“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx.." -Şəhid komandir Rasim Məmmədov
Oxunub: 10845
17 Jan 2018 | 10:54
“Dövlətim əmr versə ki, əmim Sərdar Cəlaloğlunun evini tankla yıx..

Şəhidlər qürurumuz, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onlar ıunutmağa heç bir haqqımız yoxdur...


Moderator.az xəbər verir ki, Modern.az
 saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahib “Aprel döyüşləri”ndə şəhid olmuş tabor komandiri Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədovadır.


Qısa arayış:
 Rasim Əbdül oğlu Məmmədov 1977-ci ildə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədov 1983-cü ildə Cəhri kənd orta məktəbinin birinci sinfinə gedib və 1994-cü ildə həmin məktəbi bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandiri ixtisası üzrə bitirib. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətinə N saylı hərbi hissədə davam edib.

Rasim və Məmmədovla Samirə xanımın evliliyindən Asim  adında oğulları və Aysu adında qızları dünyaya gəlib.

Sonralar mayor rütbəsinədək Rasim Məmmədov 2016-cı ilin aprel ayında cəbhədə baş verən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

2016-cı il aprelin 5-də Rasim Məmmədov doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salınıb. 

Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilib.

 

“Məktub ayrılıq gətirir”

Samirə Məmmədova Rasim Məmmədovla xalaqızı-xalaoğlu olsalar da, ailələri ilk vaxtlarda bu evliliyə heç də razı olmayıblar.

“Rasimlə xalaqızı xalaoğluyuq. Mənim 13 yaşım olanda Rasim məni sevib. Baxmayaraq ki, ailələrimiz bu evliliyə razı deyildi, amma Rasim bütün maneələri yararaq münasibətləri ciddiləşdirdi. Məni ailədə  oğlan kimi böyüdüblər. Heç vaxt qız uşaqları ilə oynamamışam. Kənd yerində isə ailələrə iş görməyi bacaran qızlar daha gərəkli olub. Mənim kimi qızları valideynlər oğlanlarına almaq istəməyir. 1996-cı ildə Rasim Ali Hərbi Məktəbə daxil oldu və Bakıda oxumağa başladı. Həmin vaxtlarda Rasim anasıgilin qarşısında belə şərt qoyub. “Ya o qızı mənə alacaqsız, ya da məni bir daha görməyəcəksiz”.
Evdən  təhsil almağıma  icazə vermədilər deyə orta məktəbə getməmişəm. O vaxtlar mobil telefonlar yox idi. Hər dəfə qardaşından anasıgilin elçi getməsi ilə bağlı məlumatlar alırdı. Oktyabrın 5-də bizə elçi gəldilər. Telefon olmasa da, Rasim mənə məktublar yazıb göndərirdi. Hətta təbii gülün üstündə kardondan kəsib düzəltdiyi ürək şəkli göndərmişdi. Ürəyin içində adımızı yazmışdı. Amma Rasim evlənəndən sonra mənə yazdığı məktubları saxlamağıma icazə vermədi. Dedi “məktub ayrılıq gətirir. Onları saxlama”, cırıb atdı. Amma nə biləydi ki, bir gün yazdığı sevgi məktubları deyil, müharibə ayrılıq gətirəcək. Bircə gülün üstündə olan ürək şəklini saxlayıram”. 


“Nə bilirsən ki, o vaxta kimi sağ qalacam...”

Şəhidin həyat yoldaşı deyir ki, Rasimin yoxluğu barədə dediyi söz ona çox pis təsir etmişdi.

“1999-cu ildə evləndik. Bir il rayonda yaşayası oldum. Rasim məktəbi 2000-ci ildə bitirdi və biz Bakıya köçməli olduq. Evlənəndən 3 il sonra övladımız oldu. Rasim haqqında o qədər danışaram ki!... Yoxsul günlərimiz olsa da, bir-birimizə bağlı olduq. Rasim çox şən insan idi. Bəzən qohumlar hərbçi olduğuna görə Rasimi çox  ciddi hesab edirdilər. Sonra şəkillərimizə baxanda onun pozitiv olmasına təəccüb edirdilər. Rasim mühafizəkar ər olmayıb. Amma bəzi qadağaları vardı. Biz müxtəlif yerlərdə yaşamışıq. 15-20 rayonda yaşasaq da, Rasimsiz çölə çıxıb çörək belə almamışam. Özünün yoxluğunu tez-tez dilə gətirirdi. Hətta bir vaxtlar 3-cü uşağımızın olmasını da dilə gətirmişdi. Sadəcə, mənim ana olmağa qədər keçirdiyim hal asan olmurdu. Səhhətimdə müəyyən problemlər olurdu. 
2016-cı ilin əvvəlində Rasimə dedim ki, doğum günündə ola bilər ki, (Rasimin doğum günü mayın 20-dir)sənə sürpriz edim. Rasim isə cavabında gözlənilmədən “nə bilirsən ki, o vaxta kimi sağ qalacam” dedi. Ona görə də 3-cü övladımızın olmasını istəmirdi. 
Rasim evdə olanda xəritələr cızırdı, erməni saytlarına girib nələrsə oxuyurdu. Buna görə çox narahat olurdum. Qaynatama, qaynanama zəng edib Rasimin gizli işlər gördüyünü və heç nə demədiyini bildirirdim. Rasim isə hər dəfə cavabında “mən getməyim, o getməsin, bəs kim getsin?!” söyləyirdi.


Rasim mənim və övladlarımın bir sözünü iki etməzdi. Bizi çox istəyirdi. Qızımız Aysu ilə bağlı arzuları vardı. Aysunu həkim görmək istəyirdi. 5-6 il bundan qabaq  həkim xalatı alıb evə qoydu ki, “qızım həkim olacaq və bu ağ xalatı geyinəcək. Mən də baxıb sevinəcəm”. Amma sevinə bilmədi. Aldığı həkim paltarı indi evdə qalıb”. 

“Heç kəsin etmədiyini biz etdik”


Samirə xanımın sözlərinə görə, müharibənin içində  o gecəni çox ağır keçiriblər:

“Son bir il olardı ki, Rasimlə Horadizdə qalırdıq. 2016-ci ilin Novruz bayramını birlikdə şən və sevincli keçirdik. Martın 31-i evdən çıxmalı idi. Gəlib divanda uzananda yatağında yatmağı məsləhət gördüm. Yatağında yatsa işə gecikəcəyini söylədi. Həmişə evdə olanda başını dizimin üstünə qoyurdu ki, mən ayağa qalxanda xəbəri olsun. İstəmirdi,yanından harasa getməyimi. Qapı döyüləndə bilirdik ki, Rasimdir. Uşaqlar da yolunu səbirsizliklə gözləyirdi. 
Martın 31-də evdən çıxanda heç bir şey hiss elətdirmədi. Onsuz da qapıdan içəri girəndə də, çıxanda da bizi öpürdü. Bu dəfə də elə etdi. Ənənəni pozmadı. Elə oldu ki, aprelin 1-də qonşu dedi ki, yoldaşı zirzəmidə qalmağı məsləhət edib. Mən də Rasimə bu barədə deyəndə “səninlə 1 aprel zarafatı edib” söylədi.  Mən qorxub həyəcanlanmayım deyə, belə deyibmiş. 
Aprelin 1-də vəziyyət çox pis idi. Elə aprelin 1-dən 2-nə kimi evin “podval”ında qalmalı olduq. Cəbhədəki müharibəni gözümüzlə görürdük. Vertolyotlar başımızın üstündən uçurdu.  Aprelin 3-nə kimi danışmaq imkanımız oldu. Rasimə Bakıya getmək istəmədiyimi deyirdim. Amma aprelin 2-si axşama yaxın Bakıya getməli olduq. Aprelin 3-də gecə saat 12-də danışarkən dedi ki, “narahat olma, hər şey yaxşıdır. Heç kəsin etmədiyini biz etdik”. Məni bu formada aldadırdı. “Mən yatıram, sən də yat” söylədi.  
Heç demə yatmaq nədir, müharibənin içində yatmaq olar?!Aprelin 4-ü səhər Rasimə zəng etməyə başladım. Telefonuna zəng çatmırdı. Sonra mənəqaynatamın vəziyyətinin yaxşı olmadığını dedilər. Dərhal Naxçıvana getməli idik. Dayanmadan Rasimə zəng edirəm ki, vəziyyəti anladım. Amma alınmırdı. Qorxurdum ki, atasının vəziyyətinin yaxşı olmadığını eşidər, fikri dağılar, Rasimə nəsə olar. Düzü, uşaqları aparmaq istəmirdim ki, qayıdacağıq. İsrarla uşaqları da gətirməyimi istədilər. Hava limanına çatanda qızıma dedim ki, saytları aç gör nə xəbər var. Qızım interneti açanda  “Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub”  başlıqlı yazı oxudum. “Bunlara bax hələ. Qardaşı yazmaqdan qardaşı oğlu yazıblar” dedim. Hələ də mənə çatmırdı ki, Rasim şəhid olub. Ağlımın ucundan da keçməzdi ki, Rasimə nəsə olar. Əmilərinə zəng edib“bu nədir yazırlar?” söylədim. Onlar telefonda ağlayanda başa düşdüm ki, Rasimə nəsə olub.


Uşaqlar “yox” sözü eşitməmişdi. Ancaq pozitivə köklənmişdik. Demişik, gülmüşük, gəzmişik. Onlara görə sakit olmalı idim. Mənə nə qədər sakitləşdirici iynə vursalar da, xeyri yox idi. Həyatımızda maddi çətinliyimizin olduğu vaxtlar da olub. Uşaqlarımızın ağlı kəsəndən sonra günümüzə şükür edirdik. Həyətə girəndə gördük ki, hardan-hara mağar qurulub. Bütün dünya başıma fırlandı. Gecə saat 12-də Rasimin cənazəsini gətirdilər. Tabutun açılmasını istəsəm də, “şəhidin üzünü açmazlar” deyib qoymadılar”. 

“Rasimin iyi gəlir”


Şəhid xanımı deyir ki, Rasimin hərb işinin çətinliyinə görə bəzən onun peşəsini dəyişməsini arzulayıb. 

“Bu,o vaxtlar baş verirdi ki, biz yerimizi dəyişməli olurduq. Başımda bir az ağrılarım olurdu deyə mənə köməkçi tuturdu ki, səhhətim qaydasında olsun. Onu hərb sahəsindən uzaqlaşdırmağı çox istədim. Deyirdi ki, “balam, mən gedib başqa işlə məşğul ola bilmərəm”.(mənə həmişə balam deyirdi) Bu yolu seçmək özünün istəyi idi. Həkim olmağı çox istəyirdi. Alınmadı. Tarix müəllimi ola bilərdi. Sadəcə, o yolla getmədi. Atası 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə vuruşub. Rasim də atasının, bu torpağın qısasını almağı qarşısına hədəf olaraq qoymuşdu. Şəhid olmaqla atasının qisasını almış oldu. 
Həyatın amansız qanunları var. 24 il yataqda yatan insan,  oğlunun düz 24 günlük şəhidliyinə dözə bilmədi. Qayınatam vətənə bağlı insan idi. Rasim şəhid olandan sonra vəziyyəti gərginləşmişdi. Uşaqları götürüb qayınatamın yanına gəldik. Qızım atasına çox bənzəyir. Qızımı elə öpdü ki, uşağın yanağını içinə çəkdi. Dedi “Rasimin iyi gəlir”. Aysunu Rasim kimi görürdü.

Rasimdən sonra elə bir bayram, özəl gün yoxdur ki, onun məzarı başına toplaşmayaq. Mütləq gedib məzarı başında atamızla birgə keçiririk. Oğlum da hərbçi olmaq istəyir. Onu yolundan yayındırıb deyirəm ki, “get, həkim ol. Qurban əmin kimi vəkil ol”. Uşaq da deyir ki, “nə deyirsən de. İndi uşağam idarə edirsən. Böyüyəndən sonra idarə edə bilməyəcəksən. Atam kimi hərbçi olacam”.

“Mənim  “balam”  böyüməyəcək” desə də...

Samirə xanım danışdıqca, ara verirdi. Ağlayırdı. Şəhid olmuş həyat yoldaşının paltarlarını yumadığını bildirir:

“Rasim atasının vaxtilə döyüşdə yaralandığı paltarı saxlayırdı. Hara köçürdüksə, atasının paltarını da aparırdı. Əhd eləmişdi. “Atamın qısasını alandan sonra bu paltarı bir dəfə əynimə geyinəcəm”. İndi mən də onun paltarlarını saxlayıram. 2 ildir ki, onun paltarlarını yumuram. Axı, o paltarlardan onun qoxusunu alıram!. Necə yuya bilərəm?! Mən onun paltarlarını qapalı yerdə saxlayıram ki, Rasimin qoxusu uçub getməsin.

Rasim şəhid olanda oğlum Asimin 8 yaşı vardı. Atasını dəfn edib qayıdanda qabağımda dayanıb dedi: “Ana ağlama. Atam səni necə yaşadıbsa, mən də səni o cür yaşadacam”. 
Uşaqlar heç vaxt məni ağlayan görməmişdi. Tez-tez oturub atalarından danışırlar. “Atamız bizi belə gəzdirirdi. Bizə bunları alırdı” deyirlər. Rasimin yoxluğu bizi böyütdü. Biz böyüməmişdik. Hər ad günü tortumun üstünə “13” rəqəmi yazdırırdı.  Çünki məni 13 yaşım olanda sevmişdi. Hər dəfə deyirdi ki, “mənim “balam” böyüməyəcək. Onu qoymaram böyüsün”. Artıq Rasim şəhid olandan sonra çox böyüdüm. Bütün qayğılar, problemlər məni böyütdü. Rasimdən sonra gözlərim əməliyyat olundu. Yaxını görə bilmirəm. Eynəklə güclə görürəm”.

İndi Rasim yuxularıma tez-tez gəlir. Axırıncı dəfə yuxuda gördüm ki,hər yer yamyaşıldır. Rasim gəlib məni arxadan qucaqladı. Ağladım ki, getmə. Uşaqlar da, mən də sənsizliyə alışa bilmirik. Qarşımda dayanıb dedi. “Hər gün gəlib sizə baş çəkirəm. Elə bilməyin ki, yoxam.  Sizinləyəm! Amma mən getməliyəm..”.



“Sərdar əmimə deyin, evdən çıxsın, ölməsin”

Aprel şəhidi olan Rasim Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur. Samirə xanım deyir ki, Rasim heç vaxt əmilərinin mövqeyinə qarşı çıxmayıb.

“Arada Sərdar Cəlaloğlu və Qurban Məmmədovla telefon zənglərimiz olur. Bakıda olanda görüşürük. Hərə öz evində sağ olsun. Rasim heç vaxt əmilərinin mövqeyinə qarışmayıb. Həmişə hörmətlə yanaşıb. Hətta Sərdar Cəlaloğlunun siyasətçi olması barədə söz düşəndə belə,  Rasim deyirdi ki, “dövlətim mənə qərar versə ki, get Sərdar Cəlaloğlunun oturduğu evi tankla yıx. Bircə kəlmə  zəng edib xəbər göndərərəm ki, Sərdar əmimə deyin, evdən çıxsın, ölməsin!”. Çünki Rasim işinə çox bağlı idi. Həmişə deyirdi ki, “dövlətimin sözündən çıxa bilmərəm. Qərar nədirsə, onu edərəm”. Qurban və Sərdar əmiləri belə Rasimim mövqeyinə hörmətlə yanaşırdılar. Heç vaxt da qarşı çıxmadılar. Bilirdilər ki, Rasim bu yolu seçib və bu yolda özünü doğruldub”.

Oxşar xəbərlər
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI