Qürbətdə həmyerlisi tərəfindən öldürülən Düdənginskinin müəmmalı qətli- TARİX
Oxunub: 3823
16 Jan 2018 | 18:03
Qürbətdə həmyerlisi tərəfindən öldürülən Düdənginskinin müəmmalı qətli- TARİX
Moderator.az Cümhuriyyətin 100 illik yubileyi münasibətilə silsilə yazılarına davam edir. 
Bu dəfə haqqında danışacağımız şəxs birbaşa Cümhuriyyətlə baölı olmasa da, orada hər hansı vəzifənin daşıyıcısı olmasa da (o zaman buna heç yaşı da çatmazdı) sonradan bu dövlətin qurucuları ilə yaxın dost olur. Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə ilə birlikdə Azərbaycan naminə işlər görüb. 

Söhbət Azərbaycan legionerlərinin ən fəal üzvü sayılan Əbdürrəhman fətəlibəyli Düdənginskidən gedir:
Naxçıvanın Şərur  rayonunun Düdəngə kəndində anadan olan Əbdürrəhmanın ailəsi nəsilliklə hərbçi idi. Atası Əli bəyi hələ Əbdürrəhman Düdənginski uşaq olarkən rus ordusunun zabitləri qəsdən zəhərləyib öldürüblər. Ağır uşaqlıq illərinə baxmayaraq, Əbdürrəhman bəy öz gücünə yüksək təhsil alır və hərbi akademiyaya qəbul olur. Akademiyanı bitirəndən sonra isə orduya cəlb olunur. II Dünya Müharibəsi zamanı Düdənginski almanlara əsir düşür, digər iddiaya görəsə könüllü olaraq almanlar tərəfinə keçir. Ondan sonra Düdənginskinin əsas işi Almaniyada olan azərbaycanlı əsriləri azad etmək olur. O, Məhəməd Əmin Rəsulzadə ilə birləşərək, əsirlərin hüquqlarının artırılması yönündə iş görür. 

Düdənginskinin həyat və yaradıcılığı barədə hələlik yeganə  kitab yazan tədqiqatçı Nəsiman Yaqublu qeyd edir ki, onun Rəsulzadə ilə birgə fəaliyyəti öz nəticəsini verir. 

“1941-ci ildə müharibə başlayanda Düdənginski almanlar tərəfə keçir. Bundan sonra isə onun əsas  mübarizə istiqaməti hərbi əsirlərin azad edilməsi olub. Çünki onun özü də hərbi əsir idi. O dövrdə də bəzi mənbələrdə 40, bəzi mənbələrdə isə 70 minə yaxın azərbaycanlı əsirin olduğu bildirilirdi. Fətəlibəyli də bu əsrilərdən biri olub. Amma tədricən əsirlərin müəyyən qrupuna bəzi imtiyazlar verilməyə başlanıldı. Onları əvvəlcə “xivilər” (yəni köməkçi hissə) adlandırırdılar, sonra isə “legioner” deyilməyə başlandı. 
Məhəmməd Əmin Rəsulzadə siyasi, Düdənginski isə hərbi istiqamətdə Azərbaycanın mənafeyi üçün danışıqlar aparırdılar. Bu danışıqların müsbət nəticəsi olaraq azərbaycanlılardan ibarət hərbi hissələrin  yaradılmasına icazə verildi. “Bozqurd”, “İgid”, “Dönməz” batalyonları yaradıldı ki, Düdənginski də o batalyonların komandiri oldu.  Azərbaycan hərbi könüllü birləşmələri çox uğurlu döyüşlər aparmışdılar. Onlar hətta Qafqaza Mazdoka qədər gəlib çıxmışdılar”.

Lakin “ikinci cəbhə”nin açılması və SSRİ-yə Qərbin kömək etməsi almanların məğlubiyyətini labüdləşdirir. Almanların artıq məğlub olacağını görən Düdənginski azərbaycanlı legionerləri də ətrafına yığaraq İtaliyaya gedir. Orada da öz siyasi fəaliyyətindən qalmır. Daha sonradan ABŞ-la SSRİ arasında gərginliyin artması Düdənginski və silahdaşlarının yenidən səhnəyə qayıtmasına səbəb olur. Çünki SSRİ-yə soyuq müharibə elan edən ABŞ-a məhz Düdənginski kimi sovet rejiminə nifrət edən səriştəli insanlar lazım idi. 

N. Yaqublu da bu faktın üstündən keçmir: “Onun üçüncü dəfə Almaniyaya qayıtdığı vaxtda artıq Amerika bu kimi insanlardan sui-istifadə etməyə çalışırdı. Çünki görürdülər ki, bu insanlar hələ də sovet rejiminə qarşı mübarizə aparır. O zaman da artıq ABŞ-la SSRİ arasında münasibət gərginləşmişdi. Bu gərginlik 1948-49-cu illərdə özünün pik nöqtəsinə çatdı. Bu məqamda ABŞ-ın görkəmli siyasətçisi olan Eyzenhauerin başçılığı ilə SSRİ-yə qarşı psixoloji müharibə planı hazırlandı. Bu proqrama Qafqazdan olan başqa hərbi siyasi əsirlərlə yanaşı Fətəlibəyli-Düdənginski də cəlb edildi. 1953-cü ildə “Azadlıq” radiosunun Azərbaycan redaksiyası açıldı və Fətəlibəyli-Düdənginski həmin redaksiyanın baş redaktoru oldu. Maraqlıdır ki, həmin redaksiyada ilk buraxılış Stalinin öldüyü gün, yəni 1953-cü il martın 5-də efirə verildi. 1953-54-cü ildə Düdənginski həmin radioda SSRİ-yə qarşı çox kəskin çıxışlar etdi”.
Almaniyadan edilən bu çıxışlar  rəsmi SSRİ-ni narahat edirdi. Çünki ABŞ-ın gələcəkdə SSRİ-ni yıxacaq psixoloji müharibəsi özünün pik nöqtəsində idi. Nə olursa olsun, oranın kadrlarını aradan götürmək lazım idi. Sovet DTK-sıın Əks-kəşfiyyat İdarəsi bu barədə əsaslı işə keçir. Mühacirətdə olan antisovet fəalları aradan götürmək planında ilk rast gəlinən adlardan biri də  Düdənginski olur. Bu məqsədlə Düdənginskinin köhnə legion yoldaşı Mikayıl İsmayılovdan istifadə etmək qərarına gəlirlər. Belə ki, o zaman vətənə qayıdan İsmayılovun ailəsini girov saxlamaqla qarşısına Düdənginskini öldürmək şərti qoyurlar. Əks halda isə ailəsi və özünü öldürəcəkləri ilə hədələyirlər. Beləliklə, köhnə dost qiyafəsində Düdənginskinin yanına gələn İsmayılov 2 aya yaxın Almaniyada qalır. Düdənginskinin vasitəsilə işlə təmin olunur. Ondan bir çox yaxşılıq görən İsmayılov Fətəlibəylini öldürməkdən vaz keçir. Nəticənin olmadığını görən sovet DTK-sının sarışın xanımı İsmayılova yaxınlaşaraq Düdənginskini öldürməyəcəyi təqdirdə Bakıdakı ailəsinin məhv olacağını bildirir. İsmayılov nəhayət işə keçir.

Nəsiman Yaqublu həmin qətl hadisəsini bu cür nəql edir: “Hadisə bir alman xanımın- Böhmün evində baş verir. Əvvəlcə yeyib-içirlər. Bir az keçəndən sonra İsmayılov əlində olan xüsusi maddəni onun içkisinə qatır. Müvazinətini itirəndən sonra isə usta Föstledən aldığı çəkiclə Əbdürrəhman bəyin başına vurmağa başlayır. Düdənginski bir təhər ona müqavimət göstərir, amma ölümdən qurtula bilmir. İsmayılov Düdənginskini öldürəndən sonra isə öz paltarlarını ona geyindirir, öz sənədlərini onun cibinə qoyur və oranı tərk edir. Səhəri gün alman qadın evə gələrkən cəsədi aşkarlayır. Polisə məlumat verəndən sonra gəlib meyitin sənədlərinə baxırlar və orada “Mikayıl İsmayılov” yazıldığını görürlər. Düdənginksini elə  Münhendə  “Mikayıl İsmayılov” adıyla dəfn edirlər. Bir həftə keçəndən sonra “Azadlıq” radiosunda görürlər ki, Düdənginski işə çıxmır. Soraqlaşandan sonra son günlərdə ölən müsəlmanın harada basdırıldığını öyrənirlər. İcazələrdən sonra meyit ekspertizaya gətirilir və “Azadlıq” radiosunda işləyən İsmayıl Əkbər,  Məcid Musazadə Düdənginskini tanıyırlar.
Bu hadisədən bir il əvvəl Düdənginskinin qardaşı da rəhmətə getmişdi. Deyilənə görə, qardaşı da DTK tərəfindən motosiklet qəzasına məruz qalaraq öldürülüb. Oradakı azərbaycanlılar Düdənginskini Münhendən 150 km uzaqda yerləşən Nyu-Umi şəhərində dəfn edirlər. Fətəlibəylinin cənazəsi, 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfulla bəy Fətəlibəylinin uyuduğu məzarın yanındadır”.

Elmin Nuri



Oxşar xəbərlər
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:29, Bu gün
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdü - YENİLƏNİB + FOTO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:36, Bu gün
Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...