdən biridir. Əmək bazarının canlanması və ayrı-ayrı biznes strukturlarının daha keyfiyyətli kadrlarla təmin olunması perspektivi  üçün bu cür yaradıcı layihənin qanunvericilik bazasının da təkmilləşdirilməsi zərurəti vardır".
 
Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev bildirir ki, ali məktəblərin reytinqinin əsas kriteriyalarından biri məzunların işlə təmin olunmalarıdır: "Məzunların böyük kəsiminin işlə təminatı üçün ali məktəblər birinci növbədə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün ciddi işlər görməlidirlər. Bu insan kapitalının inkişafına töhfə verən addımdır. Digər tərəfdən tanınmış reytinq cədvəllərində ali məktəblərimizin yer alması onların Beynəlxalq səviyyədə tanınmalarına gətirib çıxarır. Bu da məzunların üzünə Beynəlxalq əmək bazarının qapılarını açır. Əmək bazarı ilə əlaqələr o səviyyədə qurulmalıdır ki, məzunların işə qəbulu spontan xarakter alsın. UNEC təkcə ölkəmizdə deyil, xaricdə də inkişaf edən universitet imici qazanıb. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Corc Akerlofa görə iqtisadiyyatın fundamental konsepsiyası artıq tamamilə başqa çür görünür: bu bazar tarazlığının konsepsiyasıdır. Fikrimcə "UNEC2B" platforması əmək bazarının tarazlığının qorunmasına hesablanmış platformadır. Ziqmund Freyddən  tutmuş İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kanemana qədər bizi müxtəlif arqumentlərlə inandırmağa çalışırlar ki, insanlar çox vaxt özlərinin həqiqi maraqlarına cavab verməyən qərarlar qəbul edirlər. Yəni onlar özləri üçün həqiqətən yaxşı olanı yox, istədikərini seçirlər. Fikrimcə keyfiyyətli təhsilin qurulması və əmək bazarının tələblərinin fəlsəfəsinin açılması gənclərə düzgün qərar qəbul etməyə imkanlar yaradacaq. Bu da İqtisadiyyat elminin əsas paradiqmalarından birinin önə çəkilməsidir. UNEC-dən gələn bu platforma həm də universitetlə əmək bazarı arasında rasional münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq. UNEC bu platforma ilə həm də məzunların zaman-zaman təkmilləşməsinin yeni qaydasını müəyyənləşdirdi. Post-sənaye cəmiyyətinin bilikləri daha çox tətbiqi xarakter daşıyır. Sahibkarlıq universiteti biliklərin tətbiq sferasını genişləndirəcək".(modern.az)

Paşinyandan seçici fəallığının az olmasına şərh: "İndi avtobuslarla seçici daşınmır"
Türkiyənin insan kimi rəqs edən ilk robotu səhnədə aşdı: ""Mini ada"nın digital ekranı və başı zədələnib"
Trampdan “seçkiə müdaxilə” üzrə araşdırmaya etiraz: "Bu, mənə 30 milyon dollara başa gəlib"
Messi 15 milyon dollara təyyarə aldı -FOTOLAR
Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - Səsvermə dayandırıldı
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Cümhuriyyət parlamentinin açılış saatında yaşanan maraqlı olaylar – Şifrəli ifadələr və böyük hədəflər
Dünya
Dilənçi qadının milyonluq villası aşkar edildi -FOTO
Cəmiyyət
Bu gün İslam ümmətinin başına nadanların gəlməsinin nəticələrini yaşayırıq...
Dünya
Ən pis işləri görən və adam yerinə qoyulmayan tayfa -FOTOLAR
Mədəniyyət
“Bu, yalnız mənim yox, həm də teatrımın və ölkəmin uğuru oldu”
Həftənin ən çox oxunanları
"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..." - TƏKLİF
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Bu deputat Cəbrayılın kəndindəki erməni ailələrinin hər birinə 10 min dollar bağışlayıb...-VİDEO
Raket belə onu dayandırmaqda acizdir! - Putinin təkərli sığınacağı...
“Vəfa Quluzadə, Tofiq Zülfüqarov və mən istefa verməsəydik, böyük problemlər olacaqdı”
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu...
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
Putin Paşinyandan niyə çəkinir?
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə