Xəbər lenti
18/10/2018 [17:13]:
Qənirə Paşayeva "IV Qardaşlıq Mədəniyyəti" adlı tədbirində iştirak etdi
18/10/2018 [17:13]:
Azərbaycanın sabiq məmurunun kürəkəninin güllələnmə anı - VİDEO
18/10/2018 [17:10]:
“Türkiyə artıq əvvəlki deyil və olmayacaq” - ekspert
18/10/2018 [17:08]:
Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri dini-tarixi abidələrə həsr olundu
18/10/2018 [17:04]:
Gömrük orqanları arasında işgüzar dialoq ikitərəfli əlaqələrin inkişafına töhfə verir
18/10/2018 [17:01]:
Azərbaycanda beş min eşşək hara yoxa çıxıb?
18/10/2018 [16:58]:
Siqaretlə şəkli yayılan azərbaycanlı futbolçu: " Bu, dörd il əvvəl olub"
18/10/2018 [16:51]:
Oqtay Əsədov İtaliya Senatının sədrini qəbul edib
18/10/2018 [16:48]:
Nemət Pənahlı həbsdə qaldı
18/10/2018 [16:47]:
“Lotu Quli”nin Türkiyədə yaşaması üçün heç bir əngəl qalmadı
18/10/2018 [16:45]:
Zakir Həsənov hərbi sərgidə -FOTOLAR
18/10/2018 [16:41]:
Qondarma Kosovo dövləti öz ordusunu yaradır - Parlament təsdiqlədi
18/10/2018 [16:40]:
Gəncədə daha bir şəxs vəzifəsindən getdi
18/10/2018 [16:39]:
Qəzalı vəziyyətə düşmüş ağaclara aqrotexniki qulluq göstərilib
18/10/2018 [16:37]:
Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı - SİYAHI
18/10/2018 [16:35]:
Tarixi yurdumuz İrəvan necə “Ermənistan” oldu?! – Analitik yazı
18/10/2018 [16:31]:
AQTA: Azərbaycana gətirilən bəzi məhsullar geri qaytarılıb
18/10/2018 [16:24]:
Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı
18/10/2018 [16:23]:
İki sığorta şirkətinin lisenziyası ləğv edildi
18/10/2018 [16:21]:
Cəsur MTN əməliyyatçısı, mübariz döyüşçü Oqtay Əliyev kimdir?
18/10/2018 [15:21]:
Kəlbəcərdə mehmanxana biznesi kursları başlandı...- Qanunsuz sakinlər üçün
18/10/2018 [15:17]:
Bakıda qadını liftdə bıçaqlayan şəxs ölkədən necə qaçıb? - VİDEO
18/10/2018 [15:10]:
Filmlərdə tütün məhsullarının açıq şəkildə təbliği qadağan olunur
18/10/2018 [15:01]:
“Tarix göstərdi ki, biz Ehtiramı seçməklə düzgün etmişik...”- Xalq artisti...
18/10/2018 [14:55]:
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
18/10/2018 [14:49]:
Kanadalı öz dəfnindən sonra evə döndü - FOTO
18/10/2018 [14:49]:
Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi
18/10/2018 [14:17]:
Səməd Vurğun adına Mərkəzi Kitabxanada Müstəqillik Günü ilə bağlı möhtəşəm tədbir
18/10/2018 [13:56]:
"Əgər ərindən ayrılıb müğənni olubsansa, valideynin səni evdən qovub müğənni olmusansa..."
18/10/2018 [13:53]:
AMİP-dən Müstəqillik Günü təbriki: "Ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz"
18/10/2018 [13:48]:
“Acınacaqlıdır ki, müstəqillik uğrunda can qoyanların heç biri lazımi qiymətini almayıb”
18/10/2018 [13:31]:
“AccessBank” “UNEC Business Conversation Club” layihəsini ənənəyə çevirdi
18/10/2018 [13:30]:
Şəbnəm özünü fotoşopla arıqladırmış -FOTOLAR
18/10/2018 [13:14]:
Koçaryan siyasətə qayıtdı - Yeni partiya yaradır
18/10/2018 [13:13]:
Şeyx Əbdül Hacıbala Abutalıbovla barışdı - DÜNYANIN SƏKKİZİNCİ MÖCÜZƏSİ...
18/10/2018 [13:10]:
Akademikdən maaşının artmasına münasibət – “Maddi ehtiyaclarım var idi, ona görə də... ”
18/10/2018 [13:09]:
Əməkdar artist Azərbaycan xalqının müstəqillik bayramını DOĞUM GÜNÜNDƏ TƏBRİK ETDİ…
18/10/2018 [13:07]:
Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu - FOTO
18/10/2018 [13:02]:
Jalə Əliyeva: "27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib"
18/10/2018 [12:57]:
"Vorskla" klubu erməni futbolçusunu "Qarabağ"la oyuna gətirməyəcək - RƏSMİ
18/10/2018 [12:52]:
Bakıda qadınlara qənim kəsilən oğru tutuldu
18/10/2018 [12:49]:
2019-cu ilin büdcəsi Milli Məclisin 5 iclasında müzakirə olunacaq - İLK DƏFƏ
18/10/2018 [12:48]:
Sabah Bakıda qısamüddətli yağış yağacaq - PROQNOZ
18/10/2018 [12:39]:
«Agro Dairy» MMC-nin nümayəndələri növbəti dəfə ADAU-da olub - FOTOLAR
18/10/2018 [12:37]:
"Sürüşmə zonasında gərginlik qalmaqdadır " - NAZİRLİK
18/10/2018 [12:35]:
Saatlıda iki nəfəri güllələyən şəxs İmişlidə saxlanıldı –DİN açıqlama yaydı
18/10/2018 [12:22]:
“Müstəqillik haqqında akt xalqın təzyiqi altında qəbul edilib”
18/10/2018 [12:15]:
Azərbaycan baş nazirinin eks-müşavirinin kürəkəni güllələndi -FOTOLAR
18/10/2018 [12:12]:
Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək
18/10/2018 [12:11]:
MTRŞ-dən Mehribanın verilişinə REAKSİYA
18/10/2018 [12:01]:
“İrşad Elektronics”in rəhbərinin ölüm səbəbi üzə çıxdı
18/10/2018 [12:00]:
SOCAR həşəratla bağlı araşdırmanın nəticəsini AÇIQLADI
18/10/2018 [11:59]:
Qanunsuz tikinti aparan 7 nəfər CƏRİMƏLƏNDİ
18/10/2018 [11:58]:
İcra başçısı hesabat verdi -FOTOLAR
18/10/2018 [11:55]:
"Onların aylıq pensiyası 400 manatdır..." -Nazir
18/10/2018 [11:52]:
“Xalqıma müraciət edərək demək istəyirəm ki...” - Xalq artisti...
18/10/2018 [11:49]:
Misir Mərdanov Prezidentin sərəncamı BARƏDƏ: “Daha səylə çalışmalıyıq”
18/10/2018 [11:40]:
ADU Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq edəcək -FOTOLAR
18/10/2018 [11:29]:
"Torpaqlarımızı axırıncı metrinə qədər azad edib Azərbaycan dövlətçiliyini bərpa etsəydik..."
18/10/2018 [11:14]:
“İrəvan şəhəri: erməni saxtakarlığı və real tarix” mövzusunda Dəyirmi Masa keçirilir
18/10/2018 [11:07]:
DTX-dən əməliyyat: Xarici casus həbs edildi
18/10/2018 [11:05]:
Polis axtarışda olan 22 nəfəri saxladı...
18/10/2018 [10:58]:
Qaşıqçının qatillərinin qətli başladı: Biri “qəza"da öldü
18/10/2018 [10:58]:
“Salonumdan oğurluq edən şəxsi hələ ki, tapmaq mümkün olmayıb” - Rəqqasə Fatimə
18/10/2018 [10:55]:
Metroda sıxlıq yarandı - Sərnişin xəsarət aldı
18/10/2018 [10:52]:
Araşdırmaçı jurnalistlərin ölümünə səbəb olan çirkli pullar...
18/10/2018 [10:48]:
“Polisə Dəstək” İB-nin sədri keçmiş nazirini Müstəqillik günü ilə bağlı təbrik etdi
18/10/2018 [10:42]:
"Həkimlər qərar verəcək ki, ürəyimdə açıq əməliyyat olsun, yoxsa yox..."
18/10/2018 [10:41]:
Əməkdar artistdən daha bir biabırçılıq - Video
18/10/2018 [10:26]:
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul etdi
18/10/2018 [10:18]:
"Aytən Vip Decor" fəaliyyətə başladı... - FOTOLAR
18/10/2018 [10:18]:
Məmur olmaq istəyənlər sınağa çəkiləcək
18/10/2018 [10:17]:
Bakının bir hissəsində su olmayacaq
18/10/2018 [10:06]:
“Bəzi deputatlar Azərbaycanın müstəqilliyinə səs vermədilər” - “İstiqlalçı deputat"
18/10/2018 [09:56]:
Sex sahibləri 1278 manat cərimələndi
18/10/2018 [09:55]:
Ermənistan cəbhədə təxribata ara vermir
18/10/2018 [09:53]:
Xarici dil fənni üzrə nümunə audio MATERİALLAR
18/10/2018 [09:52]:
2000 manat maaş alacaq akademiklər kimlərdir? - Tam siyahı
18/10/2018 [09:48]:
Paşinyandan 7 rayonu azad etməsi istəniləcək, Qarabağ isə... - Bakının RƏDD ETDİYİ ŞOK DETAL
18/10/2018 [09:48]:
Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir...
Bütün arxiv bir sırada
13/01/2018 [11:38] - Cəmiyyət - ( 3471 dəfə baxılıb)

Qarabağın Qiyamət surunu çalan İsrafil...- "Geriyə yol yoxdur!..”

Azərbaycanın sənin kimi qəhrəmanlara çox ehtiyacı var...


Mərd, səmimi, təmənnasız, reklam və şöhrət güdməyən, tikəsini başqasıyla bölən...

“...6 yanvar 1994-cü il. Horadizdəyik. Rotamızın hamısı bir yerdədir. Səngər qazırıq. Saat 12:20-də başlanan əks-hücum dəf olundu...

07.01.94. Güclü atışmadan sonra düşmən qüvvələri qaçırlar. Horadizdən sonra 4 kənd keçdik. Amma sonra birini geri qayıtdıq... 

08.01. 94. Kəşfiyyata getdik. Sığınacaq üçün boş ev tapıb gecələdik. Səhər hissəmiz mövqeyini möhkəmlətdi...”.

Bunlar şəhid Milli Qəhrəmanlarımızdan birinin gündəliyindəki son sətirlərdir. Görünür, şəhid olduğu günə qədərki 5 sutka ərzində ermənilərlə döyüş daha da gərginləşdiyindən, rəhmətlik gündəliyini davam etdirə bilməyib. Həlak olmasından, təxminən, bir ay öncə həmin gündəliyi mən də vərəqləmişdim...


“Uzaqdakı Kirs dağına baxanda gözləri yaşardı...”

...Adı mələk adı idi. Qiyamətin başlandığı haqda xəbərdarlıq surunu çalacaq İsrafilin adını daşıyırdı... Özü də mələk kimi bir insan idi... O da 1987-1988-ci illərdən Qarabağın ermənilər üçün “qara qapısı” olmuş Laçın, Şuşa dağlarında torpaqlarımızın gözlənilən işğalının ”“qiyamətinin surunu çalırdı.  O, bozqurd təki düşmən təxribatçılarınn uzaqdan gələn “hənirtisi”ni duyur,  dolanbac dağ cığırlarında izlərinə düşüb yaxalayırdı...  Elə  ilk dəfə Azərbaycanın ərazisinə soxulan erməni quldurlarından ikisini tutan da İsrafil olmuşdu... Çox danışmırdı, etdiklərini dilə gətirmirdi. Amma öz həyəcanlı davranışları, gecə-gündüz dincəlmədən dağlarda, dərələrdə pusquda durmasıyla Vətənin, doğma yurdun, Qarabağın təhlükədə olduğunu  hamıya anlatmağa çalışırdı... 

Onun xoş sorağını uşaqlıqdan eşidirdim. Qonşu Unannovu kəndindən idi. Amma orta məktəbi bizim kənddə - Laçın rayonunun Ağanus kəndində bitirmişdi. Erkən yaşlarından ata-anasını itirib nənəsinin himayəsində ağır şəraitdə böyüdüyünü, hələ Laçında ikən ermənilərə qarşı savaşlarda igidlik göstərdiyini bilirdim. Həmin gün isə birinci dəfə idi ki, onunla belə yaxından söhbət edirdik. Birinci və təəssüf ki, sonuncu dəfə... 

...1993-cü il 12 dekabr. Erməni hərbi birləşmələri ilə döyüşlərin ən qızğın vaxtlarından biri... Füzuli rayonunun Böyük Bəhmənli kəndi. Bakıdan Laçın Polis Şöbəsinin o vaxtkı rəisi  Akif Səlimovla birgə gəlmişdim. Polislərimiz kənddəki evlərin birində yerləşmişdilər. Rəis məni döyüşçülərə təqdim etdi. Tanıdıqlarımdan öncə yaxınlaşıb boynumu qucaqlayan İsrafil oldu. Doğma kənddəki günləri xatırladı. Sevimli müəllimləri olmuş ata-anamı soruşdu. Uzaqda Şuşa, Laçın tərəfdə görünən Kirs dağının zirvəsinə baxanda gözləri yaşardı... 


“İsrafil dedi ki, mən şöhrət üçün vuruşmuram...”

Axşam  kənd evlərinən birində kerosin lampası işığında sonradan şəhid olmuş həmkəndlim Mehman Mərdanovla və digər döyüşçülərlə birgə çörək kəsdik.Yenə Laçından, el-obamızdan uzun-uzun danışdıq. İsrafil öz cəbhə gündəliyini göstərdi. Amma bir hissəsini itirdiyindən təəssüfünü ifadə etdi. Nə qədər təkid etdimsə, müsahibəyə, haqqında məqalə yazmağa razı olmadı. Dedi ki, tanınmaq, şöhrətlənmək üçün döyüşmür, zabit olsa da, özünü buradakı sıravi döyüşçülərdən biri hesab edir. Bu dərəcədə sadə, təvazökar insan idi İsrafil... Halbuki, onun göstərdiyi igidliklər artıq 1988-ci ildən bu yana Laçın, Şuşa, Qubadlı camaatına bəlli idi... 

İlk dəfə Sultanbəy mükafatını İsrafil almışdı....

1989-cu ilin avqustunda Laçının Qayğı qəsəbəsi ərazisindən Şuşanın erməni quldurlarının yuvasına dönmüş Kirov kəndinə keçmək istəyən iki yaraqlının yaxalanması məhz İsrafilin rəşadəti sayəsində baş tutmuşdu. 1991-ci ildə cəsur jurnalist Salatın Əsgərova qətlə yetirildikdən sonra onun qisasını alacağına and içən İsrafil qardaşı Rəsulla birlikdə 12 erməni quldurunu öldürmüşdü. Həmin ilin mayında isə Qaladərəsi və Kirov kəndlərinin erməni quldurlarından təmizlənməsində fəal iştirak etmişdi. Bütün bu igidliklərinə görə Laçında ilk dəfə İsrafil Şahverdiyev Sultanbəy mükafatına layiq görülmüşdü. Laçının işğalı günü- mayın 18-də İsrafil təkbaşına rayon mərkəzinə girmiş, düşmən qüvvələri haqqında məlumat toplayaraq geri qayıtmışdı. 1992-ci ilin yay-payız aylarında Kəlbəcər istiqamətində kəndlərimizin geri alınmasında, Hoçaz yüksəkliyinin fəthi və müdafiəsində, yüksək rütbəli erməni zabitlərinin ələ keçirilməsində və s. göstərdiyi şücaətlər saysız-hesabsızdır...

Gecə saat 3-4-də həyəcan siqnalı verildi və İsrafilin tağımı döyüşə yollandı...

Cəbhə xəttində qəhrəmanla söhbətləşdiyim həmin şaxtalı dekabr gecəsi saat 3-4 radələrində həyəcan siqnalı verildi. Və İsrafil başda olmaqla bir qrup polis ön xəttə göndərildi. Onlarla getməyə cəhd etsəm də, icazə vermədilər. Ertəsi gün qərargah rəisi Çingiz Abbasovla birgə Laçın polislərinin düşmənlə üzbəüz dayandığı səngərlərdə olduq. Ancaq İsrafil və Mehmanla bir daha görüşə bilmədim. Bakıya çatanda məlumat aldım ki, Laçın polisi, o cümlədən İsrafil Şahverdiyevin rotası düşməni ağır itkilərə məruz qoyub. Ancaq polislərimizdən də bir neçəsi şəhid olmuşdu. Respublika prezidenti Heydər Əliyevin fərmanı ilə bir qrup Laçın polisi “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu. Həmin günlər göz yaşları içində qəhrəman polislərimizə, o cümlədən İsrafilə həsr etdiyim “Azərbaycanlılar vuruşmağı bacarır” başlıqlı yazı yazdım. Bir ay keçməmiş yenə də bir neçə polisimizin, o cümlədən Mehmanın, ardınca isə İsrafilin də şəhid olması barədə xəbərlər bizi daha çox sarsıtdı.


Son döyüşündə “geriyə yol yoxdur” əmrini vermişdi...

1994-cü il yanvarında ordumuzun uğurlu məşhur Horadiz əməliyyatından sonra ermənilər əks-hücumlarını genişləndirirdilər. Yanvarın 13-də İsrafilin rotası Horadiz-Cəbrayıl istiqamətində düşmənin növbəti hücumunu dəf edirdi. Cəsur komandir “geriyə yol yoxdur” əmrini vermişdi... Atəş od kimi yağırdı. Birdən İsrafil yaxınlığındakı pulemyotçumuzun yaralandığını gördü. Fədakar zabit əsgərini xilas etmək istəyərkən özü ağır qəlpə yarası aldı və bu etibarsız dünyaya gözlərini yumdu.
Bu gün Milli qəhrəmanın ocağına ömür-gün yoldaşı Hökumə xanımın didərginlik illərinin çətinliklərinə baxmayaraq böyütdüyü iki yadigarı, Şahverdiyevlər nəslinin davamçıları Vüqar və Anar keşik çəkir. Anar Polis Akademiyasını bitirib. Və atasının yolunu davam etdirir. Hazırda Su Nəqliyyatında Polis İdarəsində çalışır. 

“Kaş hamı İsrafil kimi öz tikəsini başqasına verməyi bacaraydı...”

İsrafildən danışanda həmişə Laçın polis taborunun qərargah rəisi, istefada olan polis mayoru Çingiz Abbasovun 1992-ci ilin payızında Laçının Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlər zamanı İsrafil və qardaşı Rəsulun etdikləri bir ibrətamiz davranış  barəsindəki  xatirəsi yadıma düşür. Həmin məqam  tanınmış yazar Mehdi Mehdiyevin Milli Qəhrəman İsrafil Şahverdiyevə həsr etdiyi “Bir ömrün hekayəti” kitabçasında da dərc olunub: 

”...Yaxşı xatırlayıram. Ərzağımız da qurtarmışdı. Aclıq bizi taqətdən salırdı. Rəsul iki çörək kömbəsi gətirdi. Təklif etdim ki, biri İsrafilin, o biri isə Oqtayın rotasına verilsin. Çörək kömbələrini elə iki qardaş özü bölməli oldu. Bu zaman İsrafil elə bildi ki, Rəsul ona, Rəsul da elə bildi ki, İsrafil ona çörək saxlayacaq. Artıq gec idi... Çörək paylanıb qurtarmışdı. Hər iki qardaş bir-birinin üzünə baxdı... Bu mənzərəni görəndə gözlərim yaşardı və ürəyimdən keçirdim ki, kaş, hamı bu qardaşlar kimi olaydı, öz tikəsini başqasına verməyi bacaraydı...”

Bu gün Azərbaycanın sənin kimi əsil, saf qəhrəmanlara çox ehtiyacı var, İsrafil, çox....  Özü də təkcə hərbdə, döyüşdə yox, bütün sahələrdə: siyasətdə, iqtisadiyyatda, elmdə, səhiyyədə, ədəbiyyatda, jurnalistikada... Cəsur və igid olmaqla yanaşı,  mərd, səmimi, təvazökar, təmənnasız, reklam və şöhrət güdməyən, rütbədə, vəzifədə, karyerada yüksəlmək üçün dost, yoldaş ayağının altını qazımayan əsl insanlara... İsrafilin Qiyamət suru çalınanda Allah, Peyğəmbər(s.) və şəhidlərimizin  qarşısına üzüağ çıxa biləcək imanlı və ixlaslı bəndələrə...

Allah rəhmət eləsin cəmi şəhidlərimizə!.. 

Sultan Laçın

Akademikdən maaşının artmasına münasibət – “Maddi ehtiyaclarım var idi, ona görə də... ”
“Xalqıma müraciət edərək demək istəyirəm ki...” - Xalq artisti...
"Aytən Vip Decor" fəaliyyətə başladı... - FOTOLAR
“Bəzi deputatlar Azərbaycanın müstəqilliyinə səs vermədilər” - “İstiqlalçı deputat"
Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Tarix göstərdi ki, biz Ehtiramı seçməklə düzgün etmişik...”- Xalq artisti...
Cəmiyyət
“Acınacaqlıdır ki, müstəqillik uğrunda can qoyanların heç biri lazımi qiymətini almayıb”
Gündəm
"Torpaqlarımızı axırıncı metrinə qədər azad edib Azərbaycan dövlətçiliyini bərpa etsəydik..."
Müsahibə
"Onların efirdəki sözlərinə baxanda adam qalır məəttəl ki, bunun alimi belə danışırsa..."
Cəmiyyət
Yüz azərbaycanlı yazarın əsərlərindən ibarət antologiya çapdan çıxdı
Həftənin ən çox oxunanları
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
Paşinyan istefa verdi - Son dəqiqə
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
İstanbulda küçəyə erməninin adı verildi
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Paşinyan Ermənistan bayrağını ayağına geyindi…- Kanadalı həmkarı ilə birgə- FOTO
Qaşıqçının konsulluqda öldürülməsi sübut olundu - Təcili
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə