Dörd gündən sonra 20 Yanvar olaylarının növbəti ildönümü ölkəmizdə qeyd olunacaq. Maraqlıdır, 20 Yanvar, Xocalı soyqırımı kimi faciələr milli ədəbiyyatımızda öz əksini lazımınca tapıbmı?
Moderator.az-a açıqlama verən millət vəkili Aqil Abbas ədəbiyyatımızda, xüsusilə də roman janrında bu faciələrin yetərincə əks olunmadığını vurğulayıb:
“20 Yanvar və Xocalı faciələri ədəbiyyatda öz əksini lazımınca tapmayıb. Bədii əsərlərdə o dərəcədə də əks olunmayıb. Baxmayaraq ki, 20 Yanvar faciəsi təbliğati baxımdan digər sahələrdə öz əksini tapıb. Məsələn, Vahid Mustafayev “Qanlı yanvar”, Xocalı faciəsi ilə bağlı isə “Xoca” filmi çəkib. Xocalı ilə bağlı başqa bir-iki film də mövcuddur.
Ədəbiyyatımızda isə 20 Yanvar və Xocalı faciələri lazımınca əks olunmayıb. Pafoslu və pessimist şeirlər yazılıb. Ola bilsin ki, poemalar da mövcuddur. Lakin roman janrında bildiyim qədəri ilə ciddi bir əsər yazılmayıb. Hüseynbala Mirələmovun Xocalı faciəsi ilə bağlı dram əsəri var. Həmin əsər Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Roman janrında isə belə bir əsərə rast gəlməmişəm”.
Seymur Əliyev