Xəbər lenti
19/09/2018 [12:47]:
Qadın intim fotoları ilə onu şantaj edəni bağışladı: "Anam onun oğlunu yuxuda görüb"
19/09/2018 [12:39]:
Rusiyada 23 nəfər şaurmadan zəhərləndi
19/09/2018 [12:31]:
İrandan gələn vətəndaşda heroin aşkarlandı - VİDEO
19/09/2018 [12:26]:
İtaliyada yaşayan Türk jurnalist tarixi uğura imza atdı
19/09/2018 [12:26]:
“Moskva Yaxın Şərqdəki münaqişələrdən milyonlar qazanır”
19/09/2018 [12:24]:
Trampın uzun saçlarının sirri açıldı: Boynunun ardındakı keçəli örtmək üçünmüş...
19/09/2018 [12:20]:
İnam Kərimovun işdən çıxardığı şəxsə Muxtar Babayev VƏZİFƏ VERDİ
19/09/2018 [12:14]:
"Beş-on nəfər qaragüruhçu qalxıb deyəcək ki, "yoxsa dövlətdən inciyərik""
19/09/2018 [12:10]:
Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolundakı təpələri söküləcək - Tıxaca əncam axtarılır
19/09/2018 [12:06]:
Messi Ronaldunu geridə qoydu
19/09/2018 [11:56]:
Zakir Həsənov Sergey Şoyquya başsağlığı verib
19/09/2018 [11:51]:
Yevgeni Satanovski: " Heydər Əliyev SSRİ-nin dağılmasına imkan verməzdi"
19/09/2018 [11:50]:
Ermənistan ordusu çətin birdə özünə gəlsin...
19/09/2018 [11:49]:
Ermənistan müdafiə naziri ordunu idarə edə bilmir
19/09/2018 [11:49]:
Maduro Nüsrətin restoranına getdi, xalqını qəzəbləndirdi - VİDEO
19/09/2018 [11:47]:
Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək
19/09/2018 [11:44]:
Prezident Avstriyanın vitse-kansleri ilə görüşdü
19/09/2018 [11:31]:
“Paşinyan hay-küy salmaqla Ermənistanın Azərbaycan qarşısındakı zəifliyini ört-basdır etməyə çalışır”
19/09/2018 [11:25]:
Ruhulla Axundov o dərəcədə döyülürdü ki... - V məqalə
19/09/2018 [11:11]:
Vətəndaş “Azəriqaz” İB əməkdaşlarının əlindən FƏRYAD EDİR...
19/09/2018 [11:10]:
Türkiyədən gələnlər Qənirə Paşayeva ilə görüşdə "daima Azərbaycanın yanındayıq" deyiblər
19/09/2018 [11:06]:
Metronun “Xətai” stansiyası 1 illiyə bağlanır
19/09/2018 [11:05]:
Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT
19/09/2018 [11:03]:
İlahiyyat İnstitutunda yeni TƏYİNATLAR
19/09/2018 [11:01]:
Məktəb direktorları toplandı: Nazir müavini tapşırıq verdi
19/09/2018 [10:59]:
Rusiya ada bir MDB ölkəsində “İsgəndər” raketləri yerləşdirdi
19/09/2018 [10:53]:
“Söhbət milyonların geri qaytarılmasından gedir”
19/09/2018 [10:46]:
Xatirə şəhid ailəsinə söz verdi - “Müşviq bulağı” tikdirəcək
19/09/2018 [10:42]:
Qarabağ yolunda Paşinyanın qarşısını iki ayı kəsdi... - FOTO+VİDEO
19/09/2018 [10:39]:
Yüksək bal toplayaraq ADAU-nu seçən 82 tələbəyə əlavə təqaüd veriləcək
19/09/2018 [10:34]:
Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşır
19/09/2018 [10:25]:
Polis borca görə 19 nəfəri saxladı
19/09/2018 [10:22]:
İlham Əliyev Masallıda Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış oldu
19/09/2018 [10:17]:
"Xankəndinə bayrağı əsgər Heydər Əliyev asacaq" -Siyavuş Novruzov
19/09/2018 [10:02]:
Havanı çirkləndirən zavodla bağlı sənədlər məhkəməyə göndərildi
19/09/2018 [09:58]:
Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi məlumat yaydı
19/09/2018 [09:56]:
Paşinyan bizlərə Murovdan aşağı baxdı… - Onu təcili ordan endirməsək!..-Fotolar
19/09/2018 [09:49]:
Qəflətən Qarabağa gələrək sərsəmlədi: "Biz sülh danışıqlarına da, müharibəyə də hazırıq”
19/09/2018 [09:42]:
Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçıb
19/09/2018 [09:34]:
Bu gün Çempionlar Liqasında I tura yekun vurulacaq - TƏQVİM
19/09/2018 [09:23]:
Onlara yeni mənzillər verildi -FOTOLAR
19/09/2018 [09:06]:
Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR
19/09/2018 [09:04]:
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anıldı
19/09/2018 [08:48]:
Azərbaycana gələn ərəblərin sayı artdı
19/09/2018 [08:46]:
Şimali və Cənubi Koreya prezidentləri hərbi sahədə saziş imzaladılar
19/09/2018 [08:44]:
Bir ayağı olmayan qız “İtaliya gözəli” seçildi
19/09/2018 [08:39]:
100 il öncə Bakını millətçilik yox, ümmətçilik xilas etdi... -FİKİR SAVAŞI
19/09/2018 [08:31]:
Dietoloq məktəblilərlə bağlı çağırış etdi
19/09/2018 [00:48]:
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
19/09/2018 [00:23]:
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
19/09/2018 [00:18]:
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTOLAR
19/09/2018 [00:16]:
Üzeyir bəyin fövqəlzəkası – “Məşədi İbad papağı”nın sirri – Anım günü
18/09/2018 [23:57]:
Ermənistan: "Saşik" Sarkisyan bankda dondurulmuş pullarından büdcəyə "pay verməyə" hazırdır
18/09/2018 [23:53]:
Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!
18/09/2018 [23:47]:
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
18/09/2018 [23:34]:
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
18/09/2018 [23:28]:
“Milyonçu Tağıyevin Hacıbəyli qardaşlarna ayırdığı pulu mühasib niyə gizlədir? – Anım günü
18/09/2018 [23:20]:
“Televiziya kanalları, mətbuat Üzeyir bəyi bu gün bir az da çox təbliğ etməlidirlər, çünki....”
18/09/2018 [23:17]:
Yaşlı kişi əli silahlı soyğunçulara meydan oxudu - VİDEO
18/09/2018 [23:16]:
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
18/09/2018 [23:13]:
NATO nümayəndəsi: "Ermənistanın yeni rəhbərliyi bizi ürəkləndirir"
18/09/2018 [23:03]:
Ölən dostlarının ətrafına toplaşaraq yas tutdular - VİDEO
18/09/2018 [22:59]:
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhnələşdirirlər” – Cavanşir Quliyev
18/09/2018 [22:40]:
Taleh Məmmədov Minskdə çempion oldu
18/09/2018 [22:22]:
“Onlar bir-birlərinə qarşı ortada görünmədən mübarizə aparacaqlar”
18/09/2018 [22:15]:
İsrail KİV-ləri: “Liberman Azərbaycanı kəşf etdi”
18/09/2018 [21:41]:
Netanyahu Putinə zəng etdi
18/09/2018 [21:39]:
“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi
18/09/2018 [21:38]:
Qobustan rayonunda zəlzələ oldu
18/09/2018 [21:32]:
İçməli sudan 27 min insan zəhərlədi
18/09/2018 [21:31]:
“Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub” -İlham Əliyev
18/09/2018 [21:09]:
İlham Əliyev: “Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”
18/09/2018 [20:48]:
"Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir"
18/09/2018 [20:45]:
Qatarla 1,7 milyondan çox sərnişin daşındı
18/09/2018 [20:44]:
"Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
18/09/2018 [20:42]:
Daxili İşlər Nazirliyi həkim axtarır
18/09/2018 [20:42]:
Hamburq universitetinin professoru Azərbaycanda separatçılara dəstək verdi - FOTOLAR
18/09/2018 [20:41]:
"Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir" - Fikrət Qoca
18/09/2018 [20:39]:
Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
18/09/2018 [20:37]:
Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı
Bütün arxiv bir sırada
09/01/2018 [23:21] - Ədəbiyyat - ( 3165 dəfə baxılıb)

Zəlimxan Yaqubun Yunus Əmrə ilə görüşü- Şairin sufiliyə gedən yolu




Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ən məşhur simalarından olan mərhum Xalq şairi Zəlimxan Yaqubun vəfatından iki il ötür.

Bu məqsədlə, Moderator.az saytında şairin irfanı dünyagörüşünə həsr etdiyimiz esseni təqdim edirik:             
Zəlimxan Yaqub dünyasını dəyişən zaman sosial şəbəkələrdə      yazılan çoxsaylı başsağlıqları içərisində tanınmış şairlərdən birinin qeydi diqqətimizi çəkdi. O, Zəlimxan Yaqubun ölümünü Azərbaycan poeziyasının yaddaş itkisi sayırdı.”Azərbaycan şeiri öz yaddaşını itirdi” , yazmışdı Rüstəm Behrudi”¦


Şeir, qoşma, gəraylı, poema, məqalə yazmasından asılı olmayaraq Zəlimxan Yaqub ömrünün sonuna qədər yalnız bir missiyanın daşıyıcısı oldu: “dədə ocağından köz almaq” və həmin közü bu gün də sönməyə qoymamaq missiyasının. Köz dediyin əslində dədələrdən, babalardan qalan və milli yaddaş sistemimizi formalaşdıran həqiqət toplusudur. Zəlimxan Yaqub nə yazdı, nə yaratdısa hamısı elə o KÖZ üçün idi. Yunus Əmrədən, Mövlanədən, Dirili Qurbanidən,  Şah Xətaidən, Miskin Abdaldan, Hacı Bektaşdan, Qaracaoğlandan, Dədə Ələsgərdən şölələnə-şölələnə gələn KÖZ üçün”¦
1950-ci ilin yanvarında Borçalıda dünyaya göz açıb,  2016-cı ilin yanvarında dünyaya göz yuman şair bu açmaqla-yummaq arasındakı intervalda Zəlimxan Yaqub olmağın düsturlarını da o dədələrin hesabına çözə bildi.

“Yunus Əmrə dastanı” poemasının girişində yazdığı kimi: ”nəsə ürəyimə dammışdı. Sümüyümə düşən, könlümə yatan bir müqəddəs duyğu mənə rahatlıq vermirdi. Kimisə axtarırdım, nəyisə gəzirdim. Heç özüm də bilmirdim, kimi axtarıram, nəyi gəzirəm. Günlərin birində  mənə elə gəldi ki,  qeybdən qulağıma səslər gəldi. “Axtardığın Xorasan dərvişi, ozanlar ozanı Yunus Əmrədir. Gəzdiyin onun haqqa qovuşan nəfəsidir, axtar, tap, qovuş o dərgaha” ”“ dedilər. O gündən bu səslərin sorağına düşdüm. Türkün yazılı tarixi kimi səsə hopan, sözə çökən, yaddaşa yazılan Yunus Əmrə dərgahına doğru gedən bir yolçuya döndüm”  

           “Yunus sözü demək üçün yurd dilini bilməlisən
             Bu millətin xilaskarı qurd dilini bilməlisən
            Mələklərlə söhbət üçün quş dilini bilməlisən
            Torpaq ilə həmdərd olub xış dilini bilməlisən
            Bu aləmin, bu dünyanın
            İç dilini bilməlisən, dış dilini bilməlisən”   
                  (Z.Yaqub, “Yunus Əmrə dastanı” poemasından)

             Zəlimxan Yaqub şeirlərində Türk-İslam əxlaqının izlərini  arayan araşdırmaçılardan biri həmin şeirlərin Şeyx Tapdıq tapusundan, Mövlanə dərgahından su içməsinə, oradan ruh almasına işarə olaraq yazır:
“Əsərlərini fars dilində yazmasına baxmayaraq, ilk dəfə türk dilində söyləyən, XIII əsr təsəvvüf poeziyasının ilk böyük nümayəndəsi Mövlana Cəlaləddin Rumiyə həsr etdiyi “MÖVLANA TÜRBƏSİNDƏ” əsəri şairin Türk-İslam ənənələrinə sadiqliyini ədəbi fakt kimi bir daha təsdiqləyir.
Müasir dövrdə Türk-İslam əxlaqının ən gözəl xüsusiyyətlərini özündə birləşdirən Zəlimxan Yaqub əsərləri tarix boyu türk xalqının yüksək əxlaq sahibi olmasını bir daha sözün həqiqi mənasında oxucunun gözü önündə canlandırmaya bilmir. Bu da öz növbəsində əsası XIII əsrdə Yunus Əmrə tərəfindən “Vəhdəti-vücud” fəlsəfəsinin, yaxud da Mövlana Cəlaləddin Ruminin zərrənin - insanın bütövə - Allaha yaxınlaşması fəlsəfəsinin qaranlığına dalmasından irəli gələn faktordur.
Qarsın xocası Fövzi paşa məktəb müdiri Şahmət Bilgirə ulu sevgilərlə ünvanladığı “ŞAHMƏT XOCA” şeirində poetik olması baxımından poeziya həvəskarlarının qəlbini Türk-İslam əxlaqının çalarları ilə zənginləşdirir.

Qars ilə oyanırdım, Konya ilə yatırdım,
Ən şirin arzuların xoş ətrinə batırdım.
Bu torpaqla görüşə lap çoxdan can atırdım,
Yaxşı ki, ömrüm sənə tuş oldu, Şahmət Qoca!” 


Hürufilər varlığın hikmətini, kainatın sirlərini insan sifətində təcəlla etməsini əsas nəzəriyyə kimi qəbul edirdilər. Onların düşüncəsinə görə, insan  siması ilahi nizamı əks etdirən bir kitabədir. İnsan üzündə baş verən hər bir dəyişiklik kainatda dəyişilmələrə gətirib çıxarır. 
Zəlimxan Yaqubun 4 ildən çox xəstə halını, fiziki baxımdan xeyli dəyişməsini zəifləməsini insanlar ürək ağrısı ilə qarşılayırdılar. Amma kim nə deyir desin, şəxsən mənim üçün Zəlimxan Yaqub məhz o simada, o formada əsl şair və millət, Haqq sevdalısı idi. Ağarmış saç-saqqal, nurani sima və bu nuranilikdə əks olunan üzüntü, ağrı onu sanki xanəgah şeyxlərinə bənzədirdi. Məhz o formadakı Zəlimxan Yaqub məzmun etibarilə də əsl Zəlimxan Yaqub idi. Yuxarıda dediyimiz kimi köz qoruyucusu idi. Hürufilərin dediyi kimi, kainatın bütün ahəngi, ilahi nizamı simasına nuranilik, müdriklik versə də, bəşəri insan əzabı onun vücudunu zəiflədirdi. Odur ki, Zəlimxan Yaqub ömrünün sonunda təkcə qələmi ilə yox, həm də yerişi ilə, nəfəs alması ilə də şeir yazırdı. Bir neçə dəfə onu ədəbi tədbirlərdə görmüşdüm, hər zaman da ağır-ağır yerişində
hansısa şeirin yazılma şahidi olmuşdum.

O halı ilə Zəlimxan Yaqub əlində dəmir əsa, ayağında cırıq çarıq olan, çilləsinin sonuna çatmış, mürşidləşmiş, Haqqa gedən yolun bütün koordinatlarını müəyyən etmiş bir dərviş idi”¦ 
Şaqraq, gur çağında yox, məhz ağrılı, ağ saçlı-saqqalı halında bu yolu, bu izi tapmışdı Zəlimxan Yaqub”¦ Bu izlə gedirdi. Hərdən Əhməd Yasəvi, hərdən Mövlanə, hərdən Pir Sultanla, hərdən də Yunusla söhbətlər edirdi. Söhbət edə-edə uzaqlaşırdı, uşaqlaşırdı şair”¦ Mövlanə gileylənirdi ki, Tanrıya gedən yolun hansı pillələrini fəth etdimsə, qoca türkmək şairi Yunusu qarşımda gördüm. Bizim şair isə ustadın onun qarşısına çıxmasını çox istəyirdi, bu eşqlə yaşayırdı. Çünki bilirdi ki, “mələklər dilində danışan ustad Yunus” nə zamansa qarşısına çıxsa deməli, o, öz şair səlahiyyətini, KÖZ qoruma missiyasını uğurla yerinə yetirib:

“Yırtıldı ayağımda geydiyim dəmir çarıq
Nə olar ki,  bir dəfə mənim də qarşıma çıx”


Böyrəklərindən əməliyyat olunaraq keçirdiyi ağır xəstəlik illəri əslində kimsəsiz Anadolu çöllərində, dərviş babalarının izini axtardığı illər idi”¦ Ağrılı da olsa, xoşbəxt illər...  
Xəstə halı ilə bu dörd il ərzində öz içində, Analodu torpaqlarında, Rum ellərində, Azərbaycan məmləkətində dərvişlərin keçdiyi izlərlə gəzdi”¦  Şair bəlkə nə vaxtsa xəyal etməzdi ki, içində gəzmək bu qədər çətin, bu qədər dərin bir aləmdə səyahət imiş”¦ Əslində Zəlimxan Yaqubun ömrünün son illərində üz cizgiləri dəyişməsə idi o bəlkə də bu izləri tapa bilməzdi. Çünki Nəimi baba demiş, üz cizgilərinin dəyişməsi insanla kainat arasındakı hansısa gizli dialoqa bir işarədir. 
Şairin şeirləri ilə ney naləsi, saz cingiltisi arasında daxili sinergetik əlaqələr hər zaman hiss olunub. Həmin şeirlərdən neyi çıxarıb, sazı götürmək əslində Zəlimxan Yaqubun ruhunu öldürmək demək idi. Amma bu gün də həmin şeirlərdə neyin, sazın baş-başa verib məna aləmi haqqındakı pıçıltılarını eşidə bilirik. 


Əfsanəyə görə, Tanrı insanın vücuduna öz ruhunu göndərmək istədi. Onun  özündən  bir zərrə edib özünə qovuşana qədər müdrik olub-olmayacağını yoxlamaq qərarına gəldi. Amma necə etdisə, nə etdisə yenə də bir nəticə hasil olmadı. Axırda Cəbrayıl mələk saz oldu, səsləndi. Bəni-Adəm övladı o səsi eşidən kimi məst oldu. Allahın ruhu da o zaman insanın könül dünyasına daxil oldu”¦ 
Təsəvvüf alimləri, övliyyalar bu əfsanəni çox sevər və hər zaman təkkədəki müridlərə söylərmişlər.  İrfan şairlərinin yazdıqlarında,  haqq aşıqlarının qoşduqlarında İlahi nur, Göy işığı ora saz vasitəsilə daxil olub. Bu gün də həmin şeirləri oxuyanda arxa fondakı saz səsi insan ruhunu oxşayır. Bu çox təbiidir”¦ Çünki insan ruhu o səsi eşitcək gəldiyi yerləri bir anlıq da olsa xatırlayır. Silinmiş yaddaş sistemini bir anlıq da olsa bərpa edir. Zəlimxan Yaqubun şeirləri də əslində silinmiş yaddaşın bərpası yolunda bir addımdır. Yuxarıda dediyimiz kimi, şairin ölümü əslində milli yaddaş sistemini qoruyan bir deponun süqutu idi”¦


2016-cı il yanvarın 9-da şair fiziki baxımdan öldü”¦ Həmin gün yaradıcılığının son məhsullarından olan “Yunus Əmrə dastanı” və “Peyğəmbər” poemalarını vərəqlədim. Saz səsi, ney naləsi, cırılmış çarıq tappıltısı bir-birinə qarışmışdı”¦ Zəlimxan Yaqub isə xoşbəxt görünürdü.”Nə olar ki, bir dəfə mənim də qarşıma çıx” dediyi Yunus Əmrə ilə qədim türk topraqları, türk insanları haqqında quş dilində söhbət edirdilər”¦

Elmin Nuri


Vətəndaş “Azəriqaz” İB əməkdaşlarının əlindən FƏRYAD EDİR...
Alimlər 15 yaş cavan görünmənin sadə sirrini "tapdılar"...
Türkiyəli alim Azərbaycanda dissertasiya müdafiə etdi
Bu avtomobildən neçə adamın çıxdığına inanmayacaqsınız - VİDEO
Bu restoranda yemək yemək üçün çevik olmaq lazımdır - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Trampın uzun saçlarının sirri açıldı: Boynunun ardındakı keçəli örtmək üçünmüş...
Cəmiyyət
“Menyuların yalnız xarici dildə olması əsas problemdir”
Mədəniyyət
"Buradakı tələbələr Üzeyir bəyin kimliyini yaxşı bilirlər, əsərlərini səhnələşdirirlər” – Cavanşir Quliyev
Köşə
Az qalıb, bəy!
Cəmiyyət
"Onun böyüklüyü ondadır ki, əlində olan vəsaitini jurnalistikanın inkişafı üçün xərcləyib"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim"
"Cənab Prezident, çox hörmətli Mehriban xanım, bu sətirləri Sizə utanaraq yazırıq..."
Mehriban Əliyevanın təşəbbüsü ilə 1-ci siniflərə - Hədiyyə
Fərhad Əliyevin kəndində evləri daşa basıb, sakinləri qorxuya salan kimdir? - VİDEO
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə