Xəbər lenti
25/06/2018 [13:04]:
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib
25/06/2018 [13:02]:
“Əcəb edirəm, narkotik də qəbul edərəm, içki də içərəm” -Məşhur meyxanaçı
25/06/2018 [13:00]:
Ermənistanın müdafiə naziri qumarda uduzdu -FOTOLAR
25/06/2018 [13:00]:
Xəstəxanaya at gətirmək ucuz reklamdır - RƏY
25/06/2018 [12:56]:
İncənin “poqonlarını sökəcəyəm” dediyi generalın kəndindən aldığı - Səs...
25/06/2018 [12:55]:
Azərbaycanlı naşirin doğum gününü övladları belə təbrik etdi - VİDEO
25/06/2018 [12:54]:
Volodin Qarabağ münaqişəsi haqqında...
25/06/2018 [12:53]:
“Bu şeylərə görə içimdə böyük peşimançılıq var”- Əlli yaşı olan Şahbaz Xuduoğlu...
25/06/2018 [12:49]:
Dünya Ərdoğanın qələbəsini BELƏ GÖRDÜ - FOTOLAR
25/06/2018 [12:47]:
Putin Ərdoğanı təbrik etdi
25/06/2018 [12:46]:
Ermənilər ayağa qalxdı: Meriya binası mühasirəyə alındı
25/06/2018 [12:44]:
Bakıda məşhur restoran yanır...
25/06/2018 [12:43]:
Vikipediya könüllüləri Ordu gününə öz töhfəsini verdilər - VİDEO
25/06/2018 [12:33]:
22 yaşlı azərbaycanlı müğənni ata olacaq - FOTOLAR
25/06/2018 [12:28]:
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk dəfə yük vaqonları nəql edilib
25/06/2018 [12:19]:
“Bu, Ərdoğanın siyasi nüfuzunun sübutudur” - Putindən təbrik
25/06/2018 [11:59]:
Dünyanın ən çirkin iti - FOTO
25/06/2018 [11:55]:
“Emin Sabitoğlunun estrada janrında olan mahnılarını muğam ifaçısı kimi ilk dəfə ifa etdim”
25/06/2018 [11:52]:
Natavan Həbibi 3 mərtəbəli villa aldı - VİDEO
25/06/2018 [11:44]:
Etibar Əliyevdən Şahbaz Xuduoğluna yubiley təbriki -"Kitab köməyin olsun..."
25/06/2018 [11:37]:
ADAU-nun rektoru Ibrahim Cəfərov Almaniyada səfərdədir
25/06/2018 [11:35]:
Volodin Bakı səfərinin detallarını açıqladı
25/06/2018 [11:27]:
Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Atı gətirməyə icazə olmasa da..."
25/06/2018 [11:23]:
Tərtərdə 87 yaşlı qadından DƏHŞƏTLİ ADDIM
25/06/2018 [11:14]:
Ronaldu iranlı azarkeşlərə müraciət etdi: " Sakit olun! "
25/06/2018 [11:13]:
Azərbaycanda yeni mədəniyyət portalı təsis edildi
25/06/2018 [11:09]:
Azərbaycanlı aparıcı elə FOTOLAR çəkdirdi ki, alt paltarı göründü
25/06/2018 [11:00]:
“Əlli iki illik yorğunluq bu təbriklərlə canımdan çıxır”
25/06/2018 [11:00]:
Roza Zərgərli: "Günaya beş minlik SMS göndərmişəm"
25/06/2018 [10:57]:
Kürdə batan yeniyetmənin meyiti tapılıb
25/06/2018 [10:57]:
“İnşallah xalqımız qələbə paradının da şahidi olacaq”
25/06/2018 [10:49]:
Emin Musəviyə ağır itki...
25/06/2018 [10:45]:
Röya bu paltara 8 mindən çox pul verdi - Fotolar
25/06/2018 [10:33]:
Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılır
25/06/2018 [10:32]:
Müəllimlərin işə qəbulu üçün qeydiyyat başladı
25/06/2018 [10:31]:
Ukrayna dünyanı heyrətə salacaq silahların sınaqlarını KEÇİRDİ
25/06/2018 [10:22]:
İyunun 27-də 70 min şagird buraxılış imtahanı verəcək
25/06/2018 [10:21]:
İtaliyada batan miqrantları xilas etmək qadağan olundu
25/06/2018 [10:19]:
"Türkiyə digərlərinə nümunədir" – Merkel
25/06/2018 [10:14]:
Qarabağ qazisi Ərdoğanın ikinci dəfə prezident seçilməsinə mesaj verdi
25/06/2018 [10:13]:
Ərdoğan prezident seçildi - RƏSMİ
25/06/2018 [10:12]:
Laçının rəmzlərindən biri sayılan Hocaz dağından ürəkdağlayan görüntülər - VİDEO
25/06/2018 [10:09]:
Ermənistan atəşkəsi 98 dəfə pozdu
25/06/2018 [10:03]:
Ərdoğan neçə faizlə qələbə qazandı... - Prezident və parlament seçkilərinin yekun nəticələri
25/06/2018 [09:57]:
Rəcəb Tayyib Ərdoğandan zəfər çıxışı - Video (Yenilənib)
25/06/2018 [09:50]:
Bu gün AŞPA-nın yay sessiyası başlayır
25/06/2018 [09:47]:
Daşkəsənə sel gəldi: Evləri su basdı
25/06/2018 [09:46]:
Qabil Hüseynli: “Moskva Nikol Paşinyanı aradan götürə bilər”
25/06/2018 [09:42]:
Muharrem İnce Ərdoğanın seçkini udduğunu qəbul etdi
25/06/2018 [09:40]:
Türkiyədə Putinə “səs verdilər”...
25/06/2018 [09:38]:
Ərdoğan: "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi"
25/06/2018 [01:53]:
“Vəziyyət çox ağırdı, verdiyiniz pul isə azdır” – Tağıyevdən ADR hökumətinə Novruz jesti
25/06/2018 [01:34]:
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
24/06/2018 [23:24]:
"Türkiyədə sözün əsl mənasında bir demokratiya şöləni yaşandı"
24/06/2018 [23:14]:
Qarabağda dörd yaşlı qız öldü
24/06/2018 [22:47]:
Rusiya səmasında meteorit partladı - VİDEO
24/06/2018 [22:45]:
Dövlət Baxçalı Ərdoğanı təbrik etdi
24/06/2018 [22:43]:
Qüllə kranında namaz qıldı - VİDEO
24/06/2018 [21:59]:
“Arzu edirəm ki, 26 iyun paradı ordumuzun yeni zəfərlərinin başlanğıcı olsun”
24/06/2018 [21:59]:
Türkiyədə seçkilər başa çatdı: Ərdoğan liderdir - YENİLƏNİB
24/06/2018 [21:40]:
Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti oldu
24/06/2018 [21:33]:
Gürcüstanda 100-ə yaxın insan zəhərləndi
24/06/2018 [21:28]:
“Bu parad həm də düşmənlərimizə bir mesajdır”
24/06/2018 [21:18]:
“Taxt oyunları”nın ulduzları evləndi – FOTO
24/06/2018 [21:16]:
Səudiyyə Ərəbistanında qadınlar taksi işinə başladı
24/06/2018 [21:12]:
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
24/06/2018 [21:06]:
Məhərrəm İncəyə ŞOK SÜRPRİZ: səs verdiyi sandıqdan özü çıxmadı
24/06/2018 [20:18]:
Könül Xasıyeva Hacı Nuranın görüşünə gəldi - Bu video ürək parçaladı
24/06/2018 [20:13]:
İlham Əliyev rusiyalı spikeri qəbul etdi - FOTO
24/06/2018 [20:11]:
Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərində liderlik edir
24/06/2018 [19:59]:
"Əlli yaşı olur, amma Şahbaz hələ də gözümdə uşaqdı..." - Sabir Rüstəmxanlı
24/06/2018 [19:53]:
Şahzadə günəşin çıxmasını gözləmədən sükan arxasına keçdi: Qanun qüvvəyə minəndən sonra...
24/06/2018 [19:42]:
Rusiya Dövlət Dumasının spikeri: "Rusiya və Azərbaycan strateji tərəfdaşlardır"
24/06/2018 [19:25]:
Xaçmazda 5 hektar biçilməmiş taxıl sahəsi yandı
24/06/2018 [19:16]:
Türkiyədə seçki məntəqəsində atışma olub, 2 nəfər ölüb, 3-ü yaralandı
24/06/2018 [18:37]:
Türkiyədə səsvermə başa çatıb - səslər sayılır
24/06/2018 [18:25]:
Elza Seyidcahanın heç yerdə görmədiyiniz anası - VİDEO
24/06/2018 [18:14]:
Rusiya Dövlət Dumasının sədri Bakıda...- FOTO
24/06/2018 [17:59]:
Bəşər Əsəd İradə Zeynalovaya cəngəllik qanunlarından danışdı
24/06/2018 [17:52]:
Şimali Koreya lideri 500 türk şəhidinin nəşini Ankaraya qaytarır
Bütün arxiv bir sırada
08/01/2018 [11:43] - Köşə - ( 1802 dəfə baxılıb)

Təbriz dumanlı, Tehran qorxulu...

Elşad Paşasoy

Dünən şəhərdə təsadüfən iki təbrizli soydaşımızla rastlaşdım. Rəşid Behbudovun ev muzeyini axtarırdılar. Birisi “Sahil” tərəfi nişan verdi. Təbrizli qardaş qayıtdı ki, “yox, ”Sahil"də Bülbülün, Məmməd Səid Ordubadinin ev muzeyləridir, Rəşidin evi “Azneft” tərəfdə olmalıdır".

Doğrusu, bu mənzərə məni çox sevindirdi. Bakıda yaşayanlarımızın əksəriyyəti korifeylərimizin ev muzeyinin yerini bilməsə də, güneyli soydaşlarımız onlarla daha çox maraqlanır, ziyarətinə gəlir, küçəbəküçə gəzib axtarır, “Dumanlı Təbriz”in müəllifinin ev muzeyinə baş çəkir. Milli mədəniyyətimizə sahiblənməyin gözəl nümunəsidir.

İmkan düşmüşkən o taydakı, İrandakı vəziyyət barədə soruşdum. Məlum oldu ki, qardaşlarımız dekabrın sonlarında Bakıya gəliblər - yeni ili qeyd etməyə. O tayda vəziyyətin yaxşı olmadığını dedilər. Odur ki, geri qayıtmağa tələsmirlər. “Bir az sakitlik yaransın, sonra geri dönək, yoxsa başımız bəla çəkər” - dedi güneyli qardaşımız.

Vəziyyət belədir. İran hakimiyyəti son həftə ərzində ölkə daxilində baş verənlərin səbəbini xaricdə arayır. İddia olunur ki, prosesləri tətikləyən ABŞ və İsraildir. Amma Azərbaycanın müstəqilliyini heç vaxt həzm edə bilməyən Tehran hər zaman şübhələnir ki, onun xarici düşmənləri Azərbaycan vasitəsilə planlarını həyata keçirirlər - baxmayaraq ki, Azərbaycan hər zaman qonşuluq, müsəlman həmrəyli prinsiplərinə sadiqlik nümayiş etdirib, hətta Qərbin təzyiqlərinə rəğmən, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyib.

Ancaq nə olsun? İranın Azərbaycana qarşı gerçək münasibəti dəyişmir ki, dəyişmir. Bundan əvvəl dəfələrlə Bakıya gəlib-gedən güneyli gənclər geri dönəndən sonra sorğu-suala çəkilib, barəsində edam cəzası çıxarılan da olub. Onlar da “Azərbaycana cəsusluqda” ittiham edilib. Bu mənada təbrizli iki gənc qardaşımızın təşvişi anlaşılandır.

Sovet vaxtı kiminsə kimdənsə xoşu gəlməyəndə götürüb yuxarılara “donos” yazırdı ki, “İranda qohumu yaşayır”. Xüsusilə də vəzifəli şəxslər üçün bu, intihara bərabər ittiham idi. İndi də İrandakı rejim öz vətəndaşlarının xarici ölkələrlə əlaqəsinə olduqca həssas yanaşır, hər şeydən şübhələnir.

Bu da faktdır ki, İran hakimiyyəti hər zaman müsəlman həmrəyliyindən danışır, ancaq məscid dağıdan Ermənistanla birgə “azad iqtisadi zona” yaradır, Araz çayı üzərində birgə elektrik stansiyası tikir, bu ölkəyə “oksigen” verir. Hələ üstəlik İran parlamentinin sədri utanmazcasına Ermənistanı “bölgədə sülhün dayağı” adlandırır. Heç olmasa, Şuşanın işğalını xatırlaması lazım idi. Tehranın Qarabağ vasitəçiliyinə Ermənistan Şuşanın zəbti ilə “cavab” vermişdi. Əslində İran buna görə İrəvanı cəzalandırmalıydı - onun vasitəçilik təşəbbüsünə tüpürdüyü üçün...

Təbrizli millət vəkili Əhməd Əlirzabeygi prezident Ruhaninin illər öncə “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılması haqda verdiyi vədi yerinə yetirmədiyini deyib. Təsəvvür edin, adicə vədə əməl etmirlər, çünki adında “türk dili” var. Hər seçkidə Azərbaycan türklərinin qəhrəmanlığından danışır, ana dilində məktəblərin yaradılacağını vəd verirlər. Amma bu vədlər 1979-cu ildən kağız üzərində qalıb.

Bəli, güneylilər çox narazıdır. Ancaq baş verənlərdən çox da uzaqgedən nəticələr çıxarılmamalıdır. Unutmayaq ki, lokal etirazları nəzərə almasaq, Azərbaycan türkləri son etirazlara qatılmadı. Bu mənada xüsusilə də xaricdə yaşayanlar güneylilərin taleyini düşünüb diqqətli olmalıdırlar. Doğrudur, “Traktor” azarkeşləri fars şovinistlərinin təhqirlərinin qarşılığında “Azərbaycan bir olsun - Mərkəzi Təbriz olsun” hayqırır. Bu, millətin səsi, bölünmüş xalqın harayıdır. Ancaq ədalətsiz dünyanın reallıqları var. Ötən əsrdə hətta dövlətini quran Güney Azərbaycana edilən xəyanətləri unutmamışıq. Bütövləşmək arzumuzdur, amma təəssüf ki, bu, indi real deyil.

Bu gün güneylilərin təbii haqlarını alması üçün dəstək olmaq lazımdır. Ana dilində yazıb-oxumaq haqqına sahib olmayanların dövlət qurması real deyil. İran Konstitusiyasında təsbit olunmuş haqların tələbindən kənara çıxılsa, Tehranın əlinə fürsət düşəcək, toplumu əzmək, “qaymağı” yığmaq üçün... Bəlkə elə bu hadisələr nəbz yoxlanışıdır.

Əsr dəyişib, amma Təbriz yenə də dumanlıdır. Nə baş verir, bilinmir. Dünya güclərinə meydan oxuyan Tehran da çox qorxuludur. Odur ki, ehtiyatlı, həm də fors-major situasiyalar üçün tədbirli olmalıyıq.

P.S. Görəsən, Bakıya gəlmiş təbrizli soydaşlar evlərinə dönə bildilərmi?

Elşad Paşasoy

Azərbaycanlı naşirin doğum gününü övladları belə təbrik etdi - VİDEO
22 yaşlı azərbaycanlı müğənni ata olacaq - FOTOLAR
Natavan Həbibi 3 mərtəbəli villa aldı - VİDEO
Azərbaycanlı aparıcı elə FOTOLAR çəkdirdi ki, alt paltarı göründü
Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bu şeylərə görə içimdə böyük peşimançılıq var”- Əlli yaşı olan Şahbaz Xuduoğlu...
Cəmiyyət
“Emin Sabitoğlunun estrada janrında olan mahnılarını muğam ifaçısı kimi ilk dəfə ifa etdim”
Cəmiyyət
Laçının rəmzlərindən biri sayılan Hocaz dağından ürəkdağlayan görüntülər - VİDEO
Araşdırma
“Nəsib bəyin komandası Avropa ölkələri üçün nümunədir” – İngilis ali komissarının tarixi məktubu
Gündəm
“Azərbaycan əsgərinin addım səslərini eşitmək bizim üçün şərəfdir”
Həftənin ən çox oxunanları
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
Afaq Aslan Damlanın keçmişilə bağlı qalmaqallı iddianı təsdiqlədi: "Pula görə yad kişilərin stollarının altından..."
Azərbaycanlı aparıcını tənqid etdilər: "Soyunmaqla gündəmə gəlmək istəyir" - FOTOLAR
"Bu, Azərbaycan kişisinə yaraşan addım deyil ki, kiməsə geyiminə görə müdaxilə etsin"
Öldüyü düşünülən gənc dəfn zamanı ortaya çıxdı - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin