Qarşıdan 20 Yanvar hadisələrinin növbəti ildönümü gəlir. Maraqlıdır, 20 Yanvar, Xocalı soyqırımı kimi faciələr Azərbaycan ədəbiyyatında yetərincə yer alıbmı? Şairlərimiz, yazıçılarımız bu faciələri öz əsərlərində lazımınca işıqlandırıbmı? Ümumiyyətlə, ədəbi müstəvidə bu istiqamətdə hansısa iş aparmağa ehtiyac varmı?
Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldniz Quliyev bu faciələrin ədəbi əsərlərdə geniş şəkildə əks edilməsini vacib hesab etdiyini vurğuladı:
“Düşünürəm ki, millətin faciələri onun bədii ədəbiyyatında əks etdirilməlidir. Hər hansı faciə həm də xalqın, millətin qanlı tarixinin salnaməsi deməkdir. Amma belə hadisələr, təbii ki, konyüktura və potetikadan uzaq olaraq yazılmalı, çəkilməli, yaxud vəsf edilməlidir. Biz DÜNƏNimizi təftiş etməsək, BU GÜNümüzə obyektiv münasibətdən uzaq olarıq; eləcə də SABAHımızı düzgün proqnozlaşdırmaqda çətinliklərlə üzləşərik. Baş verən hadisələrə yaradıcı və bədii - estetik baxş, həm də səhv və yanlışlıqlardan nəticə çıxarmaq, görk götürmək baxımından da əhəmiyyətlidir”.
Seymur Əliyev