Xəbər lenti
12/12/2018 [13:37]:
Qənirə Paşayeva Heydər Əliyevdən yazdı -"Könüllərdə yaşayanlar ölmürlər"
12/12/2018 [13:31]:
Hacıbala Abutalıbov Heydər Əliyev haqqında şeir dedi - VİDEO
12/12/2018 [13:25]:
Yol polisi texniki baxışa görə sürücülərə müraciət etdi - Qaydalar dəyişib
12/12/2018 [13:21]:
UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb...
12/12/2018 [13:17]:
Sabah külək güclənəcək - PROQNOZ
12/12/2018 [13:13]:
Avropa Məhkəməsində Şahbazla Dilqəm haqda müsbət nəticə əldə oluna bilər
12/12/2018 [13:08]:
Heydər Əliyevin xatirəsi Lənkəranda ehtiramla yad olunub... - FOTOLAR
12/12/2018 [13:06]:
Azərbaycan nefti UCUZLAŞDI
12/12/2018 [13:03]:
Çobanovun evindən qumbara tapıldı
12/12/2018 [12:57]:
“O şeirlərə görə başsağlığı vermək əvəzinə, hamı təbrik edirdi...” -“Çox qəribə taleyim var”
12/12/2018 [12:55]:
“İstanbul və Azərbaycan türkcəsi ümumtürk dili üçün daha münasibdir”
12/12/2018 [12:54]:
Səidə ərsiz doğan məşhurları biabır etdi: “Ona “zontik” kimi baxmaq…”
12/12/2018 [12:47]:
Bakıda vəzifəli şəxsin törətdiyi qətllə bağlı – Rəsmi açıqlama
12/12/2018 [12:45]:
DİN-dən əməliyyat: 25 həbs
12/12/2018 [12:40]:
Nadirin evində oğurluq olub: “50 min dolları apardılar”
12/12/2018 [12:25]:
Putinin yaxın adamının şirkəti  Ermənistanda mis çıxaracaq?..
12/12/2018 [12:15]:
"Düzünü deyim, hamımız qorxmuşduq..." -Deputatın Heydər Əliyev xatirələri...
12/12/2018 [12:07]:
Avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verdi
12/12/2018 [12:06]:
Çavuşoğlu Bakıya gəlir
12/12/2018 [12:04]:
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
12/12/2018 [12:02]:
Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL
12/12/2018 [11:50]:
Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi -FOTOLAR
12/12/2018 [11:43]:
Paşinyanın yeni kadr təyinatları məlum oldu
12/12/2018 [11:39]:
“Huawei” şirkətinin maliyyə direktoru sərbəst buraxılıb - Məhkəmə qərarı
12/12/2018 [11:34]:
İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqləndi
12/12/2018 [11:31]:
Əhali pulu hara xərcləyib?
12/12/2018 [11:26]:
Serialı yarımçıq tərk etdi, 112 min cərimələndi
12/12/2018 [11:15]:
"Saza baxsın tariximi yazanlar..."
12/12/2018 [11:11]:
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
12/12/2018 [11:07]:
Di Kaprio “Oskar”ı geri qaytarır -FOTOLAR
12/12/2018 [11:06]:
Milan Konservatoriyasının professoru: ”Novruz Novruzlu Dədə Qorqud kimi müdrik danışırdı”
12/12/2018 [11:01]:
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
12/12/2018 [10:57]:
Ağcabədidə zəlzələ olub
12/12/2018 [10:52]:
Arktika planetin qalan hissəsindən iki dəfə daha tez “isinir”miş - ARAŞDIRMA...
12/12/2018 [10:43]:
Assosiasiyada kadr dəyişikliyi oldu
12/12/2018 [10:32]:
Heydər Əliyev FOTOLARDA...
12/12/2018 [10:30]:
At hərəkət edən avtomobili vurdu və qaçdı - İnanılmaz yol-nəqliyyat hadisəsi... + VİDEO
12/12/2018 [10:29]:
İşəgötürənlərin məlumatlandırılması üçün tədbirlər keçirilib
12/12/2018 [10:25]:
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
12/12/2018 [10:07]:
Ermənilər cəbhədə təxribatlara davam etdi
12/12/2018 [10:04]:
"Hələlik Moskvada hansı yolla Paşinyanı yıxmaq barədə müzakirələr gedir..."
12/12/2018 [10:01]:
Dünyanın ən bahalı toy mərasimi başladı -FOTOLAR
12/12/2018 [09:58]:
“Facebook”un binası boşaldıldı - Bomba xəbərdarlığı
12/12/2018 [09:56]:
"“Xanımlar ürəklə yox, ağılla sevsinlər..."
12/12/2018 [09:54]:
“Sarı jiletlilər” sakitləşmir - Yeni aksiya üçün çağırış edildi
12/12/2018 [09:48]:
Tramp: "Xalq müdafiəmə qalxacaq"
12/12/2018 [09:47]:
Qəhvənin ağlasığmaz faydası aşkarlandı
12/12/2018 [09:45]:
Çempionlar Liqasında 6-cı tur - “Qalarasaray” qismən xilas oldu - NƏTİCƏLƏR
12/12/2018 [09:30]:
Pul və xoşbəxtlik arasında sirli əlaqə varmı? - MARAQLI...
12/12/2018 [09:13]:
Liderləri Tanrı seçir...
12/12/2018 [09:05]:
Dünyanın ən varlı yazıçıları - SİYAHI
12/12/2018 [09:03]:
"Sonra anladım ki, Heydər Əliyev bunu bilərəkdən edib" - Xalq artisti İran xatirələrindən DANIŞDI
12/12/2018 [09:01]:
İsgəndər Həmidovun "Müxalifət zirvəsi" təklifi birmənalı qarşılanmadı Kimlər qarşı çıxdı...
12/12/2018 [08:57]:
“Qarabağlar”dan çıxmış jurnalist: “Uşaqlığımızın bütün “ixtiraları” evimizin yaxınlığında yerləşən göllə bağlı idi”
12/12/2018 [08:49]:
Milli Onkologiya Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi... - “Milli” sözünü bu adlara niyə qoşublar?
12/12/2018 [08:48]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
12/12/2018 [08:22]:
Su üzündə “qalan” məscid üzə çıxdı- FOTOLAR
12/12/2018 [07:35]:
Oğrunun əli hansı hallarda kəsilməlidir?- Allahın müəyyən etdiyi cəza...
12/12/2018 [00:33]:
Vüqar Əhməd AMEA Ədəbiyyat institutuna şöbə müdiri təyin edildi
11/12/2018 [23:58]:
"Əsas olan seçicilər üçün əlçatan olmaqdır, məkan önəmli deyil..."
11/12/2018 [23:51]:
Parlamentdə yer almayan ən populyar partiya...
11/12/2018 [23:41]:
ATƏT PA sədri: "İşğalçılara qarşı sanksiyalar tətbiq olunmalıdır"
11/12/2018 [23:31]:
Məhkəmə azərbaycanlını yüksək vəzifəyə bərpa etdi –Ukraynada Roman Nəsirova qarşı iddialar sübut olunmayıb
11/12/2018 [23:29]:
“Ərdoğan artıq mənə iki gündən bir yox, altı gündən bir “Hitler” deyir”
11/12/2018 [23:01]:
Saday Şəkərli Mübariz Mənsimova müraciət etdi: "Əyilmədim, yalvarıb kiməsə əl açmadım...."
11/12/2018 [22:55]:
Rus səfir, pop-ulduz, ağır atlət, hüquqşunas... - Trampın impiçmenti üçün hansı sübutlar toplanıb?
11/12/2018 [22:52]:
Vladimir Solovyov bu elanı ermənilərlə müzakirəyə çıxaracaq...
11/12/2018 [22:41]:
Tereza Mey “Mercedes”dən düşə bilmədi - Qapısı bağlandı
11/12/2018 [22:22]:
Rihannanın qəribə kaprizləri - “Razetka”, güldan...
11/12/2018 [22:05]:
Nazir USAİD-in missiya direktoru ilə görüşdü -FOTOLAR
11/12/2018 [22:02]:
2019-cu ilin Ay tutulmaları mafiyaların süqut edəcəyini xəbər verir
11/12/2018 [21:58]:
Nazirlikdə balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı görüş keçirildi - Foto
11/12/2018 [21:49]:
Faiq Ələkbərli Türkiyədə konfrans verəcək
11/12/2018 [21:41]:
ADNSU-da Heydər Əliyevin anım günü qeyd olundu
11/12/2018 [21:31]:
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı məhsullar
11/12/2018 [21:25]:
ƏƏSMN-də Heydər Əliyevin anım mərasimi keçirildi
11/12/2018 [21:18]:
Yeni Zelandiyada marixuana leqallaşdırılır
11/12/2018 [21:15]:
Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...
11/12/2018 [21:12]:
"Paşinyan Sarkisyana çevriləcəkmi?" - Elnur Eltürk
11/12/2018 [21:07]:
14 yaşlı qapıçı oyunda xəsarət aldıqdan sonra dünyasını dəyişib
Bütün arxiv bir sırada
10/01/2018 [11:13] - Araşdırma - ( 2597 dəfə baxılıb)

Cümhuriyyətin ilk tədqiqatçısının faciəli ölümü- Nəsiman Yaqublunun yazısı






Moderator.az Nəsiman Yaqublunun yeni nəşrə hazırlanan “Azərbaycan Milli - Azadlıq Hərəkatı Ensiklopediyası” (sovet dövrü:1920-1991) kitabından Azərbaycan Cümhuriyyəti tarixini ilk tədqiq etmiş Mövsüm Əliyev haqqındakı  yazını oxuculara təqdim edir:

Cümhuriyyətin 100 illik yubileyi yaxınlaşdıqca ilk yada düşən insanlar − onun qurucularıdır. Sanki Allah bu insanları göydən mələklər olaraq yerə endirmiş, bu xalqa xilaskar göndərmişdi. Həmin insanlar da o missiyanı şərəflə yerinə yetirib, bu dünyadan köçüb getdilər.
Bəs Cümhuriyyəti yaradanları ilk dəfə kim araşdırıb, tədqiq edib?

Cümhuriyyətimizin tarixini ilk araşdırıb tədqiq edən, ictimaiyyətə çatdıran tədqiqatçı Mövsüm Əliyev olub. İlk dəfə məhz M.Əliyev 1988-ci ilin sentyabrında “Vətən” Cəmiyyətinin “Odlar Yurdu” qəzetində M.Ə.Rəsulzadə haqqında yazısını çap etdirib (Bax: “Odlar Yurdu”, â„–17, sentyabr, 1988). Sonradan həmin qəzetdə M.Əliyevin F.X.Xoyski, N.Yusifbəyli, M.Y.Cəfərov, C.Hacıbəyli, M.Vəkilov, X.Rəfibəyov və digərləri haqqında biblioqrafik məqalələri çap edildi. 1990-cı ilə qədər M.Əliyevin həmin qəzetdə 24 Cümhuriyyət qurucusu ilə bağlı məlumat xarakterli yazıları dərc edilmişdi. 24-cü yazısı Həmid bəy Şahtaxtinski haqqında idi (Bax: “Odlar Yurdu”, â„–16 (447) avqust 1989).

M.Əliyev bu yazıları çap etdirəndə hələ Sovetlər Birliyi mövcud idi və Azərbaycan müstəqil deyildi (təəssüflər ki, sonradan müstəqil Azərbaycan dövründə asanlıqla gedib məqalə və kitab yazanlar kiçik  nöqsanlara görə az qala M.Əliyevi təftiş edirdilər. Halbuki, M.Əliyev sovet rejimi dövründə böyük cəsarət və fədakarlıqla həmin sənədləri köçürüb faydalanırdı.Həmin alimlər isə sovet rejimini tərifləyirdi).
M.Əliyev danışırdı ki, xəlvəti olaraq arxivlərdən Cümhuriyyət qurucuları ilə bağlı məlumatları köçürüb, köynəyimin, pencəyimin altına qoyub çıxarırdım ki, tutmasınlar.
O, qeyd edirdi ki, ikinci məlumatları Bakıda o dövrdə sağ qalan, Cümhuriyyət dövrünü yaşamış qocalardan toplayırdım.

Üçüncüsü, o, qeyd edirdi ki, bu işdə ona rəhmətlik akademik Ziya Bünyadov kömək edirdi. Yəni, Z.Bünyadov bəzən DTK arxivlərindəki mühüm sənədləri gizli olaraq ona çatdırırdı. Və qeyd edim ki, onunla Z.Bünyadov arasında möhkəm dostluq münasibətləri var idi.
M.Əliyev danışırdı ki, Cümhuriyyət nazirlərinin bütün fotolarını əldə edib, yalnız bir neçəsi qalıb.
Onun çox zəngin arxivinin olduğu hiss edilsə də, kimsəyə göstərməz və bağışlamazdı. Yadımdadır ki, Azərbaycan legionerlərinə aid “Azərbaycan” qəzetinin bir nüxəsini ondan  çox çətinliklə ala bilmişdim.

M.Əliyevin qəhvəyi rəngli bir foto-aparatı var idi. Bütün sənədləri o aparatla çəkib toplayırdı.
M.Əliyev kasıb yaşayırdı. Geyimindən də hiss olunurdu ki, imkansız insandır. Əldə etdiyi az miqdarda maliyyəni isə Cümhuriyyət tarixinə aid sənədləri toplamağa sərf edirdi.
M.Əliyev köhnə görkəmli boz rəngli kostyumda, qışda isə mavi rəngi tam solğunlaşmış plaşda, bəzən də köhnə boz paltoda gəzirdi. Maraqlı idi ki, ilin yalnız bir günündə onun geyimində bir təzəlik görmək mümkün idi − o da 28 May İstiqlal günündə. Həmin günü o, özünün təzə qırmızı qalstukunu taxıb fəxrlə, qürurla şəhərdə gəzişərdi. Sonrakı günlərdə isə o qalstuku bir də taxmazdı, saxlayardı növbəti 28 May gününə.
M.Əliyevin iki yaxın dostu vardı: akademik Ziya Bünyadov, Hacı Hacıyev (Jurnalistlər Birliyinin keçmiş sədri).

1993-cü ildə noyabrın 23-25-də “Azadlıq”  qəzetində M.Əliyevin M.Ə.Rəsulzadə ilə bağlı “Tarixi saxtalaşdıranlara cavab” yazıları çap edildi. O, bu yazılarında müəyyən adamların əleyhinə kəskin ifadələr işlətmişdi. Bu yazıdan sonra Mövsümü həbs etdilər. O, ilyarıma qədər həbsxanada qaldı. Həbsxanada şəraiti yaxşı deyildi, şikayətlənirdi ki, bit-birə məni yeyir burda. 
Həbsxanadan çıxdıqdan sonra vəziyyəti pisləşdi. O, infarkt keçirdi. Ağzı əyilməyə, başı əsməyə başladı, ayağını isə çəkərək gəzir, axsayırdı.

Bir müddət M.Əliyev yoxa çıxdı. Çoxlarından soruşdum, “gördüm” deyən olmadı. Qaldığı yeri isə, demək olar ki, heç kim bilmirdi. Deyilənə görə, İçərişəhərdə iş otağı kimi balaca mənzili, bir də Poluxin küçəsində yaşadığı evi vardı. Əslən Bakının Zirə kəndindən olduğunu, bir bacısının N.Nərimanov rayonu ərazisində yaşadığını öyrənsəm də, heç kimi tapa bilmədim.
Mövsümü axtarmağa başladım. Poluxin küçəsi boyunca soraqlayıb axtardım. Axır ki, Poluxin-44 ünvanında sorağını aldım. Həyətə daxil oldum. Bir qadın paltar sərirdi. Ondan burada Mövsüm adlı şəxsin yaşadığını soruşdum. O dedi ki, Mövsüm dünyasını dəyişib və gəlib onu “Morq”a apardılar. Qadın davam etdi: “Bilirsiniz, o, baxın orada − balaca bir evdə tənha yaşayırdı və bu həyətdən oraya taxta pilləkənlərlə qalxırdı. Son günlərdə onu görmürdük. Bir müddət sonra onun qaldığı otaqdan pis iy gəlməyə başladı. Biz dözə bilmədik. Çıxıb evə baxanda gördük ki, o, içəridə ölüb. Tez polis çağırdıq, təcili yardım çağırdıq, burda akt bağladılar və meyidi apardılar “Morq”a.
Qadından soruşdum ki, bəs onun evindəki sənədlər necə oldu? O, dedi ki, iki kisəyə yaxın sənədləri mənzil-istismar sahəsinin işçiləri apardılar.
Təcili olaraq bir dostumun maşını ilə Mərkəzi Xəstəxananın “Morq”una gəldim. Şöbə müdiri Fuad (səhv etmirəmsə adı belə idi) həkim dedi ki, o meyidə əl vurmaq və yaxınlaşmaq mümkün deyil. İmkan varsa 250-300 manat tapıb gətirin, biz onu aparıb bir yerdə dəfn edək.
Yenə təcili pul axtarışına başladıq. Müsavat Başqanı İ.Qəmbər həmin maliyyəni həll edib mənə verdi və həkimə çatdırdım. Həkim bildirdi ki, sabah gəlib dəfn yerini və nömrəsini götürərsiniz.
M.Əliyevi “Volçiy Vorota”dakı (Qurd Qapısı) qəbirstanlıqda torpağa basdırmışdılar. Dəfn nömrəsini alıb oraya getdik. Qəbrin üstündə nə başdaşı, nə də bir yazı vardı. Yalnız dəmir halqadan asılmış nömrə sallanırdı. Düşündüm ki, M.Əliyev bu ölümü ilə elə Cümhuriyyət qurucularının taleyini yaşayır.

Sonra Mərkəzi Univermağın yanındakı Mənzil İstismar Sahəsinə getdim. Orada Mövsümün şəxsi sənədini verdilər mənə, baxdım. 1939-cu il doğum təvəllüdü yazılmışdı. 1997-ci ildə rəhmətə getmişdi. Cəmi 58 il il yaşamışdı. Bir də onu öyrəndim ki, Mövsümün anası rus millətindəndir, atası isə azərbaycanlıdır. 
Sonrakı axtarışlarım nəticə vermədi. Onun bütün ömrünü həsr edib topladığı sənədləri tapmaq mümkün olmadı.





Pul və xoşbəxtlik arasında sirli əlaqə varmı? - MARAQLI...
Düşmən parlamentinin “tolerantlıq siması”: kürd, yezidi, rus və suriyalı…
"Hansı kanalı açırsan, ya ərini yuxuya verərək sevgilisinə qoşulub qaçan 10-15 günün gəlinindən, ya da ki..."
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
"Şaxta baba həqiqət deyil" dedi, həbs edildi - MARAQLI
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
Köşə
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
Cəmiyyət
"Əsas olan seçicilər üçün əlçatan olmaqdır, məkan önəmli deyil..."
Cəmiyyət
“Bu parklarda muzeylər açılmalıdır, ictimai iaşə obyektləri yox”
Dünya
Rahibələr oğurladıqları yarım milyon dolları qumarda xərclədilər - İNANILMAZ...
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə