“Avropadakı anti-türk qüvvələri sanki dopinq alıb”
Son bir neçə gündür ki, Avropanın bəzi şəhərlərində PKK tərəfdarlarının Türkiyə əleyhinə aksiyaları keçirilməkdədir. Aksiyaçılar Türkiyədən Afrin əməliyyatından imtina etməyi, Suriyada hərbi əməliyyat keçirməməyi tələb edir.
Maraqlıdır, Avropada
anti-Türkiyə aksiyalarının “birdən-birə” alovlanması nə ilə bağlıdır? Qərbdəki
soydaşlarımız Avropadakı anti-türk aksiyalarına qarşı mübarizədə türk fəallarına,
diasporlarına dəstək verməlidirmi?
Moderator.az-a açıqlama
verən politoloq Tofiq Abbasov bu aksiyaların səbəblərinə aydınlıq gətirib:
“Avropa dövlətlərində,
xüsusilə də Fransa və Almaniyada anti-türk meyilləri həmişə yüksək olub. Bu
dövlətlərdə hər zaman Türkiyə dövlətinə, Türkiyə xalqına qarşı aksiyalar
keçirilib. Indi isə bu aksiyalar yeni bir nəfəs qazanıb. Indiki məqamda bu
aksiyaların keçirilməsi təsadüfi deyil. Kürdlərdən ibarət anti-türk
emiqrasiyası həmişə Avropa ölkələrində fəal olub. Indi isə onlar sanki dopinq
alıblar.
Bunun əsas səbəblərindən
biri odur ki, ABŞ Suriya və İraqdakı kürdləri birmənalı şəkildə dəstəkləyir.
Türkiyə sərhədləri boyunca Suriyada kürdlərdən ibarət 30 minlik kontingent cəmləyir.
Təbii, Türkiyə dövlətinin
öz haqını qorumaq üçün kifayət qədər gücü və imkanı mövcuddur. Ərdoğan da
vurğuladı ki, Türkiyə öz həqiqətini qətiyyətlə qoruyacaq və hərbi əməliyyatlara
başlayacaq.
Vaxtiylə Azərbaycan
siyasi rəhbərliyinin təşəbbüsü ilə erməni probleminə qarşı mübarizədə Azərbaycan
diaspor təşkilatları ilə Türkiyə dispor təşkilatları mütəşəkkil cəbhə yarada
bildilərsə, bu məsələdə də birgə fəaliyyət göstərə bilərlər. Avropadakı
soydaşlarımızın bu məsələdə türklərə dəstəyinə gəlincə, bu məsələdə heç bir
problem görmürəm”.
Seymur Əliyev
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir