Xəbər lenti
19/09/2018 [00:48]:
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
19/09/2018 [00:23]:
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
19/09/2018 [00:18]:
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTOLAR
19/09/2018 [00:16]:
Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü
18/09/2018 [23:57]:
Ermənistan: "Saşik" Sarkisyan bankda dondurulmuş pullarından büdcəyə "pay verməyə" hazırdır
18/09/2018 [23:53]:
Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!
18/09/2018 [23:47]:
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
18/09/2018 [23:34]:
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
18/09/2018 [23:28]:
“Milyonçu Tağıyevin Hacıbəyli qardaşlarna ayırdığı pulu mühasib niyə gizlədir? – Anım günü
18/09/2018 [23:20]:
“Televiziya kanalları, mətbuat Üzeyir bəyi bu gün bir az da çox təbliğ etməlidirlər, çünki....”
18/09/2018 [23:17]:
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
18/09/2018 [23:16]:
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
18/09/2018 [23:13]:
NATO nümayəndəsi: "Ermənistanın yeni rəhbərliyi bizi ürəkləndirir"
18/09/2018 [23:03]:
Ölən dostlarının ətrafına toplaşaraq yas tutdular - VİDEO
18/09/2018 [22:59]:
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhənləşdirirlər” – Cavanşir Quliyev
18/09/2018 [22:40]:
Taleh Məmmədov Minskdə çempion oldu
18/09/2018 [22:22]:
“Onlar bir-birlərinə qarşı ortada görünmədən mübarizə aparacaqlar”
18/09/2018 [22:15]:
İsrail KİV-ləri: “Liberman Azərbaycanı kəşf etdi”
18/09/2018 [21:41]:
Netanyahu Putinə zəng etdi
18/09/2018 [21:39]:
“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi
18/09/2018 [21:38]:
Qobustan rayonunda zəlzələ oldu
18/09/2018 [21:32]:
İçməli sudan 27 min insan zəhərlədi
18/09/2018 [21:31]:
“Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” -İlham Əliyev
18/09/2018 [21:09]:
İlham Əliyev: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18/09/2018 [20:39]:
Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18/09/2018 [20:37]:
Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
18/09/2018 [20:25]:
Daha bir kəndə qaz verildi
18/09/2018 [19:31]:
Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə
18/09/2018 [19:21]:
Çeçen toyunda kütləvi dava - VİDEO
18/09/2018 [19:12]:
Moskvada azərbaycanlı jurnalistin xatirə gecəsi keçirildi - FOTO
18/09/2018 [19:09]:
Zakir Həsənov dağlarda xidmət aparan əsgərləri yoxladı – FOTO
18/09/2018 [19:06]:
DTX Ağsuda əməliyyat keçirdi
18/09/2018 [18:35]:
İstanbulda oğurluq edən rus və erməni ələ keçdi - VİDEO
18/09/2018 [18:27]:
Az qalıb, bəy!
18/09/2018 [18:18]:
Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı
18/09/2018 [18:03]:
"Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum" - 25 nəfərin öldüyü yanğına dair cinayət işi
18/09/2018 [17:56]:
Prezident 5 sərəncam imzaladı: 12 milyon manat ayrıldı
18/09/2018 [17:56]:
Qohum evliliyi 70 nəfəri kor etdi - FOTO
18/09/2018 [17:52]:
Rüşvətxor prokuror məhkəmə qarşısında
18/09/2018 [17:39]:
“Nar”ın dəstəyi ilə “Brain Ring” başladı
18/09/2018 [17:31]:
Balıq məhsulları ilə bağlı XƏBƏRDARLIQ
18/09/2018 [17:28]:
Eldar Əzizov daha bir kadrını yanına gətirdi
18/09/2018 [17:22]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
18/09/2018 [17:20]:
Qətər-Azərbaycan arasında qarşılıqlı investisiyalar müzakirə olundu
18/09/2018 [17:06]:
Nikol Paşinyanın partiyası seçkilərdə uduzacaq?
18/09/2018 [17:03]:
Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLDİ
18/09/2018 [17:01]:
Ağcəbədinin su təchizatı yaxşılaşdırıldı
18/09/2018 [16:58]:
Mübariz Qurbanlı: " Zəncir vurmaq uydurulmuş hərəkətdir"
18/09/2018 [16:57]:
Fərhad Əhmədov və italyanların “bağ məsələsi” – YENİ FAKTLAR
18/09/2018 [16:42]:
QAT qadınları riyakar sülh təklifini rədd etdi
18/09/2018 [16:41]:
Azercell Gəncədə yeni Eksklüziv mağaza açdı
18/09/2018 [16:40]:
İsraildən rus təyyarəsinin vurulmasına ilk reaksiya - Günahkar Suriya, İran və...
18/09/2018 [16:38]:
“Prezidentin övladının hərbi xidmətə getməsi yaxşı örnəkdir”
18/09/2018 [16:37]:
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
18/09/2018 [16:35]:
“Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” layihəsi çərçivəsində seminarlar təşkil edildi
18/09/2018 [16:33]:
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
18/09/2018 [16:25]:
“Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”
18/09/2018 [16:23]:
Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladlarının adları -SİYAHI
18/09/2018 [16:22]:
“İki gün əvvəl sinaqoqda çəkilib” - Nazirlərin fotosu ilə bağlı açıqlama
18/09/2018 [16:09]:
"Hələ eşitməmişəm ki, bir nazirin, bir icra başçısının oğlu hərbi xidmətə getsin"
18/09/2018 [16:02]:
“Nikol, ağlın olsun, Köçəryanla Sərkisyanı Azərbaycana təhvil ver, CANIN QURTARSIN...”
18/09/2018 [15:55]:
“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü
18/09/2018 [15:43]:
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18/09/2018 [15:34]:
Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu
18/09/2018 [15:16]:
Kamal Abdulla Hindistan səfiri ilə müzakirə apardı - FOTO
18/09/2018 [15:14]:
İlham Əliyev Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif etdi - SƏRƏNCAM
18/09/2018 [15:06]:
“Ölkəmizdə keçirilən idman yarışlarının həm siyasi, həm də iqtisadi önəmi var”
18/09/2018 [15:05]:
"Sürücülər üçün hazırlıq kurslarının fəaliyyəti təqdirəlayiqdir"
18/09/2018 [14:50]:
Prezident Bayraq Muzeyinin açılışında iştirak etdi -FOTOLAR
18/09/2018 [14:37]:
Aşura günü terror planlaşdıran 26 İŞİD-çi həbs olundu
18/09/2018 [14:31]:
İlham Əliyev Biləsuvarda
18/09/2018 [14:30]:
Lirə ucuzlaşdıqca azərbaycanlılar İstanbul, Bodrum, Antalyada daha çox mülk alır - STATİSTİKA
18/09/2018 [14:23]:
Sabirabadda kütləvi dava: 4 nəfər həbs edildi
18/09/2018 [14:16]:
“Rus təyyarəsinin vurulması Kremli daha da qızışdıracaq”
Bütün arxiv bir sırada
11/12/2017 [10:23] - Müsahibə - ( 1281 dəfə baxılıb)

“Hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır” -Sülhəddin Əkbər

“Azərbaycan İsraillə yaxınlaşmada durumun həssaslığını nəzərə almalı və bundan irəli getməməlidir”


Prezident Donald Trampın Qüdsü İsrail dövlətinin paytaxtı olaraq tanıması dünya gündəminin müzakirəsində olan əsas mövzudur. Müsəlman dünyası üçün çox vacib olan bu mövzu ətrafında cərəyan edən proseslərin hansı axarla davam edəcəyini söyləmək çox çətindir. Artıq Türkiyə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə zirvə toplantısının keçirilməsinə qərar verib. 

Moderator.az xəbər verir ki, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”ın bu və digər mövzularla bağlı suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, bundan əvvəlki ABŞ liderlərinin atmadığı addımı Tramp atdı. Qüdsün paytaxt kimi tanınması qərarını necə şərh etmək olar?

- Birincisi, onu nəzərə almaq lazımdır ki, Tramp hələ seçki kampaniyası dövründə seçicilərinə söz vermişdi ki, prezident seçiləcəyi təqdirdə Qüdsi İsrailin paytaxtı olaraq tanıyacaq və ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. O, sözünə əməl etdi. İkincisi, nəzərə almaq lazımdır ki, bunun simvolik əhəmiyyəti də var. Bu il Qüdsün ingilislər tərəfindən işğalının 100 illiyidir, İsrail tərəfindən işğalının da 50 illiyidir. O cümlədən “Balfour Deklorasiyası”nın  da 100 illiyidir. Yəni bunlar bu cür addımların atılmasında simvolik addımlardır. Ən ciddi məsələlərdən biri isə Orta Şərqin yenidən dizayn ediilməsi haqqında ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsidir. Bu prosesə körfəz ölkələri, xüsusən də başda Ərəb Əmirlikləri olmaqla Misir də cəlb olunub. Dördüncü məsələ isə burada İranın provokasiyaya çəkilməsi və Trampın İrana qarşı aparmaq istədiyi siyasətə “legitimlik” yaradılmasıdır.  Qüds məsələsini analiz edərkən sual edirlər ki, “niyə indi?” Ona görə də mən bu dörd məsələnin qeyd olunmasını əhəmiyyətli hesab edirəm.

- Bu qərara İslam dünyasının ilkin reaksiyası bəllidir. Bəs, sonra nə olacaq? Sonda vəziyyətlə barışıq qərarı veriləcək, yoxsa geri dönüş olacaq?

- Düşünmürəm ki, ABŞ qərarını dəyişəcək - baxmayaraq ki, təkcə İslam dünyasından deyil, eyni zamanda Vatikandan, Avropa ölkələrindən, ABŞ-ın Böyük Britaniya kimi yaxın müttəfiqlərindən belə, etiraz səsləri gəlir. Həmçinin Rusiyanın etirazı eşidilir. Qərarın başqa bir nəticəsinə gəldikdə, artıq bəlli olduğu kimi, Fələstin-İsrail danışıqları qeyri-müəyyən müddətə dayanacaq. Digər bir nəticəsi ABŞ-ın vasitəçilik rolunun ciddi şübhə altına alınması olacaq. Həmçinin Fələstindaxili gedən prosesin, “Həmas”la “əl-Fəth”in yaxınlaşması prosesində ciddi problemlər yaranacaq. Bu problemlər artıq üzə çıxmaqdadır. Eyni zamanda hadisələr Üçüncü İntifadanın başlanmasına səbəb olacaq və bu da artıq başlayıb. Regional təsirlər də qaçılmazdır. Bir tərəfdə Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri, Misir, ABŞ, İsrail, digər tərəfdə də digər yerli regional güclər Rusiyanın dəstəyi ilə Türkiyə-İran yaxınlaşması, burada müəyyən mənada Böyük Orta Şərq planına Pakistanı da daxil etmək mümkündür. Bu dövlətlər arasında da yaxınlaşma olacaq. Amma mən ərəb ölkələrinin, Ərəb Liqasının birləşmiş şəkildə, yaxud İslam dünyasının ciddi bir reaksiya verəcəyini düşünmürəm. Təbii ki, ciddi bir bəyanat olacaq, amma bütün İslam ölkələrinin eyni addımları atması, məsələn, siyasi-diplomatik sanksiyalar tətbiq etməsi, yaxud iqtisadi sanksiyalara getməsi, hərbi-təhlükəsizlik sahəsində birgə hansısa addımlar atacağı isə çox ciddi şübhə altındadır. Burada əsas ağırlıq Türkiyə və İranın üzərinə düşəcək. Rusiya isə ABŞ-la region ölkələri arasında yaranmış vəziyyətdə öz maraqlarını inkişaf etdirməyə çalışacaq. Çalışacaq ki, ABŞ və İsrailin qarşı çıxdığı İslam ölkələri ilə münasibətlərini daha da inkişaf etdirsin.

- Bundan əvvəl həm də Türkiyə və İranın təhlükəsizliyini təhdid edən “Kürdüstan dövləti” projesi də işə salınmışdı, lakin son anda Təl-Əviv və Vaşinqton kürd separatçılarının arxasından geri çəkildi. Belə demək olarmı ki, Qüds məsələsinə görə İraqın parçalanması layihəsi ertələnib?

- Mən hər zaman deyirəm: Orta Şərqdə bir kürd dövlətinin qurulması ABŞ-ın strateji planıdır və onun 100 illik bir plandan vaz keçəcəyini düşünmürəm. Sadəcə, bu planda operativ-taktiki ehtiyacdan irəli gələn müəyyən dəyişikliklər, təxirəsalınmalar ola bilər. Amma bir daha təkrar edirəm, bu, strateji yox, operativ-taktiki xarakter daşıyacaq. Yeni dünya nizamı yaradılır və yeni dünya nizamının tərkibində də Orta Şərqin yenidən dizayn edilməsi layihəsi ortadadır. Bu layihəyə qarşı çıxan dövlətlərə qarşı da bu siyasət bundan sonra da davam etdiriləcək. Neçə ki, Türkiyə, İran kimi dövlətlər, onların da arxasında bəzən səsli, bəzən səssiz Rusiya, Çin kimi dövlətlər var, bu qarşıdurma davam edəcək. Orta Şərqin yenidən dizayn proyektinin mərkəzində duran əsas məsələlərdən biri İsrailin təhlükəsizliyinin təmin edilməsidir. İkinci məsələ də region dövlətlərini zəiflədəcək kürd dövlətinin yaradılması proyektidir və yaxın perspektivdə biz bunu daha aydın şəkildə görəcəyik.

- Bütün bu hadisələrin Azərbaycana təsirsiz ötüşəcəyini də demək olmaz. Xüsusilə də Qüdsün paytaxt olaraq tanınması fonunda Qarabağın ilhaqının legitimləşdirilməsi təhlükəsindən danışılır, həmçinin İraq Kürdüstanı ilə bağlı durumun yaradılması zamanı da Dağlıq Qarabağla bağlı təhlükələrdən danışırdıq. Türkiyə prezidentinin Bakıya zəngindən belə aydın olur ki, Ankara Bakını bu məsələdə də yanında görmək istəyir. Mövcud situasiyada Azərbaycan hansı mövqedə dayanmalıdır?

- Birincisi, rəsmi Bakı nəzərə almalıdır ki, Azərbaycan da bir müsəlman dövlətidir, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və heç şübhəsiz ki, üçüncü gün Türkiyədə keçiriləcək  toplantıda bir müsəlman dövləti kimi ümumislam mövqeyində dayanmalıdır. İkincisi, Azərbaycan Türkiyənin tərəfdaşıdır, təbii müttəfiqidir və bu məsələdə Ankara öncüllük etdiyinə görə Türkiyənin yanında yer almalıdır. Üçüncüsü, işğala məruz qalan, analoji problemi olan bir dövlət kimi təbii ki, məsələnin beynəlxalq hüquq, BMT-nin məlum qətnamələri çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməlidir. Dördüncüsü də İsraillə yaxınlaşmada artıq durumun həssaslığını nəzərə almalı və bundan irəli getməməlidir.

- Bunun qarşılığında İslam ölkələrinin Qarabağ məsələsində ciddi dəstəyini gözləmək olarmı? Məsələn, İranın Ermənistana yönəlik ənənəvi siyasəti dəyişə bilərmi?

- Xüsusi bir dəyişikliyin olacağını düşünmürəm. Çünki Azərbaycan postsovet məkanına aid edilir və burada geopolitik lider Rusiya  qəbul olunur. Bunu həm Türkiyə, həm də İran qəbul edir. Ona görə də Azərbaycana etnik, dini, mədəni, tarixi baxımdan ən yaxın olan qonşu müsəlman dövlətləri, Türkiyə və İran başda olmaqla bütün İslam dövlətlərinin mövqeyinin bundan sonra dəyişəcəyini və bu hadisənin də ona təsir edəcəyini güman etmirəm. Əsas məsələ Azərbaycan-İsrail münasibətlərində olacaq. Artıq Azərbaycan əvvəlki kimi İsraillə münasibətlərinin inkişafında sərbəst davrana bilməyəcək.

- Bu da dolayısı ilə ermənilərin mövqeyinə uyğun situasiyadır. Çünki erməni diasporu xüsusilə də aprel döyüşlərindən sonra Azərbaycan-İsrailə münasibətlərini pozmağa çalışırdı...

- Mən bundan sonra xüsusi bir problemin yaranacağını düşünmürəm. Sadəcə olaraq artıq münasibətlərin bundan da irəliyə getməsinin qarşısı alınacaq. Amma geriyə xüsusi bir gediş olacağını da düşünmürəm.

- Maraqlıdır ki, son həftələrdə daha çox Şimali Koreya ətrafında gərginliyin yaranacağı gözlənilirdi. Amma qəfildən nəzərlər Qüds ətrafına yönəldi...

- Tam tərsinə. Bunlar gözlənilən hadisələr idi. Mən yuxarıda ilk səbəb kimi qeyd etdim. Hamıya bəlli idi ki, Tramp hakimiyyətə gəlməsində İsrailin, yəhudi lobbisinin, xristianların böyük rolu olub. Tramp da öz seçicilərinə, ilk növbədə də ona dəstək verən böyük güclərə söz vermişdi. O sözü yerinə yetirməliydi. Həm İrana qarşı daha sərt siyasət  aparacağını bəyan etmişdi, 5+1 formatında İranla imzalanan nüvə sazişindən çıxacağını, Tehrana qarşı sanksiyaların yenidən tətbiq edilməsinə çalışacağını bildirmişdi və bu yöndə də addımlar atır.

 - ABŞ-da Trampa qarşı etimadsızlığın  göstərilməsi təşəbbüsləri ortaya çıxırdı. Belə demək mümkündürmü ki, Qüds qərarı ona həm də hakimiyyətdə möhkəmlənməsi üçün yəhudi lobbisinin dəstəyini almaq üçün lazım idi?

- Əvvəla, Konqres qanun qəbul edib və o qanunda eyni vaxtda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub. Konqres Dövlət Departamenti başda olmaqla icra qurumlarına tapşırıq verib ki, fevral ayına qədər artıq konkret fiziki və hüquqi şəxslərin siyahısını hazırlasın. Ki, hansına qarşı sanksiyalar tətbiq olunacaq. Fevral ayından artıq biz həm Rusiya, həm İran, həm də Şimali Koreya ilə münasibətlərin  - hətta heç bir hadisə olmasaydı da belə - gərginləşəcəyini gözləməliydik. Əgər biz rəsmə bütöv baxsaq, onda bunların heç biri gözlənilməz olmamalıdır. Ancaq hadisələrə geniş, hərtərəfli, dərin baxmaq və davamlı izləmək lazımdır. O zaman görəcəksiniz ki, gözlənilməz bir şey yoxdur. Təbii ki, sizin qeyd etdiyiniz məsələ də var. Tramp daxili siyasətdə sıxışdırıldıqca təbii ki, daxili, siyasi ehtiyacdan da irəli gələn bəzi taktiki gedişlər də var ki, diqqəti fərqli məsələlərə yönləndirsin. Hətta mən deyərdim ki, əgər ABŞ hər hansı bir hərbi müdaxiləyə və müharibəyə başlayarsa belə, mən təəccüblənmərəm.

-Deməli, Trampa xarici düşmən lazım imiş...

- Bəli.

- Azərbaycanın iki böyük qonşusu ilə bağlı planların işə salınması ölkəmiz üçün nə vəd edir? Özü də 2018-ci il Azərbaycan üçün həssas bir ildir, prezident seçkiləri keçiriləcək. Azərbaycan üçün göləntiləriniz nədən ibarətdir?

“ABŞ hər hansı bir hərbi müdaxiləyə və müharibəyə başlayarsa belə, mən təəccüblənmərəm”
- Çox açıq şəkildə görünür ki, qonşu regionlarda, yəni həm Yaxın, Orta Şərqdə, həm də postsovet məkanında - hansı ki, Azərbaycan da daxildir - vəziyyət gərginləşəcək. Bu, həm Rusiyanın, həm də İranın hədəf taxtasında olması ilə bağlıdır. İkinci bir ciddi məsələ var ki, dünyada şəffaflaşma istiqamətində ciddi addımlar atılır. Elektron dolların dövriyyəyə buraxılması məsələsi var, ofşor zonaların ləğvi, gizli hesabların açılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələsi var. Bu məsələlər də eyni zamanda Azərbaycana təsir edəcək. Üçüncüsü də Azərbaycanda seçki ili ilə bağlı olaraq da vəziyyət gərginləşəcək. Həm qonşu regionlarda baş verən hadisələr, həm GUAM məkanında, Qara dənizdə, eyni zamanda İran və Rusiya ətrafında baş verən proseslər heç şübhəsiz ki, Azərbaycana da birbaşa və dolayısı ilə təsir edəcək. Azərbaycanda da ictimai-siyasi aktivliyin, eyni zamanda gərginliyin artması gözlənilir.

- Azərbaycan müxalifəti fəaliyyətsiz vəziyyətdədirsə, ciddi etirazlar müşahidə olunmursa, gərginliyi hansı faktorlar tətikləyə bilər? Xarici faktorları nəzərdə tutursunuz, yoxsa...

- Xarici faktor da ola bilər, xarici faktora aid daxili faktor da ola bilər. Azərbaycanda müxalifət deyəndə nədənsə ancaq 30 il ərzində tanınan müxalifət nəzərdə tutulur. Mənim fikrimcə, hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır.

- Partiya sədri olaraq prezident seçkilərində iddia ortaya qoymaq niyyətiniz varmı?

- Mən Azərbaycanda seçkilərin olacağını düşünmürəm. Çünki hələlik Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yoxdur. Ümumiyyətlə, dinc, demokratik siyasi fəaliyyət üçün belə şərait mövcud deyil. Belə bir şəraitdə, seçki mühitinin olmadığı bir vaxtda seçkiyə hazırlaşmaq məsələsinə, açığı, ciddi yanaşmıram...

Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
Mədəniyyət
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhənləşdirirlər” – Cavanşir Quliyev
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Siyasət
Ermənilər işğal etdikləri torpaqlarımızdan 790,5 ton üzüm yığdılar - FOTOLAR
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
“Polis Bərdə-Ağdam yolunu tankla kəsmiş erməniləri saxladı...”
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Biz də "Səni deyirlər"i Güneyin ruhu ilə oynadıq...” - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə