Xəbər lenti
16/10/2018 [14:06]:
MSK üzvlərinə diplomatik pasport verilə bilər
16/10/2018 [14:01]:
Deputat HİDDƏTLƏNDİ: “3-cü sinif dərsliyində erotika var”
16/10/2018 [14:00]:
Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ödəniş
16/10/2018 [13:58]:
Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi
16/10/2018 [13:57]:
Tramp Paşinyanla görüşəcək
16/10/2018 [13:49]:
Zəncandakı beynəlxalq konfransda Qarabağla bağlı yekdil mövqe -FOTOLAR
16/10/2018 [13:43]:
“Qarabağ torpağına qayıtmaq üçün nə desələr...” -Xalq artisti
16/10/2018 [13:42]:
Meriyadan AÇIQLAMA: “Sürüşmə zonasındakı evlər 90-cı illərdə tikilib”
16/10/2018 [13:41]:
Sabah hava necə olacaq? - PROQNOZ
16/10/2018 [13:39]:
Deputat şəhid ailələrinə görə “Azərsığorta”nı İTTİHAM ETDİ
16/10/2018 [13:38]:
Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe, çay yerini bağlamalı olacağıq”
16/10/2018 [13:36]:
Milli Məclisin iclası başladı
16/10/2018 [12:58]:
“Heydər Əliyev müharibənin ən ağır günlərində belə buna “yox” dedi” -MÜSAHİBƏ
16/10/2018 [12:23]:
Hollivudun xanımları bir arada - Qaqanı ələ saldılar
16/10/2018 [12:08]:
Trampın müşaviri Cənubi Qafqaza niyə gəlir? - İran versiyası
16/10/2018 [11:58]:
“Bütün düşmənlərimiz birləşsə, dilimizə özümüzünkülər qədər zərbə vura bilməzlər”
16/10/2018 [11:57]:
Bəsti Sevdiyeva: “Muğam mənim damarlarımda axan qanımdır”
16/10/2018 [11:57]:
“Qarabağ döyüşləri başlayanda Etimad Rusiyadan qayıdıb Qarabağda döyüşlərə başladı”
16/10/2018 [11:52]:
Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq
16/10/2018 [11:50]:
İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi
16/10/2018 [11:49]:
Axtarışda olan 37 nəfər saxlanıldı
16/10/2018 [11:39]:
Bakıda soyğunçuluq edən saxlanıldı
16/10/2018 [11:35]:
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi- FOTO
16/10/2018 [11:32]:
Gömrükçülər 8 mobil telefon müsadirə etdilər -FOTOLAR
16/10/2018 [11:27]:
Zakir Həsənov Çexiyaya gedir
16/10/2018 [11:26]:
Beyin qocalmasını dayandırmağın üsulu aşkar edildi - ARAŞDIRMA
16/10/2018 [11:14]:
Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR
16/10/2018 [11:07]:
Ermənilər Qubadlıda subtropik meyvələr də yetişdirdi… -FOTOLAR
16/10/2018 [11:06]:
Oğrunu dayandırmaq istəyən azərbaycanlı ürəyindən bıçaqlandı
16/10/2018 [11:02]:
Badamdar sürüşmə zonasında son vəziyyət açıqlandı
16/10/2018 [10:54]:
Həbib Makqreqorla revanş döyüşündən imtina etdi
16/10/2018 [10:48]:
Türkiyəli müstəntiqlər Haşkacının öldürüldüyü yerdə olublar
16/10/2018 [10:43]:
Ermənistan atəşkəsi 29 dəfə pozdu
16/10/2018 [10:40]:
DİM yeni qaydalara uyğun sınaq imtahanı keçirəcək
16/10/2018 [10:18]:
Paşinyan bu gün istefaya gedəcək
16/10/2018 [10:16]:
“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi
16/10/2018 [10:14]:
Azərbaycanda 5200 nəfəri aldadan qadın azadlığa buraxıldı
16/10/2018 [10:03]:
Sərkisyanın arvadı Azərbaycandakı erməni uşaqlarına nağıl kitabları bağışladı... -FOTOLAR
16/10/2018 [09:53]:
Xalqı “yatmaqda” ittiham edənlərin məqsədi...
16/10/2018 [09:41]:
Baş nazir bu qurumun nizamnamə və strukturunu təsdiq etdi
16/10/2018 [09:37]:
Azərbaycanda yeni mərkəz yaradıldı
16/10/2018 [09:32]:
Zəncandakı beynəlxalq konfransda Qarabağla bağlı yekdil mövqe -FOTOLAR
16/10/2018 [09:30]:
"Gələn ilin ortalarına qədər Bakı-Astara trasından İranla sərhədədək yeni yol çəkiləcək"
16/10/2018 [09:28]:
“Heç kimin xəbəri yoxdur ki, Xırdalan şəhəri batır” - Memar böyük təhlükədən xəbər verdi
16/10/2018 [09:24]:
Millətlər Liqasında 4-cü tur bu gün yekunlaşacaq - TƏQVİM
16/10/2018 [09:11]:
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi
16/10/2018 [09:09]:
Milli Məclis bu gün TOPLANIR
16/10/2018 [00:50]:
Sumqayıtda aprel şəhidi Əbdülməcid Axundovun 25 illiyinə həsr edilmiş tədbir keçirildi
16/10/2018 [00:19]:
“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…” - Prezident
16/10/2018 [00:18]:
Kardaşyanla əri prezidentə verdikləri hədiyyə ilə gündəm oldular -FOTOLAR
15/10/2018 [23:36]:
ABŞ xarici işlər naziri Türkiyəyə gedir
15/10/2018 [23:03]:
Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapılıb - FOTO
15/10/2018 [22:47]:
Cahangir Hacıyevlə birgə sabiq deputat barəsində də cinayət işi başlanılıb
15/10/2018 [22:29]:
Kadırov Makronla Paşinyanı rəqs festivalına dəvət etdi
15/10/2018 [22:21]:
Ramil Şeydayev Rusiyada yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib
15/10/2018 [22:05]:
Meyvezer Həbibin çağırışına cavab verdi
15/10/2018 [21:24]:
Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirildi
15/10/2018 [21:04]:
Maştağa və Suraxanıda heyvan oğruları saxlanıldı
15/10/2018 [20:48]:
Bilqeyis Nəbiyevadan qeyri-adi ifa - VİDEO
15/10/2018 [20:38]:
MN: Düşənbədə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü olmayıb
15/10/2018 [20:33]:
Lerikdə yaşayış binası və yeni məktəb tikiləcək - Sərəncam
15/10/2018 [20:28]:
İlham Əliyev Lənkəranla bağlı daha 2 sərəncam imzaladı
15/10/2018 [20:27]:
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
15/10/2018 [20:23]:
Prezident təbii fəlakətlərlə mübarizəyə dair sərəncam imzaladı
15/10/2018 [20:20]:
Prezident büdcədən 7 milyon manat ayırdı
15/10/2018 [20:19]:
“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15/10/2018 [20:16]:
Ortağı 60 illik iqtidarını itirdi - Merkelin siyasi sonu olacaq?
15/10/2018 [20:15]:
Astaraçay çayı üzərində körpünün tikintisinə pul ayrıldı
15/10/2018 [20:13]:
Lənkəran-Lerik avtomobil yolu yenidən qurulacaq - 9,2 milyon manat ayrıldı
15/10/2018 [20:12]:
İlham Əliyev yol və körpü tikintisinə pul ayırdı
15/10/2018 [20:11]:
Telman İsmayılov müğənninin oğurlanmasında təqsirli bilindi - Qərar
15/10/2018 [20:10]:
ABŞ İranla yeni sazişin şərtlərini açıqladı
15/10/2018 [20:10]:
“Türkiyəyə qarşı hisslərim dəyişdi” - Tramp
15/10/2018 [20:09]:
Ermənistan prezidenti Azərbaycan torpaqlarında -FOTOLAR
15/10/2018 [19:18]:
"Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir"
15/10/2018 [18:38]:
"Son 15 ildə İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi"
15/10/2018 [18:33]:
“Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər” – Təqsirləndirilən şəxs
15/10/2018 [18:19]:
“İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir”
15/10/2018 [18:19]:
ADAU-da İlham Əliyevin fəaliyyətinin 15 illiyi ilə əlaqədar ağacəkmə kompaniyası keçirildi
15/10/2018 [17:34]:
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Bütün arxiv bir sırada
13/01/2018 [13:11] - Cəmiyyət - ( 877 dəfə baxılıb)

“Bir dəli köynəyi nədi, ona da pulum çatmadı” - Hüseyn Əfəndinin oğlu



Moderator.az Modern.az-a istinadən mərhum jurnalist Hüseyn Əfəndinin oğlu Vəli Efenin şeirlərini təqdim edir.

Bir ağac kimi
Ömrünü içdinmi yarpaqların,
Küləyin sağlığına!?
Gecənin qoynuna qısılıb,
Vuruldunmu qaranlığına!?

Tutdunmu əlindən yağışın
Yerə çırpılacaqkən;
Buludları söydünmü!?
Körpə qar dənəciyini
Doğub küçəyə atan
Göy üzünə boy atdınmı;
Hirsindən böyüdünmü?

Sabahın bətninə atılan ümidlər
Yoxluğa doğuldu,
Acı-acı
Gülmək istədim,
Sən də güldünmü!?
Bax,
Hər şey düzələcək demişdin,
Düzəlmədi dostum,
Düzəlmədi,
Gördünmü...
 

***

 Günəş canına qəsd edər

Yanar iliyinəcən.

Göy üzü ağlayar ulduzlarını

Gecənin ovcuna

 Bir soxulcan ürəyi

Balıqdan öncə dayanar.

Bir qarışqa belində

Dünyanı aparıb gedər.

 Bir uşaq üşüyər ana bətnində,

Bir kişi atalaşar.

Bir uşaq üşüyər ana bətnində;

Allahla dalaşar.

***

 Elə əllərinin qabarına,

Dırnaqlarının arasına yığılan

Zəhmət kirinə yaraşırdı sevmək.

Elə pas tutmuş

Dəmir qoxulu üst-başına,

Alnının tərinə yaraşırdı sevmək.

Elə pulqabına

Nifrət edən kağızlara;

Cibində kilsə zəngi çalan

Qəpiklərə yaraşırdı sevmək...

Elə xəyallarının

Altında əzilən ruhuna,

Ümidlərinin vurduğu

Təpiklərə yaraşırdı sevmək...

Dünyanın ağasına,

Bəyinə yaraşırdı sevmək...

Sən, ay kasıb, yetim adam,

Nəyinə yaraşırdı sevmək?! 

***

Özümü 
Qucaqlamaq
istədim,
Qolum çatmadı.
Ha çalışdım, vuruşdum,
Bir dəli köynəyi nədi,
Ona da pulum çatmadı.

Öpdüm güzgüdən üzümü,
Sındı əksimin şüşəsi.
İlahi, nə gündəyəm,
Daha güzgüm də yoxdu
Özümlə öpüşəsi.

Əlim əlimdən ayrıldı,
Barmaqlarımın beli
Büküldü əllərimdə.
Həsrət küləyi əsdi,
Bir payız sevgi yarpağı
Töküldü əllərimdən. 

***

Dəniz son balığını asacaq,
Balıqçının dar ağacına...
Günəş ürək bulandıracaq.
Axırıncı gecədən sonra.
Bütün ayrılıqlar üz-üzə qalacaq,
Peşmanlıq şəhərində,
Axırıncı küçədən sonra.

Yalanın bitdiyi gün,
Hamı yandıracaq paltarını,
Çılpaqlaşacaq bədənlər.
Torpaq qucaqlamaq istəyəndə,
Eyni anda bütün insanları
Üzü qaralacaq bayraqların təhqirdən,
Tüpürcək-tüpürcək mundarlanacaq vətənlər.

Və sevgi,
Can verməzdən əvvəl
Çarpayıdakı iniltilərdə,
Ölümün yoxluğuna aldanacaq.
Son anlarında həyatın
Dodaq dodağa öpüşmələr,
Bir nəfəs artıq
Yaşamağa hesablanacaq... 

***

Günəşi havadan asıb,
Gözünü dikmisən yerə.
Özünü qaldırıb göyə,
Kölgəni əkmisən yerə.

"Adəmin günahkar əli",
Qapımı döyməyə gəlib.
Tanrı, göy üzündən silib
Şəklimi çəkmisən yerə.

Dualarım ölə-ölə,
Suallarım gəldi dilə-
"İlahi, niyə bir belə
İnsanı tökmüsən yerə.!? "

***

Fırlanmaqdan gicəllənib,
Ağılsız başı dünyanın.
Görüm düşsün özü boyda,
Başına daşı dünyanın.

Buğdamı, dənimi yeyib,
Hər gün dünənimi yeyib,
Ömrümü-günümü yeyib
Tökülmür dişi dünyanın.

Hərə bir cür minib çapar,
Dur, gəl qiyaməti qopar.
İlahi, yığışdır apar,
Bitibdi işi dünyanın.

***

Məndim ağ atlı oğlanın,
Sehirli xalatlı oğlanın,
Bilmədin ki...

Alnımda yazını gözlədim,
Gözümdə üzünü gözlədim,
Gözlədim e, zalım qızı,
Yol oldum addımlarına,
İzini-tozunu gözlədim,
Gəlmədin ki...

***

Yarpaqlar üşüyər ovcumda,
Əllərim yanar...
Bir ağac ayrılar uşaqlarından,
Külək utanar...

Dolar gözlərinə daş ürəyimin,
Qara buludların hönkürtüləri,
Yağışlanaram...
Bir Allah itirər məni,
Bir Sən,
Dualarımı Allaha,
Sevgimi Sənə
Bağışlamaram...

Və bir çobanyastığı çiçəyi 
Bitirməz torpaq,
Ki, "Səni sevmirəm"ə qalsın son ləçəyi...
 
Səni görmək
Gözlərin intiharı.
Səni görmək
Qış olmaq, unutmaq baharı”¦

Səni görmək
Kəskin bıçaq
Ürəyə saplanmış”¦
Səni görmək
Sui-qəsd
Dəqiq hesablanmış”¦

Sən kimsən? 

- Gözəllər gözəli!..

Mən kiməm?
Günəşə baxa bilməyən,
Amma ona qarışmaq istəyən dəli...

Kardaşyanla əri prezidentə verdikləri hədiyyə ilə gündəm oldular -FOTOLAR
"Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir"
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Stüardessa təyyarədən yıxıldı - FOTO
Atatürkün təhqir olunduğu video yayıldı, sosial media ayağa qalxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Qarabağ döyüşləri başlayanda Etimad Rusiyadan qayıdıb Qarabağda döyüşlərə başladı”
Cəmiyyət
“Yayda mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb…” - Prezident
Cəmiyyət
“Bu poeziya evini biz yaratmışdıq...” -Tanınmış şair
Cəmiyyət
“Bu cür təmtəraqlı yas mərasimlərinin keçirilməsi sosial bəladır”
Cəmiyyət
“Bəzən deyirik ki, indi kitab oxumurlar, amma uşaqdan tutmuş böyüyə kimi hamının...”
Həftənin ən çox oxunanları
Cahangir Hacıyevin xanımı hər gün 2500 dollarlıq şərab içirmiş -Dünya belə pul xərcləyən qadın görməyib
"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"
Lələtəpədən qaçmış ermənilər ordumuzun tutduğu mövqelərə baxır... -Yeni görüntülər
İstanbulda küçəyə erməninin adı verildi
“Bütün ölkə müharibəyə köklənməlidir”
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - VİDEO
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Dünyanın ən sərt diplomatının arvadı... - "Onlar tanış olanda Sergey Lavrov hələ tələbə idi"
Paşinyan Ermənistan bayrağını ayağına geyindi…- Kanadalı həmkarı ilə birgə- FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə