Xəbər lenti
23/09/2018 [15:04]:
Yaxın Şərqdə Trampın təhdidlərinə cavab verildi
23/09/2018 [14:40]:
Milyonçunun 15 yaşlı qızı təyyarədə öldü
23/09/2018 [14:22]:
Vulkan püskürən yerdən son görüntülər - Açıqlama
23/09/2018 [14:01]:
Rusiya təyyarəsinin vurulmasına görə İsraili ittiham etdi
23/09/2018 [13:46]:
4 min sayt bloklandı...
23/09/2018 [13:42]:
Bakıda avtobusları su basdı - Sərnişinlər suyun içində qaldı - VİDEO
23/09/2018 [13:33]:
Elza Seyidcahanın çantasının təqdimatı oldu- FOTO+VİDEO
23/09/2018 [13:29]:
Səbail qaçqınları Yasamalda yağışın altlnda qaldı!.. - Rayon İcra Hakimiyyətinin nəzərinə
23/09/2018 [12:45]:
“Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq”
23/09/2018 [12:40]:
Bakıda yağan güclü yağışla bağlı rəsmi - Açıqlama
23/09/2018 [12:30]:
İndoneziyada zəlzələ oldu
23/09/2018 [12:16]:
Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu
23/09/2018 [12:06]:
Bakı bulvarında kişi meyiti tapıldı
23/09/2018 [11:57]:
“Yəqin ki, Allahın yaratdığı cənnətdə də cinayət hadisəsi törədilir”
23/09/2018 [11:53]:
Bakının iki prospektində sürət həddi 20 km/saat endirildi
23/09/2018 [11:38]:
Adnan Oktarın kediciyindən İNANILMAZ ETİRAFLAR: 30 il ərzində yaşanan dəhşətlər
23/09/2018 [11:32]:
Dünyanın hansı ölkələri innovasiya sahəsində liderlik edir?
23/09/2018 [11:28]:
“Əgər piyada gedib səkiyə ilişib yıxılıbsa, bu onun öz günahıdır”
23/09/2018 [11:17]:
İtkin düşən qadından ŞOK SÖZLƏR: "Meşədə ayı və canavar..."
23/09/2018 [10:58]:
"Dostlarımın Hülyadan xoşu gəlirdi..." - Avşar qızının ərindən ilginc açıqlamalar
23/09/2018 [10:43]:
Əflatun Amaşov: "Azərbaycan Prezidenti parlamentdəki çıxışı ilə Ermənistana nəticə çıxarmaq şansı verdi"
23/09/2018 [10:42]:
Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”
23/09/2018 [10:23]:
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı -AÇIQLAMA
23/09/2018 [10:20]:
Moskva aeroportlarında 30-dan çox reys gecikir
23/09/2018 [10:19]:
Balakəndə 15 otaqlı ev yandı
23/09/2018 [10:13]:
Azərbaycana payız gəldi
23/09/2018 [10:05]:
Bakı suyun altında qaldı - FOTO
23/09/2018 [10:02]:
Alimlər yuxu üçün ən zərərli vəziyyəti müəyyənləşdirdi
23/09/2018 [09:36]:
İsrail Rusiyanın qisasından ehtiyatlanır
23/09/2018 [09:35]:
Azərbaycan Premyer Liqasında baş məşqçilər dava etdilər - VİDEO
23/09/2018 [09:30]:
Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23/09/2018 [09:27]:
Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23/09/2018 [09:14]:
Almanlar ölkənin əsas fəxrini müəyyənləşdirdilər - SORĞU
23/09/2018 [09:09]:
Futbolçu rəqibin bütün oyunçularını aldadaraq qol vurdu - VİDEO
23/09/2018 [08:56]:
ABŞ İrandakı terror aktına münasibət bildridi
23/09/2018 [00:57]:
"İranın bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil"
23/09/2018 [00:33]:
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
22/09/2018 [23:13]:
Bağırovun həbsdə dindirilməsi, etirafları, istintaq materialları- Gizli tarix
22/09/2018 [22:46]:
Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22/09/2018 [22:27]:
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
22/09/2018 [22:21]:
“Qarabağ”ın oyununa 10 min bilet satıldı
22/09/2018 [22:00]:
QAT mitinqə hazırlığı müzakirə etdi
22/09/2018 [21:56]:
Xamenei Əhvazdakı terrorun təşkilatçılarından söz açdı
22/09/2018 [21:55]:
Qarabağda erməni əsgər öldürüldü
22/09/2018 [21:55]:
Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI
22/09/2018 [21:53]:
Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22/09/2018 [21:49]:
Bakıdan Bakıya qaçqın düşüb?..- FOTO
22/09/2018 [21:46]:
Leyla Əliyeva Beynəlxalq Sülh Günü tədbirində -FOTOLAR
22/09/2018 [21:43]:
Suriyada İŞİD başçıları məhv edildi
22/09/2018 [21:43]:
Bəyaz “O səs” üçün 12 kiloqram arıqladı - Foto
22/09/2018 [21:41]:
Bərə qəzasında ölənlərin sayı 209 nəfər oldu
22/09/2018 [21:41]:
AŞPA Ermənistanda monitorinq aparacaq
22/09/2018 [21:13]:
“Azərbaycan KTMT-lə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər”
22/09/2018 [20:51]:
"Necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günahı bəndə bu cür asanlıqla etsin?!"
22/09/2018 [20:49]:
Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar
22/09/2018 [20:23]:
Ebru ilə Rzanın Nyu-York görüşü dava ilə bitdi - Rza oteli tərk etdi
22/09/2018 [20:22]:
Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın
22/09/2018 [20:17]:
İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - FOTO
22/09/2018 [20:15]:
Azərbaycanlı aparıcı hamamdan şəkilini paylaşdı - FOTO
22/09/2018 [20:13]:
Raquf Orucovla bağlı MÜHÜM İŞ
22/09/2018 [20:10]:
175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA
22/09/2018 [20:00]:
“Prezidenti öldürüb günahı ABŞ-ın üzərinə yıxacaqlar” – Şok proqnoz
22/09/2018 [19:54]:
İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+
22/09/2018 [19:50]:
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
22/09/2018 [19:49]:
Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22/09/2018 [19:48]:
Azərbaycanda ölünü məhkəməyə çağırdılar
22/09/2018 [19:47]:
Can verən sevgilisinin videosunu Snapçatda paylaşan qız həbs edildi
22/09/2018 [18:48]:
Kanadada güclü qasırğa insanları vahiməyə saldı - VİDEO
22/09/2018 [18:46]:
Dünyanın ən təhlükəli şəhərləri məlum oldu
22/09/2018 [18:42]:
İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyib
22/09/2018 [18:40]:
Prezident orden verdi
22/09/2018 [18:39]:
İran prezidenti Trampa Səddam Hüseynin taleyini vəd etdi
22/09/2018 [18:25]:
Xanın kəndinə Şaumyanın adının verilməsinin 95 illiyi belə qeyd olundu...- FOTOLAR
22/09/2018 [17:51]:
Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”
22/09/2018 [17:46]:
"Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu"
22/09/2018 [17:29]:
“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir”
22/09/2018 [17:13]:
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
22/09/2018 [16:35]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [16:34]:
Əsla ayağı ayağın üzərinə qoyub əyləşməyin - ÖLƏ BİLƏRSİNİZ
22/09/2018 [16:32]:
"Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın" - Əməkdar artist
Bütün arxiv bir sırada
11/12/2017 [19:41] - Müsahibə - ( 1685 dəfə baxılıb)

“Anar, Afaq Məsud, Ramiz Rövşən efirə gəlmirlər" -Aparıcıdan sensasion açıqlama



Moderator.az xəbər verir ki, tanınmış aparıcı Rövşanə Ağasəfqızı “Yeni Müsavat”-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Bizim bir araya gəlməyimiz çox çətin alıdı. Uzun-uzadı yazışmalar, vədələşib də təxirə salmalar, araya girən səfərlər, xəstəliklər, çəkilişlər, montajlar... Hətta bir ara düşündüm ki, deyəsən televiziya jurnalistlərindəki “ulduz xəstəliyi” sizdən də yan keçməyib. Əks halda iki həmkarın görüşməsi bu qədər çətin olmamalı idi.

- Yox, Allah eləməsin, elə düşünməyin. Sırf təsadüf nəticəsində belə alındı. Məndə qətiyyən “ulduz xəstəliyi” yoxdur. Məni şəxsən tanıyan insanlar efir obrazı ilə şəxsi həyatdakı obrazım arasında böyük fərq olduğunu görür və bunu deyirlər. Efir də bir səhnədir. Orda istədiyimiz kimi rahat, səmimi olmamız mümkün deyil. Amma həyatda məni görənlər tamam fərqli bir Rövşanə kəşf edirlər. Jurnalist dostlarım çoxdur. Onlar bilirlər ki, mən qətiyyən “ulduz xəstəliyinə” tutulan biri deyiləm. Olduqca sadə, rahat biriyəm. Amma sizinlə planlaşdırdığımız müsahibə nəsə təxirə salındı. Mənim xaricə səfərim, xəstəliyim, qızımla bağlı qayğılar, üst-üstə çəkilişlər. O qədər sıx qrafikim yoxdur. Sadəcə mən qızıma çox vaxt ayıran anayam. Günün ən azı 3-4 saatını onunla keçirirəm.

- Necə çatdırırsız?

- Zülümlə. Səhər işə gedirəm. Efirə hazırlaşıram. Qonağım haqda məlumat toplayıram, kor-koranə efirə çıxmağım mümkün deyil. Özüm bir-iki saat internetin qarşısında əyləşirəm. Qızım dərslərini qurtarandan sonra isə onunla maraqlanıram. Hətta razıyam ki, gec  yatsın, amma mənə dərsləri, məktəb həyatı haqqında məlumat versin, söhbət edək. Ola bilər ki, uşaqdır, ona gülməli gələn əhvalatlar olur və bunu mütləq danışır, mən də qulaq asmalıyam.

- Nəinki qulaq asmaq, sonda ona gülməliyik hətta. Təəccüblü deyilsə belə, təəccüblənməliyik.

- (Gülür) Bax, siz anasız deyə məni yaxşı anlayırsız. Mən də məcburam ona gülməli gələnə gülüm. Hətta ürəyimdə fikirləşirəm ki, “ay Allah, nə qədər mənasız bir məsələdir”, yenə də gülürəm. Qızımın 13 yaşı var, bacardığım qədər ünsiyyət, ünsiyyət, ünsiyyət... prinsipinə üstünlük verirəm.  Hətta çox əhəmiyyətsiz görünən detallar üzərində belə xüsusi dayanmağın tərəfindəyəm. Həyatımdan da, işimdən də vacib olan şey qızımın doğru yolda olmasıdır.

- Bu mövzuya yenidən qayıdarıq. Çünki analıq, uşaq tərbiyəsi... çox dərin mövzulardır. Amma mən sizinlə bağlı yaranan bir təəssüratı bölüşmək istəyirəm. Məsələn, redaksiyaya gəlib müsahibə verəcəyinizi deyən kimi, iş yoldaşlarımın ilk reaksiyası o oldu ki, “Rövşanə çox danışır, sənə də danışmağa imkan verməyəcək”. Böyük əksəriyyətdə sizinlə bağlı formalaşan fikir budur. Siz gerçəkdən çox danışmağı efiri idarə etmək üçün silah olaraq istifadə edənlərdənsiz, ya bu, vaz keçə bilmədiyiniz bir vərdişdir?

“Efirdə də əgər sən səviyyəli, akademik bir ədəbiyyat söhbəti edirsənsə, reytinqlər çox aşağı gəlir. Amma iki nəfər efirdə bir-birinə söz atıb, dalaşırsa, reytinqlər kəllə-çarxa qalxır”

- Mən efirə çıxandan bununla bağlı o qədər suallar veriblər ki. Məclislərdə deyirlər ki, Rövşanə qonaqlarının sözünü kəsir, danışmağa imkan vermir. Bəlkə kənardan çox ifrat görünür mənim bu qədər danışmağım. İllər uzunu canlı efir aparmışam. Canı efirin qayda-qanunu var. Sən həm də moderatorsan. Bunun reklam fasiləsi də var, idarə etməlisən. Efir elə bir yerdir ki, hər kəs gəlib orda özünü ifadə etmək, ağıllı görünmək, diqtə etmək, cəmiyyətə pis və yaxşı formada təqdim etməyə, bəziləri də sırımağa çalışır. Təbii ki, aparıcı və jurnalist olaraq o moderatorluğu əlimdə saxlayıb, efiri idarə etməliyəm. Bir də görürsən, bir qonaq alır əlinə mikrofonu və elə bilir ki, burda budur, Bağdadda Kor Xəlifə. Efirə 6 qonaq dəvət etmişəmsə, həmin adam hamının əvəzinə danışmağa çalışır, necə deyərlər, həyatı izah edir. Bu isə bir aparıcı olaraq məndə qıcıq doğurur. Məcbur oluram, öncə yumşaq, sonra isə sərt şəkildə onun sözünü kəsim. Sizin işiniz asandır, qələm əlinizdədir. İstədiyiniz zaman müsahibin dediklərini ixtisar edirsiz, kəsirsiz...

- (gülərək) Bizim kəsməyimiz gizlin olur, hamıdan xəbərsiz...

- Bəli, siz gizli kəsirsiz. Amma mən indi burda 5 saat danışsam, təbii ki, siz onun hamısını verməyəcəksiz. Əlinizə “qayçı”nı alıb, kəsəcəksiz. Bizdə isə canlı efirdir, hamının gözü önündədir, istər-istəməz diqqəti daha çox çəkir.

- Təkcə bu deyil. Verilişləriniz bir çox hallarda qalmaqallarla müşayiət olunur. Baxmayaraq ki, efir siyasəti bunu çox vaxt aparıcının uğuru kimi qiymətləndirir. Mən bu gün internetdə sizin adınızla bağlı axtarış verəndə, daha çox qalmaqal, efirdə dava, “aparıcı qonaqla mübahisə etdi”... tipli xəbərlərlə qarşılaşıram.

- Gələn il televiziyaya gəlişimin 20 ili tamam olacaq. Mən AzTV-də başlamışam telejurnalistikaya. Biz efirə gələndə qalmaqal-filan yox idi. 24 saat xəbərlər buraxılışı və səhər efiri vardı. Mən səhər efirində aparıcı və müxbir olaraq həm çəkilişlərə gedirdim, həm də efirə çıxırdım. Sonra Space, ANS kanalında çalışdım. Zaman-zaman elə bir vəziyyət yarandı ki, tamaşaçılar sakit, ağıllı, duyğusal söhbətə qulaq asmadılar. Biz də zorən, məcburən bir balaca da olsa qıcıq doğuran, polemika yaradan söhbətlərə meyl etdik. Təəssüf. Mən əslində istəməzdim ki, belə olsun.

- Yəni, bu, sizin kəşfiniz idi? Düşündüz ki, həlim verilişə baxmırlar və mütləq davalı, qalmaqallı olsa baxılar...

- Efir məkanı təkcə mənim istəyim və mənim aparıcılığımla bağlı deyil. Çoxsaylı verilişlər, aparıcılar var və bir də reytinq var. Zamanla məndən asılı olmadan efir məkanı bu tipli verilişlərlə dolmağa başlad. Biz də onun bir parçasına çevrildik...

“Bir zamanlar kliplər dəbdə idi, indi baxan yoxdu. Vaxtilə baxılan filmlər indi heç kim üçün maraqlı deyil. Zaman gələcək, tamaşaçı bu günkü qalmaqaldan, boş sensasiyadan doyacaq”

- Demirəm ki, efirə qalmaqalı, dava-dalaşı siz gətirdiz. Amma hər verilişin arxasında bir heyət dayanır. Demək ki, belə format, sizin yekdil fikriniz, qərarınız idi. İraq sizdən, azərbaycanlılar xoruz döyüşdürməsini, dava-dalaşı sevirlər. Burdan yola çıxıb... belə fotmat düşündüz? 

- Bəli, xoruz döyüşdürməsi, buna tamaşa etmək bizim genetik kodumuzda var. Qalmaqalı da ilk mən kəşf etmədim. Şou proqramlar vardı, ordakı dava-dalaşlar da həmçinin. Reytinq məsələsi gündəmə gəldi. Bu, mənim qəbul etmədiyim məsələdir. Çünki bu, birbaşa şüura təsir edən bir şeydir. Biz tamaşaçıya nə veririksə, həzm edəcək. Amma biz o reytinqin arxasınca zorən, məcburən, tələblə də olsa getmək zorundayıq. Təsəvvür edin, yolda abır-həya ilə gedən qadına heç kim baxmır. Amma iki qadın saç-saça dalaşmağa başlasalar, hamı dönüb ona baxacaq. Efirdə də əgər sən səviyyəli, akademik bir ədəbiyyat söhbəti edirsənsə, reytinqlər çox aşağı gəlir. Amma iki nəfər efirdə bir-birinə söz atıb, dalaşırsa, reytinqlər kəllə-çarxa qalxır.

- O zaman tamaşaçının arxasınca getməyə məcbursuz. Baxmayaraq ki, eyni durum bizim üçün də keçərlidir -  oxucunun arxasınca getmək.

- Mən saytlara baxıram. Daha çox diqqət cəlb etmək üçün edilən cəhdləri də görürəm. O gün bir başlıq oxudum, yazır ki, “ərindən boşanan müğənninin filan-filan hərəkətləri...” Halbuki müğənninin sadəcə adını yazıb, yaradıcılığı ilə bağlı nəsə xəbər versə, oxuyan olmayacaq.

- O zaman tamaşaçı-oxucu daha çox günahkardır... nəticəsinə gəlirik.

- Xeyr, biz özümüz də günahkarıq.

- Məsələn, siz aparıcı olaraq nədə günahkarsız?

- Hesab edirəm ki tamaşaçını arxamızca aparmalıydıq...

- Onların arxasınca hara qədər gedəcəksiz? Onun istəklərinin hüdudları yoxdur...

“Verilişin kulminasiya nöqtəsini isə onun 10-cu dəqiqəsində bilirəm. Veriliş yatmamalıdır. Kulminasiya nöqtəsinə gedən yolda istiqamətimi götürür, qonaqlarımı da bir qədər qıcıqlandırıb, fərqli istiqamətləndirə bilirəm”

- Təbii ki biz həm də bazara işləyirik ...alıcı  bu proqramları alır hələ ki. Amma zamanla hər şey həll olunur. Bir zamanlar kliplər dəbdə idi, indi baxan yoxdu. Vaxtilə baxılan filmlər indi heç kim üçün maraqlı deyil. Zaman bunu ələyəcək. Tamaşaçı da bu qalmaqaldan, boş sensasiyadan doyacaq. Bir zamanlar yalançı şou verilişlər vardı ki, müğənnilər orda süni qalmaqallar yaradırdılar. İndi heç kim ona inanmır. Tamaşaçı o qədər “şok, şok, şok” sözünün arxasında boşluq gördü ki, artıq bu veriliş və süjetlər onu maraqlandırmır.

- Verilişin idarəsi sizin əlinizdədir. Hansı anda qərar verirsiz ki, artıq qalmaqal “yetişib”, türklər demiş, “tansiyon”u qaldırmaq vaxtıdır. Bunu öncədən planlaşdırmaq olur, ya qonaqların tövrü, danışığı da böyük rol oynayır?

- Müsahibin energetikasından da çox şey asılıdır. Əgər mənim müsahibimin enerjisi yoxdursa, sönükdürsə, bu, mənə də mütləq qaydada təsir edəcək. Elə bil ki, məni söndürürlər. Mən artıq süni şəkildə məcburam siz demiş, öz “tansiyon”umu qaldırım. Efir başlananda onun gedişatını müəyyənləşdirirəm. Harda kulminasiya, harda final olmalıdır, onu müəyyən edirəm. Efiri idarə etmək, tamaşaçını televizor başında saxlamaq vacibdir. Deyirsiz ki, tənqid edirlər. Mənə söyən də baxır, sevən də. Mən baxmadığım aparıcı haqda fikir söyləyə bilmərəm. Amma məni cümlə-cümlə əzbərləyirlərsə, deməli, baxırlar. Verilişin kulminasiya nöqtəsini isə onun 10-cu dəqiqəsində bilirəm. Veriliş yatmamalıdır. Kulminasiya nöqtəsinə gedən yolda istiqamətimi götürür, qonaqlarımı da bir qədər qıcıqlandırıb, fərqli istiqamətləndirə bilirəm.

- “Hər verilişdə qalmaqal olmalıdır” deyə qarşınıza kanal rəhbərlərindən, verilişin prodüserlərindən tələb qoyulurmu?

- Qətiyyən. Amma olanda da deyilir ki, bu gün bu verilişin reytinqi yüksək gəlib. Sadəcə reytinqli verilişlər sırasında olursan.

- Və bu, aparıcıya nə verir?

- Sizin yazınız çox oxunanda sizə nə verir?

- Biz ayrı-ayrı sistemlərdə çalışırıq. Sizin verilişlərin reytinqinə əsasən reklamlar cəlb olunur. Bu, avtomatik olaraq kanalın gəlirlərinə təsir edir və sair. Bu baxımdan soruşdum ki, yüksək reytinq yüksək gəlir olaraq sizə qayıdırmı?

- Televiziyanın gəlirinə təsir edir. Aparıcı isə maaşını alır. Sadəcə aparıcı da “yüksək reytinqli verilişin aparıcısı” olaraq tanınır.

- Amma telejurnalistlərin, xüsusən də veriliş aparıcısı olan jurnalistlərin çox yaxşı qazandığı, maddi gəlirlərinin yüksək olması barədə təsəvvür var...

“Anar, Afaq Məsud, Ramiz Rövşən... gəlmirlər efirlərə. Deyirlər, efir nə gündədir. Ay ziyalı, efir pisdir? Gəl, sən çıxış elə. Bəlkə o 5 qalmaqalın içində sənin sözün 5 nəfərə təsir edəcək? Mənim də ehtiyacım var ki, səviyyəli-savadlı insanlarla danışım”

- Deməzdim. Sadəcə mən uzun illər əməkhaqqı alan jurnalist olmuşam. Kimlərsə televiziyada nəyi necə qazanıblar, bunu deyə bilmərəm. Amma əməkhaqqının reytinqə görə verildiyi kanalda da çalışmışam. Mən çox sanballı rejissorlar, sənətçilərlə təkbətək verilişlər etmişəm. Amma bu cür insanları bir tok-şouya dəvət etmək olmur. Soruşurlar, qonaqlar kimdir-filan. Onlar gəlməyəndə biz məcbur oluruq onlardan daha aşağı təbəqədə olan sənətçiləri, insanları dəvət edək. O zaman da bu ziyalı təbəqəsi başlayır ki, efir pis gündədir, kimlər çıxır efirə... Siz gəlib çıxdınız bəyəm? Biz sizə tribuna vermədik ki? Anar, Afaq Məsud, Ramiz Rövşən... onlar gəlmirlər efirlərə. Deyirlər, efir nə gündədir. Ay ziyalı, efir pisdir? Gəl, sən çıxış elə. Bəlkə o 5 qalmaqalın içində sənin sözün 5 nəfərə təsir edəcək? Mənim də ehtiyacım var ki, səviyyəli-savadlı insanlarla danışım.

- Bəs siz özünüz efirə baxanda nə düşünürsüz?

- Tam səmimi deyim. Mən 3 ildir yerli telekanallara baxmıram. İnternet kimi alternativ var deyə, televiziyaya baxmaq ehtiyacım yoxdur. Daha çox mütaliəyə vaxt ayırıram. Amma tam xəbərim yoxdur deməzdim. Efirimiz həddən artıq qarışıqdır. Əvvəla, aparıcılarımız mütaliəli, məlumatlı olsunlar istəyirəm. Hətta ölkənin adını düzgün deyə bilməyənlər, sözün vurğusunu bilməyənlər aparıcılıq etməməlidir. Məlumatlı olmalıdır.

- Bu yaxınlarda verdiyiniz bir müsahibədə maraqlı fikrinizə rast gəldim: boşanan qadın ağıllı qadındır... Niyə? Mübahisə yaradacaq düşüncədir. Əslində evlənən, ailə quran, çoluq-cocuğa qarışan qadın daha ağıllı sayılmalı deyilmi?

- Milli mental dəyərlərə uyğun olaraq bizdə boşanma məsələsini həm ətraf, həm də ailə qınaqla qarşılayır və qadın hər zülmə dözməyə məhkum edilir. Yaşaya bilmirsə bir yerdə, xarakter uyğun gəlmirsə, ayrılmaq ən doğru addımdır. Qadın müti deyilsə, cəsarətlidirsə, artıq onun təfəkkürü, beyni inkişaf edib. Heç kim boşanmanı kefindən istəməz. Dədə-babadan elə eşitmişik ki, ər evindən meyitin çıxmalıdır? Nə deməkdir, hansı təfəkkürdür bu? Nə əsasla sən o zorluqlara dözməlisən? Yəqin müsahibələrimdə oxumusuz. Şəxsi həyatımla bağlı ümumiyyətlə danışmıram. Hər halda çalışıram addımlarıma maksimum çox diqqət edim. Çünki qız anasıyam. Suyu da üfürə-üfürə içirəm. Bütün qapı-pəncərələrimi özümə bağlamışam.

- Niyə? Boşanan qadının ikinci şansına inanmırsız?

- Xeyr, ikinci dəfə uğurlu ailə həyatı quran o qədər qadın var ki. Hər kəsin bir qisməti var. Hər kəs də  seçimini özü edir.

- Dünyanı çox gəzirsiz, səyahət edirsiz... Nələr kəşf edirsiz, dünyanı tanıdıqca hansı qənaətə gəlirsiz?

- Sərhədlər olmasın. Avropanı gəzəndə özünü o qədər azad hiss edirsən ki.

- Hər kəsin yaşının ahıl dönəmi ilə bağlı bir planı, arzusu var. Biri deyir, dünyanı gəzəcəm. Bir başqası kitab yazmaq üçün həmin yaşı gözləyir. Kəndə köçmək, təbiət arasında yaşamaq xəyalı quranlar da var. Bəs sizin yaşlılıq dönəmi üçün arzunuz, xəyalınız nədir?

- Əslində qocalıq barədə heç düşünmürəm. Ona çox var. Amma ahıl yaşımda nəvələrimə baxmaq arzum da var (gülür). Mənim bircə qızım var. Allah mənim qızıma üç-dörd övlad versin. Mən o ahıllıq dönəmimi nəvələrimlə, xaricdə səfərlərdə keçirim.

- Həyat şüarınızı əks etdirən üç kəlmə... desəm?

- İrəli, irəli, irəli...

Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
Cəmiyyət
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
Köşə
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Cəmiyyət
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
Cəmiyyət
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]ru