Xəbər lenti
28/05/2018 [09:18]:
Türkiyənin şərtləri qəbul olunur – Menbiç razılaşması
28/05/2018 [09:15]:
Melaniya Tramp 15 gündür ortalıqda niyə görünmür?
28/05/2018 [09:11]:
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı - Fotolar
28/05/2018 [09:08]:
23 aydan ƏBƏDİYYƏT düzəldənlər - AXC qəhrəmanları, kimlikləri, məzarları
28/05/2018 [09:05]:
Məhəmməd Əmin Rəsulzadənin məzarından eşidilən İNİLTİ
28/05/2018 [09:02]:
Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu - ŞANLI YUBİLEY
27/05/2018 [23:32]:
"Bu cümhuriyyəti Məhəmməd Əmin bəylər elə dəyərlər üzərində qurmuşlar ki..."
27/05/2018 [23:18]:
Çin ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham etdi
27/05/2018 [23:17]:
Çay ilə "yola getməyən" 3 məhsul - Limon, süd və şəkər...
27/05/2018 [23:08]:
"Nəzərə alsaq ki, Azərbaycan Xalq Cümhuriyyətini Rusiya tanımayıb, onda hər şey aydın olar"
27/05/2018 [22:41]:
ABŞ və Şimali Koreya sammiti üçün növbəti addım
27/05/2018 [21:39]:
Əsəddən ölüm mesajı: “Bu, sənin son şansındır”
27/05/2018 [21:04]:
Fransanın xarici işlər naziri Şəhidlər xiyabanında - Fotolar
27/05/2018 [21:03]:
“Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu
27/05/2018 [20:29]:
"Bizim hər birimiz bu dövləti qorumağa, onun dəyərini, qədrini bilməyə borcluyuq"
27/05/2018 [20:24]:
Həkimlərin iyirmi dəqiqə vaxt verdiyi qız ölmədi- FOTOLAR
27/05/2018 [19:58]:
Bülbüloğlu Rusiyadan əsas gözləntisini açıqladı: “Qarabağ...”
27/05/2018 [19:57]:
UFAZ-da Fransanın Avropa və XİN fondunun arxiv sərgisinin açılış mərasimi keçirildi
27/05/2018 [19:48]:
Tarixçi alim etiraz etdi: "Simvolları bu günə qoymaq olmaz!" (FOTO)
27/05/2018 [19:42]:
Səfir: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həqiqi addımlar atmağın vaxtı çoxdan çatıb"
27/05/2018 [19:39]:
Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - Video
27/05/2018 [19:36]:
Sərxoş sərnişin pivə üçün təyyarəni bir-birinə vurdu – VİDEO
27/05/2018 [19:35]:
UFAZ tələbələri ActİnSpace beynəlxalq yarışının qalibi olub
27/05/2018 [19:28]:
Azay Quliyevin Cümhuriyyət haqqında məqaləsi dünyaca məşhur portalda dərc edildi
27/05/2018 [19:27]:
4 ayda Azərbaycanda 505 traktor, 130 avtomobil istehsal olunub
27/05/2018 [19:22]:
Kənd Təsərrüfatı Nazirliyində yeni – TƏYİNAT
27/05/2018 [19:20]:
Əlixan Səmədov: "Çox sevincliyəm"
27/05/2018 [19:19]:
Azərbaycan və Fransa iqtisadi toplantı keçirəcək
27/05/2018 [19:18]:
Miri Yusifin fəxri ad sevinci – VİDEO
27/05/2018 [18:14]:
Rusiya İngiltərədən üzr tələb etdi
27/05/2018 [18:11]:
Mohammed Salah Dünya Çempionatında oynayacaq
27/05/2018 [18:08]:
Ziyad Səmədzadə qızına görə Prezidentə minnətdarlıq etdi
27/05/2018 [17:58]:
Ağır atletika üzrə yeniyetmələrin birinciliyi başa çatdı
27/05/2018 [17:57]:
Xərçəng xəstələrinin yeni ümidi “Propolis” - TƏBİƏTİN BƏXŞİŞİ...
27/05/2018 [17:49]:
Avtomobil ikiyə bölündü, sürücünü görən donub qaldı... - İnanılmaz görüntü
27/05/2018 [17:45]:
Gündə 6 litr kola içdi, bu hala gəldi - FOTOLAR
27/05/2018 [16:24]:
İsmayıllıda 7 kənd qazsız qaldı, mal-qaranı sel apardı
27/05/2018 [16:22]:
Biləsuvarda 16 yaşlı qız intihar etdi
27/05/2018 [16:20]:
XİN-dən Paşinyanın oğlunun Qarabağda əsgərlik çəkməsi xəbərinə reaksiya...
27/05/2018 [16:16]:
Türkiyənin məşhur aktyoru yol qəzasında öldü
27/05/2018 [16:15]:
Rəsmi Parisdən Ermənistana ÇAĞIRIŞ: “Qoşunlarınızı dərhal Qarabağdan çıxarın!”
27/05/2018 [16:14]:
Sabahın havası - Bakıda 27 dərəcə isti olacaq
27/05/2018 [16:11]:
Fəxri ad alan Könül Kərimova ağladı
27/05/2018 [16:09]:
Ehtiram Hüseynov Riqada “Sarı Gəlin” və “Laçın”ı ifa etdi... - Möhtəşəm (VİDEO)
27/05/2018 [16:06]:
Avronest rəhbərliyindən Diaspor Komitəsinin sədrinə məktub gəldi
27/05/2018 [15:54]:
6 minə yaxın məmur cəzalandırıldı...
27/05/2018 [15:46]:
Suriyada 4 rus hərbçi öldürüldü, 3-ü yaralandı
27/05/2018 [15:44]:
Polisin reydi zamanı sərxoş sürücü: "Pivə içmişəm ki, ağzım qurumasın" - VİDEO
27/05/2018 [15:39]:
Azərbaycanda 60 kənd işıqsız, 7-si isə qazsız qaldı
27/05/2018 [15:37]:
Gürcüstanda intihar edən azərbaycanlı tələbə haqda yeni AÇIQLAMA…
27/05/2018 [14:51]:
Aya enən dördüncü adam vəfat etdi
27/05/2018 [14:41]:
BAXCP mayın 28-də Novxanı da Rəsulzadənin büstünü ziyarət edəcək
27/05/2018 [14:08]:
Telefondakı bu proqramlar sizi çox əyləndirəcək - FOTOLAR
27/05/2018 [13:51]:
Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu
27/05/2018 [13:45]:
İlham Əliyev bu məşhurlara fəxri ad verdi - SİYAHI
27/05/2018 [13:26]:
Məmmədyarovla Drian bir araya gəldi
27/05/2018 [13:20]:
Azərbaycan prezidenti Fransaya səfər edəcək
27/05/2018 [12:57]:
Ronaldu “Real”dan getmək istəyir
27/05/2018 [12:50]:
Qorxunc xəbərdarlıq: - Rusiya elə silah hazırlayır ki...
27/05/2018 [12:39]:
Yəməndə neft şirkətinə hava zərbələri endirilib -Ölənlər və yaralananlar var
27/05/2018 [12:37]:
II Dünya müharibəsində tərk edilmiş sığınacaq... - FOTOLAR
27/05/2018 [12:36]:
100 yaşlı bayrağı təslim alan tədqiqatçı: “Novruz müəllimə əmanətin məndə olduğunu dedim”
27/05/2018 [12:22]:
Rus muzdlularla ABŞ kommandosları arasındakı döyüşün şok TƏFƏRRÜATLARI
27/05/2018 [12:12]:
Məşhur cütlük Fransada evləndi - Fotolar
27/05/2018 [12:08]:
İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
27/05/2018 [12:07]:
Bahalı toy etdilər, pulunu da verməyib qaçdılar
27/05/2018 [12:04]:
“Real & Virtual PR” adlı təlim keçirildi - FOTOLAR
27/05/2018 [11:56]:
Azarkeşlər “Real”ın kapitanını təhqir edir
27/05/2018 [11:51]:
Fransanın XİN rəhbəri Bakıya gəlib
27/05/2018 [11:50]:
Dünyanın ən ucuz şəhərləri - Səyahət paketləri
27/05/2018 [11:35]:
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi
27/05/2018 [11:34]:
Prezident təhsillə bağlı gözləntilərini açıqladı
27/05/2018 [11:31]:
Yunanıstanda avtobusu ildırım vurub – FOTOLAR
27/05/2018 [11:21]:
Dünyaya gələcək körpələrin ana bətnində maraqlı görüntüləri - FOTOLAR
27/05/2018 [11:16]:
Bir şüşə şərab 120 min dollara satıldı
27/05/2018 [11:03]:
Gürcüstan NATO-ya daxil olacaq
27/05/2018 [10:52]:
Bu filmə baxanda dəhşətə gəldim – Ayaz Salayev
27/05/2018 [10:50]:
ABŞ uduzdu: "Türkiyə əsas hədəfinə çatır"
27/05/2018 [10:44]:
Filmlərdə çəkilən altı əfsanə otel- FOTOLAR
27/05/2018 [10:37]:
Saqqızın köməyilə arıqlamaq olar - Bir şərtlə ki...
Bütün arxiv bir sırada
18/01/2018 [11:13] - Cəmiyyət - ( 6795 dəfə baxılıb)

Qarabağı azad etmək fürsəti - “Belə şans həmişə ələ düşmür...”



Bu gün, yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək. Azərbaycan XİN-dən verilən məlumata görə, Plşanın Krakov şəhərində keçiriləcək görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Məlum olduğu kimi, yeni ilin ilk yarısında təmas xəttində gərginliklər müşahidə olunub, nəticədə təxribatlara əl atan düşmən itkilər verib. Bəzi müşahidəçilər hesab edir ki, təmas xətti boyunca gərginliklərin olması, hətta itkilər versə belə, Ermənistan rəhbərliyinə çox lazımdır. Məsələ burasındadır ki, səlahiyyətləri mart ayında başa çatacaq prezident Serj Sərkisyanı hazırda baş nazir kürsüsü daha çox maraqlandırır, nəinki erməni xalqının taleyi. Bunu artıq erməni ekspertlər özləri də açıq şəkildə deyirlər və Sərkisyanın siyasi səhnədən getməsini Ermənistanın xilası kimi dəyərləndirirlər. Həmçinin bəzi ekspertlər gecikmədən Azərbaycanla güzəştli sülhə gedilməsini, erməni gənclərin özgə torpaqlarında ya Azərbaycan əsgərinin cavab atəşi, ya da intihar nəticəsində məhv olmasına son qoyulmasını tələb edirlər. Üstəlik, Ermənistan daxilində sosial gərginlik son həddə çatıb. Elə yanvarın 19-da İrəvanda hakimiyyətin bahalaşma siyasətinə etiraz olaraq yürüş keçiriləcək. S.Sərkisyan üçünsə diqqəti daxildəki problemlərdən yayındırmaq üçün Qarabağdakı gərginliyi tətikləmək yeganə çıxış yoludur. Bu arada rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın yeni baş nazirinin Serj Sərkisyan, hazırkı baş nazir Karen Karapetyanın isə prezident olacağını deyib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, politoloq bunu Moskvanın istədiyini xatırladıb. Onun fikrincə, Ermənistanda Putin-Medvedyev yerdəyişməsinə bənzər ssenari olacaq: “Moskvada baş nazir Karen Karapetyanla prezident Serj Sarkisyanı bir-birindən ayrı tutmurlar. Bizə elə gəlir ki, Serj Azatoviç hökumət başçısı, Karen Karapetyan isə prezident olacaq”.
Serj Sərkisyanın Respublika Partiyasının sədri olduğunu xatırladan Tarasov əsas səlahiyyətlərin baş nazirin əlində cəmləşəcəyini vurğulayıb.

Xatırladaq ki, Ermənistanda növbəti prezident seçkiləri bu il martın 1-də start götürəcək. Budəfəki seçkilərin özəlliyi ondan ibarətdir ki, ölkədə əsas icraedici funksiya prezidentdən baş nazirə keçəcək. Prezident isə yaşı 40-ı keçmiş, son 6 ili Ermənistanda yaşayan namizədlərin qatılacağı seçkidə mübarizə aparacaq. Budəfəki seçki mərhələli olacaq və martın 10-dək davam edəcək. Ermənistan prezidentini parlament seçəcək. Dövlət başçısı olacaq şəxs yalnız 1 müddətdə (7 illik) seçiləcək.

Prezidentliyə əsas namizədlər Karen Karapetyan, Qrant Baqratyan, Andreas Qukasyan, Paruyr Ayrikyan, Raffi Ovanisyan, Armen Melikyan və Vardan Sedrakyandır.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a düşmən ölkədəki durumu şərh edərkən bildirdi ki, gərginlik qaçılmazdır: “Ermənistan keçən il referendum keçirərək parlament üsul-idarəsinə keçdiyindən ölkənin başına kimin gələcəyi indidən gərginlik yaratmaqdadır. Erməni hərbi-siyasi rejimi Sərkisyanın başçılığında bu hakimiyyətin davam etdirilməsinə və Sərkisyanın baş nazir olmasına çalışır. Bu işi reallaşdıracaq siyasi qüvvələr isə parlamentdə vaxtında yerlərini tutublar. Onlardan biri ”Tsarukyan" bloku, digəri isə Daşnaksütyun Partiyasıdır. Təbii ki, buna qarşı etirazlarını bildirməkdə olan qüvvələr də var.

Onlar küçələrdə sözlərini deməyə çalışacaqlar". Q.Çaxmaqlı işğalçı ölkədə hətta xalq üsyanının baş verməsini mümkün sayır: “Belə anormal, antidemokratik cəmiyyətlərdə hakimiyyət dəyişikliyi iğtişaşsız və üsyansız olmur. Bundan əvvəl də belə olmuşdu. Sərkisyan prezident kürsüsünü Köçəryandan alanda İrəvanda 8 nəfər öldürülmüşdü. Ermənistanda seçkiöncəsi belə qarışıqlıq və proseslər təbii proseslərdir, etirazların olması həm də ölkə əhalisinin ağır durumu ilə bağlıdır və onların önündə gedəcək siyasi qüvvələr zəif olduğundan bunun hansısa hakimiyyət dəyişiklikləri ilə müşayiət olunması az ehtimaldır. İkinci tərəfdən, bu ölkədə son sözü adətən Rusiya deyir. Əgər Moskva Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəsə, bunu edəcək. ”Çiçəklənən Ermənistan"ın lideri Qagik Tsarukyanın bu gün öz namizədliyini ortaya qoyması artıq Sərkisyanı düşünməyə, Rusiyanı isə seçim etməyə sövq edəcək".

Bəs Azərbaycan bu ərəfədə Qarabağı azad etmək üçün hərbi əməliyyatlara başlaya bilərmi? Q.Çaxmaqlı bunu mümkün hesab edir: “Biz bu proseslərə uyğun olaraq addımlar ata bilərik. Bundan əvvəlki illərdə də imkanlar yaranıb, lakin başqa faktorlar Qarabağı azad etmək üçün qərar verməyə mane olub. Əlbəttə, belə fürsətlər hər zaman ələ düşmür. Bizim tam haqqımız çatır ki, öz ərazimizdə antiterror əməliyyatları qərarını verək. Bu, Ermənistandakı olaylardan asılı olmadan da edilə bilər”.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bir araya gətirilməsi isə olsa-olsa təmas xəttindəki gərginliyin azaldılmasına xidmət edəcək. Ancaq Ermənistan prezidentinin özü təxribatlar törətməyə və hakimiyyətinin ömrünü uzatmaq üçün hətta lokal müharibəyə meylli görünür. Lakin indiki durumda regionda müharibənin alovlanması beynəlxalq dairələrin marağında deyil.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a bildirdi ki, hazırkı şərtlər daxilində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən nəticə gözləmək əbəsdir: “Həm də bu gün Ermənistan o vəziyyətdə deyil ki, Qarabağla bağlı nə isə addım atsın. Ermənistan prezidenti Serj Sərkisyanın bütün diqqəti hakimiyyətini qorumaq və uzatmağa yönəlib. Onun qarşısında iki əsas vəzifə var: birincisi, o, parlament seçkilərini saxtalaşdırıb baş nazir olmaq istəyir. İkincisi, özünə yaxın şəxslərdən birini prezident kreslosunda oturtmağa çalışır”.

E.Şahinoğlu əmindir ki, bunun fonunda Serj Sərkisyan Qarabağla məşğul olmayacaq: “O, sadəcə, naziri Edvard Nalbəndyanı ora-bura göndərəcək”.

Bu ərəfədə Qarabağ məsələsinin 4 qətnaməsi on illərdir kağız üzərində qalan BMT rəhbərliyinin yadına düşməsi də təəccüb doğurur. Ermənistanın işğalçılıq siyasətinə qarşı təsirli tədbirlər görməyən qurumun “narahatlığını” ifadə etməsi istənilən halda diqqət çəkir. “Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”, - deyə BMT-nin baş katibi Antonio Qutyerres keçirdiyi brifinqdə deyib. Bu barədə APA-nın BMT-nin saytına istinadən verdiyi xəbər yayıb. Qurumun 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir. O, Myanmarda qaçqın probleminə toxunaraq Banqladeşə sığınanlara dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət edib. İsrail-Fələstin münaqişəsindən bəhs edən A. Qutyerresin sözlərinə görə, bu problem ancaq iki dövlətin yaradılması əsasında həll edilə bilər, başqa alternativ yoxdur. BMT baş katibi vurğulayıb ki, hər kəs hər yerdə dünyanı daha təhlükəsiz etmək üçün bir şeylər edə bilər: “İnsan hüquqlarının müdafiəsi dövlətləri və cəmiyyətləri möhkəmləndirir, suverenliyi gücləndirir”.

A.Quterreş onu da deyib ki, Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələrin həlli BMT  üçün prioritet  olacaq. Onun sözlərinə görə, söhbət Şərqi Ukrayna üzrə normand formatından və üçtərəfli kontakt qrupundan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupundan, Gürcüstan üzrə Cenevrə müzakirələrindən və  Dnestryanı üzrə “5+2" prosesindən gedir.

Göründüyü kimi, BMT rəhbərliyi dəyişsə də, qurumun Qarabağ münaqişəsi dəyişmir, sadəcə, növbətçi açıqlamalar eşidilir. Minsk Qrupunun Qarabağ məsələsini necə “həll etdiyi” 24 ildir ki, göz önündədir.

Politoloq E.Şahinoğlu da əmindir ki, BMT-nin münaqişənin həlli ilə məşğul olacağı gözlənilən deyil: “BMT-də əsas qərarlar Təhlükəsizlik Şurasının 5 üzvündən asılıdır. Onlardan isə heç biri təəssüf ki, qabağa çıxıb münaqişənin həllini sürətləndirmək üçün qollarını çırmalamaq istəmir. Belə olan halda məsuliyyət əvvəlkitək ATƏT-in üzərində olacaq”.

Azərbaycan isə Ermənistanın sülh yolu ilə işğala son qoymaq niyyətində olmadığını, danışıqların uzadılmasına, sadəcə, status-kvonun davam etməsi prizmasından yanaşdığını yaxşı bildiyi üçün ehtiyat variantlara da xüsusi diqqət yetirir. Elə bu günlərdə ordumuzun növbəti təlimlərinin keçirilməsi də bu tədbirlərin məntiqi davamıdır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir. Toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır. Toplantı zamanı şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərinin tələblərini bilmələri üzrə məqbullar qəbul edilir. Məşğələlər Təlim-Tədris Mərkəzində və “Naxçıvan” poliqonunda keçirilir.

Azərbaycanın mövqeyi birmənalıdır, sülh yolu ilə olmasa, hərbi əməliyyatlar torpaqlarımızın azadlığı üçün qaçılmaz olacaq. Hər halda, Sərkisyandan sonra prezident kürsüsünə oturacaq erməni bu perspektivi unutmamalıdır.

Telefondakı bu proqramlar sizi çox əyləndirəcək - FOTOLAR
Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu
II Dünya müharibəsində tərk edilmiş sığınacaq... - FOTOLAR
Dünyanın ən ucuz şəhərləri - Səyahət paketləri
Qadın evinə çağırdığı ustanı zorladı - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Sərxoş sərnişin pivə üçün təyyarəni bir-birinə vurdu – VİDEO
Cəmiyyət
Azay Quliyevin Cümhuriyyət haqqında məqaləsi dünyaca məşhur portalda dərc edildi
Maraqlı
Xərçəng xəstələrinin yeni ümidi “Propolis” - TƏBİƏTİN BƏXŞİŞİ...
Cəmiyyət
Ehtiram Hüseynov Riqada “Sarı Gəlin” və “Laçın”ı ifa etdi... - Möhtəşəm (VİDEO)
Dünya
Bahalı toy etdilər, pulunu da verməyib qaçdılar
Həftənin ən çox oxunanları
Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi- Böyük ərazini nəzarətə götürdü
Ərinin dostu tərəfindən aldadılan, həbsxanada uşaq dünyaya gətirən və nəhayət, əfv edilən qadının HƏYAT DRAMI
"Bu adam görün nə qədər ləyaqətsizdir ki, öz xalqını erməninin ayağına verir"
Bundan sonra manqaldan kənar gəzəcəksiniz: Alimlər kababın yeni təhlükəsini aşkarladılar...
Qarabağda neytral zona daralır, təmas xəttində istehkamlar tikilir – Hədəflər raketlə VURULACAQ
Korrupsionerin evindən çıxan pullar hamını heyrətləndirdi...- FOTO
"Bu xəyanətinin arxasında köynəyinin altında məharətlə gizlətdiyi paqonlarının "ağırlığı" durur"
“Mən gərək Şuşada qalaydım, orada da öləydim...”- Rəhim Qazıyev
“Xaricdə bank vətəndaşlara, bizdə isə vətəndaşlar banklara yalvarır”
"Ermənistanda Naxçıvan daha populyardır, çünki…" -Ehtiyatda olan polkovnik
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin