Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası...
Oxunub: 1444
18 Jan 2018 | 18:51
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası...
I YAZI

XX əsrin əvvəllərində Şimali Azərbaycanda Türkçülük, Azərbaycan Türkçülüyü ya da Azərbaycan Milli İdeyasının yaranmasında, formalaşmasında və inkişafında ən mühüm xidmətlərdən biri də Nəsib bəy Yusifbəyliyə  (1881-1920) məxsusdur. Ən önəmlisi odur ki, o,  özlərindən əvvəlki islamçılar, türkçülər və milli liberallardan fərqli olaraq daha konkret,  milli xətt seçərək Azərbaycan türkçülüyünü və Azərbaycan istiqlalçılığını hədəfləmişÂ¬dir. Çünki, bu böyük idealist, millətpərvər, demokrat milli və müstəqil Azərbaycan ideyasının əsas müəlliflərində biridir. 

Doğrudur, bu məsələ ilə həm nəzəri, həm də təcrübi baxımdan M.Ə.Rəsulzadə daha çox çalışmış, böyük mənəvi-ideoloji və siyasi-fəlsəfi irs qoyub getmişdir. Xüsusilə, M.Ə.Rəsulzadənin mənəvi-ideoloji irsi ilə müqayisədə Nəsib bəy Yusifbəylinin bu sahədə zəngin bir irsindən danışmaq mümkün deyildir. Amma Nəsib bəy Yusifbəyli də Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və başqa bir çox tanınmış mütəfəkkirlərimiz kimi Azərbaycan Türk tarixində, o cümlədən fəlsəfi fikir tarixində öz sözünü demiş milli aydınlarmızdan, dövlət xadimlərmizdən biridir. Hər halda, Nəsib bəy Yusifbəyli milli və müstəqil Azərbaycan milli İdeyasının ya da azərbaycançılığın müəlliflərindən biri kimi adına tarixə yazdırmışdır. O, Azərbaycanın bir hissəində qurulan müstəqil dövlət uğrunda həm zehni, həm də fiziki anlamda daima çalışmış, bu yola bütün varlığını həsr etmişdir. Bizim burada əsas məqsədimiz də N.Yusifbəylinin Azərbaycan xalqının tarixində, o cümlədən fəlsəfə və ictimai fikir tarixindəki yerini və rolunu ortaya qoymaqdır.

Öncə qeyd edək ki, Nəsib bəy Yusifbəyli M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyli və başqa  tanınmış ziyalılarımz kimi, ilk dövrlərdə maarifçlik işləri görmüş, daha çox dini xurafata, dini mövhumata, cəhalətə və nadanlığa qarşı mübarizə aparmış, İslam dininin bütün bunlarla heç bir əlaqəsinin olmadığına diqqət yetirmişdir. Onun ilk qələm təcrübələrindən olan «Təslim» hekayəsinin məzmununu Azərbaycan Türk millətinin maariflənməsi, başqa millətlər kimi inkişaf etməsi, İslam dininin əsil mahiyyəti və digər məsələlər təşkil etmişdi. O qeyd edirdi ki, başqa millətlərin dili zəngin, əlifbaları mükəmməl, qrammatikaları müəyyən olub, dövlət məktəblərin tərəqqisinə, maarifə nəzarətə çalışdığı halda, müsəlman-türk xalqlarında vəziyyət ürəkaçan deyildir. Belə ki, müsəlman-türk xalqlarında hələ də, yenilkçilərlə mühafizəkarlar arasında mücadilə davam etməkdədir. Bu anlamda, o, müsəlmanların real təhsil vəziyyətini əks etdirmək üçün mədrəsələrdəki şəraiti hərətəfli təsvir etmişdi. N.Yusifbəyli yeni dövrün təhsil vəziyyətini göstərmək üçün Molla Mahmudun şəxsində mühafizəkar dünyagörüşünü, Rza bəyin timsalında isə yenilikçi dünyagörüşünü ifadə etmişdir. 

N.Yusifbəyli ilk öncə, mühafizəkarların təmsilçisi kimi Molla Mahmudu və onun fikirlərinə diqqət yetirmişdir. Ona görə, Molla Mahmudları maraqlandıran heç də millətin gerilikçi durumu deyil, öz hallarını düşünməsidir. Mədrəsəni tərk edib yeni məktəbdə dərs deməyi dini anlamda böyük günah hesab edən Molla Mahmudlar digər tərəfdən yeniləşmə qarşısında aciz qalmasını da etiraf edirdi. Çünki mədərəsənin axundu onu yeni məktəblərdə dərs verməyə dəvət etdiyi halda, Molla Mahmud bu təklif qarşısında tərəddüd edirdi. Yusifbəyli bunu onunla izah edirdi ki, mühafizəkar islamçılar vaxtilə İslam dininin əsil mahiyyətini öz maraqları naminə xalqa doğru çatdırmadıqları üçün, indi özləri də bundan zərərə çəkmiş olurlar. Belə ki, onlar öz övladlarını rus-tatar məktəblərində oxuturduqları halda, xalqa bunun böyük günah olduğunu söyləmişlər. N.Yusifbəyli hesab edirdi ki, xalqın nicatına nail olmaq üçün, artıq millətin övladlarına mühafizəkar, dindar ruhanilər deyil, millətini, vətənini sevən, eyni zamanda tərəqqipərvər dünyagörüşlü müəllimlər dərs verməlidir. Yalnız bu halda millətdə milli amal, milli mədəniyyəti, milli tərbiyə yarana bilər. Yusifbəylinin fikrincə, nə vaxta qədər məktəblərdə, mədrəsələrdə mühafizəkar ruhlu Molla Mahmudlar dərs keçəcəklər, heç vaxt irəliləyiş olmayacaq. Çünki Molla Mahmudlar  təhsildə və ictimai həyatda yeniliyi və tərəqqini deyil, dini xurafat və cəhaləti təbliğ edirlər. 

Nəsib bəy Rza bəylərin timsalında isə, vaxtilə elm və tərəqqinin mərkəzi olan Türk-İslam dünyasının bu günə düşməsinin səbəblərini də göstərməyə çalışırdı. Onun fikrinə görə, vaxtilə İslam mədəniyyətinin işığı olan məscidlərdəki mədrəsələrin qapalı hücrələrə çevrilməsinə səbəb burada elmli, dünyagörüşlü insanlar əvəzinə, mərsiyəxanlar yetişdirməsidir. Yusifbəyli yazır: «Ah! Vaxtilə mərkəzi-ülum və fünun olan və İbn Rüşdlər, İbn Sinalar yetişdirən, fəqət bugünkü gündə qeyri-qabili-islah (islahı mümkün olmayan) bir surətə girmiş bulunan şu mübarək mədrəsələrin lal və əbkəm divarları nələr eşitməmiş, nələr görməmişdir».

Nəsib bəy hesab edirdi ki, artıq geriliyə, köhnəpərəstliyə və xüsusilə, yalançı din xadimlərinə, mollalara qarşı ciddi şəkildə mübarizə aparılmalıdır. Bu məsələdə isə açıqgözlü, milli ruhlu müəllimlərin çiyinlərinə daha ağır yük düşür. Çünki müsəlman  ölkələrindəki müəllimlər yalnız öz vəzifələrini deyil, dövlətin işlərini də həyata keçirməlidir. Bir sözlə, bu gün Avropa millətlərinin həyata keçirdiklərini görmək, bu anlamda müsəlman-türk xalqlarını oyatmaq zamanıdır. Onun fikrincə, başqa millətlərin dili zəngin, əlifbaları mükəmməl, qrammatikaları müəyyən olub, eyni zamanda dövlətləri məktəblərin tərəqqisinə, maarifə nəzarətə çalışdığı halda müsəlman-türk xalqları isə, hələ də cəhalət və nadanlıqdan əziyyət çəkir, dövlətləri isə xalqa zülm verməklə məşğuldur. Hətta islam ölkələrində bəziləri, xüsusilə ikiüzlü ruhanilər, din xadimləri tapılır ki, tərəqqini, inkişafı dinin-islamın əleyhinə olan anlayışlar kimi qələmə verir, üstəlik Türk-müsəlman xalqlarının tərəqqi və inkişaf uğrunda çalışanları, o cümlədən qabaqcıl müəllimləri kafir elan edirlər. Yusifbəyli yazır: “Zavalı bizlər! Bu vəzifələrin həpsini öz öhdəmizdə bulunduruyoruz, bu haqda bir çox dəfələr söyləmiş olduğum sözləri təkrar edəcəyim. Bu mədrəsədə, bu müqəddəs binada xidmət etmək üçün yalnız müəllim olmaq kafi deyildir, fədakar olmaq lazımdır. Həm  də nasıl fədakar”¦ Xidmətin təqdir edilməkdən məadə bir çox iftira və pək çox böhtanlara da hədəf olacaqsan. Necə ki, oluyoruz. Xidmətimizin ali və müqəddəs olduğunu kəndimiz üçün kafi dərəcədə mükafat ədd edə bilməzsək, başqa bir iş aramlıyız, buradan qaçmalıyız, vəssalam!». 
Ümumiyyətlə, Rza bəylərin timsalında N.Yusifbəyli gələcəyin yeniləşmə və millətçiliklə bağlı olmasına inanırdı. Onun fikrincə, artıq mühafizəkar fikirlərlə milləti irəli aparmaq mümkün deyildir. Çünki mühafizəkar düşüncələr millətin bir nöqtədə dirənib qalmasından başqa heç bir şeyə xidmət etmir. Bu cür düşüncəli insanıların, o cümlədən müəllimlərin yeni məktəblərdə öz işlərini davam etdirməsini təhlükəli hesab edirdi. 

N.Yusifbəyli islamçılığı isə müsəlman ölkələrinin vahid dövlət halında birləşməsi və sair kimi deyil, mənəvi birlik olaraq qəbul etmişdir. O, xüsusilə bəzi Avropa ziyalılarının, o cümlədən erməni şovinistlərinin ortaya atdığı «panislamizm» anlayışın qəbul etmir və onu müdafiə edən istənilən qüvvəyə qarşı çıxırdı.  Onun fikrincə, bütün müəslman xalqlarının bir dövlətdə birləşməsi bir utopiyadır. Bu cür utopiyalarla uğraşmaqdansa, daha real işlər görülməli və müsəlman millətlərinin mədəni səviyyəsinin yüksəlməsinə çalışılmalıdır: “Bir iftira qalmadı ki, onlar müsəlmanların üstünə atmasınlar: cahaddanmı cəhd etmədilər, “ittihadi islam” iləmi dövləti qorxudub fəna halımızın daha da fənalaşmasına təşəbbüs etmədilər?”.

Azərbaycan Türk mütəfəkkiri hesab edirdi ki, ermənilərin “İttihadi-İslam” məsələsini xüsusilə qabartması məkrlikdən başqa bir şey deyildir. Bununla da ermənilər xristian din qardaşlarının yardımına ümid edirlər. Bu baxımdan ermənilərin qəzetlərdə müsəlmanlara atmadıqları iftira və böhtan qalmamışdır. Yusifbəyli yazırdı: “Bu yıllarda “İttihadi-İslam” xüsusunda nələr yazılmadı, nələr söylənmədi. Ermənilər gecələri yatıb bu xüsusda quramalar düzəldib, röyalar görüb gündüzlər dünyanın hər bir bilməna xəbərlər yazıb qəzetələri doldururlar”. Yusifbəyli hesab edirdi ki, ermənilər boş xülyadadırlar və onların iddia etdiyi manada müsəlmanların vahid dövlətdə birləşməsinə heç ehtiyac da yoxdur. Çünki müsəlmanlar xristianlara ya da başqa qeyri-müsəlmanlara qarşı vahid dövlətdə birləşmək deyil, öz daxilində birlik və bütöv olmaq yollarını arayır. 

N.Yusifbəyli doğru qeyd edirdi ki, İslam birliyi məsələsindən narahat olan yalnız ermənilər deyil, həm də Avropanın qabaqcıl ziyalıları, onların mətbuatıdır. Avropalılar hesab edirlər ki, bütün müsəlmanlar vahid bir dövlət yaratsalar ya da Osmanlı Türkiyəsinin ətrafında birləşsələr onlar üçün təhdid yaradacaqlar. O yazırdı ki, bəzi türk-müsəlman mütəfəkkirlərinin İalam birliyi yönündəki yazıları da məsələni daha da mürəkkəbləşdirmişdi. 

N.Yusifbəyli İslam dini, İslam birliyi məsələlərinə sonralar da həssaslıqla yanaşmışdır. O, Türk Ədəm-Mərkəziyyət Partiyasının sədri olduğu zaman İslam dinindən sui-istifafə etməyə çalışan mühafizəkar ittihadçılara qarşı da mübarizə aparmalı olmuşdur. Çünki həmin dövrdə Gəncədə mühafizəkar ittihadçılar “Məhəmmədi” firqəsi yaradaraq Türk Ədəm-Mərkəziyyət Partiyasını dinsizlikdə ittiham edirdilər. N.Yusifbəylinin İslam dininə münasibəti, xüsusilə dinin dövlətin işinə qarışmaması düşüncəsi sonralar da davam etmiş, onun baş naziri olduğu dövrdə qüvvədə qalmışdır. N.Yusifbəyli baş nazir kimi ilk çıxışında bəyan etmişdir ki, müqəddəs hürriyyətlərdən məmurların sui-istifadə etməsinə yol verilməyəcək, eyni zamanda ədliyyə məhkəmələrinin ədalətli və qanuni qərarlarına tabe olmaları əsas tutulacaqdır. Onun fikrincə, bu azadlıqların ən müqəddəsi vicdan və şəxsiyyət azadlığı, mənzil toxunulmazlığıdır ki, inanc və vicdana aid məsələlər üçün demokratik cümhuriyyətimizdə kimsə təqib edilməyəcəkdir.

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC