“Bankların bağlanması çıxış yolu deyil” - Ekspertlər həyəcan təbili çalır...
Oxunub: 1388
18 Jan 2018 | 09:05
“Bankların bağlanması çıxış yolu deyil”  - Ekspertlər həyəcan təbili çalır...

Ölkədə bank sektoru xeyli sayda çətinliklə üzləşib. Bir çox mütəxəssislər bu sektoru 2018-ci il üçün iqtisadiyyatın ən problemli sahəsi kimi qiymətləndirirlər.

Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycanda daha bir bank - “Dəmirbank” bağlanıb. Beləliklə də bağlanan bankların sayı 13-yə çatmış oldu. Əksər mütəxəssislər hesab edirlər ki, bankların bağlanması prosesi bu il də davam edəcək. Bəzi rəylərə görə, 2018-ci ildə daha 4-5 bankın lisenziyası ləğv olunacaq.  “Moody”™s” beynəlxalq reytinq agentliyinin mütəxəssisləri qeyd edirlər ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır: “Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək”. (APA)

Agentlikdən verilən  açıqlamada o da qeyd olunub ki, hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir: “Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti riskləri ilə üzləşməkdə davam edəcək. Neft qiymətlərinin yüksəlməsi tədricən iqtisadi inkişafa və manatın məzənnəsinin sabitləşməsinə dəstək olub. Buna baxmayaraq, bankların milli valyutada likvidlik problemi davam edir. Bundan başqa, problemli kreditlərinin həcmi də yüksək olaraq qalır”.

Göründüyü kimi, xarici mütəxəssislər də Azərbaycanın bank sektorunun üzləşdiyi çətinlikləri qiymətləndirərkən likvidlik, problemli kreditlərin həcminin maksimum həddə çatması kimi məsələləri qeyd edirlər.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, 13 bankın bağlanması ölkədə bütövlükdə bank sektoruna inamı sarsıdıb ki, bu da əsas problemlərdən biridir: “Digər bir məsələ bankların özlərinin şəffaflığı və hesabatlığı problemidir. Bu istiqamətdə də ciddi çətinliklər mövcuddur, xüsusilə bank məlumatlarına çıxış imkanları məhduddur. Hətta öz səhmdarlarına, professional təşkilatlarına belə informasiyalarını açıqlamayan banklar var. Bankların əsas çətinliklərindən biri də problemli kreditlərin artması ilə bağlıdır.  Belə kreditlər son bir ildə 35 faizə yaxın - təxminən 500 milyon manat artaraq 2 milyard manata çatmaq üzrədir. Problemli kreditlərin ümumi kredit portfelindəki payı 15 faizi ötüb”.

Qubad

İqtisadçı-alimin sözlərinə görə,  kredit qoyuluşlarının aşağı düşməsi də ciddi problemlərdən biridir. Bu, problemli kreditlərin artması və kredit faizlərinin yüksək olması ilə izah oluna bilər: “İqtisadiyyatda kredit qoyuluşlarının aşağı düşməsi həm də biznes və sahibkarlıq mühitində işgüzarlığın azalması ilə də əsaslandırıla bilər. Kredit qoyuluşları azalırsa, demək, faiz gəllirləri də azalır. Bu isə bankların faiz gəlirlərinin aşağı düşməsi, onların xalis mənfəətinin azalmasına gətirib çıxarır. Bankların bir problemi də oliqapoliydır. Bütövlükdə bazarı 5 bank arasında bölmək olar: ”Beynəlxalq Bank" hələ də hökmran mövqeyini qoruyub saxlayır. Bundan əlavə, “PaşaBank”, “Kapitalbank”, “Xalqbank” və “Azərbaycan Sənaye Bankı” əsas aktivlərə malik olan banklardan hesab olunur. Bu bankların ümumi aktivləri bütövlükdə bank bazarındakı aktivlərin 80 faizinə yaxınını təşkil edir. Bu isə bank sektorunda təmərküzləşmənin mövcudluğunu, oliqapollaşmanın gücləndiyini söyləməyə əsas verir. Ötən ilin 9 aylıq yekunlarına əsasən bankların kapitallaşma səviyyəsinin aşağı olması da əsas problemlərdən biri sayılır. Belə problemi olan banklardan birincisi  - “Dəmirbank” artıq bağlanıb. Daha bir neçə bankın kapitalı da 50 milyon manatdan aşağıdır. Belə bankların sayı 5 civarındadır. Bu da bankların bağlanması, təmərküzləşməsi prosesinin davam edəcəyini söyləməyə əsas verir. Bankların xalis əməliyyat mənfəətləri azdır, qeyri-faiz gəlirləri aşağıdır. Bütün bunlarla yanaşı, faiz gəlirləri də problemli kreditlərin artması baxımından aşağı düşməkdədir. Qeyri-faiz və faiz xərcləri də artır. Düzdür, banklar çalışırlar xərclərini rasionallaşdırsınlar və bu da son zamanlar onlarda işçilərin sayının azalması ilə müşayiət olunur. Amma bütövlükdə deyərdim ki, xərclərin azalması heç də bank sektorunda olan mövcud problemlərin aradan qaldırılmasına imkan vermir. Buna görə də bu il ərzində bankların sağlamlaşdırılması prosesi davam etdirilməlidir. Çox güman ki, bu il və gələn il ərzində bankların sayı 25-dək azalsın".

Ekspertə görə, bankların böyük problemlərindən biri də likvidliklə bağlıdır: “Bankların likvidlik problemi var. Depozitə yığdıqları vəsaitləri belə yerləşdirə bilmirlər. Depozitləri yerləşdirib gəlir əldə etməyəndə faizlərin ödənməsi mümkün olmur, bankın ümumi maliyyə vəziyyəti pisləşir. Bankların bağlanması iləsə bu depozitləri qaytarmaq Əmanətlərin Sığortalanması Fondunun timsalında dövlətin üzərində qalır”.

Q.İbadoğlu hesab edir ki, bankların bağlanması çıxış yolu deyil: “Düşünmürəm ki, bağlanan bankların hamısı maliyyə vəziyyətinin dəhşətli dərəcədə pis olmasına görə bağlanıb. Burada başqa amillər də rol oynayıb. Mümkün olan qədər bankların sağlamlaşdırılmasına çalışılmalıdır. Bunun üçün fərdi proqramlar olmalıdır. Bu proqramlar Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə həyata keçirilməlidir. Bankların özlərində şəffaflıq və hesabatlılıq gücləndirilməlidir. Onlar daha çox müasir korporativ idarəetmə metodları tətbiq etməlidirlər. Digər tərəfdən, bank sektorunda istehlakçıların hüquqlarının qorunması sahəsində də ciddi işlər görülməlidir. Bundan əlavə, müştərilər arasında maliyyə savadlılığının artırılması da diqqətdə saxlanmalıdır”.

Vahid

Milli Məclisin üzvü, millət vəkili Vahid Əhmədov hesab edir ki, bankların bağlanması yanlış siyasətdir: “Bankların bağlanması ciddi problemlər yaradır. Banklarda qalan əmanətləri dövlət ödəməli olur. Yaxud da sığortalanmayan əmanətlərlə bağlı vətəndaşlar ciddi çətinliklərlə üzləşirlər, məhkəmələrə müraciət olunur. Buna görə də ən yaxşı yol bankların birləşməsidir. Biz dəfələrlə bildirmişik ki, maliyyə durumu pisləşən banklar birləşsinlər. Birləşsinlər ki, kapital olsun, likvidlik olsun, kredit bazası olsun. Məndə olan məlumata görə, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası banklar üzərində çox ciddi işləyir. Çünki dövlət başçısının göstərişi var ki, banklarda bu il sağlamlaşdırma prosesi başa çatmalıdır. Buna görə də inanmıram ki, bu il bank sektorunda hansısa ciddi problem yaransın. Ola bilər ki, yenə də 1-2 bankı bağlasınlar. Amma mənim məsləhətim budur ki, bağlamaqdansa, diqqəti bankların birləşdirilməsinə yönəltmək lazımdır”.

Millət vəkilinin fikrincə, iri banklara dövlət dəstəyi göstərilməklə onları vəziyyətdən çıxarmaq daha məqsədəuyğundur:“Vaxtında biz problemli kreditlər məsələsinin həllində əhaliyə dəstək göstərilməsini təklif etdik. Qəbul etmədilər, indi problemli kreditlər bankları çətin duruma salıb. Hər bir halda, iş gedir, güman edirəm ki, proses tezliklə bank sektorunun tam sağlamlaşdırılması ilə yekunlaşacaq”. 

“Yeni Müsavat”

Oxşar xəbərlər
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:41, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuata konfransı - CANLI YAYIM
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:18
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 15:19
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:18
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ