Xəbər lenti
15/12/2018 [23:48]:
"Təhqir olunan hər bir şəhidin haqqını qorumaq bizim borcumuzdur"
15/12/2018 [23:21]:
Məhkəmə Züleyxaya yeddi il iş kəsdi...
15/12/2018 [23:00]:
Daha bir məşhur üçün "Maşın" əldən getdi
15/12/2018 [22:46]:
Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan tarixi -“Ruhani diplomatiyası”
15/12/2018 [22:43]:
“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15/12/2018 [22:38]:
Şərəfsizlik lövhəsinə gətirən səhv addım...
15/12/2018 [22:30]:
“Məni Salatın Əsgərova ilə birgə şəhid olmaqdan cəmi beş dəqiqəlik zaman ayırdı...”
15/12/2018 [22:27]:
“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”
15/12/2018 [22:21]:
Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15/12/2018 [21:50]:
Şeyx Zahid Gilani Lənkəranda da anıldı - FOTO
15/12/2018 [21:35]:
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
15/12/2018 [21:24]:
“Ona yalnız bunu arzulayıram, qalan hər şey Ramizdə var” - Cavanşir Quliyev
15/12/2018 [21:06]:
Rusiyalı biznesmenlər Davos forumunda iştirak edə biləcəklər - Qadağa ləğv edilib
15/12/2018 [21:03]:
"O, çox orijinal filosofdur” – Ramiz Rövşənə dost və adaş təbriki...
15/12/2018 [21:00]:
“BMW” və “Tesla” qiymətləri aşağı salıb- ABŞ-ın qərarından sonra
15/12/2018 [20:55]:
“Boeing”in Çində ilk yığım zavodu işə başlayıb - Növbəti 20 ildə 7700 yeni təyyarəyə ehtiyac olacaq
15/12/2018 [20:39]:
Yüksək vəzifəli siyasətçiləri yeni il hədiyyəsi gözləyir - Məvacibləri 9 faiz artırılır
15/12/2018 [20:34]:
Bank işçisi, hüquqşünas, auditor, kassir… - Bu kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq
15/12/2018 [20:31]:
Tarix kitablarını tullantıya çevirən iddia: Dollar sayəsində baş verib
15/12/2018 [20:24]:
Ekstrasenslərin III dünya savaşı haqda duyumları -“Müsəlmanlar Avropanı alacaq, bir çox xalqlar yox olacaqlar”
15/12/2018 [20:21]:
Ən etibarlı avtomobillərin adları açıqlanıb- SİYAHI
15/12/2018 [19:53]:
Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15/12/2018 [19:51]:
Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15/12/2018 [19:37]:
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
15/12/2018 [19:28]:
Yalnız şagirdlərin hər şeyə qərar verdiyi sərbəst məktəb -FOTO+VİDEO
15/12/2018 [19:27]:
Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
15/12/2018 [19:07]:
Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…
15/12/2018 [19:01]:
Mətbuat Şurası şikayətləri araşdırdı
15/12/2018 [19:01]:
185 qram kalium permanqanat aşkarlanıb
15/12/2018 [19:00]:
“Gəl, əl-ələ tutub gedək” deyən şairə...
15/12/2018 [18:49]:
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
15/12/2018 [18:26]:
Kitab oğurlayan it sosial mediada marağa səbəb oldu - MARAQLI+ VİDEO
15/12/2018 [18:20]:
“Ümid edirik ki, Türkiyə bundan sonra da hərbi təcrübəsini Azərbaycanla bölüşəcək”
15/12/2018 [18:08]:
Mahir Abbaszadə Laçından olan bir qrup seçicini Milli Məclisdə qəbul elədi - FOTOLAR
15/12/2018 [17:50]:
Ankara İraqı xəbərdar etdi: Əməliyyatlar davam etdiriləcək
15/12/2018 [17:49]:
Pişik 15 kilometr yol qət edərək liseyə geri qayıtdı - İNANILMAZ...
15/12/2018 [17:48]:
Avrokomissiya rəhbəri hamını təəccübləndirdi - VİDEO
15/12/2018 [17:32]:
Ermənistanda rus və erməni snayperlərin birgə təlimləri başladı-FOTO
15/12/2018 [17:13]:
Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi - SİYAHI...
15/12/2018 [17:11]:
Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15/12/2018 [17:09]:
Planetdə ən "xoşbəxt" yer məlum oldu
15/12/2018 [16:59]:
“Facebook” cərimələnə bilər
15/12/2018 [16:46]:
Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirildi
15/12/2018 [16:42]:
Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib
15/12/2018 [16:36]:
Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik etdi
15/12/2018 [16:35]:
Qəzəbli məhkum zibil vedrəsini hakimin üzərinə atdı - VİDEO
15/12/2018 [16:28]:
Məşhur futbolçu Argentina komandasının baş məşqçisi olacaq
15/12/2018 [16:23]:
“Məktəblərin mühafizəsində qadın polislər də olmalıdır”
15/12/2018 [16:23]:
Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edildi - SİYAHI
15/12/2018 [16:17]:
Lukaşenko ermənilərə “Polonez” təklif etdi - Bəs nə cavab aldı...
15/12/2018 [16:15]:
Müştərinin yeməyini yeyən kuryer işdən qovuldu
15/12/2018 [16:15]:
AFFA “Neftçi”nin idman direktorunun cəzasını azaltdı
15/12/2018 [16:12]:
Fransada etirazların “beşinci akt”
15/12/2018 [16:12]:
Pentaqon Rusiya ilə danışıqlardan qaçır
15/12/2018 [16:06]:
UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq
15/12/2018 [15:56]:
Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
15/12/2018 [15:45]:
“Pirotexniki vasitənin partladılması nəticəsində dörd otaqlı ev yanaraq kül oldu...”
15/12/2018 [15:39]:
Sabunçuda ev yanıb
15/12/2018 [15:35]:
Bakıda II Avrasiya Hüquq Qurultayı keçiriləcək
15/12/2018 [15:14]:
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
15/12/2018 [15:12]:
Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər - VİDEO
15/12/2018 [15:09]:
Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı
15/12/2018 [15:06]:
“Qarabağ” altı milyon manatdan çox qazandı
15/12/2018 [15:04]:
Faiq Ələkbərlinin yeni kitabı işıq üzü gördü - FOTO
15/12/2018 [14:58]:
Qazaxıstan prezidenti Nursultan Nazarbayev 6 azərbaycanlını mükafatlandırdı
15/12/2018 [14:56]:
2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
15/12/2018 [14:48]:
Arılar da izlənəcək - VİDEO
15/12/2018 [14:42]:
"Azərbaycanlıların etnik təmizləməyə məruz qalması terrorun necə təhlükəli olmasının bariz nümunəsidir"
15/12/2018 [14:32]:
180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
15/12/2018 [14:27]:
Sabahdan güclü külək əsəscək
15/12/2018 [14:21]:
"Bizimlə rəqabət aparan əvvəlcədən fəaliyyətdə olan dəhlizlər var, amma..." - VİDEO
15/12/2018 [14:08]:
Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişib
15/12/2018 [14:06]:
Azərbaycana casusluq edən 20 erməni "ilişib" - Ermənistan Xüsusi İstintaq Xidməti...
15/12/2018 [14:04]:
“Arsenal”dan “Qarabağ”la oyundakı insidentlə bağlı açıqlama...
15/12/2018 [14:02]:
Zakir Qaralov Xızıda görüş keçirib
15/12/2018 [14:01]:
Bomba xəbərindən sonra təyyarə təcili eniş etdi
15/12/2018 [13:59]:
Ermənilər Qarabağ təbiətinin səfasını çəkir – 26 çeşid bitkidən ibarət 3 metrlik qutab...
15/12/2018 [13:56]:
Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu
15/12/2018 [13:55]:
Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb
15/12/2018 [13:54]:
44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı
Bütün arxiv bir sırada
12/01/2018 [21:51] - Gündəm - ( 1149 dəfə baxılıb)

İtaliya mediası İlham Əliyevin keçirdiyi toplantıdan yazdı



İtaliyanın “Scenari İnternazionali”, “Agenparl”, “Eurasianews”, “Agenzia Nova” kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin fikirlərinə istinadən geniş məqalələr dərc olunub.
 
Məqalələrdə Prezident İlham Əliyevin 2017-ci ildə Azərbaycanın sürətlə və uğurla inkişaf etməsi, bütün sahələrdə əldə edilmiş nəticələrin ölkənin ümumi inkişafına böyük töhfə verməsi, Azərbaycan xalqının 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşaması ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılıb. Dövlət başçısının Azərbaycanda sabitliyin mənbəyinın Azərbaycan xalqı, onun iradəsi və eyni zamanda, hökumətin apardığı siyasətin təşkil etməsi, xalq-iqtidar birliyinin uğurların əsas şərti olması, bu uğurlu siyasətin təməlində xalq tərəfindən göstərilən dəstəyin dayanması və bu müsbət meyillərin gücləndirilməsinin Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəyi fikri xüsusi qeyd olunur.
 
Bildirilir ki, Prezident İlham Əliyev nitqində 2017-ci ilin Azərbaycanda dərin iqtisadi islahatlar ili olduğunu, həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiyini, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşdığını, ölkənin MDB məkanında liderlik mövqeyini qoruyaraq möhkəmləndirdiyini qeyd edib.
 
Ölkənin iqtisadi göstəricilərinə diqqət çəkilən yazılarda Prezident İlham Əliyevə istinadən vurğulanır ki, 2017-ci ildə Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə edilib, iqtisadiyyat artıb, xüsusilə də qeyri-neft sektorunda artım 2,5 faiz təşkil edib, valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutub.
 
Bildirilir ki, ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və bu da Azərbaycanın həm yerli, həm də xarici investorlar üçün cəlbedici ölkə olduğunun göstəricisidir. 2017-ci ildə ölkənin ixrac potensialı, o cümlədən ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb, ticarət balansında müsbət saldo 6,2 milyard dollar təşkil edib, xarici turistlərin gəlişi də rekord səviyyəyə çatıb.
 
Yazılarda diqqətə çatdırılır ki, 2017-ci ildə hökumətin sosial siyasətinin nəticələri barədə də danışan Prezident İlham Əliyev il ərzində ölkədə 177 mini daimi olmaqla 221 min yeni iş yerinin açıldığını və bunun son illər ərzində açılan iş yerlərinin sayına görə rekord göstərici olduğunu, habelə ilin yekunlarına görə Azərbaycanda işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olduğunu, bunun da dünya miqyasında ən yaxşı nəticələrdən biri olduğunu deyib və əlavə edib ki, sosial infrastruktur layihələri çox böyük əhəmiyyət daşıyır, hökumətin siyasətinin istiqamətini əks etdirir, hökumət sosial məsələlərin həlli üçün əlindən gələni edir və böyük işlər görür.
 
Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş işlər barədə də fikirlərinə yer verilir, o cümlədən Cocuq Mərcanlı kəndinin bərpası və Şıxarx qəsəbəsində yeni şəhərciyin qurulması barədə danışılır. Prezident İlham Əliyevə istinadən bildirilir ki, Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Habelə qeyd olunur ki, Prezident İlham Əliyev Şıxarx qəsəbəsinin erməni işğalçılarından təmizlənərək azad edildiyini bildirib və əlavə edib ki, orada yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bu, həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Dağlıq Qarabağ probleminin həlli ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür və bunun heç bir başqa yolu yoxdur.
 
Bildirilir ki, beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə dəstəyindən danışan Prezident İlham Əliyev ölkənin prinsipial mövqeyinin ədalətli, beynəlxalq hüquqa əsaslanan və daha çox beynəlxalq dəstək qazanan mövqe olduğunu vurğulamaqla ötən il ərzində bunu əks etdirən bir neçə önəmli hadisənin baş verdiyini və onlardan birinin Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmaması olduğunu və bunun da bütün dünya tərəfindən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını göstərdiyini deyib.
 
Yazılarda qeyd olunur ki, dövlət başçısı ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü və suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməsinin işğalçı Ermənistana növbəti zərbə olduğunu, Azərbaycanın öz prinsipial mövqeyindən geri çəkilməyəcəyi və ölkənin ərazi bütövlüyünün bərpasının əsas məsələ olduğunu diqqətə çatdırıb. Habelə Prezident İlham Əliyevə istinadən Azərbaycanın öz hərbi gücünü də artırdığı, bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında olduğu, ordu üçün nə lazımdırsa edildiyi və bundan sonra da güclənəcəyi və istənilən tapşırığı yerinə yetirməyə hazır olduğu qeyd edilir.
 
Dövlət başçısının 2017-ci ili energetika sahəsində tarixi hadisələrin baş verdiyi il kimi xarakterizə etdiyi və bu hadisələrdən birinin “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması olduğu bildirilərək, bunun ən azı 2050-ci ilə qədər hasilat səviyyəsinin sabit qalmasına, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə - on milyardlarla dollar həcmində ölçülən sərmayə qoyulmasına və Azərbaycanın da bonus kimi 3,6 milyard dollar qazanmasına imkan yaradacağı vurğulanır.
 
Bildirilir ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin də uğurlu icrasının təmin edildiyini, “Şahdəniz-2” layihəsinin icrasının 99 faizə çataraq demək olar ki, yekunlaşdığını, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin 93 faizinin, TANAP layihəsinin icrasının 90 faizinin və TAP layihəsinin icrasının 60-62 faizinin həyata keçirildiyini, bütün bunların Cənub Qaz Dəhlizinin artıq reallaşdığını göstərdiyini vurğulayıb.
 
Məqalələrdə dövlətimizin başçısının Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının nəinki Azərbaycan üçün, bölgə və dünya üçün önəmli hadisə olduğunu və bu tarixi layihənin icrasının ölkəni beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcəyini vurğuladığı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atıldığını diqqətə çatdırdığı da qeyd olunur.
 
Prezident İlham Əliyevin Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi və multikulturalizm dəyərlərinin təşviqinə verdiyi töhfələrdən də danışdığı bildirilir və onun aşağıdakı fikirlərinə yer verilir: “2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi ”“ idman uğurumuz. Bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. İl ərzində keçirilmiş çoxlu tədbirlər bir daha göstərir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir”.
 
Məqalələrdə Prezident İlham Əliyevin bu il Azərbaycanın müstəqilliyinin yüz illiyini qeyd edəcəyini və yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaradıldığını vurğuladığı deyilir. Dövlət başçısının “Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” fikirləri oxucuların diqqətinə çatdırılır.
 
Sonda Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirdiyi və 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyi, il ərzində həm ölkə daxilində, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərin keçiriləcəyini bildirdiyi vurğulanır. (modern.az)

Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
Kitab oğurlayan it sosial mediada marağa səbəb oldu - MARAQLI+ VİDEO
"Türk kimi doğulsalar da amerikalı kimi böyüdülər, elə düşünməyin ki, günahkar mənəm..."
İnsanda paralel aləmə çıxış nöqtələri var – ELMİ-LƏDUN
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
Dünya
“Ümid edirik ki, Türkiyə bundan sonra da hərbi təcrübəsini Azərbaycanla bölüşəcək”
Dünya
Pişik 15 kilometr yol qət edərək liseyə geri qayıtdı - İNANILMAZ...
Dünya
Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi - SİYAHI...
Cəmiyyət
Planetdə ən "xoşbəxt" yer məlum oldu
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Kremlin Silah palatasında erməni fahişəliyin sübutu olan unikal eksponat... - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə