Xəbər lenti
22/09/2018 [10:59]:
Qarabağa sülhü Rusiya, yoxsa Azərbaycan əsgəri gətirəcək? - ekspertlər deyir ki...
22/09/2018 [10:31]:
Polşa telekanalı prezidentin fotosuna görə əməkdaşını qovdu
22/09/2018 [10:31]:
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
22/09/2018 [10:22]:
4 uyğur uşağı müsəlman valideynlərindən ayırıb yetimxanaya yolladılar - RƏZALƏT...
22/09/2018 [10:09]:
Kanadada “arzuların işi”nə işçi axtarılır
22/09/2018 [10:08]:
“Avtomobilsiz bir gün” - Qəzasız-bəlasız bir gün...
22/09/2018 [10:06]:
Komitə sədri: "Azərbaycanın ÜTT-yə daxil olmasına tələsməməliyik"
22/09/2018 [10:02]:
Cəbhə bölgəsindən son xəbər...
22/09/2018 [09:59]:
“Üzrü günahından betər” olanlar...
22/09/2018 [09:51]:
ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var
22/09/2018 [09:50]:
Müğənni klipinə görə hədələnir - “Başını kəsəcəyik”
22/09/2018 [09:49]:
Hacı Şahin: “Azərbaycanda indiyədək belə Aşura keçirilməyib”
22/09/2018 [09:48]:
20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi - Fotolar
22/09/2018 [09:37]:
ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq
22/09/2018 [09:33]:
Tramp Ermənistana yeni səfirin namizədliyini irəli sürdü - Təhlil
22/09/2018 [09:26]:
Ərəb ölkəsi aclıqdan öləcək
22/09/2018 [09:25]:
Rusiyalı nazir müavini vəzifəsini rok karyerasına dəyişdi - VİDEO
22/09/2018 [08:55]:
Səddam Hüseynin əlindən qaçan aktyor ölkəsinə necə qayıtdı? - FOTOLAR
22/09/2018 [08:52]:
Zərifdən ABŞ-a çağırış: Normal dövlət ol
22/09/2018 [00:46]:
“Ailələrin ən böyük problemi uşaqların saatlarla seriallara baxmasıdır”
22/09/2018 [00:18]:
Moderator.az-ın baş redaktorundan BDYPİ rəisinə "gecə canavarları" ilə bağlı MÜRACİƏT...
21/09/2018 [23:44]:
Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir göndərir
21/09/2018 [23:29]:
Dünya elmini dəyişdirən 3 yuxu - Eynşteyn, Bor əvvəlcə yatıb, sonra isə…
21/09/2018 [23:22]:
Bertelsin Nizami Gəncəvi ilə bağlı hazırladığı nadir arayış - Arxiv sənədi...
21/09/2018 [23:02]:
Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21/09/2018 [23:00]:
Səudiyyə Ərəbistanı televiziyasında inqilab
21/09/2018 [22:53]:
Pentaqon İranın Hörmüz boğazındakı təlimlərinə münasibət bildirdi
21/09/2018 [22:38]:
Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21/09/2018 [22:35]:
Hindistan İrandan nefti rupi ilə alacaq - ABŞ-a qarşı birlik
21/09/2018 [22:03]:
Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bakıda silsilə tədbirlər keçirəcək
21/09/2018 [21:54]:
Mircəfər Bağırovun ömrünün sonundakı taleyi, həbs tarixçəsi - GİZLİ TARİX...
21/09/2018 [21:19]:
“ABŞ-Türkiyə ziddiyyətlərini bir görüşlə aradan qaldırmaq mümkün deyil”
21/09/2018 [21:14]:
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
21/09/2018 [21:12]:
"Rusiyanın Azərbaycana münasibəti I Pyotrdan əvvəl də, sonra da belə olub...”
21/09/2018 [20:22]:
Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlandı
21/09/2018 [20:21]:
Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina edib
21/09/2018 [20:14]:
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
21/09/2018 [19:59]:
Uşaqbaza qarşı ilk dəfə axtalama əməliyyatı keçiriləcəyi bəlli oldu - RƏSMİ...
21/09/2018 [19:59]:
Sovet ideologiyası bizim ədəbiyyatı böyüməyə qoymadı... - VII məqalə
21/09/2018 [19:57]:
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
21/09/2018 [19:41]:
”Azərbaycan deputatları haqq-ədaləti bərpa edirlər...” - Prezident
21/09/2018 [19:39]:
“Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur...” - İlham Əliyev
21/09/2018 [19:35]:
Erməni analar: "Ermənistanda itkin düşmüş sayılan 1000 hərbçi var"
21/09/2018 [19:35]:
Rihanna Barbadosun səfiri oldu
21/09/2018 [19:34]:
Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21/09/2018 [19:26]:
Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21/09/2018 [19:26]:
12 yaşında hamilə qalan qız qorxunc ənənədən danışdı - FOTOLAR
21/09/2018 [19:22]:
Rza Zərrabın Nyu-Yorkdakı lüks həyatı - FOTO
21/09/2018 [19:18]:
Çılpaq qadın şəhərin mərkəzində hərəkəti dayandırdı- Foto
21/09/2018 [19:02]:
Rüşvət alan polisə ibrətamiz cəza - VİDEO
21/09/2018 [18:34]:
Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşdi
21/09/2018 [18:26]:
Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır
21/09/2018 [18:25]:
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
21/09/2018 [18:23]:
Xarici valyuta ilə götürülən kreditlərlə bağlı - QƏRAR
21/09/2018 [18:20]:
UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşdü -FOTOLAR
21/09/2018 [18:18]:
Kalaşnikov: "Qarabağ münaqişəsini yalnız Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri həll edə bilər"
21/09/2018 [18:17]:
Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail oldu
21/09/2018 [18:16]:
I sinifdə summativ qiymətləndirmə ləğv olunur
21/09/2018 [18:10]:
"Azərbaycansız bölgədə heç bir layihə həyata keçirilə bilməz" -Prezident
21/09/2018 [18:08]:
Arzu Rəhimov Qaxda vətəndaşları qəbul edib
21/09/2018 [18:05]:
Putin Əsədin telefonlarına cavab vermir - İsraildən iddia
21/09/2018 [18:00]:
İlham Əliyev: "Ermənistan getdikcə daha da zəifləyir"
21/09/2018 [17:55]:
Ali Baş Komandan: "Paradlarda nümayiş etdirilən imkanlarımız çox təsirlidir"
21/09/2018 [17:49]:
Belçikadan Azərbaycana deportu gözlənilən ailə ilə bağlı detallar məlum olub
21/09/2018 [17:36]:
"Nikol Paşinyan kilsənin dəstəyini almağa çalışır..."
21/09/2018 [17:28]:
İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU
21/09/2018 [17:27]:
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21/09/2018 [17:25]:
Kamal Abdulladan I kurs tələbələrinə maraqlı jest
21/09/2018 [17:22]:
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21/09/2018 [17:20]:
“Bir neçə gün sonra 3-cü süni peykimiz orbitə çıxarılacaq” -İlham Əliyev
21/09/2018 [17:15]:
“İgidim, məni gözlə...” - Sevil Nuriyeva
21/09/2018 [17:14]:
Xaçmazda taxta sexinin icarədarı cərimələndi -FOTOLAR
21/09/2018 [16:48]:
Çinin Xuçjou Universitetinin nümayəndə heyəti ADU-da oldu
21/09/2018 [16:37]:
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı -FOTOLAR
21/09/2018 [16:35]:
“Nar”-dan tələbələrə ŞAD XƏBƏR
21/09/2018 [16:30]:
ADAU-nun rektoru 1-ci kursa qəbul olan magistr tələbələrlə görüşdü
21/09/2018 [16:25]:
Binəli Yıldırım Bakıda hədik payladı -VİDEO
21/09/2018 [16:23]:
Qətər-Azərbaycan mədəniyyət əlaqələri müzakirə edilib
21/09/2018 [16:23]:
Qanuna əməl etməyən şadlıq saraylarına XƏBƏRDARLIQ
21/09/2018 [16:21]:
“Əgər cinayətkar kitab oxumaqla adam ola bilsəydi...”
Bütün arxiv bir sırada
10/01/2018 [15:16] - Müsahibə - ( 1733 dəfə baxılıb)

Mahir Mədətovun heç yerdə demədikləri: “Qurban müəllim bütün ailə işlərimə qarışır” - MÜSAHİBƏ



Moderator.az  publika.az-a istinadən “Qaraba𔝠futbol klubunun ən gənc üzvü Mahir Mədətovun ilk müsahibəsini təqdim edir.

- Son dövrlərdə adın “Beşiktaş” klubu ilə birgə çox hallandı. Hətta iş o yerə çatdı ki, bu iddianı ortaya atanlar sənin transfer hüququnun dəyərini belə açıqladılar. Məsələnin əslini sənin dilindən eşidək.

- “Beşiktaş” barəsində, ümumiyyətlə, özümün də məlumatım yoxdur. Sadəcə düşünürəm ki, bəlkə rəsmi olaraq komandaya müraciət ediblər. Ancaq mənə heç bir müraciət olunmayıb. Yalan və ya uydurma olduğunu bilmirəm. Çox vaxt belə şeylərə üzülürəm. Məndən öncə isə məşqçim üzülür. O da belə şeyləri sevmir. Yalan xəbərlərlə xal qazanmaq düzgün bir şey deyil.

- Ümumiyyətlə, “Beşiktaş”da oynamağı istəyərdin?

- Kim istəməz ki... Ancaq bunlar qismətə bağlı şeylərdir. Düzdür, gedərsən, nəticəsi bəlkə yaxşı olar, bəlkə pis olar. Onu bilmək olmur. Gərək yaşayıb görəsən.

- Bu xəbərə azarkeşlərin də münasibəti birmənalı olmadı. Bəziləri alt qrupa düşəcəyini ehtimal etdi, bəziləri isə sadəcə ehtiyatda qalacağını dedi.

- Mən “Qarabağ”a gələndə baş məşqçimlə aramda belə bir söhbət olmuşdu ki, “məni niyə oyuna atmırsan?” söhbəti olmayacaq. Ən azından birinci ildə bu vəziyyət belə qaldı. Ancaq ikinci dövrədə bütün oyunlarda çıxış etdim.

- Yeri gəlmişkən, “Qarabağ”a gəlişin necə baş tutdu?

- “Bakı” klubunun əsas heyətində oynayırdım. “Qarabağ”la oyunumuz oldu. Baş məşqçi də məni orada gördü. Futbolçunu canlı görəndə daha başqa cür olur, nəinki, kimdənsə eşidəndə. Elə həmin oyundan sonra Qurban müəllimlə salamlaşıb-görüşdük. Biz həm də onunla eyni rayondanıq. Mövsüm bitdikdən sonra kluba rəsmi müraciət olundu və məni transfer etdilər “Qarabağa”. Fikrimdə Fransaya geri qayıtmaq var idi. Ancaq “Qarabağ”dan təklif gələndə oranı da unutdum (gülür).

- Bundesliqadan iki komandanın səninlə maraqlandığı xəbərləri gəzir. Bəs bu barədə məlumatın varmı?

- Yox, bu barədə də məlumatım yoxdur (gülür).

- İstəyirəm, sənin saqqızını oğurlayım...

- Yanvarın 15-ə qədər hər şey məlum olacaq (gülür).

- Öz performansını bəyənirsənmi?

- Doğrusu, çox şeylər gözləyirəm özümdən. Düşünürəm, bu mövsümə çox yaxşı başladım. Ortalar da yaxşı getdi, ancaq sonlarda bir az düşüş oldu. Son 3-4 oyunda öz oyunumu bəyənmədim. Yorğunluq hiss edirdim, fikrimi toplaya bilmirdim. İstirahət dövründə çalışdım ki, çatışmazlıqları tam bərpa edim və yeni mövsümdə səhvlərə yol verməyim.

- Bu düşüş Çempionlar Liqasının ab-havasından dolayı ola bilərmi?

- Orada çox güc itirdik. Kubok oyunları da başlayandan sonra həftədə artıq 2-3 oyun oynayırdıq. Bir az ağır gəlirdi. Güclərimizi bölüşdürə bilmirdik. Düzdür, baş məşqçi gücümüzü elə bölürdü ki, tam bərpa oluna bilək. Amma yenə də hiss edirdim ki, yorğunluq var. Məncə, bu da normal haldır.

- Çempionlar Liqasına düşmək ehtimalını xəyal edirdinmi?

- Elə bir komandada oynayıram ki, hər bir uğura inamım var. İstəsək, hər şeyi edə bilirik. Biz öz oyun taktikamızda rəqibi nəzərə almırıq. Qarşımızdakının kim olduğundan asılı olmayaraq, öz oyunumuzu qururuq.

Bu il Çempionlar Liqasına qatılmağımıza çox inanırdım. Xüsusilə, “Kopenhagen” üzərində ilk qələbəmizdən sonra inanmım daha da artdı. Oyun zamanı da qalib ab-havasında idim. Oyundan çıxdıqdan sonra ilk olaraq telefonu götürüb votsapa baxdım. Dostlarım şəhərdə qurulan şənliyi, insanların coşğusunu çəkib göndərirdi. Belə coşğunu görəndə insanın, həqiqətən, gözləri yaşarır.

- Çempionlar Liqasına düşməkdə sənin vurduğun qolun böyük önəmi oldu. Yəqin inamını bir az da “mən qol vura bildimsə, deməli ÇL-də də oynaya bilərəm” təəssüratı möhkəmləndirdi.

- İlk dəfə idi ki, həmin oyunda meydançaya qol vuracağım inamı ilə çıxmışdım. Həddən artıq inanırdım ki, bunu bacaracam. Həmin qolu vurandan sonra isə hər şeyin mümkünlüyünə inandım. Sadəcə bir şeyi çox istəmək və bunun üçün hər bir şeyi doğru şəkildə etmək lazımdır. Düşünürəm ki, bu il bizdə hər şey qaydasında idi. Yatmağımıza, yeməyimizə, məşqimizə, çəkimizə qədər hər şeyə diqqət edirdik.

Bu mövsüm ən xoşuma gələn hiss Çempionlar Liqasının himnini eşitməyimiz oldu. “Kopenhagen”lə ev oyununda azarkeşlərin qışqırıq səslərini eşidəndə içi mən qarışıq, bir neçə futbolçu himn səslənərkən özünü saxlaya bilmədi və göz yaşları axıtdı. Buna görə də hamımız başımızı aşağı salmışdıq ki, o vəziyyətdə kameraya düşməyək. Dünyanın heç bir ölkəsində nə belə bir şey eşitmiş, nə də görmüşdük. Adətən ÇL-in himni səslənəndə stadionda hər kəs sakit şəkildə himni dinləyir. Ancaq bizdə tam əksi oldu. Sırf o anda hər kəs ayağa qalxaraq qışqırırdı. Sanki o səsi eşitmək üçün illərdir alışıb-yandıqlarını göstərirdilər.

- Qolu vurduqdan sonra ilk 5 saniyədə nə hiss etdin? Ətrafın təsirinə uyğun şəkildə sevindin, yoxsa, həqiqətən, hiss edirdin sevincini?

- Qol vurulan zaman içimdə çox böyük adrenalin var idi və mən onu atmaq istəyirdim. Qaçdım, qaçdım, sonra yuxarı baxdım. Nə edəcəyim mövzusunda qərarsız idim. Sadəcə qaçdım və qışqıraraq içimdəki adrenalini atdım. Çempionlar Liqasında ilk qolum idi. Onu da pley-off mərhələsində vurdum. Ancaq başa düşürdüm ki, oyunun hələ 26-cı dəqiqəsidir və qarşıda 60 dəqiqədən çox vaxt var. Buna görə o adrenalini atmalı idim.

- Ancaq qolu vuranda çox rahat görünürdün. Sanki gözləyirdin ki, o top dirəkdən qayıdacaq və sən yenidən onu qapıya göndərəcəksən.

- Belə görünürdümsə, mənim üçün çox xoşdur (gülür).

- Çempionlar Liqasında gənc olmağını, təcrübəsizliyini hansısa məqamlarda hiss edirdin?

- Komanda olaraq təcrübəsizlik hiss olunurdu. Bu “Çelsi” ilə ilk oyunda özünü göstərdi. Çünki hələ nəyin necə olduğunu bilmirdik. Ancaq digər oyunlarda bu təəssüratı üzərimizdən atdıq və yaxşı oyun sərgilədik. Ustalıq səviyyəsində geri qala bilərdik, ancaq komanda oyununda rəqiblərlə başa-baş mübarizədə idik.

- Ən çox hansı oyundan zövq aldın?

- “Atletiko Madrid”lə hər iki oyun çox ləzzətli idi. Səfər oyununda zədəm olduğu üçün oynaya bilmədim. Ancaq hər iki oyun çox xoş idi. Bir də “Çelsi” ilə ev oyununun ilk 15 dəqiqəsi. Hakimin o qırmızı kart qərarı olmasaydı, düşünürəm ki, o oyunda daha bir ilkə imza ata bilərdik.

- Biz də o 15 dəqiqə ərzində tribunada fikirləşirdik ki, deyəsən, “Barselona” “Qarabağ”ın forması ilə meydana çıxıb...

- Əslində, biz də “Barselona” kimi top saxlamağı sevən komandayıq. Topu saxlayanda oyunun hakimiyyəti bizdə olur və rahat şəkildə oynaya bilirik.

- ÇL-in az-çox sevincini və üzüntüsünü yaşadın. Növbəti hədəf nələrdir?

- Hazırda ölkə kubokunda dayanmışıq, ancaq çempionatda yolumuza davam edirik. Çempionlar Liqasına yenidən düşə bilmək üçün ölkə çempionu olmalıyıq. Gələn il də orada iştirak edə bilsək, bu dəfə hədəfimiz daha çox xal toplamaq olacaq. Ancaq nə qədər uğur qazanırıqsa, qazanaq, yenə də komanda olaraq sadəliyimizi qorumağa çalışacağıq. Çünki bunsuz heç bir uğura imza atmaq mümkün deyil.

- Dino deyir ki, Qurban Qurbanov kənardan başqa cür görünür, daxilində isə tamam başqa biridir. Bəs sən onu necə tanıyırsan?

- Qurban müəllim mənim üçün tamam ayrı bir aləmdir. Futboldan hamının məndən üz döndərdiyi vaxtda o, mənim əlimdən tutub. Buna görə də onun yeri mənim üçün tamam ayrıdır. Düzdür, bəzən onu hansısa hərəkətimlə üzürəm, ancaq bilirəm ki, bu da cavanlığımdan irəli gəlir. Ancaq həyatımda verəcəyim ən özəl qərarları -buna şəxsi həyatım və karyeram da daxildir - onunla bölüşürəm. İlk ondan məsləhət alıram.

- Pis hərəkət edəndə nə isə deyirmi sənə?

- Əlbəttə deyir.

- Öz fikirlərini hansı tərzdə ifadə edir?

- O baxır mənim nə etdiyimə... (gülür). Mənə ən çox da “böyümürsən də sən” deyir. Kənardan çox insan soruşur ki, Qurban müəllim heç gülmür? Əlbəttə gülür. Düzdür, qəhqəhə ilə güldüyünü heç mən də görməmişəm. Ancaq təbəssümü həmişə olur. O, komandada hamı ilə dil tapır, yeri gələndə ata olur, qardaş olur, əmi olur. Mənim üçün üç əvəzolunmaz insan varsa, birincisi Qurban müəllimdir.

- Bəs nə zamansa çox əsəbiləşdiyini görmüsən?

- Canlı şəkildə deyil, ancaq sonradan videoya baxanda görmüşəm. “Çelsi” ilə ev oyununda Rəşada qırmızı vərəqə verilməsi onu şiddətli dərəcədə əsəbiləşdirmişdi. Birinci dəfə idi ki, onu elə görürdüm.

- Qurban bəy özü hər zaman bildirir ki, onun məqsədi yaxşı futbolçu ilə yanaşı, yaxşı şəxsiyyət yetişdirməkdir. Bu minvalla sizin şəxsi həyatınıza qarışdığı olubmu?

- Belə baxanda həmişə qarışır (gülür). Başqalarını deyə bilmərəm, ancaq mənə hər zaman qarışır. Qurban müəllimlə bir kəndin uşaqlarıyıq. İşdən öncə ailəvi münasibətlərimiz var. Ona görə də mənə ərk edə bilir.

“Qarabağ”a gələndə hələ 18 yaşım var idi. İndi olduğu kimi, onda da komandanın ən kiçik üzvü mən idim. Buna görə də hər kəs mənə dəstək olmağa çalışırdı. Qurban müəllimlə yanaşı, təcrübəli oyunçulardan Rəşad, Qara, Riçard da mənə çox kömək edirdi. Onların sayəsində artıq dərk edirəm ki, mən necə bir komandada oynayıram.

- Bəs sənin transfer məsələnə baş məşqçi necə baxır?

- Bu haqda Qurban müəllimlə söhbət etməmişik. Ancaq düşünürəm ki, mənim xeyrimə bir şey olarsa, o da öz razılığını verər. İstəyər ki, azərbaycanlı futbolçular xaricdə çıxış edib uğur qazansınlar.

- Digər oyunçularla münasibətlər necədir?

- Ən yaxın olduğum və hər məşqdən sonra birlikdə vaxt keçirdiyim Şehiçlə Yakubdur. Bazada, fitnesdə onlarla çoxlu söhbətlər edirik. Qara və Bədavi ilə də münasibətlərim yaxşıdır.

Karyeranın neçə ilini “Qarabağ”a həsr etmək niyyətindəsən?

- Bu bir az qəliz sualdır... Hazırda komanda ilə müqaviləm davam edir. Azərbaycanda oynamaq istədiyim və oynayacağım klub “Qarabağ”dır. Ancaq şəxsi istəyim Avropanın top klublarında oynamaqdır. Belə bir imkanım olsa, ondan istifadə etməyə çalışaram.

- Xəyallarını hansı Avropa komandası zəbt edib?

- “Barselona”da oynamağı istərdim. Uşaqlıqdan bəri bu arzu ilə yaşayıram. Rəşadla söhbətlərimiz zamanı bu barədə danışırıq. Çünki onun legionerlik təcrübəsi var. O, hər zaman deyir ki, legionerlik asan bir şey deyil, ancaq mümkünsüz də deyil. Yəni hər şeyin bir zamanı var.

- Öz mövqeyində olan futbolçularla mübarizə aparırsanmı?

- Əlbəttə. Hər halda Qurban müəllim mənim qara qaşıma, qara gözümə aşiq olmayıb ki (gülür). Görür ki, məşq zamanı əziyyət çəkirsən və o formanı geyinməyin haqqını verirsən.

- Mən elə bir ulduz futbolçu tanımıram ki, uşaqlığında min bir əziyyət çəkməsin, Neymardan başqa. Bəs sənin çətinliklərin nələr olub?

- Mən nə varlı bir ailədə böyümüşəm, nə də kasıb. Normal, stabil şəraitli bir ailə olmuşuq. Əziyyətim çox olub. Uşaq vaxtı məşqlərə metro ilə gedib-gəlirdim. O zamanlar Xocahəsəndə yaşayırdıq. Bizim ev tərəfə gedənə qədər körpülü yollar, palçıqlı küçələr var idi. Olurdu ki, qaranlıqda yerə bərk basırdım və bütün paltarlarım islanırdı. Sonra xəstələnirdim. Buna baxmayaraq, ailəm istəyirdi futbolçu olum. Hətta dərslərə girməyib, məşqə gedəndə atam müəllimlərimdən rica edirdi ki, mənim dərs yükümü azaltsınlar. Düzü, atam futbolçu olmağımı istəmirdi. Həmişə deyirdi ki, bu nə oyundur, heç Olimpiya idman növü də deyil. İstəyirdi ki, polis olum. Amma futbolu sevirdim deyə, ailəm də dəstək çıxdı. Anam həmişə oyunlarımı izləmək üçün gəlir. Ancaq atamın futbolla arası yoxdur.

Futbolu da sırf sevdiyim üçün seçdim. Heç düşünməmişəm ki, futbolçuların bahalı maşınları, yaxşı geyimləri, şöhrətləri olur. Sadəcə mən bu oyundan həzz alıram, istirahət edirəm, xoş vaxt keçirirəm. Əlbəttə ki, indi pula görə də oynayıram. Yəni, oynayıramsa, pul da gəlir. Ancaq indi bunu düşünməyin zamanı deyil. Çünki hələ gəncəm.

- Ali təhsilin varmı?

- Hazırda İdman Akademiyasının tələbəsiyəm. Futbol fakültəsində təhsil alıram. Hətta “Kopenhagen”lə ev oyununa imatahandan çıxıb gəlmişdim.

- Futboldan başqa nə kimi məşğuliyyətlərin var?

- Komediya filmləri izləməyi, boş vaxtlarımda balıq tutmağı xoşlayıram. Kitab oxumağı çox sevirəm. Çünki intellektual səviyyəmin inkişafına fayda verir. Daha çox insanların həyatı barədə yazılan kitabları oxumağa üstünlük verirəm. Hazırda Zlatan İbrahimoviçin bioqrafiyasını oxuyuram. O həm də mənim favori futbolçumdur.

- Bu arada “Beşiktaş” azarkeşləri Zlatan İbrahimoviçin instaqram səhifəsinə “come to Beşiktaş” hücumları edirlər, eynilə sənə etdikləri kimi...

- İbrahimoviç “Beşiktaş”a getsə, mən də gedərəm (gülür). Sırf onunla oynaya bilim deyə. Uşaqlıqdan onun oyun stilini çox bəyənirəm.

- Təsəvvür et ki, bir gün top klublardan birində oynamaq şansın var. Kimin formasını əlindən alardın?

- Benzemanın mövqeyində oynamaq istərdim. Sağımda Ronaldo, solumda başqa bir ulduz. Oh, keyf çəkərdim (gülür).

- Yeri gəlmişkən, Çempionlar Liqasının finalına kimlərin çıxacağını gözləyirsən?

- Məncə, qalib “Paris Sen Jermen” olacaq. Bu il inanılmazdırlar. İstərdim PSJ-“Barselona” finalı görüm.

- Azərbaycanda hansı futbolçunu bəyənirsən?

- Miçelin oyunu çox xoşuma gəlir. O, bütün toplara nəzarət edə bilir. Yerlilərdən isə Rəşadı bəyənirəm. Böyük təcrübəsi var. Ancaq ümumilikdə oyun tərzinə görə Ağabala Ramazanovu hələ “Xəzər-Lənkəran”da oynadığı zamanlardan bəyənirəm.

Ancaq soruşsan ki, necə oyunçu olmaq istərdin? Mən Dani Kintananın adını çəkərdim. Hətta onunla çox vaxt mübahisə edirik bu mövzuda. Mən ona onun kimi olmaq istədiyimi deyirəm. O isə “sən dəlisən, bir özünə bax, boy-buxunun, gücün yerində. Elə mən də sənin kimi olmaq istərəm” deyir. Ancaq o balacadır, buna görə daha cəld hərəkət edir. Mən də o tərz oyunçuları sevirəm. Çünki onlar rahatlıqla aralıqlara girə bilirlər.

- Bir futbolçuda olması lazım olan ilk şey nədir?

- Ağıl. Bu oldusa, hər şey rahat olur. Futbolda belə bir deyim var: futbol asandır, ağıllı insanlar üçün.

- Başına gələn ən maraqlı hadisə nə olub?

- Bir dəfə standart vəziyyətləri məşq edirdik. Biz hücum edən tərəf idik və cərimə zərbəsini yerinə yetirirdik. Digərləri topu qaldırır, mən vurub çıxardıram. Bu təkrar-təkrar davam edir. Axırda Qurban müəllim qışqırdı ki, Mahir sən neynirsən? Mən də dedim “Qurban müəllim, necə bəyəm, müdafiə olunuram də”. O da qayıtdı ki, xəstəsən sən, biz hücum edən tərəfik, hara çıxarırsan topu?

- “Kopenhagen”lə oyundan sonra bir aparıcı xanıma gül göndərmişdin. Düzdür, üstündən xeyli vaxt keçib, amma bəlkə ürəyində demədiyin sözlər qalıb?

- O məsələ ilə bağlı heç bir şey danışmadım. Çünki mən heç kimə gül göndərməmişəm. “Göndərməmişəm” mənim son sözümdür. Ancaq göndərmişəmsə də, burada pis heç nə yoxdur. Sadəcə mənə çox qəribə gəldi ki, niyə məhz “Kopenhagen”lə oyundan sonra belə xəbər çıxdı. Mənim fikrimdə yalnız futboldur, oyun oynamağa vaxtım yoxdur (gülür).

- Bir sual daha vermək istəyirəm, ancaq... yox, bunu soruşmayacam.

- Nəyi? Sevgilim varmı?

- Yox, əslində sualım bu deyildi. Madam ki, söhbəti açdın, elə öz sualına da cavab ver.

- Sevgilim yoxdur. Olsa da, birbaşa arvad olacaq. Tez evlənmək planımda var. Futbolçu nə qədər tez evlənsə, o qədər yaxşıdır. Çünki ailən olur, bağlılığın olur, kimin üçün oynadığını bilirsən.

Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
Mehriban Əliyevaya səslənən ana: "Ürəyimin yarısı qızımla birlikdə dəfn edilib"
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Bertelsin Nizami Gəncəvi ilə bağlı hazırladığı nadir arayış - Arxiv sənədi...
Dünya
Rüşvət alan polisə ibrətamiz cəza - VİDEO
Cəmiyyət
“Rayonlarda işsizlik probleminin həlli Bakıdakı tıxac müşkülünün həllinə təsir göstərən amillərdəndir…”- Ekspert
Cəmiyyət
“Mənə deyirlər ki, falçı Bayramın arxasında xüsusi adamlar durub...”- Tanınmış astroloq...
Siyasət
“Rusiya Qafqazda yeni siyasətə başlayacaq” – PROQNOZ
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə