Xəbər lenti
19/12/2018 [15:08]:
“Bunlara deyən yoxdur ki, axı efirdəsiniz, savadlı adamlar sizi dinləyir...”
19/12/2018 [15:06]:
Əhməd Cavadın nəvəsi Araz Əlizadəyə həcvlə CAVAB VERDİ
19/12/2018 [14:56]:
İnsan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridi
19/12/2018 [14:52]:
Azərbaycanlı müğənninin MAŞININI PARTLADIBLAR - Özü içində olub (VİDEO)
19/12/2018 [14:51]:
Məktəblər şagirdlərdən pul qazanacaq: Ödənişli xidmətlər qanuniləşdi
19/12/2018 [14:44]:
Rusiyada 5 azərbaycanlı mühakimə olunur
19/12/2018 [14:24]:
Məmməd Musayev yenidən ASK-nin prezidenti seçilib
19/12/2018 [14:22]:
Rusiyada azərbaycanlı ailənin 4 üzvü itkin düşüb
19/12/2018 [14:20]:
"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşdi
19/12/2018 [14:12]:
"Azərbaycanda elmi jurnalistika yoxdur"
19/12/2018 [14:08]:
İlham Əliyevə orden təqdim edildi
19/12/2018 [14:01]:
“Audi” ilə “Bravo”ya girən xanım sürücü kimdir?
19/12/2018 [13:56]:
“Dərslik müəllifləri kurikulum sisteminə istinad etməməlidir” - TƏKLİF
19/12/2018 [13:55]:
Nazir: “Son 15 ildə Azərbaycanda 2 mln. yeni iş yeri yaradılıb”
19/12/2018 [13:51]:
Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu
19/12/2018 [13:48]:
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri Moskvada elmi-praktik konfransda...
19/12/2018 [13:40]:
Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək
19/12/2018 [13:26]:
Facebook istifadəçiləri haqda şəxsi məlumatlar 150 şirkətə sızdırılıb - QALMAQAL
19/12/2018 [13:22]:
Varis "İlin yazıçısı" elan olundu
19/12/2018 [13:15]:
Hava XƏBƏRDARLIĞI – yağış, qar, daşqın
19/12/2018 [13:09]:
Milli Məclis MÜRACİƏT yayacaq
19/12/2018 [13:05]:
Nazir müavini vergidəki güzəştlərdən danışdı - 500 min şəxs vergi ödəməyəcək
19/12/2018 [13:02]:
Təqaüdçü qadının evini dələduzluqla ələ keçirmiş polis əməkdaşı məhkəmə qarşısında
19/12/2018 [12:55]:
Deputatdan qiymətlərlə bağlı Tarif Şurasına ÇAĞIRIŞ: “Kefləri nə istəyir...”
19/12/2018 [12:46]:
“Allah pis adamın evini yıxsın, onu yoldan çıxarmışdılar...”
19/12/2018 [12:34]:
Timiryazev universitetinin professoru ADAU-da mühazirə söyləyib
19/12/2018 [12:32]:
Yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb
19/12/2018 [12:29]:
Hafiz Hacıyev bəzi məmurların sürətlə varlanmasının sirrini açdı
19/12/2018 [12:23]:
ADU-dan universiteti ittiham edən əməkdaş haqda açıqlama...
19/12/2018 [12:20]:
Ötən ay 195-2 Çağrı Mərkəzinə 850-yə yaxın müraciət edilib
19/12/2018 [12:16]:
Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
19/12/2018 [12:16]:
Məleykə Abbaszadə: "Mən dövlət qulluğunda fəaliyyətə əkiz uşaqlarımın 18 yaşı tamam olandan sonra başlamışam"
19/12/2018 [12:12]:
“Keyfiyyətsiz uşaq bezlərinin satışı “Sədərək” ticarət mərkəzində həyata keçirilir...” - Ekspert...
19/12/2018 [12:06]:
Bu il ölkədə 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib
19/12/2018 [12:05]:
"Argus" gələn il Bakıda beynəlxalq konfrans keçirəcək
19/12/2018 [11:57]:
“Elektrik sayğaclarının kart sisteminə keçirilməsinin bir çox özəllikləri var...”
19/12/2018 [11:56]:
Dünyasını dəyişən musiqiçinin atasından ürək parçalayan sözlər: " Ürəyimə dağ çəkilib" - VİDEO
19/12/2018 [11:51]:
Polis metroda cibgirləri yaxaladı
19/12/2018 [11:47]:
KİVDF qaydaları dəyişdi: qəzetlərə maliyyə yardımı 30 min olacaq
19/12/2018 [11:45]:
“Sədərək” ticarət mərkəzində partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkar olunub
19/12/2018 [11:42]:
Ədliyyə orqanlarına işə qəbul müsabiqəsi elan edildi
19/12/2018 [11:39]:
ADPU-da akademik Ramiz Mehdiyevin yeni kitabının təqdimatı keçirilib
19/12/2018 [11:36]:
Eldar Əzizov islahatlara başladı: Bakı İH-də qrum ləğv edildi
19/12/2018 [11:35]:
Rusiya Ermənistana qan verdi… -FOTO
19/12/2018 [11:34]:
Prezident yeni qanun imzaladı
19/12/2018 [11:30]:
Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin Marmara və 29 Mayıs universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb
19/12/2018 [11:16]:
İlham Əliyev Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
19/12/2018 [11:01]:
"Bir-birimizin başından vurmaqdansa, əl tutmalıyıq ki, seriallarımız irəli gedə bilsin"
19/12/2018 [11:00]:
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayi keçirilir
19/12/2018 [10:52]:
Qış fəsli Azərbaycana 22 dekabrda daxil olacaq
19/12/2018 [10:48]:
Prezident İlham Əliyev: "Başlıca məqsədlərimizdən biri ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir"
19/12/2018 [10:40]:
Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini HƏLL ETDİ
19/12/2018 [10:32]:
Bir sutkada yol qəzalarında 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb
19/12/2018 [10:29]:
"Lukaşenko özünün Putini ilə bərabər “dillərini soxsunlar” hara lazımdırsa ora..." - ŞOK
19/12/2018 [10:24]:
Cəbhədə atışma
19/12/2018 [10:21]:
Baş konsul Nəsimi Ağayev: “Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir” - VİDEOMÜSAHİBƏ
19/12/2018 [10:12]:
DYP havaların yağıntılı olması ilə əlaqədar sürücülərə müraciət edib
19/12/2018 [10:09]:
“Google” və “Facebook” cərimələndi
19/12/2018 [10:01]:
Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi... - FOTOLAR
19/12/2018 [09:57]:
2019-cu ildə keçiriləcək imtahanların vaxtı açıqlandı
19/12/2018 [09:50]:
Vüqar Səfərli KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib
19/12/2018 [09:40]:
Şaxta baba və Qar qız olmaq istəyənlər üçün rüsum AÇIQLANDI
19/12/2018 [09:30]:
İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı
19/12/2018 [09:22]:
Axtarışda olan şəxsi polis saxladı
19/12/2018 [09:20]:
Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi
19/12/2018 [09:12]:
Beynəlxalq Miqrant Gününə həsr edilmiş konfrans keçirilib
19/12/2018 [09:09]:
Ermənistanda müharibə xofu - “Azərbaycan bir yaylım atəşi ilə...”
19/12/2018 [09:08]:
“Türk ordusu xainlərə öz gücünü bir kəs daha göstərməyə hazırdır”
19/12/2018 [09:01]:
Vəzifə kürsüsünü 2018-də itirənlər - nazirdən icra başçısınadək ...
19/12/2018 [08:58]:
Bakıda gənc qız itkin düşüb
19/12/2018 [08:56]:
Manatının MƏZƏNNƏSİ dəyişdi?
19/12/2018 [08:55]:
Paşinyan Aprel savaşının məğlub generalını özünə məsləhətçi təyin etdi - Ermənilər təşvişdə...
19/12/2018 [07:54]:
“Özünüzü masanızdakı ən xoşladığınız şirniyyatı  yeməməyə vadar edin”-İradəni  gücləndirməyin yolları...
19/12/2018 [02:17]:
Övladını suda boğduqdan sonra yandıran qadın həbs edilmədi - VİDEO
19/12/2018 [01:48]:
Yerevanda Qarabağ danışıqlarının detalları məlum oldu
19/12/2018 [01:47]:
Göygöldə “Shacman” külə döndü
19/12/2018 [01:03]:
Yens Stoltenberq: "Avropa Birliyi NATO-nu əvəz edə bilməz"
19/12/2018 [01:01]:
Belçikanın baş naziri istefa verdi
19/12/2018 [00:23]:
Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi – Yeni təyinat
18/12/2018 [23:57]:
"Brent" markalı neftin qiyməti 57 dollardan aşağı düşüb
Bütün arxiv bir sırada
11/01/2018 [13:27] - Müsahibə - ( 3438 dəfə baxılıb)

Rəsulzadə ilə mübahisə edərək, iclas zalından hönkürtü ilə çıxan Şəfi bəy- "Cümhuriyyət söhbətləri"





Moderator.az Azərbaycan Cümhuriyyətinin bir neçə aydan sonra keçiriləcək yüzillik yubileyi münasibətilə yeni rubrikaya start verib. Burada biz Cümhuriyyət dövrünün və mühacirət irsinin araşdırıcısı Ceyhun Nəbi ilə “Cümhuriyyət söhbətləri” silsiləsində ardıcıl olaraq ADR-in dövlət xadimləri, Cümhuriyyətin tarixi hadisələri və az öyrənilən yönləri barəsində danışacağıq. 

Yəqin, razılaşarsınız ki, mətbuat orqanlarında, eləcə də, Moderator.az-da AXC-nin əsas simaları Məhəmmədəmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski barələrində çox danışılıb, çox yazılıb. Təbii ki, onlardan nə qədər yazılsa, yenə də azdır. Amma onların kölgəsində qalanlar da var. 
Məsələn, aktiv Cümhuriyyət fədailərindən biri, müsavatçı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli..

-Şəfi bəy də maraqlı şəxsiyyət olub. Məncə, xaraktercə də başqalarından fərqlənən bir ziyalı idi. Mustafa bəy kimi bir şəxsin ailəsində böyümüşdü, həm də Kiyev mühiti onu bir şəxsiyyət kimi formalaşdırmışdı. Şəfi bəy sanki ömrünün axırında qədər Kiyevdəki hüquq təhsili zamanı əldə etdiyi dünyagörüş və qətiyyətə sahib qaldı”¦

-Şəfi bəy Rüstəmbəyli Azərbaycan milli dövlətçilik tarixində önəmli yerlərdən birini tutur. O, Ukraynda hüquq təhsili alıb. Orada Azərbaycanla bağlı həmyerlilər təşkilatının fəaliyyətində iştirak edib. 

Amma bundan sonrakı dövrlərdə Şəfi bəyin fəaliyyəti haqqında ciddi bilgilərə rast gəlinmir. Şəfi bəy Rüstəmbəylinin aktiv fəaliyyəti Türk Ədəmi-Mərkəziyyət Partiyası qurulandan sonra başlayıb. Partiyanı təsis edənlərdən biri də o idi. Həmçinin, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasında iştirak edib. 1918-ci ilin 28 mayında Azərbaycanın istiqlaliyyəti elan olunarkən “İstiqlaliyyət bəyənnaməsi”ndə imzalardan biri ona məxsusdu. Azərbaycan Cümhuriyyəti yaradılarkən Şəfi bəy Xosrov bəy Sultanov, Nəsib bəy Yusifbəyli ilə birlikdə Azərbaycana göndərilir. Onların əsas işi  Azərbaycan Cümhuriyyətini Bakıda elan etmək, burada müəyyən  əmin-amanlıq yaratmaq, müəyyən işəri qaydasına salmaq idi.

-Şəfi bəyin tələbəlik illərində çox vacib bir hadisə baş verir:  yazıçı Yusif Vəzir Çəmənzəminli gizli şəkildə Müsəlman Demokratik Müsavat Partiyasının Kiyev şöbəsinin yaradır. Deyərdik ki, Şəfi bəyin bir neçə ildən sonra qurulacaq Cümhuriyyətə bağlılığı da elə buradan formalaşıb. Yəni, həqiqətən də o, Kiyev mühitinin Azərbaycana hədiyyə oldu. 
Sonra dediyin kimi, 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsinin 8 üzvündən biri də Şəfi bəy olur. O, 1917-ci il noyabrın 15-də təsis edilən Zaqafqaziya Komissarlığının və Seyminin Müsəlman Fraksiyasının fəallarından idi. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflis və Gəncə bölmələrində çalışır, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf edir.  Bütün bu təcrübə Şəfi bəyə həm parlament deputatı, həm də qəzet redaktoru kimi necə təsir göstərdi? 

-Ş.Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təsis edilən Azərbaycan parlamentinin ilk seçilən üzvlərindən  olub. Özü də parlament quruculuğunda, iclaslarda, vacib qərarların qəbulunda aktiv iştirak edib. Parlamentin o dönəmdə əsas müzakirə mövzularından biri “Mətbuat haqqında qanun” olub. O qanunun əsas müəlliflərindən biri də Rüstəmbəyli idi. 

-Şəfi bəyin xidmətlərindən biri də rəsmi dövlət qəzeti “Azərbaycan”la bağlı olub. Səhv etmirəmsə, qəzetin rus  bölməsinin baş redaktoru idi. Qəzetin ilk dörd sayı Gəncədə nəşr edilib, Bakıda  beşinci saydan etibarən çıxmağa başlayıb.. 

-Bəli, Şəfi bəyin əsas xidmətlərindən biri də elə bu qəzetlə bağlıdır. Rus dilli bölməsinə o nəzarət edirdi. Deyilənə görə, o zaman qəzetin rus bölməsindəki əksər yazıları elə Şəfi bəyin özü yazırmış. Daha çox ictimai-siyasi yöndə yazılar olub. Demək olar ki, hamısı da analitik qabiliyyət tələb edən. Burada da Şəfi bəyin Kiyevdəki hüquq təhsili öz sözünü deyib....

-Ceyhun bəy, sözünüzə qüvvət olaraq deyim ki, Şəfi bəy həm də usta publisist idi. O, ictimai rəyə necə təsir göstərməyin lazım olduğunu əla bilirdi. Bu da jurnalistikada çox vacib prinsipdir. Kütləyə nəyisə təlqin etmək, onları maarifləndirmək onun məqalələrində əsas xətt idi. Bir də ən çox daşnakların özbaşınalığından, erməni quldur dəstələrinin Azərbaycana müxtəlif yönlərdən edə biləcəyi hücumlar onu çox narahat edirdi. Yazılarında da bunu göstərirdi. Bəlkə də elə buna görə Şəfi bəy,sona qədər qəzetlə kifayətlənmədi. Daxili İşlər Nazirliyində dəftərxana müdiri, daha sonra isə nazir müavini kimi də işlədi:

-Şəfi bəy Nəsib bəyin rəhbərlik etdiyi sonuncu hökumət kabinetində daxili işlər nazirinin-Mustafa bəy Vəkilovun-müavini olub.Bu vəzifədə çalışdığı müddətdə baş verən bir hadisəyə görə, Şəfi bəy xeyli vaxt müzakirə mövzusu oldu; Onu Əli Bayramovun qətlində ittiham edirdilər. 
Nazir Vəkilov başqa yerdə olduğundan onun vəzifəsini müvəqqəti olaraq,  Rüstəmbəyli icra edirdi. Bolşeviklər buna görə də, sonradan qətlin bütün  məsuliyyətini Şəfi bəyin üstünə atdılar. Hətta onunla bağlı qiyabi olaraq ölüm hökmü çıxarılmışdı.

-Doğrudur, onun özünü öldürə bilmədilər. Amma bolşeviklər sonradan Şəfi bəyə çox böyük mənəvi zərbələr vurdular. Atasının, dostlarının ölümünü buna misal çəkə bilərik...

-Şəfi bəyin atası Mustafa bəy bütün quberniyada sayılıb-seçilən şəxslərdən olub. O, Azərbaycan ordusuna 20 min çəkmə hədiyyə etmişdi. Yaxşı bilirsiniz ki, o zamankı Azərbaycan ordusu üçün bu nə demək idi... Amma təəssüf ki, bolşeviklərin ilk aradan götürdükləri şəxslərdən biri də elə Mustafa bəy oldu. 

-Şəfi bəylə bağlı ən çox xatırlanan hadisə isə Cümhuriyyətin son fövqəladə iclasında baş verdi. Bildiyimiz kimi, o zaman bolşevik ordusu artıq şəhərdə idi və parlamentin nəsə mübarizə aparmaq şansı belə yox idi. Hakimiyyət məcburi şəkildə bolşeviklərə təhvil verilməli idi. İclasda bu müzakirə edilən zaman ən emosional reaksiyanı Şəfi bəy verir. O, gənc dövlətin süqutundan sarsılıb çarəni ağlamaqda görür. Rəsulzadəyə üzünü tuturaq "biz sizə inanmışdıq, biz ideallarımız uğrunda mübarizə aparmışıq. Qoruyaq gənc dövlətimizi”,deyərək, etiraz edir. Maraqlıdır, elə bir məqamda Rəsulzadə nə edə bilərdi ki? Çingiz İldırım dənizdən top mərmilərini elə onların oturduğu parlamentə tuşlamışdı...

-Həmin məqamda Rəsulzadə ona cavab vermədi. Şəfi bəy də  göz yaşları içində parlamenti tərk etdi.
Orada əslində Rəsulzadə ilə Şəfi bəy Rüstəmbəyli eyni mövqedən çıxış edirdilər; antibolşevik mövqeyindən. Parlamentin son iclasında Şəfi bəy o səbəbə ağlayırdı ki, yeni yaranan dövlətin, Azərbaycan Cümhuiriyyətinin istila olunmasına əsəbləri tab gətirə bilmirdi. Amma Cümhuriyyətin təhvil verilməsinin qəti əleyhinə idi. Parlamentin son iclasında onlar eyni mövqedə olublar. 

-ADR-in süqutundan sonrakı dövrlərdə Şəfi bəyin göstərdiyi fəaliyyət haqqında danışaq:

-Bu  dövrlərdə o, müxtəlif mövqelərdə mübarizə aparıb. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti işğal ediləndən sonra Tiflisə  gedir.  Orada Cümhuriyytin bərpa edilməsi üçün bolşeviklərə qarşı müqavimətin yenidən başlanması ilə bağlı müzakirələrə qoşulur. Sovetlərin Gürcüstanı işğal etməsindən sonra Türkiyədə məskunlaşır. Trabzonda, daha sonra isə İstanbulda yaşayır. Orada Azərbaycan siyasi mühacirətinin əsas təmsilçilərindən olur. Rəsulzadənin də Türkiyəyə gəlməsindən sonra mühacirətdəki Müsavat Partiyasının fəaliyyətində canlanma baş verir.
 
-Bəs, Rəsulzadə ilə ixtilaflar nə zamandan və necə  başlayır?
 
-Sonradan mühacirlər arasında qarşıdurma olarkən Şəfi bəy Rəsulzadəyə qarşı müxaliflər qanadının üzvü olub. Şəfi bəy onun haqqında “Rəsulzadənin süqutu”, “Yıxılan bütlər” kitabını çap edir. Rəsulzadə isə ona qarşı “Şəfibəyçilik” kitabını yazır.

Onların aralarının dəyməsinə səbəb araşdırmaçıların fikirlərinə görə maliyyə məsələsi olub.
Amma bəzi qarşıdurmalardan sonra Ş.Rüstəmbəylinin siyasi fəaliyyəti o dərəcədə də hiss olunmur. Bu bəlkə də onun konfliklərdən iyrənib bir kənara çəkilməsindən irəli gəlir. 

-Bəli, tamam kənara çəkildi. Demək olar ki, daha siyasi eranada görünmədi. Təəssüf k, özündən sonra da bir varisi olmadı...

Şəfi bəyin hazırda ailə varisləri yoxdu. Sadəcə sonradan onun yanına gedən qardaşı oğlu Bəhram Kürün qızı Pınar Kür xanım yaşayır.

Müzakirəni apardı: Elmin Nuri


Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi... - FOTOLAR
Qadın sürücü elektrik enerjisi ilə işləyən avtomobilinə benzin vurmaq istədi- MARAQLI...
Tanınmış sənətçi qəfil vəfat etdi
Yüzlərlə maral öldürən ovçuya ibrətamiz cəza - MARAQLI
"Ali məktəbə qəbul olunanlardan barmaq sayı qədər tələbə var ki, repetitor yanına getməyib”
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bunlara deyən yoxdur ki, axı efirdəsiniz, savadlı adamlar sizi dinləyir...”
Cəmiyyət
ADU-dan universiteti ittiham edən əməkdaş haqda açıqlama...
Ədəbiyyat
“Atamın bağışladığı kitabları toplayıram ki, onları yenidən çap edim” – Söhrab Tahirin qızı
Maraqlı
Kişiləri mübahisəyə çəkən gizli səbəblər...
Cəmiyyət
“Mübariz Xocalının intiqamını almağa getmişdi...” - Erməni əsirliyində olmuş qadın...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Sənin də döşünü kəssəydilər...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
Gürcüstan prezidenti ultimatum verdi: ”Rusiya Qafqazın qonşusu kimi başa düşməlidir ki..."
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə