Xəbər lenti
23/09/2018 [14:01]:
Rusiya təyyarəsinin vurulmasına görə İsraili ittiham etdi
23/09/2018 [13:46]:
4 min sayt bloklandı...
23/09/2018 [13:42]:
Bakıda avtobusları su basdı - Sərnişinlər suyun içində qaldı - VİDEO
23/09/2018 [13:33]:
Elza Seyidcahanın çantasının təqdimatı oldu- FOTO+VİDEO
23/09/2018 [13:29]:
Səbail qaçqınları Yasamalda yağışın altlnda qaldı!.. - Rayon İcra Hakimiyyətinin nəzərinə
23/09/2018 [12:45]:
“Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq”
23/09/2018 [12:40]:
Bakıda yağan güclü yağışla bağlı rəsmi - Açıqlama
23/09/2018 [12:30]:
İndoneziyada zəlzələ oldu
23/09/2018 [12:16]:
Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu
23/09/2018 [12:06]:
Bakı bulvarında kişi meyiti tapıldı
23/09/2018 [11:57]:
“Yəqin ki, Allahın yaratdığı cənnətdə də cinayət hadisəsi törədilir”
23/09/2018 [11:53]:
Bakının iki prospektində sürət həddi 20 km/saat endirildi
23/09/2018 [11:38]:
Adnan Oktarın kediciyindən İNANILMAZ ETİRAFLAR: 30 il ərzində yaşanan dəhşətlər
23/09/2018 [11:32]:
Dünyanın hansı ölkələri innovasiya sahəsində liderlik edir?
23/09/2018 [11:28]:
“Əgər piyada gedib səkiyə ilişib yıxılıbsa, bu onun öz günahıdır”
23/09/2018 [11:17]:
İtkin düşən qadından ŞOK SÖZLƏR: "Meşədə ayı və canavar..."
23/09/2018 [10:58]:
"Dostlarımın Hülyadan xoşu gəlirdi..." - Avşar qızının ərindən ilginc açıqlamalar
23/09/2018 [10:43]:
Əflatun Amaşov: "Azərbaycan Prezidenti parlamentdəki çıxışı ilə Ermənistana nəticə çıxarmaq şansı verdi"
23/09/2018 [10:42]:
Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”
23/09/2018 [10:23]:
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı -AÇIQLAMA
23/09/2018 [10:20]:
Moskva aeroportlarında 30-dan çox reys gecikir
23/09/2018 [10:19]:
Balakəndə 15 otaqlı ev yandı
23/09/2018 [10:13]:
Azərbaycana payız gəldi
23/09/2018 [10:05]:
Bakı suyun altında qaldı - FOTO
23/09/2018 [10:02]:
Alimlər yuxu üçün ən zərərli vəziyyəti müəyyənləşdirdi
23/09/2018 [09:36]:
İsrail Rusiyanın qisasından ehtiyatlanır
23/09/2018 [09:35]:
Azərbaycan Premyer Liqasında baş məşqçilər dava etdilər - VİDEO
23/09/2018 [09:30]:
Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23/09/2018 [09:27]:
Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23/09/2018 [09:14]:
Almanlar ölkənin əsas fəxrini müəyyənləşdirdilər - SORĞU
23/09/2018 [09:09]:
Futbolçu rəqibin bütün oyunçularını aldadaraq qol vurdu - VİDEO
23/09/2018 [08:56]:
ABŞ İrandakı terror aktına münasibət bildridi
23/09/2018 [00:57]:
"İranın bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil"
23/09/2018 [00:33]:
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
22/09/2018 [23:13]:
Bağırovun həbsdə dindirilməsi, etirafları, istintaq materialları- Gizli tarix
22/09/2018 [22:46]:
Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22/09/2018 [22:27]:
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
22/09/2018 [22:21]:
“Qarabağ”ın oyununa 10 min bilet satıldı
22/09/2018 [22:00]:
QAT mitinqə hazırlığı müzakirə etdi
22/09/2018 [21:56]:
Xamenei Əhvazdakı terrorun təşkilatçılarından söz açdı
22/09/2018 [21:55]:
Qarabağda erməni əsgər öldürüldü
22/09/2018 [21:55]:
Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI
22/09/2018 [21:53]:
Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22/09/2018 [21:49]:
Bakıdan Bakıya qaçqın düşüb?..- FOTO
22/09/2018 [21:46]:
Leyla Əliyeva Beynəlxalq Sülh Günü tədbirində -FOTOLAR
22/09/2018 [21:43]:
Suriyada İŞİD başçıları məhv edildi
22/09/2018 [21:43]:
Bəyaz “O səs” üçün 12 kiloqram arıqladı - Foto
22/09/2018 [21:41]:
Bərə qəzasında ölənlərin sayı 209 nəfər oldu
22/09/2018 [21:41]:
AŞPA Ermənistanda monitorinq aparacaq
22/09/2018 [21:13]:
“Azərbaycan KTMT-lə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər”
22/09/2018 [20:51]:
"Necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günahı bəndə bu cür asanlıqla etsin?!"
22/09/2018 [20:49]:
Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar
22/09/2018 [20:23]:
Ebru ilə Rzanın Nyu-York görüşü dava ilə bitdi - Rza oteli tərk etdi
22/09/2018 [20:22]:
Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın
22/09/2018 [20:17]:
İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - FOTO
22/09/2018 [20:15]:
Azərbaycanlı aparıcı hamamdan şəkilini paylaşdı - FOTO
22/09/2018 [20:13]:
Raquf Orucovla bağlı MÜHÜM İŞ
22/09/2018 [20:10]:
175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA
22/09/2018 [20:00]:
“Prezidenti öldürüb günahı ABŞ-ın üzərinə yıxacaqlar” – Şok proqnoz
22/09/2018 [19:54]:
İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+
22/09/2018 [19:50]:
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
22/09/2018 [19:49]:
Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22/09/2018 [19:48]:
Azərbaycanda ölünü məhkəməyə çağırdılar
22/09/2018 [19:47]:
Can verən sevgilisinin videosunu Snapçatda paylaşan qız həbs edildi
22/09/2018 [18:48]:
Kanadada güclü qasırğa insanları vahiməyə saldı - VİDEO
22/09/2018 [18:46]:
Dünyanın ən təhlükəli şəhərləri məlum oldu
22/09/2018 [18:42]:
İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyib
22/09/2018 [18:40]:
Prezident orden verdi
22/09/2018 [18:39]:
İran prezidenti Trampa Səddam Hüseynin taleyini vəd etdi
22/09/2018 [18:25]:
Xanın kəndinə Şaumyanın adının verilməsinin 95 illiyi belə qeyd olundu...- FOTOLAR
22/09/2018 [17:51]:
Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”
22/09/2018 [17:46]:
"Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu"
22/09/2018 [17:29]:
“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir”
22/09/2018 [17:13]:
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
22/09/2018 [16:35]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [16:34]:
Əsla ayağı ayağın üzərinə qoyub əyləşməyin - ÖLƏ BİLƏRSİNİZ
22/09/2018 [16:32]:
"Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın" - Əməkdar artist
22/09/2018 [16:30]:
"Atamın dostu ilə yatdım" - Aktyorun qızından gözlənilməz etiraf
22/09/2018 [16:29]:
Tarkandan heyranlarına şok: Səhnədən imtina etdi
22/09/2018 [16:20]:
Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
Bütün arxiv bir sırada
12/12/2017 [18:00] - Cəmiyyət - ( 4779 dəfə baxılıb)

“Anaların, bacıların, ataların nalələri onun qəddini əymişdi”- Rafiq Əliyevin Famil Mehdi ilə bağlı xatirələri




Azərbaycan ziyalı elitasında hər zaman qibtə ilə xatırlanan dostluqlar az olmayıb. Onlardan biri də dünyaşöhrətli alim, professor Rafiq Əliyevlə, şair, professor Famil Mehdi arasındakı dostluq münasibətləri olub. 

Moderator.az Rafiq Əliyevin mərhum şair Famil Mehdi haqqındakı xatirələrini təqdim edir. 
Qeyd edək ki, xatirələrin çox hissəsi, Rafiq müəllimin Famil Mehdi haqqındakı məqaləsindən ( həmin məqalə Famil Mehdinin 80 illiyinə həsr edilən kitabda əksini tapıb),müəyyən hissəsi isə bu sətirlərin müəllifinə verdiyi müsahibədəndir:

İlk tanışlıq

-Famil müəllimlə ilk tanışlığım mən Ağdam 1 saylı orta məktəbdə oxuyarkən onun Ağdam mədəniyyət evində keçirilən poeziya gecəsində “Ana” şeirini oxuduğu dövrə təsadüf edir. Şeir həvəskarı idim, hərdənbir şeirlər də yazırdım. Familin iki bəndlik, lakin məna yükünə, süjetinə görə əzəmətli olan bu şeiri dinləyəndə gördüm ki, Famil Mehdinin poeziya yolu uzun və sə¬mərəlidir, zirvəyə aparan yoldur.


Ömüryeyən həsrət

-1987-ci ilin axırlarında və 1988-ci ilin əvvəllərində Qarabağ məsələsi başlayan vaxt Azərbaycan KP MK-nın I katibi mərhum Kamran Bağırov MK-nın binasının 12-ci mərtəbəsində ziyalılarla məsləhətləşmə aparırdı. Mən akademik Eldar Salayevlə ( o vaxt AMEA-nın prezidenti) yan-yana oturmuşdum. Fikir mübadiləsi etdik. Mən öz peşəmlə əlaqədar konfliktalogiya elminə bir az bələd idim. Söylədim ki, bu konflikt forma və məzmununa görə Fələstin-İsrail konfliktini xatırladır. Eldar müəllim razılaşdı. Bir neçə gündən sonra Famil müəllimlə görüşərkən bu təəssüratlarımı ona söylədim, özünü çox narahat hiss etdi. O mənə xitabən: yəni, sən demək istəyirsən ki, biz illər, 10 illər boyu Qarabağsız qala bilərik? Biz buna dözə bilmərik, bizim buna haqqımız yoxdur. Famil Mehdi haqlı imiş, o dözə bilmədi, həlli uzanan Qarabağın azadlıq yolu qısaltdı Famil ömrünü.


“Cığıraçan”

-Famil Mehdi ilə böyük alimimiz Xudu Məmmədov arasında sıx dostluq var idi. Tez-tez bir yerdə Qarabağa döyüş yerlərinə gedərdilər. Famil müəllim mənə söyləyirdi ki, 1988-ci ilin payızında Xudu müəllimdən so¬ruşdum nə vaxt Qarabağa gedirik? Mənə cavab verdi ki, “Ay Famil bu qə¬dər getdik-gəldik, nə etdik ki, indi gedək camaata nə deyək?”. 
Bundan cəmi bir gün sonra axşam saat 8-9 radələrində böyük şairimiz Bəxtiyar Vahabzadə (torpağı nurla dolsun) mənə evə zəng vurur və ona deyirlər ki, mən Famil Mehdigildəyəm. O, Familgilə zəng vurdu və telefonda ağlaya-ağlaya mənə dedi ki, Xudu şəhid oldu. Onda Famil bir söz dedi: Xudu bizə yol açdı. Doğrudan da araları bir o qədər çəkmədi.

Ağrılı günlər haqqında elegiya

-Biz tez-tez Qarabağa gedərdik. Xocalı faciəsini Bakıda eşitdik, dərhal Famil Mehdi şair Ramiz Məmmədzadə və mən Ağdama yollandıq.
Famildən xahiş etdim ki, bizim şəhər evimizdə gecələyək, o israrla öz evinə getdi, Əsgəran yolunda yerləşən öz kəndlərinə, Sarıhacılıya.
Famil müəllim möhkəm olduğu qədər də kövrək idi. Səhəri gün Ağdam mədəniyyət evi, məscidi qarşısında əzizlərinin meyidlərini axtaran Xocalıdan olan anaların, bacıların, ataların nalələri Familin qəddini əymişdi. Bir neçə gündən sonra Bakıya qayıtmalı olduq. Lakin Famil Xocalı faciəsinin, bombalar altında olan ağdamlıların dərdini Bakıda çəkə bilməzdi. Bir həftədən sonra yenidən Ağdama qayıtdıq. Mərhum dostum, o vaxt Neft Akademiyasının rektoru işləyən akademik Tofiq Əliyev də bizimlə idi. Ağdama axşam saat 9 radələrində çatdıq. İsrarıma baxmayaraq yenə bizdə ”“ şəhərdə yox, öz kənd evində gecələməyi qərara aldı (bu o qədər də təhlükəsiz deyildi). O mart gecəsini biz, həm Famil Mehdi, həm mənim dostum Tofiq Əliyev kristaldan daha təhlükəli olan qrad mərmilərinin yağışı altında keçirdik. Səhər saat 6-da tüstüsü, alovu ərşə qalxan Ağdam ticarət mərkəzi yanında görüşdük. Duya bilmədim ”“ Familin alovu daha yüksək¬lərə qalxıb, yoxsa yanan Ağdamın.


Həmin günlərdən bir epizod

-1992-ci il fevralın sonu... Xocalı soyqırımından bir neçə gün keçir. Ağdamın döyüşkən oğlanlarından olan Qatır Məmməd ləqəbli Yaqub Rzayevin oğlu Canpolad Rzayev tankda faciəvi şəkildə dünyasını dəyişib. O, tankla azərbaycanlı əsirləri xilas etmək üçün erməni “BTR”ni izləyərkən açılan atəş nəticəsində tankın içindəcə yanmışdı. Ölümündən sonra Canpolad Rzayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Həmin vaxt Azərbaycan elminin simalarında olan professor Rafiq Əliyev və alim-şair Famil Mehdi həm Qarabağ döyüşçülərinə baş çəkmək, həm də Qatır Məmmədə başsağlığı vermək üçün Ağdama yollanıblar. Əvvəlcə, hüzr yerinə gedir, ordan isə könüllülərin batalyonuna yol alırlar. O illəri professor Rafiq Əliyev belə xatırlayır:

“1980-ci illərin axırlarından sonra təxminən hər ay gedib əsgərlərlə görüşərdik. Fred Asifin, Şirin Mirzəyevin, Qatır Məmmədin batalyonlarında olardıq. Xocalı soyqırımından bir gün sonra idi. Orada yaxşı döyüşçülərdən olan və Qatır Məmməd kimi tanınan Yaqub Rzayevin oğlu rəhmətə getmişdi.  Onun batalyonu Ağdamın Qarağacı qəbiristanlığı adlanan yerdə yerləşdirdi. Orada şəkillər də çəkdirdik. Bu, Ağdamın ən böyük qəbiristanlığıdır. Qəbiristanlığın aşağısında onların batalyonu yerləşirdi. Yaqub çox cəsur adam idi...”.

Hazırladı: Elmin Nuri


Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
Cəmiyyət
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
Köşə
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Cəmiyyət
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
Cəmiyyət
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
Azərbaycanda keçirilən amansız it döyüşündən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə