Xəbər lenti
25/02/2018 [09:48]:
Diktator üçün “gözəlçə”: Kim Çen İnin arvadı haqqında nə bilirik...(FOTOLAR)
25/02/2018 [09:40]:
Bakıda çoxmərtəbəli binada yanğın: 8 nəfər təxliyyə edildi
25/02/2018 [09:32]:
650 minlik avtomobillərin sahibi bilindi - FOTOLAR
25/02/2018 [09:25]:
Türkiyədə ağır yol qəzası: 23 hərbçi xəsarət aldı
25/02/2018 [09:05]:
Bu gün prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatır
25/02/2018 [08:45]:
Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir
25/02/2018 [08:36]:
Sosial şəbəkə profilimiz kimliyimizi bəlli edirmi?
25/02/2018 [08:20]:
Taliblər hücum etdi: 25 ölü
25/02/2018 [08:11]:
Ukraynanın “Eurovision-2018” təmsilçisi müəyyənləşdi
25/02/2018 [08:08]:
"O mahnılar qəlbimin sevgisindən, hərarətindən yoğrulub"
25/02/2018 [00:48]:
“Nə olar Allahım, məni qaytar o günə...” Aprel Şəhidimizin son mahnısı - VİDEO
25/02/2018 [00:42]:
Makedoniyalı siyasətçi: "Xocalı soyqırımı Ermənistana ləkədir"
25/02/2018 [00:25]:
Mədət Quliyev DTX rəisini təqaüdə göndərdi
25/02/2018 [00:06]:
"Əlindən bir şey gəlmirsə ağlamağın, sızlamağın, yazıqlığın kimsəyə bir faydası yox"
25/02/2018 [00:06]:
Bürclər - 25 FEVRAL
24/02/2018 [23:49]:
"Televiziyalarımız Cümhuriyyəti deyil, şou-biznes mövzularını işıqlandırmağa maraqlıdırlar"- Akif Aşırlı
24/02/2018 [23:25]:
Mənsimov: "Xocalı soyqırımı türk adını daşıyan hər kəsin problemidir"
24/02/2018 [23:09]:
Qış Olimpiadasında kişi çılpaq soyundu və.... FOTO
24/02/2018 [22:25]:
Somalidə iki partlayış nəticəsində 38 nəfər öldü
24/02/2018 [22:18]:
Göygöldə oğul anasını bıçaqladı
24/02/2018 [22:10]:
Belçikanın Gent şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
24/02/2018 [22:09]:
Azarkeşlər “Neftçi”nin oyunundan narazı qaldılar
24/02/2018 [22:06]:
Polislər qan verdi - Fotolar
24/02/2018 [22:04]:
6 yaşlı Zəhranın gözlərinin biri göy, digəri qaradır - Dünyada nadir hadisə+ Video
24/02/2018 [22:00]:
Sumqayıtda dəhşətli intihar - Özünü 14-cü mərtəbədən atdı
24/02/2018 [21:40]:
Şirvanda SİLAHLI İNSİDENT: Güllə ayağndan girdi...
24/02/2018 [21:20]:
Xərçəngdən qorunmaq üçün nələrə diqqət etməliyik...
24/02/2018 [21:10]:
Ermənistan müdafiə naziri qaçaraq Qarabağa gəldi - FOTO
24/02/2018 [21:07]:
Vatsapa rəqib - "Viber" messencerində 3 YENİLİK
24/02/2018 [20:41]:
Azərbaycanda yükdaşıma xidmətləri bahalaşıb
24/02/2018 [20:24]:
Məktəbli Nyu-York Universitetinin 1 milyon dollarlıq qrantının qalibi oldu
24/02/2018 [20:08]:
Ermənistanda YPG-İŞİD sığınacağı: Rusiya XKX rəhbəri İrəvanda nələri müzakirə etdi?
24/02/2018 [19:57]:
Goranboyda gənc qadın müalicə məqsədi ilə yod içərək zəhərləndi
24/02/2018 [19:55]:
Bərdədə teplovozla yük avtomobili toqquşdu - FOTO
24/02/2018 [19:46]:
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alındı
24/02/2018 [19:34]:
“Erməni həkim yaralarımıza baxıb dedi ki, bunları nə günə qoymusunuz...”- Səkkiz gün erməni əsirliyində...
24/02/2018 [19:29]:
Ev və maşınlarını satıb dünya səyahətinə çıxdılar -Azərbaycana da gələcəklər
24/02/2018 [19:27]:
Son sutkada 58 terrorçu öldürüldü - 37-ci günün hesabatı
24/02/2018 [19:25]:
Kiyevin Borispol Hava Limanında növbəti ERMƏNİ HƏYASIZLIĞI - VİDEO
24/02/2018 [19:22]:
22 təyyarə qəzasında cəmi 2 adam xilas oldu
24/02/2018 [19:15]:
“Ermənilər yüz meyitə od vurub, yandırdılar…” – Xocalı qətliamı erməni və xarici jurnalistlərin dilindən...
24/02/2018 [19:12]:
Ərdoğandan sərt Afrin açıqlaması: “Vicdansızlar, əxlaqsızlar, Türkü bu şəkildə kirlədə bilməzsiniz”
24/02/2018 [19:08]:
İran faciəvi qəzadan sonra bu təyyarələrlə uçuşları dayandırdı
24/02/2018 [19:04]:
Qərbi Kaspi Universitetində Startup Günləri keçirildi
24/02/2018 [19:02]:
Arıqlamaq istədi, həyatını itirdi
24/02/2018 [19:00]:
Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi
24/02/2018 [18:58]:
Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi
24/02/2018 [18:52]:
Şanlıurfadə Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi
24/02/2018 [18:38]:
DİN “Səni axtarıram”ın yaydığı məlumatı təkzib etdi -"Ucuz şoudan başqa bir şey deyil..."
24/02/2018 [18:34]:
Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzaladı
24/02/2018 [18:27]:
Gəncədə mərmi aşkarlandı
24/02/2018 [18:20]:
İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanladı
24/02/2018 [18:11]:
Ağdamda yerli sakinin avtomobilində at əti aşkarlandı – FOTO
24/02/2018 [18:10]:
Azərbaycanlı tələbə İsveçrədə keçirilən idman yarışında qalib oldu - FOTOLAR
24/02/2018 [18:09]:
Azərbaycanda tələbələrin təqaüdləri artırıldı
24/02/2018 [17:56]:
Bakıda liftdə köməksiz qalmış 3 nəfər xilas edildi
24/02/2018 [17:55]:
Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar - FOTO
24/02/2018 [17:52]:
Bakıda mənzildən kişi meyiti tapıldı
24/02/2018 [17:26]:
"Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi keçirildi
24/02/2018 [17:16]:
Seçkilərdə müşahidəçilərin sayı 51-ə çatdı
24/02/2018 [17:13]:
Akif Nağıya imza vərəqələrini vermək istəmirlər
24/02/2018 [16:51]:
“Valideynlər uşaqlarını rus bölməsinə “moda” xətrinə qoyurlar” - Ekspert
24/02/2018 [16:49]:
Azərbaycanda daha 2 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi
24/02/2018 [16:38]:
Tramp Rusiyanın Suriyadakı hərəkətini rüsvayçılıq adlandırdı
24/02/2018 [16:30]:
"Səhnədə oynamaq istədiyim daha heç bir rol qalmayıb"- Arif Babayev
24/02/2018 [16:22]:
Bakıda 25 nəfər hamilə qadını döydü - VİDEO
24/02/2018 [16:05]:
Şəhid atasının medalını alan oglu hər kəsi kövrəltdi -"Vətənə xidmət edirəm..."
24/02/2018 [15:42]:
Əhməd Zakayev: "Putin Ukraynanı buna görə cəzalandırdı"
24/02/2018 [15:41]:
Brent markalı neft 67 dollara satılır
24/02/2018 [15:36]:
"Leyli və Məcnun"a aid film çəkilsə, məmuniyyətlə, baş rolu ifa edərəm" - Mənsum İbrahimov
24/02/2018 [15:33]:
XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yaydı
24/02/2018 [15:27]:
Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib
24/02/2018 [14:50]:
“Taliban” azı 25 hərbçini qətlə yetirdi
24/02/2018 [14:45]:
Yanğında meyitləri tapılmış ər-arvadın qətlə yetirildiyi məlum oldu
24/02/2018 [14:26]:
Emomali Rahmon Azərbaycana gələcək
24/02/2018 [14:23]:
“Köçəryanı, Ohanyanı məsuliyyətə cəlb etmək üçün kifayət qədər əsas var” - Erməni deputat
24/02/2018 [14:23]:
Ramil Usubov Şirvanda vətəndaşları qəbul etdi
24/02/2018 [14:19]:
Trampın yaxın adamı Rusiya barədə ittihamları qəbul etdi
24/02/2018 [14:17]:
“Dedim dərəbəyilikdir, döydülər” – 25 nəfər hamilə qadını xəstəxanalıq etdi – VİDEO
24/02/2018 [14:16]:
Şimali Koreyanın “Gözəllər ordusu” - Nəğmələr və təbəssümlər arxasında rejim təbliğatı...
Bütün arxiv bir sırada
17/01/2018 [18:43] - Cəmiyyət - ( 782 dəfə baxılıb)

“Atlas” Prezident kitabxanasına təqdim edildi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na əsasən hazırlanmış “Proqramı”ın 6.3.5. bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tuulmuşdur.

Məlumdur ki, dialekt və şivələr dilin canlı tarixidir. Mətbuatın, televiziyanın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin inkişaf etdiyi, miqrasiyaların artdığı bir dövrdə dialekt və şivələr artıq məhvə doğru gedir. Lakin dialekt və şivələrdə elə dil faktları ortaya çıxır ki, bu, Azərbaycan xalqının kimliyini, tarixini, mədəniyyətini, aborigenliyini sübuta yetirə bilir və Azərbaycan torpaqlarına göz dikənlərə tutarlı cavab olur. 


Dövlət başçısının sərəncamından sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları ilə məsləhətləşərək “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanmasını qarşıya məqsəd qoydu. Bilirik ki, Naxçıvan Muxtar Respulikası strateji əhəmiyyətli ərazidir.

Belə ki, qədim Azərbaycan torpağı Zəngəzur 1920-ci ildə totalitar sovet hakim dairələrinin antiazərbaycan siyasəti nəticəsində qanunsuz olaraq Ermənistana verilmiş və bunun acı nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasının ölkə ərazisi ilə torpaq sərhədləri kəsilmişdir. Eləcə də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndinin torpaqları Ermənistana verilmiş və bunun da nəticəsində həmin kənd Naxçıvan ərazisindən təcrid olunmuşdur. Bundan əlavə 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin: Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz kəndlərinin, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kənd torpaqlarının bir hissəsinin əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan Sovet Sosialist Respublikasına birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Naxçıvan Muxtar Respublikasının sərhədləri haqqında Moskva müqaviləsi (1921) və Qars müqaviləsinin (1921) müddəaları nəzərə alınmadan və sənədləri imzalayan tərəflərin iştirakı olmadan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Muxtar Respublika ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə bağlı bu anlaşılmaz və qeyri-qanuni qərarı beynəlxalq hüquq normalarının kobudcasına pozulması faktı, Azərbaycan xalqına qarşı əsl xəyanətkarlıq və cinayət əməlidir. 

Və bu gün də Ermənistan dövləti Naxçıvan Muxtar Respublikasının torpaqlarını zəbt etməyə iddialıdır. Düşmənə tutarlı cavablardan biri də məhz bu “Atlas” ola bilər.


Dialektoloqlar hər şeydən qabaq “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının proqramı” əsasında işə başlamışlar. Onlar 2014-cü ilin iyun-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ekspedisiyada olarkən müasir Azərbaycan ədəbi dilinin əsasını təşkil edən qəbilə və tayfa dillərinin izinə düşmüş, zəngin material toplamışlar. Bənzərsiz dağlar diyarı olan Naxçıvanın ecazkar təbiəti və ona uyğun özünəməxsus həyat tərzi, hətta daş dövrünün izləri bu bölgənin əhalisinin məişətində və dil xüsusiyyətlərində qorunub saxlanılmışdır. Belə ki, Naxçıvan qrupu dialekt və şivələrində Azərbaycan xalqının islamdan əvvəlki dövrlərə aid inancları: göy qüvvələrinə bağlılıq, tanrıçılıq, totemizm və sair əlamətlər müşahidə olunmuşdur.

Ekspedisiya zamanı Naxçıvan Muxtar Respublikasınnın izoqlas verə biləcək 151 yaşayış məntəqəsindən (Naxçıvan şəhər zonası üzrə 4, Sədərək rayonu üzrə 4, Şərur rayonu üzrə 37, Kəngərli rayonu üzrə 9, Babək rayonu üzrə 22, Şahbuz rayonu üzrə 20, Culfa rayonu üzrə 23, Ordubad rayonu üzrə 32) zəngin dialektoloji material əldə edilmiş və bu materiallar əsasında dilin bütün səviyyələrini əhatə edən 250 xəritədən ibarət “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” tərtib olunmuşdur (Bax: “Fonetika” 64 xəritə tərtib edən: Kifayət İmamquliyeva; “Qrammatika” 130 xəritə - tərtib edənlər: Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Məhərrəm Məmmədov; “Leksika” 56 ”“tərtib edənlər: Zirəddin Xasiyev, Əbülfəz Quliyev).

“Atlas”dan istifadə işini asanlaşdırmaq məqsədilə bölmələr üç rəngdə (göy ”“ “Fonetika”, qırmızı ”“ “Qrammatika”, yaşıl ”“ “Leksika) təqdim edilmişdir. Rənglər həm də rəmzi olaraq Azərbaycan Respublikasının dövlət bayrağını özündə əks etdirir.


“Proqram” və xəritələrdə istifadə edilmiş şərti işarələrin açıqlanması da “Atlas”da öz əksini tapmışdır.
Dialektoloji Atlas Qrupunun “Atlas”la bağlı fəaliyyətini informatorlarla görüşlərini, eləcə də Naxçıvan Muxtar Respublikasının təbiəti və tarixi abidələrini,müasir və qədim memarlıq üslubunu, etnoqrafiya və kulinariyasını əks etdirən şəkillər Azərbaycanın üzvi tərkib hissəsi olan bu qədim diyar haqqında dolğun təəssürat yaradır. “Atlas”ın gələcəkdə meydana çıxacaq tədqiqat işlərinə açar rolu oynayacağını və dilçilikdən başqa, tarix və coğrafiya, etnoqrafiya və kulinariya, eləcə də digər elm sahələrinin mütəxəssisləri üçün əhəmiyyətli olacaq.

Dilçilik elmi ilə yanaşı, həm də ümumiyyətlə, azərbaycançılıq baxımından əhəmiyyəti olan, ardıcıl elmi axtarışların və  ekspedisiyaların nəticəsi olaraq ərsəyə gələn, dünya ictimaiyyətinə 4 dildə (Azərbaycan, türk, ingilis, rus) təqdim olunan “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”na əlavə olunmuş kompakt diskdə səsli elektron “Atlas”, həmçinin Muxtar Respublikasının müxtəlif yaşayış məntəqələrindən olan informatorların səsləri yerləşdirilmişdir.

Yüksək elmi və poliqrafik səviyyədə təqdim edilən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” dünyada dialektoloji atlasların yaradılması tarixində olduqca mühüm və əhəmiyyətli bir hadisədir. Cəsarətlə demək olar ki, bu “Atlas” Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan diyarının qədim türk-oğuz yurdu olmasının danılmaz elmi möhürüdür.


Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri Sevil Zülfüqarova “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına təqdim etmişdir. Həmçinin “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Azərbaycan Milli Kitabxanası, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu və Folklor İnstitutununun fondlarına, Türkiyənin İSAM (İslam Araşdırmalar Mərkəzi) Kitabxanasına, Türk Dünyası Araşdırmalar vakfına  təqdim olunmuşdur.

Təqdimetmə mərasimində atlas barədə ətraflı məlumat verilib. Qeyd edilmişdir ki, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer almışdır. İlk dəfə olaraq atlasda həm də mp3 formatında canlı səs yazıları verilmişdir. 

Bildirilmişdir ki, atlas kitabxanaların zəngin fondunda öz layiqli yerini tutacaq, tədqiqatçı alimlərin istifadəsi üçün dəyərli mənbə olacaqdır.

Sevil Zülfüqarova
Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adina Dilçilik İnstitutu, şöbə mudiri

“Nə olar Allahım, məni qaytar o günə...” Aprel Şəhidimizin son mahnısı - VİDEO
"Əlindən bir şey gəlmirsə ağlamağın, sızlamağın, yazıqlığın kimsəyə bir faydası yox"
Mənsimov: "Xocalı soyqırımı türk adını daşıyan hər kəsin problemidir"
Qış Olimpiadasında kişi çılpaq soyundu və.... FOTO
Xərçəngdən qorunmaq üçün nələrə diqqət etməliyik...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
22 təyyarə qəzasında cəmi 2 adam xilas oldu
Cəmiyyət
“Ermənilər yüz meyitə od vurub, yandırdılar…” – Xocalı qətliamı erməni və xarici jurnalistlərin dilindən...
İdman
Azərbaycanlı tələbə İsveçrədə keçirilən idman yarışında qalib oldu - FOTOLAR
Mədəniyyət
"Səhnədə oynamaq istədiyim daha heç bir rol qalmayıb"- Arif Babayev
Cəmiyyət
Fabrik dəyəri 103 illik orta aylıq əmək haqqına bərabər olan avtomobil kimə məxsusdur?
Həftənin ən çox oxunanları
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
Amerikalı konkisürən qızların intim geyimləri hamını çaşbaş saldı - FOTOLAR
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
“Hər bir erməni qaçqın Azərbaycandan 110 min dollar tələb etməlidir” - Həyasızlığın son həddi...
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Prostat xəstəliklərinin ən asan və pulsuz profilaktikası...
"Üzr istəyirəm, gərək nə qədər həyasız olasan ki, bu qədər həddi aşasan..."
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin