Xəbər lenti
23/09/2018 [14:01]:
Rusiya təyyarəsinin vurulmasına görə İsraili ittiham etdi
23/09/2018 [13:46]:
4 min sayt bloklandı...
23/09/2018 [13:42]:
Bakıda avtobusları su basdı - Sərnişinlər suyun içində qaldı - VİDEO
23/09/2018 [13:33]:
Elza Seyidcahanın çantasının təqdimatı oldu- FOTO+VİDEO
23/09/2018 [13:29]:
Səbail qaçqınları Yasamalda yağışın altlnda qaldı!.. - Rayon İcra Hakimiyyətinin nəzərinə
23/09/2018 [12:45]:
“Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq”
23/09/2018 [12:40]:
Bakıda yağan güclü yağışla bağlı rəsmi - Açıqlama
23/09/2018 [12:30]:
İndoneziyada zəlzələ oldu
23/09/2018 [12:16]:
Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu
23/09/2018 [12:06]:
Bakı bulvarında kişi meyiti tapıldı
23/09/2018 [11:57]:
“Yəqin ki, Allahın yaratdığı cənnətdə də cinayət hadisəsi törədilir”
23/09/2018 [11:53]:
Bakının iki prospektində sürət həddi 20 km/saat endirildi
23/09/2018 [11:38]:
Adnan Oktarın kediciyindən İNANILMAZ ETİRAFLAR: 30 il ərzində yaşanan dəhşətlər
23/09/2018 [11:32]:
Dünyanın hansı ölkələri innovasiya sahəsində liderlik edir?
23/09/2018 [11:28]:
“Əgər piyada gedib səkiyə ilişib yıxılıbsa, bu onun öz günahıdır”
23/09/2018 [11:17]:
İtkin düşən qadından ŞOK SÖZLƏR: "Meşədə ayı və canavar..."
23/09/2018 [10:58]:
"Dostlarımın Hülyadan xoşu gəlirdi..." - Avşar qızının ərindən ilginc açıqlamalar
23/09/2018 [10:43]:
Əflatun Amaşov: "Azərbaycan Prezidenti parlamentdəki çıxışı ilə Ermənistana nəticə çıxarmaq şansı verdi"
23/09/2018 [10:42]:
Hakerlər erməni istifadəçilərin poçt ünvanlarını “sındırdılar”
23/09/2018 [10:23]:
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı -AÇIQLAMA
23/09/2018 [10:20]:
Moskva aeroportlarında 30-dan çox reys gecikir
23/09/2018 [10:19]:
Balakəndə 15 otaqlı ev yandı
23/09/2018 [10:13]:
Azərbaycana payız gəldi
23/09/2018 [10:05]:
Bakı suyun altında qaldı - FOTO
23/09/2018 [10:02]:
Alimlər yuxu üçün ən zərərli vəziyyəti müəyyənləşdirdi
23/09/2018 [09:36]:
İsrail Rusiyanın qisasından ehtiyatlanır
23/09/2018 [09:35]:
Azərbaycan Premyer Liqasında baş məşqçilər dava etdilər - VİDEO
23/09/2018 [09:30]:
Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23/09/2018 [09:27]:
Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23/09/2018 [09:14]:
Almanlar ölkənin əsas fəxrini müəyyənləşdirdilər - SORĞU
23/09/2018 [09:09]:
Futbolçu rəqibin bütün oyunçularını aldadaraq qol vurdu - VİDEO
23/09/2018 [08:56]:
ABŞ İrandakı terror aktına münasibət bildridi
23/09/2018 [00:57]:
"İranın bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil"
23/09/2018 [00:33]:
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
22/09/2018 [23:13]:
Bağırovun həbsdə dindirilməsi, etirafları, istintaq materialları- Gizli tarix
22/09/2018 [22:46]:
Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22/09/2018 [22:27]:
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
22/09/2018 [22:21]:
“Qarabağ”ın oyununa 10 min bilet satıldı
22/09/2018 [22:00]:
QAT mitinqə hazırlığı müzakirə etdi
22/09/2018 [21:56]:
Xamenei Əhvazdakı terrorun təşkilatçılarından söz açdı
22/09/2018 [21:55]:
Qarabağda erməni əsgər öldürüldü
22/09/2018 [21:55]:
Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI
22/09/2018 [21:53]:
Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22/09/2018 [21:49]:
Bakıdan Bakıya qaçqın düşüb?..- FOTO
22/09/2018 [21:46]:
Leyla Əliyeva Beynəlxalq Sülh Günü tədbirində -FOTOLAR
22/09/2018 [21:43]:
Suriyada İŞİD başçıları məhv edildi
22/09/2018 [21:43]:
Bəyaz “O səs” üçün 12 kiloqram arıqladı - Foto
22/09/2018 [21:41]:
Bərə qəzasında ölənlərin sayı 209 nəfər oldu
22/09/2018 [21:41]:
AŞPA Ermənistanda monitorinq aparacaq
22/09/2018 [21:13]:
“Azərbaycan KTMT-lə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər”
22/09/2018 [20:51]:
"Necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günahı bəndə bu cür asanlıqla etsin?!"
22/09/2018 [20:49]:
Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar
22/09/2018 [20:23]:
Ebru ilə Rzanın Nyu-York görüşü dava ilə bitdi - Rza oteli tərk etdi
22/09/2018 [20:22]:
Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın
22/09/2018 [20:17]:
İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - FOTO
22/09/2018 [20:15]:
Azərbaycanlı aparıcı hamamdan şəkilini paylaşdı - FOTO
22/09/2018 [20:13]:
Raquf Orucovla bağlı MÜHÜM İŞ
22/09/2018 [20:10]:
175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA
22/09/2018 [20:00]:
“Prezidenti öldürüb günahı ABŞ-ın üzərinə yıxacaqlar” – Şok proqnoz
22/09/2018 [19:54]:
İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+
22/09/2018 [19:50]:
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
22/09/2018 [19:49]:
Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22/09/2018 [19:48]:
Azərbaycanda ölünü məhkəməyə çağırdılar
22/09/2018 [19:47]:
Can verən sevgilisinin videosunu Snapçatda paylaşan qız həbs edildi
22/09/2018 [18:48]:
Kanadada güclü qasırğa insanları vahiməyə saldı - VİDEO
22/09/2018 [18:46]:
Dünyanın ən təhlükəli şəhərləri məlum oldu
22/09/2018 [18:42]:
İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyib
22/09/2018 [18:40]:
Prezident orden verdi
22/09/2018 [18:39]:
İran prezidenti Trampa Səddam Hüseynin taleyini vəd etdi
22/09/2018 [18:25]:
Xanın kəndinə Şaumyanın adının verilməsinin 95 illiyi belə qeyd olundu...- FOTOLAR
22/09/2018 [17:51]:
Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”
22/09/2018 [17:46]:
"Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu"
22/09/2018 [17:29]:
“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir”
22/09/2018 [17:13]:
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
22/09/2018 [16:35]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [16:34]:
Əsla ayağı ayağın üzərinə qoyub əyləşməyin - ÖLƏ BİLƏRSİNİZ
22/09/2018 [16:32]:
"Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın" - Əməkdar artist
22/09/2018 [16:30]:
"Atamın dostu ilə yatdım" - Aktyorun qızından gözlənilməz etiraf
22/09/2018 [16:29]:
Tarkandan heyranlarına şok: Səhnədən imtina etdi
22/09/2018 [16:20]:
Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
Bütün arxiv bir sırada
13/12/2017 [10:02] - Müsahibə - ( 1124 dəfə baxılıb)

“Aprel şəhidi”, kapitan İnqilab Quliyevin oğlu -“Ay Allah, atam evə gəlsin”



Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Moderator.az xəbər verir  ki, modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Azərbaycan Silahlı Qüvvələrinin şəhid kapitanı, “Aprel döyüşləri”ndə qəhrəmancasına həlak olmuş İnqilab Quliyevin həyat yoldaşı Lalə Quliyevadır.


Qısa arayış: Əslən Kəlbəcər rayonundan olan İnqilab Quliyev 1983-cü ildə anadan olub. Ailəli idi; iki oğlu yadigar qalıb. Kapitan İnqilab Quliyev 2016-cı ilin aprel ayında cəbhədə baş verən şiddətli döyüşlərdə şəhid olub.

Aprelin 5-i İnqilab Quliyev Gəncə şəhərinin Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. İnqilab Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.


Şəhidin həyat yoldaşı Lalə Quliyeva İnqilab Quliyevlə münasibətlərinin tanışlıq üzərində  qurulduğunu deyir.

Ailənin bəyəndiyi qızı sevib evlənən hərbçi

“İnqilabın bacısı ilə bir sinifdə oxumuşduq. Elə İnqilabın anası da məni o cür tanışlıqla bəyənib. Sonra İnqilabı evləndirmək istəyəndə məni göstəriblər. O da bəyənib və biz ailə həyatı qurmuşuq. Belə tanış olmuşuq. Tanış olandan sonra aramızda sevgi yaranıb. İkimiz də Gəncədə yaşamışıq. Ali təhsilim yoxdur. Tanış olan vaxtlarda İnqilab hərbçi idi. Naxçıvanski adına Hərbi Liseyi bitirmişdi. Peşəsini elə sevirdi ki, bu sevginin qarşısında onu işindən geri çəkindirmək haqqında düşünməmişəm. Bir insan sevə-sevə hərb sahəsini seçmişdisə, onu işdən necə ayırmaq olar?!”.


““Ata” yox, “dədə” deyirdilər”

Lalə Quliyeva övladlarının ata sevgisindən də söz açıb: “2 oğlumuz var. Birinin 5, digərinin 4 yaşı var. İnqilabın arzuları yarımçıq qaldı. Övladları ilə bağlı o qədər arzuları vardı ki! Həmişə onların yaxşı təhsil alması barədə düşünürdü. Hər bir ata kimi onun da arzuları vardı. Amma müharibə onun arzularını ürəyində qoydu. Uşaqlar balaca olanda İnqilaba “ata” yox, “dədə” deyirdilər. Ona görə də İnqilab şəhid olandan sonra “mən dədəm kimi böyüyəcəm” söyləyirlər. İnqilab uşaqlarla elə səmimi vaxt keçirirdi ki! Onlarla uşaq dilində danışır, belində gəzdirir, başlarını qatırdı. İnqilab evdə olanda uşaqlar onunla heç darıxmırdılar. Heç vaxt uşaqlarının hərbçi olub-olmamaq istəyini dilə gətirmədi.  O qədər gözəl xasiyyəti vardı ki! İnqilab kimi insan dünyaya az gəlir”. 

“Narahat olmayın, gələcəm”

Şəhidin həyat yoldaşı İnqilabın sağ-salamat gələcəyini son günə qədər gözləyib:


“İnqilabın  bir dəfə də olsun hərb, müharibə məsələlərindən danışdığını xatırlamıram. İşinin məxfi qalmasına çalışırdı. 2016-cı ilin Novruz bayramında bir yerdə olduq. Bayramın səhəri getdi. Sonra martın 31-də evə gəldi. Amma bu gəliş elə-belə gəliş deyildi. Çünki çantasını toplayıb getdi. Əslində, İnqilab vəziyyətin çətin olduğunu bilirdi. Buna baxmayaraq, bu  dəfə də heç nə demədi. Heç müharibədən, cəbhədəki gərginlikdən danışmadı. “Təlimə gedirik” dedi. Aprelin 1-i zəng etsək də, zəng çatmadı. Aprelin  2-si zəng edəndə “siz zəng etməyin, mənə edəcəm” dedi. Sonra bir neçə dəfə zəng etdi. Axırıncı zəngimiz aprelin 4-ü saat 6-nın yarısı danışdıq. Artıq aprelin 1-də mətbuatdan, televiziyadan dəhşətli xəbərlər almağa başladıq. Çox narahat idim. İnqilab isə vəziyyətin yaxşı olduğunu deyirdi. Mən İnqilabın sağ-salamat geri qayıdacağına inanırdım. Çünki o, elə ümidli danışırdı ki!  Hər dəfə efirdə xəbərləri izləyəndə içimdə bir narahatlığın olduğunu deyirdim. O isə “narahat olmayın, gələcəm” deyirdi. Anası da çox narahat idi. Nəsə bir hadisənin baş verəcəyindən qorxurdu. Sanki ona əyan olmuşdu. Təbii, hamımız narahat idik. İnqilabdan yaxşı xəbərlər gözləyirdik. Allaha dua edirdik ki, hamının əri, oğlu, qardaşı sağ-salamat evinə qayıtsın. Bizimki də onun içində. Amma dualarımız da qəbul olunmadı. İnqilabın cənazəsini aprelin 5-i gecə saat 2-nin yarısı gətirdilər.

İnqilab Tərtərdə olan vaxt anası da Tərtərdə o biri oğlugildə qalırdı. Biz Tərtərə getmək istəsək də, yolların bağlı olduğunu demişdilər. Elə oldu ki, İnqilabın cənazəsi gətirilməzdən qabaq anasını Gəncəyə göndərmişdilər. Qəfil xəbəri vermək istəmirdilər. Anası İnqilabın yaralı olduğunu bilirdi. Şəhid olduğundan xəbərsiz idi”. 


“Ay Allah, dədəm evə gəlsin”

Lalə Quliyeva deyir ki, uşaqların hərəkətləri qarşısında ancaq susurlar:


“İndi də hər dəfə qapı döyüləndə uşaqların ikisi də qapıya atalarının gələcəyi ümidi ilə qaçırlar. Böyük oğlum aynanın qarşısına keçib əlini göyə qaldırıb deyir ki, “ay Allah bir istəyim var səndən. Dədəm bir dəfə də olsa, evə gəlsin”. 
Uşaqlar İnqilabın şəhid olduğunu bilirdilər. Cənazəsi evə gələndə böyük oğlum dedi ki, “qutunun içindəki dədəmdir. Ona deyin, durub mənimlə yatsın”. Baxmayaraq ki, yaşları azdır, amma atalarının yoxluğunu dərk edirlər. Amma hər dəfə atalarının evə gəlməsini istəyirlər. İnqilab şəhid olandan sonra uşaqlar gecələri ixtiyarsız olaraq ağlayırdılar. Məndən bir cavab ala bilməyəndə nənələrindən soruşurdular ki, “dədəm hardadır?”.  “Dədəniz göylərdədir” cavabını  verəndə böyük adam kimi nənələrini qucaqlayıb ağlayırdılar.


Mənə indi fərqli suallar verirlər: “Niyə dədəmiz evə gəlmir? Niyə işdə qalır?”. Bir dəfə Tərtərə getmişdik. Orada da “dədəm bura gələcək. İndi işdədir” demişdilər. Böyük oğlum hazırlığa gedir. Hələ məktəbə getmir. Kağıza öz bildiyi şəkli çəkib deyir ki, “bu atam, bu anam, bu qardaşım, bu da  mənəm”. Övladlarımın hərbçi olmaq qərarlarına ana olaraq qarşı çıxmaram. Vətənə layiqli xidmət etsinlər. Amma şəhid xəbərlərini almaq istəmirəm”.


Təsəlli - “İnqilab aramıza yenə qayıdacaq”

Şəhidin xanımı indi İnqilabla bağlı təsəllini öladlarından aldığını deyir:

“İnqilabın ətrini övladlarından alıram. Sağlığında bir neçə ətir almışdı mənə. O ətirləri istifadə etmirəm ki, birdən qurtarar. Onlar mənim üçün İnqilabdan xatirədir. Bir insanı itirmək çox ağırdır. Sözlə ifadə edə bilmirəm. Hətta uşaqlarım olmasaydı belə, İnqilabın atasıgili tərk edib getməzdim. Yenə də burada qalardım. Onun ata-anası mənim də ata-anamdır. Heç bir fərqi yoxdur. Müharibənin adından belə qorxuram. Sevdiyimi, uşaqlarımın atasını bizdən aldı. Dərdimiz heç vaxt sağalmayacaq. Gözümüzün suyu dayanmır. Yaşadığımız günlər yadına düşəndə özümə yer tapa bilmirəm. Siması hər gün gözümün önündə canlanır. İçimdə bir təsəllim var. İnqilab ölməyib. Bəlkə geri qayıtdı. Bu, hərb işidir. Heç nəyi dəqiqliklə demək olmaz. Bəlkə İnqilab aramıza yenə qayıdacaq. Həyatdı. İnqilab şəhid olandan sonra toy kasetimizi və şəkillərimizi telefona yükləmişəm. Tez-tez  xoşbəxt günlərimizə həsrətlə baxıram. Nişan üzüyümüzü isə ən müqəddəs əşya kimi qoruyub saxlayıram”.  

Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
Cəmiyyət
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
Köşə
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Cəmiyyət
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
Cəmiyyət
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
Azərbaycanda keçirilən amansız it döyüşündən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə