Xəbər lenti
19/12/2018 [15:33]:
Məşğulluq mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş şəxslərin əmək haqlarının subsidiyalaşdırılmasına başlanacaq
19/12/2018 [15:31]:
Bakıda aviasiyanın əməkdaşı faciəli şəkildə öldü – FOTO
19/12/2018 [15:31]:
Sabir və Tənzilə Rüstəmxanlılara Çingiz Mustafayev mükafatı təqdim olunub - FOTO
19/12/2018 [15:27]:
"Bu cür dərəbəylik ancaq bizdə mövcuddur və bunu nizamlayacaq heç bir mexanizm yoxdur"
19/12/2018 [15:25]:
“Onlardan Qarabağ məsələsində hansısa dəstək gözləmək mənasızdır, çünki...”
19/12/2018 [15:08]:
“Bunlara deyən yoxdur ki, axı efirdəsiniz, savadlı adamlar sizi dinləyir...”
19/12/2018 [15:06]:
Əhməd Cavadın nəvəsi Araz Əlizadəyə həcvlə CAVAB VERDİ
19/12/2018 [14:56]:
İnsan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridi
19/12/2018 [14:52]:
Azərbaycanlı müğənninin MAŞININI PARTLADIBLAR - Özü içində olub (VİDEO)
19/12/2018 [14:51]:
Məktəblər şagirdlərdən pul qazanacaq: Ödənişli xidmətlər qanuniləşdi
19/12/2018 [14:44]:
Rusiyada 5 azərbaycanlı mühakimə olunur
19/12/2018 [14:24]:
Məmməd Musayev yenidən ASK-nin prezidenti seçilib
19/12/2018 [14:22]:
Rusiyada azərbaycanlı ailənin 4 üzvü itkin düşüb
19/12/2018 [14:20]:
"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşdi
19/12/2018 [14:12]:
"Azərbaycanda elmi jurnalistika yoxdur"
19/12/2018 [14:08]:
İlham Əliyevə orden təqdim edildi
19/12/2018 [14:01]:
“Audi” ilə “Bravo”ya girən xanım sürücü kimdir?
19/12/2018 [13:56]:
“Dərslik müəllifləri kurikulum sisteminə istinad etməməlidir” - TƏKLİF
19/12/2018 [13:55]:
Nazir: “Son 15 ildə Azərbaycanda 2 mln. yeni iş yeri yaradılıb”
19/12/2018 [13:51]:
Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu
19/12/2018 [13:48]:
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri Moskvada elmi-praktik konfransda...
19/12/2018 [13:40]:
Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək
19/12/2018 [13:26]:
Facebook istifadəçiləri haqda şəxsi məlumatlar 150 şirkətə sızdırılıb - QALMAQAL
19/12/2018 [13:22]:
Varis "İlin yazıçısı" elan olundu
19/12/2018 [13:15]:
Hava XƏBƏRDARLIĞI – yağış, qar, daşqın
19/12/2018 [13:09]:
Milli Məclis MÜRACİƏT yayacaq
19/12/2018 [13:05]:
Nazir müavini vergidəki güzəştlərdən danışdı - 500 min şəxs vergi ödəməyəcək
19/12/2018 [13:02]:
Təqaüdçü qadının evini dələduzluqla ələ keçirmiş polis əməkdaşı məhkəmə qarşısında
19/12/2018 [12:55]:
Deputatdan qiymətlərlə bağlı Tarif Şurasına ÇAĞIRIŞ: “Kefləri nə istəyir...”
19/12/2018 [12:46]:
“Allah pis adamın evini yıxsın, onu yoldan çıxarmışdılar...”
19/12/2018 [12:34]:
Timiryazev universitetinin professoru ADAU-da mühazirə söyləyib
19/12/2018 [12:32]:
Yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb
19/12/2018 [12:29]:
Hafiz Hacıyev bəzi məmurların sürətlə varlanmasının sirrini açdı
19/12/2018 [12:23]:
ADU-dan universiteti ittiham edən əməkdaş haqda açıqlama...
19/12/2018 [12:20]:
Ötən ay 195-2 Çağrı Mərkəzinə 850-yə yaxın müraciət edilib
19/12/2018 [12:16]:
Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
19/12/2018 [12:16]:
Məleykə Abbaszadə: "Mən dövlət qulluğunda fəaliyyətə əkiz uşaqlarımın 18 yaşı tamam olandan sonra başlamışam"
19/12/2018 [12:12]:
“Keyfiyyətsiz uşaq bezlərinin satışı “Sədərək” ticarət mərkəzində həyata keçirilir...” - Ekspert...
19/12/2018 [12:06]:
Bu il ölkədə 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib
19/12/2018 [12:05]:
"Argus" gələn il Bakıda beynəlxalq konfrans keçirəcək
19/12/2018 [11:57]:
“Elektrik sayğaclarının kart sisteminə keçirilməsinin bir çox özəllikləri var...”
19/12/2018 [11:56]:
Dünyasını dəyişən musiqiçinin atasından ürək parçalayan sözlər: " Ürəyimə dağ çəkilib" - VİDEO
19/12/2018 [11:51]:
Polis metroda cibgirləri yaxaladı
19/12/2018 [11:47]:
KİVDF qaydaları dəyişdi: qəzetlərə maliyyə yardımı 30 min olacaq
19/12/2018 [11:45]:
“Sədərək” ticarət mərkəzində partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkar olunub
19/12/2018 [11:42]:
Ədliyyə orqanlarına işə qəbul müsabiqəsi elan edildi
19/12/2018 [11:39]:
ADPU-da akademik Ramiz Mehdiyevin yeni kitabının təqdimatı keçirilib
19/12/2018 [11:36]:
Eldar Əzizov islahatlara başladı: Bakı İH-də qrum ləğv edildi
19/12/2018 [11:35]:
Rusiya Ermənistana qan verdi… -FOTO
19/12/2018 [11:34]:
Prezident yeni qanun imzaladı
19/12/2018 [11:30]:
Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin Marmara və 29 Mayıs universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb
19/12/2018 [11:16]:
İlham Əliyev Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
19/12/2018 [11:01]:
"Bir-birimizin başından vurmaqdansa, əl tutmalıyıq ki, seriallarımız irəli gedə bilsin"
19/12/2018 [11:00]:
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayi keçirilir
19/12/2018 [10:52]:
Qış fəsli Azərbaycana 22 dekabrda daxil olacaq
19/12/2018 [10:48]:
Prezident İlham Əliyev: "Başlıca məqsədlərimizdən biri ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir"
19/12/2018 [10:40]:
Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini HƏLL ETDİ
19/12/2018 [10:32]:
Bir sutkada yol qəzalarında 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb
19/12/2018 [10:29]:
"Lukaşenko özünün Putini ilə bərabər “dillərini soxsunlar” hara lazımdırsa ora..." - ŞOK
19/12/2018 [10:24]:
Cəbhədə atışma
19/12/2018 [10:21]:
Baş konsul Nəsimi Ağayev: “Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir” - VİDEOMÜSAHİBƏ
19/12/2018 [10:12]:
DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib
19/12/2018 [10:09]:
“Google” və “Facebook” cərimələndi
19/12/2018 [10:01]:
Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi... - FOTOLAR
19/12/2018 [09:57]:
2019-cu ildə keçiriləcək imtahanların vaxtı açıqlandı
19/12/2018 [09:50]:
Vüqar Səfərli KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib
19/12/2018 [09:40]:
Şaxta baba və Qar qız olmaq istəyənlər üçün rüsum AÇIQLANDI
19/12/2018 [09:30]:
İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı
19/12/2018 [09:22]:
Axtarışda olan şəxsi polis saxladı
19/12/2018 [09:20]:
Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi
19/12/2018 [09:12]:
Beynəlxalq Miqrant Gününə həsr edilmiş konfrans keçirilib
19/12/2018 [09:09]:
Ermənistanda müharibə xofu - “Azərbaycan bir yaylım atəşi ilə...”
19/12/2018 [09:08]:
“Türk ordusu xainlərə öz gücünü bir kəs daha göstərməyə hazırdır”
19/12/2018 [09:01]:
Vəzifə kürsüsünü 2018-də itirənlər - nazirdən icra başçısınadək ...
19/12/2018 [08:58]:
Bakıda gənc qız itkin düşüb
19/12/2018 [08:56]:
Manatının MƏZƏNNƏSİ dəyişdi?
19/12/2018 [08:55]:
Paşinyan Aprel savaşının məğlub generalını özünə məsləhətçi təyin etdi - Ermənilər təşvişdə...
19/12/2018 [07:54]:
“Özünüzü masanızdakı ən xoşladığınız şirniyyatı  yeməməyə vadar edin”-İradəni  gücləndirməyin yolları...
19/12/2018 [02:17]:
Övladını suda boğduqdan sonra yandıran qadın həbs edilmədi - VİDEO
19/12/2018 [01:48]:
Yerevanda Qarabağ danışıqlarının detalları məlum oldu
Bütün arxiv bir sırada
06/01/2018 [10:30] - Köşə - ( 3319 dəfə baxılıb)

İranın “ətini yesək də, sümüyünü atmamalıyıq”...

İranı, Rusiyanı işğalda, ədalətsizlikdə qınayıb ABŞ-ı, Britaniyanı, Fransanı və s. nümunə kimi təqdim etmək də ədalətsizlikdir”¦
Sultan Laçın

2017-ci ilin son günlərindən İranın bir sıra şəhərlərində başlanmış və artıq rəsmi Tehran tərəfindən yatırıldığı bəyan edilmiş etiraz aksiyaları Azərbaycanda da müəyyən həyəcan doğurdu. Özlərini  “demokrat”, “türkçü”, “turançı” və s. hesab edənləri on milyonlarla Azərbaycan türkünün yaşadığı ölkənin hakimiyyətinə qarşı  üsyanların qalxması sevindirdi. Guya “fars rejimi” devrilərsə, İran xalqı kimi, azərbaycanlılar da “azadlığ”a çıxacaq və Güney Azərbaycanla Quzey Azərbaycanın birləşmə şansı yaranacaq. Sırf  Qərb, liberal, modernist və s. təfəkkürlü sadəlöhvlər, yaxud karyerist-qrantistlər də  bu üsyanların, nəhayət, “İranın da bir demokratik dövlət olacağına ümid  yaratdığına” görə şadlandılar.  Amma gerçəkliyi az şox dərk edən xeyli azərbaycanlı da İrandakı iğtişaşlardan narahatlıq keçirdi. Çünki ən azı, son 10-15 ildə digər ölkələrdə bu cür “xalq üsyan”larının hansı nəticələrə gətirdiyini görürlər. Və bu gerçəkləri anlayanlar İranda özbaşınalıq, xaos yaranmasının oradakı azərbaycanlılarla  yanaşı, Azərbaycan Respublikasındakı proseslərə də təsir göstərəcəyindən narahatdırlar”¦
Əlbəttə, müasir dünyanın əksər ölkələrində olduğu kimi, İranda da xalqın  hakimiyyətdən narazı  qalması üçün kifayət qədər əsaslar var. İranı totalitar ölkə hesab edən ABŞ-ın özündə BMT-nin son rəsmi məlumatlarına görə, 40 milyondan çox insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Yəni hər 8 nəfərdən biri hədsiz yoxsuldur. Bundan əlavə, bu “demokratiya beşiyi”ndə  xalq kütlələrinin müəyyən hərbi-siyasi məsələlərə etirazlarının(məsələn, hərbçi analarının, ailələrinin Əfqanıstanda, İraqdakı və s. əməliyyatlara, zəncilərin irqi ayrı-seçkiliyə, eləcə də son prezident seçkilərindən sonra Trampa qarşı etirazları) necə zorakılıqla yatırılması da göz önündədir.  “Ən ağıllı xalq” hesab edilən yəhudilərin İsrail ölkəsində də problemlər mövcuddur; mütəmadi olaraq  fəhlələr, müəllimlər, həkimlər, hətta məmurlar və s. müəyyən etiraz aksiyaları keçirirlər. Ancaq bəla burasındadır ki, orta əsrlərdən bəri planetin varidatını tədricən ələ keçirməyə çalışan sümürgəçi-sələmçi güclərin qurduğu şeytani şəbəkə əksər ölkələrdəki təbii xalq etirazlarına müdaxilə edərək onları öz məqsədləri istiqamətinə yönəltməyə çalışıb və ya daxildəki problemlərdən yararlanaraq özləri “xalq üsyanları” təşkil ediblər. Tarix boyu baş vermiş burjua, socialist və s. inqilablar məhz bu texnologiya ilə körüklənib. SSRİ-nin çökdürülməsindən üzü bəri əksər “rəngli-rəngsiz” inqilablar, o cümlədən son onillikdəki “ərəb baharı”, Ukrayna olayları və s. eyni, sadəcə, xeyli modernləşmiş texnologiya ilə həyata keçirilib”¦
Əslində müasir dünyadakı heç bir dövlət sistemi Allahın cəmi peyğəmbərlər vasitəsilə nazil etdiyi ilahi və bəşəri dəyərlərə uyğun qurulmayıb. Həmin sıraya ABŞ da, İran da, Səudiyyə Ərəbistanı da, Rusiya da və s. daxildir. Amma bu da bir acı gerçəklikdir ki, XX əsrin ortalarından bəri planet sakinlərinin əksəriyyətini ABŞ bir maqnit kimi cəlb edir.  Bu superdövlət nə qədər haqsızlıqlar, ədalətsizliklər etsə də, belə insanlarda Amerika həyat tərzinə qarşı bir sevgi, bir rəğbət var. Bəs bu sevgi haradan qaynaqlanır?.. Əksər insanlar öz nəfsinin aşiqidir. Orta əsrlərdən bəri okeanların otayı- bu tayı boyu istilalara başlamış sümürgəçi dəniz-quldur  psixologiyalı anqlo-saks və sionistlərin qurduğu saxta demokratiya isə  məhz özlərinə sərf edən müəyyən qanun-qadağalar çərçivəsində insan nəfsinə azadlıq verilməsinə əsaslanır. Bu “azadlıq”da, bu “hürriyyət”də halal-haram, vicdan, insaf, namus, qeyrət anlayışları ən sonuncu sıradadır və ya ümumiyyətlə, yoxdur. İnsan nəfsi təbiətən qadağaları xoşlamır, onlardan qaçır”¦ Amerika, Avropa isə deyir ki, dünyəvi dövlətin qanunları çərçivəsində ürəyin nə istəyir et; onu aldat, bunu aldat, çoxüzlü ol, dostuna, yoldaşına xəyanət et, yalnız öz maraqlarını düşün, doyunca araq, pivə iç, donuz əti ye, it əti ye, istəyirsən yarıçılpaq, lap lüt gəz, başqa kişilərlə, heyvanlarla cinsi əlaqəyə gir, özün zinakarlıq et,  arvadının da başqaları ilə gəzməsinə göz yum, dələduzluq et, saxta, zərərli məhsulları, qidaları reklamlar vasitəsilə insanlara sırı, sat, varlan və s. və i.a.  Qanunları pozmamaq şərti ilə bütün bu yollarla pul qazansan, deputat,  hətta prezident seçilsən, heç kəs səni qınamayacaq”¦ Bax, demokratiyanın mahiyyəti budur”¦ Məhz bu səbəblərdən Qərb, xüsusən Amerika, Hollandiya, İsveçrə, Fransa kimi ölkələr insanları maqnit kimi çəkir”¦ Əksər ölkələrin düşünən beyinləri, fitri istedadlı  vətəndaşları o ölkələrə can atır”¦ Osmanlını, Çar Rusiyasını, SSRİ-ni və sosialist sistemini çökdürən də elə bu yanlış “hürriyyət”, “azadlıq” düşüncələri oldu”¦. Təbii ki, Çar Rusiyası və SSRİ-nin mahiyyətindəki naqisliklər, totalitarlıq və işğalçılıq xislətini də inkar etmək olmaz. Məsələ ondadır ki,  ABŞ, Böyük Britaniya, Fransa kimi Qərb ölkələri öz imperialist, işğalçılıq xislətlərini daha ustalıqla “demokratiya”, “azadlıq” qılafına bürüyə biliblər”¦ Odur ki, İran rejiminin Azərbaycan türklərinə qarşı zülmündən, yaxud Rusiyanın Azərbaycan, Gürcüstan, Ukrayna torpaqlarını işğal etməsindən danışıb ən azı, son oniliklərdə müsəlman dünyasını işğal və xaosa qərq etmiş  ABŞ-ı, Britaniyanı, Fransanı və s. cəmiyyətə etalon, nümunəvi dövlət kimi sırımaq  ədalətsizlikdir”¦ Əgər söhbət iqtisadi, texnoloji inkişafdan gedirsə, bir insan kimi mənliyimizi, dəyərlərimizi, Allahın qoyduğu ailə, əxlaq qanunlarını tapdayan,  açıq-açığına zinakarlığı, fahişəliyi təbliğ edən, kişini kişi, qadını qadınla evləndirən, “mavi”ləri başımıza çıxaran inkişaf bizə  gərək deyil”¦
İran kimi dövlətlərdə isə Allaha ibadət, halallıq  və s. əsas prinsiplər kimi götürülsə də, insanların zorla, qadağalarla namaza, ibadətə, hicaba və s. təhrik edilməsi onları İslama cəlb etmək əvəzinə, ondan çəkindirir.  Allah Quranın “Əl-Bəqərə” surəsində buyurur ki, dində məcburiyyət yoxdur. Yəni Yaradan bizə həm Öz yolunu, həm də İblis yolunu göstərməklə seçim haqqı verir. Hər kəs Allaha ibadət yolunu azad şəkildə, öz içindən gələn səslə etməlidir. Məcburiyyət, qorxu altında edilən ibadət insanı ikiüzlüyə, yaltağa çevirir.  Bu baxımdan Türkiyənin hazırkı modeli xeyli qəbulediləndir. Yəni bu dövlətin başçısı da, onun ailəsi də İslam ibadətinə riayət etməkləri zahiri geyim və simalarında, davranışlarında görünür. Türkiyə rəhbərliyi İslamı, Allah yolunu təbliğ edir, ancaq heç kəsin başının üstünü kəsdirmir ki, sən mütləq namaz qılmalısan, hicab bağalamalısan və s.  Bu gün İran gəncləri ineternet-filan vasitəsilə ABŞ və Avropadakı, hətta qonşu Azərbaycandakı həyat tərzini görəndə gözləri bərələ qalır. Onlarda da belə yaşamaq arzusu oyanır. Ancaq ona İslam qorxu ilə deyil, düzgün təbliğatla aşılansa və ölkəsində normal maddi həyat üçün, dolanmaq üçün şərait yaradılsa,  o, heç vaxt yalançı “hürriyyət”ə can atmaz”¦ Nə qədər ki, İran İslam və insan həyatına münasibətdə mövcud modeli dəyişməyib, hazırkı iğtişaşlar yatırılsa belə, daxili narazılıqlardan istifadə edəcək xarici güclər Tehrandakı mövcud rejimin  yıxılmasına gətirib çıxaracaq”¦ 
Bununla belə, biz Quzey  Azərbaycan olaraq “İranın ətini yesək də, sümüyünü atmamalıyıq””¦ Çünki İranın ”əti” onu idarə edən rejimin naqislikləri, haqsızlılarıdırsa, “sümüyü” bu dövlətin bütün səhvləri, nöqsanları ilə bərabər bizimlə eyni dini _İslamı daşıması,  ikincisi onun nəzarət etdiyi ərazidə on milyonlarla qardaşımızın, soydaşımızın yaşamasıdır”¦ Üçüncüsü, bizə sovet dövründən bəri təlqin edilən “İran Azərbaycanı işğal edib” düşüncəsi də yanlışdır. Çünki  bu gün İran adlanan ərazi, Sasanilərdən öncə də, sonra da 1000 ildən çox türk mənşəli tayfaların, ayrıca 400-500 il ərzində Azərbaycan türklərinin  idarəçiliyində olub. 1813-1828-ci illərdə isə  Rusiya ilə müharibədə uduzaraq Quzey Azərbaycanı təslim etməyə məcbur olan farslar yox, son qüdrətli Azərbaycan dövləti olan Qacarlar olub. 1925-ci ildə isə Qacarları fars Pəhləvi sülaləsi ingilislərin yardımıyla yıxıb”¦ Buna rəğmən bu gün də İran idarəçiliyində farslaşmış olsa da, xeyli azərbaycanlı var”¦ Dördüncüsü, İslam dövləti adlanan Tehran rejimi müsəlmanlıq, ümmətçilik anlayışına zidd olaraq  Ermənistanla isti münasibətlər qursa da belə, biz bu ölkə ilə qonşuluqda olduğumuzu və yenə də və ən əsası, oradakı on milyonlarla soydaşımızın varlığını unutmamalıyıq”¦
Əslində son olaylar zamanı həm Quzeydəki, həm Güneydəki türklər ağıl, səbir və təmkinlilik  nümayiş etdirərək İrandakı xaricdən körüklənən iğtişaşlara dəstək vermədi. Və bununla  dolayısıyla İran dövlətinə dayaq durmuş oldu”¦
Bir sözlə,  mason-filan deyilən güclərin  İranı ABŞ-ın, Avropanın əli ilə “xaosdan düzənə” prinsipi ilə İraqın, Suriyanın gününə salmasından Azərbaycan Respublikası zərərdən başqa heç bir fayda görə bilməz. Bəs çıxış yolu nədədir? İlk növbədə rəsmi Tehran öz daxili həm dini, həm də iqtisadi siyasətində İslama və müasir gedişata uyğun korrektələr etməli və ilk növbədə Azərbaycan türkləri və digər müsəlman xalqlara millətçilik, məzhəbçilik yox, İslam ümmətçiliyi bucağından yanaşmalı və onların bir sıra haqlarını tanımalıdır. Azərbaycan da bir müsəlman ölkəsi olaraq İrana, o cümlədən farslara eyni prinsiplə münasibət bəsləməlidir.  İranın dini və siyasi rəhbərliyi Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistanı birbaşa işğalçı kimi tanımalı, onunla, ən azı, iqtisadi ilişkiləri, yəni işğaılçı ölkəyə yardımı kəsməlidir”¦ Əks təqdirdə İran xalqının etirazlarından, daxildəki hakimiyyət hərislərindən, eləcə də türk-fars qarşıdurmasından yararlanacaq ABŞ gec-tez İranın çökməsinə və bu minvalla Xəzər regionunda da xaosun baş qaldırmasına nail olacaq”¦  

Sultan Laçın

"Bu cür dərəbəylik ancaq bizdə mövcuddur və bunu nizamlayacaq heç bir mexanizm yoxdur"
Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi... - FOTOLAR
Qadın sürücü elektrik enerjisi ilə işləyən avtomobilinə benzin vurmaq istədi- MARAQLI...
Tanınmış sənətçi qəfil vəfat etdi
Yüzlərlə maral öldürən ovçuya ibrətamiz cəza - MARAQLI
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
“Onlardan Qarabağ məsələsində hansısa dəstək gözləmək mənasızdır, çünki...”
Cəmiyyət
“Bunlara deyən yoxdur ki, axı efirdəsiniz, savadlı adamlar sizi dinləyir...”
Cəmiyyət
ADU-dan universiteti ittiham edən əməkdaş haqda açıqlama...
Ədəbiyyat
“Atamın bağışladığı kitabları toplayıram ki, onları yenidən çap edim” – Söhrab Tahirin qızı
Maraqlı
Kişiləri mübahisəyə çəkən gizli səbəblər...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Sənin də döşünü kəssəydilər...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
Gürcüstan prezidenti ultimatum verdi: ”Rusiya Qafqazın qonşusu kimi başa düşməlidir ki..."
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə