Xəbər lenti
19/01/2018 [09:54]:
Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur...
19/01/2018 [09:47]:
“Əgər qadın itdən uşaq doğubsa, həmin məxluq da namaz qılmalıdır...” - Rəzalət
19/01/2018 [09:36]:
Neft ucuzlaşdı, qızıl bahalaşdı
19/01/2018 [09:25]:
Enerji içkilərinin reklamına qadağa məsələsi parlamentdə müzakirəyə çıxarılacaq
19/01/2018 [09:15]:
Manatın bugünkü MƏZƏNNƏSİ
19/01/2018 [01:04]:
Bir verilişə görə işdən uzaqlaşdırılan, məşhur ifanın səbəbkarı olan Nahid Hacızadə- Vida yazısı
19/01/2018 [00:21]:
Bürclər - 19 YANVAR
18/01/2018 [23:53]:
Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - Rusiyadan İDDİA
18/01/2018 [23:32]:
"Əziz dostumuzu son mənzilinə yola salanlar arasında olmadığıma çox təəssüfləndim"
18/01/2018 [23:26]:
Yol polisindən MMX-sı olan sürücülərə "qara" xəbər... - VİDEO
18/01/2018 [23:03]:
“Feysbuk”da paylaşılan şəkil 3 il əvvəlki CİNAYƏTİN ÜSTÜNÜ AÇDI - FOTO
18/01/2018 [23:03]:
Bütün zamanların ən yaxşı 10 aktyoru - SİYAHI
18/01/2018 [22:59]:
Çay içənlər daha yaradıcı olurlar
18/01/2018 [22:54]:
Qənirə Paşayeva Çili, Boliviya, Venesuela və Əlcəzairin tanınmış təşkilat rəhbərləri ilə görüşdü
18/01/2018 [22:34]:
ABŞ geri çəkildi: Belə demək istəmirdik...
18/01/2018 [22:28]:
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı
18/01/2018 [22:26]:
Hacıqabulda avtoqəzada sürücü ağır yaralanıb
18/01/2018 [22:09]:
Dövlət naziri: “Bizim vəzifəmiz milli azlıq nümayəndələri olan vətəndaşlarımızın keyfiyyətli təhsilini yüksəltməkdir”
18/01/2018 [21:57]:
Zabit Səmədov: "Makqreqoru rəqib kimi görmürəm"
18/01/2018 [21:36]:
“İnformasiya sızacağı təqdirdə məni və İrşad Əliyevi öldürə bilərdilər...”
18/01/2018 [21:32]:
Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər
18/01/2018 [21:31]:
XİN şefi: “Həmsədrlər kreativ fikirlər irəli sürüb”
18/01/2018 [21:28]:
78 yaşında intihara cəhd etdi
18/01/2018 [21:02]:
Tolstoyun zifaf gecəsindən sonrakı qeydi: "Qane olmadım"
18/01/2018 [20:53]:
Rusiya açıqladı: "Türkiyənin təsdiqini gözləyirik"
18/01/2018 [20:34]:
Çəmənzəminlinin ağır günləri, itirilən pullar, qalaqlanan borclar - Romandan parça
18/01/2018 [20:28]:
Dəcəllik edən oğlunu motosikletə bağlayıb yerlərdə sürüdü - VİDEO
18/01/2018 [20:26]:
Rusiya məmurlarının ehtiraslı köməkçiləri... - FOTOLAR
18/01/2018 [20:25]:
Cərimə olunmamaq üçün sürücülük vəsiqəsini udmaq istədi - FOTO+VİDEO
18/01/2018 [20:08]:
Azərbaycan Dövlət Pedaqoji Kollecində 20 Yanvar şəhidləri anıldı
18/01/2018 [20:08]:
Avropanın ən böyük həbsxanasında üsyan çıxdı
18/01/2018 [20:02]:
Avropada qasırğa 4 nəfəri öldürdü
18/01/2018 [20:01]:
Mikayıl Cabbarov bəstəkarın oğlunu baş direktor təyin etdi
18/01/2018 [19:59]:
Qəza Heydər Əliyev prospektində tıxac yaratdı
18/01/2018 [19:52]:
Ukraynalı katibə, qazaxıstanlı məşuqə, müavinlərə 10 min manatlıq maaş... - "Canik"in adamının ŞOK dosyesi
18/01/2018 [19:47]:
Bakıda 272 kq narkotik vasitə ələ keçirildi
18/01/2018 [19:46]:
Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı
18/01/2018 [19:43]:
Türkiyənin kəşfiyyat rəhbəri Moskvada: Diqqətçəkən detal...
18/01/2018 [19:31]:
Ramin Quluzadənin "islahatlar"ı nazir müavinlərinin başında çatladı...
18/01/2018 [19:25]:
Suriyada kütləvi məzarlıq tapıldı - 10 min cəsəd var
18/01/2018 [19:17]:
“YouTube” saxtakarlara qarşı yeni mübarizə metodu hazırladı
18/01/2018 [19:04]:
İlham Əliyevdən Milli Televiziya və Radio Şurası ilə bağlı - Sərəncam
18/01/2018 [18:57]:
Bakıda daha bir sürücü sərnişinlərin həyatını təhlükəyə atdı -Video
18/01/2018 [18:54]:
Qərbi Kaspi Universitetində ABŞ səfiri ilə görüş keçirildi
18/01/2018 [18:51]:
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası...
18/01/2018 [18:43]:
Hamilə qalmaq istəyən qadınların qarnını...
18/01/2018 [18:43]:
"Qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizinin açılması təmin edilib" -Mirqafar Seyidov
18/01/2018 [18:38]:
Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edildi
18/01/2018 [18:37]:
Prezident 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzaladı
18/01/2018 [18:35]:
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
18/01/2018 [18:34]:
BSU-da “Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirildi
18/01/2018 [18:27]:
Ramil Usubov Bakıda polis rəislərinin qarşısına tələblər qoydu - MÜŞAVİRƏ
18/01/2018 [18:17]:
15 milyon dollara ayaqqabı buraxıldı - FOTO
18/01/2018 [18:13]:
Kirpikləri uzanan qız gözlərini aça bilmir - FOTO
18/01/2018 [18:12]:
Bir yerdə çox oturmaq hansı xəstəliklərə yol açır?
18/01/2018 [18:10]:
“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məcid
18/01/2018 [18:07]:
“20 Yanvar qətliamının iştirakçıları arasında ermənilər də olub” -MÜSAHİBƏ
18/01/2018 [17:58]:
Cəfər Cabbarlının yeni sözlərlərin istifadəsi üçün işlətdiyi kələk - MARAQLI ƏHVALAT
18/01/2018 [17:55]:
Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda açıqlama
18/01/2018 [17:50]:
Azərbaycanda müəlliməni oğurlayıb zorlayanlara AĞIR CƏZA
18/01/2018 [17:46]:
Trampın oğlu: "Atam ancaq dolların yaşıl rəngini görür"
18/01/2018 [17:43]:
"Barselona" Pike ilə yeni müqavilə imzaladı - 500 milyon qiymət qoydu
18/01/2018 [17:20]:
Həftənin son iş günü üçün məzənnə
18/01/2018 [17:14]:
Salam Sarvandan orfoqrafiya lüğətindəki biabırçı sözlərə etiraz - Fahişəolma, ağacgəmirmə, bəstiqoyma...
18/01/2018 [17:11]:
İki qurum necə birləşəcək?
18/01/2018 [17:09]:
Ermənistanda nazir istefa verdi
18/01/2018 [17:08]:
“Alpinistlərin axtarışı prezidentin nəzarətindədir”
18/01/2018 [17:06]:
İmanov qardaşlarından xalq artistinə - Hörmətsizlik
18/01/2018 [16:59]:
Barmaqlarınızda bu dəyişiklik varsa... – SİMPTOMLAR
18/01/2018 [16:58]:
Hansı insanlarla evlənmək olmaz? - 2 psixoloji FAKT
18/01/2018 [16:49]:
Sən demə, ABŞ-ın hər kəsə borcu var - SİYAHI
18/01/2018 [16:44]:
Azərbaycanda bu qiymətlər bahalaşdı -XƏBƏRDAR OLUN
18/01/2018 [16:41]:
Suriyadan şok açıqlama: " Türkiyəni dərhal vuracağıq"
18/01/2018 [16:40]:
Mark Zukerberq 107 metrlik üzən saray aldı – FOTO
18/01/2018 [16:39]:
20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama
18/01/2018 [16:35]:
SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ
18/01/2018 [16:33]:
O, heç bir sığınacağa, bunkerə “rəhm etmir” - CƏHƏNNƏM SİLAHI
18/01/2018 [16:19]:
Bu adamı tanımalyıq - Ayın görünməyən tərəfi
18/01/2018 [16:16]:
Direktorun qardaşı oğlu nişanlı müəlliməni zorla qaçırdı - TƏFƏRRÜAT
18/01/2018 [16:04]:
“Nə qədər ki, üçüncü tərəf var, Qarabağ məsələsi həll olunmayacaq...” - Ayaz Mütəllibov
Bütün arxiv bir sırada
14/01/2018 [15:43] - Cəmiyyət - ( 3056 dəfə baxılıb)

“Hərdən Xəlil Rzanı da tənqid etmək lazımdır...” - Firuz Mustafa



Pasternakı ifşa edənlər saysız-hesabsız olsa da, onu müdafiə edənlər tək-tük idi və həmin qorxmaz adamlardan biri o zaman cəmi 25 yaşı olan gənc şair Xəlil Xəlilov idi 

1958-ci il. Moskva. Xəlil Rza Qorki adına Ədəbiyyat institutnda təhsil alır. 
Təkcə gənc şairin təhsil aldığı institut deyil, az qala bütün SSRİ bir-birinə dəyib. Səbəb sadə və həm də mürəkkəbdir. Boris Pasternak Nobel mükafatına layiq görülüb. Ünlü şairin ilk böyükhəcmli əsərində- “Doktor Jivaqo” romanında “sosializm həqiqətləri” yerlə-yeksan olunub. Pasternak Amerika MKİ-nin (ЦРУ-nun)  40 ildə vura Sovetlər Birliyinə endirə bilmədiyi zərbəni cəmi bir əsərlə vurub. Hələ bu azmış kimi, Nobel komissiyası onu öz ödülü ilə mükafatlandırıb. Nə etməli?

23 oktyabr 1958-ci il tarixdə Nobel öz sahibinə təqdim olunmalıdır. Elə həmin gün o vaxtın ideoloji bosu M.A. Suslovun şəxsi tapşırığı ilə bütün təbliğat maşını Pasternakın əleyhinə işə düşür. Ölkə başçısı N.S. Xruşşovun özü sussa da artıq ideoloji “qulbeçələrə”  yuxarıdan əmr vgəlmişdi: bütün SSRİ ziyalı və vətəndaşları yazıçını lənətləməli idi. O vaxt Ümumittifaq gəncləri adından SSRİ komsomolunun 1-ci katibi Vladimir Semiçastnı oktyabr ayının 29-da çağırılan komsomolun Plenumunda (sonralar yazdığına görə, Xruşşovun tələbi ilə) çıxış edərək Pasternakı zərərli bir “ünsür”, gənclərin əxlaqını korlayan bir burjua tör-töküntüsü  kimi ifşa etdi. 
Demək olar ki, bütün ali məktəblərdə Nobel mükafatçısı və bu mükafatın özü ifşa olunmağa başlamışdı. Gənc qələm sahibləri də bu “təbliğat selinə” qoşulmuşdular. Bəs necə? Hökumətdən nəsə qapmaq lazım idi, şöhrət qazanmaq lazım idi. Komsomol şairlər bir-birlərinin sözünü kəsə-kəsə efirdən-ekrandan Pasternakın ünvanına lənətlər yağdırırdılar.
Amma burası da vardı ki, danışanların çoxu yaşlılar və ortabablar idi. Bəs istedadlar niyə susur?  Belədə Komsomolun MK-nın məsul işçi sözü o vaxtkı gənclər arasında öz  nüfuzu, “çəkisi”, “blatı” olan Yevgeni Yevtuşenkoya verir. Yevtuşenko cavan olsa da artıq SSRİ-də yaxşı tanınırdı. Xüsusilə, 1954-cü ildə SSRİ yazıçılarının 2-ci qurultayında Səməd Vurğunun  məruzəsində adı çəkiləndən sonra daha da məşhurlaşmışdı. İndi o odla su arasında qalmışdı; əsəri tərifləsə onu “yuxarılar” vuracaqdı. Əsəri tənqid etsəydi o, “aşağının”, yəni oxucu kütləsinin tənqidinə tuş gələcəkdi.
Yevtuşenko, nəhayət, fikirləşib bəhanə, daha doğrusu “çıxış yolu tapdı”, əsər barədə danışmaqdan imtina etdi. Səbəb kimiisə bunu dedi: Mən “Doktor Jivaqo” romanını oxumamışam. Əsərdə nədən bəhs edildiyindən bixəbərəm. Oxumadığım əsər haqda mən nə danışa bilərəm ki?” Doğrudan da, oxumadığın əsərdən söhbət açmaq inandırıcı görünə bilməzdi. Halbuki gizlətsə də əsəri ilk oxuyanlardan biri məhz Yevgeni Yevtuşenko olmuşdu. Yeri gəlmişkən, roman ilk dəfə İtaliyada, sonralar İngiltərə, Hollandiya, ABŞ-da rus və digər dillərdə nəşr edilmişdi. Əsəri Yevgeni Yevtuşenko nəinki rus dilində, hətta, italyan və ingilis dillərində də oxuya bilərdi, çünki hər iki dili yüksək səviyyədə bilirdi.
O vaxtkı SSRİ məmurları əsər haqda təkcə rus ziyalılarının danışmasını kafi hesab  etmirdilər. Axı SSRİ təkcə ruslardan ibarət deyildi. Bəs bu Pribaltikadan, Orta Asiyadan, Qafqazdan gələn gənclər niyə susurlar? Axı onlar gələcəyin ədibləri olacaq. Bu cür laqeydlik qınaq obyekti olmalıdır...
Ədəbiyyat institunda iclası aparan komsomol lideri üzünü tələbələrin toplaşdığı auditoriyaya tutub təkrarən soruşdu:
-Boris Pasternakın Nobel mükafatına layiq görülmüş cəfəng “Doktor Jivaqo” sayıqlaması haqda kimin danışmağa sözü var?
Bu sözlərdən bəlli olurdu ki, əsər haqda hansı “istiqamətdə” danışmaq lazımdır. Ortaya uzun bir sükut çökdü. Komsomol şefi narahat idi. Az sonra kiminsə əli yuxarı qalxdı.
İclasın aparıcısı, gələcəkdə daha iri məmur olmaq istəyən sarışın komsomol şefi göz gəzdirib yuxarı qalxan əli görüb gülümsədi:
-Buyurun, buyurun... Hiss olunur ki, qafqazlısız...
Orta boylu, tökmə bədənli, qaraşın, qıvrımsaç bir gənc oğlan cəld addımlarla kürsüyə yaxınlaşdı. Gəncin üz-gözündən yaşına yaraşmayan bir ciddiyyət tökülürdü. Moskvada qışın ilk günləri idi. Artıq qar yağmışdı.  Hava soyuq idi. Amma buna baxmayaraq inamlı addımlarla kürsüyə yaxınlaşan bu gəncin əynində ağ rəngli yüngül yay pencəyi vardı. O, bu görkəmdə peşəkar, inamlı bir idmançıya da bənzəyirdi. Cavan oğlan əvvəlcə rəyasət heyətinə, sonra zala göz gəzdirib təmkinləsözə başladı:
-Bəli, mən qafqazlıyam. Azərbaycanlıyam. Bakıdan gəlmişəm...
Yerli komsomol məmuru nədənsə şübhələnibmiş kimi dilləndi:
-Siz burada Ədəbiyyat İnstitunda təhsil alırsız? Elə isə ad-familiyanızı deyin ki, protokola düşsün.
Xitabət kürsüsündəki gənc cəld, bir qədər də əsəbi halda cavab verdi:
-Xəlil Xəlilov. Mən Ədəbiyyat İnstitutunda ikinci təhsilimi alıram. Bundan əvvəl BakıDövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. İndi burada birinci kursda oxuyuram.Pavel Antokolskinin rəhbərlik etdiyi poeziya bölmsinəsində... İyirmi beş yaşım var. Komsomolçuyam.
Rəyasət heyətindəki komsomol şefi kürsüdəki coşqun gəncin ötkəm danışığından nəsə  ehtiyat edib təmkinlə dedi:
-Mən Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Nizamini, Axundovu, “Arşın mal alan” filmini, Rəşid Behbudovu...
Xəlil Xəlilov əlini yuxarı qaldırıb uca səslə dedi:
-Mən də rus ədəbiyyatını çox sevirəm. Puşkini, Lermontovu, Belinskini, Tolstoyu, Turgenevi, Qorkini, Çexovu, Bloku, Mayakovskini...
Gənc şair cümləni bitirməmiş zalı aıqış sədaları bürüdü. Rəyasət heyətindəki gənc komsomol şefi də tribunadakı qaraşın şairi alqışlayanlara qoşulmalı oldu.
-Xəlil Xəlilov, buyurun, davam edin. Hiss olunur ki, siz rus ədəbiyyatını yaxşı bilirsiz.
Kürsüyə sinə gərən gənc şairin səsi daha da gurlaşdı:
-Bəli, mən rus ədəbiyyatını sevirəm. Amma Qərb və Şərq ədəbiyyatını da severəm. Böyük ədəbiyyat bizə daim həqiqəti deməyi öyrədib. Əslində ədəbiyyat elə həqiqət deməkdir. Var olsun əsl ədəbiyyat...
Yenə alqış sədaları dalğalandı.
Gənc şair get-gedə daha inamlı danışırdı:
-Biz bu gün buraya rus yazıçısı Boris Pasternakın Nobel mükafatına layiq görülmüş “Doktor Jivaqo” romanını təhlil, daha doğrusu tənqid etmək məqsədilə toplaşmışıq. Bəri başdan demək istəyirəm ki, mən bu əsəri diqqətlə oxumuşam.
Zala sükut çöxdü. Hamı gözləri qara işıq kimi alışıb yanan gənc natiqə diqqət kəsilmişdi.
-Mən mətbuatda Boris Pasternak haqda çıxan yazıları da oxumuşam. “Doktor Jivaqo” romanı haqda indiyəcən böyük hörmət bəslədiyim yazıçılar fikir bildiriblər. Məsələn, Tvardovski, Marşak, Erenburq, Leonov, Smirnov...
Rəyasət heyətindəki komsomol şefi bir qədər əsəbi tonda dilləndi:
-Xəlil Xəlilov, biz o böyük yazıçıların fikirləri ilə tanışıq. İndi sizin fikrinizi öyrənmək istərdik.
Kürsüdən zala baxan gənc şair əli ilə gözünün üstünə tökülən uzun, qara-qıvrım saçını geri itələyib ucadan dedi:
-Mən Boris Pasternakdan əvvəl həmin o yazıçılar- Tvardovski, Marşak, Erenburq, Leonov, Smirnov, lap elə Şoloxov haqda söz demək istəyirəm. Ar olsun onlara... Bu, söz adamına yaraşmayan işdir. Onlar öz qələm dostlarını satıblar. Onlar bununla həqiqəti satmışlar. Yazıçılıq həm də qəhrəmanlıqdır... Onlar nə qədər istedadlı olsalar belə, əsl qəhrəman yox, yarımçıq qəhrəmanlardır.
Zal uğuldadı.
Xəlil Rza kürsüdə guruldayırdı:
-“Doktor Jivaqo” romanı dəyərli əsərdir...
Komsomol şefi ayağa durub əsəbi halda bağırdı:
-Kürsünü tərk edin...
Gənc şair hiddətlə dilləndi:
-Zaman gələcək, Pasternakın “Doktor Jivaqo” romanı öz həqiqi qiymətini alacaq. Həm də bu qiyməti ona gələcək rus ziyalıları verəcək. Siz onda xəcalət çəkəcəksiz...
Şair kürsüdən aşağı endi.
Zalı sükut bürümüşdü.
... Bəli, zənniniz sizi aldatmır. 1958-ci ilin qışında Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda çıxış edən gələcəyin tribun şairi, böyük vətəndaş, həqiqət sevdalısı Xəlil Rza Ulutürk  idi.
Xəlil bəylə uzun illər eyni təsisatda çalışmışıq- Elmlər Akademiyasında. O, Ədəbiyyat İnstitinda işləyib, mən isə Fəlsəfə institunda. Yaxın dost olmasaq belə, xoş ünsiyyətimiz olub. O, Moskvada Lefortovo zindanında olarkən EA-da təşkil olunan iclasda çıxış etmişəm. Yeri gəlmişkən, Xəlil bəyi həmin iclasın təşəbbüskarı Xəlil Rza işləyən şöbənin müdiri, gözəl insan və şair Qasım Qasımzadə olmuşdu.
Xəlil bəy sadədən sadə bir insan idi. Haqsızlığı, ikiüzlüyü, nadanlığı, naqisliyi, satqınlığı kəskin tənqid edirdi. Özündən yaşlılara böyük ehtiram bəsləyir, gənclərə qayğı göstərirdi.
O, rusları pisləmirdi, rus şovinizmini pisləyirdi. O, bütün erməniləri deyil, qatil erməniləri, erməni xalqını yoldan çıxaran millətçi erməniləri ifşa edirdi.
Xəlil Rza çıxışlarında nə qədər kəskin idisə, həyatda o qədər kövrək bir insan idi.
Onun özü və canı qədər sevdiyi övladı Təbriz vətənimizin şəhidləıridir. Mən onuun oğlunun dəfn mərasimində əvvəldən sonacan iştirak etmişəm. O, bu müqəddəs ölüm üçün Azətbaycan xalqına “gözün aydın” deyirdi. Bu mərdlik, bu ürək, bu eşq, bu qəhrəmanlıq hər adama qismət olmur.
Xəlil Rza şeirin qəhrəmanı idi.
Xəlil Rza qəhrəmanlığın və qəhrəmanların şairi.
Xəlil Rzanın şeirləri bizim  poeziyamızın inciləridir.
Xəlil Rzanın elə təkcə çoxcildlik gündəliyi mədəni, ədəbi, siyasi həyatımızın yarıməsrlik real ensiklopediyasıdır.
Xəlil Rza təpədən-dırnağacan şair idi.
Diqqətli oxucu yəqin ki, bu yazının sərlövhəsinə fikir verdi: “Xəlil Rzanı da tənqid etmək lazımdır...”
Bu, Xəlil bəyin öz sözləridir. Tribunada  od-alov püskürən şair, həyatda çox məsum, utancaq idi. Şeirləri haqda tərifli söz eşidəndə o, uşaq kimi qızarar, tər tökərdi. Tərifi bol edən adamlara adətən :”Məni hərdən tənqid də edin”-deyərdi.
Böyük şairi bu gün də tənqid edənlət var. Bir qorxusu yox. Əgər Nizami, Axundov, Mirzə Cəlil, Sabir, Cavid, Cabbarlı, Vurğun zaman-zaman yada salınıb tənqid olunursa və yaxud əksinə, tənqid olunub yada salınırsa bu, onların xeyrinədir.
Bir sözlə, Xəlil Rza daim gündəmdədir.
Zaman Xəlil Rza Ulutürkün  xeyrinə işləyir.
Şair necə də haqlı idi:
Xəlil, sən qayasan, dərdə dözərsən,
Sən Kürsən, Xan Araz, Göygöl, Xəzərsən,
Yenə o yerləri bir gün gəzərsən,
Demə sən bu günə həsrət qalmışam.
 Əbədiyyət yolun, ədəbiyyat yolun qutlu olsun, Xəlil bəy.

Firuz Mustafa, publisist-filosof

...
Dəcəllik edən oğlunu motosikletə bağlayıb yerlərdə sürüdü - VİDEO
Ukraynalı katibə, qazaxıstanlı məşuqə, müavinlərə 10 min manatlıq maaş... - "Canik"in adamının ŞOK dosyesi
Kirpikləri uzanan qız gözlərini aça bilmir - FOTO
Bir yerdə çox oturmaq hansı xəstəliklərə yol açır?
O, heç bir sığınacağa, bunkerə “rəhm etmir” - CƏHƏNNƏM SİLAHI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Cərimə olunmamaq üçün sürücülük vəsiqəsini udmaq istədi - FOTO+VİDEO
Gündəm
Ramin Quluzadənin "islahatlar"ı nazir müavinlərinin başında çatladı...
Dünya
Hamilə qalmaq istəyən qadınların qarnını...
Dünya
15 milyon dollara ayaqqabı buraxıldı - FOTO
Ədəbiyyat
Tanınmış astroloqdan Zərdüşt barəsində bilmədiyimiz və tam fərqli FAKTLAR
Həftənin ən çox oxunanları
"Putini 48 ildir tanıyan bir insan kimi deyirəm" - "Qarabağ düyününü açmaq onun iradəsindən asılı olsaydı..."
Qız alt paltarında, "dini" verilişdə "ilahiyyatçı" üçün erotik rəqs etdi - VIDEO
“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx.." -Şəhid komandir Rasim Məmmədov
Təkər gətirənlər tələyə düşdü - Həyəcan təbili...
“Əbiyev gəlmirdi, Zakir Həsənov isə bir neçə dəfə bizi ziyarət edib” - Fəriköy məzarlığında...
Dünya Əzimovun hazırladığı tortdan danışır - VİDEO
Təlim zamanı ip qopdu əsgərlər vertolyotdan yerə düşdülər - VİDEO
Arvadı kənddən Bakıya gedib bacısının qeyri-rəsmi əri ilə “yatdı”, sonra... - 3 uşaq atasından dəhşətli əməl
Ziya Məmmədov xüsusi təyinatlılarla biznesmenin oğlunu tutdu: "Atana de ki..."
Qubadlının Xanlıq kəndində livanlı erməniyə ev verildi - FOTO/VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin