Cümhuriyyət ili...
Araşdırma
Oxunub: 3011
15 Jan 2018 | 00:51
Cümhuriyyət ili...

“Əgər biz, bir yerdə olmasaq, bizi tək-tək də asacaqlar"

Bencamin Franklin

                                                                                             

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  “2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir. Bu, gələcəyə hesablanan və hamının bir bayraq altında birləşməsinə, AXC-nin  100 illiyinə töhfə olaraq böyük dövlət Xadiminə xas siyasi və diplomatik bir çağırış idi. İstərdim ki, bəzi detalları ictimaiyyətin diqqətinə çatdırım.

Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası (özünü adlandırma;  Azərbaycan Cümhuriyyəti) ”“ Azərbaycan xalqının  Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsinin  canlı təcəssümü kimi  şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman şərqində ilk parlament  respublikası olmuşdur. Öncədən paytaxtı Gəncə şəhəri, sonra isə Bakı şəhəri elan edilmişdir. Həmin ərəfədə Cənubi Qafqazda azərbaycanlıların ümumilikdə yaşadıqları ərazilər təqribən 150 min kv. km-i əhatə edirdi.  1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gələn zaman, əzəli Azərbaycan torpaqlarının müəyyən hissəsində Ermənistan Respublikası yaradılmışdır.

İndi, ürək ağrısı ilə AXC hökumətinin xalqımızın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan xanlığının mərkəzi sayılan İrəvanı,  azğınlığı dünya ictimaiyyətinin gözü qarşısında tüğyan edən, fasiq və yolunu azmış, Beynəlxalq Hüququn prinsiplərini qulaq ardına vuran  bu günkü Ermənistana güzəştə getməyə və həmin İrəvanı, ana torpağımızda yaranan Ermənistan Respublikasının paytaxtı kimi tanımağa məcbur olmasını xatırlayırıq. Bundan sonra, AXC Cənubi Qafqazdakı Azərbaycanın tarixi torpaqlarının  113, 9 min kv. km-ni əhatə edirdi. Həmin dövrdə AXC-nin əhalisi 3,3 milyondan çox idi. Yaratdığımız Ermənistan isə cırtdan bir dövlət kimi “gəmimizin sakininə” çevrildi. İndi, “bu sakinlər”gəminin sahibləri ilə savaşa başlayıb. Həyasızlığın həddinə baxın!..

AXC məcbur olub güzəştə getdi, torpaqdan pay verdi, İllər ötdü,bu dəfə havadarlarının köməyi ilə Qarabağın bir hissəsi də işğal olundu. İtkilər verdik,  şəhidlərimiz oldu, beynəlxalq həyasızlıqla və vahdalizmlə müşayət olunan qətliama məruz qaldıq.Yetər artıq, tarixin “ibrət dərsini”aldıq. BMT-nin TŞ-nin 4 qətnaməsini də saymırlar, bundan sonra da heç saymayacaqlar.Ümid Allaha, Baş Komandana və Azərbaycan əsgərinədir. İndi torpaqlarımızı işğaldan azad etmək kimi çətin bir missiya Prezidentin müstəsna səlahiyyətindədir. Mürəkkəb, çox mürəkkəb məsələdir,mən deyərdim ki, həm də risklidir. Amma, Azərbaycan xalqının iradəsi bunu diktə edərsə, Baş Komandanımıza Rəbbül Aləmin dayaq olacaq. Haqsızlığa qaşı mübarizədə Allah həmişə və hamıya arxadaş olub.Yetər ki, milli birliyimiz olsun...Əks təqdirdə...  

AXC-nin dövlət hakimiyyəti də  müasir Azərbaycan Demokratik Dövləti kimi üç qoldan ibarət idi: Müasir dövlətimizdəki “Qanunvericilik Hakimiyyəti” həmin dövrdə  1) “Azərbaycan Parlamenti”; “icra hakimiyyəti qismində” 2)”Hökumət” və hər iki hakimiyyətdə eyni qalan üçüncü qol “Məhkəmə hakimiyyəti” adlanırdı. Hökumət ”“ icra hakimiyyəti Parlament qarşısında cavabdeh idi.

AXC üçün diqqət çəkən çətin fəaliyyətə nəzər salaq:

Cümhuriyyət 1918-ci il may ayının 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprel ayının 28-dək Bakıda fəaliyyət göstərmişdir. AXC Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmış, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər qurulmuş, dövlətlərarası sazişlər bağlanmış, müstəqil məhkəmə sisteminə malik idi. AXC Parlamenti 11 fraksiyadan və 109 üzvdən ibarət olmuşdur.

Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş vermişdi. 1918-ci ilin may ayının 27-si keçmiş Zaqafqaziya Seyminin  müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqaladə iclas çağırdı. Müzakirələr çox çəksə də nəhayət Müvəqqəti Milli Şuranın yaradılması qərara alınmışdı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti  Milli Şurasının sədri vəzifəsinə  Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri Məhəmməd Əmin Rəsulzadə, icra komitəsinin sədri vəzifəsinə  isə bitərəf olan Fətəli Xan Xoyski seçildi. Həmin ilin may ayının  28-də Milli Şuranın ilk iclası keçirildi və Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Bu tarixi qərar nəticəsində və  100 illik böyük fasilədən sonra  Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında  milli  dövlətçiliyimiz  bərpa olundu. Həmin iclasda da yeni, demokratik dövlətin yaranması faktını hüquqi baxımdan əsaslandıran  “Azərbaycan İstiqlaliyyəti haqqında Akt” qəbul edildi.

2018-ci ilin 28 mayında AXC-nin 100 illiyi qeyd olunacaq. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2018-ci ili  Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi də tarixi zərurətdən doğur və bu tarixi missiyanı da məhz Dövlət Başçısı ümumxalq diqqətə çatdırdı.

1918-ci ildə Azərbaycanın müstəqilliyi  “Azərbaycanın İstiqlaliyyəti haqqında Akt”la, 1991-ci ildə  Azərbaycanın təkrar müstəqilliyi “Azərbaycanın Müstəqilliyyi haqqında Konstitusiya Aktı” ilə təsdiq edildi.

Diqqət etsək tarix təkrarlanır.  1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət iki hakimiyyətliklə şərtlənirdi, istiqlaliyyət uğrunda mübarizənin vəziyyəti mürəkkəbləşirdi. Azərbaycanın şərq hissəsində - Bakı quberniyasında  Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Qərb regionunda isə Gəncə quberniyası AXC-nin milli hakimiyyətinin  idarəçiliyində idi.

4 iyunda  Azərbaycan və Osmanlı İmperiyası arasında  Sülh və Dostluq  müqaviləsi imzalandı. Bir gün sonra Türk ordusu Gəncəyə daxil oldu. Həmin ilin 16 iyununda Milli Şuranın üzvləri  və AXC Tiflisdən  siyasi vəziyyətin qeyri-stabil olduğu Gəncəyə köçür. Hadisələrin gərgin olduğu  belə şəraitdə 1918-ci ilin iyunun 17-də  Milli Şura siyasi müvazinətini  saxlaya bilməyib özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay ərzində  Azərbaycanın  ali qanunverici orqanının  - ümumi, gizli, bərabər və birbaşa səsvermə əsasında  seçilmiş Müəssisələr Məclisinin çağrılması vəzifəsi irəli sürüldü. Bu məqsədlə Milli Şuranın irəli sürdüyü müddət 1918-ci ilin dekabrın 16-da başa çatacaqdı. İyunun 23-də Fətəli Xan Xoyski  Azərbaycan əhalisinə   çağırışla müraciət etdi və milli hökümətin təsbit olunması üçün qardaş Türkiyənin  köməyinə ehtiyac duyulduğuna görə  elə həmin günü ölkənin  bütün ərazisində hərbi vəziyyət elan edildi. Beləliklə, 15 min nəfərə yaxın Türk ordusu Azərbaycan Cümhuriyyətinə kömək üçün göndərildi.

Qeyd etdiyim oxşar hal Heydər Əliyev hakimiyyətə gələndən sonra da baş vermişdi. Yeni yaranmış müstəqil Azərbaycan Demokratik Respublikasını parçalamağa, xarici təcavüzün daha da dərinləşməsinə çalışan qüvvələr mövcud idi. Ölkənin şimal bölgəsində “Sadval” qruplaşması, cənub bölgəsində yenə Azərbaycanı parçalamaq niyyətilə yaradılan  qondarma “Talış-Muğan Respublikasının” elan edilməsi, qərb bölgəsində  bir neçə qanunsuz silahlı birləşmələrin fəaliyyəti vətəndaş müharibəsinin qaçılmaz olduğunu reallaşdırırdı. Amma, Separatçı qüvvələri dəstəkləyən, onları maliyyə və hərbi sursatla təchiz edən xarici qüvvələrin arzusu  puç oldu. Dövlətçiliyin mühafizəsi və möhkəmlənməsi üçün yaranmış  mürəkkəb  bir siyasi şəraitdə, hamımız üçün məsuliyyət doğuran bir anda Heydər Əliyevin Bakıya gəlməsi situasiyanı dəyişdi. Xalqın və Respublika hakim dairələrinin, daha dəqiq ifadə etsəm - 9 iyun 1993-cü ildə Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Bakıya gəlməsi,15 iyun 1993-cü ildə isə Milli məclisin iclasında yenə Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi...

  Heydər Əliyevin siyasi, diplomatik bacarığı və böyük Liderin kəşfiyyat xarakterli taktikası nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı. Beləliklə, həmişəyaşar Liderin qətiyyəti Azərbaycanın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin yenidən itirilməsinə imkan vermədi. Həmin ərəfədə  demokratik Respublikamızın gələcək inkişafını təhlükə altına alan separatizmin və vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə Heydər Əliyev televiziya ilə Azərbaycan xalqına uzaqgörən bir müraciət etdi...” Bizim Azərbaycan vahid Azərbaycandır... İndiyədək Azərbaycanda heç vaxt talış-azərbaycanlı, türk və sair söhbəti olmamışdır...  Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən başqa buna heç kəs yol verməz. Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz...”

Məhz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlətçilik ideyalarının və demokratik islahatların inkişafı üçün yeni era açıldı. Etiraf etmək yerinə düşərdi ki, ölkədə dövlətçiliyin və ictimai təhlükəsizliyin davamlı olmasında, habelə siyasi sabitliyin təminatında hüquq mühafizə orqanlarının, ələlxüsus, DİO əməkdaşlarının prinsipal mövqeyi, ekstremal şəraitlərdə müvazinətlərinin qoruyub saxlaya bilmələri, ən mühümü isə vətənə, xalqa və Heydər Əliyev ideyalarına sədaqətin təcəssümü mühüm rol oynamaqla hamıya, daha çox əvvəlki komanda üçün gec də olsa, görk oldu. Burada, Daxili İşlər Nazirinin və  kollegiya üzvlərinin prinsipal rolu danılmazdır. Hüquqşünas deputat, məntiqli mülahizələrlə yadda qalan Qüdrət müəllimin gətirdiyi “Elçibəy deyirdi ki, kaş mənim belə bir nazirim olaydı” sitatına uyğun mən də deyərdim: “Nazir belə olar! Qətiyyətli, sədaqətli və prinsipal”. Din-də belə peşəkar kadrlar çoxdur. Ona görə də bizdə sabitlikdir. Şükr Allaha! Bərəkət də elə sabitlik olan yerdə olar. Allah Azərbaycanı yad fitnələrdən hifz etsin, Amin!

Sonrakı hadisələr, separat qüvvələrinin  “liderlərinin”, Nazirlər Kabinetinin Sədrinin və digər məmurların taleyi hamıya bəllidir. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörən siyasəti və gələcəyə hesablanan diplomatiyası olmasaydı, bu dəfə də ADR süqut edəcəkdi. Birinci mürəkkəb siyasi vəziyyətdə Azərbaycanı Türkiyə Ordusu, Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və AXC qüvvələrindən ibarət Qafqaz Ordusu (Bolşevik-Daşnak-Bakı Soveti qüvvələrinə qarşı) xilas etdisə, sonrakı, yəni əvvəlkinin hüquqi varisi olan müasir Azərbaycanın Demokratik hakimiyyətini  Heydər Əliyevin uzaqgörən siyasəti  və diplomatiyası xilas etdi. Həmin ideyaların canlı təzahürü olaraq müasir, müstəqil Azərbaycan dünyanın siyasi xəritəsində BMT-nin  və Beynəlxalq Hüququn subyekti kimi yerini möhkəmlətmiş, qüdrətli Milli Orduya sahib olmuş, məntiqli siyasət yürüdən ölkələr sırasında yer almışdır. Qeyd etdiklərimdə Prezident İlham Əliyevin balanslaşdırılmış siyasətinin, dövlətlərarası beynəlxalq tədbirlərdə ərazi bütövlüyünün bərpasına istiqamətlənən, diqqət çəkən və düşündürən çıxışlarının, habelə  nota xarakterli bəyanatlarının böyük təsiri olmüşdur.

Yeni ilin ilk dekadasında  Prezidentin  2018-ci ili “Cümhuriyyət ili” elan etməsi təklifi  hamımızın Onun ətrafında, umu-küsüyə son qoyaraq birləşməyimizi zəruru edir. Güc də birlikdədir. Biz, bir dərddə, bir arzuda, hətta Allaha dualarımız da bir olduğundan bir olmalıyıq ki, “...əti dırnaqdan ayırmaq” istəyənlərə “Dur!”-deyə bilək.  

Vaxtilə Amerika dövlətinin yaradılmasında xüsusi əməyi olan, görkəmli fizikaşünas və müdrik siyasətçi Bencamin Franklin üzünü amerikalılara tutaraq söyləmişdi: ”Əgər biz, bir yerdə olmasaq, (və yaxud ola bilməsək) bizi tək-tək də asacaqlar”. Dərin mənası var. Millət bir olmasa, onu tarixin arxivinə atmaq çox rahat və asandır. Ona görə də sabitliyin və onu təmin edənlərin qədrini bilək.! Dünyanın siyasi xəritəsinə diqqət yetirəndə Azərbaycan əhalisinin sayına və digər inkişaf parametlərinə görə o qədər də böyük dövlət deyil. Dövlətimizin gücü onun xarizmatik Liderinin siyasətində, diplomatiyasında və xalqın birliyində ifadə olunur...

 

Şəmsəddin Əliyev

hüquqşünas-publisist 

Oxşar xəbərlər
19:37, Bu gün
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19:35, Bu gün
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
19:34, Bu gün
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
19:27, Bu gün
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
19:24, Bu gün
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
19:23, Bu gün
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
19:20, Bu gün
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
19:18, Bu gün
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
19:14, Bu gün
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
19:05, Bu gün
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
18:57, Bu gün
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
18:54, Bu gün
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
18:49, Bu gün
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
18:47, Bu gün
Bakıda külək elektrik stansiyası tikiləcək
18:45, Bu gün
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
15:13, Bu gün
Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…
15:12, Bu gün
Elşad Qarayev canlı efirdə AĞLADI: Ürəyi daş... - FOTO
15:10, Bu gün
Danimarkanın 400 illik mədəni irsi alovlar içində - VİDEO
15:09, Bu gün
İsrail və İranın aramsız savaş anonsu: Müharibə riski nə qədər ciddidir? - ŞƏRH + FOTO
15:08, Bu gün
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb - VİDEO
15:07, Bu gün
DİN baş redaktor və müxbirin həbsi ilə bağlı məlumat yaydı
15:05, Bu gün
Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı
15:04, Bu gün
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək - RƏY
15:02, Bu gün
Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası keçirilib
15:01, Bu gün
Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli oldu
15:00, Bu gün
İnfarktı əvvəlcədən necə müəyyənləşdirmək olar? - MÜTƏXƏSSİS DANIŞDI
14:59, Bu gün
Ən çox balı onlar topladı - SİYAHI
14:57, Bu gün
Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb
14:55, Bu gün
Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO
14:53, Bu gün
"Terror hər yerdə məğlub edilməlidir" - Zelenski
14:47, Bu gün
Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
14:44, Bu gün
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
14:42, Bu gün
İntibah dövrü yaşayan Füzuli - VİDEO
14:38, Bu gün
Oğuzda inşasına başlanılan su anbarından kimlər faydalana biləcək? - FOTO
14:33, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə olunub
14:29, Bu gün
Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar - FOTO
14:25, Bu gün
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:23, Bu gün
Gəncədə şagirdlər arasında DAVA: Xəsarət alan var - YENİLƏNİB
14:21, Bu gün
Kənddə biabırçılıq: ərli qadın yad kişilərlə gəzdi, içki məclisi qurdu, atası isə... – ŞOK
14:17, Bu gün
Prezident Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fərman imzaladı
14:13, Bu gün
Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”
14:10, Bu gün
Bu günün ən xoşbəxt bürcü: Əkizlər üçün şanslı olacaq
GÜNLÜK
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək