Xəbər lenti
19/01/2018 [09:47]:
“Əgər qadın itdən uşaq doğubsa, həmin məxluq da namaz qılmalıdır...” - Rəzalət
19/01/2018 [09:36]:
Neft ucuzlaşdı, qızıl bahalaşdı
19/01/2018 [09:25]:
Enerji içkilərinin reklamına qadağa məsələsi parlamentdə müzakirəyə çıxarılacaq
19/01/2018 [09:15]:
Manatın bugünkü MƏZƏNNƏSİ
19/01/2018 [01:04]:
Bir verilişə görə işdən uzaqlaşdırılan, məşhur ifanın səbəbkarı olan Nahid Hacızadə- Vida yazısı
19/01/2018 [00:21]:
Bürclər - 19 YANVAR
18/01/2018 [23:53]:
Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - Rusiyadan İDDİA
18/01/2018 [23:32]:
"Əziz dostumuzu son mənzilinə yola salanlar arasında olmadığıma çox təəssüfləndim"
18/01/2018 [23:26]:
Yol polisindən MMX-sı olan sürücülərə "qara" xəbər... - VİDEO
18/01/2018 [23:03]:
“Feysbuk”da paylaşılan şəkil 3 il əvvəlki CİNAYƏTİN ÜSTÜNÜ AÇDI - FOTO
18/01/2018 [23:03]:
Bütün zamanların ən yaxşı 10 aktyoru - SİYAHI
18/01/2018 [22:59]:
Çay içənlər daha yaradıcı olurlar
18/01/2018 [22:54]:
Qənirə Paşayeva Çili, Boliviya, Venesuela və Əlcəzairin tanınmış təşkilat rəhbərləri ilə görüşdü
18/01/2018 [22:34]:
ABŞ geri çəkildi: Belə demək istəmirdik...
18/01/2018 [22:28]:
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı
18/01/2018 [22:26]:
Hacıqabulda avtoqəzada sürücü ağır yaralanıb
18/01/2018 [22:09]:
Dövlət naziri: “Bizim vəzifəmiz milli azlıq nümayəndələri olan vətəndaşlarımızın keyfiyyətli təhsilini yüksəltməkdir”
18/01/2018 [21:57]:
Zabit Səmədov: "Makqreqoru rəqib kimi görmürəm"
18/01/2018 [21:36]:
“İnformasiya sızacağı təqdirdə məni və İrşad Əliyevi öldürə bilərdilər...”
18/01/2018 [21:32]:
Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər
18/01/2018 [21:31]:
XİN şefi: “Həmsədrlər kreativ fikirlər irəli sürüb”
18/01/2018 [21:28]:
78 yaşında intihara cəhd etdi
18/01/2018 [21:02]:
Tolstoyun zifaf gecəsindən sonrakı qeydi: "Qane olmadım"
18/01/2018 [20:53]:
Rusiya açıqladı: "Türkiyənin təsdiqini gözləyirik"
18/01/2018 [20:34]:
Çəmənzəminlinin ağır günləri, itirilən pullar, qalaqlanan borclar - Romandan parça
18/01/2018 [20:28]:
Dəcəllik edən oğlunu motosikletə bağlayıb yerlərdə sürüdü - VİDEO
18/01/2018 [20:26]:
Rusiya məmurlarının ehtiraslı köməkçiləri... - FOTOLAR
18/01/2018 [20:25]:
Cərimə olunmamaq üçün sürücülük vəsiqəsini udmaq istədi - FOTO+VİDEO
18/01/2018 [20:08]:
Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 Yanvar şəhidləri anıldı
18/01/2018 [20:08]:
Avropanın ən böyük həbsxanasında üsyan çıxdı
18/01/2018 [20:02]:
Avropada qasırğa 4 nəfəri öldürdü
18/01/2018 [20:01]:
Mikayıl Cabbarov bəstəkarın oğlunu baş direktor təyin etdi
18/01/2018 [19:59]:
Qəza Heydər Əliyev prospektində tıxac yaratdı
18/01/2018 [19:52]:
Ukraynalı katibə, qazaxıstanlı məşuqə, müavinlərə 10 min manatlıq maaş... - "Canik"in adamının ŞOK dosyesi
18/01/2018 [19:47]:
Bakıda 272 kq narkotik vasitə ələ keçirildi
18/01/2018 [19:46]:
Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı
18/01/2018 [19:43]:
Türkiyənin kəşfiyyat rəhbəri Moskvada: Diqqətçəkən detal...
18/01/2018 [19:31]:
Ramin Quluzadənin "islahatlar"ı nazir müavinlərinin başında çatladı...
18/01/2018 [19:25]:
Suriyada kütləvi məzarlıq tapıldı - 10 min cəsəd var
18/01/2018 [19:17]:
“YouTube” saxtakarlara qarşı yeni mübarizə metodu hazırladı
18/01/2018 [19:04]:
İlham Əliyevdən Milli Televiziya və Radio Şurası ilə bağlı - Sərəncam
18/01/2018 [18:57]:
Bakıda daha bir sürücü sərnişinlərin həyatını təhlükəyə atdı -Video
18/01/2018 [18:54]:
Qərbi Kaspi Universitetində ABŞ səfiri ilə görüş keçirildi
18/01/2018 [18:51]:
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası...
18/01/2018 [18:43]:
Hamilə qalmaq istəyən qadınların qarnını...
18/01/2018 [18:43]:
"Qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizinin açılması təmin edilib" -Mirqafar Seyidov
18/01/2018 [18:38]:
Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edildi
18/01/2018 [18:37]:
Prezident 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzaladı
18/01/2018 [18:35]:
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
18/01/2018 [18:34]:
BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirildi
18/01/2018 [18:27]:
Ramil Usubov Bakıda polis rəislərinin qarşısına tələblər qoydu - MÜŞAVİRƏ
18/01/2018 [18:17]:
15 milyon dollara ayaqqabı buraxıldı - FOTO
18/01/2018 [18:13]:
Kirpikləri uzanan qız gözlərini aça bilmir - FOTO
18/01/2018 [18:12]:
Bir yerdə çox oturmaq hansı xəstəliklərə yol açır?
18/01/2018 [18:10]:
“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məcid
18/01/2018 [18:07]:
“20 Yanvar qətliamının iştirakçıları arasında ermənilər də olub” -MÜSAHİBƏ
18/01/2018 [17:58]:
Cəfər Cabbarlının yeni sözlərlərin istifadəsi üçün işlətdiyi kələk - MARAQLI ƏHVALAT
18/01/2018 [17:55]:
Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda açıqlama
18/01/2018 [17:50]:
Azərbaycanda müəlliməni oğurlayıb zorlayanlara AĞIR CƏZA
18/01/2018 [17:46]:
Trampın oğlu: "Atam ancaq dolların yaşıl rəngini görür"
18/01/2018 [17:43]:
"Barselona" Pike ilə yeni müqavilə imzaladı - 500 milyon qiymət qoydu
18/01/2018 [17:20]:
Həftənin son iş günü üçün məzənnə
18/01/2018 [17:14]:
Salam Sarvandan orfoqrafiya lüğətindəki biabırçı sözlərə etiraz - Fahişəolma, ağacgəmirmə, bəstiqoyma...
18/01/2018 [17:11]:
İki qurum necə birləşəcək?
18/01/2018 [17:09]:
Ermənistanda nazir istefa verdi
18/01/2018 [17:08]:
“Alpinistlərin axtarışı prezidentin nəzarətindədir”
18/01/2018 [17:06]:
İmanov qardaşlarından xalq artistinə - Hörmətsizlik
18/01/2018 [16:59]:
Barmaqlarınızda bu dəyişiklik varsa... – SİMPTOMLAR
18/01/2018 [16:58]:
Hansı insanlarla evlənmək olmaz? - 2 psixoloji FAKT
18/01/2018 [16:49]:
Sən demə, ABŞ-ın hər kəsə borcu var - SİYAHI
18/01/2018 [16:44]:
Azərbaycanda bu qiymətlər bahalaşdı -XƏBƏRDAR OLUN
18/01/2018 [16:41]:
Suriyadan şok açıqlama: " Türkiyəni dərhal vuracağıq"
18/01/2018 [16:40]:
Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO
18/01/2018 [16:39]:
20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama
18/01/2018 [16:35]:
SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ
18/01/2018 [16:33]:
O, heç bir sığınacağa, bunkerə “rəhm etmir” - CƏHƏNNƏM SİLAHI
18/01/2018 [16:19]:
Bu adamı tanımalyıq - Ayın görünməyən tərəfi
18/01/2018 [16:16]:
Direktorun qardaşı oğlu nişanlı müəlliməni zorla qaçırdı - TƏFƏRRÜAT
18/01/2018 [16:04]:
“Nə qədər ki, üçüncü tərəf var, Qarabağ məsələsi həll olunmayacaq...” - Ayaz Mütəllibov
18/01/2018 [16:00]:
Ermənilər Xocalıda Günəş Elektrik Stansiyası tikəcək
Bütün arxiv bir sırada
16/12/2017 [17:45] - Cəmiyyət - ( 1507 dəfə baxılıb)

Azərbaycan toylarında yengəlik sıradan çıxır...



Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənlərilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər. Yengə həmişə yalnız bəy və gəlinin yaxın qohumlardan və inanılmış adamlardan təyin olunub. 

Yengələr çox vaxt dayıarvadı, əmiarvadı, qardaşarvadı və s. təcrübəli qadınlar təyin olunublar ki, onlar ərə gedən gənc qıza müəyyən məsləhətlər verib, onu toy gecəsinə hazılayıblar. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uğurlu olmasına nəzarət edirdi. Azərbaycanın əksər bölgələrində yengələr toy gecəsi gəlinin bakirəliyi pozulandan sonra qohumlara gözaydınlığı verirdi. 

Ancaq bu adətimiz son zamanlar toyun atributları sırasından çıxmaqdadır. Artıq bəzi toylarımızda yengələr gözə dəymir. Bəzi müasir gənclər yengəyə ehtiyac görmür, ondan imtina edirlər. Bunu onunla əsaslandırılar ki, əgər oğlan qızı bəyənibsə, onu qəbul edibsə, yengənin qapı ağzında nə işi var?


AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova Modern.az-a unudulan bu adətdən - yengəlikdən danışıb. O bildirib ki, yengə toy mərasiminin iştirakçıları silsiləsində bütövlükdə bu mərasimin ən mühüm atributu kimi çıxış edir:

“Toy mərasiminin son mərhələsində fəallaşan bu obraz, əslində xeyir işin ilk günlərindən müəyyənləşəir. Qızın qohumları sırasından seçilən yengə “başıbütöv”, yəni ərli, oğul-uşaqlı, bir sözlə, yarımış qadın olmalıdır. Yengə obrazına bütün türk xalqlarının toy mərasimlərində rast gəlinir. Qazaxlarda və qaraqalpaqlarda  jenqe, özbəklərdə yanqa, türkmənlərdə enne, altaylarda yenqezi eyesi, Anadolu türklərində yenqe, Dağıstan tərəkəmələrində yengə, tuvalılarda çenqem, habelə taciklərdə yanqa vurova adlanan bu personaj bütün hallarda (yəni bütün xalqlarda) eyni funksiyanı icra edir.

 “Yengə” sözünün mənası Mahmud Kaşğarinin “Divani-lüğətit-türk”ündə böyük qardaşın  arvadı, V.Radlovun  “Qədim türk lüğəti”ndə isə böyük qardaşın ya da dayının arvadı kimi açıqlanır. Qədim türk  yazılı abidələrində  də yengə adıçəkilən lüğətlərdəki mənada işlənir. Bu cür mötəbər mənbələrdə  yengənin toy mərasimi ilə ilgili funksiyalarının anılmaması  heç də bu obrazın toy mərasiminə  sonradan daxil edilməsi, yəni yaşca “cavan” olmasını  göstərmir. Sadəcə olaraq, gəlini müşayiət edənin çox zaman eyni adam-yəni qardaş arvadı olması vəzifənin də qohumluq münasibətini bildirən bu sözlə adlandırılmasına səbəb olub”.

Müsahibimiz  qeyd edib ki, bəzi xalqlarda yengəlik  vəzifəsini qız anası icra edir:

“Bütün xalqların toy mərasimində gəlini müşayiət edən, ona həyatının bu mühüm günündə davranış qaydalarını başa salan bu cür obraza ehtiyac duyulur. Bəzi xalqlarda (nenlərdə) bu vəzifəni qız anası icra edir. 
Azərbaycanlıların, eləcə də başqa türk  xalqlarının əxlaq normaları, nəinki qız anasının, bütövlükdə qan qohumluğu olan şəxslərin bu vəzifəyə  seçilməsini istisna edir. Buna görə də qardaş arvadı  bu məsuliyyətli vəzifəni boynuna götürür. Qardaş arvadının seçilməsinin Q.Snesaryov tərəfindən göstərilən başqa bir səbəbi də mövcuddur: “Ekzoqamiya və patrilokal yaşayış formasında qızın, qardaşlarının qız aldığı kollektivə gedəcəyini nəzərə alsaq, bu personajın mahiyyəti daha da aşkarlanar. Beləcə, qız evinin qudalıq münasibətində olduğu nəslin nümayəndəsi kimi çıxış edən yengə, qızı onun üçün yeni olan  kollektivə daxil etmək vəzifəsi daşıyır”. 
Başqa sözlə, yengə gəlinin düşəcəyi mühit və adamlarla daha yaxından tanış olduğundan bu funksiyaların məhz onun tərəfindən icrası əlverişli sayılır. Azərbaycanda da yengəyə gəlini toyqabağı-nişan, xınayaxdı, gəlinbəzədi və.s mərasimlərdə müşayiət edən, öyüd-nəsihət verən  bir obraz kimi yanaşırlar. Bu münasibəti Azərbaycan folklor yaddaşında qorunan


Arxalığın oymadı    
Gözüm yardan doymadı
Çıxdım yolun üstünə
Paxıl (Ölmüş)  yengəm qoymadı.
bayatısı təsdiq edir. Toy mərasimində bu cür obraza ehtiyacı isə qızların erkən yaşlarda ərə verilməsi şərtləndirir”.

A.Ramazanovanın sözlərinə görə, yengə ilkin olaraq gəlinlə bəyi mühafizə edən  bir obraz kimi meydana gəlib:

“Özbəklər erkən yaşlarda “bikeş” adlandırdığı qızın sirdaşı, əsas məsləhətçisi olan qardaş arvadı toy mərasimində  “jenqe” vəzifəsini icra edir. “Göyçək Fatma” nağılında, habelə qaraqalpaqların “Qırx qız” eposunda qəhrəman-qızların hamisi, köməkçisi məhz yengədir.


Bulağın döngə yolu
Sallanıb yen gə yolu
Toy edən yaxşı bilir
Ağırdır yengə yolu.


Bu bayatıda yengə yolunun, yəni vəzifəsini ağır hesab edilməsi yengənin həm də toy gecəsinin nəticələrini yoxlayan bir şəxs olmasından irəli gəlir. Bu isə həmin obraza sonrakı zaman kəsimlərində aşılanmış bir xüsusiyyətdir.

Bu personajın mənşəyinə gəlincə isə fikrimizcə, yengə ilkin olaraq gəlinlə bəyi mühafizə edən bir obraz kimi meydana gəlib. Belə ki, yeni ailə qurmuş gənclərin toy mərasimi  zamanı bədxah ruhlara, şər qüvvələrə qarşı  daha həssas olması məlum faktlardandır.  Bundan başqa, toy mərasimində bu və ya digər  səbəbdən pis niyyətli adamların iştirakı da mümkündür. Bu cür adamlardan, habelə bədxah qüvvələrdən qorunmaq üçün gəlinlə bəyə xüsusi adamlar təhkim edilir ki, onlar da öz növbəsində növcavanları  mühafizə edirlər.

Məhz bu məqsədlə taciklərdə  toy gecəsi səhərə qədər işığı söndürmür; ruslarda əlində xəncər tutmuş bir atlı bütün gecəni gəlinlə bəy  olan evin ətrafına dolaşır;  salur türkmənlərində evə xüsusi gözətçi qoyulur; azərbaycanlılarda və digər xalqlarda bu vəzifələri yengə icra edir.

Gördüyünüz kimi, inkişafın ilkin pillələrində qoruyuculuq  funksiyalarını  həyata keçirən yengə, sonralar həm də nəsihətçi, daha sonra isə nəzarətçi vəzifələrini icra etməyə başlayır”.

...
Dəcəllik edən oğlunu motosikletə bağlayıb yerlərdə sürüdü - VİDEO
Ukraynalı katibə, qazaxıstanlı məşuqə, müavinlərə 10 min manatlıq maaş... - "Canik"in adamının ŞOK dosyesi
Kirpikləri uzanan qız gözlərini aça bilmir - FOTO
Bir yerdə çox oturmaq hansı xəstəliklərə yol açır?
O, heç bir sığınacağa, bunkerə “rəhm etmir” - CƏHƏNNƏM SİLAHI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Cərimə olunmamaq üçün sürücülük vəsiqəsini udmaq istədi - FOTO+VİDEO
Gündəm
Ramin Quluzadənin "islahatlar"ı nazir müavinlərinin başında çatladı...
Dünya
Hamilə qalmaq istəyən qadınların qarnını...
Dünya
15 milyon dollara ayaqqabı buraxıldı - FOTO
Ədəbiyyat
Tanınmış astroloqdan Zərdüşt barəsində bilmədiyimiz və tam fərqli FAKTLAR
Həftənin ən çox oxunanları
"Putini 48 ildir tanıyan bir insan kimi deyirəm" - "Qarabağ düyününü açmaq onun iradəsindən asılı olsaydı..."
Qız alt paltarında, "dini" verilişdə "ilahiyyatçı" üçün erotik rəqs etdi - VIDEO
“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx.." -Şəhid komandir Rasim Məmmədov
Təkər gətirənlər tələyə düşdü - Həyəcan təbili...
“Əbiyev gəlmirdi, Zakir Həsənov isə bir neçə dəfə bizi ziyarət edib” - Fəriköy məzarlığında...
Dünya Əzimovun hazırladığı tortdan danışır - VİDEO
Təlim zamanı ip qopdu əsgərlər vertolyotdan yerə düşdülər - VİDEO
Arvadı kənddən Bakıya gedib bacısının qeyri-rəsmi əri ilə “yatdı”, sonra... - 3 uşaq atasından dəhşətli əməl
Ziya Məmmədov xüsusi təyinatlılarla biznesmenin oğlunu tutdu: "Atana de ki..."
Qubadlının Xanlıq kəndində livanlı erməniyə ev verildi - FOTO/VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin