“Təhsil müəssisələrinin media ilə əməkdaşlığı alqışlanmalıdır”
Son bir neçə ildir ki, ölkəmizdəki ali təhsil müəssisələrində keçirilən imtahanların müşahidəsinə media əməkdaşları da cəlb olunmaqdadır. Maraqlıdır, media əməkdaşlarının bu prosesdə iştirakı imtahanların şəfafflığını təmin edən amil kimi nə dərəcədə önəmlidir? Bu, ictimai nəzarət mexanizmi kimi mediaya verilən önəmin daha bir göstəricisi hesab edilə bilərmi?
Moderator.az-a açıqlama
verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq Ələsgərli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu məsələ bildiyiniz
kimi, qanunla tənzimlənir. İctimai iştirakçılıqla bağlı Azərbaycan
Respublikasının qanunu mövcuddur və bu qanun əsasında da İctimai Şuralar təşkil
olunur. Nazirliklər yanında, təhsil müsəssiələrində və ictimaiyyətlə işləyən
digər qurumlarda bu cür İctimai Şuralr yaradılıb. Onlar işin gedişatının
monitorinqini aparır, proseslərlə yaxından tanış olur, qiymətləndirmələr
aparırlar.
Təhsil müəssisələrində də
bu cür İctimai Şuralar formalaşıb. Bu İctimai Şuralarda yalnız media əməkdaşları
deyil, QHT nümayəndələri də təmsil olunur.
Bu, iki baxımdan önəmlidir.
Birincisi, təhsil müəssislərinin vətəndaş cəmiyyətləri il iş imkanlarının və vərdişlərinin
artırılması baxımındn müsbət bir addımdır. İkincisi, bu əməkdaşlıq cəmiyyət
üçün də faydalıdır. Təhsil müəssisələri ilə bağlı mediada həm pozitiv, həm də
neqativ yönümlü informasiyalar yer alır. Bu baxımdan, media təmsilçilərinə şərait
yaradılır ki, proseslərlə yaxından tanış olsunlar, onları düşündürən suallara
cavab alsınlar, obyektiv informasiya versinlər.
Hesab edirəm ki, işin bu
şəkildə təşkili həm vətəndaş cəmiyyətinin, həm cəmiyyətin, həm də təhsil müəssisəsinin
marağına cavab verir və bu fəaliyyət alqışlanmalıdır”.
Seymur Əliyev
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir