Xəbər lenti
25/06/2018 [09:50]:
Bu gün AŞPA-nın yay sessiyası başlayır
25/06/2018 [09:47]:
Daşkəsənə sel gəldi: Evləri su basdı
25/06/2018 [09:46]:
Qabil Hüseynli: “Moskva Nikol Paşinyanı aradan götürə bilər”
25/06/2018 [09:42]:
Muharrem İnce Ərdoğanın seçkini udduğunu qəbul etdi
25/06/2018 [09:40]:
Türkiyədə Putinə “səs verdilər”...
25/06/2018 [09:38]:
Ərdoğan: "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi"
25/06/2018 [01:53]:
“Vəziyyət çox ağırdı, verdiyiniz pul isə azdır” – Tağıyevdən ADR hökumətinə Novruz jesti
25/06/2018 [01:34]:
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
24/06/2018 [23:24]:
"Türkiyədə sözün əsl mənasında bir demokratiya şöləni yaşandı"
24/06/2018 [23:14]:
Qarabağda dörd yaşlı qız öldü
24/06/2018 [22:47]:
Rusiya səmasında meteorit partladı - VİDEO
24/06/2018 [22:45]:
Dövlət Baxçalı Ərdoğanı təbrik etdi
24/06/2018 [22:43]:
Qüllə kranında namaz qıldı - VİDEO
24/06/2018 [21:59]:
“Arzu edirəm ki, 26 iyun paradı ordumuzun yeni zəfərlərinin başlanğıcı olsun”
24/06/2018 [21:59]:
Türkiyədə seçkilər başa çatdı: Ərdoğan liderdir - YENİLƏNİB
24/06/2018 [21:40]:
Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti oldu
24/06/2018 [21:33]:
Gürcüstanda 100-ə yaxın insan zəhərləndi
24/06/2018 [21:28]:
“Bu parad həm də düşmənlərimizə bir mesajdır”
24/06/2018 [21:18]:
“Taxt oyunları”nın ulduzları evləndi – FOTO
24/06/2018 [21:16]:
Səudiyyə Ərəbistanında qadınlar taksi işinə başladı
24/06/2018 [21:12]:
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
24/06/2018 [21:06]:
Məhərrəm İncəyə ŞOK SÜRPRİZ: səs verdiyi sandıqdan özü çıxmadı
24/06/2018 [20:18]:
Könül Xasıyeva Hacı Nuranın görüşünə gəldi - Bu video ürək parçaladı
24/06/2018 [20:13]:
İlham Əliyev rusiyalı spikeri qəbul etdi - FOTO
24/06/2018 [20:11]:
Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərində liderlik edir
24/06/2018 [19:59]:
"Əlli yaşı olur, amma Şahbaz hələ də gözümdə uşaqdı..." - Sabir Rüstəmxanlı
24/06/2018 [19:53]:
Şahzadə günəşin çıxmasını gözləmədən sükan arxasına keçdi: Qanun qüvvəyə minəndən sonra...
24/06/2018 [19:42]:
Rusiya Dövlət Dumasının spikeri: "Rusiya və Azərbaycan strateji tərəfdaşlardır"
24/06/2018 [19:25]:
Xaçmazda 5 hektar biçilməmiş taxıl sahəsi yandı
24/06/2018 [19:16]:
Türkiyədə seçki məntəqəsində atışma olub, 2 nəfər ölüb, 3-ü yaralandı
24/06/2018 [18:37]:
Türkiyədə səsvermə başa çatıb - səslər sayılır
24/06/2018 [18:25]:
Elza Seyidcahanın heç yerdə görmədiyiniz anası - VİDEO
24/06/2018 [18:14]:
Rusiya Dövlət Dumasının sədri Bakıda...- FOTO
24/06/2018 [17:59]:
Bəşər Əsəd İradə Zeynalovaya cəngəllik qanunlarından danışdı
24/06/2018 [17:52]:
Şimali Koreya lideri 500 türk şəhidinin nəşini Ankaraya qaytarır
24/06/2018 [17:50]:
Ördək balaları ticarət mərkəzində sahibinin "sıraya düzlən" əmrini yerinə yetirdi - VİDEO
24/06/2018 [17:43]:
Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24/06/2018 [17:42]:
PKK bütün əməliyyatları 24 saatlığına dondurdu
24/06/2018 [17:00]:
Bu da Nəsrinin hər kəsdən gizlətdiyi sevgilisi -FOTO
24/06/2018 [16:59]:
Livan nəşri anons verdi: Azərbaycan yeni İsrail raketləri ala bilər
24/06/2018 [16:57]:
Ərdoğan nəvələri ilə birlikdə səs verdi...
24/06/2018 [16:31]:
Türkiyənin baş naziri kreslosunu hərraca çıxaracağına söz verdi
24/06/2018 [16:30]:
“Türk Ulduzları” Bakıda – FOTO
24/06/2018 [16:01]:
Deputat: “Türkiyədəki seçkilərdə qanun pozuntusu yoxdur”
24/06/2018 [15:52]:
Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24/06/2018 [15:48]:
Qənirə Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışdı - FOTO
24/06/2018 [15:35]:
Avropa İttifaqının ən varlı və kasıb ölkələri açıqlandı
24/06/2018 [15:20]:
Tailandda futbol komandası mağarada itdi
24/06/2018 [15:19]:
Ərdoğan: "Hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib"
24/06/2018 [15:15]:
İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi
24/06/2018 [14:40]:
Ərdoğanın səs verəcəyi məktəbdə ciddi təhlükəsizlik tədbirləri görülür -FOTOLAR
24/06/2018 [14:36]:
"Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq"
24/06/2018 [14:32]:
Messiyə görə intihar etdi...
24/06/2018 [14:29]:
Ruhani haqda yazılmış kitab aləmi bir-birinə qatdı
24/06/2018 [14:27]:
Türkiyədə seçkilər ən tez bu kənddə qurtardı: 2 səs - Video+fotolar
24/06/2018 [14:14]:
Kadırov Salaha hədiyyə verdi
24/06/2018 [14:12]:
"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı - FOTO
24/06/2018 [14:04]:
"Güclü və tarixi ənənəsini yaşadan qeyrətli orduya malikik"
24/06/2018 [14:03]:
"Soyunur, sonra da yarım milyonluq "Porsche" aldırıb qoyur altına" -Xalq artisti yıxıb-sürüdü
24/06/2018 [13:47]:
Sovetin Bakıya verdiyi MODERN BİNALAR – FOTO/VİDEO
24/06/2018 [13:46]:
Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24/06/2018 [13:39]:
Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24/06/2018 [13:33]:
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
24/06/2018 [13:28]:
Əbülfəz Elçibəyin Kələkidə 80 illiyi keçirilir
24/06/2018 [12:55]:
Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
24/06/2018 [12:54]:
Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24/06/2018 [12:53]:
Aprel şəhidimizin qardaşının toyu oldu - FOTOLAR
24/06/2018 [12:34]:
Yavər Camalov Şüvəlan qəbiristanlığında dəfn olunacaq
24/06/2018 [12:10]:
Onunla zarafat edən ərini və yaxınlarını zəhərlədi - Beş adam öldü...
24/06/2018 [12:06]:
"Estrada oxuyanlar Şur dəstgahını ifa edə bilməzlər, heç onu bilmirlər də..."
24/06/2018 [12:05]:
Muharrəm İncə ailəsiylə səs verdi...
24/06/2018 [12:00]:
Türkiyədə prezident və parlament seçkiləri başlayıb
24/06/2018 [11:53]:
Hərbi aviasiya vasitələri Bakı buxtası üzərində hazırlıq uçuşları keçirir
24/06/2018 [11:52]:
"Elə silahlarımız var ki, onların bizdə olduğunu düşmənlərimizin bilməməsi daha yaxşı olardı"
24/06/2018 [11:24]:
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
24/06/2018 [11:18]:
"Ərdoğan müxalifət tərəfindən belə genişmiqyaslı seçki kampaniyası aparılacağını gözləmirdi"
24/06/2018 [11:12]:
“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI
24/06/2018 [11:06]:
İtaliya baş nazirinin müavini Emmanuel Makronu həyasız adlandırıb
24/06/2018 [11:02]:
“Serj Sərkisyanın həbsinin gündəmə gəlməsi mümkündür”
24/06/2018 [10:56]:
Ceyhun Bayramovdan ilginc açıqlama: Buraxılış imtahanlarının nəticələri həlledici olacaq...
Bütün arxiv bir sırada
11/12/2017 [14:41] - Cəmiyyət - ( 1080 dəfə baxılıb)

"Arif Hacılı "Müsavat"ın güclənməsini istəyirsə, buna son qoymalıdır..." - Qubad İbadoğlu



Moderator.az publika.az-a istinadən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə müsahibəni təqdim edir.

”“ Qubad bəy, qarabağlıları musiqini sevən, həvəskar şəkildə olsa da, mahnı oxumaqla mənəvi rahatlıq tapan insanlar kimi tanıyırıq. Sizin də səsiniz varmı?

”“ Qarabağlılar tarixin bütün dövrlərində Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin və elminin inkişafında mühüm rol oynayıblar. Ancaq nədənsə, bu torpağın yetişdirdiyi musiqiçilər, incəsənət xadimləri daha çox diqqət mərkəzində olublar. Mən musiqiyə yox, elmə və təhsilə bağlı ailədə böyümüşəm. Atam və anam sadə kənd müəllimləri olublar. Atam kimya-biologiyanı, anam isə Azərbaycan dili və ədəbiyyatı tədris edib. Odur ki, ailədə əsas diqqətimizi çoxlu kitab oxumağa, xüsusilə dəqiq elmləri öyrənməyə yönəldiblər. Baxmayaraq ki, rəqəmləri hafizəmdə dürüst saxlamaq, bir dəfə gördüyüm yeri heç vaxt unutmamaq, insanları səbrlə dinləmək kimi qabliyyətlərim var, ancaq musiqiyə münasibətdə xüsusi istedadım yoxdur.

”“ Heç əhvalınız yaxşı olanda da özünüz üçün zümzümə eləmirsiniz?

”“ Düzdür, hərdən zümzümə edirəm və yəqin ki, bunu çoxları bacarır. Ancaq mənim nə məlahətli səsim, nə mükəmməl musiqi duyumum, nə də güclü musiqi yaddaşım var.

”“ Neçə yaşınıza qədər Aşağı Güzlək kəndində olmusunuz?

”“ 13 yaşımda doğulduğum kəndi tərk edib, Bakıya fizika-riyaziyyat təmayüllü 1 nömrəli orta məktəbə oxumağa gəlmişəm. Təhsilə beş yaşımda başladığıma görə orta məktəbi tez bitirib, 16 yaşım tamam olmamış universitetə daxil olmuşam.

”“ Bu yaşda pasportunuz vardı ki?

”“ Pasport almağa yaşım çatmadığından o vaxt qəbul imtahanlarına doğum haqqında şəhadətnamə ilə gedən yeganə abituriyent olmuşam.

”“ Kənddə uşaq yeriməyə başlayan kimi işə-gücə buyururlar... Siz də təsərrüfatla məşğul olub qoyun-quzu otarmısınızmı?

”“ Kəndə yaşadığımız dövrdə ailənin böyük övladı kimi təsərrüfat işləri ilə də məşğul olmuşam. O vaxt kənd uşaqları necə idisə, mən də elə idim. Əlahiddə bir fərqim olmayıb. Atam vəfat edəndən sonra məsuliyyətim daha da artıb, Bakıya oxumağa gələndən sonra isə bu yükü kiçik qardaşlarım çəkib.

”“ Füzuli rayonunda doğulmusunuz və o qədər də əlçatmaz olmayan bir universiteti bitirmisiniz. Amma sizi bir düşüncə adamı kimi amerikalılarla, ingilislərlə müqayisə edirlər. Özünüzü harda yetişdirdiniz?

”“ Sovet dövründə oxumaq üçün seçim imkanları az idi. Ailə vəziyyətimə görə ən yaxşı halda Bakıda oxumaq şansına sahib idim. Qəbul olunduğum institut sovet dövründə kasıb uşaqlar üçün əlçatmaz idi. Çünki rüşvətsiz Xalq Təsərrüfatı İnstitutuna daxil olmaq hər kəsə nəsib olmurdu. Orta məktəbi bitirən ili mənim və mənim kimi kasıb uşaqlarının bəxti gətirdi. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu rüşvətxorluğa görə ləğv eləyib, idarəçiliyi Leninqrad Maliyyə-İqtisad Universitetinə verdilər. 1987-ci ilin qəbulunu ruslar təşkil etdilər və imtahanlara ciddi nəzarət oldu. Buna görə də çox asanlıqla ali məktəbə qəbul olundum. Oxuduğum qrupda mənimlə tələbə yoldaşlarım arasında ən kiçik yaş fərqi 4, ən böyük yaş fərqi isə 10 idi. Bu o demək idi ki, illərdir Xalq Təsərrüfatı İnstitutuna qəbulda müsabiqədən keçməyənlərin böyük əksəriyyəti həmin il tələbə adını qazanmışdılar. Çox rəqabətli qrupda oxuyurdum. Əksər qrup yoldaşlarım savadlı və çalışqan idi. Mən onlarla rəqabətdə heç vaxt uduzmadım, əksinə önə çıxdım.
Oxuduğumuz vaxt sövet dövrü olsa da, “Kapital”dan imtina edib müasir iqtisadiyyatla bağlı əsərlərə meyllənmişdik. Yeni və müasir iqtisadiyyat kitablarının ilk oxucuları kimi iqtisadiyyatda baş verən sürətli dəyişiklikləri yaşamaqla yanaşı, gündəlik iqtisadi həyatda baş verənlərin fərqinə daha yaxşı və tez varırdıq. Qərara gəldim ki, təhsilimi aspirantuta pilləsində Bakıda davam etdirim, 1999-cu ildə Varşava Ali İqtisad Məktəbində doktorluq proqramı üzrə çalışanda isə bir daha əmin oldum ki, iqtisadiyyat dinamik, dərin və dəqiq elmdir. Odur ki, bu sahədə biliklərimi artırmaq və təcrübə toplamaq üçün 2005-ci ildə Budapeştdə Mərkəzi Avropa Universitetində, 2009-cu ildə ABŞ-da Çapel Hilldə Şimali Karolina Universitetində, 2015-16-cı tədris ilində ABŞ-da, Dürhamda Duke Universitetində çalışdım...

”“ Bəs hazırda harda çalışırsınız?

”“ Yenidən ABŞ-da, Prinstonda Perspektiv Tədqiqatlar İnstitutundayam.

”“ Qubad bəy, maraqlıdır, 2018-ci ildə prezidentliyə namizədliyinizi irəli sürəcəksiniz? Belə bir fikriniz varmı?

”“ Həmişə çalışıram ki, sonda deyiləcək sözü əvvəldə və yaxud əvvəldə deyiləcək sözü sonda deməyim. Bu qərar rəhbərlik etdiyim ADR Hərəkatına məxsusdur. Əlbəttə, ADR Hərəkatı olaraq, bu prosesdə iştirak edəcəyik, amma necə və hansı formatda, bu barədə vaxtı çatanda qərar verəcəyik.

”“ Tez-tez deyirlər ki, Elçibəy yaxşı insan idi, demokrat idi, amma siyasətçi deyildi, ondan prezident olmazdı. Bu fikri bəzən sizə də aid edirlər... Bundan narahat olmursunuz ki?

”“ Hesab edirəm ki, Elçibəylə bağlı bu tip fikirləri səsləndirənlər iki məsələni diqqətdən qaçırırlar. Birincisi, həmin dövrün ictimai-siyasi və müharibə şəraitini, ikincisi isə kadr çatışmazlığını. Elçibəy üçün o komanda ilə Azərbaycanı idarə etmək çox çətin idi. Elçibəyin idarəçiliyinin zəifliyi onun xarakterindən çox, komandasının naşılığı, Türkiyə türkləri demişkən, əcəmiliyi ilə bağlı idi. Çox təəssüf ki, Elçibəyin komandası ona sadiq və peşəkar olmadı. Ona görə mövcud şəraiti vaxtında, düzgün dəyərləndirə bilmədilər. Bu məsələlərdə Elçibəyi günahlandıranlar qərəzlidirlər.

”“ Sözünüzdən belə çıxır ki, Elçibəyin komandasında ümumiyyətlə, bacarıqlı bir kadr yox idi?

”“ O komandada işinin ustası olan peşəkar insanlar olsa da, sayları az idi. Dövlət siyasətinin formalaşmasına təsir edə bilməyəcək qədər az və siyasətdən uzaq romantiklər idilər. Ona görə də Elçibəy hakimiyyəti ümummilli maraqların ifadəçisi və icraçısı rolunda çıxış etsə də, vahid komanda və peşəkar idarəçiliyin olmamasından ömrünü tez başa vurdu.
Mənə aid edilən fikirlərə gəlincə isə özümü hamıdan yaxşı tanıdığımdan, belə fikirləri eşidəndə, qətiyyən, narahatlıq keçirmirəm.

”“ Elçibəydən söz düşmüşkən... Sizcə, o, Azərbaycan üçün nə etdi? Belə fikir formalaşıb ki, Elçibəy tarixdə fərasətsiz prezident kimi qalacaq...

”“ Elçibəyin ən böyük xidməti Azərbaycanın həqiqi müstəqilliyinə qovuşdurmaq olub. O, 13 aylıq hakimiyyəti dövründə 90 min nəfərlik rus ordusunun Azərbaycandan çıxarılması prosesini yekunlaşdırdı, Milli Ordu quruculuğunun əsasını qoydu, Azərbaycan sərhədlərini öz əsgərlərimiz qorumağa başladı. Elçibəyin dövründə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Qəbul imtahanlarında test üsulunun tətbiqinə başlanıldı ki, bu, əsl inqilab idi. Bazar iqtisadiyyatına keçid üçün zəruri olan institutlar ”“ Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək, Torpaq, Əmlak Komitələri, Ləl-Cəvahirat Fondu yaradıldı. Milli azlıqlar və etnik qrupların ölkəmizdə normal yaşayışı və fəaliyyəti üçün münbit şərait yaradıldı. Bütöv Azərbaycan ideyası ictimailəşdi və institutlaşdı.
Mətbuat daha azad və müstəqil oldu.

”“ Bütöv Azərbaycan deyəndə hansı əraziləri nəzərdə tutursunuz?

”“ Qarabağ və vaxtilə İrəvan xanlığının əhatə eydiyi tarixi torpaqlarımız işğaldan azad olunur, bütünləşmiş Quzey Azərbaycanımızla Güney Azərbaycanımız birləşir. Beləcə bütöv Azərbaycan yaranır.

”“ Bu ideyanın nə vaxtsa reallaşacağına ümidiniz varmı?
”“ Məncə, bu ideyanın gerçəkləşməsi zamana bağlı məsələdir və onun mütləq baş verəcəyinə inanıram.

”“ Bəs Turançılıq ideyasının da reallaşması mümkündürmü?

”“ Turançılıq ideyasını dildə, fikirdə və əməldə birlik fəlsəfəsi kimi qəbul edirəm, onu siyasi-inzibati birlik kimi təsəvvür etmirəm. Fikrimcə, bu missiyanı Türkiyə dövləti reallaşdırmaq gücündədir.

”“ Qubad bəy, ABŞ-ı dünyada ən rahat, ən təhlükəsiz, sosial baxımdan ən təminatlı ölkə hesab edirsiniz. Ömürlük orda yaşamaq istərdinizmi?

”“ Dünyanın ən rahat, təhlükəsiz və sosial baxımdan təminatlı ölkəsində olsam da, bura gəlişim həmişəki kimi qısa müddətlidir. Azərbaycandan kənarda yaşamaq fikrim yoxdur. Vətənim və xalqım üçün gərəkli olduğumu hesab etdiyim bir vaxtda ondan kənarda yaşamağı qəbul edə bilmərəm. Ona görə də vətəndə olmağa, onun demokratikləşməsi və rifahı üçün mübarizə aparmağa üstünlük verirəm.

”“ Amerikada kirayə qalırsınız? Kirayə bahadırmı? Necə dolanırsınız?

”“ Yaşadığım mənzil Prinsetondadir, işlədiyim instituta məxsudur. Kirayə xərcim yaşayış xərclərimin üçdə birini təşkil edir. Dolanışığım orta amerikalı yaşayışından çox da fərqli deyil.

”“ Bəs bir azərbaycanlının Amerika insanı ilə fərqi nədədir?

”“ Amerikada nə ailədə, nə cəmiyətdə, nə də dövlətdə yalana yer var. Çünki yalan çox böyük təhlükədir, o insanların ruhunu yeyir, qəlbini qırır, inamını öldürür, qorxusunu çoxaldır. Burda insanlar bir-birlərinə və dövlət institutlarına çox inanırlar, daimi öz rifahları və dövlətlərinin güclənməsi üçün çalışırlar və mövqe ifadə edirlər. Burda azadlıqlar, xüsusilə də fərdi azadlıqlar daha yüksəkdir ki, o da güclü və dürüst vətəndaşın yetişməsi üçün çox vacibdir.

”“ Məsələn, azərbaycanlıların hansı israfçılıqları var ki, onlar Amerikada, Avropada yoxdur?
”“ Azərbaycanlılar demək olar ki, hər yerdə - gündəlik məişətdə, toyda, yasda izafi xərcləmələri çox edirlər.

”“ Sizcə, təbii sərvətləri və coğrafi mövqeyindən başqa, Azərbaycan dünya üçün nəyi ilə maraqlı və əhəmiyyətli ola bilər?
”“ Hazırda siz sadaladığınızdan savayı Azərbaycanı xaricdən baxanda cəlbedici edən və ona maraq yaradan başqa nəsə yada düşmür. Amma bəzi üstünlüklər əldə edə bilərik. Bunun üçün isə ilk növbədə müxtəlif qabiliyyət sahiblərinə tam azadlıq verilməli, onların fəaliyyəti üçün sərbəst mühit yaradılmalıdır. Məsələn, 60-70-ci illərdə İtaliyanı böhrandan film industriyası çıxardı.

”“ Qubad bəy, niyə adamlara elə gəlir ki, müstəqil olmaq və hansısa bir təşkilatı müstəqil olaraq öz iradənlə formalaşdırmaq və fəaliyyət göstərmək mümkün deyil? Ancaq kimdənsə asılı olmalısan.

”“ Cəmiyyətdə kəskin qütbləşmə baş verib. Mövcud vəziyyəti dəyərləndirərkən hazırkı siyasəti tənqid edən zaman cəmiyyət tərəfindən müxalifətin, təqdir edən zaman isə iqtidarın adamı kimi qəbul olunursan. İctimai rəydə mərkəz yoxdur, yalnız qütblər var, Azərbaycan cəmiyyəti üçün sanki iki rəng var: ağ və qara. Əksəriyyət bu dünyanın rəngli, əl-əlvan olmasının fərqində deyil.

”“ Məsələn, bizdə həbsxanaya düşməyən müxalifətçiyə niyə pis baxırlar? Onun həqiqətən müxalifətçi olduğuna şübhə ilə yanaşırlar.

”“ Məncə, bizdə hər ikisinə - həm həbsxanaya düşənə, həm də düşməyənə pis baxırlar. Hesab edirəm ki, hər iki yanaşma qüsurludur.

”“ Bir müsahibənizdə deyirsiniz ki, mən mitinqə şəkil çəkdirməyə getmədiyim üçün orada çox az şəklim var... Sizcə, mitinqdə şəkil çəkdirmək nə üçün lazımdır? Bu şəkillər adamın işinə necə yaraya bilər?

”“ Bu sualı mitinqdə şəkil çəkdirənlərə ünvanlasanız daha düzgün olardı.

”“ Belə bir fikir formalaşıb ki, siz Müsavat Partiyası başqanlığına namizəd olana kimi indiki qədər məşhur deyildiniz. İqtisadçı kimi də, siyasətçi kimi də aktiv fəaliyyətiniz həmin dövrdən sonra başladı...
”“ Əslində, mənim üçün əsas olan doğru bildiklərimi etməkdir, onu da həmişə etmişəm. Gördünüz ki, həqiqətən də Müsavat Partiyasının qurultayı ətrafında müzakirələr uzun çəkdi. Şübhəsiz ki, bunun başlıca səbəblərindən biri də qurultaya qədərki fəaliyyətim dövründə qazandğım nüfuz idi. Əgər başqanlığa namizəd olana qədər tanınmasaydım və namizəd kimi üstün olmasaydım, onda qurultayda seçki saxtakarlığına ehtiyac qalmazdı, hətta bu olsaydı da belə söhbətlər tez bitərdi. Odur ki, bu fikrinizi bölüşmürəm.

”“ Siz Müsavat Partiyasının sədri seçilsəydiniz, Arif Hacılının başqanı olan Müsavat Partiyasından fərqiniz nə olacaqdı? Yəni partiyanın inkişafı üçün sizdə hansı potensial var ki, o şeylər Arif Hacılıda yoxdur?

”“ Mən ilk növbədə partiyadaxili demokrtiyanı inkişaf etdirmək və müxalifətdaxili əməkdaşlığı genişləndirmək üçün daha açıq, şəffaf və ən başlıcası da səmimi siyasət aparardım. Bütün qapıları gənclərin üzərinə açardım. Xarici əlaqələri genişləndirib, proqramlar və konsepsiyalar yolu ilə gələcək üçün inkişaf platformaları yaradardım.

”“ Keçmiş silahdaş olaraq Müsavat Partiyasının bundan sonra güclənməsi üçün Arif Hacılıya hansı təkliflər verə bilərsiniz?
”“ Mən sıravi müsavatçılara səslənmək istəyirəm. Əgər Müsavat Partiyasının güclənməsini istəyirlərsə, orda ilk növbədə partiyadaxili demokratiya olmalıdır, qərarların qəbulunda inhisarçılığa son qoyulmalıdır, alternativ və tənqidi fikirlər dinlənilməlidir.

Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
Aprel şəhidimizin qardaşının toyu oldu - FOTOLAR
Sərdar Cəlaloğlu: “Azərbaycanın geopolitik vaxtı Moskva saatıyla işləyir”
Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı...
"Elçibəyin əsas fərqliliklərindən biri də türklüyü ilə qürur duyması idi"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
Gündəm
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
Cəmiyyət
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
Cəmiyyət
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Araşdırma
Yeməyi oğlundan alıb, əsgərə yedirən, hərbi formanı ən yaxşı parçadan tikdirən CÜMHURİYYƏT GENERALLARI
Həftənin ən çox oxunanları
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin