Xəbər lenti
16/01/2019 [18:31]:
“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
16/01/2019 [18:28]:
800 min işçi 25 gündür maaş ala bilmir -MARAQLI
16/01/2019 [18:20]:
"Bir dəfə doğulub əbədi yaşayanlar" adlı bədii-sənədli gecə keçirildi
16/01/2019 [18:13]:
Dmitri Peskov: "Bəzən məmur olduğumu deməyə utanıram"
16/01/2019 [18:11]:
Bakıya niyə Makron yox, Sarkozi gəldi? –Keçmiş prezident növbəti seçkiyə hazırlaşır
16/01/2019 [18:07]:
Aksizsiz spirtli içkilər aşkarlandı
16/01/2019 [18:06]:
Daxili orqanlarından narkotik çıxdı
16/01/2019 [18:04]:
“Bir Zamanlar Çukurova”da gərginlik - Maaş verilmir
16/01/2019 [18:03]:
Zakir Qaralov da görüşün vaxtını dəyişdi
16/01/2019 [18:03]:
Dünyanın ən soyuq nöqtəsində şaxtaya meydan oxudu - MARAQLI
16/01/2019 [17:59]:
Azərbaycan məscidinin bağlandığı Moskvada yeni erməni kilsəsi üçün yer ayrıldı...
16/01/2019 [17:52]:
Mətbuat Şurasında bəzi saytlarla bağlı şikayətlər araşdırılıb – Komissiyanın növbəti iclası keçirilib
16/01/2019 [17:50]:
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
16/01/2019 [17:35]:
“Əgər Hacı Allahşükür Paşazadə olmasaydı, bu cür fotoları çəkə bilməzdim...”
16/01/2019 [17:34]:
ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər
16/01/2019 [17:24]:
“7000 min məqalə və müsahibələrimin heç birində özümü ekspert kimi təqdim etməmişəm” –Nadir İsrafilov
16/01/2019 [17:21]:
Mübariz İbrahimovun sinif yoldaşı: “Onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki...”
16/01/2019 [17:19]:
Alimlər qışda dondurma yeməyi məsləhət görürlər – Çünki…
16/01/2019 [17:18]:
Erkən ölümün qarşısını almağın yolu tapıldı
16/01/2019 [17:17]:
Canavar vasitəsilə yetişdirilən məktəblilər – Qeyri-adi metodun fotoları
16/01/2019 [17:13]:
Zakir Həsənov Milli Orduya göstəriş verdi
16/01/2019 [17:08]:
Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16/01/2019 [17:07]:
“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16/01/2019 [17:04]:
Nazirlk: "Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib"
16/01/2019 [17:03]:
Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16/01/2019 [17:01]:
Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu
16/01/2019 [16:57]:
Ayaq izləri aşkar edildi - Sərhəddi keçmək istəyən silahlı şəxs saxlanıldı
16/01/2019 [16:51]:
“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16/01/2019 [16:34]:
Əflatun Amaşov: "Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır"
16/01/2019 [16:28]:
Hava şəraiti ilə əlaqədar Dövlət Turizm Agentliyinin müraciəti
16/01/2019 [16:21]:
“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16/01/2019 [16:19]:
Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq - “Azəriqaz” əmin edir...
16/01/2019 [16:15]:
Nazir tapşırıq verib, hava şəraiti ilə əlaqədar xəstəxanalar tam hazır vəziyyətə gətirilib
16/01/2019 [16:05]:
"Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"
16/01/2019 [15:59]:
Gömrük Akademiyası xaricdə təhsil alan magistrlara müraciət edib
16/01/2019 [15:56]:
Sürücülərə müraciət edildi: Kəskin hava şəraiti ilə bağlı
16/01/2019 [15:50]:
MTRŞ: "Televiziya kanalları daha çox ucuz yollara əl atır"
16/01/2019 [15:48]:
Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
16/01/2019 [15:44]:
Məşhur model 2 ildir yaşadığı zorakılığı göz yaşları ilə paylaşdı - DƏHŞƏT...+ FOTOLAR
16/01/2019 [15:37]:
Küləkli havada sosial sığınacaqlar gücləndirilmiş iş rejimində işləyəcək
16/01/2019 [15:35]:
Dərman qəbulunun yeni üsulu icad edilib
16/01/2019 [15:34]:
"Kiminsə arvadının qohumuna, qardaşına vəzifə verməkdən ötrü bu qədər qurum yaratmaq nə məqsəd daşıyırdı?
16/01/2019 [15:33]:
Sergey Lavrov: "Rusiya 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək"
16/01/2019 [15:28]:
“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident
16/01/2019 [15:21]:
Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı
16/01/2019 [15:04]:
“Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”- Yubiley təəssüratı...
16/01/2019 [14:42]:
Nazirlikdən güclü küləklə bağlı işəgötürənlərə MÜRACİƏT
16/01/2019 [14:41]:
Rotşildlərin Azərbaycana  qohumluğu varsa? - Qarabağın azadlığına dəstək versinlər...
16/01/2019 [14:34]:
Selfi çəkən şeytan heykəli bir ölkəni ayağa qaldırdı - MARAQLI
16/01/2019 [14:21]:
Təhsil müəssisələrində iki gün tətil elan olundu - ƏMR VERİLDİ
16/01/2019 [14:12]:
“Bu əməlləri törədənlərin günahına onlara inananlar da şərikdir...”
16/01/2019 [14:05]:
Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi
16/01/2019 [14:05]:
Ermənistan parlamentində deputatlar arasında dava düşüb - VİDEO
16/01/2019 [13:59]:
Putinə qarşı sui-qəsdin qarşısı alındı
16/01/2019 [13:45]:
Rusiyada 15 yaşında ana olan azərbaycanlı qız uşağını bacısına verdi - Bacı isə deportasiya olundu
16/01/2019 [13:41]:
Küçədə tapılan çılpaq cəsəd fahişəyə aid imiş - FOTO
16/01/2019 [13:30]:
Tanınmış jurnalistə vəzifə verildi
16/01/2019 [13:28]:
Bəlkə də ailəsi qəhrəman olacağını bildiyi üçün onun adını Rövşən qoymuşdu- Milli Qəhrəman...
16/01/2019 [13:27]:
35 ildir sarı rəngə “boyanan” adam: Eşq simvolu, yoxsa şifrəli mesaj?
16/01/2019 [13:22]:
Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
16/01/2019 [13:12]:
Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər
16/01/2019 [13:06]:
İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16/01/2019 [12:50]:
Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
16/01/2019 [12:49]:
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
16/01/2019 [12:47]:
Gəncənin məşhur polis rəisinin işdən çıxarılması xəbəri yayıldı- Faiq Şabanovu Sumqayıtın rəisinin əvəz edəcəyi deyilir
16/01/2019 [12:40]:
ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16/01/2019 [12:39]:
Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi
16/01/2019 [12:27]:
Ağacları qanunsuz kəsənlər saxlanıldı
16/01/2019 [12:24]:
“Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir” adlı Dəyirmi Masa keçiriləcək
16/01/2019 [12:22]:
“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16/01/2019 [12:21]:
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16/01/2019 [12:21]:
ADPU-nun müəllimləri LDU-da payız semestrinin imtahan sessiyasının gedişini izlədi
16/01/2019 [12:20]:
Hüquqşünas: “Zina” maddəsinə görə, ərinə xəyanət edən qadın cinayət məsuliyyəti daşıyırdı...”
16/01/2019 [12:13]:
Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı - istintaq gedir, ifadəsi alınır
16/01/2019 [12:08]:
Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”
16/01/2019 [12:05]:
“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi
16/01/2019 [11:51]:
Taksi sürücülərinə qənim kəsilən Nəsimiyə hökm oxundu- 11 il
16/01/2019 [11:49]:
Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16/01/2019 [11:38]:
Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı -FOTOLAR
16/01/2019 [11:36]:
Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu
Bütün arxiv bir sırada
18/01/2018 [15:24] - Müsahibə - ( 1194 dəfə baxılıb)

Dilçilik İnstitutunun şöbə müdiri yeni orfoqrafiya təkliflərini YIXIB-SÜRÜDÜ



Son günlər orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər cəmiyyətin əsas müzakirə mövzusudur. Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” bir aylıq müzakirə üçün ictimaiyyətə təqdim edilib. Müzakirə əsnasında ortaya çıxacaq məqbul təkliflərə yaşıl işıq da yandırlıb.

Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov yeni qaydalar ətrafında yaranan mübahisələrlə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

“Orfoqrafiya lüğətinin tez-tez dəyişdirilməsi dilə vurulan zərbədir”

- İdris müəllim, orfoqrafiya qaydalarına təklif olunan dəyişikliklər son günlər ən çox müzakirə edilən mövzudur. Necə düşünürsünüz, bu gün orfoqrafiya qaydalarının dəyişməsinə ehtiyac varmı?

- Orfoqrafiya lüğətinin tez-tez dəyişdirilməsi dilə vurulan zərbədir. Bir neçə ildən bir lüğətdə bir sıra sözlərin yazılışını dəyişmək doğru deyil. Təəssüf ki, bəzən eyni söz hər nəşrdə fərqli formada təqdim edilir ki, bu da kobud yanlışlıqdır. Məsələn, əsginas sözü atıq 3 variantda təqdim edilir: 2004-cü ildə əsginaz, 2013-cü ildə əsginas, 2018-ci ildə isə əskinas kimi. Bu yanaşma qeyri-ciddilikdən xəbər verir. Orfoqrafiya lüğətini dilin, yazı qaydalarının müqəddəs kitabı sayıram. Elmi-texnikanın inkişafı ilə əlaqədar olaraq dilə yeni daxil olan sözləri dilin qayda-qanunlarına uyğunlaşdırmaq norma sayıla bilər. Amma uzun onilliklər ərzində dildə kök salmış, pasportlaşmış sözləri vahid prinsipə əməl etmədən və qayda gözləmədən dəyişdirmək yolverilməzdir. Çünki bunun böyük fəsadları ola bilər. İlk olaraq mənəvi və psixoloji zərbələri olacaq. Bu dəyişikliklər istifadəçilərə çətinlik yaradır. Tez-tez dəyişmələr nəticəsində sözlər daha tez arxaikləşir ki, bu qəbuledilməzdir. Mən də bu təkliflərin hazırlandığı institutun əməkdaşıyam. Lakin bu, yanlış gördüyüm məqamlara münasibət bildirməyimə mane olmamalıdır. Biz dövlət büdcəsindən maliyyələşən qurumuq. Dövlətə xidmət etmək hər birimizin borcudur.

- Bayaq siz “əsginas” sözünü missal gətirdiniz. Eyni zamanda “İskəndər”, “əskər”, “işkəncə” sözlərinin də yazılışının bu cür qəbul edilməsi təklif olunur. Bu qayda sözün götürüldüyü dilə uyğunlaşdırılması kimi izah edilir. Bu məsələyə münasibətiniz necədir?

- Bu sözlərin müzakirəsində mən də iştirak etmişəm. Əsgər sözünün mənbə dildə necə yazıldığı soruşulanda, bunun ərəb dilindən alınma söz olduğunu və “askər” kimi yazıldığını bildirmişəm. Əslində tələffüz mənbə dildə bir az fərqlidir, sadəcə ilk səsini ifadə edən hərf bizim dilimizdə olmadığından “a” kimi səsləndirilir. Amma mənbə dil əsas götürülürsə, söz “asker” kimi yazılmalıdır. Üstəlik, bu məqamda mənbə dilin əsas götürülməsini də qəbul etmirəm. Çünki bu söz illərdir dilimizdə “əsgər” kimi qəbul edilib, dildə heç bir pis məna da vermir. Bu sözü dəyişmək əlavə problem yaratmaqdır. Bu qəbildən olan digər sözlərin dəyişməsinə də münasibətim eynidir, qəbul etmirəm.

- Əsgər, işgəncə, əsginas sözlərində hansı variant daha doğrudur?

- Əsgər olduğu kimi qalmalıdır. Çünki mənbə dilə əsaslansaq, dediyim kimi, asker kimi yazmalıyıq. Türkiyə türkcəsində də “asker” kimi yazılır, bizim dildə də yazılışı ona uyğunlaşdırmaq istəyirlər. Qeyd edim ki, Ukrayna, Belarus, Rus dillləri eyni dil qrupuna aiddir, bu dillər arasında bir hərfin yazılışı belə bir sözü digərindən fərqləndirir. Amma bu, o demək deyil ki, bu dilləri bir-birinə uyğunlaşdırmalıdırlar. Hər dilin öz yazı qaydası olmalıdır. Eləcə də, bizdə sözlərin Türk dilinə uyğunlaşdırılmasına ehtiyac yoxdur. “Arşın mal alan” əsərində də əsgər kimi işlədilir. Yəni dilimizdə sözün bu cür yazılışının əsrdən çox yaşı var. İndi bunu dəyişməyə nə ehtiyac var? Bu dəyişiklikliyin nə dilə, nə üslubiyyətə heç bir əhəmiyyəti var, əksinə istifadəçiləri çaşdırır və əlavə problemlər yaradır.

“Üç-beş nəfərin bir yerə toplaşması ilə məsələ həll edilmir”

- Qaydalarla bağlı Dilçilik İnstitutundan verilən izahlarda maraqlı bir məqam diqqət çəkir. Bu vaxta qədər Dilçilik İnstitutu alınma sözlərin dilimizdə tələffüz qaydalarına uyğunlaşdıraraq yazılmasının tərəfdarı olub. Buna görə “feysbuk”, “əpl” yazılması daha doğru hesab edilib. İndi isə əsgər, əsginas kimi sözləri dəyişilməsinin mənbə dilə uyğunlaşdırılması ilə izah edirlər. Elə yeni qaydaların da bəzilərinin fonetik prinsiplərə əsaslanaraq dəyişdirildiyi bildirilir. Biz hansı yanaşmanı doğru hesab edək?

- Bu məsələlərin çaşqınlıq yaratdığının fərqindəyəm. Məncə, bu məsələdə bir az intizamsızlıq olub. Orfoqrafiya qaydalarına münasibətdə tələskənliyə yol verilib, düşündüyüm qədər ciddi şəkildə yanaşılmayıb. Bir işə ciddi yanaşılması üçün konkret mütəxəssislər ayrılmalı və onlara ciddi şəkildə iş tapşırılmalıdır. Bu qaydaları özümüzdən, havadan deməməliyik, tədqiqat işi aparmalıyıq. Nəticədə, ümumi məxrəcə gəlməliyik. Bu qaydalara nəzər salanda primitiv yanaşma olduğu hiss edilir. Biri təklif edir ki, söz “əskər” kimi yazılsın, amma mahiyyətə varılmır. Bir sözü dəyişməklə yüzlərlə sözün yazılış qaydasının dəyişməli olduğuna, prinsiplərin pozulduğuna diqqət edilmir. Orfoqrafiya şəxsi zövq məsələsi olmamalıdır. Bu dəyişikliklər üçün ciddi mütəxəssislər iş aparmalıdır. Qaydaların hazırlanmasında latın dili, ərəb dili bilən mütəxəssisləri cəlb edilməyib. Əgər yazı qaydaları dəyişirsə, bu dilləri bilənlərin prosesdə iştirakı mütləqdir. Üç-beş nəfərin bir yerə toplaşmağı ilə məsələ həll edilmir. Ona görə də qaydalar ictimaiyyətin müzakirəsinə verilib, yəqin ki, ziyalılar da fikirlərini bildirəcəklər.
“Onlara töhmət verilməlidir”

- Bir çox sözün yazılışınin dəyişdirilərək 2004-cü il lüğətindəki kimi verilməsi tövsiyə edilib. Məsələn, 2013-cü ildə metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilak­to­riya, sana­to­ri­ya kimi yazılması təklif olunur. Bu sözlər də tez-tez dəyişikliklərə məruz qalır. Dəqiq xatırlayıram ki, metafor 2013-cü ildə qədər metafora kimi yazılırdı...

- Bəli, 2004-cü ildə ildəki lüğətdə metafora kimi yazılıb. Söz yunan dilindən alınıb və həmin dildi metaforadır. Demirəm ki, sözlər mənbə dildə olduğu kimi yazılmalıdır. Söz dilimizə rus dilindən metafora şəklində keçib və bu da normal idi. İllərdir metafora kimi işlətmişik və qəbul edilib. 2013-cü ildə sözün metafor edilməsinə ehtiyac yox idi. İndi yenidən 2004-cü ilə variantına qayıdırıq. Bu, istənilən oxucuda, dil daşıyıcılarında Dilçilik İnstitutu, lüğəti tərtib edənlərlə bağlı qeyri-ciddi obraz yaradır. Sanki bu şəxslər söz oyunu ilə məşğuldur. Yaxud düşünə bilərlər ki, bu işdə məsuliyyət yoxdur, onlara heç kim xəbərdarlıq etmir. Çünki məsuliyyətsizlik edənlərə qarşı bir töhmət verilməlidir ki, onlar yoldan geri çəksinlər. Əks halda, özbaşınalıq, tənbəllik əmələ gəlir. Nəticədə, metafora sözü hər lüğətdə bir cür yazılır.

- Bu sözlərdə hansı variantı daha doğru hesab edə bilərik?

- Həmin sözlər metafora, profilak­to­riya, sana­to­ri­ya kimi yazılmalıdır. Qeyd etdiyimiz sözlər dilimizə bu formada keçib və qəbul edilib.

“Dövlət büdcəsindən bu qədər vəsait ayrıldığı halda ictimaiyyət üçün lazımlı nə hazırlandı?”

- Bəs nə üçün tez-tez dəyişirlər?

- Yəqin ki, lüğət kiminsə zövqü ilə hazırlanıb. Amma bu lüğətin xərcləri dövlət büdcəsindən ödənilir. Yeni lüğətin çap olunması üçün də vəsait ayrılacaq, lakin ortaya nə qoyulacaq. Yeni lüğət bu qaydalar əsasında hazırlanacaqsa, onun məsuliyətini daşıyacağıqmı? Dövlət büdcəsindən bu qədər vəsait ayrıldığı halda ictimaiyyət üçün lazımlı nə hazırlandı? Bu suallar ətrafında düşünməliyik. Əsas problem budur. Bunu həll etməsək, hər kəs orfoqrafiya hazırlamaq, adının lüğətdə yer alması sevdasına düşəcək.

“O zaman “münaqişə” sözünü “munaqaşa” kimi, “qələbə”ni “aləbə” kimi yazmalıyıq”

- Hikmət Babaoğlu sözlərin yazılışının mənbə dilə uyğunlaşdırılmasını əsas gətirərək, müəllim sözünün muallim kimi yazılmasını təklif edib...

- O zaman biz “münaqişə” sözünü “munaqaşa” kimi, “qələbə”ni “aləbə” kimi yazmalıyıq. Bu cür əsaslanmaq tamamilə yanlışdır. Üstəlik, mənbə dil, yəni ərəb dilində olan səslərin çoxu nəinki bizim, heç dünya dillərinin əksəriyyətində yoxdur.
“Dilimizə ilk zərbə apastrofu ləğv edərkən vuruldu”

- Yeni təkliflərdə bir vaxtlar apastrofla yazılan sözlərin sətirdən-sətrə keçirilmə qaydaları da verilib. Buna münasibətiniz necədir?

- Hər zaman demişəm ki, dilə ilk zərbə apastrofu ləğv edərkən vuruldu. Bunu da dilin sadələşdirilməsi ilə əsaslandırdılar. Halbuki, dünyanın bütün dillərində işarələr var. İngilis dilində bu işarə saxlanılır, fransız dilində nə qədər belə işarələr var. Necə olar ki, dünyanın digər xalqları bu dilləri öyrənir? Azərbaycanlı bu cür işarələrlə zəngin fransız dilini öyrənəndə çətindir, demir, amma öz dilində bir apastrof ona problem yaradır? Ən asan bizim orfoqrafiyamızdır. Apastrofla yazılmış sözlərin sətirdən-sətrə keçirilməsi qaydasında “Quran”la bağlı məsələnin istisna olması lazımdır. Çünki “Quran” sözü “qurmaq” sözündən deyil. Bu söz Qur-an kimi saxlanılmalıdır. Bu cür qayda ilə ev quranla, “Quran” kitabı arasında fərq olmur. Məsud sözündə də apastrof ləğv ediləndən sonra onun tələffüz qaydası da pozulur. Söz deyilişdə məs-ud kimi bölünməlidir, indi isə mə-sud kimi deyilir. Bu sözdə “ə” saiti uzanmamalıdır.

- “İyyat,- iyyət, iyyə” şəkilçiləri ilə yazılan sözlərdə yazı qaydasının dəyişməsi barədə nə deyə bilərsiniz?

- Bu təkliflə də razı deyiləm. Onsuz da bu sözlərə tarixən uyğunlaşmışıq, artıq deyilişdə hansı sözün bir, hansının iki “yy” ilə yazılması anlaşılır. “İyyat”, “iyyət” şəkilçisi yoxdur, bunun dilimizə hansı dildən gəlməsi bəlli deyil. Ərəb dilində iyyun şəkilçi var, biz bunu “i, vi” şəkilçisi kimi qəbul etmişik. “Bəşəri” sözünü onlar “bəşəriyyun” kimi yazırlar. “Bəşəriyun” sözündən “bəşəriyyətun” sözü düzəlir, biz də onu bəşəriyyət sözü ilə uğunlaşdırırıq. Ərəb dilində də “ət, at” şəkilçisi var, amma “iyyat” necə yaranıb onu bilmirəm. “Bəşəriyyətun” sözündə -“bəşər” sözün kökü, “iyyun” nisbi sifət şəkilçisidir, “ətun” isə nisbi sifətdən yenidən isim düzəldən şəkilçidir. Ərəb dilində belə söz düzəltmə var. Ümumiyyətlə, ərəb dilində iyyat şəkilçisi yoxdur, çünki y-dan sonra “ə” heç zaman “a” ola bilməz. Bu da yeni təkliflərdə mütəxəssis yox, səthi yanaşmanın olduğunu göstərir. Bəzən qalibiyyət sözünü qələbə sözünü, əbədiyyətin ”“ ölümsüzlüyü əvəz etdiyi deyilir, ancaq bu fikirlərlə razı deyiləm. Poeziya dilində Mikayıl Müşfiq, Cəfər Cabbarlı şeirlərini tələffüz edəndə nəinki “y” hərfinin birini ixtisar edir, hətta birini də artırırıq. Bu psixolinqivistik aktık fonetik səviyyədə gerçəkləşməsidir. “İyyat”, “iyyət” şəkilçilərində ixtisara heç bir ehtiyac yoxdur. Ola bilər ki, dilimizi Türkiyə türkcəsinə uyğunlaşdırmaq, ortaq dil yaratmaq məqsədilə bu addım atılır. Lakin belə bir düşüncə ilə yanaşılırsa, bu, yanlış addımdır. Çünki hər bir dilin öz quruluşu, qaydaları olmalıdır. Türkiyə türkcəsinə ərəb dilindən elə şəkilçilər daxil olub ki, onlar bizim dil qaydalarımıza uyğun gəlmir.

“Bu cür dəyişiklər nəsillərarası bağları qırır”

- Orfoqrafiya lüğətləri yeniləndikcə hər dəfə “vari” şəkilçisi də dəyişir, gah son saiti “i”, gah da “ı” kimi yazılır. Bunun səbəbi nədir?

- Bu dəyişiklik heç bir əhəmiyyət kəsb etmir. Sadəcə problemlərin sayını artırmağa xidmət edir. İllərdir “yüngülvari” kimi işlədirik, indi bunu dəyişməyin nə mənası olacaq? Bir əsaslanma olmalıdır. Orfoqrafiyada dəyişikliyin az olması ancaq dilin xeyrinə ola bilər. Fransızlar 12 hərf yazır, 6 səs ifadə edir. Onlar nə üçün dəyişmirlər? Çünki bilirlər ki, bu cür dəyişiklər nəsillərarası bağları qırır, sanki dildə bir uçurum yaradır. Görüləsi o qədər işlər var ki... Milli maraqlara toxunmayan sözləri dəyişməyə ehtiyac yoxdur. Hər hansı yer adında mübahisələr ola bilər və bu zaman onun yazılışının dəyişməsi qəbul olunanadır.

- Diqqət çəkən növbəti məqam “anti, audio, super, post, neo” kimi hissəciklərin sözlərə bitişik, “eks, əks, veb”in isə defislə yazılması təklifidir. Bu iki qrup birləşmələr arasında fərq nədir ki, onların yazılışında fərq olsun? Bəlkə də, bir izahı var, etirazımız yoxdur. Lakin fərq izah edilmədiyindən qaranlıq qalır. Çünki insanlar hansı əsasla birləşmələri belə yazdıqlarını dərk etməlidirlər.

- Mən bu müzakirələrdə iştirak etməmişəm, nə üçün belə qərar verildiyini deyə bilməyəcəm. Bu qrup sözlərin fərqli yazılış formalarının seçilməsini izah da edə bilmirəm. Düşünürəm ki, bir qayda tətbiq edilməlidir. Çünki bu sözlərin fərqli yazılışının izahı yoxdur.

- Baş nazir birləşməsində hər iki söz böyük, Təhsil nazirində isə ikincinin kiçik hərflə yazılması məqbul hesab edilir. Burada fərq nədir?

- Bu məsələ mənim üçün də qaranlıqdır. Burada da hər hansı qayda yoxdur. Birini böyük, qalanlarını kiçik yazmaqla nə demək istədiklərini anlamıram.

“Dilçilik İnstitutunun adını dəyişib “Orfoqrafiya və lüğətçilik” institutu qoymaqmı lazımdır?”

- İdris müəllim, təklif edilən qaydalardan bir neçə maddə üzərində danışdıq. Bir çoxunun izahı olmadığı ortaya çıxdı. Bu məsələ günlərdir müzakirə olunur, digər saytları da izləyirik heç kim qaydalara konkret izah verə bilmir. Bir neçəsinin izahı verilir, onun da birində sözün alındığı dilə, digərində milli qaydalara uyğun olaraq dəyişdiyi deyilir. Elə təəssürat yaranır ki, sanki qaydalar dəyişiklik xatirinə edilib...

- Tamamilə doğrudur. Həqiqətən də, belə bir mənzərə yaranıb ki, sanki bunlar dəyişiklik xatirinə edilib. Ya da “mən bu dəyişikliyi etdim” demək üçün təklif olunub. Hər bir sahəyə ciddi mütəxəssis rəyi lazımdır. Mən özüm ərəbşünas və nəzəri dilçiliklə məşğulam, bu işlə birbaşa məşğul olanlar məsuliyyətlə yanaşmalıdır. Səbr sözünü gah səbir, gah da səbr kimi yazmaq heç kimə xoş deyil. Belə davam etsə, Dilçilik İnstitutunun adını dəyişib “Orfoqrafiya və lüğətçilik” institutu qoymaqmı lazımdır? Dilçilik İnstitutu yeni-yeni əsərlər ortaya qoymalıdır. Dünya dilçiliyindəki yeni proseslər Azərbaycan dilinə tərcümə edilmir. Biz ancaq səbir sözünün necə yazılması ilə məşğuluq. Bu proseslər bizi xeyli gerilədir. Bu qaydalar məktəblilər üçün nə qədər çətinlik yaradacaq, əlavə xərcdir. Bir sözlə, heç bir xeyir görmürəm, ziyandan başqa. (publika.az)

800 min işçi 25 gündür maaş ala bilmir -MARAQLI
Dünyanın ən soyuq nöqtəsində şaxtaya meydan oxudu - MARAQLI
Məşhur model 2 ildir yaşadığı zorakılığı göz yaşları ilə paylaşdı - DƏHŞƏT...+ FOTOLAR
Selfi çəkən şeytan heykəli bir ölkəni ayağa qaldırdı - MARAQLI
Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu –Tbilisidə müalicə olunur
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
Cəmiyyət
“Arzum odur ki, Allah məni Qarabağa həsrət öldürməsin...”- Yubiley təəssüratı...
Maraqlı
35 ildir sarı rəngə “boyanan” adam: Eşq simvolu, yoxsa şifrəli mesaj?
Mədəniyyət
“Hər bir vətəndaşımızın tarixi faciələrimizə öz münasibəti olmalıdır”
Cəmiyyət
Yuxunuzu yalnız mömin şəxslərə danışın...
Həftənin ən çox oxunanları
ABŞ prezidentinin Stalinə verdiyi məxfi məktubda Azərbaycan haqda nə yazılmışdı?..
Qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər onu çeynəsələr...
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
"Bu ölkənin şeyxi hara baxır, Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxır?"
Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - Səbəb UTANCVERİCİDİR
“102-ci baza ləğv edilsə, Qarabağda  genişmiqyaslı müharibə başlayacaq...”
"Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə, ancaq..."
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
“Şəhidlər Xiyabanına gedəndə xəcalət çəkirəm, mənə elə gəlir şəhidlər dil açıb deyir ki..."
Sən xəstə deyilsən, susuzsan! - Xəstələrini adi su və duzla müalicə edən məşhur həkim...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə