Çəmənzəminlinin ağır günləri, itirilən pullar, qalaqlanan borclar - Romandan parça
Oxunub: 3267
18 Jan 2018 | 20:34
Çəmənzəminlinin ağır günləri, itirilən pullar, qalaqlanan borclar - Romandan parça
     
2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.

Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq. 
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır. 
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:

“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.

Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək.

I Fəsil-Cümhuriyyət elçisi


..Fevralın axırında Peterburqdan çarın taxtdan salındığı, Müvəqqəti hökumətin yarandığı barədə xəbərlər gəldi. O günlərdə Yusif Vəzir sevincindən özünə yer tapa bilmir, yeməyi-içməyi belə unudub şəhərdəki dostlarını bir yerə yığmağa, bundan sonra neyləyəcəkləri barədə məsləhətləşməyə can atırdı. Martın ilk günlərində Bakıda fəhlə-əsgər deputatları Soveti qurulduğu, Müsavatçıların islam-türk, bolşeviklərin Lenin bayrağı altında birləşib hakimiyyətə yiyələnmək uğrunda mübarizəyə başladıqları barədə həyəcanlı xəbərlər almağa başladı. Əlbəttə, belə bir vəziyyətdə əlini əlinin üstünə qoyub sakit otura bilməzdi.
 Seçimi barədə fikirləşməyə ehtiyac da yox idi: tələbələri başına yığıb Türk Ədəmi-Mərkəziyyət - Müsavat firqəsinin Kiyev təşkilatını yaradanda millətinin istiqlalından başqa bir şey düşünmürdü: müharibə, səfalət, anarxiya girdabında boğulan imperiya dağılırdı, nə vaxtdan əsarət boyunduruğu altında zülm çəkən millətlər azad olacaqdılar, bu vəziyyətdə Azərbaycan türkləri də öz müqəddəratlarına sahib çıxmağa hazır olmalıydılar. “Azərbaycan muxtariyyatı” ideyası da bununla bağlıydı, Azərbaycan Koloniyasına da ona görə daxil olmuş, Ukrayna  Millətlər qurultayına bu məqsədlə getmiş, üç əqidə dostuyla Millətlər Şurasında millətini, məmləkətini bu cəbəbdən təmsil eləmiş, təəssüratlarını qələmə alıb “Açıq söz” qəzetinə göndərmişdi...
         Bakıdasa hadisələr ağlasığmaz sürətlə baş verir, elə hey həyəcanlı xəbərlə gəlirdi. Ümumrusiya Sovetlər qurultayında Azərbaycanı təmsil eləyəcək nümayəndələr arasında bircə türk belə yox idi; az sonra Bakıda elan olunan Sovet hakimiyyətinin İcraiyyə Komitəsinə bir türk belə salınmamışdı, Caparidze sədr, Arakelyansa onun müavini idi, Şaumyan ümumi lider rolunu oynayırdı; Xan Xoyski Dövlət Dumasının üzvü seçilsə də, Duma süquta uğradığından yaranmış hakimiyyətsizlikdən Şaumyan və dəstəsi bacarıqla istifadə eləmişdilər. 
         Yusif Vəziri ağrıdan bir də bu idi ki, doğmaca əmisi oğlu, uzun illərin dostu, qabilitiyyətinə heyran olduğu Mir Həsən də aradakı səddin o tərəfində, solçuların yanındaydı. Belə görünürdü ki, nə vaxtsa siyasi rəqib kimi üz-üzə gələcəklər, onda necə hərəkət eləyəcəyini indidən kəsdirə bilmirdi.  
O ilin son ayında Bakı Sovetinə seçkilər keçirilsə də, hələ vəziyyət çox qarışıq idi: müsavatçılar cəmi 18 yer almışdılar, eserlərin 85, bolşeviklərib 48, daşnakların 36, menşeviklərin 13 yeri vardı, üstəlik, Şəhər Duması, Müsəlmam Milli Şurası, erməni Milli Şurası da hakimiyyətə iddia eləyir, yeni firqələr yaranırdı. Belə bir vəziyyətdə Yusif Vəzir nikbinliuini itirmir, “Açıq söz”ə göndərdyi məqaləsində  arrtıq gələcək milli dövlətin atributları barədə düşünürdü: “Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız, Üzeyir Hacibəyov cənabları çalışmalıdırlar.”
       Həmin vaxt Vətənindən gələn xəbərləri həyəcanla izləyirdi. Bakıda sular durulmurdu, milli zəmində nifaqın ilk əlamətləri görünürdü. Artıq bolşeviklərin qırmızı qvardiyası, erməni milli daşnak qvardiyası, rus-slavyanların, menşevik-eserlərin silahlı dəstələri üz-üzə dayanmışdılar, müsəlman könüllüləri Lənkəranda “Dikaya diviziya” yaradırdılar, hərəsinin sıralarında da dörd-beş min  döyüşçü vardı. Müsəlmanlar Alyoşa Caparidzedən tədbir görməyi tələb eləyirdilər, Nərimanovun mənzilində qarşıdurmaya yol verməməklə bağlı Rəsulzadənin və Şaumyanın da iştirak elədiyi yığıncaq olmuşdu, yığıncaqdan sonra Nəriman Nərimanov məscidə gedib camaatın qarşısında çıxış eləmişdi ki, fitnələrə uymasınlar.
          Amma olan olmuş, mart qırğını baş vermişdi. Guya, şəhərdə müsəlmanların bütün rusları qırdıqları barədə şaiyələr ehtirasları qızışdırmiş, şəhər gəmilərdən top atəşinə tutulmuş, belə bir fürsəti gözləyən daşnaklar dərhal kütləvi qətllərə, talanlara başlamış, evlərə od vurmuşdular. On minlərlə adamın həyatı bahasına başa gələn qırğın, nəhayət, səngiyəndən sonra Müsəlman Sosialist Bürosu yaranmış Nərimanov cədr, Mirhəsən Vəzirov katib seçilmişdi. Mirhəsən Bakıda bir müddət müəllimlik eləyəndən sonra inqilabçılara qoşulub gizli tapşırıqla Şuşaya göndərilmiş, Bakıya qayıdıb qəzğın siyasi fəaliyyətə başlamışdı.

         Sonra Stepan Şaumyanın başçılıq elədiyi Bakı Xalq Komissarları Soveti yaradılmış, Mir Həsən də torpaq komissarı olmuşdu. Bakı Sovetinin erməni və ruslardan ibarət dəstələri Nuru Paşanın komandanlıq elədiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsinin qarşısını almağa can atırdı. Yerli türkləri də müqavimətə çəlb eləmək üçün təbliğat aparılması Mir Həsənə həvalə olunmuş, o da iyulun əvvəllərində Bakı Şəhər Dumasının binasında müsəlmanlarla görüşüb demişdi: “Camaat, hər bir ixtiyar ermənilərin əlindədi deyirsiniz. Buna səbəb nədi? Ona görə ki, ermənilər Şura hökuməti “öl” deyəndə “ölərəm”, “diril” deyəndə “dirilərəm” söyləyir. Siz, camaat, belə olsanız, əlbəttə, sizin əlinizdə də ixtiyar olar”¦ Bu gün ermənilər səfərbərliyə çağırılanda canla-başla xidmət etməyə hazır olduğu təqdirdə sizdən ancaq beş-on nəfər səfərbərliyə gəlir”. Mir Həsən, üstəlik, Qafqaz İslam ordusuna yardım filrində olanları da təhdid eləmişdi.
        Amma bütün bunlar fayda vermədi. Hərbi və dəniz komissarı Qriqori Korqanov İrandakı Lazar Biçeraxovun kazk dəstələrini türklərə qarşı vuruşmaqdan ötrü Bakıya dəvət eləməsi də kömək eləməmişdi. Hətta şəhərin müdafiəsi üçün ingilislərə müraciət olunması barədə də qızğın müzakirələr getmişdi. Daşnak-menşevik və eserlər ingilis konsulu MakDonellin rəhbərliyi altında “Sentrokaspi diktaturası” adlanan hakimiyyət yaradıb şəhəri ələ keçirmişdilər, komissarların ixtiyarındasa yalnız Petrov meydanı qalmışdı. İngilislər general Denstervillin komandanlığı altında şəhərə girəndən sonra Həştərxana yola düşmək istəyən komissarları Jiloy adası yaxınlığında həbs eləyib Bakıya qaytarmış, sonra Qızılsuya aparmışdılar. Amma Qafqaz İslam Ordusu “Sentrokaspi diktaturası” qüvvələrinin də, ingilislərin də müqavimətini qırıb sentyabırın 15-də şəhərə girmişdi.
 
Mayın 28-də istiqlalın elanını göz yaşları içində eşidəndə də, hələlik türklərin azad elədiyi Gəncədə fəaliyyət göstərən Milli hökumətin Kiyev nümayəndəsi olmaq barədə təklif alanda da siyasətin  içində olduğu barədə düşünmürdü, təkcə onu düşünürdü ki, hər kəs bacardığı qədər istiqlala dayaq olmalıdı. Onda qəlbindəki dözülməz ağrı yalnız Mir Həsənin acınacaqlı aqibətilə bağlıydı. Sol eser olan Mir Həsən, vaxtilə Məmməd Əmin Rəsulzadənin yanında olan Məşədi bəy Əzizbəyov bolşevik-daşnak toruna necə düşmüşdülər, nəyə ümid eləyirdilər? O ilin payız günlərinin birində komissarların Qızılsu limanına aparılıb Ağcaqum çölündə güllələndiyini eşidəndə Mir Həsənin taleyinə ağladı.
 Ukraynadasa ortalıq durulmurdu, artıq vətəndaş müharibəsi gedirdi, Bakıyla rabitə kəsilmişdi. Onda işləri müavininə tapşırıb Ağməscidə - Simferopola getmişdi ki, müəyyən dairələrlə əlaqə yaratsın. Amma Krımda da vəzuyyət həddən artıq böhranlıydı. Fevral inqilabından dərhal sonra Numan Çələbiçi xan ”“ Çələbi Çələbiyev və Cəfər Seyidəhməd Bağçasaraydakı xan sarayında birinci Ümumkrım müsəlman qurultayı keçirib qurduqları Müvəqqəti Krım-Müsəlman İcraiyyə Komitəsi və hökumət  bolşeviklərin təzyiqinə cəmi bir neçə ay davam gətirmişdi. Yanvarda matroslar Ağməscidə soxulub dəhşətli qırğın törətmiş, Komitənin sədri və müfti Çələbiçi xanı qətlə yetirib meyitini dənizə atmışdılar, Cəfər Seyidhmədsə Osmanlıya qaça bilmişdi. 
          Apreldə almanların tərk-silah elədiyi Birinci Müsəlman Korpusunun komandiri Belorus-Litva tatarlarından olan general-leytenant Süleyman bəy Sulkeviç bir dəstə Polşa və Krım tatarıyla Ağməscidə gəlib çıxdı, görünür, elə almanların razılığıyla da birinci hökumətin başçısı oldu. Qrafdan, knyazdan, kolonistdən, hərbçidən, mülkədardan ibarət olan hökumətdə Sulkeviç həm də hərbi və daxili işlər naziriydi, İstanbuldan qayıtmış Cəfər Seyidəhmədsə xarici işlər naziri təyin edildi.

        Yusif Vəzir Ağməsciddə ağır günlər yaşayırdı. İşləri yoluna qoymaq üçün nə əlindən tutan bir kəs vardı, nə vəsait, nə də yaşamaq imkanı. Hətta səfir təyin olunması barədə etimadnamə belə ona gəlib çatmamışdı, Bakıdan Xarici İşlər Nazirliyinin diplomatik kuryeri onun Kiyevdə olduğunu güman eləyib etimadnaməylə birgə səkkiz min rubl pulu ora aparmışdı. Kiyevsə od içindəydi, kuryerin arxasınca getmək açıq-aşkar ölüm demək idi, heç onun öldü-qaldlsından da xəbıər tuta bilmədi. Dostu Həsən Səbri Ayvazovun köməyilə mümkün işləri görür, amma mənzil və maliyyə problemləri üzündən olmazın əziyyətlər çəkirdi. Hökumət hələ də diplomatik nümayəndə kimi ondan ötrü maaş nəzərdə tutmamışdı, buna görə, hətta kirayə qaldığı evin pulunu belə verə bilmirdi.
  İstanbulda təhsil almış, İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetində yetişmiş, indi “Milliyyət” qəzetinin redaktoru olan Həsən Səbri Yusif Vəzirin yazlıarını  səxavətlə çap eləyir, gündılik ehtiyaclarını ödəməyə yardım göstərirdi. Cəfər Seyidəhmədlə də onu Həsən Səbri tanış eləmişdi. Xarici işlər naziri           əhaliyə pulsuz hüquq məsləhətləri verən ədliyyə direktorluğunda məsləhətçi işləməyi təklif eləyəndə boyun qaçırmadı ki, hər halda, yeni qurulan dövlətə əlindən gələn köməyi göstərər. Az sonra ədliyyə direktorluğunun rəhbərliyi ona həvalə edildi, amma bu da diplomatik nümayəndəsi olduğu dövlətə lazımınca xidmət göstərmək imkanı yaratmırdı: əlinə gələn cüzi vəsait birtəhər yaşamağa ancaq bəs eləyirdi.
         Almanların məğlubiyyəti Krımdakı vəziyyəti tamam dəyişdi: artıq qırmızıların qarşısında duruş gətirmək müşkül idi. Sulkeviç yardım üçün general Denikinə üz tutdu, ondan rədd cavabı alandan sonra, noyabrın ortalarında hakimiyyəti Solomon Krıma verdi. Hökumət cəmi on gündən sonra limana girən müttəfiq donanmasının admiralı Koltropun yanına gedib loyallığını bildirdi, bununla da məsələ həll olundu.
         Yeni ədliiyə naziri kadet Vladimir Nabokovun Yusif Vəzirə münasibəti yaxşıydı, qalıb işləməyini istəyirdi, lakin o artıq Bakıya getməyi qət eləmişdi: daha yollar bir qədər təhlükəsiz idi, Odessadan İstanbula gedən gəmilərin birinə minə bilərdi. Bir neçə həftə sonra general Sulkeviçin yaxın adamlarıyla birgə Bakıya yola düşdüyünü eşidib çox təəssüfləndi: vaxtında onunla təmasa girsəydi, indi yola düşənlər arasında olardı...  
        Belə vəziyyətdə də bütün gücünü Azərbaycanın tanıdılmasına sərf eləmişdi, millətin kimliyindən, istəyindən, muxtariyyatından yazmışdı, hamını ayağa qalxmağa çağırmışdı: «Ey ziyalılar! Qafqaziyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərinindir. Burada tоrpağın və mülkün çохu bizim, dövlət bizim, оnda yaşayan millətin çохu bizim, ruhumuzu bəsləyən musiqi və ədəbiyyat bizim”¦ Pəs Allahın о gözəl nemətindən niyə üz döndərirsiniz? Cürət ediniz, iş görünüz! «Müsavat» şöbələrini hər şəhər və kəndlərə yayınız! Durmaq zamanı deyil; bir az səbr eləsəniz gözəl ölkəmiz fut оlub əldən gedər...”

(ardı var)

Hazırladı: Elmin Nuri 


Oxşar xəbərlər
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 11:33
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
18 Apr 2024 | 11:31
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 11:33
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
18 Apr 2024 | 11:31
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir