Xəbər lenti
12/12/2018 [17:53]:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12/12/2018 [17:40]:
“Qarabağ məsləsində Rusiyaya ABŞ və Fransadan ona görə çox üstünlük veririk ki...”
12/12/2018 [17:36]:
"Xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur" -Səfər Mehdiyev
12/12/2018 [17:27]:
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
12/12/2018 [17:26]:
Heydər Əliyevin xatirəsi “Azərxalça”nın filiallarında etiramla yad edildi
12/12/2018 [17:21]:
ADPU-da “İngilis dili müəllimliyi” ixtisası üzrə yeni tədris planı layihəsi hazırlanır
12/12/2018 [17:15]:
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12/12/2018 [17:14]:
Polis rəisi Rəqsanənin EVİNİ ƏLİNDƏN ALIR - 419 min manat borc alıbmış
12/12/2018 [17:10]:
Əflatun Amaşov: "Ulu öndər Heydər Əliyev mətbuata böyük dəyər verirdi"
12/12/2018 [16:57]:
Bu il dünyasını dəyişən TANINMIŞLAR
12/12/2018 [16:45]:
Fransa müxalifətinin parlamentdən TƏLƏBİ
12/12/2018 [16:35]:
Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12/12/2018 [16:32]:
ABŞ Ermənistana gedən vətəndaşlarına xəbərdarlıq etdi
12/12/2018 [16:20]:
Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12/12/2018 [16:11]:
Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12/12/2018 [16:03]:
Hikmət Hacıyev: "Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir"
12/12/2018 [16:00]:
“Yerli müəlliflərdən ilin favoriti olan kitab olmayıb...”
12/12/2018 [15:51]:
Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı HƏKİM DANIŞDI - "Bu narkotik..."
12/12/2018 [15:50]:
Berdımuhammədov məmurları məzəmmət etdi və boulinq üzrə master-klass keçdi - VİDEO
12/12/2018 [15:40]:
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı
12/12/2018 [15:37]:
Laçınlı keçmiş döyüşçülər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR
12/12/2018 [15:34]:
Polşanın "sarı jiletlər"i yolu bağladı
12/12/2018 [15:33]:
"Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi"
12/12/2018 [15:29]:
Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ
12/12/2018 [15:15]:
Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq
12/12/2018 [15:13]:
Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - Kimlər alıb?
12/12/2018 [15:11]:
Rusiya yağlarında DONUZ PİYİ AŞKAR EDİLDİ...
12/12/2018 [15:11]:
"21 Azər" Hərəkatına 73 il sonra baxış - Rüfət Muradlı
12/12/2018 [15:07]:
Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA
12/12/2018 [15:00]:
“O, əlimdən tutub “Alagöz” mahnısını mənimlə birlikdə sona qədər oxudu”
12/12/2018 [14:56]:
Leyla Əliyeva babasını belə yad etdi - VİDEO
12/12/2018 [14:53]:
"Nə qədər Heydər Əliyev var..." - Əli Həsənov
12/12/2018 [14:46]:
Gömrük Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi
12/12/2018 [14:44]:
Sumqayıtda oğurluq edənlər saxlanıldı
12/12/2018 [14:41]:
DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO
12/12/2018 [14:30]:
Baba Vəziroğlunu sarsıdan ÖLÜM XƏBƏRİ
12/12/2018 [14:18]:
“Bütün yaradıcılığım Trampa görə arxa plana keçib, bu çox pisdir” - Emin Ağalarov
12/12/2018 [14:12]:
Yaponiya Çinlə danışıqları dayandırmağı planlaşdırır -Telekommunikasiya avadanlığının alınması üzrə
12/12/2018 [14:10]:
Daha bir məhdudiyyət aradan qaldırılır –Hökumət paytaxtda yaşayış hüququ əldə etməyi asanlaşdırır
12/12/2018 [14:05]:
Bakı metrosunda generator problemi həll edilir
12/12/2018 [14:01]:
Qənirə Paşayeva dostlarına səsləndi -"Sizin kimi insanların duaları ilə yaxşı olacam"
12/12/2018 [13:59]:
Tanınmış nasir: "Bəzi "kişiciklər” bərbərliyə can atırlar ki, arvadlarının saçını qırxsınlar..."
12/12/2018 [13:45]:
“Məhbusları spirt, narkotiklə təmin etməklə  pul qazanan qruplar yaranıb...”
12/12/2018 [13:37]:
Qənirə Paşayeva Heydər Əliyevdən yazdı - "Könüllərdə yaşayanlar ölmürlər..."
12/12/2018 [13:31]:
Hacıbala Abutalıbov Heydər Əliyev haqqında şeir dedi - VİDEO
12/12/2018 [13:25]:
Yol polisi texniki baxışa görə sürücülərə müraciət etdi - Qaydalar dəyişib
12/12/2018 [13:21]:
UNEC-də Elmmetrika şöbəsi fəaliyyətə başlayıb...
12/12/2018 [13:17]:
Sabah külək güclənəcək - PROQNOZ
12/12/2018 [13:13]:
Avropa Məhkəməsində Şahbazla Dilqəm haqda müsbət nəticə əldə oluna bilər
12/12/2018 [13:08]:
Heydər Əliyevin xatirəsi Lənkəranda ehtiramla yad olunub... - FOTOLAR
12/12/2018 [13:06]:
Azərbaycan nefti UCUZLAŞDI
12/12/2018 [13:03]:
Çobanovun evindən qumbara tapıldı
12/12/2018 [12:57]:
"Xanımım şikayətlənirdi ki, o qıza-bu qıza şeir yazırsan, amma mənə yox, tale elə gətirdi ki..."
12/12/2018 [12:55]:
“İstanbul və Azərbaycan türkcəsi ümumtürk dili üçün daha münasibdir”
12/12/2018 [12:54]:
Səidə ərsiz doğan məşhurları biabır etdi: “Ona “zontik” kimi baxmaq…”
12/12/2018 [12:47]:
Bakıda vəzifəli şəxsin törətdiyi qətllə bağlı – Rəsmi açıqlama
12/12/2018 [12:45]:
DİN-dən əməliyyat: 25 həbs
12/12/2018 [12:40]:
Nadirin evində oğurluq olub: “50 min dolları apardılar”
12/12/2018 [12:25]:
Putinin yaxın adamının şirkəti  Ermənistanda mis çıxaracaq?..
12/12/2018 [12:15]:
"Düzünü deyim, hamımız qorxmuşduq..." -Deputatın Heydər Əliyev xatirələri...
12/12/2018 [12:07]:
Avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verdi
12/12/2018 [12:06]:
Çavuşoğlu Bakıya gəlir
12/12/2018 [12:04]:
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
12/12/2018 [12:02]:
Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL
12/12/2018 [11:50]:
Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi -FOTOLAR
12/12/2018 [11:43]:
Paşinyanın yeni kadr təyinatları məlum oldu
12/12/2018 [11:39]:
“Huawei” şirkətinin maliyyə direktoru sərbəst buraxılıb - Məhkəmə qərarı
12/12/2018 [11:34]:
İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqləndi
12/12/2018 [11:31]:
Əhali pulu hara xərcləyib?
12/12/2018 [11:26]:
Serialı yarımçıq tərk etdi, 112 min cərimələndi
12/12/2018 [11:15]:
"Saza baxsın tariximi yazanlar..."
12/12/2018 [11:11]:
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
12/12/2018 [11:07]:
Di Kaprio “Oskar”ı geri qaytarır -FOTOLAR
12/12/2018 [11:06]:
Milan Konservatoriyasının professoru: ”Novruz Novruzlu Dədə Qorqud kimi müdrik danışırdı”
12/12/2018 [11:01]:
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
12/12/2018 [10:57]:
Ağcabədidə zəlzələ olub
12/12/2018 [10:52]:
Arktika planetin qalan hissəsindən iki dəfə daha tez “isinir”miş - ARAŞDIRMA...
12/12/2018 [10:43]:
Assosiasiyada kadr dəyişikliyi oldu
12/12/2018 [10:32]:
Heydər Əliyev FOTOLARDA...
12/12/2018 [10:30]:
At hərəkət edən avtomobili vurdu və qaçdı - İnanılmaz yol-nəqliyyat hadisəsi... + VİDEO
Bütün arxiv bir sırada
13/01/2018 [13:30] - Reportaj - ( 7103 dəfə baxılıb)

Talış yüksəkliyində şəhid oldu, atası da bu dərdə dözmədi - Gizir Bəxtiyar Hüseynov fotolarda



...Bəxtiyar  bazar günü işdən vaxt edib Goranboydakı evlərinə- Qızılhacılı kəndinə gəlmişdi. Anası Afaq onun sevdiyi yeməkləri bişirib süfrəni bəzəmişdi. Biş-düşünü bitirəndən sonra Bəxtiyarın özü ilə gətirdiyi paltarları yuyub, həyətdəki zivədən asdı. Hər dəfə oğlunun hərbi paltarlarını yuyanda bax beləcə burnuna tutub qoxulayar, sonra da  ürəyində öz-özünə pıçıldayardı: “Ay Allah sənə çox şükür, ölmədim bunu da gördüm, oğlumu nə tez böyütdün, nə tez çörək sahibi etdin. İndi balam, evə arxa-dayaq durur..”.

Heyf ki, tez gəldiyi kimi, tez də gedərdi Bəxtiyar Hüseynov. Heç doymazdı balasından Afaq. Darvazadan Bəxtiyarı yola salanda da, qarşılayanda da onun boyun-boğazına sarılar, ətrini ciyərlərinə çəkərdi. Heç balasının ətrindən doymazdı. Beləcə, balasını iyləyəndən sonra, elə bil ki, canına qüvvət, dizlərinə təqət gələrdi Afaqın...


İndi mənimlə söhbətində həmin  ətirli günlərindən, ətirli güllərindən danışdıqca, gözlərini qoşa bulağa döndərmişdi Afaq xanım.

Moderator.az xəbər verir kiŞ Modern.az saytının “Aprel şəhidləri” ilə bağlı budəfəki yazısında Bəxtiyar Hüseynov həyat hekayəsindən bəhs olunur.

Şəhid anası Afaq Hüseynova:

“Bəxtiyardan sonra dərd üstünə dərd gəldi. Kiçik oğlum Etibar meydanda tək qaldı. Atası Rəfael Bəxtiyarın şəhidliyindən sonra evdə otura bilmirdi. Harada axtarırdınsa, gedib kəndin qəbristanlığında tapırdın. Kənd qəbristanlığında Bəxtiyardan başqa da Qarabağ müharibəsi şəhidləri dəfn olunub. Oğlumun məzarı yerləşən yerdən tutmuş xeyli bir hissəni öz əlləri, öz zəhməti, öz pulu ilə abadlaşdırmışdı. Biri 60 manatdan çoxlu ağac alıb əkdi. Ağaclar da tutmadı.   
Bir mərmər lövhənin üzərinə “Şəhidlər ölməz, Vətən bölünməz” sözləri yazdırıb divara vurdurdu.Bununla ürəyini soyudurdu. Evə gələndə də sözü-söhbəti ancaq Bəxtiyarın təzə mənzilindən- məzarından olurdu. Bəy otağı kimi bəzək vururdu məzara. Elə bil ki, bununla dərdini, ağrılarını soyudurdu. Deyirdi ki, toy eləmədim, əziyyətini çəkmədim, heç olmasa qəbrinin keşiyini çəkim. 
2017-ci il aprel ayının 6-da oğlum Etibar qəbristanlığa atasının arxasınca gedərkən görürür ki, Rəfael çömbəlib oturub, yaxınlaşanda baxıb ki, bir tərəfi heç nəyi hiss etmir. Elə bil ki, daşlaşıb. Qəbristanlıqdakı kənd camaatı ilə birlikdə köməkləşib evə gətirdilər. Həkimlər dedi ki, beyninə qan sızıb. Apardılar Bakıya... Özü deyirdi ki, mənə dəyməyin, imkan verin ölüm.  Heç Bəxtiyarın il mərasimini keçirəndə də evdə olmadı. Aprelin 18-də isə evimizin böyüyünü itirdik. Atası Bəxtiyarsızlığa dözmədi, 54 yaşını tamam etməmiş getdi sevimli oğlunun yanına.



Əziziyəm bala gəl,
Çəkirəm ah nalə, gəl.
Atan can üstündədi, 
Qoyma həsrət qala, gəl.


Demişdi ki, məni elə yerdə basıdırın ki, qəbrimdən baxanda da oğlumu görüm... Beləcə tifağımız dağıldı ...  
İndi daha özümə hər şeyi haram etmişəm, bu evdə Bəxtiyarın sevdiyi yeməklərdən bişmir... Bəxtiyar kabab xoşlayardı, kətə xoşlayardı... Bütün sevinclərim, səadətim onunla getdi... Bəxtiyar ömrümün bəzəyi idi...

Bir sən idin ömrüm bəzəyi,
Dərdimə dərman dağ çiçəyi.
İndi nədən qəlbi didən xatirəsən sən...
Bu halımı əhvalımı bir biləsən sən...


Əhvalımdan xəbər tutur yuxularımda. Evdə bir narahatlıq olan kimi, ona əyan olur. Yuxularıma gəlir. Bu yaxınlarda gördüm ki, qəbrinin altından su axır. Getdim kənddəki Mollabacının yanına, istədim ki, bu yuxunu çözsün  mənə. Mollabacı dedi ki, çox ağlayırsan, ona görə də yatdığı yerdə narahatdır Bəxtiyar...  
Ağlamaya bilmirəm, neyləyim? O yaraşıqda, o fərasətdə, o tərbiyədə oğul itirmişəm... Keçən dəfə həkimə gedib dedim ki,mənə elə bir dərman yaz ki, oğlum haqqında danışanda ağlamayım. Həkim də dedi ki, “ana, onda gərək sənin ürəyini dəyişək...”.


- Bildiyim qədəri, Bəxtiyar da şəhidlərimizin bir neçəsi kimi istəkli, nişanlı idi...


- Aprelin 1-i kiçik qardaşı əsgərliyini bitirib gəldi. Bəxtiyar da məzuniyyətini aprel ayına saxlamışdı ki, qardaşı ilə birlikdə dincələ bilsinlər. Yazın əvvəlində qohumların bir xeyir işinə getmişdim. Orada gənc bir qız gördüm. Xoşuma gəldi.  İstəyirdim ki, Bəxtiyarı tez evləndirəm. Dedim ki, oğul, ailəmizə uyğun olan bir qız seçmişəm. Dedi ki, “indi ki, istəyirsən, evlənərəm”.Seçdiyim qızı özü də bəyəndi. Bibisi uşaq vaxtında Bəxtiyar üçün bir üzük almışdı. Elə özümüz gedib qıza həmin üzüyü hədiyyəverdik, Bəxtiyara ad elədik. Belə qərara gəldik ki, Bəxtiyar məzuniyyətə gələndə, təmtərqalı nişan edərik... Amm sən saydığını say... gör fələk nə sayacaq...

Bəxtiyarı 1995-ci il iyunun 14-də yaşadığımız Goranboy rayonunda dünyaya gətirdim.Məktəbi də yaxşı oxuyurdu. Fikirləşirdim ki, Bəxtiyar ya coğrafiya, ya da tarix müəllimi olar. Tarixi və ya coğrafiyanı bitirib, yaxınlığımızdakı Naftalanda  turizm şirkətlərinin birində işləyər.7-8-ci sinifdə oxuyanda televiziyada kəşfiyyatçılar, qara maskalı hərbçilər haqqında bir veriliş gördü. Həmin gündən etibarən dedi ki, məktəbi bitirəndən sonra hərbçi olacaq. Əvvəl fikirləşdim ki, uşaqdır da, dediyi bu sözü unudar. Ancaq böyüdükcə, bu arzusunun qanadlarında uçduğunu bildim. Mənim atam Rəsul kişi yaşlı olsa da, Qarabağ davası başlayandan sona qədər döyüşlərdə olub. Ona köhnə silahdaşlarının hamısı “Mayor” deyə müraciət edirdilər. Kişi adətən müharibədə gördüyü o ağır qanlı-qadalı xatirələrini dilə gətirməzdi. Lakin Bəxtiyar tez-tez babasından həmin  döyüşlər haqqında soruşar, elə bul ki, özü üçün ayrıca tarix yaradırdı.
Sonra əsgər yola saldıq. Andiçmə mərasiminə gedəndə bu uşağı çox sevincli gördüm. Səbəbini soruşanda dedi ki, “ana, buraya o maskalı  hərbçilər gəlib, onlarla tanış oldum. Onlarla dost olmalıyam ki, məni də öz sıralarına yazsınlar”. Narahat oldum, amma fikrindən yayındıra bilmədik.

6 ayı tamam olanda isə bibisi ilə getdim yanına. Gördüm ki, yaman bikefdir. Səbəbini soruşdum, yenə dedi ki, “atama deyin ki, kimə sözü keçirsə, məni Xüsusi Təyinatlıların Qərargahına yazdırsın. Yoxsa ki, oraya düşməsəm, özümü öldürəcəyəm. Evə qayıdan deyiləm...”.

Bəxtiyarın görüşündən kor-peşiman halda evə gəlib, atasına onun sözlərini çatdırdıq. Kişi də dedi ki, oraya adamı sözlə deyil, əməli, işi ilə qəbul edirlər. Günlərin bir günü isə bizə zəng etdi. Telefonda səsi elə gümrah, elə sevincli idi ki. Sevincək dedi ki, “ana məni təbrik edə bilərsiniz, artıq Xüsusi Təyinatlıların kursuna qəbul  olunmuşam”. İçərimdə elə bil nəsə qırıldı. Ancaq dildə təbrik etdim onu. Dedim ki, haraya təyin olunsan, yaşayış yerin harada olsa, bizə xəbər elə ki, nigaran qalmayaq. Tanrı istədiyi arzularına elə tez çatdırdı ki balamı... əvvəlini verdi, sonrasını aldı əlindən.


Bəxtiyar əsgər getdiyi bir gündən ağlayardım, darıxardım onun üçün. Elə bil içimdə bir həsrət var idi. Deyirdim ki, mən səndən ayrı qala bilmərəm.  Könlümü alıb deyirdi ki, “ana, məndən nigaran olma, işin çətini yaxşıdır, bu məktəb də əsl kişilik məktəbidir”. Kursu bitirəndən sonra evə gəldi. Qohum-qonşular da gəlib başımıza yığılıb, gözaydınlığı verdilər. Bəxtiyar qonaqlı-qaralı, şənlikli evi çox sevirdi. Məktəbi bitirəndə, əsgər gedəndə, ad günü olanda bu evdə bir dəsgah qurduki...  Sanki bilirmiş ki, ömrü belə qısa olacaq... Onun haqqında nə qədər danışsam, xatirələrim bitməz... 
Əsgərliyinin 1 ili tamamolanda artıq Bəxtiyarı gizir-kəşfiyyatçı seçmişdilər. Atası Rəfael fəxr edirdi, yaman güvənirdi ona. Oğlumuz şəhid olanda özünü sındırmadı, el içində özünü şax göstərdi, hətta adamların içərisində kiçik oğlum Etibara və Bəxtiyarın yasına gələn dostlarına ürək-dirək verdi. Rəfael mərd kişi idi...



“Oğlum haqqında nə qədər danışsam, yorulmaram” deyib, gözlərinin yaşını silir Afaq xanaım.


“İşini, peşəsini çox sevirdi. Deyirdi ki, “ana, mən sadə gizir olmayacağam. Ali məktəbə qəbul olunub, hərbi sistemdə vəzifə qazanacağam”. 
Deyirdim “ay bala, işin çətindir axı”. Deyirdi ki, “ana, işin çətini yaxşıdır da”. Gənc olsa da, bir çox yaşıdlarından fərqli olaraq 22 yaşlı balam evin-ailənin qayğısına qalan, dərdimizi çəkən uşaq idi. Elə istəyirdi ki, evdə bir çatışmazlığımız olmasın. Çalışırdı ki, hamıdan baş olaq, yaxşı yaşayaq. Hətta Bakıda özünə ipoteka ilə ev götürmüşdü... Mən istədim ki, evi saxlayaq onun adına, atası dedi ki, balamın özü olmayandan sonra, boş qalmış ev nəyimə lazımdır... Evi satıb, məzarının böyür-başını düzəltdirdi. 
Bəxtiyar aylıq maaşını mənə gətirirdi, hər dəfə qonşuluqda bir kasıb ailə var, maaşın üstündən götürüb o ailəyə verirdim ki, oğlum üçün dua etsinlər, Vətən qoruyur, düşmənlə üz-üzədir. Fikirləşirdim ki, yoxsul adamların duasını Allah tez eşidir. O duaların savabına oğlumu da qəzadan-bəladan qoruyar. Hər gün neçə dəfə əllərimi Tanrıya açıb dua edirdim ki, balamı tufandan-qasırğadan qorusun. Sən demə tufan-qasırğa elə qapımızı güdürmüş... 

Bir gün yuxumda gördüm ki, qaynanam gəlib, baldızımın əlindən tutub aparır. Mən də onları evdən çıxardıram, səs-küy salıram ki, çıxın gedin. Qaynanam baldızımın əlindən tutub dayanır darvazanın ağzında. Bir də baxıram ki, darvazanın o biri üzündə bütün kənd camaatı yığılıb. Rəfael də onların arasındadır. Gedib-gəlir, ancaq həyətə girmir. Bəxtiyarı da həmin adamların içərisində axtarıram. Bəxtiyarın özünügörməyəndə, kiçik oğlum Etibarı çağırıb, bağrıma basıram. Qoymuram darvazaya tərəf getsin... 
Bu gördüyüm yuxunu qonşuma danışıb demişdim ki, mənim yuxularım məni aldatmır. Ailəmizi nəsə pis xəbərlər gözləyir...”.

Və həmin aprel günü, Azərbaycan Ordusunun əsgərləri erməniləri geri oturdan günlərdə, Hüseynovlar ailəsində də təlaş və təlatümlər başlamışdı.


Oğlu haqqında danışmaqdan doymayan dərdli ana söhbətinə davam edir:

-Bəxtiyar hər gün mənə zəng edərdi. Atası da deyirdi ki, uşaqla az danış, işdən gəlib, qoy rahatlansın, istirahət etsin. Həmin hadisələr baş verəndə isə nə qədər zəng vurdumsa, telefonuna zəng çatmadı. Günlər keçdikcə, narahatlıq hamımıza siyarət etdi. Mən elə hey ağlayıb qohum-əqrabaya deyirdim ki, balamdan mənə bir xəbər gətirin. 
Aprelin 6-da televizora baxırdım. Yenə dedilər ki, şəhidlərimiz var. Ağlamağa başladım, həm oğluma görə ürəyim qubar etmişdi, həm də şəhidlərin anasına yazığım gəldiyi üçün ağladım. Fikirləşdim ki, bunların anası necə dözəcək belə ayrılığa? “Space” televiziyasındakı “Xəbərlər” proqramını aparan bir oğlan elan etdi ki, neytral ərazidə qalan əsgərlərimiz var. Özümdən asılı olmayaraq, qışqırıb dedim ki, Bəxtiyar da yəqin ki, olanların arasındadır.

Bəxtiyarın dostlarına da zəng edirdik, heç biri doğru-düzgün bir söz demirdi.Qohumlar gəlib məni sakitləşdirdilər, hətta bir nəfər hərbçi tanışımız dedi ki, sabah özü gedib, Bəxtiyarı evə gətirəcək. İnandırdı hamımızı. Başladım, sabaha hazırlıq görməyə ki, oğlumu qarşılayım... 
El-oba da məni tək qoymurdu, hərə gəlib bir söz deyir, təsəlli verib gedirdi. Hətta kəndimizdə hərbçi bir oğlanın neytral ərazidən çıxıb gəldiyi deyiləndən sonra, Bəxtiyarın qayıdacağına inamım daha da artdı.Bir hərbçi isə dedi ki, özü Bəxtiyarı görüb, bir-iki günə əməliyyat bitəndən sonra qayıdıb gəlməlidir. İnanıb, sevindim...

Aprelin 9-u  mətbəxdə qab-qacaq yuyurdum. Darvazanın ağzında nəsə get-gəl var idi. Heç nə anlamadım. Elə bu vaxt Rəfael gəlib mənə nəsə dedi. Elə bildim ki, deyir ki, çay hazırla... Birdən elə bil ki, dediyi söz mənə çatdı. Həyətə baxanda gördüm ki, kənd adamları ilə doludur... Dedilər ki, Bəxtiyarı gətirirlər... 
Və həyətimdə Bəxtiyarın müsibəti qopdu... Özümə gələndə  oğlumun tabutunu gördüm... Nişanladığımız qız da gəlmişdi... başdan-ayağa qara geyinmişdi... Mən o qızı bu həyətə ağ gəlinlik libasında gətircəkdim, “Vağzalı” ilə toy çaldıracaqdım...Balam üçün bu həyətdə çalınacaq “Vağzalı” əvəzinə şaxsey-vaxsey səsləndi.

Aşiqəm ellər ayrısı,
Bülbül güllər ayrısı.
Bir gününə dözməzdim, ay oğul,
Oldum illər ayrısı.

 

Eləmi əsdi fələk,
Səbrimi kəsdi fələk,
Girdi güllü bağçama,
Şümalım kəsdi fələk...



Mənim balam hər şeyin gözəlini sevirdi. Gözəl dostları var idi... Onu gözəl dəfn etdilər. Onu bayrağımız kimi göylərə ucaltdılatr...Ancaq bu həyətdən təkcə bir Bəxtiyar getmədi... Bəxtiyardan iki ay sonra baldızım, baldızımdan sonra isə uşaqların atası Rəfael tərk etdi bizi... Gördüyüm yuxu çin oldu. Bir ona yanıram ki,  kaş öləndə yanında olaydım, barı son arzusunu həyata keçirəydim, barı görəydim, axırıncı sözü nə oldu, yarasından öpəydim, başın tumarlayaydım... 
Görəsən balamın xəbəri oldumu ki, bizi necə ağlar qoydu... Müharibə çıxaranın, silah alveri edənin evi yıxılsın... Nə qədər günahsız canlara qıydılar, nə qədər evi mənimki kimi istisiz, işıqsız, böyüksüz qoydular...Yaraşıqlı Bəxtiyarım, boylu-buxunlu Bəxtiyarım...

Afaq ana ilə söhbətimizi bitirib, bu ailəni tərk edəndə, məni yolayrıcına qədər yola saldı. Yola çıxdığımız küçəyə ölümündən sonra şəhid Bəxtiuyar Hüseynovun adının verildiyini bildim. Onu da bildim ki, Bəxtiyar yaşı az olsa da, dostları-yoldaşları arasında çox bacarıqlı bir kəşfiyyatçı etimadını qazanıbmış. Son anına qədər bütün əsgərlərimiz kimi cəsarətlə, mərdanə vuruşub. Dəfələrlə dostlarını mühasirədən qurtarıb. Bizim əsgələrin heç biri döyüş meydanından qaçmayıb. Sadəcə hansı yollasa, aprelin 4-ü səhər tezdən polkovniklər Raquf Orucov və Vüqar Yusifovun da  döyüşdüyü bölüyün koordinatını müəyyən edən ermənilər, onların dayandığı yerə top mərmiləri atıblar. Talış yüksəkliyində  mərmi  partylaması nəticəsində həlak olanlardan biri də  22 yaşlı Bəxtiyar Rəfael oğlu Hüseynov olub...


“Bütün yaradıcılığım Trampa görə arxa plana keçib, bu çox pisdir” - Emin Ağalarov
"Hələlik Moskvada hansı yolla Paşinyanı yıxmaq barədə müzakirələr gedir..."
Pul və xoşbəxtlik arasında sirli əlaqə varmı? - MARAQLI...
Saday Şəkərli Mübariz Mənsimova müraciət etdi: "Əyilmədim, yalvarıb kiməsə əl açmadım...."
Düşmən parlamentinin “tolerantlıq siması”: kürd, yezidi, rus və suriyalı…
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
Cəmiyyət
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
Köşə
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
Cəmiyyət
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Araşdırma
Arktika planetin qalan hissəsindən iki dəfə daha tez “isinir”miş - ARAŞDIRMA...
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə