Xəbər lenti
26/05/2018 [00:33]:
Makron Qüds məsələsində ABŞ-a dəstək olmadı
26/05/2018 [00:02]:
Alimlər siqareti tərgitməyin ən yaxşı üsulunu göstərdilər - Maddi həvəsləndirmə...
25/05/2018 [22:57]:
Türk gəmisini raketlə kim vurub? - ABŞ açıqladı
25/05/2018 [22:55]:
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
25/05/2018 [22:40]:
Vasif Talıbov xidmət rəisini vəzifədən kənarlaşdırdı
25/05/2018 [22:15]:
Putinə göy "xoruz" hədiyyə edildi- VİDEO
25/05/2018 [21:43]:
İsraildə fələstinlilərə atəş açmağa icazə verildi
25/05/2018 [21:37]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
25/05/2018 [21:32]:
Naxçıvanda 9 məhkum əfv olunub -FOTOLAR
25/05/2018 [21:30]:
“Tramp – Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb” -General Vinset Bruks
25/05/2018 [21:16]:
Binəqədidə avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrıldı
25/05/2018 [21:15]:
ABŞ Şimali Koreya ilə danışıqları yenidən bərpa edir
25/05/2018 [21:14]:
BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim keçirdi...
25/05/2018 [21:14]:
Putin:"Moskva “Şimal axını-2” layihəsinin tərkibini genişləndirməyə hazırdır"
25/05/2018 [21:08]:
Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı
25/05/2018 [20:52]:
Putin: "Təyyarəni bizim raket vurmadı, ancaq..."
25/05/2018 [20:47]:
Türkiyə gəmisi raketlə vuruldu...
25/05/2018 [20:42]:
Bakıda qadınlara mənşəyi bilinməyən preparat vurulub –Sensasion məhkəmə işi
25/05/2018 [20:34]:
Bakıda ağlasığmaz iftar menyuları – Gündə 60 manat, ayda 1860 manat…
25/05/2018 [20:27]:
“Bayram Səfərovun evində Şuşanın vəzifəlilərinə dedim ki...” - Rəhim Qazıyev
25/05/2018 [20:22]:
İsraildə fələstinlilərə atəş açmağa icazə verildi
25/05/2018 [20:13]:
Neftçalanın icra başçısı: "Son illərdə rayonda heç kimin adına vətəgə rəsmiləşdirilməyib"
25/05/2018 [20:13]:
Çavuşoğlu lirənin kəskin ucuzlaşmasının səbəbi haqda
25/05/2018 [20:12]:
Kəşfiyyat bölüyünün təlimi başa çatıb
25/05/2018 [20:01]:
Neftçalanın polis rəisi bu saytı xüsusi ittiham qaydasında məhkəməyə verir...
25/05/2018 [19:54]:
60 yaşında döyüşdə ağır yaralanan, ailəsi repressiyaya qurban gedən sufi şairi - ARAŞDIRMA
25/05/2018 [19:47]:
Salah finalda oruc tutacaq? - Baş məşqçidən açıqlama
25/05/2018 [19:32]:
"Bu olaya ölkənin milli təhlükəsiliyinə vurulan zərbə kimi yanaşılmalıdır"
25/05/2018 [19:23]:
Daxili İşlər Nazirliyində AXC-nin 100 illiyi ilə bağlı TƏDBİR
25/05/2018 [19:04]:
BSU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
25/05/2018 [18:56]:
“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir
25/05/2018 [18:55]:
Komitə sədri “SABAH” qrupunun tələbələri ilə GÖRÜŞDÜ
25/05/2018 [18:48]:
Yeni portal-platformanın təqdimat mərasimi keçirilib
25/05/2018 [18:46]:
Dünyada yeni ölümcül virus yayıldı - Meyitlər belə dəfn edilir (FOTO)
25/05/2018 [18:38]:
Deputata “Xalq yazıçısı” adı verildi
25/05/2018 [18:32]:
Elitar Gimnaziyanın şagirdləri ADNSU-da ekskursiyada olublar
25/05/2018 [18:28]:
Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI
25/05/2018 [18:27]:
İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib
25/05/2018 [18:25]:
Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - Səbəblər açıqlandı
25/05/2018 [18:20]:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi heyyətini açıqladı
25/05/2018 [18:19]:
Yeni sürücülük vəsiqələrinin verilmə vaxtı məlum oldu
25/05/2018 [18:18]:
Nazir məşğulluq orqanlarının nöqsanlarını müzakirəyə çıxardı - MÜŞAVİRƏ
25/05/2018 [18:16]:
Azərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılır
25/05/2018 [18:14]:
107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edildi
25/05/2018 [18:13]:
Dövlət Statistika Komitəsində yeni TƏYİNATLAR
25/05/2018 [18:12]:
Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
25/05/2018 [18:05]:
İlan sancdığı qadın körpəsini əmizdirdi, hər ikisi həyatını itirdi
25/05/2018 [18:03]:
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib -FOTOLAR
25/05/2018 [18:01]:
Salahlı stansiyasının baş yolları əsaslı təmir olunur
25/05/2018 [17:33]:
Dünya çempionatı: Azərbaycan şahmatçısı qalib oldu - VİDEO
25/05/2018 [17:30]:
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradıldı
25/05/2018 [17:25]:
“Azərbaycanı “İsgəndər”lərlə vurmaq Ermənistan üçün intihar olacaq” -Rusiyalı ekspert
25/05/2018 [17:22]:
“Belə olacağını bilsəydim, nə müharibəyə gedər, nə də əlil olardım” -Erməni hərbçi
25/05/2018 [17:17]:
Nazirdən əhaliyə şad xəbər: "Maaşdan ödənilən vergilər azaldılır"
25/05/2018 [17:12]:
DİM: 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib
25/05/2018 [17:09]:
“Mətbuatımıza nəzər salanda, adama elə gəlir ki, Azərbaycanda həkim yoxdur” - MÜSAHİBƏ
25/05/2018 [16:59]:
Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər - Rusiyada şok
25/05/2018 [16:56]:
Nazir: "İşsizlərin məşğulluğunun təmin edilməsi göstəriciləri qənaətbəxş deyil"
25/05/2018 [16:54]:
"İnanıram ki, digər həkimlər də Anar Quliyev kimi humanist addım atacaqlar"
25/05/2018 [16:49]:
Şahid: "Arif Alışanovla yanaşı onun yanında olan şəxsləri də güllələməyimi tapşırdılar"
25/05/2018 [16:47]:
“Azərbaycanda işsizliyin səviyyəsi 5 faiz civarındadır”
25/05/2018 [16:36]:
Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüat: "Cəsədlər qayığa bağlıydı..."
25/05/2018 [16:31]:
Əsl təhlükə Rüstəm İbrahimbəyov kimi açıq ermənipərəstlər deyil…- 7 cümlədə 7 dərd
25/05/2018 [16:19]:
Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi -"O qurumda artıq heç kəs qalan deyil"
25/05/2018 [16:18]:
Ağız qoxusundan qurtulmağın 5 YOLU
25/05/2018 [16:11]:
Büdcədən xərclənən milyonların taleyi – “Bakı Abadlıq Xidməti”nin şübhəli işləri
25/05/2018 [15:58]:
“Bu namərdlik və əxlaqsızlıqdır”
25/05/2018 [15:53]:
“Azərbaycan dövlətçilik tarixində Xalq Cümhuriyyətinin rolu” adlı tədbir keçirildi
25/05/2018 [15:46]:
“Əfv sərəncamı göstərdi ki, Azərbaycan vətədaşı həmişə ölkə başçısının diqqətindədir”
25/05/2018 [15:41]:
"Namiq Qaraçuxurluya ərə getmək istəyərdim" - ATV aparıcısı
25/05/2018 [15:26]:
Londonda AXC ilə bağlı tədbir - Nərgiz Paşayeva da qatıldı
25/05/2018 [15:22]:
Bu qızcığazı həbsxanada dünyaya gətirib... - 4 oğlu var idi
25/05/2018 [15:12]:
Azərbaycanda doğulmuş daha bir erməni Bakıya səfər etdi
25/05/2018 [15:01]:
ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu
25/05/2018 [14:58]:
“3-4 ay olardı ki, tərəddüd edirdim, yazım, yoxsa yazmayım...” -Ayaz Salayev
25/05/2018 [14:55]:
Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək
25/05/2018 [14:54]:
İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatdı
25/05/2018 [14:50]:
Türkiyənin müdafiə nazirinin müavini bu gün Gəncəyə gələcək
25/05/2018 [14:31]:
Nazir: “Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipləri dəyişəcək”
25/05/2018 [14:27]:
“Hec kimə belə sonluq arzulamazdım...”
Bütün arxiv bir sırada
17/01/2018 [16:06] - Cəmiyyət - ( 928 dəfə baxılıb)

"Yeni orfoqrafiya qaydaları yaratmağa ehtiyac yoxdur"



Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu son günlər gündəmdə olan məsələylə - orfoqrafiya qatdalarının dəyişdirilməsi ilə bağlı AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoya açıq məktub ünvanlayb. 

Musavat.com əməkdar jurnalistin sosial şəbəkədəki səhifəsində yaydığı məktubu olduğu kimi oxucuların diqqətini çatdırır:

Hörmətli Möhsün müəllim!

Bu günlərdə ictimaiyyətə təqdim olunan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bir sıra məsələlər tədqir eilməklə bir sıra məsələlər də ciddi tənqidə məruz qaldı. Düşünürəm ki, hər iki mövqedə olanlar özlərinə görə haqlı idilər. Ancaq bəzi önəmli nüanslar var ki, onları doğurdan da qəbul etmək olmaz. Dil elə bir vasitədir ki, ondan təkcə alimlər deyil, bütün xalq istifadə edir. Elə dilin qaydalarını da, orfoqrafiyasını da xalq yaradır. Alimlərsə sadəcə bu qaydalara elmi qəlib düzəltməyə çalışırlar. Ancaq bu heç də həmişə uğurlu olmur. Nəzərə almaq lazımdır ki, dili yaradan xalq olduğu kimi elə onu mühafizə edən, qoruyan, inkişaf etdirən də xalqdır. Əlbəttə, dilin inkişafında ədəbiyyatın, publisistikanın, yazılı və şifahi nitq daşıyıcılarının rolunu danmaq mümükün deyil. Ancaq bütün bunlarla yanaşı, yenə də dilin zənginləşməsi, cilalanması, xarici təsirlərdən qorunması, yaxud başqa dillərlə mübadilə yaratması xalqla bağlıdır. Yəni istənilən halda dil məsələsində imperativ mövqe məhz xalqa məxsusdur . Əsrlər boyu Azərbaycan xalqı çox zəngin bir dil formalaşdırmağı bacarıb və bizə elə gözəl bir dil miras qoyub ki, bir azca bu dili, onun xüsusiyyətlərini dərindən mənimsəyə bilsək tam şəkildə bu dilin imkanları ilə həm özümüzü, hisslərimizi, düşüncələrimizi ifadə edə bilərik, həm də ən zəngin hesab edilən dillərdə yazılan həm nəsr, həm də nəzm nümunələrini dilimizə asanlıqla tərcümə edə bilərik. Yəni dilimiz bu qədər geniş imkanlara və potensiala sahibdir.

Ancaq elə məsələlər var ki, onu dilimizdən sadəcə məişət səviyyəsində istifadə edən və gündəlik leksikonunda cəmisi bir neçə yüz söz işlədən insanlar deyil, dildən daha zəngin mənbə kimi istifadə edən peşə sahibləri bilir. Belə peşələrdən biri də jurnalist peşəsidir. Düşünürəm ki, dilimizin inkişafında yazıçı və şairlərimizdən sonra ən çox rolu olan zümrələrdən biri, bəlkə də birincisi jurnalistlərdir. Xüsusilə hazırkı informasiya cəmiyyətində qlobal dil mübadiləsi prosesində dilimizi qorumaq və onun imkanlarını hətta bəzən zorlayaraq müasir inkişaf etmiş dillərin siyasi, analitik, diplomatik, elmi, bədii, texnoloji və s. üslublarının Azərbacan dilində qarşılığını tapmaqla ona pasport qazandıran peşə sahiblərindən biri yenə də jurnalistlərdir. Ona görə də mən bir alim, bir millət vəkili kimi deyil, bir jurnalist kimi sizə müraciət edərək doğru hesab etdiyim bəzi fikirlərimi sizinlə və rəhbərlik etdiyiniz Dilçilik İnstitutunun çox dəyərli alimlərilə bölüşmək istəyirəm. Düşünürəm ki, bu, dilimizin yeni orfoqrafiya qaydaları yaradılarkən ümumi işimizin xeyrinə ola bilər.

Beləliklə, təcrübə göstərir ki, orfoqrafiya qaydalarını tez-tez dəyişdikcə yazılı və şifahi özünüifadədə səhvlər çoxalır. Biz orfoqrafik qaydalarla əsasən orta məktəb illərində tanış olduğumuza görə, o dövürdəki qaydaları mənimsəyib yadda saxlayırıq. Sonrakı mərhələdə yeni qaydaları ya izləyə bilmirik, ya da yadda saxlaya bilmirik. Beləliklə, dildən istifadə zamanı səhf etmək ehtimalımız artır. Ona görə də zəruri ehtiyac olmadığı halda yeni orfoqrafiya qaydaları yaratmağa ehtiyac yoxdur. Əks təqdirdə, dil istifadəçilərinin səhvi o qədər çox olacaq ki, bu da orfoqrafiya xaosuna çevriləcək. Heç kim nəyin doğru, nəyin yanlış olduğunu bilməyəcək. Çap mediasında və kitab nəşrində çoxsaylı korrektorlar ordusuna ehtiyac yaranacaq. Eyni söz fərqli kitablarda fərqli yazılacaq. Bu isə yol verilməzdir. Başqa bir məsələ ondan ibarətdir ki, dil haqqında hamı akademik düşünə bilmir. Uzun illərin yazı və ifadə vərdişi və bu vaxta qədərki orfoqrafiya forması həm idraki yaddaşda, həm də qələm və əzələ yaddaşımızda sözün yazılış formasını qəlibləşdirib. Məsələn, biz alqı-satqı sözünü yeni təklif olunan alğı-satqı formasında uzun müddət yaza və ifadə edə bilməyəcəyik. Yeni formanın elmi əsasları nə qədər obyektiv olsa belə ən yaxşı halda bir müddət sonra alğı-satqı yox, alğı-satğı deyəcəyik. Çünki birinci al sözün əlavə edilmiş ğı forması imperativdir və diqtə edir ki, ondan sonrakı sat felindəki qı əlavəsi də ğı kimi tələffüz edilsin. Yəni hər iki şəkilçi ya boğazda ğ kimi səslənməlidir, ya da ağızda q kimi . Ona görə də elə alqı-satqı forması əvvəlki qaydada saxlanıla bilər. Bu misal digər başqa hallar üçün də nümunə ola bilər. Yox əgər biz həqiqətən ciddi şəkildə dil islahatları aparmaq niyyətindəyiksə, gəlin onda daha ciddi səhfləri düzəltməyə çalışaq. Məsələn, “müəllim” sözünün orfoqrafik formasını “muallim” kimi düzəldək. Çünki mü-əllim ərəb dilində ələm, kədər, əzab mənasını verir, onda müəllimi isə əzabverən kimi tərcümə edə bilərik. Mu-allim isə elm, öyrənmək kökündən yaranıb, mu önşəkilçisi qəbul edərək elm öyrədən mənasında işlədilir. İndi görək alğı-satqı məsələsi daha vacibdir, yoxsa müəllim, muallim məsələsi.

Bundan başqa, orfoqrafik formanın dəyişilməsinin çox zəruri olduğu bəzi sözləri diqqətinizə çatdırmaq istəyirəm.

Məsələn, torpaq, yarpaq, kirpik, körpü və s. Torpaq sözünün kökü “tor” deyil, “top”dur. Topa-toprak mənşəyilə bağlıdır. Ona görə də tor-paq yox, top - raq kimi yazılmalıdır. Yarpaq sözünün kökü “yar” deyil, “yap”-dır. Yəni, yastı, yap-yastı. Göründüyü kimi, ilkin variantda yastı sözünün önündə ədat kimi işlənilir.Sonra isə müstəqil sözə yaxud müstəqil leksik vahidə çevrilir . Doğrudan da yarpaq yastıdır. Ona görə də yar- paq kimi yox, yap_- raq kimi yazılmalıdır. Körpü sözünün kökü “kör” deyil, “köp” dür. Köp şişmiş qabarmış mənasındadır. Körpü də daşların xüsusi ağırlıqpaylayan qabartma üsulu ilə tikildiyi üçün köprü kimi yazılmalıdır. Kirpik sözünün də kökü “kir” deyil, “kip”dir. Yəni, gözün qıyısına düzülmüş sıx, kip qoruyucu mənasındadır. Ona görə də kip - rik kimi yazılmalıdır və s.

Əgər doğurdan orfoqrafiya islahatına ehtiyac varsa, gəlin dilimizdə onlarca, yüzlərcə səhf yazılan bu qəbildən olan sözləri düzəldək. Düzəldək ki, həm dilimiz saflansın, həm də semantik məna ilə etimoloji məna düz olsun, məntiqli olsun.

Ancaq bunun üçün əvvəlcə bu tip sözləri yığıb siyahısını dərc etməli, sonra onu geniş müzakirə predmetinə çevirməli, ən nəhayət ümumi fikrə gələrək qəbul etməliyik. Belə olarsa, bu barədə ictimaiyyətin də geniş məlumatı olar və elə müzakirə prosesində də yeni variant yaxşıca mənimsənilər. Heç birimizin, o cümlədən Dilçilik İnstitutunun belə bir öhdəçiliyi yoxdur ki, təcili şəkildə alğı-satqı kimi orfoqrafiya qaydası müəyyənləşdirsin.

Hörmətli Möhsün müəllim, başda siz olmaqla, dilimizin elmi əsaslarda öyrənilməsində, onun inkişafında çox böyük rolu olan institutunuza, onun hər bir dəyərli əməkdaşına elm-ictimai fəaliyyətində uğurlar arzulayır, yeni orfoqrafiya qaydaları kimi çətin, amma gərəkli işin öhdəsindən layiqincə gəlmələrini diləyirəm.

Hörmətlə, Hikmət Babaoğlu 
Əməkdar jurnalist

Ağız qoxusundan qurtulmağın 5 YOLU
“Moderator.az saytına xüsusi təşəkkürümü bildirirəm...” -Saday Şəkərli...
Kənd məktəbində biabırçılıq! - Müəllim qadın tualetinə kamera yerləşdirdi
Məşhur filmlərdə gördüklərinizə inanmayın - Reallıq başqadır+Fotolar
Vida öpüşü zamanı sevgilisinin dilini dişlədi – VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Putinə göy "xoruz" hədiyyə edildi- VİDEO
Köşə
Əsl təhlükə Rüstəm İbrahimbəyov kimi açıq ermənipərəstlər deyil…- 7 cümlədə 7 dərd
Cəmiyyət
“Əfv sərəncamı göstərdi ki, Azərbaycan vətədaşı həmişə ölkə başçısının diqqətindədir”
Cəmiyyət
Proletariatın rəhbərinin heykəllərinin sonu... - FOTOLAR
Siyasət
“Fransanın XİN rəhbərinin ölkəmizə səfəri kifayət qədər əhəmiyyətlidir”
Həftənin ən çox oxunanları
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
Bu baş versə, hamımız yanacağıq - Ərdoğan
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin