Xəbər lenti
19/01/2019 [23:11]:
2018-ci ildə Azərbaycanda ən çox qoyulan adlar açıqlandı: Yusif və Zəhra liderlik edib...
19/01/2019 [22:13]:
Yoldan keçən hicablı qadına yumruq atdı - Avropa mədəniyyətsizliyi = VİDEO
19/01/2019 [21:50]:
“20 Yanvarla bağlı sessiyada bəzi deputatlar  qorxudan zaldan qaçmaq istəyirdi...”
19/01/2019 [21:37]:
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ
19/01/2019 [21:30]:
Məşhur milyarder uşaqlarının atasını axtarır -Kim olduğunu söyləyənə 6 min dollar verəcək
19/01/2019 [21:15]:
Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19/01/2019 [21:14]:
Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19/01/2019 [20:04]:
Serbiyada 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirildi
19/01/2019 [19:59]:
ADU-da dəyirmi masa keçirildi - FOTO
19/01/2019 [19:54]:
"Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir" -Əli Məsimli
19/01/2019 [19:48]:
Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirildi -FOTOLAR
19/01/2019 [19:37]:
Naqif Həmzəyev: “Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
19/01/2019 [19:34]:
Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi
19/01/2019 [19:30]:
UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı
19/01/2019 [19:24]:
Ombudsman 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı silsilə tədbirlər təşkil edib
19/01/2019 [19:24]:
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19/01/2019 [19:21]:
SHXÇDX-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19/01/2019 [19:18]:
Salyanda 1 kq-a yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı
19/01/2019 [19:07]:
“Muğamlarımız əcnəbiləri belə heyrətləndirir, onları məftun edir”
19/01/2019 [18:48]:
Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanıldı
19/01/2019 [18:11]:
“Microsoft” Ermənistan hökumətinin təhlükəsizliyini üzərinə götürdü...-FOTO
19/01/2019 [18:04]:
“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev
19/01/2019 [18:02]:
Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ
19/01/2019 [17:59]:
“Onlar 20 Yanvar faciəsinin qarşısını ala bilərdilər” - Etibar Məmmədov
19/01/2019 [17:56]:
Paşinyanın Qarabağ fiaskosu - Erməni mətbuatı baş naziri yıxıb-sürüdü
19/01/2019 [17:23]:
"O, olmasaydı "Nəsimi" çəkilməzdi..." -Rasim Balayev
19/01/2019 [17:16]:
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi -FOTOLAR
19/01/2019 [17:11]:
Ötən il 51 mindən çox şəxs işlə təmin edilib
19/01/2019 [17:08]:
Zimbabve prezidentinin Azərbaycana səfəri başa çatdı
19/01/2019 [17:06]:
“Azərbaycanla ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik” - Zimbabve prezidenti
19/01/2019 [16:53]:
Şamaxı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi -FOTOLAR
19/01/2019 [16:40]:
Tramp Dağlıq Qarabağ haqqında danışdı
19/01/2019 [16:38]:
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” -Amerika ordusunun azərbaycanlı polkovniki
19/01/2019 [16:32]:
İnternetdə şəxsi məlumatları necə qorumaq olar?
19/01/2019 [16:29]:
Türkiyə 79 min suriyalıya vətəndaşlıq verib
19/01/2019 [16:15]:
Fotoqrafçı ananın obyektivində qızının heyvan sevgisi -FOTOLAR
19/01/2019 [16:05]:
Deputat və professor Nəsimi ilə bağlı addımı yüksək QİYMƏTLƏNDİRDİ
19/01/2019 [15:59]:
8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ
19/01/2019 [15:52]:
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
19/01/2019 [15:47]:
UNEC-də hər bir tələbə müraciəti araşdırılır -FOTOLAR
19/01/2019 [15:37]:
Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT -Dəstə tutuldu
19/01/2019 [15:30]:
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
19/01/2019 [15:23]:
"Sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var?"
19/01/2019 [15:09]:
“Azərbaycanda intihar probleminin elmi tədqiqində mühüm nailiyyətlər əldə edilməyib...”   
19/01/2019 [14:44]:
“Biz yıxılan millət deyilik: 20 Yanvar bunu bir daha sübut etdi”
19/01/2019 [14:32]:
Gecə vaxtı məsləhət bilinən və bilinməyən qidalar - "QARA SİYAHI"DA NƏLƏR VAR...?
19/01/2019 [14:21]:
DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi -FOTOLAR
19/01/2019 [14:19]:
Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı
19/01/2019 [13:56]:
“İyirminci əsrdə bu xalq azadlıq savaşına görə dörd dəfə qan töküb...”
19/01/2019 [13:49]:
Sabahın havası - Şaxta olacaq
19/01/2019 [13:47]:
Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”
19/01/2019 [13:34]:
Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı
19/01/2019 [13:33]:
“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ
19/01/2019 [13:00]:
İlham Əliyev Zimbabve prezidenti ilə görüşdü -FOTOLAR
19/01/2019 [12:51]:
Yaşı 70-dən yuxarı olan 221 nəfər evlənib
19/01/2019 [12:48]:
“20 Yanvar hadisəsində yaxınlarımdan şəhid olanlar var” - Əməkdar artist...
19/01/2019 [12:23]:
“Onlar unudulmağa məhkumdurlar” – “Həm də bəri başdan!”
19/01/2019 [12:20]:
Fərizə deyirdi ki, İlhama qovuşmaq üçün məni gecikdirirsiniz...” - 20 Yanvar şəhidinin anası...
19/01/2019 [12:16]:
20 Yanvar şəhidlərinə görə intihar edən tələbə KİMDİR?
19/01/2019 [12:08]:
Azərbaycanda 2 maskalı şəxs “zapravka”ya hücum etdi
19/01/2019 [11:26]:
İran pasportu ilə Qarabağa gedən qaçqınımız olubmu?..
19/01/2019 [11:17]:
Borca görə 19 nəfər tutuldu
19/01/2019 [11:16]:
Polis axtarışda olan şəxsi saxladı
19/01/2019 [11:15]:
Balakən sakinlərindən qanunsuz silahlar götürüldü
19/01/2019 [11:13]:
Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu
19/01/2019 [11:07]:
“İki ay dörd gün onun yolunu gözlədim...”- Şəhid zabitimizin anası...
19/01/2019 [10:46]:
“Arif Alışanov, mənimlə ədavətin nə idi?”
19/01/2019 [10:44]:
Abel Məhərrəmov belə “Yallı” getdi -VİDEO
19/01/2019 [10:42]:
Silsilə cinayətlər törədən dəstənin işi məhkəməyə göndərildi
19/01/2019 [10:28]:
Bakıda 18 yaşlı oğlan itkin düşdü
19/01/2019 [10:24]:
Ukrayna əhalisinin sayı 208,8 min nəfər azalıb
19/01/2019 [10:23]:
Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19/01/2019 [10:17]:
İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19/01/2019 [10:09]:
Ermənilər kəndlərimizi atəşə tutdu
19/01/2019 [09:38]:
ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım
19/01/2019 [09:36]:
Putinin sirli perspektivi...
19/01/2019 [09:31]:
Deputatlar alkoqol və tütünün  adi dükanlardan yığışdırılmasını təklif etdi + İNANILMAZ
19/01/2019 [08:25]:
"Bu külək əslində Allahın görünməyən ordusu idi..."
19/01/2019 [01:38]:
“Görmək istədiyimiz dünya” adlı qısa film təlimləri və yarışması...
19/01/2019 [00:27]:
Gözlənilən bir qəsbin tarixçəsi: Dini liderin siyasi cəlladlara verdiyi tarixi dərslər...
Bütün arxiv bir sırada
15/01/2018 [21:38] - Cəmiyyət - ( 1722 dəfə baxılıb)

Balaca Ana...



Səyyarə xanımın əziz xatirəsinə

(Yanvarın 16-sı İlk azərbaycanlı iqtisadçı alim xanım Səyyarə  Rzayevanın doğum günüdür)
 
Bəzilərinə ömür yaşamaq üçün deyil, yaşatmaq üçün verilir. Ağır yükdü, böyük məsuliyyətdi, amma öhdəsindən ləyaqətlə gələnlər bu dünyada öz dözümü, səbri, sevgisi, fadakarlığı boyda bir iz, xatirə qoyub gedir. Səyyarə xanımla bağlı xatirələr işıq topası, nur seli kimidi”¦Amma o işığın ən böyük dəyəri necə qatı bir qaranlıqdan boylanmağında idi”¦
1937-ci ilin günəşli bir yay günü Seyid Hüseyni NKVD-nin qara maşınında gedər-gəlməzə aparanda Səyyarənin cəmi 21 yaşı vardı. Səyyarə yazıçı Seyid Hüseynin övladlığa götürdüyü bacısı qızı idi.  Həmin ilin yağışlı noyabr günündə Ümgülsüm xanımın sürgünə göndərilməyi ilə ailənin üstünə çökən qaranlıq qatılaşdı. Ümgülsüm xanımın dörd övladının bu qaranlıqda necə itib yox olacağı sürgünə göndərilmiş başqa ailələrin taleyindən bəlli idi. Bax, onda 21 yaşlı Səyyarə qəlbinin işığıyla o qaranlığı parçaladı. Ümgülsüm xanımın övladlarına himayədarlıq eləməklə ocaqlarını sönməyə qoymadı. 
O istəsəydi, bütün gənc qızlar kimi ağ gəlinlik geyinər, oğul-uşaq sahibi olar, hamı kimi öz həyatını yaşayar, xoşbəxt olardı. Kim deyir ki, o, bütün bunları istəmədi? İstədi, amma hər kəsdə rastlanmayan, heyrət doğura bilən sədaqəti, vəfa borcu xoşbəxt olmaq istəyini üstələdi”¦
İndi sədaqəti bir ayrı hekayət olan bu xanıma vəfa borcunu ödəmək bizim öhdəmizə düşür. Odur ki, hər məktubunda Ümgülsüm xanıma ürək dolusu “əziz anam!”deyə müraciət eləyən Səyyarə xanım haqqında ayrıca yazmağı özümə borc və şərəf bilirəm. Çünki Səyyarə xanım insan kimi hər cür hörmət və sevgiyə layiq biri idi. Məktublarının birində “indi mən balaca anayam” deyən Səyyarə xanım özü bir qadın kimi heç vaxt ana olmadı. Amma o, dayısı Seyid Hüseyn və Ümgülsüm xanımın övladlarına əsl ana qayğısı göstərdi. Bütün həyatını onlara həsr elədi. Onun bu fədakarlığı, qayğıkeşliyi “xalq düşməni”nin həyat yoldaşı kimi 7 il sürgün həyatı yaşayan, dərd əlində itib-batan Ümgülsüm xanımı ayaqda saxlayırdı.      
“Əziz anam!
Bizdən nigaran qalma, özündən muğayat ol!
Uşaqlarımız hamısı əlaçıdırlar. Toğrul 7-ci sinfə keçdi. O, sən gördüyün Toğrul deyil, dərslərinə ciddi çalışan sağlam fikirli bir oğlandır.
Qumral az qalıb mənə çatsın, özü də çox çalışqan qızdır, həmişə kitab oxuyur. Mən onu görəndə bütün dərdlərimi unuduram. 
Biz çox yaxşı və səmimi dolanırıq. Bu vaxta qədər bir dəfə də olsun uşaqlar mənim heç bir xahişimi yerə salmamışlar. Mən indi balaca anayam.
Tağı hələ Lənkərandadır. Babadan deyirlər hələ kağız gəlməz.
                                     3 avqust 1939-cu il   Səyyarə”
Baba deyəndə Seyid Hüseyni nəzərdə tutur. Hələ heç kəsin onun bir il əvvəl güllələndiyindən xəbəri yoxdu. Bütün doğmaları kimi hələ də dayısından məktub gözləyən 22 yaşlı qız sürgündə olan dayısı arvdına əl boyda kağızla nə boyda bir rahatlıq, arxayınlıq ötürür.  “Uşaqlarımız hamısı əlaçıdırlar”-deyir. Demək ki, onlar atalı-analı vaxtlarında olduğu kimi dərslərini oxuyur, çalışırlar. Demək ki, onların yaxşı övlad kimi böyüməsi üçün hər addımına bir ana qədər nəzarət edən biri var. Demək ki, o, bu uşaqları özününkü bilir.          
 “Əziz anam!
Səndən ayrıldığımız 1 il 10 ay, 15 gündür. Bu müddət ərzində mənim başımdan az qovğalar keçməmişdir. Mən 5 nəfərdən ibarət olan dağılmış bir ailənin həm anası, həm atası, həm xanımı, həm də qulluqçusuyam. Bu vəzifə 22 yaşlı bir qız üçün o qədər də yüngül bir iş deyil. Sən gedəndən sonra mən bir çox adamlardan sözlər eşitdim, deyirdilər ki, uşaqları nahaq saxladınız. Bu sözlər mənə bir güllə kimi dəyirdi.
Yazırsan ki, doktor mənə bu şeyləri yeməyi demiş. Məgər sən xəstəsən ki, sənə doktor baxır? Oqtayı bəlkə bu yaxında əsgər apardılar. Onda mənim halım lap pis olacaq, indi hərdən bir yenə dərdləşirik.
                                   25 sentyabr 1939-cu il Səyyarə”
Demək ki, ayrılığın günlərini sayırmış Səyyarə. Əlbəttə, sayırmış”¦Axı onun özünün də qayğıya, sevgiyə ehtiyacı olan vaxtıydı. O, dörd uşağın qayğısını çəkəcək yaşda deyildi axı”¦Amma nə yaxşı ki, o, özündə belə bir güc tapdı. Nə yaxşı ki, o, dayısı Seyid Hüseynin, ana dediyi dayısı arvadı Ümgülsümün övladlarını sürgün edilən bir çoxlarının uşaqları kimi didərgin düşməyə qoymadı.   
“Əziz anam, bu gecə səni və dayımı yuxuda gördüm, gördüm ki, ikiniz də qayıtmısız, amma sən yenə də getmək istəyirsən, ağlayıb yalvarırıq ki, getmə. Oyandım, lap pis oldum. 
Sən ordan soruş, əgər bu yaxında sizi buraxmayacaqlarsa, onda bəlkə mən otpusk alıb sənin yanına gəldim. Qumralı da gətirərəm.
                                     20 noyabr 1939-cu il Səyyarə”
Ümgülsüm xanımı doğma anası qədər sevən Səyyarə onların xəyalı ilə yatıb-qalxırdı. Yəqin ki, hər gecə dualarında onların geri qayıtmasını istəyirdi. Dualarının da, yuxularının da bir gün çin olacağına inana-inana yaşayırdı. O, Ümgülsüm xanımın bütün istəklərini yerinə yetirməyə çalışırmış. Ümgülsüm xanımı narahat edən hər şey və hamı haqqında məlumat göndərirmiş. Təki nigaran qalmasın. Uşaqlarından arxayın olsun.                                                            
“Oqtay bu yay mütləq Moskvaya oxumağa getmək istəyir. Bilmirəm nə olacaq. Indi mən bütün dərdlərimi onunla bölüşürəm. O, mənim həm qardaşım, həm dayım, həm dayım arvadı, həm atamdır. Əgər o da oxumağa getsə, onda mən heç dözə bilmərəm. Hər dəfə o qapıdan evə girəndə elə bilirəm ki, evimizdən gedən bütün adamlar gəlir. 
Qumral 4-cü sinifdə oxuyur, bütün dərslərindən “əla” qiymətlər alır. Hər dəfə valideyn iclasına gedəndə müəlliməsi deyir ki, Qumral kimi qız dünyaya bir dənə gəlmişdir. Bir sözlə, o, bir öz siniflərində yox, bütün müəllimlər arasında da ad qazanmışdır.
                                           25 fevral 1940-cı il Səyyarə”
O, özü dediyi kimi “balaca ana” yox, əsl anaydı. Qumralın qiymətləriylə, tərbiyəsiylə necə qürur duyur,  onun uğurları haqqında Ümgülsümə necə fəxrlə yazır. Bu cür məktublar əlbəttə ki, Ümgülsümün yaşamağına bir nədən olurdu. Yoxsa Ümgülsüm xanım Mordvanın soyuğundan, sürgün həyatının ağırlığından daha çox Qumralın xiffətindən qəhr olardı.
 “Hələlik oxuyuram. Iyun ayında kandidatski minimumları verəcəyəm, görək nə olar. Oxumaq çox çətindir. 
Sənə bir çəkmə almışıq, bir də ağ markizet göndərəcəyəm, onu mənim üçün kofta çəkərsən.  
                                        7 mart 1941-ci il Səyyarə”
Ailənin bütün yükünü çiynində daşıyan Səyyarə o çətin vaxtlarda hələ özü də oxumağa vaxt tapıb. Həm də sadəcə ali təhsil almağa yox, elmlə ciddi şəkildə məşğul olmağa. Bu gənc qızın ağlı, düşüncəsi, ciddiyyəti onun haqqında eşidən hər kəsdə özünə qarşı bir rəğbət yaradır. Amma bütün bunların Səyyarəyə nə çətinliklərin bahasına başa gəldiyini kim bilir.          
 “Atalar yaxşı demişlər: dava uzaqdan adama şirin gələr”. Sən bizim vəziyyətimizi o qədər də asan hesab etmə. Doğrudur, Oqtay da məndən çox kiçik deyil. Amma hər halda gənc yaşında oğlan xeylağıdır. Onun özünə də rəhbərlik etmək lazımdır. O biri uşaqları da bir yana çıxartmaq, tərbiyə etmək lazımdır. Sən mənə ana olduğun kimi mən də onlara ana olmalıyam. 
Indi keçək qaloş məsələsinə. Mənə elə gəldi ki, sən qaloşu ucuz olması üçün istəyirsən. Ona görə də sənə çəkmə göndərdik. Daha bunun üçün ovqatını təlx niyə edirsən?
                                                  21  aprel 1941-ci il              Səyyarə”
“Mənə elə gəldi ki, sən qaloşu ucuz olması üçün istəyirsən. Ona görə də sənə çəkmə göndərdik.” Bu sətirləri oxuyunca nə qədər təsirləndim. Necə həssas qəlbi varmış, Ümgülsümün bir ana kimi uşaqlarını xərcə salmaq istəmədiyini düşünüb. O da sürgündə olan “ana”sına kiçik sevincləri çox görməyi rəva bilməyib. Halbuki, eləcə Ümgülsümün istədiyini alıb göndərə də bilərdi. Qəlbi necə təmiz, necə işıqlı imiş Səyyarənin. Ümgülsüm xanımı gerçək övlad sevgiylə sevdiyi hər kəlməsindən, hər əməlindən bəlli”¦
  “Yenə çoxdandır səndən xəbərimiz yoxdur. Deyirlər ki, sizlərdən çoxunu buraxıblar. Bəs səni nə vaxt buraxacaqlar? Biz səni səbirsizliklə gözləyirik. Sən gələndən sonra mən əməlli-başlı yaşamağa başlayacağam. Anam, biz Qumralla Balakəndən qayıtmışıq. Mən 3 ay yarım ağır malyariya xəstəliyinə tutulmuşam. Evdə yatırdım. Indi yaxşıyam.
                                        15 fevral 1943-cü il Səyyarə”
“Sən gələndən sonra mən əməlli-başlı yaşamağa başlayacağam.” Necə kədərlidi”¦Gənc bir qız ömrünü ayrılığa girov qoymuş kimi”¦Ayrılıq nə vaxt bitəcəksə, həyat onda başlayacaq. Ayrılıqsa uzandıqca uzanırdı”¦Sanki ayrılıq əbədiyyətin özü qədər idi.
 “Hamımız yaxşıyıq. Qumral Cığatayın bitirdiyi İndustrial Texnikumuna daxil olub. O, 120 manat stipendiya və 500 qr. çörək alacaq. Cığatay Ucar rayonunda işləyir. Mən Baksovetdə işləyirəm. Toğrul çörək mağazasında işləyir. O da 500 qr. çörək alır. 
Tağıdan çoxdandır məktub yoxdur. Gəlməyindən nə xəbər? Gələndə sən yəqin ki, məni tanımayacaqsan. Qocalmışam, saçlarım ağarıb. Eybi yoxdur, bunlar hamısı keçər, gedər. Təki salamatlıq olsun. Müharibə qurtarar və biz görüşərik, inşallah.
                                        1 oktyabr 1943-cü il Səyyarə”
Bu məktubu yazanda Səyyarənin cəmi 27 yaşı vardı. Onun saçlarını ağardan ana dediyi Ümgülsümün, dayısı Seyid Hüseynin, gənc yaşlarından ağır xəstəliyə tutulan Cığatayın vaxtsız ölümləri oldu.  Bundan sonra o, uzun bir ömür yaşadı. Bu ömürdə yaxşılı-yamanlı günlər oldu. 1946-47-ci illərdə dayısı Seyid Hüseynin, qardaşı Tağının repressiya olunduğu üçün dərs dediyi o vaxtkı Azərbaycan Dövlət Universitetindən qovuldu. Bütün bunların gənc bir qıza nə qədər mənəvi zərbə vurduğunu anlamaq elə də çətin deyil. Doğrudu, sonradan Səyyarə xanım düz 46 il Azərbaycan Pedaqoji Universitetində dərs dedi, müəllimlik elədi. O çətin vaxtlarda Ümgülsüm xanımın övladlarına analıq eləyən Səyyarə  onun nəvəsini, Qumralın qızı Güləri də saxlayıb böyütdü. Səyyarə xanım 2002-ci ilin mayında 86 yaşında dünyasını dəyişdi. 
O, bu ailənin bütün yükünü öz zərif çiyinlərində daşıdı.  Bütün ömrünün sonuna qədər daşıdı! Ləyaqətlə, şərəflə, “of” demədən, ürəklə, sevə-sevə”¦ Elə buna görədir ki, indi biz də onu elə o cür doğmadan doğma adam kimi xatırlayırıq. O, bizim hər birimizin qəlbində sədaqət, sevgi rəmzi kimi yaşayır. 
Seyid Hüseyn ocağında qorunub saxlanan bütün şəxsi sənədlərə, məktublara görə də biz məhz Səyyarə xanımın ciddiyyətinə, səliqəsinə, qədirbilənliyinə, dəqiqliyinə, diqqətinə, bir də həmin illərin qorxularını düşündükcə daha çox fədakarlığına borcluyuq.   
 Azərbaycan elm tarixinə ilk iqtisadçı alim qadın kimi adı yazılan Səyyarə xanım Rzayeva Ümgülsüm xanıma və Seyid Hüseynə əsl övladlıq, onların övladlarına isə analıq eləyən, özünə “balaca ana” deyən böyük ürəkli, xeyirxah, əzabkeş, ləyaqətiylə, bütün əməlləriylə analığa örnək olan, xanımlığa şərəf gətirən həmin Səyyarədi.   
                                                          
                                                                           
Nəcibə Bağırzadə

Məşhur milyarder uşaqlarının atasını axtarır -Kim olduğunu söyləyənə 6 min dollar verəcək
"Sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var?"
Abel Məhərrəmov belə “Yallı” getdi -VİDEO
Komitə sədrindən gecikmiş etiraf: "Bunun ikinci yolu yoxdur..."
"Paşinyan sələflərinin Qarabağ siyasətini davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçəcək"
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Fotoqrafçı ananın obyektivində qızının heyvan sevgisi -FOTOLAR
Müsahibə
“Biz yıxılan millət deyilik: 20 Yanvar bunu bir daha sübut etdi”
Cəmiyyət
“İyirminci əsrdə bu xalq azadlıq savaşına görə dörd dəfə qan töküb...”
Cəmiyyət
“20 Yanvar hadisəsində yaxınlarımdan şəhid olanlar var” - Əməkdar artist...
Cəmiyyət
“İki ay dörd gün onun yolunu gözlədim...”- Şəhid zabitimizin anası...
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə