Liftdə köməksiz qalanlar belə xilas edildi – VİDEO
584
13 Aug 2024 | 13:16

Liftdə köməksiz qalanlar belə xilas edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Cavadxan küçəsində və Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub. 

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. 

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib. 


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər