Xəbər lenti
23/06/2018 [15:41]:
Kəlbəcərdə “rayon”un yeni başçısı təqdim edildi...- FOTO
23/06/2018 [15:39]:
Gəncədə körpənin üzündən aldığı xəsarətlə bağlı həkim rəyi açıqlandı
23/06/2018 [15:38]:
“Qarabağ klanının Paşinyanın devirmək şansı kifayət qədər böyükdür” – MÜSAHİBƏ
23/06/2018 [15:33]:
İlham Əliyev mozambikli həmkarını təbrik edib
23/06/2018 [15:32]:
Avstraliyalı aqronom Qarabağdakı erməni fermerləri kimyəvi zəhərlənmədən qorumağa çalışır...- Fotolar
23/06/2018 [15:22]:
Deputatın oğlu keçmiş nazirin oğlu ilə evləndi
23/06/2018 [15:18]:
Ölkəyə gələnlərin çoxu siqaret və spirtli içkilər gətirir - Gömrük idarəsindən açıqlama
23/06/2018 [15:13]:
“Gecə əyləncələrinə getmək, şənlənmək...”- Yüz beş yaşlı qadın bu yaşa çatmasının sirrini açdı...
23/06/2018 [15:04]:
Çində 10 nəfər edam olundu
23/06/2018 [14:59]:
Neymar komanda yoldaşını təhqir etdi
23/06/2018 [14:53]:
“Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir” - Prezident “Mixaylo” haqqında
23/06/2018 [14:41]:
“Google Chrome” brauzeri internetə qoşulmadan işləyəcək
23/06/2018 [14:37]:
Türkiyədə prezidentliyə namizədlər son mitinqlərə HAZIRLAŞIR
23/06/2018 [14:35]:
Deputatlar “Dövlətqaçqınkom”un ilk təşəbbüsünə qiymət verdilər: “Proseslərin çoxu mətbuata sızmır”
23/06/2018 [14:31]:
İlham Əliyev səhiyyə işçilərinə fəxri adlar verdi - SİYAHI
23/06/2018 [14:30]:
Akif Əlizadəni AMEA prezidenti vəzifəsinə təsdiq edildi
23/06/2018 [14:27]:
Bəhram Bağırzadə: "Biz oxuyanda belə şeylər yox idi"
23/06/2018 [14:26]:
“Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi baş verməlidir”
23/06/2018 [14:12]:
Nazirlikdən xəbərdarlıq: şimşək, leysan, dolu, güclü külək...
23/06/2018 [14:10]:
Azərbaycanlı məşhur ailəsi ilə ölkəni tərk etdi: hansı ölkədə yaşayacaq?
23/06/2018 [14:07]:
Nazir əlilliyi olan şəxslərlə görüşdü -FOTOLAR
23/06/2018 [13:52]:
Milli Qəhrəmanımızın kəndində erməni balaları təzə məktəbdə təhsil alacaq… - FOTOLAR
23/06/2018 [13:27]:
Dünyanın ən uzun kababı tarixə düşür - Uzunluğu 255 metr...
23/06/2018 [13:23]:
Bərdədə üç il əvvəl törədilən avtomobil oğurluğunun üstü açıldı
23/06/2018 [13:21]:
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə edildi
23/06/2018 [13:20]:
Azərbaycanda 17 tona yaxın xaş-xaş və çətənə kolları məhv edildi
23/06/2018 [13:13]:
Paşinyan İrana səfərə hazırlaşır
23/06/2018 [13:00]:
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
23/06/2018 [12:54]:
Rusiya üzərində qələbə: "Baş nazir sevinir, prezident əleyhinədir"
23/06/2018 [12:28]:
Millət vəkili: "Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq"
23/06/2018 [12:25]:
“Sınıq Körpü”dən keçən nəqliyyatın sayı bəlli oldu
23/06/2018 [12:10]:
Savçenkodan xəbərdarlıq: Müharibə dayanmasa...
23/06/2018 [12:07]:
Putin Bakı ilə əlaqələri ona həvalə etdi – Qərar
23/06/2018 [11:59]:
Akademiya yaxınlığında yeni Azercell Eksklüziv!
23/06/2018 [11:52]:
Bağçadakı olaya görə 2 nəfər işdən çıxarıldı
23/06/2018 [11:52]:
Kanadanın baş naziri eynəyə görə cərimələndi...
23/06/2018 [11:48]:
Elşad Xose sevgilisinin fotosunu paylaşdı
23/06/2018 [11:38]:
Bu gün Sabunçunun bir hissəsində su olmayacaq
23/06/2018 [11:36]:
Dünən sədri olduğu QHT Şurasının 10, bu günsə özünün 47 yaşını qeyd edir...
23/06/2018 [11:34]:
Qənirə Paşayeva tanınmış təşkilat rəhbərləri ilə görüşdü -FOTOLAR
23/06/2018 [11:33]:
İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul etdi
23/06/2018 [11:25]:
Cəbhə bölgəsində erməni əsgər öldü
23/06/2018 [11:15]:
Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək
23/06/2018 [10:49]:
Rusiyada təyyarə qəzaya uğradı...
23/06/2018 [10:48]:
Bakıda 20 yaşlı oğlan otağında özünü asdı
23/06/2018 [10:45]:
Universiteti bitirib diplom ala bilməyən tələbələrin sayı açıqlandı
23/06/2018 [10:28]:
ABŞ Cənubi Koreya ilə bəzi hərbi təlimləri dayandırdı
23/06/2018 [10:27]:
Salah Çeçenistanın fəxri vətəndaşı oldu
23/06/2018 [10:25]:
Duzun ölümcül təhlükəsi sübut edildi
23/06/2018 [10:24]:
ATƏT Cənubi Qafqaza səfərlə bağlı bəyanat yaydı
23/06/2018 [10:23]:
O günəmi qalmışıq ki, başımızın üstündə əxlaq polisi dayansın?
23/06/2018 [10:15]:
Yasamal Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri işdən çıxarıldı
23/06/2018 [10:11]:
"Şəhərin kanalizasiya sistemini quran ermənilər gizli yeraltı yolları ruslara bildiriblər"
23/06/2018 [10:05]:
Cəbhədə erməni təxribatı - Şiddətli atışma oldu
23/06/2018 [09:58]:
Gəncə Dövlət Universitetindən ixtisasını dəyişmək istəyənlərə şans...
23/06/2018 [09:56]:
Ərdoğan: “BMT-də 2 təcrübəli siyasətçi var, biri mənəm, digəri də Putin”
23/06/2018 [09:44]:
Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı...
23/06/2018 [09:36]:
"Elçibəyin əsas fərqliliklərindən biri də türklüyü ilə qürur duyması idi"
23/06/2018 [09:24]:
“ABŞ-la danışıqlar aparmaq vaxt itkisidir” - Əsəd
23/06/2018 [09:12]:
Tatarıstanda yaşayış binasında partlayış - Ölən və yaralananlar var
23/06/2018 [09:00]:
Məsciddə azarkeşlərin futbol üzrə dünya çempionatını izləməsi üçün şərait yaradıldı və... -GÖZLƏNİLMƏZ
23/06/2018 [08:56]:
Baş nazir ilk dəfə qalstuk taxdı - Ölkə buna niyə sevinir?
23/06/2018 [08:53]:
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO
23/06/2018 [08:51]:
Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət aldı
23/06/2018 [01:15]:
Türkiyə İraqda terrorçuları bombaladı
23/06/2018 [00:35]:
Gəncədə bağçada körpəyə dağ çəkdilər - FOTO
22/06/2018 [23:38]:
Təyyarədən enmək istəməyən sərnişinlər pilot tərəfindən zorla endirildilər - VİDEO
22/06/2018 [23:26]:
“Üzərimdə bomba var” dedi, ortalığı bir-birinə qatdı
22/06/2018 [23:19]:
Xoyski işçisinin səhvinə görə özünü bağışlamadı və bu addımı atdı – Gizli tarix
22/06/2018 [23:17]:
Uşaqlarının gözü qarşısında üzərinə benzin tökülərək yandırıldı
22/06/2018 [23:17]:
İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdilər
22/06/2018 [23:12]:
İçinə şeytan girdiyi düşünülən qadının dili və dodağı dağlandı - FOTOLAR
22/06/2018 [23:08]:
Laçının Bozlu kəndində erməni uşaqlar belə təhsil alır... - VİDEO
22/06/2018 [22:57]:
BMT Rusiyanı Dnestryanıdan çıxmağa çağırdı
22/06/2018 [22:51]:
Sumqayıt sakini qapısına gələn su pulu yığanı bıçaqlayıb
22/06/2018 [22:50]:
Muharrem İncə bu şəxsləri həbs edəcək
22/06/2018 [22:49]:
Dövlət Komitəsinin sədri Gəncədə köçkünlərin müraciətinə baxdı
22/06/2018 [22:48]:
“Dövlətlə vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev
22/06/2018 [22:12]:
Yolda şütüyən BMP avtomobili xurd-xəşil etdi - VİDEO
22/06/2018 [21:41]:
“İstənilən qlobal güc Türkiyə ilə hesablaşmağa məhkumdur”
Bütün arxiv bir sırada
12/01/2018 [12:33] - Kriminal - ( 7623 dəfə baxılıb)

Arvadı kənddən Bakıya gedib bacısının qeyri-rəsmi əri ilə “yatdı”, sonra... - 3 uşaq atasından dəhşətli əməl



Yevlax şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Moderator.az publika.az-a istinadən məlıumat verir ki, Həsən Həsənovun arvadı Şəhanə İsmayılova təxminən bir ay əvvəl Bakı şəhərinə gedərək müvəqqəti olaraq bacısı ilə birlikdə yaşayıb.

İki bacının sevgilisi

Həmin vaxt Şəhanə İsmayılovanın bacısının qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Elvin Novruzovla arasında sevgi münasibətləri yaranıb. Həsən Həsənov arvadının Elvin Novruzovla sevgi münasibətlərinin olmasından şübhələnərək onunla telefonda mübahisə edib.

26 aprel 2017-ci ildə Şəhanə İsmayılova azyaşlı uşaqları ilə Bakı şəhərindən Yevlax rayonuna qayıdıb və Aidə İsmayılovanın evində gecələyib. Həsən Həsənov aprelin 27-də, saat 09.00-da qayınanası Aidə İsmayılovanın yaşadığı evə gəlib.

İntim münasibət və qanlı dava

Həmin vaxt Həsən Həsənov qayınanasının evdən getməsini gözləyib. Qayınanası evdən çıxdıqdan sonra isə evin yataq otağına keçən Həsən Həsənov orada yatmış Şəhanə İsmayılovanı oyadaraq ondan evə getməsini tələb edib.

Şəhanə İsmayılova isə onun təklifindən imtina edərək ona sərt cavablar verib. O, Şəhanə İsmayılovanın Bakı şəhərində qaldığı müddətdə Elvin Novruzovla intim münasibətlərinin olmasını özündə qətiləşdirib və arvadını öldürmək qərarına gəlib.

Bu məqsədlə evin mətbəxinə keçən Həsən Həsənov oradan bıçaq götürərək geri qayıdıb. O, yataqda oturmuş vəziyyətdə olan Şəhanə İsmayılovanın baş nahiyəsinə həmin bıçaqla zərbə endirib.

İki azyaşlının gözü qarşısında dəhşət

Lakin Şəhanə İsmayılova əlləri ilə bıçağın tiyəsindən tutmaqla aktiv müqavimət göstərərək onun hərəkətlərinə mane olub və çarpayının qarşısına yıxılıb. Həsən Həsənov arvadı ilə eyni otaqda yatmış 2016-cı il təvəllüdlü oğlu Tunarın oyanmasına və ortancıl oğlu, 2010-cu il təvəllüdlü Ömərin yataq otağının qapısından bu hərəkətləri müşahidə etməsinə baxmayaraq, cinayət əməlindən əl çəkməyib.

Həsən Həsənov əlindəki bıçaqla Şəhanə İsmayılovanın həyat üçün təhlükəli olan boyun nahiyəsinə 2 dəfə ardıcıl zərbələr endirərək ona boynunu kəsib. Onun öləcəyini düşünən Həsən Həsənov evdən gedib. Şəhanə İsmayılovanın hadisədən dərhal sonra xəstəxanaya çatdırılması və ona tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Həsən Həsənovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseyovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Başqa kişinin səsinin gəldiyini eşitdim”

Təqsirləndirilən şəxs qismində ifadə verən Həsən Həsənov bildirib ki, 2004-cü ildə Şəhanə İsmayılova ilə ailə həyatı qurub, 3 övladları var: "Əvvəllər münasibətlərimiz normal olub. Son 2 ayda isə Şəhanə ilə münasibətlərimizdə problemlər yaranıb. 2017-ci ilin mart ayında Şəhanə qan azlığından əziyyət çəkdiyi üçün 4-5 günlük Bakı şəhərinə getdi. Bakıya getdikdən sonra Şəhanə telefonla danışarkən həkimin məsləhət gördüyünü bildirərək müxtəlif bəhanələrlə təxminən 2 aya yaxın Bakıda qaldı və Ömər və Tunarı da özü ilə Bakıya aparmışdı. Orada olarkən 7-8 gün əvvəl Şəhanə saat 12.00-da bacım oğlu Nurlanla Vatsap vasitəsilə telefon bağlantısı qurarkən oğlumuz Rüstəmlə də danışmaq istədiyini bildirib. Nurlan isə telefonu gətirərək oğlum Rüstəmə verdi. Rüstəm anası ilə danışarkən digər otaqda yatmışam. Ancaq danışıq səsinə oyandım və Şəhanə Rüstəmlə danışarkən kənardan başqa kişinin səsinin gəldiyini eşitdim. Əvvəlcə həmin səsə əhəmiyyət vermədim”.

"Qızının nişanlısı olduğunu bildirdi”

Həsən Həsənov qeyd edib ki, səhərisi günü qayınatasıgilə gedərək qayınanası Aidə İsmayılovadan gecə Şəhanənin Rüstəmlə danışarkən kişi səsi gəldiyini eşitdiyini və həmin şəxsin kim olmasını xəbər alıb: "Şəhanənin anası isə bildirdi ki, həmin şəxs digər qızı Aygünün nişanlısı Elvindir. Aygünün nişanlısı olmadığı üçün Aidənin dediklərinə inanmadım. Orada olarkən Aidə qızı Şəhanəyə zəng etdi, danışmaq istəyərkən Şəhanənin istifadəsində olan mobil telefona yenə başqa bir kişi cavab verdi. Aidə telefonda həmin kişidən telefonu qızına verməsini istədi. Bundan sonra telefonu Şəhanə götürərək anası ilə danışdı. Yenə həmin şəxsin kim olmasını soruşdum. Aidə yenə təkidlə Aygünün nişanlısı olduğunu bildirdi”.

"Anasıgildə qalacağını dedi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, aprelin 26-da, saat 18.00-da Şəhanə anasıgilə gəlib: "Bu səbəbdən mən də onlara gəldim. Şəhanənin mənə qarşı rəftarında soyuqluq olduğunu hiss etdim. Ancaq heç nə biruzə vermədim. 5-10 dəqiqə oturduqdan sonra işə qayıtdım. Saat 22.00-da yenidən Şəhanənin anasıgilə getdim. Şəhanədən evinə nə vaxt gələcəyini soruşdum. Şəhanə isə hələ anasıgildə qalacağını və Dağıstanda yaşayan qardaşı Azərbaycana nə vaxt gələrsə, o zaman evə qayıdacağını bildirdi”.

"Mənə qarşı hörmətsizlik etdi”

Həsən Həsənov bildirib ki, aprelin 27-də, saat 9-10 radələrində yenidən Şəhanənin anasıgilə gedib, evdə Şəhanənin anası, Şəhanə və iki azyaşlı uşağımız olub: "Evə girdikdən təxminən 3-4 dəqiqə sonra Şəhanənin anası tibb bacısı olduğu üçün iynə vurmağa gedəcəyini bildirdi və evdən çıxdı. Təxminən 10-15 dəqiqə sonra yataq otağına keçdim. Uşaqlardan 1 yaşlı Tunar Şəhanə ilə, 7 yaşlı Ömər isə digər otaqda yatmışdı. Otağa girib Şəhanəni səslədim, durmasını istədim. Şəhanə isə mənə "get başımdan, yatıram” deyərək durmaqdan imtina etdi. Yenə də Şəhanədən durmasını istədim, evə getməli olduğumuzu bildirdim. Şəhanə mənə qarşı hörmətsizlik etdi və qışqıraraq getməyəcəyini dedi”.

"Könüllü təslim oldum”

Həsən Həsənovun ifadəsinə görə, 4 dəfə təkrarən Şəhanəyə evə getmələrini təklif edib, Şəhanə isə təkliflərə baxmayaraq onunla getməkdən boyun qaşırıb: "Şəhanənin hərəkətinə əsəbiləşdim, mətbəxə keçərək bıçaq götürdüm və geriyə Şəhanənin olduğu otağa qayıtdım. Şəhanənin başqa şəxslə münasibəti olduğunu düşündüyümdən və həmin vaxtda mənə qarşı hörmətsizlik edərək mənimlə getmək istəmədiyindən əsəbiləşdim. Şəhanəni vurmaq üçün yenidən yataq otağına qayıtdım. Otağa daxil olduqda Şəhanə çevrilərək əlimdə bıçağı gördü. Şəhanənin necə vurduğumu bilmirəm. Onu vuran zaman Ömər evdə yanımızda olmayıb. Tunar isə yatılı olub. Sonra polis şöbəsinə gedərək könüllü təslim oldum”.

"Getməli olduğumuzu bildirdi”

Cinayət işi üzrə zərərçəkmiş Şəhanə İsmayılova bildirib ki, başına qan çatmadığı üçün 2017-ci il mart ayında oğlu Rüstəmlə bacısı Aygünün yanına Bakı şəhərinə müalicə almaq məqsədilə gedib, təxminən 1 ay orada qalaraq müalicə olunub: "Bacım Aygün Bakı şəhərində işləyir və Elvin Novruzovla qeyri-rəsmi nikah münasibətləri şəraitində yaşayır. Orada qaldığım müddətdə oğlum Rüstəmi dərslərin başlanması ilə əlaqədar Yevlax rayonuna göndərdim. Aprelin 26-ı müalicəni başa çatdıraraq Yevlax rayonuna birbaşa anamgilə gəldim.Təxminən 1 saat sonra Həsən də ora gəldi. Ertəsi gün Həsən yenə də ora gəldi. Həsənə anamın getdiyini bildirdi. Ona "qoy anam gəlsin, balaca oğlum Tunarı onun yanında qoyum evə gedək”, dedim. Həsən isə yenə də təkidlə getməli olduğumuzu bildirdi”.

Şəhanə İsmayılova daha sonra ifadəsində Həsən Həsənovla mübahisə etməsindən, ərinin onun bıçaqla vurmasından danışıb.

"Aramızda sevgi münasibətləri yarandı”

Cinayət işi üzrə şÐ°hid qismində ifadə verən Elvin Novruzov bildirib ki, Şəhanə İsmayılovanın bacısı Aygün İsmayılova ilə 2016-ci ilin avqust ayında Bakı şəhərində tanış olub: "Bundan sonra Aygünlə aramızda sevgi münasibətləri yarandı və bir-birimizlə daimi əlaqə saxlamışıq, görüşmüşk. Əvvəllər bir dəfə 2013-cü ildə ailə həyatı qurmuşam. Həmin nikahdan övladım yoxdur. 2016-cı ildə ərizə ilə məhkəməyə müraciət edərək boşanmaq istədiyimi bildirmişəm, hazırda boşanma məsələlərinə Saatlı rayon məhkəməsində baxılır”.

"Şəhanə ilə heç bir intim əlaqəm olmayıb”

Elvin Novruzovun sözlərinə görə, 2017-ci ilin yanvar ayından Aygünlə birlikdə bir evdə yaşamaq qərarına gəliblər: "Həmin vaxtdan atam Novruz Novruzov, anam Rəvanə Novruzova və Aygün İsmayılova Bakı şəhəri Əcəmi Naxçıvani küçəsndəki mənzillərdən birində yaşamağa başladıq. Şəhanə ilə heç bir intim əlaqəm olmayıb. Şəhanə aprel ayının 26-na Yevlax şəhərinə gedib. Şəhanə Bakıda qaldığı müddətdə axşam bir dəfə Vatsap vasitəsilə oğlu Rüstəmlə danışdığı vaxt Şəhanənin yanında olmuşam. Həmin vaxt digər ailə üzvlərim və Aygün də evdə olub. Sadəcə görüntülü danışıq vaxtı Rüstəmə salam göndərdim. Bundan başqa Şəhanə bizimlə qaldığı müddətdə iki dəfə onun telefonuna cavab vermişəm. Bunlardan birində Şəhanə hamamda olduğu üçün, digərində isə nömrəsinə gizli nömrədən zəng gəldiyi üçün Şəhanənin xahişi ilə telefona cavab vermişəm. Hər iki zəng edən Şəhanənin anası Aidə İsmayılova olub”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Həsənov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsən Həsənov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib.

Həsən Həsənovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Gündüz Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti Həsən Həsənovun apelyasiya şikayətini təmin etməyib, birinci instasiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

“Üzərimdə bomba var” dedi, ortalığı bir-birinə qatdı
Uşaqlarının gözü qarşısında üzərinə benzin tökülərək yandırıldı
İçinə şeytan girdiyi düşünülən qadının dili və dodağı dağlandı - FOTOLAR
Bir otaqda 14 nəfər yaşayırlar - FOTOLAR
Sabunçuda iki avtomobil toqquşdu - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Gecə əyləncələrinə getmək, şənlənmək...”- Yüz beş yaşlı qadın bu yaşa çatmasının sirrini açdı...
Siyasət
“Sülhə nail olmaq üçün Rusiyanın zəifləməsini gözləmək sonu görünməyən zaman ala bilər”
Maraqlı
"Şəhərin kanalizasiya sistemini quran ermənilər gizli yeraltı yolları ruslara bildiriblər"
Dünya
Təyyarədən enmək istəməyən sərnişinlər pilot tərəfindən zorla endirildilər - VİDEO
Araşdırma
Xoyski işçisinin səhvinə görə özünü bağışlamadı və bu addımı atdı – Gizli tarix
Həftənin ən çox oxunanları
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Lotoreyanın sirrini tapan riyaziyyatçı 7 dəfə mükafat qazandı...
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
12 yaşında Kəbəni üzərək təvaf etdi - Gözlənilməz (FOTOLAR)
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
İki Ali Baş Komandanımızın Xankəndindəki paradını bizə çox görməyin: - TARİXİ SEÇİM...
Paşinyanın gəncliyinə aid biabırçı şəkli paylaşıldı - FOTO
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
“Türk Yıldızları” Bakı səmasında uçuşlar keçirəndə hamımız sevincdən ağlayırdıq”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin