Deputatlar, jurnalistlər, idmançılar Prezidentin ad gününü belə təbrik etdilər ”“ REPORTAJ
Oxunub: 5779
23 Dec 2017 | 13:34
Deputatlar, jurnalistlər, idmançılar Prezidentin ad gününü belə təbrik etdilər  ”“ REPORTAJ

Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə Parlament Jurnalistləri Birliyinin üzvləri arasında ölkə prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş futbol yarışı  keçirilib.   

 

Yoldaşlıq oyununda parlamentin futbol komandasına rəhbərliyi Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov edirdi.

 

Deputatlar, idmançılar və gənclər  təşkilatlarının üzvlərindən ibarət komandanın tərkibi belə idi:

 

Millət vəkilləri Fuad Muradov, Mahir Abbaszadə, Kamran Nəbizadə, Siyavuş Novruzov, Elşad Həsənov , Azər Badamov, Tahir Mirkişili, Rəşad Mahmudov və Milli Məclisin sektor müdiri Adil Vəliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, sərbəst güləşçi Toğrul Əsgərov, veteran futbolçu Səməd Qurbanov, millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu.

 

Jurnalistlərin komandasına baş məşqçiliyi  Elşad Eyvazlı edirdi. Komandanın kapitanı Rəşad Baxşəliyev idi.  Komandanın üzvləri  Anar Kəlbiyev, Mirmahmud Kazımoğlu, Elşad Paşasoy, Aqil Camal, Aqil Aslan, Anar Bayramoğlu, Əli İbrahimov, Elvin Dəmirli, Məğrur Salmanov, Nurani İsgəndərov, Vasif Həsənli, İsmayıl Abdullayev, Elçin Cəfərov, Hüseyn İsgəndərovdan ibarət idi.

 

FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi yoldaşlıq oyununda  qapılara 5 qol vuruldu. Bunlardan 3-ü mətbuat nümayəndələrinin, 2-si isə millət vəkillərinin qapısından keçdi.

 

Milli Məclisin deputatlarının komandasından 2 qola Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, birinə isə Milli Məclisin sektor müdiri Adil Vəliyev imza atdı.

Rəqib komadada isə hər iki qolu Azad Azərbaycan Telekanalının əməkdaşı Nurani İsgəndərov vurdu.

 

Qeyd edək ki, Fuad Muradov parlament jurnalistlərinin qapısına oyunun  ilk dəqiqələrində qol vursa da bu, hesaba alınmadı və hakim oyundan kənar olaraq dəyərləndirdi.

 

Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov oyundan sonra bildirdi ki, Azərbaycanda idman sahəsində olan inkişaf sevindiricidir.

 

“Təbii ki, bu uğurların başında cənab prezident İlham Əliyev dayanır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyaya səs salıb.  Bu tədbiri keçirməklə prezidentimizə təşəkkürümüzü bildirmək istəyirik. Ölkə başçımızın bir fikri var ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridir. Bu baxımdan belə bir qərar qəbul etdik.

 

Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qaraba𔝠klubuna və şəxsən Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, tanınmış idmançılarımıza təşəkkürümü bildirirəm ki, səsimizə səs verdilər.

 

Simvolik oyun oldu. Kimin qalib gəlməsi önəmli deyildi. Əsas odu ki, cənab Prezidenti qarşıdan gələn doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edək.

İnanıram ki, məhz belə təbrik, tədbir cənab Prezidentə, Azərbaycan xalqına uyğundur. Gələn il üçün də böyük planlarımız var. Regionlararası idman yarışları keçirmək istəyirik. Bununla bağlı danışıqlar davam edir”.

 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da bildirib ki, deputatlarla jurnalistlər arasında keçirilən yarış ölkə rəhbəri cənab İlham Əliyevin doğum gününə ithaf olunub.

“Hamımız şahidiyik ki, cənab Prezident hər zaman ad günlərini sadə insanlar arasında keçirib. Biz də sadə bir yolla cənab Prezidenti təbrik etmək istədik. Onun Azərbaycan naminə gələcək işlərinə, fəaliyyətlərinə uğurlar arzulayırıq.

 

Bununla həm də bildirmək istəyirik ki, jurnalist olaraq hər zaman Prezidentimizin yanındayıq”.

 

Oyunun nəticələri haqqında danışan E.Eyvazlı deyib ki, AFFA-nın hakiminin idarə etdiyi oyun yüksək səviyyədə keçib.

 

“Olduqca gərgin mübarizə şəraitində keçən maraqlı bir idman yarışı izlədik. Jurnalistlər meydana qələbə əzmində çıxsa da, sonda rəqib komanda daha üstün oldu. Amma əsas belə bir oyunun təşkili idi.

Düşünürəm ki, hər iki komanda izləyənlər üçün maraqlı oyun sərgiləyə bildi”. 

 

Millət vəkil Mahir Abbaszadə  bildirib ki, ölkə Prezidenti idman sahəsinin inkişaf etdirilməsində çox maraqlıdır və bunun üçün hər bir addım atılır.

 

“24 dekabr Cənab Prezidentin doğum günüdür. Biz millət vəkilləri də cənab Prezidenti özümüzə uyğun bir şəkildə təbrik etməyə çalışdıq. Bilirik ki, cənab Prezidentin idmana qayğısı, diqqəti yüksək səviyyədədir. Biz düşündük ki, jurnalistlərlə birlikdə belə bir idman yarışı keçirək, bu da bizim Prezidentimizə bir töhvəmiz olsun”.

 

Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev qeyd edib ki, çox gözəl yoldaşlıq görüşü keçirildi.

 

“Bu kimi tədbirlər mətbuatla deputatlar arasında ünsiyyətin daha sıx olmasına, Azərbaycanda idmanın təbliğinə xidmət edəcək. Belə oyunların sayı çox olmalıdır.

 

Təkcə millət vəkilləri ilə jurnalistlər yox, başqa komitələr də bu ənənəyə qoşulmalıdılar. Azərbaycanda idmana dövlət səviyyəsində dəstək verilirsə, təbii ki, bütün məmurlarımız inkişafa öz töhfələrini verməlidilər. O ki qaldı ilin yekununa, 2017-ci il Azərbaycan idmanı üçün olduqca uğurlu, düşərli keçdi.

 

İdmançılarımız həm Bakıda təşkil edilən yarışlarda, həm də dünya arenalarındakı böyük turnirlərdə gözəl nəticələr əldə etdilər. Bu da onu göstərir ki, idmana göstərilən qayğı ildən-ilə öz bəhrəsini verir. Bu cür dəstək davam edərsə, idmançılarımız daha çox nailiyyətlər qazanacaqlar”.

 

Veteran futbolçu İsgəndər Cavadov  bildirib ki, hər iki komandanın oyununu maraqla izləyib.

 

“Belə bir oyunun təşkili xoş haldı. Təbii ki, bu, ölkə başçısı İlham Əliyevin ad günü ilə bağlıdır. Möhtərəm Prezidentimizi təbrik edirəm, ona can sağlığı arzulayıram. Belə oyunlar daha çox olmalıdır. Mətbuat nümayəndələri, deputatlar futbolun necə çətin olduğunu, yəqin ki, başa düşərlər. Kənardan baxıb fikir bildirmək asandır. Hər iki komandaya azarkeşlik edirdim. Bu cür yoldaşlıq görüşlərinin sayını artırmaq lazımdır”.

 

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib ki,  bu il  Azərbayanda İslam Oyunlarının keçirilməsi, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar ölkədə gənclərə göstərilən qayğının bariz nümunəsidir.

 

“Bu gün keçirilən oyun böyük stationda olduğu bir az çətinliyi var idi. Həm Milli Məclisin üzvləri, gənclər təşkilatlarının üzvləri və mətbuat nümayəndələri gözəl oyun nümayiş etdirdi.

 

Ölkə Prezidenti İlham Əliyev hər zaman öz doğum günlərini sadə şəkildə, cəbhə bölgəsində keçirir. Düşünürəm ki, bu gün keçirilən oyunla cənab Prezidenti təbrik edirik. Belə oyunların müntəzəm keçirilməsi üçün işlər görəcəyik”.

 

Futbol yarışını izləyənlərin həyəcanı oynayanlarınkından daha çox idi.  

 

Oyunu izləyənlər arasında futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti millət vəkili Ülvi Quliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti millət vəkili Adil Əliyev, Azərbaycan Teokvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov, Müşfiq Abbasov və başqaları var idi.

 

AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri  Rüfət Həsənov da oyunu izləyənlər arasında idi.(modern.az)


Oxşar xəbərlər
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:31, Bu gün
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
GÜNLÜK
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA