Xəbər lenti
25/04/2018 [00:32]:
Siçana insan beyni köçürüldü
25/04/2018 [00:24]:
Təyyarədə verilən almanı çantasında saxlayan qadına 500 dollar cərimə yazıldı - VİDEO
24/04/2018 [23:50]:
Depressiyaya düşən qadın döşlərini kəsdi - FOTOLAR
24/04/2018 [23:44]:
Kənd sakininə on bıçaq zərbəsi vuruldu - Cəlilabadda
24/04/2018 [23:43]:
Qondarma Abxaziyanın “naziri” Azərbaycan sərhədini pozdu - FOTOLAR
24/04/2018 [23:39]:
Vasif Talıbovdan yeni - TƏYİNAT
24/04/2018 [23:38]:
Sarqsyanın cinayətləri - Xocalı qatili məsuliyyətə cəlb ediləcəkmi?
24/04/2018 [23:34]:
Ramiz Mehdiyev: "Danışıqlar baş tutmasa, torpaqlarımızı müharibə yolu ilə qaytarmalı olacağıq" - VİDEO
24/04/2018 [23:26]:
Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər – FOTO
24/04/2018 [22:46]:
Naxçıvan Turizm Departamentinə direktor təyin edildi
24/04/2018 [22:42]:
Tramp mətbuat konfransında Makronun saç kəpəyini çırpdı - VİDEO
24/04/2018 [22:09]:
Minaya düşən əsgərə cinsi orqan nəql edildi
24/04/2018 [22:07]:
Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər...
24/04/2018 [21:48]:
Sürücüsü it olan yük maşını mağazaya girdi - VİDEO
24/04/2018 [21:10]:
Azərbaycanın əməkdar artisti vəfat etdi
24/04/2018 [20:40]:
Terrorçu Minasyana qarşı cinayət işi açıldı
24/04/2018 [20:38]:
Rayonluları təhqir edən Bakı Metropoliteninin vəzifəli şəxsi üzr istədi
24/04/2018 [20:30]:
Ramiz Mehdiyev daha bir Xidmət rəisini təqdim etdi: "Rüşvətxorluğa son qoyulmalıdır"
24/04/2018 [20:26]:
"Göydən" başına it düşən qadın xəstəxanalıq oldu - VİDEO
24/04/2018 [20:24]:
263 nömrəli məktəbdə iyrənc olay- 10-cu sinif şagirdi azyaşlılara cinsi təcavüz edib
24/04/2018 [20:18]:
İsrail Suriyadakı “S-300”ləri məhv edəcəyi ilə hədələdi
24/04/2018 [20:09]:
Merilin Monro ilə azərbaycanlı kəşfiyyatçı Fidel Kastroya da dəstək verdilər - Gizli tarix
24/04/2018 [19:44]:
Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi
24/04/2018 [19:39]:
Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"
24/04/2018 [19:34]:
Naxçıvanda böyük əməliyyat: 108 kq heroin aşkarlandı - FOTO
24/04/2018 [19:01]:
ADU TDƏŞ nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinə üzv oldu
24/04/2018 [18:46]:
Azərbaycan polisinin 100 illiyi ilə bağlı layihəyə start verildi
24/04/2018 [18:43]:
Şəmkirdə toy yasa döndü - 2 ölü, 3 yaralı
24/04/2018 [18:31]:
Bu yol axşam saat 10-dan bağlanacaq
24/04/2018 [18:24]:
Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”
24/04/2018 [18:24]:
"Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyinatı gözəl xəbər oldu"
24/04/2018 [18:08]:
Jirinovski: "Ruslar və ermənilər birdir"
24/04/2018 [18:00]:
Ermənistanda avtoqəza zamanı polkovnik ölüb - FOTOLAR
24/04/2018 [17:54]:
“Komandir, mənə irəli getməyi əmr edin" -Aprel döyüşlərindən xatirə
24/04/2018 [17:45]:
BAXCP Xilaskar Türk Əsgərini ziyarət etdi - FOTO
24/04/2018 [17:37]:
"Mikayıl Cabbarov və komandası “relsindən çıxmış təhsil vaqonu”nu relsin üzərinə qaytara bildilər"
24/04/2018 [17:36]:
“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu
24/04/2018 [17:34]:
İlham Əliyev Türkiyədədir - FOTO
24/04/2018 [17:32]:
Görmə məhdudiyyətli şəxslər üçün inqilabi tapıntı – Onlar da hamı kimi oxuyacaqlar
24/04/2018 [17:28]:
Həmsədr: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləməyə davam edir”
24/04/2018 [17:18]:
Ərdoğan ermənilərə başsağlığı verdi "Biz tarix boyu acıları paylaşan bir millət olduq"
24/04/2018 [17:14]:
İlham Əliyevdən hakimiyyətdə 30 faizlik dəyişiklik - Kadr arxasınca
24/04/2018 [16:55]:
“Siyasi böhran Ermənistanda iqtisadi böhranı dərinləşdirəcək” - PROQNOZ
24/04/2018 [16:53]:
Bu qidalar sağlamlığınızla yanaşı, əsəblərinizə də təsir edir - FOTOLAR
24/04/2018 [16:15]:
Elmira Axundova vəzifəyə gedən deputatlara səsləndi: “Milli Məclisi unutmasınlar”
24/04/2018 [15:50]:
Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş
24/04/2018 [15:49]:
"Moskva niyə qarışmalıdır ki...?" -Zahid Oruc yazır...
24/04/2018 [15:46]:
Bakı metrosunun rəsmisi azərbaycanlıları təhqir etdi
24/04/2018 [15:42]:
Paşayeva həmkarlarını təbrik etdi - "Ölkəmiz üçün xeyirli-uğurlu olsun!”
24/04/2018 [15:32]:
Ramiz Mehdiyevdən İbrahimovun ünvanına - Sərt sözlər
24/04/2018 [15:27]:
Bu barda müştərilərə qulluq çılpaq edilir - FOTOLAR
24/04/2018 [15:27]:
Ermənistanda qüvvələr NİSBƏTİ - “Qarabağ klanı” hakimiyyətdən gedir?
24/04/2018 [15:20]:
““Anasına bax qızını al” fikri ilə razı deyiləm...”
24/04/2018 [15:17]:
Müxtəlif qeyri-adi canlılar tapıldı... - FOTO
24/04/2018 [15:06]:
"Yeniliklərin tədbiq olunacağına inanıram” -Misir Mərdanov yeni təhsil nazirindən danışdı
24/04/2018 [14:55]:
Elm dünyası şokda: Kosmosda nəhəng mələk tapıldı
24/04/2018 [14:51]:
Xankəndində Azərbaycan və Türkiyə bayraqlarına od vuruldu!- Daha nəyi gözləyirik?! - FOTOLAR
24/04/2018 [14:41]:
Təhsil naziri hansı sahədə təhsil alıb? - Bioqrafiya
24/04/2018 [14:33]:
Deputat dollar kreditlərinin bağlanmasını təklif etdi
24/04/2018 [14:17]:
Milli Məclisdə “Məşğulluq haqqında” qanun müzakirə olunur
24/04/2018 [14:13]:
İşdən çıxarılan Nazim İbrahimov qızının toyunu təxirə salıb?
24/04/2018 [14:11]:
“Beşiktaş” – “Qarabağ” oyununun vaxtı bəlli oldu - Prezident açıqladı
24/04/2018 [13:54]:
“Qarabağ həm Azərbaycan, həm də Ermənistan üçün qırmızı xəttdir”
24/04/2018 [13:53]:
Ağız qoxusu sizi ruhdan sala bilər... - Çarəsi tapıldı
24/04/2018 [13:47]:
Qızın geyimi metroda sərnişinləri şoka saldı – FOTO
24/04/2018 [13:41]:
“Müflisləşmə və iflas” haqqında qanun dəyişdirildi
24/04/2018 [13:39]:
Azərbaycan XİN-dən Ermənisitandakı çevrilişə REAKSİYA: “Danışıqlara hazırıq”
24/04/2018 [13:32]:
Parlament işsizlikdən sığorta ilə bağlı cəzaları SƏRTLƏŞDİRDİ
24/04/2018 [13:31]:
Deputat maaşının az olmasından gileyləndi "Nazirlik işçiləri bizdən çox alırlar"
24/04/2018 [13:29]:
Yeni medal təsis edildi
24/04/2018 [13:28]:
Yeni ekologiya və təbii sərvətlər naziri prinsiplərini AÇIQLADI: “Şəffaflıq, sosial ədalət...”
24/04/2018 [13:11]:
“Cavid, Cavad və Müşfiqin ikiüzlü “siyasəti” bizi məcbur edir ki...” – Repressiya üçün danos
24/04/2018 [13:08]:
“Peşə təhsili haqqında” qanun qəbul olundu
24/04/2018 [13:07]:
Ombudsmanın illik hesabatı qəbul olundu
24/04/2018 [13:06]:
66 tibb işçisi məsuliyyətə cəlb olunub
24/04/2018 [13:06]:
Diqqət! Yaxşı bişməyən ət bir çox xəstəliklərin mənbəyidir...
24/04/2018 [13:05]:
26 polis DİN-dən qovuldu
24/04/2018 [13:04]:
Təkbaşına Sibirdə yaşayan qadın hamının sevimlisinə çevrildi - FOTOLAR
24/04/2018 [13:03]:
Əflatun Amaşov hesabata etiraz etdi
24/04/2018 [13:02]:
Ombudsman amnistiya üçün müraciət etdi
Bütün arxiv bir sırada
14/01/2018 [15:36] - Siyasət - ( 4545 dəfə baxılıb)

"O çeçen xalqının azadlığı üçün alışıb-yanan bir mübarizə adamı idi" - Şamil Basayevlə bağlı xatirələr...



Çeçenistanın azadlığı uğrunda mübarizə tarixinə adını əbədi yazdırmağı bacaran əfsanəvi səhra komandirlərindən biri olan mərhum Şamil Basayevin bu gün doğum günüdür. Onun barəsində bu kiçik xatirəmi bölüşməkdə məqsədim heç də hansısa terrorçuluğa, separatizmə, müharibəyə bəraət qazandırmaq deyil, çeçen xalqının əsrlər boyu davam edən və təəssüf ki həmişə də uğursuszluqla bitən azadlıq mübarizəsinə mənəvi dəstək verməkdir.
2006-cı ildə 41 yaşında şəhid olan Şamil Basayevlə görüşüm haqqında indiyədək çox az dost-tanışla danışmışam. Onlar isə əsasən bu görüşün vasitəçiləri olduqları üçün məlumatlı idilər. Onunla 1992-ci ilin yanvarında Bakıda Şeyx Şamil küçəsi (?) ünvanında bir mənzildə görüşmüşdüm. O zaman bu ünvan Çeçenistanın gizli qeyri-rəsmi nümayəndəliyindən biri kimi fəaliyyət göstərirdi. Görüşümüz İstanbulda yaşayan Leçe adlı bir çeçen iş adamı vasitəsilə mümkün olmuşdu. Leçe Çeçenistanda nüfuzlu şəxslərdən sayılırdı. Qroznı şəhərində biznesi və hətta radiosu da var idi. Həm də Çeçenistan prezidenti mərhum Cövhər Dudayevin dostu və o zaman Daxili işlər naziri Maqomedovun yaxın qohumu idi. Hər ikisi çeçen-rus müharibəsində şəhid oldu.

Mənə deyilən ünvana yaxınaşıb qapını döydüm. Kimliyimi soruşduqdan sonra qapını çarşablı gənc bir qadın açdı və gəlişimi gözlədiklərini deyib içəri dəvət etdi. Dəhlizdə və biz görüşdüyümüz otaqda daha iki qadın da var idi. Hər üçü hündür boylu, nazik bədənli, başdan ayağa qara çadrada və üzləri də qismən bağlı idi. Davranışlarından hiss olunurdu ki gənc qadınlardır. Çeçencə danışırdılar və cəld hərəkətlər edirdilər. Bizə çay gətirdilər. Biri biz oturan otaqda oturdu, digərləri isə ayaq üstə xidmət edir və dəhlizdə hərlənirdilər. Başqa otaqlarda da kimlərsə var idi və hərdən telefonla danışdıqları eşidilirdi.
Ş. Basayev həmin vaxt Qarabağda döyüşə gələn çeçen mücahidlərinin sırasında idi. Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparanları özünə müttəfiq, müsəlmanları isə qardaş bilən bir mücahid idi. Söhbət zamanı AXC üzvü olduğumu bildiyi üçün mənimlə sanki köhnə tanış kimi güvənlə danışırdı. AXC rəhbərliyində müsbət münasibətdə olduğu şəxslər də var idi. Həm də bizi İstanbuldan onunla əlaqələndirən nüfuzlu çeçen biznesmen də buna çox yaxın adam olduğu üçün daha da sayğılı və səmimi davranırdı. 
Ona bizimlə yaxınlığı olan bir türk iş adamının Moskvada üzləşdiyi problem barədə məlumat verdim və həllinə kömək etməsini xahiş etdim. O da heç nə əlavə soruşmadan kiminləsə telefonla çeçencə danışdı. Aramızda təqribən 1 saata yaxın çəkən söhbətdən sonra oradan ayrıldım. 
Onun müdaxiləsi ilə məsələ Moskvada dərhal həll olundu. Türkiyəli iş adımına çatacaq iri məbləğdə pullar bir gün müddətində deyilən ünvana çatdırıldı. 
Səhəri gün türkiyəli dostlarımızın təşəkkürünü çatdırmaq və ona müəyyən qədər pul vermək üçün yenidən bu ünvana gəldim. Təklif etdiyim pulu qəti şəkildə qəbul etmədi və pul mövzusuna bir daha qayıtmamağımı gülümsəyərək bildirdi. Tezliklə özünün burada olmayacağını, ancaq Rusiya ilə əlaqəli nə işim olarsa mütləq onun adı ilə bu ünvana çatdırmağımı istədi. Bir az ümumi söhbətlərdən sonra görüşüb oradan çıxdım. Elə o illərdə bir neçə dəfə də Rusiyada yaranan problemləri həll etmək üçün onların vasitəçiliyindən istifadə etməli oldum.
Sonradan onun əfsanəvi çeçen mücahidlərinin komandiri olduğunu görəndə çox təəcüblənmişdim. Fikirləşirdim, necə ola bilər ki belə bir mülayim insan dəyişib mücahid oldu. Qısa müddətli tanışlığım olsa da şəxsən o, çox mülayim insan kimi yadımda qalıb. Çox zəif və asta səslə danışırdı. Elə təsir bağışlayırdı ki, sanki dünyada ondan daha yumşaq, həlim xarakterli adam yoxdur. Çox mədəni, səmimi və təvazökar rəftarı ilə xatırlayıram. Onun haqqında bəzən xeyli ədalətsiz və uydurma danışanlar da olub. Onu terrorçu kimi qələmə verib nüfuzdan salmağa cəhdlər yenə də davam edir. Amma, əminəm ki, bunlar hamısı uydurmadır. O öz xalqını və müsəlmanları sevən, çeçen xalqının azadlığı üçün alışıb-yanan bir mübarizə adamı idi. Hər dəfə Şamil Basayevin şəkillərinə baxanda onun gözlərində çeçen xalqının tarixən yaşadığı dəhşətli faciələri, bəlanı, əzabı və mübariz bir xalqın nakam arzularını görürəm. Doğrudan da hər bir xalqın istiqlaliyyətindən daha böyük nailiyyəti yoxdur! Allahdan Şamil bəyə rəhmət diləyirəm. Ruhu şad olsun!
Nəsimi Məmmədli

Kənd sakininə on bıçaq zərbəsi vuruldu - Cəlilabadda
Sürücüsü it olan yük maşını mağazaya girdi - VİDEO
"Göydən" başına it düşən qadın xəstəxanalıq oldu - VİDEO
Bu barda müştərilərə qulluq çılpaq edilir - FOTOLAR
Ermənistanda məxməri inqilabı kim etdi: Rusiya, yoxsa Qərb?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Təyyarədə verilən almanı çantasında saxlayan qadına 500 dollar cərimə yazıldı - VİDEO
Dünya
Qondarma Abxaziyanın “naziri” Azərbaycan sərhədini pozdu - FOTOLAR
Maraqlı
Müxtəlif qeyri-adi canlılar tapıldı... - FOTO
Cəmiyyət
“Cavid, Cavad və Müşfiqin ikiüzlü “siyasəti” bizi məcbur edir ki...” – Repressiya üçün danos
Cəmiyyət
Diqqət! Yaxşı bişməyən ət bir çox xəstəliklərin mənbəyidir...
Həftənin ən çox oxunanları
Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI
Həkimlər infarktdan ölməkdən qaçmağın yolunu açıqladılar: Ən azı həftədə 2 dəfə...
Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
Abid Şərifovun vəziyyəti pisləşdi – SON DƏQİQƏ
"Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?"
"Qarabağla bağlı Azərbaycan ən xain zərbəni Ermənistandan deyil, Rusiyadan gözləməlidir"
“Yaşlı adamlar, hamilə qadınlar və uşaqlar evdən bayıra çıxmasınlar” - XƏBƏRDARLIQ...
“Hacıbala, səninlə ölənə kimi məzələnəcəm” - Şeyx Əbdül Mahmudbəyov
"Azərbaycanın əhəmiyyətli bir şəhəri silahlı qüvvələrimizin nəzarətinə keçməlidir”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin